Məhkəmə qərarları › İş №2(103)-10912/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10912/2021

20.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10912/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi, iddiaçı Məlikova Gülşən Abdulhəsən qızının, onun vəkili və nümayəndəsi X11, cavabdeh X21 Telman qızının, onun vəkili Vəkil2 iştirakları ilə İddiaçı Abdulhəsən qızının cavabdeh X21 Telman qızına qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3337/2020 saylı, 18 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh X21 Telman qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı cavabdeh X4 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, ünvan 3 ona məxsusdur və 26.02.2020-ci il tarixədək onun mülkiyyətində olmuşdur. 26.02.2020-ci il tarixdə həmin mənzillə bağlı cavabdeh X7 ilə onun arasında formal olaraq alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə uydurma əqddir. Belə ki, X28 ilə cavabdeh X7 arasında ticarət münasibətləri olmuş, onlar avtomobil alqı-satqısı ilə məşqul idilər, cavabdehin də həmin alqı-satqıda payı var idi. Lakin, həmin payın həqiqi məbləğini o, bilmir, lakin, cavabdeh iddia edirdi ki, Rəhman Məlikzadənin ona 55.000 manat borcu vardır. X28 ailə qurmaq üçün nişanlandı və 06 mart 2020-ci il tarixə toy təyin edildi. Bundan sonra, cavabdeh X7 oğlunu sıxışdırmağa, ondan pul tələb etməyə başladı, hətta onlarla dava-dalaş salmağa başladı, nəhayət o, onları hədələdi ki, martın 6-da toya gələcək, Rəhmanı və bütün ailəsini biabır edəcək, toy şənliyini pozacaq, onlardan tələb etdi ki, adına olan mənzilini müvəqqəti olaraq onun adına keçirsin, nə zaman Rəhman onun pulunu qaytarar, o da mənzilini onun adına keçirər. O, da bu hədə-qorxunu n əzərə alıb, toy şənliklərinin pozulmaması, biabırçı vəziyyətin yaranmaması üçün məcbur olmuş, 26.02.2020-ci il tarixdə cavadehlə uydurma əqd - Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 13 saylı evin 34 saylı mənzilinin guya cavabdehə satılması barədə uydurma “alqı-satqı müqaviləsi” bağlamışdır. Həmin gün cavabdeh bir tanışı vasitəsilə 55.000 manat gətizdirmiş, həmin pul notariusun depozit hesabına qoyulmuş, guya ona alqısatqı pulu ödənilmişdir. Lakin, o, heç bir pul məbləği almamışdır, ona görə ki, mənzillə bağlı aralarında alqı-satqı niyyəti yox idi. Göründüyü kimi, cavabdehlə onun arasında Bakı şəhəri 52 saylı notariat ofisində bağlanmış alqı-satqı müqaviləsi həmin müqaviləyə uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan görünüş üçün bağlanmıəş əqddir. Həmin əqd uydurma əqddir. Bununla bağlı kifayət qədər sübutları var, məhkəmə baxışı zamanı sübutları məhkəməyə təqdim edəcəkdir. O, hesab edir ki, cavabdehlə arasında Bakı şəhəri 52 saylı notariat ofisində bağlanmış 26 fevral 2020-ci il tarixli, AN-İ №0842333 saylı alqı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır. İddiaçı göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzili ilə bağlı cavabdeh X7 ilə arasında Bakı şəhəri 52 saylı notariat ofisində bağlanmış 26 fevral 2020-ci il tarixli, AN-İ №0842333 saylı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3337/2020 saylı, 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzilinə dair Bakı şəhəri 52 saylı Notariat Ofisinin Xüsusi X5 tərəfindən 4Ə-246 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı ilə X7 arasında 26 fevral 2020-ci il tarixdə bağlanmış "Daşınmaz Əmlakın alqı-satqı Müqaviləsi"nin etibarsız hesab edilməsi, cavabdeh X3 adına Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzilinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli, RX seriyalı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və dövlət reyestri tərəfindən aparılmış qeydin ləğv edilməsi, cavabdeh X3 Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzilindən çıxarılması və mənzilin İddiaçı sahibliyinə qaytarılması qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3337/2020 saylı, 18 noyabr 2020ci il tarixli qətnaməsindən X7 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X7 və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirmişlər ki, iddia tələbi əsassızdır. Belə ki, cavabdeh 25 fevral 2020-ci il tarixdə natoriat orqanının depozit hesabına mübahisəli mənzilin alqı-satqısı üçün 55000 manat pul keçirmiş, həmin pulu iddiaçı bankdan almış və "Daşınmaz Əmlakın alqısatqı Müqaviləsi"ni bağlamışdır. Birinci instansiya məhkəməsi müqaviləni etibarsız hesab etməklə həm mənzili iddiaçıya qaytarmış, həm də 55000 manat pulun iddiaçıda qalmasına heç bir münasibət bildirməmişdir. Müqavilə bağlanarkən qanunvericiliyin tələblərinə riayət edilmiş, heç bir pozuntuya yol verilməmiş, alınan mənzilin dəyəri də qanuna müvafiq olaraq banka ödənilmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrəiddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilnməlidir. Məhkəmə iclasında çıxış edən İddiaçı, onun vəkili və nümayəndəsi X18 apellyasiya şikayətinə etiraz edərək bildirmişlər ki, 26 fevral 2020-ci il tarixdə X7 ilə İddiaçı arasında Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzilinə dair Bakı şəhəri 52 saylı Notariat Ofisinin Xüsusi X5 tərəfindən bağlanmış müqavilə formal xarakter daşımışdır. Ona görə də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3337/2020 saylı, 18 noyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti ilə əlaqədar ilkin olaraq apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları araşdıraraq müəyyən etmişdir ki: “İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13, 34 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 28.02.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X7 arasında ünvan 1 ünvanına dair daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Daşınmaz əmlakın qiyməti 55000 manat göstərilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən 52 saylı notariat ofisində verilmiş ərizədən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 13-də yerləşən 34 nömrəli mənzilin 55000 manata satılması barədə X7 ilə razılığa gəlmişlər. Eyni zamanda həmin məbləğin müvafiq alqı-satqı müqaviləsi təsdiq edildikdən sonra depozit hesab vasitəsilə ödəniləcəyi barədə qanunvericiliyin tələblərinin İddiaçı izah olunması ərizədə qeyd olunmuşdur. İş materiallarında olan “Elektron notariat” X2 Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında X16, İddiaçı, X15 və X20 qeydiyyatdadırlar. İş materiallarında olan X17 tərəfindən notariat ofisində verilmiş ərizədən görünür ki, X17 arvadı İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 13də yerləşən 34 nömrəli mənzilin satılmasına etirazının olmadığını, razı olduğunu qeyd etmişdir. İş materiallarında olan X16 və X15 tərəfindən notariat ofisində yazılmış ərizələrdən görünür ki, Fatimə Həsənova və Rəhman Məlikzadə ayrı-ayrılıqda ərizələrində qeydiyyatda olduqları İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 34 nömrəli mənzilin satılmasına və mənzildən istifadə hüquqlarına xitam verilməsinə razı olduqlarını, habelə alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra və müqavilədə göstərilən müddət ərzində mənzildən qeydiyyatdan çıxacaqlarıbarədə öhdəlik götürdüklərini qeyd etmişlər. İş materiallarında olan X7 tərəfindən notariat ofisində verilmiş ərizədən görünür ki, onunla İddiaçı arasında sonuncunun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 34 nömrəli mənzilin 55000 manata satılması barədə razılığa gəlmişlər. İş materiallarında olan X7 tərəfindən notariat ofisində verilmiş ərizədən görünür ki, X7 Bakı şəhəri 52 saylı notariat ofisində 26 fevral 2020-ci il tarixdə 4Ə-246 nömrəli reyetsrlə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ədə etdiyi ünvan 2, mənzil 34-ə dair Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın əldə edilməsi üçün ərizəsinin və alqısatqı müqaviləsinin elektron qaydada AR ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsinə göndərilməsini xahiş etmişdir. İş materiallarında olan Qəbzin təsdiq edilmiş surətindən görünür ki, X8 tərəfindən 25 fevral 2020-ci il tarixdə 52 saylı Notariat şöbəsinin hesabına 55000 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. Birinci instansiya məhkəməsi həmçinin iş materiallarında olan “Whatsapp” sosial şəbəkə yazışmalara istinad etmişdir. Mülki işin apellyasiya baxışı zamanı mübahisəli mənzilin alqı-satqısı ilə əlaqədar X7 tərəfindən mənzilin dəyərinin, yəni 55000 manat pulun notariat ofisinin depozit hesabına ödənilməsi, həmin pulun "xxxx" ASC-yə mədaxil edildikdən sonra, satıcı İddiaçı adına məxaric olunması barədə sənədlər əldə edilərək işə əlavə edilmiş, İddiaçı məxaric orderindəki imzanın ona məxsus olmasını təsdiq etmişdir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmçinin 157.4-cü maddəyə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən əqd mülki hüquq əmələ gəlməsinə, dəyişdirilmə inə və ya xitama yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (Maddə 337.4.) Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. (Maddə 337.5.) Həmin Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. (Maddə 337.3.)”. Birinci instabnsiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, İddiaçı mülkiyyətində olduğu ünvan 3 ünvanında yertləşən mənzili ilə bağlı 26.02.2020-ci il tarixdə cavabdeh X7 ilə bağladığı alqı-satqı müqaviləsinin formal olaraq bağlandığına, həmin müqavilənin uydurma əqd olduğuna, faktiki mənzilini satmaq niyyətinin olmadığına əsaslanaraq, Bakı şəhəri 52 saylı Notariat Ofisinin Xüsusi X5 tərəfindən 4Ə-246 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı ilə X6 arasında 26 fevral 2020-ci il tarixdə bağlanmış "Daşınmaz Əmlakın alqı-satqı Müqaviləsinin" etibarsız hesab edilməsi tələbini irəli sürmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq edilmişdir ki, iddiaçının X28 ilə cavabdeh X7 arasında ticarət münasibətləri olmuş, Rəhman Məlikzadənin sonuncuya borcu yaranmış, həmin borcun ödənilməsini təmin etmək üçün Vüsalənin təkidi ilə Rəhmanın anası İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzillə bağlı 26.02.2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddənin İddiaçı münasibətdə mübahisəli hüquq münasibətinə tətbiqini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, mübahisəli əmlak Bashiri X1 qanunsuz deyil, dövlətin müvafiq orqanında qeydə alınmış hüquqa əsasən yerləşir. Belə olan halda isə mübahisəli hüquq münasibətinə Mülki Məcəlləsinin 157.2-ci maddəsi tətbiq oluna bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırarkən müəyyən etmişdir ki, müqavilə notariat kontorunda bağlanmış, tərəflər iradələrini yazılı şəkildə ifadə etmiş, iddiaçının əri və ailə üzvləri müqavilənin bağlanmasına razılıq vermiş, müqavilədə nəzərdə tutulan pul vəsaiti alıcı tərəfindən notariat orqanının depozit hesabına keçirilmiş və iddiaçı satdığı mənzilin pulunu almışdır. Ona görə də məhkəmə kollegiyası Mülki Məcəllənin 405.1-ci maddəsinin tələblərinin pozulmasını müəyyən etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1 və 324-cü maddələri də mübahisəli hüquq münasibətinə tətbiq olunarkən cavabdeh X3 xeyrinə şərh olunmalıdır. Birinci instansiya məhkəməsi qətnamədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (Maddə 337.4.) Lakin birinci instansiya məhkəməsi tərəflər atrasında alqı-satqı müqaviləsi bağlanarkən Mülki Məcəllədə müəyyən edilmiş hansı şərtin pozulmasını qeyd etməmişdir. Ona görə də həmin maddələrin mübahisəli hüquq müünasibətinə tətbiqi əsasız olmuşdur. Birinci instansiya məhkəməsi daha sonra qeyd edir ki, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. (Maddə 337.5.) Lakin birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış müqaviləni etibarsız hesab etsə də cavabdeh X7 tərəfindən müqavilə bağlanarkən ödənilmiş 55000 manat pulun taleyini həll etməmişdir. Beləliklə, müqavilənin bağlanması ilə əlaqədar alıcı tərəfindən ödənilmiş 55000 manat pul da iddiaçının sərəncamında qalmışdır. Nəhayət birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış əqdin uydurma əqd olmasına istinad etmiş və göstərmişdir ki, Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. (Maddə 337.3.) Birinci instansiya məhkəməsi əqdin hüquqi nəticələr yaratmaq niyyəti olmadan bağlanmasına istinad etsə də cavabdehin mənzilin alınması üçün 55000 manat pulu notariusun depozit hesabına köçütrülməsinə münasibət bildirməmiş, uydurma əqd bağlandığı təqdirdə alıcı tərəfindən 55000 manat pulun ödənilməsinə aydınlıq gətirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki işin materialları ilə tərəflər arasında alqı-satqı müqaviləsinin qanunun tələblərinə müvafiq surətdə bağlanması təsdiq olunur. Müqavilə əsasınnda alınmış mənzilə görə X7 55000 manat pulu notariat orqanının depozit hesabına köçürmüş və iddiaçı həmin məbləği almışdır. Ona görə iddia tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3337/2020 saylı, 18 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3337/2020 saylı, 18 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Abdulhəsən qızının iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar