Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10839/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh1 vəkili Məmmədzadə Ayaz Eyvaz oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-655/2021 saylı 01 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə üzrə öhdəliklərin icrası və əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 30 000 (otuz min) manat icarə haqqının, dəymiş ziyana görə 20000 (iyirmi min) manatın tutulması və Cavabdeh1 generatorun alınması və ona qaytarilması, qaytarılması mümkün olmadığı təqdirdə dəyərinin hazırki bazar qiymətinə uyğun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-655/2021 saylı 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 22 kv generatorun alınaraq (o olmadıqda isə dəyəri) İddiaçı geri qaytarılması, Cavabdeh2 Nazim oğlundan İddiaçı xeyrinə 15000 (on beş min) manat icarə haqqının tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin Cavabdeh1 münasibətdə rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə 19 oktyabr 2021-ci il tarixdə daxil olmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli məktubu ilə, qətnamədən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verilməsi üçün işin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili Məmmədzadə Ayaz Eyvaz oğlu işin baxışdan çıxarılaraq apellyasiya şikayətinə hüquqi qiymət verilməsi üçün işin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsinə etirazı olmadığını bildirdi . Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Digər tərəflər məhkəmə iclasına heç bir üzürlü səbəb göstərmədən gəlmədiyinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-655/2021 saylı 01 sentyabr 2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması və ona hüquqi qiymət verilməsi üçün hazırki mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-655/2021 saylı 01 sentyabr 2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması və ona hüquqi qiymət verilməsi üçün hazırki mülki iş apellyasiya baxışından çıxarılaraq mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10839/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10839/2021
24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver