Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1091/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Klementyeva (Zemlyaçenko) Asiyat İqorevnaya qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-1091/2025 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Klementyeva (Zemlyaçenko) Asiyat İqorevnaya qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(094)-362/2024 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə 25 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03924513 saylı müqavilədən və ona əlavə edilmiş ödəniş cədvəlindən aydın olur ki, İMEİ KOD **********94788 SAMSUNG GALAXY Z FLİP 3 MARKALİ TELEFON, SAMSUNG CHARGER, SAMSUNG GALAXY Z FLİP 3 SİLİCONE COVER üçün hər ay nağd qaydada 152,57 manat ödəməklə, 18 ay müddətinə 2847,07 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir.
2. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ KOD **********94788 SAMSUNG GALAXY Z FLİP 3 MARKALİ TELEFON, SAMSUNG CHARGER, SAMSUNG GALAXY Z FLİP 3 SİLİCONE COVERı tam qüsursuz halda təhvil almışdır.
3. İddiaçı MMC tərəfindən Cavabdehna ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
4. 23.09.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun cəmiyyətə xx.xx.2023-cü il tarixli 03924513 saylı müqaviləyə əsasən 875,45 manat ödənilməmiş hissə və 87,55 manat cərimə borcu yaranmışdır. Əsas borcdan ödənilmiş 1971,65 manat çıxılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh İMEİ KOD **********94788 SAMSUNG GALAXY Z FLİP 3 MARKALİ TELEFON, SAMSUNG CHARGER, SAMSUNG GALAXY Z FLİP 3 SİLİCONE COVER almış və nəticədə 963,0 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı–satqı qiyməti 2847,10 manat (yəni 18 ay x 152,57 manat + 100,84 manat ilkin ödəniş) olan əşya üçün ümumillikdə 963,0 manat olmaqla, 875,45 manat ödənilməmiş hissə, 87,55 manat cərimə borcu yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixində PAKET XXL xidmətindən imtina etmiş, 120,0 manat borcundan silimişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 1851,65 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 120,0 manat, ümumillikdə, 1971,65 mana təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən İddiaçı MMC-nin xeyrinə Cavabdeh 875,45 manat ödənilməmiş hissə, 87,55 manat cərimə və 30,0 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir.
7. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 noyabr 2024-cü il tarixli 2(094)-362/2024 nömrəli qətnaməsi ilə (hakim Faiq Qasımov) iddia qismən təmin edilmiş, İddiaçı MMC-nin xeyrinə Cavabdeh 875,45 manat ödənilməmiş hissə, 43,70 manat cərimə və 30,0 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 949,15 manat məbləğində pul vəsaitinin tutulması, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 467, 600, 600.4-cü maddələri və Mülki Prosessual Məcəllənin 119.1, 284-5.3, 284- 6.1, 216-220, 227 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə müqavilə bağlansa da, alqı-satqı müqaviləsinin predmeti olan mobil telefon cavabdehə həmin tarixdə təhvil verilmiş, lakin sonradan telefonda qüsur olduğundan və qarantiya müddəti bitmədiyindən, telefonu təmir etdirərək, istifadəyə yararlı vəziyyətə gətirilərək ona təhvi verilməsini tələb etmişdir. Həmin vaxtdan yəni xx.xx.2024-cü il tarixdən mobil telefon iddiaçının əməkdaşlarına təhvil verilmiş və təmir olunaraq ona təhvil verilməmişdir. Dəfələrlə müraciət edərək, telefonun təmir edilərək, təhvil verilməsini tələb etsə də, nə telefonu yenisi ilə əvəz etmirlər, nə də təmir etdirib ona təhvil vermirlər. O, 2024-cü ilin iyul ayınadək ödənişləri həyata keçirsə də, telefondakı nasazlıq aradan qaldırılaraq ona təhvil verilmədiyindən, ödənişlərin həyata keçirilməsini dayandırmışdır. Hesab edir ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə öhdəliklər ilk növbədə iddiaçı tərəfindən pozulmuşdur. Belə ki, “Sumsung Galaxy Z Flip 3” markalı mobil telefon alındığı vaxtdan bir müddət sonra iddiaçıya aid mağazaya qaytarılmışdır. Mobil telefon həmin gündən hal-hazıradək iddiaçıda olsa da, cavabdehdən əsassız olaraq həmin əşyanın dəyəri tələb olunur. Belə ki, mobil telefonda yaranan həmin qüsurun cavabdehin təqsiri üzündən yaranmasına dair halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşdüyündən, iddiaçının nümayəndəsi isə məhkəməyə bu barədə məhkəmə mötəbər sübut təqdim edə bilmədiyindən iddia əsaslı hesab edilə bilməz. Çünki, iddiaçı tərəf elə həmin aktda mobil telefonun təmirinin mümkün olduğunu qeyd etsə də, buna dair real bir iş görməmiş, yəni əşyanı təmir edib alıcıya qaytarmaq əvəzinə, əslində cavabdehin istifadəsində olmayan əşyaya görə ona qarşı pul tələbinə dair məhkəməyə müraciət etmişdir. Bu cür iddianın təmin olunması isə, istehlakçı kimi onun hüquqlarının kobud pozulmasına səbəb ola bilər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etdi. Müqavilə və zəmanət şərtləri ilə ətraflı tanış olduğunu bildirdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. O, həmçinin bildirdi ki, cavabdeh 3 dəfə telefonun təmiri ilə bağlı rəsmi texniki xidmət mərkəzinə müraciət etmişdir. Cavabdehin qüsurla bağlı ilk müraciəti telefon alındıqdan 9 ay sonra, xx.xx.2023-cü il tarixdə olmuşdur. Həmin vaxt cavabdeh şikayəti belə olmuşdur: “ekran ortadan çatlayıb, ekran sınıb. Enerji az saxlayır, tez bitir, səs öz-özünə artıb-azalır, cihaz donur.” Cihaz təmir olunub cavabdehə təhvil verilmişdir. Təmirin xərci 1257 manat təşkil etmişdir. Həmin məbləğ “X3” əsasında qarşılanmışdır. İkinci müraciət xx.xx.2024-cü il tarixdə olmuşdur. Bu dəfə şikayət “şəbəkə tutmur, arxa qapaq aralıdır, enerji tez bitir, qızma olur” kimi qeyd olunmuşdur. Cihaz yoxlanıldıqda batareyanın şişməsi aşkar olunmuşdur. Cavabdehə ödənişli xidmət təklif olunsa da o, bundan imtina etmişdir. Üçüncü müraciət isə xx.xx.2024-cü il tarixdə olmuşdur. Bu dəfə şikayət “ön və arxa panel düşür, nömrə qəbul etmir, lenti zədəlidir” kimi qeyd olunmuşdur. Cihaz təmirə yararsız hesab edilmişdir. Zəmanət şərtləri barədə cavabdehə məlumat verilməklə yanaşı internet portalında açıq məlumat kimi yerləşdirilmişdir. Cihazın əvvəlki təmir xərci 1257 manat olduğu üçün cavabdehə 50 % kompensasiya məbləğindən yuxarı olduğu üçün ona köməklik göstərilməsi mümkün olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
19. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
20. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
29. Göründüyü kimi, Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən cavabdehə verilmiş alqı-satqı qiyməti 2847,10 manat olan cihazı 18 ay müddətinə hər ay 152,57 manat ödəmək şərti ilə almışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 1971,65 manat təşkil edir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə cavabdehin borcu yaranmışdır.
30. İş üzrə İddiaçı MMC həmin əşyanı Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur.
31. Cavabdehin şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, telefon ona saz vəziyyətdə verilmiş, cavabdeh onu qəbul etdikdən yalnız 9 ay sonra təmirlə bağlı müraciət etmişdir. Təmirdən sonra telefonu geri almış, növbəti dəfə xx.xx.2024-cü il tarixdə təmirə təqdim etmişdir.
32. Göründüyü kimi iddiaçı zəmanət müddətində ona edilən müraciəti təmin etmiş və 1257 manat dəyərində təmir işləri həyata keçirilmişdir.
33. X3 şərtlərinin 1.1-ci bəndinə əsasən Smartfonlarda, düyməli telefonlarda, planşetlərdə noutbuklarda batereya zəmanətə aid deyil şərti göstərilmişdir.
34. İddiaçı hazırki iddianı qaldırmaqda haqlı olmuşdur.
35. Məhkəmə iclasında cavabdeh öz izahatında da zəmanət şərtləri ilə ətraflı tanış olduğunu bildirmişdir. Belə olduqda kollegiya hesab edir ki, qeyd edilən müqavilə hər iki tərəfin iradəsinə uyğun bağlanmış, tərəflər öz iradə ifadəsini bildirmişlər.
36. Kollegiya hesab edir ki, batereyanın zəmanət şərtlərinə aid edilməməsi, onun cavabdehin öz risk dairəsinə olan məsələdir.
37. Kollegiya qeyd edir ki, göstərilən bu dəlillər haqlı iddia tələbinin rədd edilməsinə əsas vermir.
38. Apellyasiya şikayətində isə qanuni və əsaslı olan qətnamənin dəyişdirilməsi və ləğv edilməsi üçün hər hansı müəyyən edilməmişdir.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-362/2024 nömrəli iş üzrə 15 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.