Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1081/2020 03.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili X15, Cavabdeh X6 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, "xxxx" MMMC, "xxxx" MMC, "xxxx" MMC, Cavabdeh3 Talib oğlu və X11 qarşı “müqavilələrin etibarsız hesab edilməsi, müqavilə öhdəliklərin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli 2(011)-6346/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-yə qarşı iddia ərizəsi, daha sonra cavabdehlər Cavabdeh1 MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, Cavabdeh3 Talib oğlu və X11 qarşı iddia ərizəsinə əlavə təqdim edərək, Bakı şəhəri, Gəncə prospekti, 2935 “A” ünvanında yerləşən yaşayış binasının 1-ci blok, 6-cı mərtəbəsindəki, sahəsi 59,47 kv.m olan bir otaqlı mənzillə bağlı 09.02.2008-ci il tarixli 229 nömrəli müqavilənin, həmin müqaviləyə əlavə olaraq Cavabdeh3 Talib oğlu ilə bağlanmış 14.01.2013-cü il tarixli müqavilənin və cavabdeh "xxxx" MMC ilə cavabdeh X19 arasında bağlanmış 22.04.2019cu il tarixli A-005/2019 saylı müqavilənin etibarsız hesab edilməsi və həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini və iddia ərizəsinə əlavəni belə əsaslandırmışdır ki, 08.07.2006-cı il tarixdə bağlanmış 117 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Gəncə prospekti, 2935 “A”ünvanında tikiləcək yaşayış binasının 1-ci blok, 6-cı mərtəbəsindəki, sahəsi 59,47 kv.m olan bir otaqlı mənzil "xxxx" MMC tərəfindən X12 18.733,05 manata satılmış, 15 yanvar 2014-cü il tarixdə X20 qeyd olunan mənzildən imtina etmiş və həmin mənzil üçün Cəmiyyətə ödənilmiş pul məbləği ona qaytarılmışdır. Bundan sonra Cavabdeh1 MMC tərəfindən bu mənzil 20.01.2014-cü il tarixli müqavilə əsasında 23.788 manata ona satılmış, pul məbləği tam ödənildiyindən, 20.01.2014-cü il tarixdə ona 387 nömrəli maliyyə arayışı da təqdim edilmişdir. Mənzilini tələb edəndə məlum olmuşdur ki, həmin mənzillə bağlı X16 ilə X21 arasında məhkəmə mübahisəsi olmuş və məhkəmə qətnamələri qəbul edilmişdir. Ona görə də X7 yaşadığı və X16 ilə müqavilə bağlanmış Bakı şəhəri, Gəncə prospekti, 2935 “A”ünvanında yerləşən binanın 1-ci blok, 6-ci mərtəbəsindəki, sahəsi 59,47 kv.m olan bir otaqlı mənzillə bağlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, X16 ilə bağlanmış müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Həmin iddia tələbinə baxılarkən, Xətai rayon İcra Şöbəsi tərəfindən X16 həmin mənzilə köçürülmüşdür. Ona görə də iddia tələbini dəqiqləşdirərək, X5 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 "A”ünvanında yerləşən, yaşayış binasının 1-ci blokunun 6-ci mərtəbəsində yerləşən bir otaqlı, 59,47 kv.m sahəsi olan mənzilindən çıxarılması və Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 “A” ünvanında yerləşən iki bloklu, yüksək mərtəbəli yaşayış binasının 1-ci blokunun 6-ci mərtəbəsində yerləşən bir otaqlı, 59,47 kv.m sahəsi olan mənzilinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03.05.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddia etdiyi mənzil qeyd olunan binanın 5-ci mərtəbəsində, ona məxsus mənzil isə binanın 6-cı mərtəbəsində yerləşir. Bakı Apellyasiya Məhkəməsinin 05.09.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-168/2018 saylı 03.05.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05.09.2018-ci il tarixli qətnaməsi Ali Məhkəmənin 18.01.2019-cu il tarixli Qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. O, cavabdeh "xxxx" MMC-nə müraciət edərək (Bakı şəhəri, Gəncə prospekti, 2935 “A” saylı bina cavabdeh "xxxx" MMMC tərəfindən idarə olunur) Bakı şəhəri, Gəncə prospekti, 2935 “A”ünvanında olan yaşayış binasının 1-ci blok, 6-cı mərtəbəsindəki, sahəsi 59,47 kv.m olan bir otaqlı mənzilə daxil olmağına etdiyi maneələrə son qoyub, həmin mənzilin ona təhvil verilməsini xahiş etmiş, cavabdeh "xxxx" MMMC 22.04.2019-cu il tarixli məktubu ilə mənzilin ona verilməsindən imtina etmiş və maneəni davam etdirmişdir. Onun həmin mənzilə olan hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa belə, həmin mənzil onun qanuni sahibliyində və istifadəsində olduğundan, onun bu hüququ həm milli qanunvericilik baxımından, həm də Avropa Məhkəməsinin presedent hüququ baxımından «qanuni gözləntiyə» malik hüquqdur. Daha sonra ona məlum olmuşdur ki, Bakı şəhəri, Gəncə prospekti, 2935 “A” ünvanında yerləşən yaşayış binasının 1-ci blok, 6-cı mərtəbəsindəki, sahəsi 59,47 kv.m olan bir otaqlı mənzillə bağlı 09.02.2008-ci il tarixli 229 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əlavə olaraq Cavabdeh3 Talib oğlu ilə 14.01.2013-cü il tarixli müqavilə bağlanmışdır. Bundan sonra mübahisəli mənzillə bağlı cavabdeh "xxxx" MMC ilə cavabdeh X19 arasında 22.04.2019-cu il tarixli A-005/2019 saylı müqavilə bağlanmışdır. Mübahisəli mənzillə bağlı X20 ilə 08.07.2006-cı il tarixli 117 nömrəli müqavilə bağlanmış, həmin mənzilin dəyəri tam ödənilmiş və həmin müqavilə qüvvədə olmasına baxmayaraq, həmin mənzillə bağlı 09.02.2008-ci il tarixli 229 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əlavə olaraq 14.01.2013-cü il tarixli müqavilə bağlanmış və sonda isə 22.04.2019-cu il tarixli A- 005/2019 saylı müqavilə bağlanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli 2(011)- 6346/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili R.Səfərov apellyasiya şikayətini müdafiə edərək, iş materiallarına uyğun izahat verib, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Həmçinin qeyd etdi ki, iddiaçı ilə 20.01.2014-cü il tarixli müqaviləni fiziki şəxs olaraq X28 yox, Cavabdeh1 MMC bağlamışdır. 26.05.2012-ci il tarixli etibarnaməyə gəldikdə isə həmin etibarnaməni Bakı İstintaq Təcridxanasında saxlanılan "xxxx" MMC-nin təsisçisi X22 vermişdir ki, etibarnamə əsasında X28 onun adından Cavabdeh1 MMC ilə birgə fəaliyyət haqqında müqavilə imzalasın. Buna uyğun olaraq, 28.05.2012-ci il tarixdə "xxxx" MMC ilə Cavabdeh1 MMC arasında Birgə təsərrüfat fəaliyyəti haqqında müqavilə imzalanmış və həmin müqavilənin 3.2 bəndinə əsasən mənzillərin satış hüququ Cavabdeh1 MMC-yə verilmişdir. Həmin müqaviləni də Texnik Proqress” MMC-nin təsisçisi X8 adından etibarnamə əsasında X28 imzalamışdır. Buna görə də məhkəmənin gəldiyi nəticə yalnış olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X6 nümayəndəsi X.Abdullayev apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər (nümayəndələri) məhkəməyə gəlməmiş, nə də bunun üzrlü səbəbdən baş verməsini bildirməmişlər. Odur ki, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İş üzrə aşağıdakı faktiki hallar müəyyən edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının 267 nömrəli 12.10.2005-ci il tarixli sərəncamından çıxarışının surətindən görünür ki, Xətai Rayon İcra Hakimiyyəti Başçısının 15.09.2005-ci il tarixli 1008 saylı məktubu, "xxxx" MMC-nin 10.09.2005-ci il tarixli 05 saylı müraciəti, Xətai Bələdiyyəsinin 11.03.2005-ci il tarixli, 07/96 saylı icarə müqaviləsi nəzərə alınaraq, Xətai rayonu, ünvan məhəllədə yerləşən avtodayanacağın tutduğu 0,2 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələşdirilməsinə "xxxx" MMC-yə icazə verilmişdir. AR Vergilər Nazirliyi Kommersiya qurumunun dövlət reyestrindən çıxarışının surətindən görünür ki, "xxxx" MMC-nin təsisçisi X13r. Mülki işdə olan birgə təsərrüfat fəaliyyəti haqqında 16.11.2005-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC-nin direktoru X26 ilə "xxxx" MMC-nin direktoru X22 həmin müqaviləyə əsasən Xətai rayonu, ünvan məhəllədə 0,2 ha torpaq sahəsində 2 bloklu yaşayış binasının layihələşdirilməsi və tikintisi ilə əlaqədar birgə fəaliyyət öhdəliklərinin yerinə yetirilməsini öhdələrinə götürmüşdürlər. 08.07.2006-cı il tarixli 117 saylı müqavilədən görünür ki, "xxxx" MMC-nin Gəncə pr. 2935 A ünvanında tikəcəyi yaşayış binasının 1-ci blok 6-cı mərtəbəsindən 1 otaqlı mənzil almaq üçün X20 ilə "xxxx" MMC arasında müqavilə bağlanılmışdır. "xxxx" ilə X20 arasında 117 saylı 02.07.2006-cı ildə bağlanmış müqavilədən İddiaçı keçid haqqında 20.01.2014-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh1 MMC Bakı şəhəri, Gəncə prospekti 29/35 A ünvanında 12 mərtəbəli yaşayış evinin Bakı şəhər İcra Hakimiyyətinin təsdiq etdiyi lahiyyəyə əsasən 1-ci blok 6-cı mərtəbəsində ümumi sahəsi 59.47 kv.m olan mənzil bir pay kimi payçı İddiaçı verməyi öhdəsinə götürmüşdür. 20.01.2014-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri, Gəncə prospekti 29/35 A ünvanında 12 mərtəbəli yaşayış evinin Bakı şəhər İcra Hakimiyyətinin təsdiq etdiyi lahiyyəyə əsasən 1-ci blok 6-cı mərtəbəsində ümumi sahəsi 59.47 kv.m olan mənzilin müqavilə dəyəri tam ödənilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-168/2018 saylı 03.05.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC və X3rşı cavabdeh X5 Bakı şəhəri, Gəncə prospekti, 2935 A ünvanında yerləşən iki bloklu, yüksək mərtəbəli yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən bir otaqlı, 59,47 kv.m sahəsi olan mənzilindən çıxarılması, həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)8292/2018 saylı 05.09.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)489/19 saylı 18 yanvar 2019-cu il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. 09.02.2008-ci il tarixli 229 saylı müqavilədən görünür ki, "xxxx" MMC-nin Gəncə pr. 2935 A ünvanında tikəcəyi yaşayış binasının 1-ci blok 11-cı mərtəbəsindən 1 otaqlı mənzil almaq üçün Cavabdeh3 ilə "xxxx" MMC arasında müqavilə bağlanılmışdır. Cavabdeh1 MMC-nin BEB seriyalı 349271 nömrəli kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh3 mənzilin dəyəri tam ödəmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-91/2014 saylı 08.10.2014-cü il tarixli hökmündən görünür ki, Kazım-zadə Kazım Ələsgər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə; X37 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına; X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdirlər. Həmin hökmün 14cü vərəqinin 3-cü abzasından müəyyən edilir ki, Kazım-zadə X29 prospektindəki 2935 A saylı ünvanda inşa etdirdiyi binanın 1-ci blok 11-ci mərtəbədə yerləşən 1 otaqlı ümumi sahəsi 57,47 kv.m olan mənzili "xxxx" MMC-nin qeyri-rəsmi mühasibi X18 ilə birlikdə 09.02.2008-ci il tarixli 229 nömrəli müqavilə ilə Cavabdeh3 Talib oğluna 14408,2 manata satmış, həmçinin "xxxx" MMC-nin qeyri-rəsmi mühasibi X18 ilə birlikdə həmin mənzili 18.08.2011-ci ildə 349 nömrəli müqavilə ilə Əliyeva (Fətullayeva) Ülviyyə Abdulla qızına 11.666 manata satmışdır. Hökmün 33 vərəqində əks olunmuş zərərçəkmiş şəxs qismində dindirilmiş Cavabdeh3 Talib oğlunun ifadəsindən görünür ki, həmin ifadəsində Cavabdeh3 Talib oğlu təsdiq etmişdir ki, Kazım-zadə Kazım Ələsgər oğlu ilə ünvan ünvanda inşa olunan binanın 1-ci blok 11-ci mərtəbədə yerləşən 1 otaqlı ümumi sahəsi 57,47 kv.m olan mənzillə bağlı 09.02.2008-ci il tarixli 229 nömrəli müqavilə bağlamış, sonradan həmin mənzilin başqa şəxsə satıldığını öyrənmiş, tikintini davam etdirən Cəfərov Əkbər adında şəxslə 2012-ci ilin yayında görüşmüş, Əkbər ondan sənədlərini qəbul edərək, mənzillə təmin edəcəyinə dair söz vermişdir. Hazırda şikayəti, tələbi və iddiası olmadığını bildirmişdir. Hökmün 169-cu vərəqində qeyd edilmişdir ki, cinayət işinin materiallarından görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri Gəncə prospekti 2935 A ünvanda inşa edilən binanın tikintisi etibarnamə əsasında Cavabdeh1 MMC-yə həvalə edilmişdir. 22.04.2019-cu il tarixli ilkin müqavilədən görünür ki, birinci tərəf Cavabdeh3 və ikinci tərəf X23 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən yaşayış evinin 1-ci blok, 6-cı mərtəbəsində, ümumi sahəsi 59.47 kv.m olan 1 otaqlı, 42 saylı mənzilinə dair gələcəkdə alqı-satqı müqaviləsi rəsmiləşdirilməsi üçün öhdəliklər götürmüşlər. **********095 nömrəli ərizənin notarius tərəfindən təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh3 ilə X23 arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən yaşayış evinin 1-ci blok, 6-cı mərtəbəsində, ümumi sahəsi 59.47 kv.m olan 1 otaqlı, 42 saylı mənzilin alqı-satqı müqaviləsini rəsmiləşdirmək razılığına gəlmişdirlər. **********096 nömrəli ərizənin notarius tərəfindən təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən yaşayış evinin 1-ci blok, 6-cı mərtəbəsində, ümumi sahəsi 59.47 kv.m olan 1 otaqlı, 42 saylı mənzilinə olan pay hüququndan imtina etmişdir. A-005/2019 saylı 22.04.2019-cu il tarixli "xxxx" MMC-nin maliyyə arayışından görünür ki, X9 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən yaşayış evinin 1-ci giriş, 0,000 səviyyəsindən başlayan 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 59.47 kv.m olan, 1 otaqlı, 42 saylı mənzilinə müqavilə dəyəri tam ödənilmişdir. A-005/2019 saylı 22.04.2019-cu il tarixli müqavilədən də görünür ki, "xxxx" MMC ilə X23 arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən yaşayış evinin 1-ci giriş, 0,000 səviyyəsindən başlayan 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 59.47 kv.m olan, 1 otaqlı, 42 saylı mənzili "xxxx" MMC tərəfindən X14 33999,59 manata satılması barədə razılığa gəlinmişdir. Cavabdeh1 MMC tərəfindən Cavabdeh3 adına Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən yaşayış evinin 1-ci blok, 6-cı mərtəbəsində, ümumi sahəsi 59.47 kv.m olan 1 otaqlı, 42 saylı mənzilinə verilən 088 nömrəli çıxarışın, 229 saylı 09.02.2008-ci ildə bağlanmış müqavilənin və 14 yanvar 2013-cü il tarixli maliyyə arayışının 22.04.2019-cu ildə "xxxx" MMC tərəfindən ləğv olunması aydın olur. İş materiallarında olan 26.05.2012-ci il tarixli etibarnamənin surətindən görünür ki, Bakı İstintaq Təcridxanasında saxlanılan X22 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamaq, bu əqdlər üzrə haqqı-hesab aparmaq və sair səlahiyyətləri 1 (bir) il müddətinə X25 etibar etmişdir. Beləliklə, işin müəyyən edilmiş hallarına əsasən, hazırki mübahisəli mənzil 08.07.2006-cı il tarixli müqaviləyə əsasən, "Ələsgəroğlu-K” MMC tərəfindən X1, 15.01.2014-cü il tarixdə X20 qeyd olunan mənzildən imtina etmiş və həmin mənzil üçün Cəmiyyətə ödənilmiş pul məbləği ona qaytarılmış, bundan sonra Cavabdeh1 MMC tərəfindən bu mənzil 20.01.2014-cü il tarixli müqavilə əsasında İddiaçı satılmış, həmin məbləği tam ödədiyindən, həmin tarixdə ona maliyyə arayışı verilmişdir. Başqa sözlə, mübahisəli mənzili 08.07.2006-cı il tarixdə X20 almış, 15.01.2014-cü il tarixdə isə iddiaçıya satmışdır. 09.02.2008-cı il tarixdə "xxxx" MMC ilə Cavabdeh3 arasında Gəncə pr. 2935 A ünvanında yerləşən yaşayış binasının 1-ci blok 11-cı mərtəbə 1 otaqlı mənzilə dair müqavilə bağlanmışdır. Lakin həmin mənzil sonradan başqa şəxsə (hökmə əsasən 18.08.2011-ci ildə 349 nömrəli müqavilə ilə Əliyeva (Fətullayeva) Ülviyyə Abdulla qızına) satıldığından, 14.01.2013-cü il tarixdə X28 ilə qarşılıqlı razılaşma əsasında Cavabdeh3 1ci blok 11-ci mərtəbədə yerləşən mənzilin əvəzinə, 1-ci blok 6-ci mərtəbədə yerləşən 59.47 kv.m mənzilə (hazırki mübahisəli mənzil) dair yeni müqavilə bağlamışdır. Cavabdeh3 isə 22.04.2019-cu il tarixdə həmin mənzilə dair X23 ilə ilkin müqavilə bağlamış, Cavabdeh3 və həyat yoldaşı notariat kontorunda həmin mənzilə olan pay hüquqlarından imtinaya dair ərizə verdikdən sonra, "xxxx" MMC-nin direktoru A.Qocayev tərəfindən Cavabdeh3 məxsus müqavilə ləğv edilərək, MMC ilə X23 arasında 22.04.2019-cu il tarixli müqavilə bağlanmışdır. Hazırda iddiaçı dəyərini tam ödəyərək aldığı mənzilin boşaldılaraq ona təhvil verilməsini və həmin mənzilə dair bağlanmış 09.02.2008-ci il tarixli, 14.01.2013-cü il tarixli və 22.04.2019-cu il tarixli müqavilələrin etibarsız hesab edilməsini tələb edir. Birinci instansiya məhkəməsi Cavabdeh1 MMC-nin direktoru X24 İddiaçı ilə 20.01.2014-cü il tarixdə mübahisəli mənzilin alqı-satqısına dair müqavilə bağlayarkən həmin müqaviləni imzalamağa səlahiyyəti olmadığı təqdirdə, həmin müqavilə onun tərəfindən imzalandığından bağlandığı andan etibarsız olması, buna görə də İddiaçı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddia qaldırmaqla bağlı subyektiv hüququnun olmaması qənaətinə gələrək iddia tələbini rədd etmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, məhkəmə Bakı İstintaq Təcridxanasında saxlanılan X8 X25 1 il müddətinə verdiyi 26.05.2012-ci il tarixli etibarnamənin qüvvəsinin 26.05.2013-cü il tarixdə bitməsi, İddiaçı ilə mübahisəli mənzilə dair müqavilənin 20.01.2014-cü il tarixdə bağlanması zamanı artıq etibarnamənin qüvvədə olmamasına əsaslanmışdır. Kollegiya məhkəmənin bu qənaəti ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. X22 26.05.2012-ci il tarixdə X25 -harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, (müəssisələrdən, idarələrdən təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan, bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiyməti və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdeh, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bıı tapşırığın yerinə yeitirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etməsi haqqında etibarnamə vermişdir. "xxxx" MMC (MMC-nin təsisçisi X8 nümayəndəsi X28) ilə Cavabdeh1 MMC (MMCnin təsisçisi X27) arasında 28.05.2012-ci il tarixdə bağlanmış “Birgə təsərrüfat fəaliyyəti haqqında müqavilənin” surətindən görünür ki, tərəflər Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 267 saylı 12.10.2005-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektindəki 2935A saylı məhəllədə 0,2 ha torpaq sahəsində 2 bloklu yaşayış binasının layihələşdirilməsi, tikintinin başa çatdırılması və mənzillərin alqı-satqısının rəsmiləşdirilməsi ilə əlaqədar birgə fəaliyyət öhdəliklərinin yerinə yetirilməsini öhdələrinə götürmüşlər. Həmin müqavilənin 3.2-ci bəndində göstərilmişdir ki, tərəflər bu müqavilə imzalandığı andan etibarən mənzillərin satışının rəsmişləşdirilməsi (alqı-satqı, icarə, barter, əvəzləşdirmə, bağışlama, təmir-bərpa və s.) hüququnun 2-ci tərəf adlandırılan Cavabdeh1 MMC-yə həvalə olunmasına razılaşmışlar. Göründüyü kimi, bu müqaviləyə əsasən mənzillərin satış hüququ Cavabdeh1 MMCyə həvalə olunmuş, müqaviləni də "xxxx" MMC-nin təsisçisi X8 adından etibarnamə əsasında nümayəndəsi X28 imzalamış, həmin vaxt etibarnamə qüvvədə olmuşdur. "xxxx" ilə X20 arasında 02.07.2006-cı ildə bağlanmış 117 saylı müqavilədən İddiaçı keçid müqaviləsi 20.01.2014-cü il tarixdə sonuncu ilə hüquqi şəxs olaraq Cavabdeh1 MMC arasında bağlanmış və sonuncunun adından müqaviləni direktor X28 imzalamışdır. Əkbər Cəfərov mənzilin alqı-satqısını 26.05.2012-ci il tarixli etibarnaməyə əsasən həyata keçirməmiş, həmçinin alqı-satqı müqaviləsini həmin etibarnaməyə əsasən imzalamamışdır. Mənzilin alqı-satqısı barədə müvafiq müqavilə “Birgə təsərrüfat fəaliyyəti haqqında” 28.05.2012-ci il tarixli müqavilənin tələblərinə əsasən hüquqi şəxs olan Cavabdeh1 MMC-nin adından bağlanmışdır. İddiaçı ilə Cavabdeh1 MMC-nin direktoru X24 arasında 20.01.2014-cü il tarixdə mübahisəli mənzilin alqı-satqısına dair müqavilə bağlanarkən Əkbər Cəfərov müqaviləni fiziki şəxs olaraq öz adından deyil, hüquqi şəxs olan MMC-nin adından bağlamışdır. Belə olan halda, K.Kazımlı tərəfindən Ə.Cəfərova fiziki şəxs kimi səlahiyyətlər verilmiş 26.05.2012-ci il tarixli etibarnamənin müddətinin 26.05.2013-cü il tarixdə bitməsinə əsaslanaraq İddiaçı ilə mübahisəli mənzilin alqı-satqı müqaviləsinin 20.01.2014cü il tarixdə onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı üçün, onun bağlandığı andan etibarsız olması barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. İşin faktiki hallarından müəyyən edilir ki, 08.07.2006-ci il tarixli müqaviləyə əsasən Hidayət Mehdiyev mübahisəli mənzili almış və 15.01.2014-cü il tarixə qədər mübahisəli mənzil ona məxsus olmuş, göstərilən tarixdə isə mənzildən imtina etmiş və mənzil üçün ödəmiş olduğu pul ona qaytarılmış, bundan sonra həmin mənzil 20.01.2014-cü il tarixdə İddiaçı satılmışdır. Mənzilin dəyəri tam ödənilmişdir. Hər iki müqavilə bağlanarkən mülki qanunvericiliyin tələblərinə riayət edilmiş, müqavilələrin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir. Göründüyü kimi, mübahisəli mənzillə bağlı X20 ilə 08.07.2006-cı il tarixli 117 nömrəli bağlanmış müqavilə qüvvədə olmasına baxmayaraq, onun iştirakı olmadan həmin mənzillə bağlı 09.02.2008-ci il tarixli 229 nömrəli müqaviləyə əlavə olaraq Cavabdeh3 Talib oğlunun adına 14.01.2013-cü il tarixli müqavilə bağlanmışdır. Halbuki 09.02.2008-ci il tarixli 229 nömrəli müqavilə 11 mərtəbədəki mənzillə bağlı olmuşdur. Mübahisəli mənzilə dair Hidayət Mehdiyev ilə müqavilə bağlandığı halda, həmin müqavilə ləğv edilmədən, yaxud müqavilə şərtlərinə xitam verilmədən Cavabdeh1 MMC ilə digər Cavabdeh3 Talib oğlu arasında 14.01.2013-cü il tarixdə müqavilə bağlanmışdır. Belə olan halda mübahisəli mənzilə dair Cavabdeh1 MMC ilə digər Cavabdeh3 arasında bağlanmış qeyd edilən 14.01.2013-cü il tarixli müqavilə qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır və etibarsızdır. Sonradan mübahisəli mənzil Cavabdeh3 Talib oğlu tərəfindən X2, bununla bağlı onunla bağlanmış müqavilə hər iki tərəfin razılığı ilə ləğv edilmiş və həmin mənzillə bağlı "xxxx" MMC ilə cavabdeh X19 arasında 22.04.2019-cu il tarixli A-005/2019 saylı müqavilə bağlanmışdır. Cavabdeh3 mübahisəli mənzilə dair bağladığı alqı-satqı müqaviləsi özü etibarsız olduğu üçün, həmin müqaviləyə əsasən aldığını hesab etdiyi mənzili başqasına satması barədə bağlanmış müqavilə də qanunvericiliyin tələblərinə zidd olaraq bağlandığı üçün etibarsız hesab edilir. Belə olan halda mübahisəli mənzillə bağlı Cavabdeh1 MMC ilə Cavabdeh3 arasında bağlanmış 14.01.2013-cü il tarixli müqavilə və "xxxx" MMC ilə cavabdeh İ.Abdullayev arasında bağlanmış 22.04.2019-cu il tarixli müqavilə etibarsız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 423-cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd olunan normanın dispozisiya şərtlərinə əsasən müqavilə etibarsız hesab edilərkən, tərəflər arasında həmin müqavilədən irəli gələn məsələlər həll edilməlidir. Lakin hazırki iş üzrə etibarsız hesab edilən əqdlər tərəflər, yəni iddiaçı və cavabdehlər arasında bağlanmış əqdlər deyildir, həmin əqlər cavabdehlərin özləri arasında bağlanmışdır, buna görə də cavabdehlər bir-birinə qarşı aldıqlarını geri qaytarmaq barədə müstəqil iddia qaldırmalıdırlar. İddiaçının "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanılmış 09.02.2008-cı il tarixli 229 saylı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair Kollegiya qeyd edir ki, bu hissədə iddiaçının tələbi əsassızdır. Çünki həmin müqavilədən görünür ki, MMC-nin Gəncə pr. 2935 A ünvanında tikəcəyi yaşayış binasının 1-ci blok 11-ci mərtəbəsindən 1 otaqlı mənzil almaq üçün Cavabdeh3 ilə "xxxx" MMC arasında həmin müqavilə bağlanılmışdır. Həmin müqavilə 11-ci mərtəbədə olan mənzilə dair bağlanmışdır və iddiaçının hər hansı maraqlarına toxunmur. Bundan başqa Kollegiya qeyd edir ki, iddiaçının tələbi mənzilin boşaldılaraq ona təhvil verilməsi hissəsində də əsaslı və haqlıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair" 25.10.2010-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. İddiaçı Cavabdeh1 MMC ilə aralarında bağlanmış müqavilə üzrə müəyyən edilmiş məbləği tam şəkildə ödəməklə mübahisəli mənzilə sahiblik və istifadə hüququ əldə etmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istiədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə də mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərancam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məşəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq məhkəmə kollegiya hesab edir ki, cavabdeh MMC sözügedən müqavilədən irəli gələn öhdəliyini lazımi qaydada icra etmədiyindən, iddiaçı haqlı olaraq həmin müqavilədən yaranan öhdəliyin yerinə yetirilməsini tələb etmişdir. İddiaçı bağlanmış müqavilənin şərtlərinə əməl etmiş, mənzilin dəyərini tam ödəmişdir, buna baxmayaraq, cavabdeh MMC üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Ona görə də mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə iddia tələbli də əsaslı hesab edilərək, təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil edir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6346/2019 saylı iş üzrə 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Gəncə prospekti, 2935 “A” ünvanında yerləşən yaşayış binasının 1-ci blok, 6-cı mərtəbəsindəki, sahəsi 59,47 kv.m olan bir otaqlı mənzillə bağlı Cavabdeh1 MMC ilə Cavabdeh3 Talib oğlu arasında bağlanmış 14.01.2013-cü il tarixli müqavilə və "xxxx" MMC ilə cavabdeh X19 arasında bağlanmış 22.04.2019-cu il tarixli müqavilə etibarsız hesab edilsin və həmin mənzil boşaldılaraq iddiaçıya təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1081/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1081/2020
03.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver