Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1103/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borc məbləğinin silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh İB tərəfindən onun ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair hesablanmış 10693.60 manat debitor borcun əsassız hesab edilərək, silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh İB, apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçının yaşadığı ünvanda abonentin iştirakı ilə qeyri-qanuni qoşulmalara dair aktlar tərtib edilərək, təbii qazın verilməsi dayandırılmış, bu səbəbdən də itirilmiş qazın dəyərinə görə 8100 manat məbləğində borc hesablanmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərə görə, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli, 080317 saylı aktda ünvan 1 ünvanında yerləşən evdə təbii qazdan qeyri-qanuni olaraq istixanada istifadə edilməsi və dəymiş ziyanın hesablanması qeyd edilmiş, Cavabdeh İB tərəfindən xx.xx.2016-cı il tarixli qərarla itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesablanmış 43200 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. xx.xx.2016-cı il tarixli, ******* saylı aktda sözügedən ünvanda qeyri-qanuni olaraq istixanadan təbii qazdan yeraltı polietilen borudan istifadə edildiyi və dəymiş ziyanın hesablanması qeyd edilmiş, Cavabdeh İB tərəfindən xx.xx.2016-cı il tarixli qərarla itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesablanmış 28224 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. xx.xx.2018-ci il tarixli, ******* saylı aktda sözügedən ünvanda qeyri-qanuni olaraq istixanadan təbii qazdan yeraltı polietilen borudan istifadə edildiyi və dəymiş ziyanın hesablanması qeyd edilmiş, Cavabdeh İB tərəfindən xx.xx.2018-ci il tarixli qərarla itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesablanmış 4382 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. xx.xx.2018-ci il tarixli, ******* saylı aktda sözügedən ünvanda sayğacdan kənar xətlə təbi qazdan qyeri-qanuni istifadə edildiyi və dəymiş ziyanın hesablanması qeyd edilmiş, Cavabdeh İB tərəfindən xx.xx.2018-ci il tarixli qərarla itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesablanmış 1008 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. Qeyd olunanlarla əlaqədar, Cavabdeh İB tərəfindən iddiaçıya dəymiş ziyana görə 10.693,60 manat borc hesablanmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/1041 №-li mühəndis-texniki ekspertizasının rəyinə görə, İddiaçı məxsus ünvan 1 ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər-hansı qoşulma halı, eləcə də kənar xəttin çəkilməsinə xarakterik izlər aşkar edilməmişdir. Hazırda Cavabdeh İB, iddiaçının təbii qazdan sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etdiyini bildirir, İddiaçı isə bunu təkzib edir. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, iddiaçı, cavabdeh tərəfindən hesablanmış borcun silinməsini tələb etməkdə haqlıdır. Belə ki, iddiaçının sayğacından kənar xəttin müəyyən edilmədiyi iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə təsdiqlənmişdir. Cavabdeh isə rəyin doğru olmamasına və kənar xəttin mövcudluğuna dair mötəbər və kifayətedici sübutlar təqdim etməmişdir. Kollegiya onu da bildirir ki, kənar xəttə qoşulma ixtisaslı şəxslərin rəyi ilə təkzib edildiyi halda, cavabdeh təşkilatın tərəfsiz şəxslərin iştirakı olmadan tərtib etdiyi akt iddiaçının qazdan sayğacdan kənar istifadə etməsi nəticəsinə gəlmək üçün kifayətedici dəlil sayıla bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 6.5-ci maddəsinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Hazırkı işdə iddiaçının qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi sübut olunmadığı halda ona cərimə hesablanması qanunvericiliyin mənasına görə mümkün deyil. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kollegiyanın qənaətinə görə, Cavabdeh İB, iddiaçının təbii qazadan sayğacdan kənar istifadə etməsini təsdiqləyən və buna görə də, cərimənin hesablanmasına əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Qeyd olunanlara əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh İB-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1092/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1103/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1103/2021
03.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver