Məhkəmə qərarları › İş №2(103)-10955/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10955/2021

01.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10955/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mövlayev Azər Aydın oğlunun katibliyi ilə, İddiaçı və vəkili və nümayəndəsi X2, Cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3387-21 saylı iş üzrə 27 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə arasında 16.08.2017-ci ildə 54000 ABŞ dolları borcun etirafı müqaviləsinin və qəbzin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3387/2021 saylı iş üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Apellyasiya icraatında məlum olmuşdur ki, baxılan iş üzrə mübahisələndirilən müqaviləyə əsaslanaraq borcun ödənilməsi tələbinə dair mülki iş mövcuddur və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6001/2020 saylı iş üzrə 30 iyul 2020-ci il tarixli qərardadı ilə həmin iş üzrə icraat hazırkı iş üzrə yekun qərar qanuni qüvvyə minənədək dayandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı, onun nümayəndəsi və vəkili hazırkı mülki işin Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-6001/2020 saylı mülki işə birləşirilməsinə etiraz etmədiklərini bildirmişdilər. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili hazırkı mülki işin Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-6001/2020 saylı mülki işə birləşirilməsinə etiraz etmədiklərini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər (maddə 43). Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır (maddə 169.3). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43, 169.3, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh X4 qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair 2(103)- 10955/2021 saylı mülki iş X3 İddiaçı qarşı “borcun qaytarılması tələbinə” dair 2(103)- 6001/2020 saylı mülki işlə birləşdirilərək bir icraatda baxılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar