Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10899/2021 03.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-861/2021 saylı, 19.03.2021-ci il tarixli qətnaməsindən iddiaçı X1 tərəfindən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı ünvan 1 ünvanında yerləşən evə əsassız olaraq borc kimi yazılmış 3379,10 manat məbləğində borcun cavabdeh tərəfindən silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-861/2021 saylı, 19.03.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, ünvan 2 ünvanı (abonent kodu:**********00041) üzrə İddiaçı qaz sərfiyyatına görə hesablanmış 2795,40 manat məbləğində borcun silinməsi, 30 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Əminə Abbasova). Həmin qətnamədən iddiaçı apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. İş Bakı Apellyasiya Məhkəməsində olarkən cavabdeh tərəf qətnamədən apellyasiya şikayəti verdiyi üçün mülki iş apellyasiya baxışından çıxarılaraq apellyasiyanın mümkünlüyünün yoxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Daha sonra mülki iş iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8956/2021 saylı, 18.08.2021-ci il tarixli qərardadı ilə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, apellyasiya şikayətinin vaxtında verilib-verilmədiyinin araşdırılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məlum olmuşdur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən mülki iş 15 oktyabr 2021-ci il tarixli məhktubla Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin prosessual müddətin ötürülməklə verilib-verilmədiyinin birinci insansiya məhkəməsi tərəfindən yoxlanılması ilə bağlı qərardad qəbul edilmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi həmin qərardadda qeyd edilən göstərişlər yoxlanıldıqdan sonra müvafiq qərardad qəbul edərək işi apellyasiya instansiyası məhkəməsinə göndərməli idi. Lakin, hazırki mülki iş materiallarında, eyni zamanda elektron məhkəmə informasiya sistemində apellyasiya instansiyası məhkəməsinin 2(103)-8956/2021 saylı, 18.08.2021-ci il tarixli qərardadına müvafiq olaraq birinci instansiya məhkəməsi tərəfindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılmasına dair qərardadı aşkar edilmir. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası işin hallarına əsasən hesab edir ki, apellyasiya şikayətinin mükünlüyünə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10899/2021 saylı, 20.10.2021-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8956/2021 saylı, 18.08.2021-ci il tarixli qərardadına əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin yoxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 361, 366, 400, 402, 405, 406-ci maddələrinin tələbini rəhbər tutaraq məhkəmə kollegiyası qərara a l d ı: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10899/2021 saylı, 20.10.2021-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin vaxtında verilib-verilmədiyi məsələsinə qiymət verilməsi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-10899/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10899/2021
03.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver