Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Cavabdeh1, Cavabdeh2 qarşı üçüncü şəxs Nərimanov Rayon İcra Hakimiyyəti cəlb edilməklə “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-439/2020 nömrəli 17 fevral 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Cavabdeh1, Cavabdeh2 qarşı üçüncü şəxs Nərimanov rayon İcra Hakimiyyəti cəlb edilməklə “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Nərimanov rayonu, X7 küçəsi 5 ünvanında yerləşən inzibati binasının arxa tərəfində binaya bitişik formada tikilmiş iki ədəd qarajın sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-439/2020 saylı, 17 fevral 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qaraj tikililəri iddiaçını öz binasından tam və sərbəst istifadə imkanlarından məhrum edir. Həmin qaraj tikililəri binaya bitişik inşa olunmuş, binadan tamamilə təcrid olunmamışdır, iddiaçıya məxsus binanın qarşısında inşa edilmiş tikililər onun binadakı otaqlarından istifadəsinə mane olmaqla yanaşı, iş otaqlarına təbii günəş işığının düşməsinin və təbii hava axınının qarşısını da alır. Nədənsə məhkəmə iclasında bu barədə bildirilənlərin heç biri qətnamədə tərəflərin izahatlarında öz əksini tapmamış, məhkəmə tərəfindən qarajların binaya bitişik inşa olunması, iş otaqlarına təbii günəş işığının düşməsinin və təbii hava axınının qarşısını alması kimi hallara dair hər hansı qiymət verilməmiş və bu barədə heç bir fikir bildirilməmişdir. Cavabdeh tərəfin hər hansı qanuni gözləntisi olduğu qeyd edilərək iddia tələbi rədd edilmişdir. İddiaçı tərəf vəsatət versə də, məhkəmə tikinti-texniki ekspertizası keçirilməmiş, qarajların binaya bitişik inşa olunması, iş otaqlarına təbii günəş işığının düşməsinin və təbii hava axınının qarşısını alması kimi göstərilən hallar aydınlaşdırılmamış, cavabdelərin qanuni gözlənti hüququ qeyd edilmiş və qətnamə cavabdehlərin marağına uyğun əsaslandırılmış və iddia tələbi təmin edilməmişdir. Hakim işi obyektiv, tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X3 onların iddiaçının hüquqi varisi kimi çıxış etmir və hüquqi varisi deyil. İşin baxılması zamanı maraqlarına toxunur yazmaqları iddiaçı varisi kimi qəbul edilməklə iddiaçı statusuna keçmələri kimi qəbul edilməsin. Hazıri işə baxılması ilə bağlı hər hansı tələbləri yoxdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə uyğun olaraq şikayətə cavabdehlər Cavabdeh1 prosessual hüquq varisi X2, Cavabdeh2 və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-439/2020 nömrəli 17 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.8-ci maddəsinə əsasən işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir; 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; 387.2.8-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2021-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” ... Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "xxxx" və “Nəqliyyat Təlim-Tədris Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradılmışdır. Həmin Fərmanın 3.1-ci bəndinə əsasən Agentlik avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən publik hüquqi şəxsdir; 3.2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların əmlakı Agentliyin balansına keçir. Məhkəmə kollegiyası müvafiq fərmana əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsin yaradılmasını nəzərə alıb, bu cəmiyyəti onun hüquqi varisi olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxslə əvəz etmişdir. Lakin həmin fərmana uyğun olaraq, "xxxx" MMC-nin əsasında “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” Publik hüquqi şəxsi yaradılmış və Agentliyə yalnız cəmiyyətin əmlakı keçmiş, cəmiyyətin hər hansı öhdəliyi, habelə səlahiyyətləri və ya ştatları verilməmişdir. Agentlik yeni struktura və səlahiyyətlərə malik Publik hüquqi şəxsdir. Bu səbəbdən Agentlik hazırki mülki iş üzrə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin hüquqi varisi kimi çıxış edə bilməz. Belə olan halda Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti ləğv olunduğundan və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qeyd edilən qurumun hüquqi varisi olmamaqla varis qismində cəlb edilməsinə yol verilmədiyindən, hüquq varisliyinə yol verilməməsi əsası ilə iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-439/2020 nömrəli 17 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.8-ci maddəsinin tələblərinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261- 264, 384-cü, 387-ci, 402-ci, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-439/2020 nömrəli 17 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Cavabdeh1, Cavabdeh2 qarşı üçüncü şəxs Nərimanov Rayon İcra Hakimiyyəti cəlb edilməklə “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11/2024
25.07.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver