Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1100/2025 26.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı çıxarışın və müqavilənin etibarsız hesab edilməsi tələbinə, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və X5 qarşı maneələrin aradan qaldırılaraq evə köçürülmə tələbinə dair bir icraatda birləşdirilmiş mülki işlərə üzrə (açar sözlər: “müqavilənin, çıxarışın etibarsız hesab edilməsi, mənzilə köçürmə”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Şadiyev Namik Ənvər oğlunun katibliyi, İddiaçı, eyni zamanda cavabdeh və yetkinlik yaşına çatmayan Cavabdeh2 qanuni nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı çıxarışın və müqavilənin etibarsız hesab edilməsi tələbinə və iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və X5 qarşı maneələrin aradan qaldırılaraq evə köçürülmə tələbinə dair bir icraatda birləşdirilmiş mülki işlər üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-1330/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-1568/2023 saylı qətnaməsinin surətindən görünür ki, X7 ilə Cavabdeh1 arasında xx.xx.2007-ci il tarixdə bağlanmış nikahın pozulması, xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2009cu il təvəllüdlü X6 anaları X3 yanında saxlanılması qət edilmişdir. Hədiyyə verən Cavabdeh1 Rafayıl oğlu ilə hədiyyə alan X10 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 175.7 kv.m olan mənzilin paylı mülkiyyət hüququ üzrə ona məxsus hissəsini hədiyyə alana bağışlamışdır. Hədiyyə verən X8 ilə hədiyyə alan Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 175.7 kv.m olan mənzilin paylı mülkiyyət hüququ üzrə ona məxsus hissəsini hədiyyə alana bağışlamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, məhəllə 381, 71 saylı evin 20 saylı mənzili Cavabdeh1 ½ hissədə, Cavabdeh2 ½ hissədə paylı mülkiyyətlərindədir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına verilmiş ********** saylı çıxarışın və həmin çıxarışın verilməsinə əsas olan müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 Faiq Rafayel oğlu ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha girməklə evlənmiş, birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2009-cu il təvəllüdlü X11 adlı uşaqları doğulmuşdur. Nikahları xx.xx.2023-cü il tarixli, 2(006)-1568/2023-cü il tarixli qətnamə ilə pozulmuşdur. Ayrıldıqdan sonra cavabdehlə nikah dövründə faktiki yaşadığı ünvan 2 ünvanın 1/2 hissəsini övladları Cavabdeh2 olunun adına bağışlaması, yerdə qalan Gülnarə Rəhmanovanın adında olan hissəsini isə gələcəkdə Cavabdeh1 bağışlayacağı halda həmin hissənin də ona bağışlanması barədə razılaşmışlar. Sonradan Cavabdeh1 tərəfindən ona qarşı Nəsimi Rayon Məhkəməsində iddia qaldırılmış və bu zaman bilmişdir ki, sözügedən 1/2 hissə həqiqətən cavabdehin adına bağışlanmış, lakin cavabdeh öhdəliklərinə əməl etməmiş və razılaşmanı pozaraq əsassız olaraq ona qarşı iddia qaldırmışdır. Ona görə də, hesab edir ki, həmin çıxarış etibarsız olmaqla sözgedən 1/2 hissədə pay əslində ona bağışlanmalı idi. Lakin cavabdeh öhdəliyini pozmuşdur. Bundan əlavə hesab etmişdir ki, eyni vəd həmçinin Gülnarə Rəhmanova tərəfindən də ona verilmişdir. Ona görə sonuncu tərəfindən cavabdehə olan bağışlama müqaviləsidə etibarsız hesab edilməlidir. Belə ki, cavabdehlər onu aldatmışlar və ona bağışlanmalı payı aldadaraq, Cavabdeh1 vermişlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bu mənada hesab edir ki, hazırkı iddianın əsaslılğı baxımından ilk öncə mübahisəli əmlaka dair bağışlama müqavilələrinin aldadılma nəticəsində olub-olmamasına hüquqi qiymət verərkən, bu növ iddia tələbi üzrə araşdırılma zamanı məhkəmə tərəfindən əqdi əmələ gətirən iradə ifadəsinin aldadılma nəticəsində edilib-edilmədiyi yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olnuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirməlidir. İddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və X5 qarşı maneələrin aradan qaldırılaraq evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X10 ilə ½ hissədə mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 175.7 kv/m olan mənzilə cavabdehlər tərəfindən qoyulmuş maneələr aradan qaldırılaraq onu həminyaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, iş üzrə cavabdeh X7 ilə ailə qurmuş, nikahlarını 2007-ci ildə rəmiləşdirmişlər. Münasibətləri ilk vaxtlarda normal olsada sonradan aralarında baş vermiş ziddiyətlər ailənin dayaqlarını sarsıtmışdır. Məcbur olub 2023-cü ildə aralarında olan nikahın pozulması tələbi ilə müraciət etmişlər və aralarında olan nikah pozulmuşdur. xx.xx.2023-cü il tarixində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 175.7 kv/m olan mənzilin 1/2 hissə olmaqla (87.85 kv/m) X8 ona və oğlu xx.xx.2007-ci təvəllüdlü Cavabdeh2 pay vermişdir. Hazırda həmin ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 175.7 kv/m olan mənzil onunla oğlu Cavabdeh2 paylı mülkiyyətindədir. Lakin, buna baxmayaraq o, mülkiyyətindən məhrum edilərək istifadə edə bilmir. Belə ki, həmin mənzildə cavabdeh X7 və 2 övladı xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2009-cu il təvəllüdlü X11 birgə yaşayırlar. Həmin mənzildə onun yaşaması hüququ və mənzilin 1/2 hissəsi pay mülkiyyəti olduğu halda cavabdehlər X7 və qeyriləri ona mənzildə yaşamasına imkan vermir, yaşamaq hüquqlarını pozur. Dəfələrlə işin sülh yolu ilə həll edilməsini tələb etsə də heç bir müsbət nəticə hasil edə bilməmişdir. Məhkəmə qaydasında olmadan aralarında olan mübahisələrin həll edilməsi mümkün deyildir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və X5 qarşı maneələrin aradan qaldırılaraq evə köçürülmə tələbinə dair mülki işin İddiaçı Cavabdeh1 qarşı çıxarışın və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 2444/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və X5 qarşı maneələrin aradan qaldırılaraq evə köçürülmə tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh1 ünvan 1-ə köçürülməsi, məhkəmə xərclərinin iddiaçıların özlərinə aid edilməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, İddiaçı Cavabdeh1 adına verilmiş ********** saylı çıxarışın və həmin çıxarışın verilməsinə əsas olan müqavilənin etibarsız hesab edilməsinə dair iddia tələbinin əsasında sözügedən əmlakın gələcəkdə Cavabdeh1 tərəfindən ona bağışlanacağı barədə şifahi razılaşmalarının dəlilləri durmuşdur. Məhkəmə hesab etmişdir ki, sözügedən iddianın heç bir hüquqi əsası mövcud olmamaqla yanaşı eyni zamanda iddiaçının bu iddianın qaldırmasına subyektiv hüququ da mövcud deyildir. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab etmişdir ki, İddiaçı hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki, o, mübahisəli yaşayış sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. İddiaçı yalnız həmin əmlaka dair hər hansı hüquqlarının mövcudluğunu sübut edə bildiyi halda hazırki iddia tələbi ilə çıxış edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Məhkəmə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və X5 qarşı maneələrin aradan qaldırılaraq evə köçürülmə tələbinə dair qeyd etmişdir ki, istinad olunan qanunvericilik aktı normalarına əsasən, mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində iddiaçı Cavabdeh1 adına paylı mülkiyyətçi olmasına dair qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. İddiaçı mübahisəli mənzilin paylı mülkiyyətçisi olduğundan o, mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. İddiaçının mübahisəli mənzilin paylı mülkiyyətçisi olmaqla oradan maneəsiz istifadə hüququ vardır və bu hüquq cavabdehlər tərəfindən pozulmuş, cavabdehlərin onu mübahisəli mənzilə buraxmamaları nəticəsində mülkiyyətində olan mənzilə köçə bilmir. Odur ki, Cavabdeh1 iddiası əsaslıdır və təmin edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 178.1, 203.1, 215.1, 215.2, 337-ci maddələrinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına istinadla əsaslandırılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı, eyni zamanda cavabdeh və yetkinlik yaşına çatmayan Cavabdeh2 qanuni nümayəndəsi İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1330/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı iddia tələbinin təmin edilməsini, Cavabdeh1 iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, işin faktiki hallarına görə, İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına verilmiş ********** saylı çıxarışın və həmin çıxarışın verilməsinə əsas olan müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 cavabdehlər Cavabdeh2 və X5 qarşı maneələrin aradan qaldırılaraq evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X10 ilə ½ hissədə mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 175.7 kv.m olan mənzilə cavabdehlər tərəfindən qoyulmuş maneələrin aradan qaldırılaraq onun həmin yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən İddiaçı Cavabdeh1 qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, Cavabdeh1 cavabdehlər Cavabdeh2 və X5 qarşı maneələrin aradan qaldırılaraq evə köçürülmə tələbinə dair iddiası təmin edilmişdir. Cavabdeh1 ünvan 1-ə köçürülməsi, məhkəmə xərcləri iddiaçıların özlərinə aid edilməsi qət edilmişdir. Məhkəmə tərəfindən bu nəticəyə gəlinərkən ona istinad edilmişdir ki, sözügedən iddianın heç bir hüquqi əsası mövcud olmamaqla yanaşı eyni zamanda iddiaçının bu iddianın qaldırmasına subyektiv hüququ da mövcud deyildir. İddiaçının mübahisəli mənzilin paylı mülkiyyətçisi olmaqla oradan maneəsiz istifadə hüququ vardır və bu hüquq cavabdehlər tərəfindən pozulmuş, cavabdehlərin onu mübahisəli mənzilə buraxmamaları nəticəsində mülkiyyətində olan mənzilə köçə bilmir. Hesab edilir ki, həmin nəticə tam əsassız olmaqla işin faktiki halları ilə və məhkəmənin özünün qənaəti ilə ziddiyyət təşkil edir. Belə ki, məhkəmə tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməməklə yanaşı mübahisəli maddi hüqiq normalarının pozuntusuna yol verməklə tamamilə əsassız və yalnış mövqe ilə qətnamə qəbul edilmişdir. Ümumiyyətlə, sözügedən qətnaməyə nəzər yetirdikdə həmin qətnamənin qanundan çox hakimin subyektiv yanaşması olduğu görünür və heç bir hüququ əsasa söykənmir. Məhkəmə Cavabdeh1 hazırkı iddiasının faktiki əsasını, hansı məqsədlə və hansı şəraitdə qaldırmasını araşdırmamışdır. Belə ki, cavabdeh olan Cavabdeh1la İddiaçı ailə-nikah münasibətlərinə xitam verilmiş, onunla faktiki olaraq bir yerdə yaşaması imkansızdır. Belə ki, iki azyaşlı övladı ilə həmin evdə qalarkən dəfələrlə Cavabdeh1 hədə qorxu və şiddəti ilə üzləşmişlər və hətta bu barədə polisə müraciət etmişlər. Bu zaman onunla bir yerdə yaşaması həm milli mentalitet dəyərləri baxımından yolverilməzdir, həm də iddiaçının və uşaqlarının həyatı üçün bu hal imkansızdır. Əks halda iddia təmin edilib Cavabdeh1 qeyd edilən evdə yaşayacağı halda böyük bir ailə faciəsi ilə üzləşə bilərlər. Bundan əlavə, məhkəmənin diqqətinə çatdırır ki, hazırda onun və azyaşlı uşaqlarının başqa yaşayış sahəsi yoxdur, Faiq Rəhmovun altında həmin ölçüdə eyni daha yaxşı təmirli və şəraitli öz adına mənzili mövcuddur, digər tərəfdən sonuncunun adına çoxsaylı daşınmaz əmlaklar vardır. Hazırkı evə Cavabdeh1la qarşılıqlı razışlaşma əsasında köçmüşlər və o həmin evə heç bir halda gəlməyəcəyini və evin yerdə qalan hissəsini İddiaçı adına keçirməklə həmin evə olan bütün iddia və tələblərindən imtina edəcəyini vəd etmişdir. Sonradan hazırda Cavabdeh1 hazırkı iddianı qaldırması ona təyziq etməklə ödəmədiyi aliment və uşaqların təhsil haqqı ilə bağlı tələblərindən imtina etməyə vadar etməkdir. Belə ki, Cavabdeh1 həmin aliment və uşaqların təhsil haqqını tələb etməkdən imtina etməsi üçün hazırkı iddianı qərəzli şəkildə və hüquqdan sui-istifadə edərək qaldırmışdır. Ayrıldıqdan sonra cavabdehlə razılaşmışlar ki, nikah dövründə faktiki yaşadığı ünvan 2 ünvanın ½ hissəsini övladları Cavabdeh2 adına bağışlamasını, yerdə qalan Gülnarə Rəhmanovanın adında olan hissəsini isə gələcəkdə Cavabdeh1 bağışlayacağı halda isə onu da, həyat yoldaşı ona bağışlayacaqdır. Sonradan Cavabdeh1 tərəfindən ona qarşı Nəsimi Rayon Məhkəməsində iddia qaldırılmış və bu zaman bilmişdir ki, sözügedən 1/2 hissə həqiqətən cavabdehin adına bağışlanmış, lakin cavabdeh öhdəliklərinə əməl etməmiş və razılaşmanı pozaraq əsassız olaraq ona qarşı iddia qaldırmışdır. Ona görə də, hesab etmişdir ki, həmin çıxarış etibarsız olmaqla sözügedən 1/2 hissədə pay əslində ona bağışlanmalı idi. Lakin, cavabdeh öhdəliyini pozmuşdur. Bundan əlavə eyni vəd həmçinin Gülnarə Rəhmanova tərəfindən də ona verilmişdir. Ona görə, sonuncu tərəfindən cavabdehə olan bağışlama müqaviləsi də etibarsız hesab edilməlidir. Belə ki, cavabdehlər onu aldatmışlar və ona bağışlanmalı payı aldadaraq, Cavabdeh1 vermişlər. Lakin məhkəmə hazırkı iş üzrə qeyd edilən alqı-satqı müqaviləsi ilə bağlı notariat işini tələb etməmiş, həmin işə baxış keçirməmiş və nəticə olaraq əsassız qətnamə qəbul etmişdir. Bundan əlavə, məhkəmə nəzərə almamışdır ki, məhz cavabdehin iddiası ilkin iddia tələbinin təminindən asılıdır və ilkin iddia tələbi təmin ediləcəyi halda Cavabdeh1 iddiasının hüquqi əsası ortadan qalxmış olur. Bundan əlavə, məhkəmə subyektiv hüquq məsələsinə düzgün hüquqi qiymət verməmiş və bu zaman həmin halı nəzərə almamışdır ki, iş üzrə hazırkı iddiaçı ilə arasında olan razılaşmaya əsasən həmin hissə ona bağışlanmalı idi. Bu zaman o, Cavabdeh1la arasında şifahi razılaşmanın olmasını nəzərə almamışdır. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bu mənada hesab etmişdir ki, hazırkı iddianın əsaslılığı baxımından ilk öncə mübahisəli əmlaka dair bağışlama müqavilələrinin aldadılma nəticəsində olub-olmamasına hüquqi qiymət verərkən, bu növ iddia tələbi üzrə araşdırılma zamanı məhkəmə tərəfindən əqdi əmələ gətirən iradə ifadəsinin aldadılma nəticəsində edilib-edilmədiyi yalnız iradə ifadəsinin özünün deyil, həmdə həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirməlidir. Lakin məhkəmə sözügedən qətnaməni qəbul etməklə Mülki Məcəllənin 329, 337, 339-cu və 560-cı maddəsinin tələblərini pozmuşdur. Məhkəmə ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 175.7 kv.m olan mənzilin paylı mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən (1/2 hissə, 87.85 kv.m) oğlu olan Cavabdeh1 bağışlaması haqqında bağlanmış xx.xx.2023-cü tarixli müqavilənin etibarsız olmasını, hər iki şəxsin əvvəldən onunla şifahi razılaşmasının olmasını və həmin hissənin ona bağışlamalı olması barədə olan razılaşmaların olmasını və bununla bağlı tərəflərin mövqeyini nəzərə almamışdır. Həmçinin, hazırda iş üzrə cavabdehlər tərəfindən ona verilmiş vədə əməl edilməyərək, onu aldatmışlar. Hesab edir ki, hazırkı iddianın əsaslılğı baxımından ilk öncə mübahisəli əmlaka dair bağışlama müqavilələrinin aldadılma nəticəsində olub-olmamasına hüquqi qiymət verərkən, bu növ iddia tələbi üzrə araşdırılma zamanı məhkəmə tərəfindən əqdi əmələ gətirən iradə ifadəsinin aldadılma nəticəsində edilib-edilmədiyi, yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirməlidir. Bu mənada həmin halları aydınlaşdırdıqda yuxarıda qeyd edilən qanunverciliyin tələbinə uyğun olaraq həmin müqavilənin etibarsız olduğu açıq-aşkardır. Məhkəmə tərəfindən iş üzrə tərəflər arasında olan şifahi razılaşmanı və bununla bağlı iddiaçının hazırkı mənzilə münasibətdə öz mülkiyyət hüququnu gələcəkdə cavabdeh Aysel Rəhmanovaya vermək barədə öhdəlik götürməsini və həmin öhdəliyin hazırda iddiaçı tərəfindən hüquqdan sui-istifadə edilərək pozulması aydınlaşdırılmamışdır. Həmçinin qeyd edilir ki, məhkəmə tərəfindən iş üzrə sübuta əhəmiyyətə malik olan mübahisəli mənzilin 1/2 hissədə pay üzrə cavabdeh tərəfindən və Gülnarə Rəhmanova tərəfindən ona vəd edilən hissəni bağışlamamış və bu zaman tərəflər arasında bağışlama müqaviləsi də etibarsız hesab edilməlidir. Belə ki, cavabdehlər onu aldatmışlar və ona bağışlanmalı payı aldadaraq, Cavabdeh1 vermişlər. Ona görə də Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1330/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı iddia tələbinin təmin edilməsi, Cavabdeh1 iddia tələbinin rədd edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, eyni zamanda cavabdeh və yetkinlik yaşına çatmayan Cavabdeh2 qanuni nümayəndəsi İddiaçı apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, əlavə olaraq izahatında göstərmişdir ki, Cavabdeh1 ilə bir mənzildə yaşamaları mümkün olmadığından, o, oğlu Cavabdeh2 ilə birlikdə cavabdehin mənzilə köçərək yaşamasına etiraz edir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixinə təyin olunan iclasında iştirak edən iddiaçı, eyni zamanda Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti ilə razılaşmayıb, şikayətin dəlillərinin əsassız olmasını bildirib, şikayətin təmin edilməməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı, eyni zamanda Cavabdeh1 rəsmi qaydada məlumat verilmiş, iddiaçı, eyni zamanda Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən qüvvədə saxlanmasını xahiş etmiş, Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Maddə 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.2. rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; 668.1.4. tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; 668.1.5. gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2008-ci il tarixli Qərarı: Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı bir icraatda birləşdirilmiş mülki işlər üzrə işdə İddiaçı Cavabdeh1 qarşı çıxarışın və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmədiyindən, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və X5 qarşı maneələrin aradan qaldırılaraq evə köçürülmə tələbinə dair iddiası təmin edildiyindən, bir icraatda birləşdirilmiş mülki işlər üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-1330/2024 nömrəli qətnaməsini İddiaçı bütövlükdə mübahisələndirdiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, məhəllə 381, 71 saylı evin 20 saylı mənzili Cavabdeh1 ½ hissədə, Cavabdeh2 ½ hissədə olmaqla paylı mülkiyyətlərindədir. Cavabdeh1 ilə İddiaçı nikahı pozulduğundan, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, məhəllə 381, 71 saylı evin 20 saylı mənzilində faktiki olaraq İddiaçı tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmayan övladları ilə yaşadığından, İddiaçı və mənzilin digər mülkiyyətçisi olan Cavabdeh2 iddiaçı Cavabdeh1 həmin mənzildə yaşamasını istəmədiklərindən sonuncunun paylı mülkiyyətində olan mənzildən istifadəsinə manelər yaradırlar. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və mülkiyyət hüququnun tanınmasına, müdafiəsinə dövlət tərəfindən təminat verilir. Bütün mülkiyyətçilərin hüquqları eyni qaydada müdafiə edilir. Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində miqdarı və dəyəri məhdudlaşdırılmadan istənilən əmlak ola bilər. Sadalanan hüquqlarla yanaşı mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək, mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb etmək, bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb etmək hüququna malikdir. Göründüyü kimi bu iddia üzrə cavabdehlər mənzilə dair iddiaçının mülkiyyət hüququna qanunsuz və əsasız müdaxilə etməklə sonuncunun mənzildən istifadə hüququnu məhdudlaşdırmışlar. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin iddiaçı Cavabdeh1 iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə ilə razılaşaraq bu tələb üzrə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Kollegiya İddiaçı iddia tələbləri ilə bağlı qeyd edir ki, bu tələb üzrə iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, məhəllə 381, 71 saylı evin 20 saylı mənzilinin X4 mülkiyyətində olan hissəsinin Cavabdeh1 bağışlandıqdan sonra həmin hissəni ona bağışlayacağına dair Cavabdeh1 tərəfindən ona vəd edildiyindən, bağışlama müqaviləsi bağlanarkən aldadılmasını bildirsə də, iddia tələbində istinad olunan hallar öz təsdiqini tapmamışdır. Belə ki, mülki qanunvericiliyin tələbinə əsasən gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə etibarlıdır. İddiaçı Cavabdeh1 ona gələcəkdə hər hansı bir əmlakı bağışlama vədi verməsinə dair hər hansı bir sübutunu məhkəməyə təqdim etmədiyindən, X4 daşınmaz əmlakın mülkiyyətində olan hissəsini Cavabdeh1 bağışlayarkən İddiaçı aldadılması mümkün olmadığından kollegiya bu iddia tələbini təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin bu hissədə də dəlillərini əsassız hesab edir. İstinad olunanlara əsasən, Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-1330/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1100/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1100/2025
26.02.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver