Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10872/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin və ərizəyə əlavə olunmuş sənədlərin geri qaytarılması barədə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06.09.2021-ci il tarixli, 2(004)- 5751/2021 nömrəli qərardadından ərizəçilərin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, Siyəzən rayon DTXK-nın 03.05.2006-cı il tarixli 1416 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinin ərizəçilərə aid olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizədə göstərmişlər ki, Siyəzən rayonu, Siyəzən şəhəri ərazisində 0.08 ha torpaq sahəsi və üzərindəki ev mərhum babam X1 aiddir.Babamın vərsəsi kimi tanınmış X4 rəsmi olaraq torpağı sənədləşdirmək istədikdə məlum oldu ki, bu torpağın DTXK-nın 03.05.2006-cı il tarixli, kitabda 1416 nömrə ilə qeyd olunmuş torpağın mülkiyyətə verilməsi ilə bağlı Şəhadətnaməsində mənim adım qrafasında yalnış olaraq X2 və anam Ərizəçi1 yalnış olaraq Ərizəçi1 Dilbər qızı kimi qeyd edilmişdir.Siyəzən rayon, Siyəzən şəhərində yerləşən həmin 0,08 Ha torpaq sahəsi mənim sərancamımdadır. Lakin yuxarıda göstərilən səbəblərə görə mən həmin torağa dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ala bilmirik. Toprağın mülkiyyətə verilməsi ilə bağlı Şəhadətnamədə mənim və anam Ərizəçi1 ata adı nöqsanlarla qeyd edilmişdir.Həmçinin anamın soyadıda yalnış olaraq nikahdan öncəki soyadı göstərilmişdir. Göründüyü kimi tələb olan sənədi verməli olan yeganə orqan həmin sənədi verməkdən imtina etdiyindən və həmin sənədi başqa qaydada alına bilinməməsi səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06.09.2021-ci il tarixli qərardadı ilə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin və ərizəyə əlavə olunmuş sənədlərin geri qaytarılmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06.09.2021-ci il tarixli qərardadından ərizəçilərin verdiyi şikayət həmin Məhkəmənin 08.10.2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ərizəçilərin şəhadətnamədə düzəliş edilməsi barədə müraciətinə cavab olaraq ərizəçilərə şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmaları tövsiyyə edilmiş, lakin şəhadətnamədə səhvlərin düzəldilməsinin mümkün olmaması səbəbləri izah edilməmişdir. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçilər məhkəmə iclasında iştirak etmirlər. Kollegiya onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin və ərizəyə əlavə olunmuş sənədlərin geri qaytarılması barədə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06.09.2021-ci il tarixli, 2(004)-5751/2021 nömrəli qərardadı ləğv edilməli, həmin ərizənin icraata götürülməsi məsələsinə baxılması üçün mülki iş Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5 və 308-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-cı maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 08 iyul 2021-ci il tarixli məktubla ərizəçilərin müraciətinin təmin edilməsindən imtina edilərək qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-cı maddəsinə (məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır və buna görə də məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ərizədə göstərilən məsələnin həll etməkdən imtina etmiş, bununla da ərizəçilərin həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmək imkanları qalmamışdır. Birinci instansiya məhkəməsi yuxarıda göstərilənləri nəzərə almadan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri geri qaytarmaqla səhv nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 şikayəti təmin edilsin. İş üzrə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin və ərizəyə əlavə olunmuş sənədlərin geri qaytarılması barədə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06.09.2021-ci il tarixli, 2(004)-5751/2021 nömrəli qərardadı ləğv edilsin və həmin ərizənin icraata qəbul edilməsi məsələsinə baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10872/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10872/2021
11.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver