Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10940/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(006)-1197/2020 saylı qətnaməsindən və 27 iyul 2021-ci il tarixli, 2(006)-11972020 saylı əlavə qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı 15.12.2017-ci il tarixdə keçirilmiş hərrac prosesinin etibarsız hesab edilməsi və ona məxsus 1/5 payı üzərində Cavabdeh1 mülkiyyət hüququnu təsdiq edən 3/5 payı barədə sonuncu çıxarışın qismən ləğv edilərək tərəflərin əvvəlki vəziyyətə (İddiaçı1 - 1/5 pay, Cavabdeh1 - 2/5 pay, Cavabdeh2 - 2/5 pay) qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi o - İddiaçı1 Məmmədhüseyn qızının (1/5 pay hissəsi) Cavabdeh2 (2/5 pay hissəsi) və Cavabdeh1 (2/5 pay hissəsi) paylı mülkiyyətindədir. 2017-ci il tarixdə Cavabdeh1 cavabdehlər X5, İddiaçı2 Məmmədhüseyn qızına və Cavabdeh2 qarşı “ümumi əmlakın açıq hərracda satılması və paya uyğun satış pulunun ödənilməsi” tələbinə dair iddiası Nəsimi rayon Məhkəməsinin 03.03.2017-ci il tarixli, 2(006)-970/2017 saylı qətnaməsi ilə təmin edilmiş və dərhal icra vərəqəsi verilməklə icraya yönəldilmişdir. Həmin qanuni qüvvəyə minmiş qətnamədən o - İddiaçı1 Məmmədhüseyn qızının və bacısı İddiaçı2 Məmmədhüseyn qızının xəbəri olmamışdır. Bu səbəbdən də həmin qətnamədən yuxarı instansiya məhkəməsinə müraciət etmək imkanları olmamışdır. Bildirmək istəyirlər ki, paylı mülkiyyətçinin digər pay sahiblərinə qarşı onların razılığı və xəbəri olmadan belə bir iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Həmin iş üzrə iddiaçı Cavabdeh1 onlara qarşı belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməsi mülki qanunvericiliyin tələbləri baxımından da tam əsassızdır. Lakin məhkəmə həmin işə baxarkən cavabdeh kimi işdə adı keçən onları Hacıdadş Səbinə və İddiaçı2 Məmmədhüseyn qızını məhkəmə prosesinə cəlb etmədən işə bir tərəfli qaydada baxmış və nəticədə MPM-in 9-cu maddəsində nəzərdə tutulmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipini kobud şəkildə pozmuşdur. Məhkəmə həmçinin işin ədalətli araşdırılması pirinsipini də pozmuşdur. Paylı mülkiyyətdə olan və naturada bölünməsi mümkün olmayan fərdi yaşayış evinin payçısı digər pay sahibinə məxsus olan 1/5 payı onun xəbəri olmadan əlindən alaraq onu payından (əmlakından) məhrum etməklə həmin pay üzərində özünün mülkiyyət hüququnu təsdiq edən yeni (3/5 pay barədə) Çıxarış əldə edir. Təbii ki, bütün bu proseslərin baş verməsinin əsasında həm məhkəmənin, həm İcra idarəsinin, həm də həmin hərracı keçirən Cavabdeh4 MMC-nin qanunsuz əməlləri dayanmışdır. Nəsimi rayon Məhkəməsi prosesdə onların iştiraklarını təmin etməmiş, İcra Şöbəsi icra işi barədə onlara məlumat verməmiş, hərracı keçirən təşkilat hərrac barədə vaxtında onlara məlumat verməyərək iştiraklarını təmin etməmişdir. İddia tələblərinin əsasını qanununvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi və evin ona məxsus olmuş 1/5 pay hissəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnu təsdiq edən 3/5 pay barədə sonuncu Çıxarışın ləğv edilərək, tərəflərin əvvəlki vəziyyətə (Hacıdadaş Şəbinə - 1/5 pay, Cavabdeh1 - 2/5 pay, Cavabdeh2 - 2/5 pay) qaytarılması tələbi təşkil edir. Həmin hərrac maddi və prosessual normaların tələblərinin pozuntusu ilə keçirildiyinə görə nəticələri etibarsız hesab edilərək ləğv edilməli və onun nəticələrinə uyğun olaraq Cavabdeh1 tərəfindən ona məxsus payının üzərində mülkiyyət hüququnu təsdiq edən sonuncu çıxarış həmin hissədə ləğv edilməlidir. Belə ki, icra idarəsi məhkəmə qətnaməsini icra etmək üçün ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 92,5 kv.m olan evin hərraca çıxarılarılaraq satılması barədə Cavabdeh4 MMC-yə sifarişli məktubla müraciət etmişdir. İlk öncə icra məmuru “İcra haqqında” qanunun tələblərini pozaraq tərəflərə icra hərəkətləri (tədbiri) barədə heç bir məlumat verməmişdir. Evin hərraca çıxarılması barədə tərəf olaraq onlara məlumat verilməli olduğu halda heç bir məlumat verilməmişdir. Bu səbəbdən də həmin hərracda iştirak edə bilməmişlər. Birinci dəfə evin qiyməti "xxxx" MMC-nin 57 saylı, 05.07.2017-ci il tarixli rəyinə əsasən 92.500 manat, ikinci dəfə 10% endirimlə 83.250 manat məbləğində müəyyən edilmiş və Cavabdeh1 və Səlimova X16 tərəfindən həmin qiymətə alınmışdır. Bildirir ki, yekun hərrac 15.12.2017-ci il tarixdə saat 11-00-da keçirilsədə hərrac barədə bildiriş (çağırış məktubu) ona və İddiaçı2 Məmmədhüseyn qızına 3 gün sonra, yəni 18.12.2017-ci il tarixdə çatmışdır. İşdə olan "xxxx" MMCnin verdiyi arayışda qeyd edilir ki, onlar hərracın keçirilməsi barədə bildirişi 11.12.2017-ci il tarixdə, yəni hərracın keçirilməsindən 4 gün əvvəl almışlar, bu isə hərracın keçirilməsi qaydaları barədə mülki məcəllənin və “İpoteka” haqqında qanunun tələblərinin müvafiq qanunun tələbinin kobud şəkildə pozulmasıdır. Əslində isə onlara hərrac barədə bildiriş 18.12.2017-ci il tarixdə çatmışdır. Həmçinin Cavabdeh4 MMC-nin 06.12.2017-ci il tarixli, 03/90-1 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin və onun çatdırılmasını təsdiq edən poçt qəbzinin surətinə əsasən qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evinin təkrar hərracın 15.12.2017-ci il tarixdə, saat 11:00-da ünvan 2 ünvanında keçiriləcəyi barədə İddiaçı1, İddiaçı2, Cavabdeh2 və Nəsimi rayon İcra Şöbəsinə bildirişin göndərilməsi göstərilmişdir ki, guya həmin bildiriş İddiaçı2 Məmmədhüseyn qızı tərəfindən qəbul edilmişdir. Hətta belə olan halda da hərracın keçirilməsi barədə məlumatın verilməsi ilə bağlı Mülki Məcəllənin 415-ci maddəsinin tələbi pozulmuşdur. Göründüyü kimi "xxxx" MMC tərəfindən keçirilmiş hərrac prosesi zamanı “İpoteka” haqqında qanunun da tələbi kobud şəkildə pozulmuşdur. Hərrac barədə bildirişin 06.12.2017-ci il tarixdə göndərilməsi və tərəflərə 11.12.2017-ci il tarixdə, yəni hərracdan 4 gün əvvəl çatması faktı artıq bəs edir ki, hərrac etibarsız hesab edilsin. O və bacısına isə bildiriş ümumiyyətlə hərracın keçirilməsindən 3 gün sonra çatmışdır. Bildirir ki, əgər o, hərracın keçirilməsində iştirak etsə idi öz payını özü alardı və bu gün belə bir problem olmazdı. Ona xəbər verilmədiyinə görə hərracda iştirakı mümkün olmamış və nəticədə ona məxsus payın daha ucuz qiymətə Cavabdeh1 tərəfindən alınması üçün məqsədli şəkildə təkrar hərrac keçirərək evin ümumi satış qiymətini 10% aşağı salmışlar. Nəticədə ona məxsus pay real dəyərindən daha ucuz qiymətə satılmışdır. Həmçinin həmin hərrac zamanı həm iddiaçı Cavabdeh1, həm də Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi qismində eyni şəxs Vəkil2 iştirak etmişdir ki, bu da maraqların toqquşması prinsipinə uyğun olaraq qanunsuz hesab edilməlidir. Yəni ki, eyni şəxs iddiaçı və cavabdehin maraqlarını qoruya bilməz. Həmçinin yekun hərrac protokolunda Cavabdeh2 payı 2/5 hissə kimi, Cavabdeh1 payı 3/5 hissə kimi qeyd edilmiş, o - İddiaçı1 Məmmədhüseyn qızına məxsus 1/5 hissə payı isə ümumiyyətlə qeyd edilməmişdir. Təkcə bu faktın özü bütövlükdə hərrac prosesinin və yekun hərrac protokolunun etibarsız hesab edilməsi üçün əsasdır. Halbuki bu fakta, yəni adının yekun protokolda qeyd edilməməsinə hərracı keçirən şirkət tərəfindən əsassız olaraq texniki səhv kimi qiymət verilmiş və məhkəmələrdə bu faktı araşdırmadan qanunsuzluğa göz yummuşdur. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, işdə olan sənədlərdə və hərracın yekun protokolunda qeyd edilmişdir ki, Cavabdeh1 həmin evi 83,250 manata satın almışdır, lakin paylar 3/5 və 2/5 kimi müəyyən edilmişdir. Belə bir sual ortaya çıxır ki, əgər Cavabdeh1 həmin evi tam şəkildə satın almışdırsa, nəyə görə həmin ev onun tam mülkiyyətinə keçməmiş və Cavabdeh2 məxsus 2/5 hissə pay onun öz mülkiyyətində saxlanılmışdır. Hərracın keçirilməsi barədə yekun protokolda onun adı mülkiyyətçi kimi qeyd edilməmiş, sonradan protokola düzəliş edilərək adı qeyd edilmişdir. Bu fakt bir daha sübut edir ki, onun hərracın keçirilməsindən ümumiyyətlə xəbəri olmamışdır və protokola sonradan düzəlişin edilməsi onun etibarsız hesab edilməsi üçün əsasdır. Həmçinin hərrac keçirən təşkilata həmin evin şəkilləri təqdim edilməmişdir. Evin ölçüləri paylara uyğun müəyyən edilməmiş, belə ki, ona payına uyğun 18 kv.m sahə çatmalı olduğu halda yalnız 14 kv.m sahə müəyyən edilmişdir. Həmçinin bildirir ki, Cavabdeh2 həmin hərracda real olaraq iştirak etməsi və ya formal şəkildə iştirak etməsi, Cavabdeh1la əlbir olması hələ tam araşdırılmamışdır. Hesab edir ki, onun da bu qanunsuzluqdan xəbəri olmuş, belə ki, onun payı Cavabdeh1 tərəfindən alınmadan olduğu kimi 2/5 hissədə saxlanılmışdır. Bu fakt da məhkəmə prosesində araşdırılmalıdır. Hesab edir ki, payının satılması barədə hərracın keçirilməsi prosesinin özü etibarsız olduğuna görə onun nəticələri də etibarsızhesab edilməlidir. Mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus olan 1/5 pay hissəsinin Cavabdeh1 satılması barədə hərrac etibarsız olduğuna görə ona məxsus həmin 1/5 payın üzərində Cavabdeh1 mülkiyyət hüququnu təsdiq edən sonuncu Çıxarış da etibarsız hesab edilərək ləğv edilməli və onlar pay sahibləri olaraq əvvəlki vəziyyətə qayıtmalıdırlar. Hal-hazırda o, konstitusion hüququ olan mülkiyyət hüququndan məhrum olmuşdur. Nəticədə ondan başqa həmin evdə yaşayan bacısı İddiaçı2 Məmmədhüseyn qızı və onun ailə üzvləri də daxil olmaqla ümumilikdə 8 nəfərin mənzildən istifadə hüququ pozulmuşdur. Bildirir ki, qanunvericiliyin tələblərinin kobud şəkidə pozulması keçirildiyindən 15.12.2017-ci il tarixli hərrac prosesi etibarsız hesab edilməli və həmin hərracın nəticələrinə əsasən ona məxsus payının Cavabdeh1 tərəfindən alınaraq həmin pay üzərində mülkiyyət hüququnu təsdiq edən sonuncu çıxarış qismən ona məxsus paya münasibətdə ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı 15.12.2017-ci il tarixdə keçirilmiş hərrac prosesinin etibarsız hesab edilməsi və ona məxsus 1/5 payı üzərində Cavabdeh1 mülkiyyət hüququnu təsdiq edən 3/5 payı barədə sonuncu çıxarışın qismən ləğv edilərək tərəflərin əvvəlki vəziyyətə (İddiaçı1 - 1/5 pay, Cavabdeh1 - 2/5 pay, Cavabdeh2 - 2/5 pay) qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(006)-1197/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 02 mart 2020-ci tarixli qərardadı ilə iddiaçıalar İddiaçı1 Məmmədhüseyn qızı və İddiaçı2 Məmmədhüseyn qızının Cavabdeh1, Cavabdeh2 Əlverdi qızı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Cavabdeh4 MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “Hərracın keçirilməsi prosesinin etibarsız hesab edilməsi və yeni çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata Cavabdeh1 münasibətdə xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kolegiyasının 15 mart 2021-ci il tarixli qərardadı ilə İddiaçı1 Məmmədhüseyn qızı tərəfindən verilmiş şikayət təmin edilərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 02 mart 2020-ci tarixli qərardadı “iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Resublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Cavabdeh4 MMC üçüncü şəxs qismində cəlb edilməklə) “yeni çıxarışın ləğv edilməsi və payların əvvəlki vəziyyətinə qatarılması” tələbinə dair mülki iş üzrə icraata Cavabdeh1 münasibətdə xitam verilməsi hissəsində ləğv edilərək, mülki iş iddiaya qeyd edilən hissələrdə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(006)-4591/2021 saylı əlavə qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Məmməd Hüseyn qızının Cavabdeh1 qarşı (Cavabdeh4 MMC üçüncü şəxs qismində cəlb edilməklə) “yeni çıxarışın ləğv edilməsi və payların əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddiası rədd edilmişdir. Qətnamə və əlavə qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil etməklə qeyd olunur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Tərəflər və 3-cü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(006)-1197/2020 saylı qətnaməsi və 27 iyul 2021-ci il tarixli, 2(006)- 11972020 saylı əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(006)-1197/2020 saylı qətnaməsi və 27 iyul 2021-ci il tarixli, 2(006)-11972020 saylı əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı1 verilmiş FM seriyalı, 033116 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, S.Əsgərov küçəsindəki, altı otaq, 67,4 kv.m yaşayış sahəsi, 153,1 kv.m ümumi sahəsi, 129 saylı fərdi yaşayış evini İddiaçı1 adına 1/5 payda, digər paylar üzrə M.Cavabdeh2 2/5, Hacı xanım Hacı Əliman qızı 1/5, X17 1/5 hissədə xüsusi mülkiyyət hüququ kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 197 saylı reyestr kitabında 10608-ci səhifədə 30/2812 nömrə ilə 03.02.2005-ci il tarixdə qeydiyyat aparılmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(005)-970/2017 saylı, 03.03.2017-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsəgrova küçəsində yerləşən 129 saylı fərdi yaşayış evinin açıq hərrac vasitəsi ilə satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri olan Cavabdeh1, X2 və Cavabdeh2 Əlverdi qızı arasında onların əmlakdakı paylarına mütənasib olaraq bölüşdürülməsi qət edilmişdir. Cavabdeh4 MMC tərəfindən sifarişçi Nəsimi rayon İcra şöbəsinə, tələbkar Cavabdeh1, borclular X1, X3 və Cavabdeh2 Əlverdi qızına ünvanlanmış Açıq hərracın keçirilməsinə dair 30.10.2017-ci il tarixli, 03/90 nömrəli bildirişdən görünür ki, Cavabdeh4 MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, 129 nömrəli fərdi yaşayış evi üzrə 27.11.2017-ci il tarixdə, saat 11-00-da hərracın keçirilməsi və ilkin satış qiymətinin 92.500 manat olması müəyyən edilmiş, hərracın keçirilməsinə dair Kaspi qəzetində 28.10.2017-ci il tarixdə elan dərc edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ümumi sahəsi 138,6 kv.m, torpaq sahəsi 0,01464 ha olan Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, 129 nömrəli fərdi yaşayış evi üzrə hüquq sahibləri olan Cavabdeh2 Əlverdi qızına 2/5 hissə, Cavabdeh1 3/5 hissə müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1279/2018 saylı, 12 aprel 2018-ci il tarixli qətnaməsinə əsasən, iddiaçılar İddiaçı2 Məmmədhüseyn qızının və X4 cavabdehlər Cavabdeh4 MMC-yə və Cavabdeh1 qarşı (Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi və Cavabdeh2 Əlverdi qızı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiaları rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9049/2018 saylı, 09.10.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı2 Məmmədhüseyn qızının və İddiaçı1 Məmmədhüseyn qızının Cavabdeh4 MMC-yə və Cavabdeh1 qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli, 2(005)-1279/2018 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli, 2(005)- 1279/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15.04.2019-cu il tarixli, 2(102)-2566/2019 saylı qərarından görünür ki, İddiaçı1 Məmmədhüseyn qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə 09 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan görünür ki, Bakı şəhəri, S.Əsgərov küçəsindəki, altı otaq, 67,4 kv.m yaşayış sahəsi, 153,1 kv.m ümumi sahəsi, 129 saylı fərdi yaşayış evinin 2/5 hissəsi Cavabdeh1 tərəfindən alğı-satqı yolu ilə əldə edilmiş və o, ilk olaraq bu hissənin mülkiyyətçisi olmuşdur. Həmin əmlakın digər 2/5 hissəsinin mülkiyyətçisi Cavabdeh2 Əlverdi qızı, 1/5 hissəsinin isə mülkiyyətçisi isə İddiaçı1 Məmmədhüseyn qızı olmuşdur. Cavabdeh1 qeyd edilən əmlakın natural qaydada bölünməsi tələbi ilə məhkəmədə iddia qaldırmış, lakin iddiası rədd edilmişdir. Bundan sonra Cavabdeh1 yeni iddiası Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçilərinin əmlakdakı paylarına münasib olaraq bölüşdürülməsi hissəsində təmin edilmişdir. Bu qətnamə qanuni qüvvəsini almış və onun icrası qaydasında əmlakın qiymətləndirilməsi keçirilmiş, müəyyən edilmiş qiymətlə əmlak hərraca çıxarılmış və Cavabdeh4 MMC tərəfindən təşkil edilmiş hərracda satılmışdır. Həmin hərracda İddiaçı1 1/5 hissədə payı Cavabdeh1 tərəfindən əldə edilmiş və bunun dəyərini təşkil edən 16.250 manat məbləğində pul vəsaiti Cavabdeh1 tərəfindən hesaba köçürülmüşdür. Hərracın keçirilməsi ilə bağlı qəzetlərdə elanlar verilmiş, eyni zamanda tərəflərə hərracın keçiriləciyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks edilən bildirişlər göndərilmişdir. Hərracın yekunları barədə protokolun etibarlı olmasını mübahisələndirən iddiaçılar Nərimanov rayon Məhkəməsinə müraciət etmişlər. Nərimanov rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, S.Əsgərov küçəsindəki, altı otaq, 67,4 kv.m yaşayış sahəsi, 153,1 kv.m ümumi sahəsi, 129 saylı fərdi yaşayış evinin satılması ilə bağlı keçirilmiş hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçıların iddia ərizəsində göstərdiyi dəllilər, o cümlədən hərracın onlardan etibarsız keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, mübahisəli əmlakda iddiaçılardan yalnız İddiaçı2 Məmmədhüseyn qızı pasport qeydiyyatında olmaqla yaşayır, digər İddiaçı1 həmin ünvandan köçmüşdür və orada yaşamır. Hərracın vaxtı, yeri və forması, onun qiyməti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş məlumatları əks etdirən bildirişlər göndərilmiş və bildirişlər bu ünvanlarda qəbul edilmişdir. Hərracın yekunlarına dair protokolda İddiaçı1 adı mülkiyyətçi kimi göstərilməsə də, bu səhv həmin protokolun arxasında düzəliş edilməklə aradan qaldırılmışdır. Məhkəmə bildirişlərin onun tərəfindən qəbul edilməməsi ilə əlaqədar qeyd etmişdir ki, Cavabdeh4 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı İddiaçı1 göndərilən bildirişlər onun qeydiyyatda olduğu ünvanı üzrə qəbul edilmiş və bu faktı təsdiq edən sənəd üzərində İddiaçı1 adı və soyadı dəqiq göstərilmişdir. Eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq qəzetlərdə hərrac barədə müvafiq məlumatlar yerləşdirilmişdir. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, bildirişlər onun qeydiyyatda olduğu ünvana göndərilmişdir. İddiaçı2 aid hissədə qeyd etmişdir ki, o, mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi olmadığından, qeyd edilən iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Hazırda iddiaçıalar İddiaçı1 Məmmədhüseyn qızı və İddiaçı2 Məmmədhüseyn qızı “Hərracın keçirilməsi prosesinin etibarsız hesab edilməsi və yeni çıxarışın ləğv edilməsi”nə dair iddia ərizəsi ilə müraciət etməklə məhkəmədən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı 15.12.2017-ci il tarixdə keçirilmiş hərrac prosesinin etibarsız hesab edilməsi və ona məxsus 1/5 payı üzərində Cavabdeh1 mülkiyyət hüququnu təsdiq edən 3/5 payı barədə sonuncu çıxarışın qismən ləğv edilərək tərəflərin əvvəlki vəziyyətə (İddiaçı1 - 1/5 pay, Cavabdeh1 - 2/5 pay, Cavabdeh2 - 2/5 pay) qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Kollegiya apellyatorların dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 415.2, 416.1, 416.2, 41.2, 41.3, 41.5, 42.1, 42.3, 46.1-ci maddələrinə, həmçinin “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.10-cu maddəsinə istinad edərək, tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin 2/5 hissəsi Cavabdeh1 tərəfindən alğısatqı yolu ilə əldə edilmiş və o, ilk olaraq həmin hissənin mülkiyyətçisi olmuşdur. Həmin əmlakın digər 2/5 hissəsinin mülkiyyətçisi Cavabdeh2 Əlverdi qızı, 1/5 hissəsinin isə mülkiyyətçisi İddiaçı1 Mərnmədhüseyn qızı olmuşdur. Cavabdeh1 qeyd edilən əmlakın natura qaydada bölünməsi tələbi ilə məhkəmədə iddia qaldırmış, lakin Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə iddiası rədd edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bundan sonra Cavabdeh1 yeni iddiası Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçilərinin əmlakdakı paylarına mütənasib olaraq bölüşdürülməsi hissəsində təmin edilmişdir. Bu qətnamə qanuni qüvvəsini almış, onun icrası qaydasında əmlakın qiymətləndirilməsi keçirilmiş və müəyyən edilmiş qiymətlə əmlak hərraca çıxarılmış və Cavabdeh4 MMC tərəfindən təşkil edilmiş hərracda satılmışdır. Həmin hərracda İddiaçı1 Məmmədhüseyn qızını 1/5 hissədə payı Cavabdeh1 tərəfindən əldə edilmiş və bunun dəyərini təşkil edən 16.250 manat məbləğində pul vəsaiti Cavabdeh1 tərəfindən müvafiq hesaba köçürülmüşdür. Hərracın keçirilməsi ilə bağlı qəzetlərdə elanlar verilmiş, eyni zamanda tərəflərə hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks etdirən bildirişlər göndərilmişdir. Hazırda iddiaçılar qeyd edilən hərrac barədə onlara lazımi qaydada məlumat verilmədiyini, habelə hərracın yekunlarına dair protokolda İddiaçı1 Məmmədhüseyn qızının mülkiyyətçi olması barədə hər hansı qeydin ümumiyyətlə olmadığını bildirir və bu əsasla hərracın etibarsız hesab edilməsini tələb edir. Göründüyü kimi, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin hərracdan satılma ilə bağlı keçirilmiş hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçıların iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın onlardan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, mübahisəli əmlakda iddiaçılardan yalnız İddiaçı2 Məmmədhüseyn qızı pasport qeydiyyatında olmaqla yaşayır, digər İddiaçı1 Məmmədhüseyn qızı həmin ünvandan köşmüşdür və orada yaşamır. Hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmiş və bildirişlər bu ünvanlarda qəbul edilmişdir. Fərdi yaşayış evində yaşamamasına baxmayaraq, İddiaçı1 Məmmədhüseyn qızı keçiriləcək hərrac barədə məlumatlı olmuşdur. Hərracın yekunlarına dair protokolda həqiqətən də İddiaçı1 Məmmədhüseyn qızı ilə bağlı səhvə yol verilərək, onun adı mülkiyyətçi kimi göstərilməmişdir. Lakin bu səhv həmin protokolun arxasında düzəliş edilməklə aradan qaldırılmışdır. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki İşlər Üzrə Məhkəmə Kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Kollegiya iddiaçı X4 bildirişlərin onun tərəfindən qəbul edilməməsi ilə bağlı qeyd edir ki, Cavabdeh4 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı iddiaçıya göndərilən bildirişlər onun qeydiyyatda olduğu ünvan üzrə qəbul edilmiş və bu faktı təsdiq edən sənəd üzərində iddiaçının (İddiaçı2 Məmmədhüseyn qızı) adı və soyadı dəqiq göstərilmişdir. Eyni zamanda, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzetlərdə hərrac barədə zəruri məlumatlar yerləşdirilmişdir. Kollegiya qeyd edir ki, həmin bildirişlərin İddiaçı1 Məmmədhüseyn qızının faktiki ünvanı üzrə göndərilməsi, habelə qəzetlərin ona göndərilməsi istisna edilir. Belə ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının faktiki yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elan etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Araşdırma zamanı müəyyən edilmişdir ki, bildirişlər iddiaçının pasport qeydiyyatında olduğu ünvana göndərilmişdir. Qeyd olunanlara əsasən kollegiya İddiaçı1 Məmmədhüseyn qızının iddiasını əsassız hesab edir. Məhkəmə eyni zamanda İddiaçı2 Məmmədhüseyn qızına dair hissədə qeyd etmişdir ki, Azərbaycan Respublikasının MPM-in 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada mülki müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnu və ya qanunla qorunanan mənfeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2006-cı il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04.07.2007-ci il tarixli qərarını Azərbaycan Respublikasının konstitusiyası və qanunlarına uyğunluğunun yoxlanılması” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən zahiri azadlığı ifadə edir. Sübyektiv hüquq üç elementin məcmusu kimi qimətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ, müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən edilmiş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqi müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hans qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bununla bağlı qeyd olunmalıdır ki, mübahisəli əmlakın mülkiyyətçisi olmayan və mübahisəli əmlakda yalnız pasport qeydiyyatı olan İddiaçı2 Məmmədhüseyn qızı hazırkı iddia ilə məhkəməyə müraciət üçün ümumiyyətlə subyektiv hüquqa malik deyildir. Bu da öz növbəsində onun iddiasının bu əsasla rədd edilməsi üçün hüquqi əsas yardır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddiaçılar İddiaçı2 Məmmədhüseyn qızının və İddiaçı1 Məmmədhüseyn qızının cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Cavabdeh4 MMC üçüncü şəxs qismində cəlb edilməklə) “Hərracın keçirilməsi prosesinin etibarsız hesab edilməsi və yeni çıxarışın ləğv edilməsi” tələbinə da iddiası təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, əqd etibarsız hesab edildikdə, ümumi qaydada görə hər bir tərəf əqd üzrə aldığını digər tərəfə qaytarmalıdır. Məhkəmənin gəldiyi qənaətə görə hərracın keçirilməsi prosesinin etibarsız hesab edilməsi üçün hüquqi əsas tapılmadığından iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı (Cavabdeh4 MMC üçüncü şəxs qismində cəlb edilməklə) “yeni çıxarışın ləğv edilməsi və payların əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia rədd olunmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün nəticəyə gəlmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(006)- 1197/2020 saylı qətnaməsi və 27 iyul 2021-ci il tarixli, 2(006)-11972020 saylı əlavə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-10940/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10940/2021
08.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver