Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10985/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, onun və digər ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “əqdin və etibarnamənin etibarsız hesab edilməsi” barədə ilkin və Cavabdeh2 və Cavabdeh1 İddiaçı və Cavabdeh3nə qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1537/2021 saylı, 25 avqust 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Şirinov X7 Elxan Əhməd oğlu və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əvəzindən etibarnamə üzrə Cavabdeh2 Vahid oğlu ilə Cavabdeh1 arasında bağlanmış müqavilənin və onun tərəfindən Cavabdeh2 Vahid oğluna verilmiş Bakı şəhəri 22 saylı notariat ofisində 17 mart 2017-ci il tarixdə 1663 reyestr nömrəsi ilə qeyd edilmiş etibarnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Zaman X11 ilə 2016-cı ilin təxminən iyulavqust aylarında alqı-satqı müqaviləsi bağlamış, həmin alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Kazımovski küçəsində yerləşən 58 saylı binanın 15 saylı mənzilinin dəyərini tam şəkildə Zaman X6 ödəməklə müəssisədən almışdır. Alqı-satqı müqaviləsinə əsasən həmin mənzil ona məxsusdur. Bir müddət sonra Cavabdeh2 aralarında olan münasibətlərdən istifadə edərək, onu xoş sözlərlə ələ alaraq özünə etibarnamə verməsini istəmişdir. Ona inanıb 17 mart 2017-ci il tarixdə Bakı səhəri 22 saylı notariat ofisində etibarnamənin məzmunu ilə tanış olmadan Elxana etibarnamə vermişdir. Müəyyən müddətdən sonra Elxan tərəfindən aldadıldığını, onun (Cavabdeh2) həmin etibarnamədən sui-istifadə edərək təxminən 2020-ci ilin əvvəllərində ona məlumat vermədən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Kazımovski küçəsində yerləşən 58 saylı binanın 15 saylı mənzilini həmin etibarnamə əsasında qanunsuz və əsassız olaraq iş üzrə digər cavabdehə satmış və satışdan əldə olunan vəsaiti tam olaraq mənimsəmişdir. Müqavilə bağlanarkən Elxan ona heç bir pul vəsaiti verməmişdir. Etibarnaməni alandan sonra Elxan həmin mənzilin sənədlərini də ondan xəbərsiz götürmüşdür. Elxandan mənzilin sənədlərini istəsə də, o sənədləri qaytarmamış, tələbləri olmasını, tələblərini yerinə yetirməsə mənzili ona verməyəcəyini demişdir. Bir müddət sonra ona məlum olmuşdur ki, həmin mənzil Cavabdeh2 yoldaşının adınadır. Belə ki, 2020-ci ilin əvvəllərində Cavabdeh2 həmin mənzili iş üzrə ikinci Cavabdeh1 ilə birlikdə ələ keçirmişdir. Cavabdeh2 adından həmin etibarnamədən sui-istfadə edərək, ona heç bir məlumat vermədən, etibarnamə əsasında Cavabdeh1 ilə müqavilə bağlamış və həmin mənzili Könülün adına rəsmiləşdirmişdir. Nəticə etibarı ilə bütün bu əməliyyatlardan onun heç bir məlumatı olmamışdır. Daha sonra məhkəmə araşdırması zamanı iddiaçı bildirmişdir ki, həmin mənzil Cavabdeh1 qardaşı Rasim adlı şəxsin pulu ilə alınmışdır. Həmin mənzilə Çıxarışın və texniki pasportun verilməsinə dair ərizə ilə Reyestr Xidmətinə müraciət edilmiş, səhhətində yaranmış problemlərlə əlaqədar müalicə olunmaq üçün Rusiya Federasiyasına gedəcəyindən çıxarışın və texniki pasportun verilməsi üçün nəzərdə tutulan yerli baxışlarda iştirak edə bilməyəcəyi və həmin vaxt həyat yoldaşının da rayonda olacağını nəzərə alaraq yaxın dostu Rasimin məsləhəti ilə qeyd olunan məqsədlə Rasimin yeznəsi Cavabdeh2 notariat kontorunda etibarnamə vermişdir. O, mübahisəli mənzili 2016-cı ildə aldıqdan və təmir etdirdikdən sonra, hal-hazıradək qeyd edilən mənzildə yaşayır, xidmətlər üzrə ödənişləri də o edir. Dostu Rasim və ya arvadı Rusiyadan Bakıya gələndə həmin mənzildə qalırlar. Cavabdeh2 və X12 isə İddiaçı və Cavabdeh3nə qarşı qarşılıqlı iddia ərizəsi verərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Kazımovski küçəsi 58 saylı evin 15 saylı mənzilinə dair Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış 07 mart 2011-ci il tarixli, 10 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, onlar Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Kazımovski küçəsi 58 saylı evin 15 saylı mənzilini Zaman X2 təxminən 2016-cı ildə əvvəllər ev alqı-satqısı ilə məşğul olan şəxs kimi tanıdıqları və yaxın münasibətlərdə olduqları İddiaçı vasitəsilə almışlar. Belə ki, onlar əvvəllər Rusiya Federasiyasında yaşamış, Bakıya ildə bir-iki dəfə gəlmişlər. Ona görə də həmin mənzili ilk dəfə olaraq Zaman X2 Vahidin adına rəsmiləşdirmişlər. Mənzilin pulunu onlar Vahidə vermişlər. Mənzilin dəyərinin bir hissəsi olan 65000 manat pulu Vahidə Bakıda bir neçə şəxsin iştirakı ilə şəxsən özünə vermişlər. Bundan başqa isə mənzilin müqavilədə olan dəyəri olan 36000 manat pulu Vahidin sözünə əsasən Zaman X6 ödəmişlər. Daha sonra onlar Vahiddən həmin mənzilə dair adlarına etibarnamə verməsini istəmişlər. Vahid həmin mənzilə dair Cavabdeh2 adına 17 mart 2017-ci il tarixdə etibarnamə vermişdir. Vahid ilə yaxın münasibətləri olduğundan və ondan etibarnamə almalarına baxmayaraq mənzilin öz adlarına sənədləşdirməsinə də tələsməmişlər. Lakin Vahid onlara 2020-ci ilin əvvəllərində təkid edərək demişdir ki, bu dünya ölüm itim dünyasıdır, bilmək olmur insanın başına nələr gələ bilər, ona görə də mənzilinizi öz adınıza sənədləşdirin. Elxan da Vahidin bu sözünə görə, həmin etibarnamə ilə mənzili 23 yanvar 2020-ci il tarixdə arvadı Könülün adına sənədləşdirmişdir. Göründüyü kimi, mübahisəli mənzilə dair Vahidin istinad etdiyi 07 mart 2011-ci il tarixli 10 saylı müqavilə formal xarakterli müqavilə olmuşdur. Yəni, həmin mənzilin əsl mülkiyyətçisi İddiaçı deyil, onlar olmuşlar. Ona görə də İddiaçı özü ev alqısatğısı ilə məşğul olduğu, tam anlaqlı və fəaliyyət qabiliyyətli insan olduğu halda Əhmədovların onu hər-hansısa qaydada aldatmaları, ondan aldatma yolu ilə etibarnamə almaları və onun mənzilini mənimsəmələri gülünc məsələdir. İddiaçının iddia tələbinin yalan olması onda da təsdiq olunur ki, o iddia tələbində mənzili 2016-cı ilin iyul-avqust aylarında almasını bildirməsinə baxmayaraq işdə olan sənədlərdən onun adına olan müqavilənin tarixinin 07 mart 2011-ci il olduğu aydın olur. Bütün bunlar Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Kazımovski küçəsi 58 saylı evin 15 saylı mənzilinə dair Zaman X11 ilə İddiaçı arasında bağlanmış 07 mart 2011-ci il tarixli 10 saylı müqavilənin etibarsız hesab edilməli olduğunu göstərir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1537/2021 saylı, 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıq iddia tələbləri təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi-vəkili onun ləğv edilməsini, qarşılıqlı iddianın təmin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsini dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərmişdir ki, iddiaçı iddia ərizəsində guya onun Cavabdeh2 tərəfindən aldadılaraq mənzilin özgəninkiləşdirilməsini qeyd etsə də, məhkəmə iclasında iddiaçı özü və dəvət olunmuş şahidlər mübahisəli mənzilin Rasim Mürsəlova aid olduğunu bildirmişlər. Qətnamədən apellyasiya şikayəti verən ilkin iddia üzrə iddiaçı da onun ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Kazımovski küçəsi, ev 58, 15 saylı mənzili 36.000 manat olan dəyərini X5 ödəyərək, 19 iyul 2016-cı il tarixdə satın almışdır. Qanunvericilikdə nəzərdə tutulmuş hüquqi prosedurlar həyata keçirilərək, qeyd edilən mənzilə dair Cavabdeh3 ilə onun arasında müqavilə imzalandı və həmin müqavilə ilə mənzil onun adına rəsmiləşdirilərək, qanunvericilikdə nəzərdə tutulmuş müvafiq hüquqverici sənədlər, o cümlədən müqavilə, kassa mədaxil orderi və maliyyə arayışı ona təqdim edildi. Həmçinin, mənzili mülkiyyətinə qəbul etdikdən sonra qeyd edilən mənzildə təmin işlərinə başladı, mənzildə təmir işləri təxminən 4-6 ay müddətində aparıldı, təmir işləri başa çatdıqdan sonra o, ailəsiylə birlikdə bu günə qədər mənzildə yaşayır. Mülkiyyətçisi olduğu mənzilə dair Çıxarışın və texniki pasportun verilməsinə dair ərizə ilə Reyestr Xidmətinin Bakı ərazi İdarəsinə müraciət etmiş, lakin səhhətində yaranmış problemlərlə əlaqədar müalicə olunmaq üçün təcili olaraq Rusiyya Federasiyasının Sankt-Peterburq şəhərinə getməli olmuş və Reyestr Çıxarışın və texniki pasportun verilməsi üçün Xidmətin texniki əməkdaşları mənzilə baxışın keçirilməsini təmin edə bilməmək etimalını aradan qaldırmaq məqsədi yaxın dostu Rasimin məsləhəti ilə onun yeznəsi Cavabdeh2 22 saylı notariat kontorunda etibarnamə vermiş, mənzilin açarlarını və mənzilə dair hüquqverici sənədlərin əsllərini tam olaraq Elxana təqdim etmişdir ki, Revestr xidmətinin əməkdaşlarına təqdim etmək mənzilə baxış keçirmək imkanı olsun. Bundan başqa Cavabdeh3nə 22 mart 2017-ci il tarixli ərizə ilə rəsmi müraciət edərək bildirmişdir ki, M.Ə.Rəsulzadə qəsəbəsi, Kazımovski küçəsi, ev 58, 15 saylı mənzilə Çıxarışın və texniki pasportun verilməsinə dair ərizə ilə Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə müraciət etmiş, səhhətində yaranmış problemlərlə əlaqədar müalicə olunmaq üçün Rusiya Federasiyasına gedir, Çıxarışın və texniki pasportun verilməsi üçün nəzərdə tutulan yerli baxışlarda iştirak edə bilməyəcək, həmçinin həmin vaxt həyat yoldaşının da rayonda olacağını nəzərə alaraq yaxın dostu Rasimin məsləhəti ilə ünvan 1 ünvanda qeydiyyatda olan Rasimin yeznəsi Cavabdeh2 22 saylı notariat kontorunda etibarnamə vermiş və Elxanın qeyd edilən mənzilə daxil olmasına şəraitin yaradılmasını xahiş etmişdir. O, yaxın dostu Rasim, Rasimin bacısı Cavabdeh1, onun həyat yoldaşı Cavabdeh2 həmyerlidirlər, qeyd edilən şəxslərlə ailəvi dostluq münasibətləri olub, xeyir və şər mərasimlərində bir-birilərinin evlərində olmuşlar, ona görədə o, onlara tamamilə etibar etmişdir. Bundan təxminən 3 il sonra onun və ailəsinin İmişli rayonunda olmaqları barədə məlumatlı olduğundan istifadə edərək, 2020-ci ilin yanvar ayında Cavabdeh3 EİM-nin Kazımovski küçəsi, 58 ünvanda yerləşən ofisinə gedərək 17 mart 2017-ci il tarixli, AR-İ № 471315 nömrəli Etibarnaməni və mənzilə dair hüquqverici sənədlərin əsllərini Cavabdeh3 EİM-nə təqdim edərək, onu təmsil etdiyini və 10 saylı müqaviləyə əsasən ona məxsus olan Kazımovski küçəsi, 58 saylı evin 15 saylı mənzilinin faktiki olaraq əvvəldən onlara məxsus olmasını və mənzilin Cavabdeh1 adına rəsmiləşdirilməsini xahiş etmişdir. Etibarnamənin və mənzilə dair hüquqverici sənədlərin əsllərinin yaşadığı evdən xəbəri olmadan götürərək, sənədləri Cavabdeh3 EİM-nə təqdim edib, Binəqədi rayonu, Kazımovski küçəsi, ev 58, 15 saylı mənzil 23.01.2020-ci il tarixli 10 saylı müqavilə ilə, ünvan 2 ünvanda yaşayan Cavabdeh1 adına rəsmiləşdirmişdir. Qətnamədən, həmçinin, qarşılıqlı iddiaçılarin nümayəndəsi-vəkili də apelyasiya şikayəti verərək onun ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayəti qarşılıqlı iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı ümumən apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını, qarşı tərəfin isə şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, onun və digər ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili ümumən öz apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını, qarşı tərəfin şikayətinin isə təmin olunmamasını xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri haqqında məlumatlandırılmasına baxmayaraq Cavabdeh3 EİM-nin nümayəndəsi isə məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir (MPM-in 376.2-ci maddəsinə əsasən). Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “ilkin iddianın əqdin etibarsız hesab edilməsinə dair hissəsinin təmin edilməməsi” hissəsində ləğv edilməklə ilkin iddia tələbinin həmin hissədə təmin edilməsi barədə yeni qətnamə çıxarılmalı, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh3ndən məhkəməyə göndərilmiş sənədlərdən görünür ki, həmin müəssisə ilə Cavabdeh1 arasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Kazımovski küçəsi 58 saylı evin 15 saylı mənzilinə dair 23.01.2020-ci il tarixdə müqavilə bağlanmış, həmin müqavilədə mənzilin dəyəri 36000 manat olaraq qeyd edilmiş, 15-ci bənddə isə dəyərinin tam ödənildiyi göstərilmişdir. Cavabdeh3 ödəniş cədvəlində və maliyyə arayışında da mənzilin dəyərinin tam ödənildiyi göstərilmişdir. Cavabdeh3 tərəfindən, həmçinin, İddiaçı həmin mübahisəli mənzilə dair Cavabdeh2 adına verdiyi 17.03.2017-ci il tarixli etibarnamə, o cümlədən həmin müəssisə ilə İddiaçı arasında mübahisəli mənzilə dair 07.03.2011-ci il tarixdə bağlanmış üstləri xətlənmiş müqavilə, mənzilin dəyərinin tam ödənildiyini əks etdirən eyni tarixli kassa mədaxil qəbzi və ödəniş cədvəli də əlavə olunmuşdur. İş materiallarında olan Bakı şəhəri 22 saylı notariat kontorunda təsdiq edilmiş 17.03.2017-ci il tarixli AR-İ 471315 nömrəli Etibarnamənin surətindən görünür ki, İddiaçı həmin etibarnaməyə əsasən Cavabdeh2 Cavabdeh3 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsi, ATS-in qərbi Kazımovski küçəsində inşa edilən yaşayış binasında 3-cü mərtəbədə yerləşən ümumi sahəsi 80 kv.m., o cümlədən yaşayış sahəsi 44,3 kv.m., qeyri-yaşayış sahəsi 35,7 kv.m. olan 2 otaqdan ibarət mənzili özəlləşdirməyi, yüklülük barədə (forma 1) arayşı, 2 nömrəli formada arayış almağı, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, ərizə yazmağı, buna dair müqaviləni imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün əməliyyatları etməyi 10 il müddətinə (qüvvədə olma tarixi 17.03.2027-ci il) etibar etmişdir. Cavabdeh3 tərəfindən birinci instansiya məhkəməsinə göndərilmiş “2(001)- 1537/2021 saylı mülki iş üzrə Münasibət” adlandırılan 08 iyun 2021-ci il tarixli 43 saylı ərizədə qeyd edilmişdir ki, İddiaçı ümumi sahəsi 80 (səksən) kv.metr təşkil edən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Kazımovski küçəsi, ev 58, 15 saylı mənzili 36.000 (otuz altı min) manat olan dəyərini X5 ödəyərək, 19 iyul 2016-cı il tarixdə satın almışdır. Qanunvericilikdə nəzərdə tutulmuş hüquqi prosedurlar həyata keçirilərək, qeyd edilən mənzilə dair Cavabdeh3 ilə İddiaçı arasında 10 saylı müqavilə imzalanmış və həmin müqavilə ilə mənzil sonuncunun adına rəsmiləşdirilərək, qanunvericilikdə nəzərdə tutulmuş müvafiq hüquqverici sənədlər, o cümlədən müqavilə, kassa mədaxil orderi və maliyyə arayışı İddiaçı təqdim edilmişdir. İddiaçı mənzili mülkiyyətinə qəbul etdikdən sonra qeyd edilən mənzildə təmir işlərinə başlamış, mənzildə təmir işləri təxminən 4 ay müddətində aparılmışdır, təmir başa çatdıqdan sonra İddiaçı ailəsi ilə birlikdə bu günə qədər qeyd edilən mənzildə yaşayır. Cavabdeh3 ilə İddiaçı arasında müqavilə tərtib edilərkən müqavilədə müqavilə tarixinin 19 iyul 2016-cı il əvəzinə texniki səhvə yol verilərək, səhvən 07 mart 2011-ci il kimi qeyd edilmişdir. Bununla bağlı İddiaçı Cavabdeh3 EİM-nə 18 sentyabr 2016- ci il tarixli ərizə təqdim edərək, müqavilənin tarixi hissəsində düzəlişin edilməsini xahiş etmiş, nəticədə İddiaçı ilə Cavabdeh3 EİM-i arasında 20 sentyabr 2016-cı il tarixli, “10 saylı 07 mart 2011-ci il tarixli müqaviləyə əlavələrin edilməsinə dair” əlavə Razılaşma imzalanmış, razılaşma müqavilənin tərkib hissəsi hesab edilərək, razılaşmaya əsasən müqavilənin tarixi “19 iyul 2016-cı il” hesab edilmişdir. Həmçinin, İddiaçı 22 mart 2017-ci il tarixdə Cavabdeh3 EİM-nə gələrək ərizə ilə təqdim edərək bildirmişdir ki, M.Ə.Rəsulzadə qəsəbəsi, Kazımovski küçəsi, ev 58, 15 saylı mənzilə Çıxarışın və texniki pasportun verilməsinə dair ərizə ilə Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə müraciət etmişdir, səhhətində yaranmış problemlərlə əlaqədar müalicə olunmaq üçün Rusiya Federasiyasına gedir, Çıxarışın və texniki pasportun verilməsi üçün nəzərdə tutulan yerli baxışlarda iştirak edə bilməyəcəyini, həmçinin həmin vaxt həyat yoldaşının da rayonda olacağını nəzərə alaraq yaxın dostu Rasimin məsləhəti ilə ünvan 1 ünvanda qeydiyyatda olan Rasimin yeznəsi Cavabdeh2 22 saylı notariat kontorunda etibarnamə vermiş və sonuncunun qeyd edilən mənzilə daxil olmasına şəraitin yaradılmasını xahiş etmişdir. 2020-ci ilin yanvar ayında Cavabdeh2 Cavabdeh3 EİM-nin Kazımovski küçəsi, 58 ünvanda yerləşən ofisinə gələrək 17 mart 2017-ci il tarixli, AR-İ № 471315 nömrəli Etibarnaməyə əsasən İddiaçı təmsil etdiyini və 10 saylı müqaviləyə əsasən İddiaçı məxsus olan Kazımovski küçəsi, 58 saylı evin 15 saylı mənzilinin Cavabdeh1 adına rəsmiləşdirilməsini xahiş etmişdir. Cavabdeh2 tərəfindən təqdim edilmiş etibarnamənin və mənzilə dair hüquqverici sənədlərin əsillərini nəzərdən keçirərək Binəqədi rayonu, Kazımovski küçəsi, ev 58, 15 saylı mənzil 23.01.2020-ci il tarixli 10 saylı müqavilə ilə ünvan 3 ünvanda yaşayan Cavabdeh1 adına rəsmiləşdirilmişdir, Cavabdeh3 EİM ilə İddiaçı arasında imzalanmış 10 saylı müqavilənin, maliyyə arayışının və etibarnamənin əsilləri Cavabdeh2 götürülməklə, mənzilə dair yeni hüquqverici sənədlər Cavabdeh1 təqdim edilmişdir. O ki qaldı qarşılıqlı iddiada qeyd edilən Cavabdeh3 EİM-si ilə İddiaçı arasında imzalanmış 10 saylı müqavilənin formal xarakterli olmasına və 36.000 manat pulun Cavabdeh2 tərəfindən Cavabdeh3 EİM-ə ödənilməsinə, bununla bağlı bilirmişlər ki, Cavabdeh2 tərəfindən Cavabdeh3 EİM-ə heç bir vəsait ödənilməmişdir, qarşılıqlı iddiaçıların dedikləri əsassız və yalandır. Belə ki, mübahisəli mənzilin İddiaçı adına rəsmiləşdirilməsində Cavabdeh3 EİM-i satıcı olmayıb, yəni İddiaçı mənzili Cavabdeh3 EİM-dən satın alınmayıb ki, Cavabdeh3 EİM-nə pul ödənilsin, mənzilin əvvəlki mülkiyyətçisi X8 olub, onlarda olan məlumata görə mənzilin dəyəri İddiaçı tərəfindən Yeganə İsmayılovaya tam ödənilib, bununla da İddiaçı həmin mənzili 19 iyul 2016-cı il tarixdə satın alıb, mənzilin əvvəlki mülkiyyətçisi Yeganə İsmayılova ilə İddiaçı arasında olan münasibətlərdə Cavabdeh3 EİM-in heç bir iştirakı olmamışdır. Həmçinin, mübahisəli mənzilin Cavabdeh1 adına rəsmiləşdirilməsində Cavabdeh2 etibarnamə əsasında çıxış edərək, İddiaçı təmsil edib, mənzilin alıcısı qismində isə Cavabdeh1 çıxış edib, belə olan təqdirdə, mənzil mülkiyyətçisi hesab olunan Vahid Əhmədovu təmsil edən şəxsin mənzil üçün Cavabdeh3 EİM-nə pul ödəməsi nəqədər məntiqə uyğun olur?. Göründüyü kimi bunula da sübut olunur ki, qarşılıqlı iddiaçıların Cavabdeh2 36.000 manat pulun Cavabdeh3 EİM-nə ödənilməsinə dair iddiaları yalan və böhdandır, Cavabdeh2 etibarnaməni istifadə edərək İddiaçı məxsus mənzili həyat yoldaşnın adına rəsmiləşdirməklə, faktiki olaraq şəxsi maraqlarını təmin etməklə özününküləşdirmişdir. İddiaçı 2021-ci ilin yanvar ayında Cavabdeh3 EİM-nə verdiyi məlumatla məlum olmuşdur ki, ona məxsus olan mənzilin Cavabdeh1 adına rəsmiləşdirilməsindən xəbəri və məlumatı olmamışdır, Cavabdeh2 İddiaçı etibarından sui-istifadə edərək mənzili öz həyat yoldaşının adına rəsmiləşdirmişdir, bununla bağlı İddiaçı 17 mart 2017-ci il tarixli, AR-İ № 471315 nömrəli Etibarnaməni ləğv etdirərək, Cavabdeh1 ilə Cavabdeh3 EİM-si arasında imzalanmış 23.01.2020-ci il tarixli 10 saylı müqavilənin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edilən mənzilin 2020-ci ildə Cavabdeh1 adına rəsmiləşdirilməsinə baxmayaraq, İddiaçı mübahisəli mənzili 2016-cı ildə aldıqdan, şəxsən təmir etdirdikdən sonra, hal-hazırda da qeyd edilən mənzildə ailə üzvləri ilə birlikdə yaşayır, xidmətlər üzrə ödənişlər İddiaçı tərəfindən aparılır. Bütün bunlara əsasən, qarşılıqlı iddiaçılar Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Kazımovski küçəsi, 58 saylı evin, 15 saylı mənzilinə dair Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış 07.03.2011-ci il tarixli, 10 saylı müqavilənin etibarsız hesab edilməsinə barədə məhkəməyə təqdim etdiyi iddia tələbi əsassızdır və təmin edilməməlidir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Rasim Mürsəlovun arvadıdır. 2016-cı ildə tanış olmuşlar. Vahidlə Rasim uşaqlıq dostudurlar. Rasim Rusiya vətəndaşıdır. Rasimlə ailə qurandan sonra Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Kazımovski küçəsi, 58 saylı evin 15 saylı mənzilinə gəlin köçərək bu mənzilə öz cehiz əşyalarını gətirmişdir. Mənzildə özü yaşayır. Bakı şəhərinə gəlib gedəndə həmin mənzildə qalır. Onun və iki uşağının əşyaları həmin mənzildədir. Bakıda olmayanda mənzili Vahidə tapşırırlar. Ona görə də onun da bəzi əşyaları mənzildə ola bilər. Vahid Elxana etibarnamə vermişdi ki, həmin evi onun adına keçirsin. Buna (etibarnamə verməyə) onlar icazə vermişlər. X14 arasında mübahisələri olandan sonra 2020-ci ildə Elxan mənzili arvadı Könülün adına keçirmişdir. O, keçən ilin sentyabr ayından Bakı şəhərinə gəlmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X10 ifadəsində bildirmişdir ki, Rasimin bacanağıdır. 2016-cı ildə Rasim Zeynəblə ailə qurmuş və Zeynəb Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Kazımovski küçəsi 58 saylı evin 15 saylı mənzilinə gəlin köçərək öz cehiz əşyalarını bu mənzilə gətirmişdir. Onun qızı da 2 ay Rasimə məxsus həmin mənzildə qalmışdır. Elxanın apardığı alğı-satqıdan məlumatsızdır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X13 ifadəsində bildirmişdir ki, Zeynəbin bacısı oğludur. Zeynəb Bakı şəhərində olmayanda mənzilə gəlib gedərək nəzarətdə saxlamışdır. Çünki həmin vaxt Vahid rayonda yaşayırdı. 2020-ci ildə 20 gün Zeynəb və Rasimin mənzilində yaşamışdır. Etibarnamədən və alğı-satqıdan məlumatı yoxdur. Kollegiya ilk növbədə ilkin iddianın “etibarnamənin etibarsız hesab edilməsi” hissəsinə münasibət bildirərək hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin hallarından göründüyü kimi, ilk iddiaçının etibarsız sayılmasını tələb etdiyi etibarnamə qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir və onun Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan etibarsızlığının əsasları müəyyən olunmamışdır. Əksinə, işin hallarından aydın olur ki, etibarnamə verilərkən tərəflər səlahiyyətli, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, onların iradə ifadəsi məhz etibarnamə verilməsinə yönəlmiş, etibarnamə konkret məqsədlə verilmiş, etibarnamə forma və məzmunca qanunvericiliyin tələblərinə müvafiq olaraq tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2-ci maddəsinə əsasən, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 363.1-ci maddəsinə əsasən bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal (nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə) istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinə əsasən, notarius və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxs bir və ya bir neçə şəxs adından bir və ya bir neçə şəxsin adına verilən etibarnaməni təsdiq edə bilər Etibarnamənin qüvvədə olmasına xitam verilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, həmin hissədə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Digər tərəfdən iş materiallarında mübahisələndirilən etibarnamənin əsassızlığına dəlalət edəcək hər hansı bir hal müəyyən edilməmiş, ilkin iddiaçı da bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilkin iddianın əqdin etibarsız hesab edilməsinə dair hissəsinin təmin edilməməsi barədə nəticəsini əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbinin qeyd olunan hissəsınin əsassızlılığına dair qənaətə gələrkən qeyd etmişdir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, iddiaçının verdiyi izahatlar məntiqi ardıcıllıqla bir-birini tamamlamamış, şahidlərin ifadələri də ilk iddiaçının sonradan verdiyi izahatlarla bəzi məqamlarda eyni məzmunda olması və eyni zamanda ziddiyyətli olması qeyd olunan halların düzgünlüyünə inam yarada bilməmişdir. Məhkəmə kollegiyası qeyd edri ki, qeyd olunan hissədə birinci instansiya məhkəməsinin qənaəti işin və mübahisənin faktiki hallarına uyğun olmamış və nəticədə məhkəmə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmayaraq sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, ilkin iddiaçı iddia ərizəsində cavabdehlər arasında başlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsə də, həm iddia ərizəsi və apellyasiya şikayətinin məzmunundan, həm də birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı özünün verdiyi izahatlardan onun iradə ifadəsi faktiki olaraq məhz mübahisəli mənzilin Cavabdeh1 adına rəsmiləşdirilməsi ilə bağlı müqavilənin etibarsızlığına yönəlmiş olduğu məlum olur. Kollegiya bildirir ki, hazırki halda iddiaçının mübahisəli mənzilin onun tərəfindən alınması və daha sonra isə dostu Rasim adlı şəxsin puluna alınmasını bildirməsi, həmçinin, mənzildə iddiaçının və müxtəlif vaxtlarda Rasim adlı şəxsin və ya onun həyat yoldaşının yaşaması mənzilin sonradan Cavabdeh1 adına rəsmiləşdirilməsinin legitimliyinə dəlalət etmir. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında qeyd edilən müqavilənin etibarsızlığına dəlalət edən kifayət qədər sübutlar mövcuddur. Bundan başqa işin faktiki halları da qeyd edilən müqavilənin etibarlılığını istisna edir. Belə ki, kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilə bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsaasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Mülki Məcəlləsinin 337.1.-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İstinad olunan maddi hüquq normasının tələbindən müəyyən olunur ki, müqavilənin etibarsız hesab edilməsi üçün həmin müqavilənin etibarlı olması üçün qanunla müəyyən olunan şərtə əməl edilməməsi, yəni qanunu tələbinin pozulmasının mövcud olması zəruridir. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin subyektiv tərkibinə aid edilən şərtə, əqdin məzmununa aid edilən şərtə, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtə, əqdin formasına aid edilən şərtə tərəflər əməl etdikləri halda əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri nəticələr yaranır. Sadalanan bu şərtlərdən hər hansı birinin olmaması halı isə əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Cavabdeh2 qarşılıqlı iddiasında bildirmişdir ki, o, ailəsi ilə bilikdə Rusiya Federasiyasında yaşamış, Bakıya ildə bir-iki dəfə gəlmişlər. Ona görə də həmin mənzili ilk dəfə olaraq Zaman X2 Vahidin adına rəsmiləşdirmişlər. Məhkəmə araşdırmalarında isə Cavabdeh2 mütəmadi olaraq Bakıya gedib-gəldiyi məlum olmuşdur. Belə olan halda məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh2 Bakıda olduğu müddətdə mübahisəli mənzili öz adına rəsmiləşdirməsinə hər hansı bir maneə olmamışdır. Digər tərəfdən, mənzilin alınması ilə bağlı Əhmədovlar tərəfindən nə iddiaçıya, nə də ki, Cavabdeh3 EİM-ə pulun verilməsi sübuta yetirilmişdir. Daha sonra, iş materiallarından göründüyü kimi notariat kontorunda verilmiş etibarnamə ilə İddiaçı Cavabdeh2 mənzilə dair məhz onun adından müəyyən hərəkətləri etməyi etibar etmişdir. Bu hissədə də məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən mənzil faktiki Cavabdeh2 məxsus olmuşsa notariat kontoruna getmək əvəzinə elə Cavabdeh3 EİM-ə gedib mübahisəli mənzili öz adına rəsmiləşdirməsi daha məntiqli olardı. Bundan başqa “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2013-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77-ci və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Belə ki, Cavabdeh2 ona verilmiş etibarnaməyə əsasən ilkin iddiaçıya məxsus mənzili öz arvadı Cavabdeh1 adına keçirməklə faktiki olaraq öz xeyrinə hərəkət etmişdir. Başqa sözlə Cavabdeh2 ailə və mülki qanunvericilikdə qəbul olunmuş prezumpsiyaya görə həmin əmlakın ümumi birgə mülkiyyətçisi olmuşdur. Belə ki, Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Bu isə onu göstərir ki, sözügedən müqavilə təmsilçinin adından Mülki Məcəllənin 359.3 və 778.1-cü maddələrinin tələblərinə zidd olaraq bağlanmışdır. Kollegiya sadalanan xüsusatlara və yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, mübahisəli alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış, eyni zamanda həmin müqavilə ilkin iddiaçının mübahisəli mənzilinin satılmasına və ya başqa şəxsin adına rəsmiləşdirilməsinə dair iradəsini də ifadə etməmişdir. Bundan başqa, iş materiallarından görünüdüyü kimi 17.03.2017-ci il tarixdə verilmiş etibarnaməyə əsasən mübahisə predmeti olan mənzil təxminən 3 ildən sonra rəsmiləşdirilmişdir. Məhkəmə araşdırması zamanı isə Cavabdeh2 faktiki özünün olduğunu iddia etdiyi mənzili hansı səbəbdən və hansı əsasla məhz üç ildən sonra rəsmiləşdirməsinin məntiqli şəkildə cavabını verə və ya bunu əsaslandıra bilməmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mübahisəli mənzil əvvəldən də İddiaçı və digər şəxs Rasim Mürsəlovun istifadəsində olmuş, hazırda da onların istifadəsindədir. Bu arqumentə də münasibətdə cavabdeh tərəfindən məntiqli izah verilməmiş və bu halın əsaslandırılması müəyyən olunmamışdır. Belə ki, cavabdeh tərəf bildirmişdir ki, iddiaçı tərəf mənzilin açarını dəyişərək evə daxil olmuş, lakin bu hal iş materialları və işin halları ilə sübut olunmamış, əksinə təkzib olunmuşdur. Belə ki, iş materialları və işin həqiqi halları ilə müəyyən olunmuşdur ki, həmin mənzil əvvəldən faktiki olaraq Əhmədovların istifadəsində və sahibliyində olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən qeyd edir ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunanlar kontekstdə kollegiyanın qənaəti bundan ibarətdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olmayaraq bağlandığı üçün, onun etibarsız hesab edilməsi üçün əsaslar mövcuddur. Bu qənaətə gələrkən kollegiya, tədqiq olunmuş sübutlara əsasən gəldiyi daxili inamını da rəhbər tutaraq həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Kollegiya, həmçinin, qarşılıqlı iddiaya münasibət bildirərək hesab edir ki, qarşılıqlı iddianın təmin edilməməsinə dair birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddiaçılar həmin mənzili İddiaçı vasitəsilə aldıqlarını, mənzilə görə 65000 manat pulu İddiaçı ödədiklərini, bununla da 07 mart 2011ci il tarixli mənzilin alqı-satqı müqaviləsinin ilk iddiaçı ilə formal olaraq bağlandığını bildirərək, müqavilənin etibarsızlığını irəli sürsələr də bu hallara dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Göründüyü kimi, qarşılıqlı iddiaçıların iddialarının əsasları formal mülahizələrdən ibarət olmaqla, öz-özlüyündə əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaəti də əsaslı hesab edərək qeyd edir ki, qeyd olunan hissədə də birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə də ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, qarşılıqlı iddia üzrə nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək sübutu, o cümlədən mənzilin pulunun Cavabdeh2 tərəfindən ödənilməsini təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmiş, irəli sürdüyü mülahizənin mümkün vasitələrlə yoxlanılması üçün təşəbbüs göstərməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4-cü maddəsinə görə, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi qətnamənin ləğvi üçün əsasdır; 384.0.2-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İlkin iddia üzrə iddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə iddiaçıların apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(004)-2042/2020 saylı, 25 avqust 2021-ci il tarixli qətnaməsi qismən, yəni “ilkin iddianın əqdin etibarsız hesab edilməsinə dair hissəsinin təmin edilməməsi” hissəsində ləğv edilsin. Həmin hissədə ilkin iddia təmin olunsun. Cavabdeh1 ilə Cavabdeh3 X3 arasında bağlanmış 23.01.2020-ci il tarixli 10 nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-10985/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10985/2021
15.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver