Məhkəmə qərarları › İş №2(103)-10858/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10858/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10858/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3699/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanətin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 12990,33 Avro məbləğində pulun tutularaq ödənilən gün məzənnə uyğun olaraq Azərbaycan manatı valyutasında ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, onunla "xxxx" ASC-nin arasında 30 iyul 2015-ci il tarixli 210FO**********2 saylı əmanət bank əmanəti müqaviləsinə əsasən illik faizlərin hər ay ödənilməsi şərti ilə 4 faiz ödənilməsi 31 oktyabr 2015-ci il tarixinədək 30000 avro məbləğində pul qoyulmuşdur. Həmin müqaviləyə əsasən Əmanətlərin Sığortalanması Fonduna sığorta haqqı ödənilmiş və həmin əmanət qorunan əmanət hesab edilən əmanətlər kimi Fond tərəfindən sığortalanmışdır. Bank tərəfindən 005879 saylı əmanət kitabçası ona təqdim edilmişdir. Qeyd edilən müqavilənin tələblərinə əsasən tərəflər arasında bağlanmış müqavilənin bitdiyi gün əmanət Əmanətçi tərəfindən geri götürülmədikdə həmin günə bankdan qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab olunur. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "xxxx" ASC-nin bank kimi fəaliyyət göstərməsi lisenziyası ləğv edilmiş və kütləvi informasiya vasitələri ilə elan edilmişdir. Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna ona məxsus 30000 avro məbləğində pulun ona qaytarılması barədə müraciət etməsinə baxmayaraq, həmin pul məbləğinin 30000 manat məbləği milli valyuta ilə ödənilmişdir. Əmanətinin böyük bir məbləği yəni 12990,33 avro ödənilməmişdir. Aralarında mövcüd bağlanılmış müqaviləyə əsasən Bankda ona məxsus əmanətin illik faizlərin hər ay ödənilməsi şərti ilə 4 faiz, faizlərin ödənilməsi müəyyən edilmişdir. Lakin Bank tərəfindən sığorta hadisəsi baş verdiyi halda əmanətinin tam məbləğdə ona ödənilməməsi barədə məlumatlar bildirilməmiş və müqavilədə göstərilməmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin 17 fevral 2016-cı il tarixli əmanətçilər qarşısında öhdəliklərin reyestrindən çıxarışdan görünür ki, ona məxsus 30000 avro əmanətindən 17062 avro ödənilmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən əvvəlcədən əmanətin tam qaytarılmaması barədə müqavilənin qüvvədə olduğu müddət ərzində hər hansı məlumat verilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 2(006)- 3699/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müyyən edilir ki, iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 30 iyul 2015-ci il tarixli 210FO**********2 saylı standart əmanət (depozit) hesabı haqqında müqaviləsinə əsasən iddiaçı tərəfindən banka 4 faizlə, 31 oktyabr 2015-ci il tarixinədək 30000 avro məbləğində əmanət qoyulması, bankın müflis elan edilməsi və barəsində iflas prosedurunun başlanılması, "xxxx" ASC Bank Technique” ASC-nin ləğvedicisi təyin olunması, "xxxx" ASC tərəfindən iddiaçıya əmanət qoyuduğu 30000 avro pulun 17062 avro hissəsinin kompensasiya edilərək ödənilməsi, qalan 12990,33 avro məbləğinin isə kompensasiya olunmaması, kreditor tələb kimi qeydə alınması işin mübahisə edilməyən hallarıdır. Bankla əmanətçi arasında illik 4 dərəcəsi nəzərdə tutulan əmanətin tam sığortalanması ilə əlaqədar müqavilə bağlanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının 2015-ci il tarixdə Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Bu səbəbdən kompensasiya məbləği tam şəkildə iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi qənaətini «Əmanətlərin sığortalanması haqqında» Qanunun 2.1.1, 2.1.2, 2.1.9, 2.1.11, 4.1.8, 27-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində göstərilmişdir ki, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Həmçinin “Banklar haqqında” Qanunun 71-ci maddəsində ləğvedicinin səlahiyyətləri, vəzifələri və məqsədi sadalanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına əsasən "..bankn adından ləğvedici və ya onun vəkil etdiyi şəxsinə hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır..” Banklar haqqında qanunun 72-ci maddəsinə əsasən Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarında qeyd olunur ki “Banklar haqqında' Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır.” "Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən bu qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə görə isə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mə'kəzi Bankla razılaşdırmaqla müəyyən edir. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən etdiyi illik faiz dərəcəsi milli valyutada qorunan əmanətlər üzrə 15 %, xarici valyutada qorunan əmanətlər üzrə 3 % müəyyən edilmişdir. 01 mart 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanır və tam kompensasiya olunur. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71.4-cü maddəsində göstərilmişdir ki, Ləğvedici məhkəmənin nəzarəti altında və maliyyə bazarlarına nəzarət orqanı ilə sıx qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir. Bu Qanunun 72-ci maddəsində göstərilmişdir ki, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Sözügedən Qanunun 76.1-ci macdəsinə müvafiq olaraq müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Qanunun 77.1-ci maddəsində göstərilmişdir ki, Bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə almır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. “Banklar haqqında” Azərbaycan Rəspublikası Qanununun 77.8-ci maddəsində göstərilmişdir ki, məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Bu tələblər qəbul olunmuş tələblər siyahısından və ya etiraz edilmiş tələblər siyahısından çıxarılır və təsdiqlənmiş tələblər siyahısına daxil edilir. Həmin siyahı məhkəmədə və ləğvedicidə saxlanılır. Tələbləri məhkəmə tərəfindən təsdiqlənmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir. Belə ki, bu Qanunun 72.1.3-cü maddəsində göstərilmişdir ki, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu qanunda nəzərədə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Həmin Qanunun 77-ci maddəsində göstərilmişdir ki, qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. Məlumdur ki, qanunvericilik ləğv olunmuş banklara münasibətdə xüsusi qaydanı nəzərdə tutur. Belə ki, ləğv olunmuş banklarla əlaqədar məhkəmə çəkişmələri ümumi məhkəmələr vasitəsilə deyil, yalnız ləğv prosesinə nəzarət edən məhkəmə tərəfindən həyata keçirilməlidir. İddiaçı tələbi kreditor tələbi kimi qeyd alınmış və iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən qanunvericilikdə müəyyən olunmuş formada qəbul edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3568/2021 saylı, 16.04.2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin, 2(006)-3699/2020 saylı 15.10.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 30 iyul 2015-ci il tarixli 210FO**********2 saylı standart əmanət (depozit) hesabı haqqında müqaviləsinə əsasən iddiaçı tərəfindən banka 4 faizlə, 31 oktyabr 2015-ci il tarixinədək 30000 avro məbləğində əmanət qoyulması, bankın müflis elan edilməsi və barəsində iflas prosedurunun başlanılması, "xxxx" ASC Bank Technique” ASC-nin ləğvedicisi təyin olunması, "xxxx" ASC tərəfindən iddiaçıya əmanət qoyuduğu 30000 avro pulun 17062 avro hissəsinin kompensasiya edilərək ödənilməsi, qalan 12990,33 avro məbləğinin isə kompensasiya olunmaması, kreditor tələb kimi qeydə alınması işin mübahisə edilməyən hallarıdır. Bankla əmanətçi arasında illik 4 dərəcəsi nəzərdə tutulan əmanətin tam sığortalanması ilə əlaqədar müqavilə bağlanmışdır. Bu səbəbdən kollegiya hesab edir ki, iddiaçının 2015-ci il tarixdə Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Kollegiya qeyd edir ki, əmanətçilərin mülkiyyət hüquqlarının təmin edilməsi məqsədilə sığorta hadisəsi baş verdikdə əmanətlər üzrə kompensasiyanın ödənilməsini nəzərdə tutan «Əmanətlərin sığortalanması haqqında» 2006-cı il 29 dekabr tarixli Qanun qəbul edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 fevral tarixli Fərmanına əsasən Əmanətlərin Sığortalanması Fondu yaradılmışdır. «Əmanətlərin sığortalanması haqqında» Qanunun preambulasında qeyd edilmişdir ki, bu Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edir. Odur ki, apelyasiya şikayəti təmin edilməməlidir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən kasasiya şikayəti verilərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməni yalnız bir abazlıq cümlələrlə əsaslandırmış, və həmin abzasda heç bir maddi hüquq normasını sadalamamış, hansı maddi hüquq normasına əsaslanaraq belə bir qanunsuz qətnamə qəbul etməsini izah edə bilməmişdir. Məhkəmə əsaslandırmasından müəyyən etmək mümkün deyildir ki, hansı qanunvericilik aktına əsasən iddianın təmin edilməsini haqlı saymışdır Belə ki, hazırki əmanət müqaviləsi üzrə “Əmanətlərin Sığortalanması Haqqında” Qanunun tələbləri tətbiq edilməli idi. Daha dəqiqi “Əmanətlərin Sığortalanması Haqqında” Qanunun 26.1-ci maddəsi tətbiq olunmalı və həmin maddədə göstərilən qaydada kompensasiya ödənilməli idi. Həmin Qanunun 26.1-ci maddəsində göstərilmişdir ki, Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30000 manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir. Qətnamədən belə qənaətə gəlmək olur ki, ümumiyyətlə məhkəmə bu normadan məlumatlı olmamış, aşkar qərəz nümayiş etdirərək əsaslandırılmamış qətnamə qəbul etmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən qeyd edildiyi kimi, Qanunun 26.1-ci maddəsi tətbiq edilərək 30000 manatdan çox olmamaq şərti ilə iddiaçıya kompensasiya ödənişi həyata keçirilmişdir ki, bu da işin mübahisəsiz halıdır. “Əmanətlərin Sığortalanması haqqında” Qanun 02.03.2016-cı il tarixində qəbul edilmiş, "xxxx" ASC-də isə sığorta hadisəsi (bankın ləğv edilməsi) 10 fevral 2016-cı il tarixdə baş vermişdir. Göründüyü kimi Qanun Bankın lisenziyasının ləğv edilməsindən bir ay sonra qəbul edilmişdir. Bu halda həmin Qanunun tətbiq edilməsi sadəcə mümkünsüzdür. Məhkəmə də iddianı hansı səbəbdən təmin etməsini heç bir norma ilə əsaslandıra bilməmişdir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsində göstərilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu halda məhkəmə sözügedən prosessual hüquq normasının tələblərini pozmuş və mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan normanı tətbiq etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 sentyabr 2021-ci il tarixli 2(102)-4611/2021 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3568/2021 saylı, 16.04.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən prosessual qanunvericiliyin tələblərinə əsasən kollegiya hesab edir ki, apellyasiya sikayəti qətnamənin ləğvinə yönəldildiyindən qətnamə tam yoxlanılmalıdir. Məhkəmə kollegiyası işin materiallarını, apelyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyini nəzərə alıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3699/2020 saylı, 15.10.2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, İddiaçı ilə "xxxx" ASC-nin arasında 30 iyul 2015-ci il tarixli 210FO**********2 saylı standart əmanət (depozit) hesabı haqqında müqavilə bağlanmış, İddiaçı tərəfindən müqaviləyə əsasən illik faizlərin hər ay ödənilməsi şərti ilə 4 faiz ödənilməsi 31 oktyabr 2015-ci il tarixinədək 30000 avro məbləğində pul qoyulmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin əmanətçiləri haqqında öhdəliklərin reyestrindən çıxarışdan görünür ki, İddiaçı 17 fevral 2016-cı ildə ödənilən kompensasiyanın məbləği 17062 avro, kompensasiya olunmayan məbləğ isə 12990,33 avro təşkil edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, bankla əmanətçi arasında illik 4% dərəcəsi nəzərdə tutulan əmanətin tam sığortalanması ilə əlaqədar müqavilə bağlanmış, iddiaçının 2015-ci ildə banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aid olduğundan, kompensasiya məbləği tam şəkildə iddiaçıya ödənilməlidir. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən «Əmanətlərin sığortalanması haqqında» Qanunun müvafiq maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Apelyasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə nəticəyə gələrkən, sığorta hadisəsinin, yəni bankın iflas olunma və «Əmanətlərin sığortalanması haqqında» Qanunun qəbul edilməsi müddətini nəzərə almamış, tələb edilən əmanət məbləğinin iddiaçıya qaytarılmalı olubolmaması ilə bağlı tələbinin əsasını təşkil edən maddi hüquq normalarını düzgün tətbiq etməmiş və bu səbəbdən qəbul edilmiş qətnamə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələblərinə görə qanuni və əsaslı olmamışdır. Belə ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində göstərilmişdir ki, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Həmçinin “Banklar haqqında” Qanunun 71-ci maddəsində ləğvedicinin səlahiyyətləri, vəzifələri və məqsədi sadalanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına əsasən "..bankn adından ləğvedici və ya onun vəkil etdiyi şəxsinə hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır..” Banklar haqqında qanunun 72-ci maddəsinə əsasən Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarında qeyd olunur ki “Banklar haqqında' Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır.” "Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən bu qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə görə isə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mə'kəzi Bankla razılaşdırmaqla müəyyən edir. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən etdiyi illik faiz dərəcəsi milli valyutada qorunan əmanətlər üzrə 15%, xarici valyutada qorunan əmanətlər üzrə 3% müəyyən edilmişdir. 01 mart 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanır və tam kompensasiya olunur. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Lakin, iddiaçı tərəfindən əmanətin geri qaytarılması və ya faiz dərəcəsinin qorunan əmanətlər üçün müəyyən edilmiş faiz dərəcəsinə uyğunlaşdırılması barədə müraciət daxil olmamışdır. Qeyd olunduğu kimi əmanətin sözügedən qanunun tələbləri altına düşməsi üçün müəyyənləşdirilmiş faiz dərəcələri əmanət müqaviləsindəki faiz dərəcəsi ilə uyğunluq təşkil etməli və ya əmanətçinin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrdə müvafiq dəyişiklik edilməlidir. Lakin göründüyü kimi əmanətçi tərəfindən Banka belə bir müraciət daxil olmamışdır. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsində qeyd edilmişdir ki, qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Göründüyü kimi, qanunun müddəası iki hissədən ibarətdir. Yəni, əmanətin qorunan hesab olunması üçün əmanətçinin müvafiq müraciəti olmalı və bu müraciət əsasında Qanunun 3-cü maddəsinin tələbinə müvafiq olaraq dəyişiklik edilməlidir. Hesab edilsə ki, əmanətçi tərəfindən belə müraciət var, lakin müqavilədə müvafiq dəyişiklik edilməyibsə bu halda əmanət qorunmayan əmanət olaraq qalacaqdır. Qanun tələbinə görə yalnız hər iki şərtə əməl olunduqdan sonra əmanət qorunan hesab edilir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71.3-cü maddəsində göstərilmişdir ki, banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Həmin Qanunun 71.4-cü maddəsində göstərilmişdir ki, Ləğvedici məhkəmənin nəzarəti altında və maliyyə bazarlarına nəzarət orqanı ilə sıx qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir. Həmin Qanunun 72-ci maddəsində göstərilmişdir ki, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Sözügedən Qanunun 76.1-ci macdəsinə müvafiq olaraq müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Həmin Qanunun 77.1-ci maddəsində göstərilmişdir ki, Bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə almır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 77.8-ci maddəsində göstərilmişdir ki, məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Bu tələblər qəbul olunmuş tələblər siyahısından və ya etiraz edilmiş tələblər siyahısından çıxarılır və təsdiqlənmiş tələblər siyahısına daxil edilir. Həmin siyahı məhkəmədə və ləğvedicidə saxlanılır. Tələbləri məhkəmə tərəfindən təsdiqlənmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir. Həmin Qanunun 72.1.3-cü maddəsində göstərilmişdir ki, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu qanunda nəzərədə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Həmin Qanunun 77-ci maddəsində göstərilmişdir ki, qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. Qanunvericilik ləğv olunmuş banklara münasibətdə xüsusi qaydanı nəzərdə tutur. Belə ki, ləğv olunmuş banklarla əlaqədar məhkəmə çəkişmələri ümumi məhkəmələr vasitəsilə deyil, yalnız ləğv prosesinə nəzarət edən məhkəmə tərəfindən həyata keçirilməlidir. İddiaçı tələbi kreditor tələbi kimi qeyd alınmış və iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən qanunvericilikdə müəyyən olunmuş formada qəbul edilmişdir. Bbeləliklə, iddiaçının pul tələbi kreditor tələbi olduğunudan, həmin iddia tələbinə Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə (Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası) tərəfindən baxılaraq hüquqi qiymət verilməlidir. Belə ki, müflis elan olunmuş banka qarşı tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür. (Banklar haqqında qanun, 72.1.3-cü maddə) Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək, iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3699/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanətin geri qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar