Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10788/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(004)-2175/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh QSC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 22.02.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 21.04.2014-cü il tarixli, 37L000001904 saylı kredit müqaviləsi üzrə onunla Cavabdeh QSC-nin Şirvan filialı arasında bağlanmış 21.04.2014-cü il tarixli zaminlik müqaviləsi və 21.04.2014-cü il tarixli, 37M000000097 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 09.03.2021-ci il tarixdə iddia ərizəsinə əlavə verərək Cavabdeh QSC ilə X3 arasında bağlanmış 21.04.2014-cü il tarixli, 37L000001904 saylı kredit xətti müqaviləsi, 22.04.2014-cü il tarixli, 37R00000212 saylı kredit razılaşması, İddiaçı ilə bağlanmış 21.04.2014-cü il tarixli, 37M000000097 saylı ipoteka müqqaviləsi, X2 ilə bağlanmış 21.04.2014-cü il tarixli, 37S000002895 saylı və İddiaçı ilə bağlanmış 21.04.2014-cü il tarixli, 37S000002896 saylı zaminlik müqavilələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 2(004)-2175/saylı qətnaməsinə əsasən iddia rədd edilərək İddiaçı Cavabdeh QSC ilə X3 arasında bağlanmış 21.04.2014-cü il tarixli, 37L000001904 saylı kredit xətti müqaviləsi, 22.04.2014-cü il tarixli, 37R00000212 saylı kredit razılaşması, İddiaçı ilə bağlanmış 21.04.2014-cü il tarixli 37M000000097 saylı ipoteka müqaviləsi, X2 ilə bağlanmış 21.04.2014-cü il tarixli 37S00000 saylı və İddiaçı ilə bağlanmış 21.04.2014-cü il tarixli, 37S000002896 saylı zaminlik müqavilələrinin ləğv edilməsi tələbinə dair iddiasının rədd edilmişdir. 06.07.2021-ci il tarixdə həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti verilmiş, apelyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.07.2021-ci il tarixli, 2(103)- 7736/2021 saylı qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 2(004)-2175/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş 06.07.2021-ci il tarixli apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığından qeyri-mümkün hesab edilərək geri qaytarılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə 26.08.2021-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 2(004)-2175/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti daxil olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2175/2021 saylı, 14 sentyabr 2021-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 2(004)-2175/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş 06.07.2021-ci il tarixli və 26.08.2021-ci il tarixli apelyasiya şikayətləri geri qaytarılmışdır. İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(004)-2175/2021 nömrəli qərardadından şikayət verərək, müvafiq qərardadın ləğv edilməsi və apelyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 2(004)-2175/2021 saylı qətnaməsini 08 iyun 2021-ci il tarixdə almış və 02 iyul 2021-ci il tarixdə apelyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Apelyasiya şikayətində nöqsan olduğundan qeyr-mümkün hesab edilmiş, nöqsanlar aradan qaldırılaraq, dərhal təkrar məhkəməyə təqdim edilmişdir. Ona görə də hesab edir ki, prosessual müddəti ötürməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(004)-2175/2021 nömrəli qərardadı ləğv edilməlidir. Belə ki, kollegiya qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 2(004)-2175/saylı qətnaməsini İddiaçı 08 iyun 2021-ci il tarixdə almış (i.v. 112), həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti isə 06 iyul 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinin tələbinə görə apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici məhkəmə qətnaməsinə qarşı apelyasiya şikayətinin verilməsi müddətini həmin qərarın rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilməsi imkanını nəzərdə tutmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilərək, geri qaytarılmış və nöqsanlar aradan qaldırıldıqdan sonra verilmiş apelyasiya şikayəti prosessual müddət ötürülməklə verilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, apelyasiya şikayəti qeyri-mümkün hesab edilərkən, prosessual müddətin buraxılması əsası ilə deyil, şikayətdə onu verən şəxsin ünvanı göstərilmədiyindən, qeyri-mümkün hesab edilmiş və iddiaçı tərəfindən də həmin nöqsan aradan qaldırılaraq, yenidən apelyasiya şikayəti ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə müdafiəsindən istifadə etmək hüququ İnsan Hüquqlarının və X1 haqqında Konvensiyanın 6-cı maddəsi ilə təsbit olunmuşdur. Həmin Konvensiyanın 6-cı maddəsində deyilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsilə işinin ədalətli araşdırılması hüququna malikdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq-hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Bakı şəhəri, Nərimanov Rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X5 Hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” Qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi həmin Qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(004)-2175/2021 nömrəli qərardadı ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(004)- 2175/2021 nömrəli qərardadı ləğv edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-10788/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10788/2021
02.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver