Məhkəmə qərarları › İş №2(103)-1079/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1079/2024

14.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1079/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Vladimiovnanın ilkin iddia üzrə Cavabdeh qarşı “mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarlma” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “kompensasiya və pul” tələbi üzrə qarşılıqlı iddia ərizəsinə dar mülki iş üzrə (Açar sözlər: kompensasiya ödənilməklə mənzilə itifadə hüququna xitam verilməsi və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X37 və X8 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili ƏlNümayəndə2 iştirakı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(006)-533/2023 sayı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında bxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə iraatı 1.Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsində yerləşən 32 saylı evin, 28 saylı mənzili İddiaçı anasının mülkiyyətində olmuş, anasının 2022-ci ildə ölümündən sonra vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqına şəhadətnaməsinə əsasən mənzil ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Natala Ələkbərovanın mülkiyyətinə keçmişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh İddiaçı doğma qızıdır. Cavabdeh mübahisəli mənzildə doğulub yaşamış, 2015-ci ildə ailə həyatı qurmuş və həyat yoldaşının yaşadığı evinə gəlin köçmüşdür. 2.2017-2018-ci illərdə Cavabdeh öz adına daşınar və daşınmaz əmlaklar əldə etmişdir, sonra həmin əmlakları satmışdır. 3.Hazırda Cavabdeh öz qızı və həyat yoldaşı ilə birlikdə mübahisəli mənzildə yaşayır. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı könüllü surətdə kompensasiya verməklə ilkin iddia üzrə cavabdehin mülkiyyətində olan mənzildən çıxarılması, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) isə kompensasiya məbləği ilə razılaşmadığından daha yüksək məbləğ tələb etməklə mənzilə onun tərəfindən çəkilmiş xərci də tələb edir. a)Birinci instansiya məhkəməsində icraat 4.İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı Vladimirova ilkin iddia üzrə Cavabdeh qarşı “mənzilə istifadə hüququna kompensasya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 5.İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırda mülkiyyətində olduğu ev mərhum anasından iddiaçıya vəsiyyət edilmişdir. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında adına rəsmiləşdirimişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, ev 32, 28 saylı mənzil onun tam mülkiyyətindədir. Həmin mənzildə iddiaçı ilə yanaşı qızı Cavabdeh və nəvəsi X33 qeydiyyatdadır. Artıq bir neçə aydır ki,qızı əri ilə birgə iddiaçını mənzildən çıxarmışlar, mənzilə daxil olmağa və mülkiyyət hüququndan istifadə etməyə maneələr törədirlər. Bununla yanaşı iddiaçını təhqir edirlər və mənzilə dair hüquqlarını əlindən alınması ilə hədə-qorxu gəlirlər. Göstərilənlərə əsasən Cavabdeh 10.000 manat məbləğində kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsinə və qızı Cavabdeh, nəvəsi X20 mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 6.Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (bundan sonra-cavabdeh) Cavabdeh İddiaçı qarşı “kompensasiya və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 7.Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, nə onun, nə də əri tərəfindən anası İddiaçı mənzilə gəlib-getməsinə maneələr yaratmamışdır. Bunların hamısı yalan, cəfəngiyat və qəsdən uyduran şər böhtandır. Əksinə anası Ələkbərov Famil adlı bir şəxslə evləndiyi üçün həmin şəxsi evə gətirmək istəməsi onların arasında söz-söhbətə səbəb olmuşdur. Elə ki, anası 3 “b” psixi xəstədir. Əvvəllər spirtli içki aludəçisi olmuşdur. İddiaçı öz doğma anası X10rşı çox kobud davranaraq dəfələrlə onu döymüşdür. Mərhum nənəsi X21raciyər serrozu xəstəliyndən vəfat etmişdir. İddiaçı mərhum anası Anna Nazarkinaya qarşı kobud davranışı barədə kifayət qədər sübutlar, səs yazıları və foto şəkillər vardır. Mübahisəli mənzil əvvəllər X16 mülkiyyətində olmuşdur. O, ölən günə kimi Cavabdeh himayəsində yaşamışdır. Mərhum nənəsi Anna Nazarkinanın iki qız övladı olub. Onların heç biri anaları Anna Nazarkina xəstə olarkən ona normal övlad kimi qulluq göstərməmişdirlər. Hətta nənəsi Anna Nazarkina öləndə tabut ortalıqda qalmış, qızları gəlib çıxmamışlar. Gecəni səhərə kimi Cavabdeh mərhuməyə dəfn üçün lazım ehtiyacları qarşılamışdır. X45 öləndən sonra İddiaçı vərəsəlik qaydasında yəqin həmin mənzili öz adına qeydiyyata aldırmışdır. Onun iki nüsxədən ibarət açarı olub. Cavabdeh ona qarşı heç vaxt hörmətsizlik etməmişdir. Əksinə İddiaçı dəfələrlə içkili olaraq Cavabdeh şiddət göstərərək ona qarşı işgəncələrə əl atmışdır. Bu faktları qonşular da təsdiq edə bilərlər. İddiaçı Cavabdeh deyirmiş ki, indiki evləndiyi şəxs Famil Ələkbərov əvvəllər adam öldürmə maddəsi ilə Rusiyada həbsxanada yatmış və pis vərdişləri var. Ona görə də Cavabdeh anası Natalya Vladimirovnaya evləndiyi şəxs Famil Ələkbərovu evə gətirməsindən narahat olduğunu, onun pis vərdişləri olması səbəbindən ona güvənmədiyini bildirərək Natalyanın deyil, Famil Ələkbərov onlarla birlikdə yaşamasına narazılığını bildirdiyi üçün İddiaçı belə bir iddia qaldırmışdır. Cavabdeh İddiaçı tərəfindən ona ödənilməsini təklif etdiyi 10.000 manat kompensasiyanın məbləğindən narazıdır və həmin ərazidə iki otaqlı orta təmirli içərisində əşya olan mənzilin aylıq kirayə haqqı 450 manatdan başlayır. İddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği L.Əmirxnovaya Bakı şəhərində həmin ərazidə əvvəlki mənzilə xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanını vermək üçündür. İddiaçı tərəfindən təklif olunan 10.000 manat kompensasiyanın məbləği cavabdehə və onunla birlikdə yaşayan azyaşlı uşağı ilə birlikdə Bakı şəhərində həmin ərazidə əvvəlki mənzilə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanını verir. Hal-hazırda həmin ərazidə iki otaqlı mənzilin orta bazar qiyməti 80-100 min manatdır. Aylıq kirayə haqqı isə 450-500 manatdır. Kompensasiya isə ağlabatan müddət üçün müəyyən edildiyindən 3 il üçün kompensasiya ödəmək nəzərdə tutulur. Belə olan halda 36 ay x 50 manata = 18.000 manat edir. Nəzərə alsalar ki, İddiaçı iki nəfərin istifadə hüququna xitam verilməsini tələb edirsə, bu halda kompensasiyanın məbləği 36.000 manat müəyyən edilmlidir. İstifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi barədə formalaşmış məhkəmə təcrübəsi kimi iddiaçı məhkəmənin müəyyən etdiyi kompensasiya məbləği ilə razılaşmayacağı təqdirdə iddia tələbi rədd edilir. İddiaçı da həmin qətnamədən narazı qaldığı halda yuxarı istansiya məhkəmələrinə şikayət edə bilmək hüququndan istifadə edə bilir. Məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, mülki iş üzrə cavabdeh ƏlNümayəndə2 Sergeyevna çıxarılması tələb edilən mənzilin təmiri üçün 6.000 manat pul xərcləmişdir. Belə ki, iddiaçı X11 Famil Ələkbərov adlı şəxslə evlənərək Famil ilə çıxıb getdiyi və o evə yaşamadığı üçün məcbur qalaraq evin damından su axdığına görə usta çağıraraq dam (bitum) tol və qır çəkdirmiş, qonaq otağında qonşuya səs getdiyi və tez-tez aralarında səs-küyə görə mübahisələri yarandığından 10 sm. enində otaq darlaşaraq kərpicdən ara divarı çəkmiş, svanmış, şpoklyovka çəkildikdən sonra otağın bir tərəf divarına kağız oboyu, o biri divarın isə maye oboyu çəkdirmiş, iki ədəd mətbəx mebel və otaqdakı pəncərələri dəyişərək plastik pəncərə qoydurmuş, hamamı təmir etdirmiş, iki metr hündürlükdə kafel vurulmuş, yerinə metlağı və trapı dəyişdirərək yenilənmiş, ayaq yolu (tualet) metlağı və trapı yenilənərək izolyasiya çəkilərk dəyişdirilmişlər. Yataq otağı təmir edilərək oboylanmış, mətbəxə moyka şkafı alınaraq yenilnmiş, evin girişinə və yataq otağına şkaf alınmış, istilik sistemi hər otağa və mətbəxə yeni xətt çəkilərək radiatorları təzələnmiş, hamamın, mətbəxin krantları və şlanqları yenilənərək təzlənmişdir. Bu işlərin hamısını Cavabdeh hissə-hissə olmaqla təmir elətdirmişdir. Ona görə də, onun barəsində qaldırılmış iddia tələbi məhkəmədə hazırki bazar qiyməti ilə müəyyən olunacaq kompensasiyanın məbləği ilə iddiaçı razılaşaraq cavabdehin özünə və qızına Bakı şəhərində həmin ərazidə əvvəlki mənzilə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanını tənzimləyərsə, həmin mənzilin təmirinə xərclənmiş 6000 manat pulun İddiaçı tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini istəyirlər. Göstərilənlərə əsasən ilkin iddia tələbi üzrə İddiaçı Cavabdeh kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi, Cavabdeh ilə qızı X14 ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları tələbi barədə 2(006)-5350/2022 saylı mülki iş üzrə məhkəmə tərəfindən Cavabdeh ilə qızı X14 da mənafeyi nəzərə alınmaqla onların hər ikisinə ağlabatan məbləğdə bazar qiymətinə uyğun kompensasiya məbləğinin müəyyən edilməsi, ünvan 2 ünvanında yaşayan və həmin mənzilin təmiri üçün Cavabdeh tərəfindən xərclənmiş 6000 manat pulun ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə isə cavabdeh İddiaçı tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdi. 7.Sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkməyə müraciət edərək göstərmişdir ki, hazırki iş üzrə ekspert rəyinə əsasən ona məxsus mənzilin və oxşar şəraitli mənzilin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 450 manat məyyən edilmişdir. Məhz elə buna görə o, iddia tələbində göstərdiyi kompensasiya məbləğini artıraraq 16.200 manat kimi göstərmək istəyir. Göstərilənlərə əsasən cavabdeh X17 16.200 manat məbləğində kompensasiya verilməklə (ödənilməklə), istifadə hüququna xitam verilməsi və qızı Cavabdeh, nəvəsi X22 iddiaçıya məxsus ünvan 3 ünvanında mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsixahiş edilmişdir. 8.Daha sonra cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində həmin ərazidə kirayə haqqı 450 manat müəyyən edildiyinə görə iddiaçı kompensasiya məbləğinin 16200 manat ödənilməsini təklif etmiş, Cavabdeh qızına kompensasiya ödənilməsini təklif etməmişdir. Ona görə də təklif edilən kompensasiyasının məbləği ilə razılaşmırlar. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, komensasiyanın məbləği bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, mülki iş üzrə cavabdeh X18 çıxarılması tələb edilən mənzilin təmiri üçün 6.000 manat pul xərcləmişdir. Belə ki, İddiaçı Famil Ələkbərov adlı şəxlə evlənərək Famil ilə çıxıb getdiyi və o evdə yaşamadığı üçün məcbur qalaraq evin damından su axdığına görə usta çağıraraq dama (bitum) tol və qır çəkdirmiş, qonaq otağında qonşua səs getdiyi və tez-tez aralarında səsküyə görə mübahisələri yarandığından 10 sm.enində otaq darlaşaraq kərpicdən ara divarı çəkmiş, sıvanmış, şpoklovka çəkildikdən sonra otağın bir tərəfdivarına kağız oboyu, o biri divarına isə maye oboyu çəkdirmiş, iki ədəd mətbəx mebel və otaqakı pəncərələri dəyişərək plastik pəncərə qoydurmuş, hamamı təmir etdirmiş, iki metr hündrlükdə kafel vurulmuş, yerinə metlağı və trapı dəyişdirərək yenilənmiş, ayaq yolu (tualet) metlağı və trapı yenilənərək izolyasiya çəkilərək dəyişdirilmişlər. Yataq otağı təmir edilərək oboylanmış, mətbəxə moyka şkafı alınaraq yenilənmiş, evin girişinə və yataq otağına şkaf alınmış istilik sistemi hər otağa və mətbəxə yeni xətt çəkilərək radiatorları təzələnmiş, hamamın, mətbəxin krantları və şlanqları yenilənərək təzələnmişdir. Bu işlərin hamısını Leyla Əmirxaova hissəhissə olmaqla təmir elətdirmişdir. Ona görə də onun barəsində qaldırılmış iddia tələbi məhkəmədə hazırki bazar qiyməti ilə müəyyən olunacaq kompensasiyanın mbləği ilə iddiaçı razılaşaraq cavabdehin özünə və qızına Bakı şəhərində həmin ərazidə əvəlki mənzilə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanını tənzimləyərsə, həmin mənzilin təmirinə xərclənmiş 6000 manat pulun İddiaçı tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahi etmişlər. Qarşılıqlı iddia ərizəsində Cavabdeh özü və qızı üçün hər birinə 18.000 manat olmaqla, cəmi 36.000 manat məbləğində kompensasiya, 6000 manat isə mənzilə təmir üçün xərclədiyi pulun anası İddiaçı alınaraq ona ödənilməsii qeyd etmişdir. İddiaçı kirayə haqqı kimi 450 manat nəzərdə tutaraq 16200 manat kompensasiy təklif etsə də, qarşılıqlı iddia ərizəsi verərkən kirayə haqqının 450-500 manat arasında olmasın dair ev alğı-satqı ofislərindən arayış təqdim etmişlər. Hal-hazırda Cavabdeh başqa yaşayış evi olmadığı üçün hesab edirlər kirayə haqqı 500 manat hesablanaraq, 18.000 mana olmalı və X23 da eyni qaydada 18.000 manat kompensasiya ödənilməlidir. Göstərilənlərə əsasən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi barədə iddia tələbinin Cavabdeh və X28 hər birinə ayrı-ayrılıqda 18000 manat olmaqla 36000 manat kompensasiy ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi, ilkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddia iddiaçı Cavabdeh tərəfindən mənzili təmirinə çəkilmiş xərcin əvəzi kimi 6.000 manat pulun İddiaçı alınaraq Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 9.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 ilkin iddia ərizəsini müdafiə edərək onun təmin edilməsinə, qarşlıqlı iddianı qəbul etməyərək onun təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, 2017-ci il tarixdə ilkin iddia üzrə cavabdh özünə “AAAF Park” yaşayış kompleksindən özünə mənzil almışdır. Həmin mənzil çıxarışsz olmuşdur. Daha sonra həmin mənzil dəyəri ilkin iddia üzrə cavabdehə tam ödənilməklə başqa şəxsə satılmışdır. Bundan görünür ki, onun yaşamağa başqa bir yaşayış sahəsi olsa da, o heç vaxt mübahisəli mənzildən çıxaraq mülkiyyətində olan mənzilə köçmək niyyətində olmamışdır. Bununda səbəbi o idi ki, o, bilirdi ki, bunu edərsə mübahisəli mənzilə olan hüquqlarını itirəcəkdir. Bundan başqa o, özünü mübahisəli mənzildən başqa yaşayış sahəsi, vəsaiti olmayan, həmin mənzilə ehtiyacı olan kimi göstərsə də, daha sonra özünə avtomobil belə almışdır, halbuki, həmin pulla başqa bir yaşayış sahəsi də əldə edilə bilərdi. Bundan başqa, mübahisəli mənzildə ilkin iddia üzrə cavabdehlə birlikdə onun həyat yoldaşı da yaşayır ki, onun da adına Xaçmaz rayonunda torpaq sahəsi vardır. Bundan əlavə, qarşı tərəf mübahisəli mənzili təmir etdiklərini və nəticədə 6.000 manat xərcləri çıxdığını iddia etsələr də, AR X30 əldə etdiyi məlumata əsasən ilkin iddia üzrə cavabdeh və onun həyat yoldaşı uzun müddətir ki, heç bir əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul deyillər. Onlar uzun müddət mübahisəli mənzilin əvvəlki mülkiyyətçisi və ilkin iddia üzrə cavabdehin nənəsi X27 aldığı pensiya ilə yaşamışlar. Mübahisəli mənzil 2022-ci ildə hüquqlarını müdafiə etdiyi şəxsə anasının vəfatı ilə əlaqədar vəsiyyətnamə ilə keçmişdir. İlkin iddia üzrə cavabdeh uşaqlığından bəri həmin evdə yaşamış, daha sonra həyat yoldaşı da həmin mənzilə köçmüşdür. Onlarda olan məlumata əsasən ilkin iddia üzrə cavabdeh hətta bir müddət mübahisəli mənzidə deyil, həyat yoldaşı ilə başqa yerdə yaşamış, lakin daha sonra ilkin iddia üzrə iddiaçı ilə aralarında mübahisəli mənzillə bağlı mübahisələr olduğundan, evin əlindən çıxacağından qorxaraq, həmin evə qayıtmışdır. Bütün bu qeyd edilənlərdən görünür ki, qarşı tərəfin mübahisəli mənzilə ehtiyacı olmamış, başqa yaşayış sahəsinə sahib olsa da və orada yaşamağa imkanı olsa da, qərəzli şəkildə mübahisəli mənzildən çıxmamışdır. Tərəflərdən kompensasiyanın veriməsinə səbəb isə bunun zəruri olması ilə bağlı deyil, ilkin iddia üzrə iddiaçının ilkin iddia üzrə cavabdeh, yəni qızına qarşı olan humanizmin göstəricisidir. Göstərilənlərə əsasən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbnin rədd edilməsini məhkəmədən xahiş etmişdir. 10.Əvvəlki məhkəmə iclasında izahat alınmış Cavabdeh Sergeyena iddia tələbini qəbul etməyərək izahatında götərmişdir ki, 1981-ci ildə o, mübahisə predmeti olan evdə doğulmuşdur və həmin vaxtdan da 41 ildir ki, həmin evdə qeydiyyatda olmaqla yaşaşır. 2016cı ildə qızı dünyaya gəldikdən sonra o, da həmin evdə qeydiyyata düşmüşdür. Hazırki iş üzrə iddiaçı olan anası İddiaçı 2009-cu ildən həmin evdə yaşamır. Mərhum nənəsi onunla birlikdə qalmış və ona həyat yoldaşı və o, baxmışlar. Nənəsi həyatda olarkən həmin evin anası ilə onun arasında bölünməsini istəmişdir. İddia ərizəsində anasının həmin evə gəlməsinə maneə yaratması və onu evdən çıxarması isə tam yalandır.Onun öz açarı var. İstədiyi vaxt gəlir. Ona heç bir maneə yaradılmır. Göstərilənlərə əsasən ilkin iddia üzrə cavabdeh iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahş etmişdir. 11.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 02 noyabr 2023-cü il tarixli, 2(006)-533/2023 saylı qətnaməsi ilə (hakim-Ramin Xəlilov) ilkin iddia üzrə İddiaçı Vladimirovanın ilkin iddia üzrə Cavabdeh qarşı “mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair ilkin iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh 16.200 (on atı min iki yüz) manat pul verilməklə Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsinə yerləşən 32 saylı evin, 28 saylı mənzilindən (Yeni qaydalarla: AZ111, Bakı şəhəri, Nəsim rayonu, Hüseynbala Əliyev küçəsi, 92,M5,m1) Cavabdeh və onun qızı X14 həmin mənzildən çıxarılması, qətnamənin Cavabdeh 16.200 (on altı min iki yüz) manat pul verilməklə mənzildən çıxarılması hissələrində eyni vaxtda icra edilməsi, ilkin iddia tələbinin Cavabdeh Bkı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən 32 saylı evin, 28 saylı mənzili (eni qaydalarla: AZ111, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 92,M5,m1) üzrə istifadə hüquqlarına xitam verilməsi hissəsində onun həmin mənzilə istifadə hüquqları müyyən edilmədiyindən təmin edilməməsi, bu qətnamənin Cavabdeh və X14 Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşə 32 saylı evin, 28 saylı mənzili (Yeni qaydalarla: AZ111, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbla Əliyev küçəsi, 92,M5,m1) üzrə qeydiyyatlarının ləğv edilməsi üçün əsas olması, qarşılıql iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh X4rşı “kompensasiya və pul” tələbinə dair qarşılıqlı iddia tələblərinin təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X12, KOD 210005 VEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 AZ34CTRE******************** hesabına köçürülməsi, iş üzrə aparılmış ekspertia tədqiqatının dəyəri 300 (üç yüz) manatın ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutulub "xxxx" MMC-nin (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, bina 7, mənzil 194, VÖEN: **********, H/h: AZ1ACAB********************, "xxxx" QSC-nin Azadlıq filialı, M/H: AZ0NABZ**********000056944, Kod: 504788, Bankın VÖENi: **********, SWİFT: AİBAZ2X, Bankın ünvanı: Bakı şəhəri, Tbilisi prospekti, 3, AZ1065) hesabına köçürülməsi qət eilmişdir. 12.İş materiallarında olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli nikah haqqında şəhadətnaməsinin surətinə əsasən X24 ilə X40 arasında xx.xx.2015ci il tarixdə nikah bağlanılmış və bu barədə Cəlilabad rayon qeydiyyat şöbəsində akt qeydləri kitabında 466 saylı akt qeydi ica edilmişdir. Nikahdan sonra arvada Əmirxanova soyadı verilmişdir. 13.İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Vəsiyyətnamə üzrə vərsəlik hüququ haqqında şəhadətnaməsinin surətindən görünür ki, Bakı şəhəri 22 saylı dövlət notariat ofisi tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiq edilən və reyestrdə 3 nömrəli ilə qeyd oluna vəsiyyətnaməyə əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş X16 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 6 ünvanında qeydiyyatda olan qızı İddiaçıdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: X26 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi ev 32, mənzil 28, Yeni qaydalarla: AZ 1111, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev üçəsi, 92, M5, m1 ünvanında yerləşən ümumi sahəsi 42,47 kv.m.olan mənzildən ibarətdir. 14.İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-i il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 2, mənzil 28 - Yeni qaydalarla: AZ1111, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçsi, 92,M5,m1 ünvanında yerləşən ümumi sahəsi 42,47 kv.m. olan mənzili tam mülkiyyət hququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. 15.İş materialarında olan Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş MŞB/9-02228 saylı, 25.10.222-ci il tarixli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi əmlak bölgüsü tələbi üzrə xx.xx.2022-ci il tarixdə saat 12.00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiysında Cavabdeh iştirak etməmişdir. 16.İş maeriallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat aqqında xx.xx.2022-ci il tarixli, 57763854 nömrəli arayışın surətindən görünür ki, X33 və Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, H.B.Əliev küçəsində yerləşən 32 saylı evin, 28 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadırlar. 17.İş materiallarında olan “Daşınmaz Əmlak Agentliyi”nin direktoru İlqar İsmayılov tərəfindən Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 ünvanlanmış məlumatdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, Hüseynbala Əliyev küçəsində 2 otaqlı, orta təmirli və içərisində əşya olan mənzillərin aylıq kirayə haqqı 450 manatdan başlayır. 18."xxxx" MMC tərəfindən tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirilməsinə dair 26.01.023-cü il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsndə yerləşən 32 saylı evin, 28 saylı mənzilinin bazar dəyəri 95.000 manat təşkil edir.

19. İş materiallarında olan İddiaçı sifarişinə əsasən “Yeni Dövr” qiymətləndirmə mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küəsi, ev 32, mənzil 28, yeni qaydalarla: ünvan 10 ünvanında yerləşən mənzilin qiymətləndirmə tarixinə olan bazar dəyəri 79.250 manat qiymətləndirmə obyektinin aylıq kirayə haqqı 340 manat müəyyən edilmişdir. 20.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizaı Mərkəzinin 9/4374 saylı, 07 avqust 2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, 32 saylı evin, ümumi sahsi 42,47 kv.m. təşkil edən 28 saylı mənzilin və oxşar şəraitli mənzilin aylıq icarə haqqını orta bazar qiyməti təxminən 450 manat müəyyən edilmişdir. Tələb və təklifdən, həmçinin tərəflrin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. 21.İş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalnin Sosial Müdafiəsi Nazirliyi yanında X41 Xidməti tərəfindən “Kredo” Vəkil Bürosuna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan və ona əlavə edilmiş əmək müqaviləsi bildirişlərindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdən 20.4.2021-ci il tarixədək “Uğur-97” firmasında “menecer” vəzifəsində, X25 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də “paltryuyan” vəzifəsində işləmişlər. 22.İş materiallarında olan Azərbaycan Respubliksının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “redo” Vəkil Bürosuna ünvanlanmış xx.xx.2023cü il tarixli məktubundan görünür ki, X7 adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********6 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Xudaş şəhərində ümumi birgə 2.644 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Xudat şəhərində ümumi birgə 0,08 ha torpaq saəsinə verilmiş (6 nəfər ailə üzvü olmaqla) xx.xx.2002-ci il tarixli, JN-034A KOD 30202004 nörəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” aşkar edilmişdir. Yuxarıda qeyd olnan torpaq sahələrinin üzərində yüklülük qeydə alınmamışdır. Cavabdeh Sergeyevnnın adına isə ölkə ərazisi üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. 23.İş materiallarında olan Azərbycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən “Kredo” vəkil bürosunun vəkli Nümayəndə2 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan və ona əlavə edilmiş arayışından görünür ki, Cavabdeh adına xx.xx.2018-ci il tarixdə “Mercedes Benz A190” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixdə alğı-satqı müqaviləsi əsasında onun adından qeydiyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Hal-hazırda Cavabdeh adında nəqliyyat vasitəsi qeydiyyatda yoxdur və etibarnamə ilə istifadəsinə nəqliyyat vasitəsi verilməmişdir. X7 adında etibarnamə ilə istifadəsində və ya onun trəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. 24.İş üzrə Azəbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Kredo” Vəkl Bürosuna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X31 xx.xx.1990-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiyasınn növü xx.xx.2004-cü il tarixdən İİ dərəcə (orqanizmin funksiyalarının 31-60 faiz pozulması) əlilliyə görə əmək pensiyası növünə dəyişdirilmişdir. Vətəndaşın əmək pensiyasının ödəniş vəfat etməsi səbəbindən xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. A.Nazarkinanın vəfat etdiyi tarixə əmək pensiyasının məbləği 601,01 manat təşkil etmişdir. 25.İş maeriallarında olan “Elektron notariat” X2 Çıxarşından görünür ki, Cavabdeh tərəfindən yazılmış və Abşeron rayon 1 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən o, "xxxx" MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “AAAF-Park” yşayış massivinin 28 saylı küçəsində inşa etdiyi bina 2, 29,2 kv.m. sahəsi olan, 1 otaqlı, 187 nörəli mənzil tipli mansardda olan pay hüququndan imtina edir, pay hüququnun və həmin mənziln digər şəxsin adına sənədləşməsinə heç bir etirazı yoxdur. Gələcəkdə, "xxxx" MM-yə qarşı hər hansı maddi iradı və tələbi olmayacaq. Onu payçılıqdan azad edilməsini xhiş etmişdir. 26.İş materiallarında olan "xxxx" MMC tərəfindən “Kredo” vəkil bürosunun vəkili Leya Əkbərovaya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X35 və X7 adına daşınmaz əmlak qeydə alnmamışdır. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167, AAAF-Park yaşayış massivinin 28 saylı küçəsində inşa edilmiş bina 2, 187 nömrəli mənzil xx.xx.2017-ci il tarixdə alıcı Cavabdeh tərəfindən alınmışdır. xx.xx.2020-ci il tarixdə satıcı X36 və X7 razılıq ərizələri əsasında alıcı X3 adına xx.xx.2020-ci il tarixli, M-5705 nömrəli mənzil tipli mansardın alğı-satqı müqaviləsi ilə rəsmiləşdirilmişdir. 27.İş materiallarında olan “Satıcı” qismində "xxxx" MMC ilə “Alıcı” qismində Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, B/0130 nömrəli mənzil tipli mansardın alğı-satqısı haqqında müqaviləsinin surətindən görünür ki,“Cəmiyyət” Abşeon rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yoxdur. Ga «AAAF-Park» yaşyış massivin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 2, ümumi sahəsi (sanitar qoşağı, mətbəx, dəhliz, yığnaq yeri daxil olmaqla, eyni zamanda divarın çol hissəsindən hsablanmaqla) 29,2 kv.m. ibarət, 1 otaqlı 187 №-li mənzil tipli mansardı “Alıcı”ya təhvil verməyi, “Alı”cı isə bunun qarşılığında “Cəmiyyətə” razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürür (bənd 1.1). Bu müqavilə üzrə 1 kv.m-lik sahəsinin qiyməti 450 manat olmaqla, müqavilənin qiyməti cəmi 13.140 manat müəyyən edilmişdir (bənd 2.1). “Alıcı” müqavilə qiymətindən 10.22 manatı şəxsi vəsaiti hesabına ödəmiş, geri qalan 2920 manatlıq məbləği 1 ay müddətind ödəməyi qəbul etmişdir (bənd 2.2). 28.İş materiallarında olan X15 tərəfindən yazılmış və Abşeron rayonu 1 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli **********590 nömrəli ərizənin surətindən görünür ki, o, "xxxx" MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa etdiyi bina 2, 29,2 kv.. sahəsi olan, 1 otaqlı, 187 nömrəli mənzil tipli mansardın satılmasına və Cavabdeh Segeyevnanın pay hüququnun digər şəxsin adına sənədləşməsinə heç bir etirazı yoxdur. Gələcəkə "xxxx" MMCyə qarşı heç bir maddi iradı və tələbi olmayacaq. 29.İş materillarında olan Cavabdeh tərəfindən yazılmış və Abşeron rayonu 1 saylı notriat ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli **********589 nömrəli ərizənin surətində görünür ki, o, "xxxx" MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospeki, 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa etdiyi bina 2, 292 kv.m. sahəsi olan 1 otaqlı, 187 nömrəli mənzil tipli mansardda olan pay hüququndan imtna edir, pay hüququnun və həmin mənzilin digər şəxsin adına sənədləşməsinə heç bir etirazı oxdur. Gələcəkdə "xxxx" MMC-yə qarşı heç bir maddi iradı və tələbi olmayacaq. Onu payçılıqdan azad edilməsini xahiş etmişdir. 30.İş materiallarında olan “Cəmiyyət” qismində "xxxx" MMC ilə “Alıcı” qismində X6 tərəfindən bağlanmış xx.xx.2020-ci il tarixli M-5705 nömrəli mənzil tipli mansardın alğı-satqı müqaviləsinin surətindən görünür ki, “Cəmiyyət” Abşeron raonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 2, mərtəbəmansard, ümumi sahəsi (sanitar ovşağı, mətbəx, dəhliz, yığınaq yeri, eyni zamanda divarın çol hissəsindən hesablamaqla) 29,2 kv.m. ibarət, 1 otaqlı 187 №-li mənzil tipli mansard “Alıcıya” təhvil verməyi, “Alıcı” isə bunun qarşılığında “Cəmiyyətə” razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürür (bənd 1.1). Bu müqavilə üzrə mənzilin 1 kv.m-lik sahəsinin qiyməti 450 manat olmaqla, müqavilənin qiyməti cəmi 13.140 manat müəyyən edilmişdir (bənd 3.1). “Alıcı” müqavilə qiymətindən 13.140 maatı şəxsi vəsaiti hesabına ödəmişdir (bənd 3.2). 31.Məhkəmə müəyyən etmişdir ki, mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkrorayon, Hüseynbala Əliyev küçəsində yerləşən 32 saylı evin, 28 saylı mənzili İddiaçı anasının mülkiyyətində olmuş, anasının 2022-ci ildə ölümündən sonra vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən mənzil İddiaçı mülkiyyətinə keçmişdir. Cavabdeh İddiaçı doğma qızıdır. Cavabdeh mübahisəli mənzildə doğulub yaşamışdır və 2015-ci ildə Cavabdeh ailə həyatı qurmuş və həyat yoldaşının yaşadığı evinə gəlin köçmüşdür. 2017- 2018-ci illərdə Cavabdeh öz adına daşınar və daşınmaz əmlaklar əldə etmişdir, sonra həmin əmlakları satmışdır. Hazırda Cavabdeh, öz qızı və həyat yoldaşı ilə birlikdə mübahisəli mənzildə yaşayır. Hazırda İddiaçı könüllü surətdə kompensasiya verməklə cavabdehin müliyyətində olan mənzildən çıxarılmısı, cavabdeh isə kompensasiya məbləği ilə razılaşmadığından daha yüksək məbləğ tələb etməklə mənzilə onun tərəfindən çəkilmiş xərcidə tələb edir. 32.Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, mübahisəli mənzildə qeydiyyatda olmuş qızı Cavabdeh əri ilə birlikdə onu mənzildən çıxarmışlar, mənzil daxil olmağa və mülkiyyət hüququndan istifadə etməsinə maneçilik törədirlər. Bu səbəbdən o, Cavabdeh 16.200 manat məbləğində kompensasiya verilməklə (ödənilməklə), istifadə hüququna xitam verilməsi, qızı Cavabdeh və nəvəsi Leyli Əmirxanovanın ona məxsus ünvan 15 ünvanında mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 33.Cavabdeh mübahisəli mənzildə doğulduğundan, onun həmin mənzilə dair hüquq münasibətləri xx.xx.2000-ci ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yarandığı üçün, iddiaçının irəli sürdüyü tələbə, yəni cavabdehin istifadə hüququna xitam verilməsinə həmin hüquqlarının yaranan vaxt qüvvədə olan qanunun normalarının baxımından qiymətləndirilməlidir. 34.Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən: -Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüqquna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisəərə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüqqunun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əaslandırılmalıdır. -Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsidən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər 35.Məhkəmə qeyd etmişdir ki, cavabdehin əvvəlki Mənzil Məcəlləsinin 123-cü madəsinin tələbinə əsasən istifadə hüququ mövcud olmuş olsa da o, 2015-ci ildə ailə həyatının qurmasından və daimi yaşamaq üçün həyat yoldaşının yaşadığı Cəlilabad rayonunda yerləşən evinə gəlin köçməsindən, mübahisəli mənzildə uzun müddət ərzində yaşamadığından, 2017-ci ildə daşınmaz əmlakın əldə etməsindən və öz adına rəsmiləşdirilməsindən, daha sonra onu satılması səbəbindən hazırda cavabdehin mübahisəli mənzilə hər hansı istifadə hüuqunun qalmasından da söhbət gedə bilməz. 36.Bu səbəbdən məhkəmə hesab etmişdir ki, cavabdehin mübahisəli mənzilə artıq istifadə hüququ qalmadığından, iddiaçının mübahisəli mənzil üzrə cavabdehin istifadə hüququna xitam verilməsi barədə tələbi təmin edilə bilməz. Yəni mövcud olmayan hüquqa xitam verilməsi qanuni hesab edilə bilməz. 37.Bununla belə məhkəmə cavabdehin mənzildən istifadə etməsinə son qoyulması və onun mənzildən çıxarılması ilə əlaqədar 16.200 (on altı min iki yüz) manat pulun iddiaçı tərəfindən könüllü qaydada təklif edilməsini nəzərə alaraq hesab etmişdir ki, həmin hissədə tələb təmin edilməlidir. Yəni qanunvericilik yalnız istifadə hüququna xitam verilərkən onun ədalətli kompensaiyasını nəzərdə tutsa da, məhkəmə mülkiyyətçinin iradə ifadəsinə uyğun cavabdehə kompensasiya verilməklə mənzildən çıxarılmasını qanuna zidd tələb kimi hesab etməmişdir. Bu halda həmçinin məhkəmə belə qənaətə gəlmişdir ki, istifadə hüququ mövcud olmadığıdan kompensasiyanın miqdarının ədalətli olub-olmamasının yenidən məhkəmə qaydasında araşdırılmasına zərurət qalmamışdır (mülkiyyətçi tərəfindən könüllü qaydada verilən vəsait olduğudan). 38.Məhkəmə həmçinin qeyd etmişdir ki, hər iki tərəfin qanuni mənafelərinin qorunmasının və hüquqdan sui-istiadənin qarşısının alınması məqsədi ilə iddiaçı tərəfindən cavabdeh kompensasiyanın verilməsi və onun mənzildən çıxarılması hissəsində qətnamə eyni vaxtda icra olunmalıdır. 39.Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, ilkin iddia tələbinin qismən təmin edilməsi üzrə məhkəmənin qeyd olunan əsaslandırması nəzərə alınmaqla, cavabdehin sözügedən mənzildə əvvəl yaranmış istifadə hüququ artıq aradan qalxdığından (mövcud olmadığından) yenidən müvafiq kompensasiyanın verilməsi tələbindən söhbət gedə bilməz. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi 36000 (otz altı min) manat kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməi hissəsində təmin edilməməlidir. 40.Məhkəmə qarşılıqlı iddia tələbinin mənzilin təmirinə çəkilmiş xərcin əvəzi kimi 6000 (altı min) manat pulun tutulması hissəsi üzrə qeyd etmişdir ki, cavabdeh mübahisəli mənzildə təmir edilməsi üçün 6000 (altı min) manat məbləğində xərc çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən qarşılıqlı iddia tələbi qeyd olunan hissəə əsassız olmaqla təmin edilə bilməz. 41.Məhkəmə əlavə etmişdir ki, hazırki cavabdeh sözügedən mənzildən uzun müddət istifadə etmiş, əgər edilən təmirin (varsa əgər) onun tərəfindən edilməsi (sübuta yetirilə bimir) halından belə öz şəxsi istifadəsinin daha əlverişli hala gətirilməsi üçün təmir etmişdir ki, bu da könüllü qaydada həyata keçirilmişdir. Bu halın özüdə qarşılıqlı iddianın təmir xərcinin tutulması hissəsini daha əsassız hesab edilməsinə gətirib çıxarmışdır. 42.Məhkəmə öz mövqeyini “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azəraycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarının 1-ci bəninə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Məzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına; xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60, 87, 13-cü; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Qərarına; Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 152.1, 152.5, 228.2; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifad hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına; Mülki Prosessual Məcəlləsini 217.2, 217.3, 217.4, 14.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazındəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatlar.

a) Apellyasiya şikayətinin dəlilləri 43.Qətnamədən cavabdeh X36 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 44.Apellyasiya şkayətində qeyd olunmuşdur ki, qətnamədə kompensasiyanın verilməsi Cavabdeh Sereyevnaya ödənilməsi qət edilmişdir. Lakin X1 ödəniləsi qət edilmədiyindən onun mülki və konstitusiya ilə qorunan hüquqları pozulmuşdur. Pul mülkiyyətin bir növü hesab edilir. Ona görə də Cavabdeh həmin mənzilə çəkdiyi təmir xərcləri İddiaçı tutulmalı idi. Lakin məhkəmə o hissədə tələbi təmin etməmişdir. Beləliklə ilkin iddia tələbi üzrə İddiaçı əmlakını geri təlb etdiyi üçün Cavabdeh iddiaçıya məxsus mənzilə çəkdiyi xərcləri və ora alınaraq istifadə edilən avadanlıqlar və əşyaları özü ilə apara bilməsi mümkün olmadığından məhkəmə həmin təmirə çəkilmiş xərcin əvəzi olaraq 6000 manat pulun İddiaçı alınaraq X32 ödənilməsi barədə qətnamə qəbul etməli idi. İşin faktiki hallarındanda məlum olduğu kimi iddiaçı ilə cavabdeh arasında müqavilə olmasa da, onlar ana-bala kimi birlikdə yaşamışlar. İddiaçı qeyri-rəsmi evlənərək ərə getdiyi şəxslə ona məxsus mənzildə yaşamaq istədikdə onların arasında münasibətlər pozulmuşdur. Lakin Cavabdeh İddiaçı gəlib mənzildə yaşamasına heç bir maneəçilik yaradılmamışdır. Məhkəmə tərəfindən tələbi pozulan və tətbiq edilməyən digər maddi hüquq normasının Mülki Mcəllənin 157.7-ci maddəsidir. Cavabdeh tərəf mənzilin yaxşılaşdırması üçün məsrəflər çəkmşdir. Bu məsrəflər mənzildə yaşayış olaola mənzilin şəraitinin yaxşılaşdırılması məsədi ilə xərclənmişdir. İndi isə Cavabdeh həmin mənzildən istifadə etməsinə imkan verilmir. Qanunvericilik həmin sərf edilən məbləğin şəxsin, indiki halda cavabdehin tələb etməsiə imkan verir. Görülən işlərin aşkar olunmasına, mübahisələndirilməməsinə və cavabdehi də tələb etməsinə baxmayaraq məhkəmə çəkilən xərclərlə bağlı heç bir münasibət bildirməmiş, cavabdehin əmlak hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul eləmişdir. İdiaçı tərəf cavabdehə mənzilin təmiri üçün çəkilmiş 6000 manat pulu qaytarmamaqla Cavabdeh konkret olaraq 6000 manat maddi zərəri vurmuş hesab edilməlidir. Məhkəmənin ümumi mövqeyi cavabdehin delikt üzrə yaranan hüququnun reallaşmasına imkan verməmişdir. Məhəmə tərəfindən iş tam, hərtərəfli, obyektiv araşdırılmamış, yalnız iddiaçı tərəfin dəlillərinə itinad etməklə əsassız qətnamə qəbul olunaraq cavabdehin əmlak hüquqları pozulmuşdur. Caabdehin iddiaçıya pul ödəməsinə, bu faktın da iddiaçı tərəfindən qəbul edilməsinə baxmayaraq, məhkəmə tərəfindən bu hala qiymət verilməmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 533/2023 saylı qətnaməsində məhkəmə MPM 77.1-c maddəsinə istinad edərək bildirmişdir ki, sübut etmə vəzifəsi iddiaçınn üzərində olduğundan iddianın əsaslılığına istinad edilən hallar sübuta yetirilməmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən iddiaçının həmin mənzildə aparılan təmirə dair etirafını nəzərə almamış, X29 münasibətdə kompensasiya ödənilməsini təmin etməmiş və nəticədə əsassız bir qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

a)Məhkəmə icraatı iştirakçılarının izahatlar

46.Məhəkmə kollegiyasının iclasında iddiçı İddiaçı nümayəndəsi və vəkili ƏlNümayəndə2 apellyasiya şikayətini qəbul etmədi, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, iddiaçı tərəf heç vaxt cavabdehin mənzildə təmir işləri aparmasını etiraf etməmişdir. Məhkəmə də haqlı olaraq qeyd etmişdir ki, cavabdeh mənzildə təmir işlərinin aparılması ilə bağlı sübutlar təqdim etməmişdir. Əgər cavabdeh təmir işləri aparmasını sübut etsəydi, bu halda məhkəmə müvafiq tikinti-texniki ekspertizası təyin edərdi. Mənzil iddiaçının mülkiyyətindədir. Cavabdeh ailə qurandan sonra yoldaşı ilə başqa ünvanda yaşayıb. Sonra yenidən evi ələ keçirib, iddiaçının mülkiyyət hüquqlarını pozaraq, onu mənzilə buraxmırlar. Əslində cavabdehin mənzilə istifadə hüququnun qalmasına ehtiyac aradan qalxdığından, ona kompensasiya düşmür Buna baxmayaraq, iddiaçı tələbində qeyd olunan pulu yenə də könüllü olaraq cavabdehə verir. Bu qanunla qadağan olunmayıb. 47.İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkü hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respulikası Konstitusiyasının: 48.13-cü maddəsnin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 49.29-cu maddəsnin 1-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir nöünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qoruur. 50.Azərbaycan Rspublikası Mülki Məcəlləsi: 51.Maddə 15.1.Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ndan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquudur. 52.Maddə 152.5.Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətlər ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifad edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə ol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər,bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hquqdan sui-istifadə olmasın. 53.Maddə 228.2.Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyat keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazıl razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasınd tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 54.Maddə 123. 1-ci hissə. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 55.Maddə 53. 1-ci hissə. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bəradər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirirlər. 56.Maddə 53. 3-cü hissə. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayan onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 57.Maddə 217.2.Qətnamə mübahisəli hüquq münsibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamnı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 58.Maddələr 14.2, 77.1 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifad etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut tməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarlaəsaslandırır. 59.Maddə 385.2.Brinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyətiüzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

60.Azərbaycan Respublikas Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Mcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 211-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instasiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birici instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində ikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi madi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin übahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikaətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının ozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdiə bilər. 61.Məhkəmə kollgiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azrbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın qismən təmin edilən və qarşılıqlı iddianın rədd edilən hissələrində qanuniliyinin və əsaslılığının yoxlanması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

62.Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasya şikayəti təmin edilməməli, birinci instasniya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən salanılmalıdır. 63.Belə ki, işin müəyyən olunmuş faktiki halları ondan ibarətdir ki, mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsində yerləşən 32 saylı evin, 28 saylı mənzili İddiaçı anasının mülkiyyətində olmuş, anasının 2022-ci ildə ölümündən sonra vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqına şəhadətnaməsinə əsasən mənzil iddiaçı Natala Ələkbərovanın mülkiyyətinə keçmişdir. Cavabdeh İddiaçı doğma qızıdır. Cavabdeh mübahisəli məzildə doğulub yaşamışdır və 2015-ci ildə Cavabdeh ailə həyatı qurmuş və həyat yoldaşının yaşadığı evinə gəlin köçmüşdür. 2017-2018-ci illərdə Cavabdeh öz adına daşınar və daşınmaz əmlaklar əldə etmiş, sonra həmin əmlakları satmışdır. X43 öz qızı və həyat yoldaşı ilə birlikdə mübahisəli mənzildə yaşayır. Hazırda İddiaçı könüllü surətdə kompensasiya verməklə cavabdehin mülkiyyətində olan mənzildən çıxarılmısı, cavabdeh isə kompensasiya məbləği ilə razılaşmadığından daha yüksək məbləğ tələb etməklə, mənzilə onun tərəfindən çəkilmiş xərcidə tələb edir. 64.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalarıdır. 65.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7 maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. 66.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 67.Kollegiya iş üzrə toplanılmış sübutlara qiymət verərək hesab edir ki, cavabdehin yaşayış evindən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri 2000-ci ilin sentyabrın 1-dək yarandığı üçün, həmin münasibətlə bağlı mübahisə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 68.Göründüyü kimi cavabdehin mübahisəli mənzilə istifadə hüququ yaranmışdır. 69.Hazırki halda iddiaçı cavabdehin mülkiyyətində olan mənzilinə kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsini xahiş etsə də, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində istifadə hüququnun yaranması əsasları qeyd olunsa da, istifadə hüququna xitam verilməsi institutu nəzərdə tutulmamışdır. 70.“R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsində və ümumiyyətlə bu Məcəllədə yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsini nəzərdə tutan heç bir hüquq norması mövcud deyildir. Bu halda mübahisənin həllinin hər hansı normaya əsaslanmadan məhkəmənin mülahizəsində saxlanılması mülkiyyətçi və ya istifadəçinin hüquqlarını zərbə altına qoya bilər. Belə vəziyyətdən çıxış yolu tapmaq üçün qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya istinad olunması vacibdir. 71.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1 maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. 72.R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 11.1-ci maddəsini nəzərə almaqla yaşayış sahəsindən istifadə hüququnun kompensasiya verilməklə xitamına dair bu Məcəllənin 228.2 maddəsində nəzərdə tutulmuş normanın əvvəllər yaranmış və uzanan xarakter daşıyan münasibətlərə tətbiqinin mümkünlüyünü Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarında əks olunmuş mövqelərinə zidd olmamaqla onları tamamlayır. Beləliklə, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsindən çıxış edərək boşluğun tamamlanması məqsədi ilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. 73.Beləliklə kollegiya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1 maddəsinə əsasən qanunun analogiyasını əsas tutaraq, hazırki mübahisə ilə bağlı oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2 maddəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. 74.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. 75.Həmin Qərarda eyni zamanda göstərilmişdir ki, 228.5-ci maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: -yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; -yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. -Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. -Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. 76.Məhkəmə qeyd etmişdir ki, cavabdehin əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələbinə əsasən istifadə hüququ mövcud olmuş olsa da o, 2015-ci ildə ailə həyatının qurmasından və daimi yaşamaq üçün həyat yoldaşının yaşadığı Cəlilabad rayonunda yerləşən evinə gəlin köçməsindən, mübahisəli mənzildə uzun müddət ərzində yaşamadığından, 2017-ci ildə daşınmaz əmlakın əldə etməsindən və öz adına rəsmiləşdirilməsindən, daha sonra onu satılması səbəbindən hazırda cavabdehin mübahisəli mənzilə hər hansı istifadə hüququnun qalmasındanda söhbət gedə bilməz. 77.Bununla belə məhkəmə cavabdehin mənzildən istifadə etməsinə son qoyulması və onun mənzildən çıxarılması ilə əlaqədar 16.200 (on altı min iki yüz) manat pulun iddiaçı tərəfindən könüllü qaydada təklif edilməsini nəzərə alaraq hesab etmişdir ki, həmin hissədə tələb təmin edilməlidir. Yəni qanunvericilik yalnız istifadə hüququna xitam verilərkən onun ədalətli kompensasiyasını nəzərdə tutsa da, məhkəmə mülkiyyətçinin iradə ifadəsinə uyğun cavabdehə kompensasiya verilməklə mənzildən çıxarılmasını qanuna zidd tələb kimi hesab etmir. Bu halda həmçinin məhkəmə hesab etmişdir ki, istifadə hüququ mövcud olmadığıdan və kompensasiyanın miqdarının ədalətli olub-olmamasının yenidən məhkəmə qaydasında araşdırılmasına zərurət qalmamışdır (mülkiyyətçi tərəfindən könüllü qaydada verilən vəsait olduğundan). 78.Məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən cavabdehə kompensasiyanın verilməsi və onun mənzildən çıxarılması hissəsində qətnamə eyni vaxtda icra olunmalıdır (hər iki tərəfin qanuni mənafelərinin qorunmasının və hüquqdan suiistiadənin qarşısının alınması məqsədil). Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüquqlarının olması müəyyən edilmədiyindən, bu halın özü onun mübahisəli mənzil üzrə qeydiyyatının ləğv edilməsi üçün əsasdır. 79.Beləliklə kollegiya ilkin iddianın qismən təmin edilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticəni əsaslı hesab edir. 80.Kollegiya qarşılıqlı iddianın rədd edilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, cavabdehin sözügedən mənzildə əvvəl yaranmış istifadə hüququ artıq aradan qalxdığından (mövcud olmadığından) yenidən müvafiq kompensasiyanın verilməsi tələbindən söhbət gedə bilməz. Bu səbəbdən məhkəmə düzgün olaraq hesab etmişdir ki, qarşılıqlı iddia tələbi 36000 (otuz altı min) manat kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi hissəsində təmin edilməməlidir. 81.Məhkəmə həmçinin cavabdehin mənzilin təmirinə çəkilmiş xərcin əvəzi kimi 6000 (altı min) manat pulun tutulması hissəsi üzrə düzgün olaraq qeyd etmişdir ki, cavabdeh mübahisəli mənzildə təmir edilməsi üçün 6000 (altı min) manat məbləğində xərc çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, hazırki ilkin iddia üzrə cavabdeh sözügedən mənzildən uzun müddət istifadə etmiş, əgər edilən təmirin (varsa əgər) onun tərəfindən edilməsi (sübuta yetirilə bilmir) halından belə öz şəxsi istifadəsinin daha əlverişli hala gətirilməsi üçün təmir etmişdir ki, buda könüllü qaydada həyata keçirilmişdir. Bu halın özüdə qarşılıqlı iddianın təmir xərcinin tutulması hissəsini daha əsassız hesab edilməsinə gətirib çıxarmışdır. 82.Kollegiya apellyatorun onun tərəfindən mənzilin təmir edilməsinin iddiaçı tərəfindən etiraf edilməsi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, iş materiallarına əsasən iddiaçı tərəf qarşılıqlı iddianı qəbul etməmiş, hazırki apellyasiya baxışında da, iddiaçının nümayəndəsi mənzilin iddiaçı tərəfindən təmir edilmədiyini bildirmişdir. 83.Belə olan halda, kollegiya hesab edir ki, mənzilin təmir edilməsini sübut etmək yükü cavabdehin üzərinə düşür ki, cavabdeh bununla bağlı sübutları təqdim etməmişdir. Əgər cavabdeh başqasının mülkiyyətində olan mənzildə təmir işlərinin aparılmasını sübut etdiyi təqdirdə, məhkəmə tərəfindən müvafiq məhkəmə tikinti-texniki ekspertizası təyin oluna bilərdi. 84.Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 85.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 86.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 87.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 88.Beləliklə məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək hesab edir ki, Cavabdeh tərəfidən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(006)-533/2023 sayı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 89.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 90.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 91.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 92.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 93.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(006)-533/2023 sayı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müdətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Müli Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar