Məhkəmə qərarları › İş №2(103)-11057/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11057/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11057/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçıların nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar X3, X5 və X2 Cavabdehnə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair ilk iddiası, Qarşılıqlı iddiaçı Cavabdehlər X6, X8 və X4 qarşı pul ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-276/2021 saylı 23 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar X10, X13 və X9 Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, və daha sonra tələblərini dəqiqləşdirərək Bakı şəhəri 21 saylı notariat kontorunda X10 ilə Cavabdeh MMC arasında bağlanmış 30.09.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34, mənzil 36 ünvanında yerləşən X3 mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. (83 m2 ) olan 02 otaqlı tam təmirli mənzilin iddiaçı X6 təhvil verilməsi və Cavabdeh MMCdən dekabr ayı 2019-cu il tarixdən adı çəkilən mənzil iddiaçı X6 təhvil verilənədək hər ay üçün ödənilməli olan 500 manat pul (kirayə haqqı) və ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatı tutulub iddiaçı X6 verilməsi (bu məbləğ hal-hazırda - yəni avqust ayı 2021-ci il tarixinə 21 ay üçün 10.500 manat və dövlət rüsumu ilə birlikdə) cəmi 10.510 manat təşkil edir; Bakı şəhəri 21 saylı notariat kontorunda X9 ilə Cavabdeh MMC arasında bağlanmış 30.09.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən X2 mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. (83 m2 ) olan 02 otaqlı tam təmirli mənzilin iddiaçı X4 təhvil verilməsi və Cavabdeh MMC-dən dekabr ayı 2019-cu il tarixdən adı çəkilən mənzil iddiaçı X11ma təhvil verilənədək hər ay üçün ödənilməli olan 500 manat pul (kirayə haqqı) və ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatı tutulub iddiaçı X4 verilməsi (bu məbləğ hal-hazırda yəni avqust ayı 2021-ci il tarixinə 21 ay üçün 10.500 manat və dövlət rüsumu ilə birlikdə) cəmi 10.510 manat təşkil edir; Bakı şəhəri 21 saylı notariat kcntorunda X13 ilə Cavabdeh MMC arasında bağlanmış 03.10.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən ünvan 2 ünvanında yerləşən X5 mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. (83 m2 ) olan 02 otaqlı tam təmirli mənzilin iddiaçı X14ma təhvil verilməsi və Cavabdeh MMC-dən dekabr ayı 2019-cu il tarixdən adı çəkilən mənzil iddiaçı X8 təhvil verilənədək hər ay üçün ödənilməli olan 500 manat pul (kirayə haqqı) və ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatı tutulub iddiaçı X8 verilməsi (bu məbləğ hal-hazırda - yəni avqust ayı 2021- ci il tarixinə 21 ay üçün 10.500 manat və dövlət rüsumu ilə birlikdə) cəmi 10.510 manat təşkil edir) barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar iddiasını onunla əsaslandırmışlar ki, Pilot layihəyə əsasən cavabdeh "Poleks” MMC ilə iddiaçılar X10 və X9 arasında 30 sentyabr 2017-ci il tarixində, Cavabdeh MMC ilə X13 arasında isə 03 oktyabr 2017-ci il tarixində qarşılıqlı razılaşma yolu ilə Bakı şəhəri 21 saylı notariat kontorunda müqavilələr imzalanıb. Müqavilə şərtlərinə əsasən cavabdeh "xxxx" MMC ünvan 3 ünvanında yerləşən iddiaçıların mülkiyyətində olan mənzilləri söküb, yerində tikilən hundürmərtəbəli binada iddiaçıların hər birinə tam təmirli sahələri 83 kv m olan 02 otaqlı mənzilləri iddiaçılara təhvil verənədək, iddiaçıların yaşayışlarını təmin etmək məqsədi ilə əmlak mülkıyyətçilərinə kompensasiya şəklində iddiaçıların hər birinə aylıq 500 manat kirayə haqlarını əvvəlcədən ödəniş gününə istinad edilməklə uç ayda 01 dəfə 1500 manat ödəməlidir. Ödənişlər 2017-ci ilin oktyabr ayının əvvəlindən fasilələrlə ödənilsə də (cəmi 26 ay) 2019-cu ilin dekabr ayından “Poleks" MMC müqavilədə qeyd olunan sahəsi 83 kv.m. olan 02 otaqlı mənzilləri də vermir, yaşayış üçün razılaşdırılan kirayə haqlarını da 09 aydır kı, ödəmir (hər ay üçün 500 manat) Bu isə bu günkü günə “Poleks' MMC tərəfindən hər bır iddiaçıya 4500 manat borcun yaranmasına səbəb olub. Bundan əlavə, binanın komendantı bildirmişdir ki, Cavabdeh MMC-nin rəhbəri Şahin Qasımov sahəsi 83 kvadrat metrlik bütün mənzilləri 90 kvadrat metr adı ilə müştərilərə satıb" və guya “hazırda bizə verilməli olan sahəli mənzillərdən boş qalanı yoxdur". Beləliklə, aydın görünür ki, Cavabdeh MMC müqavilələr üzrə iddiaçıların qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir. Dəfələrlə şifahi və yazılı şəkildə Cavabdeh MMC-nin rəhbəri müqavilələrdə qeyd olunan 02 otaqlı 83 kv.m mənzillərinin onlara təhvil verilməsi və eyn zamanda kirayə haqlarının ödənilməsi xahişi ilə müraciət etsələr də o, bunu etməmiş və müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyini bildirmişdir. Yuxarıda qeyd edilənlərdən məlum olur ki, Cavabdeh MMC müqavilə uzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir, bilə-bilə qarşı tərəfin etimadından istifadə edərək onları aldadır, artıq gəlir əldə etməyə çalışır. Yuxarıda qeyd etdiyi hüquq pozuntusu barədə iradı “Poleks" MMC-nın rəhbəri Şahın Qasımova bildirmişlər və mübahisənin könüllü həllinin tərəfdarı olmuşlar. Lakin “Poleks" MMC-nin direktoru onlar həmin müraciətlərinə cavab verməmiş və dolayısı ilə mübahisənin könüllü həllinin tərəfdarı olmadığını göstərmişdir. Bu çətin günlərdə müqavilə üzrə sahəsi 83 kv.m olan 02 otaqlı mənzilləri verməməklə yanaşı, yaşayışımızı təmin etmək uçun kirayə haqlarını da ödəməyərək Şahin Qasımov bizi çox acınacaqlı duruma salıb. Artıq dözülməz vəziyyətdədirlər Qarşılıqlı iddiaçı Cavabdeh MMC cavabdehlər X10, X13 və X4 qarşı pul ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsilə məhkəməyə müraciət edərək ilk iddianın rədd olunması, tərəflər arasında bağlanmış müqavilə üzrə 83 kv.m sahə ilə faktiki təşkil edən 79 kv.m sahə arasənda olan 4 kv.m fərq hər kv.m 1.200 manatdan hesablanması və ilk iddia üzrə Cavabdeh MTK-dan alınaraq iddiaçılar X10, X13 və X4 ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iş materiallarında olan 27 09.2017-ci il, 30.09.2017-ci il, Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudluşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışa və Azərbaycan Respublikası Əmlak X12 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmsiş 11.08.2017 -ci il tarixli Seriya RX № 1123090, Seriya RX № 1123089, Seriya RX № ******* saylı «Cıxarış»ın surətlərindən görünür ki, ilkin iddia üzrə iddiaçılar, hazırkı iddia üzrə cavabdehlər, (hər üçü) ünvan 4 ünvan olmaqla, yaşayış sahəsi 64.4 kv.m , köməkçi sahəsi 36 kv.m , ümumi sahəsi 100.4 (64.4 yaşyış + 36 köməkçi) olan, 3 otaqdan ibarət bir mənzildə 1/3 hissə üzrə paylara malik olmuşlar. Yəni başqa sözlə desələr ümumi sahəsi 100.4 kv.m olan, 3 otaqdan ibarət, bir mənzildə, onların hər birinin 33.4 kv.m sahəsi olmuşdur. Lakin, tərəflərin yazdıqları iddia ərizəsindən görünür ki, ilkin iddia üzrə cavabdeh, Cavabdeh MTK iddiaçıların mülkiyyət hüquqlarını pozaraq, onların etimadından istifadə edərək, xüsusi rifahı naminə artıq gəlir əldə etmək məqsədi ilə onları aldadaraq» hər birinə, ümumi sahəsi 83 kv.m olan iki otaqdan ibarət, 3 ayrı-ayrı mənzil təklif etmişdir «Aldatmanın» başlıca səbəbləri kimi bildirmək istəyir ki, «Azərbaycan Respublikasinin Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında «Azerbaycan Respublikasinin 2012-ci il 29 iyun tarixli 392-1VQ nömrəli Qanununun tətbiqi barədə Azerbaycan Respublikasinin Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fermaninin 1.8-ci bəndinə əsasən Baki şəhərin Suraxani, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahi və Xəzər rayonlarinin ərazisinin abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzali vəziyyətdə olan binalarin sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzali vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşilaşdirilmasi məqsədi ilə Azərbaycan Respublikasi Nazirlər Kabineti 25 fevral 2016- ci il tarixli, 86 nömrəli «Baki şəhərinin Suraxani, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahi və Xəzər rayonlarinin sosial-iqtisadi inkişafinin sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» Qərarı qəbul edilmişdir. Sözügedən Qərarin 1-ci bəndinə əsasən: 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzali vəziyyətində olan və mövcud şəhərsalma normalarina cavab verməyən yaşayiş və geyri-yaşayiş binələrinin sökülməsi mənzil-məişət şəraitinin yaxşilaşdirilmasi məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə (RİH) tapşırılmışdır. Həmin Qərarın 1.1-ci bəndinə əsasən, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlenmesinden əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların dairrıi istifadəyə və icarəyə verilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin gərarın 1.3-cü bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, orların yerində yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerinde yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Bakı şəhərinin təsdiq edilmiş Baş planina uyğun Dövlət Proqramının yerinə yetirilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının icrasını təmin etmək və Bakı şəhəri Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binaların tikintisinin təmin etmək məqsədilə, Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısı 24 oktyabr 2016-cı il tarixli 84 nömrəli sərəncam vermişdir. Sərəncama əsasən Bakı şəhəri Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin küçələrinin kəsişməsində 2,99 ha torpaq sahəsi Cavabdeh daimi istifadəsinə verilmişdir. Sərəncama əsasən Cavabdehnnə Bakı şəhəri Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospect və küçələrinin kəsişməsində qəzalı vəziyyətdə olan və mövcüd şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqlarının daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Qeyd olunan sərəncamla Cavabdehnə yuxarıda göstərilən torpaq sahəsinin qəbulu və onun sanitar vəziyyətinə nəzarət, ayrılmış torpaq sahəsinə qanunla nəzərdə tutulmuş qaydada istifadə, ərazinin və obyektin memarlıq- planlaşdırma həllini layihələndirmə ərəfəsində Rayon İcra Hakimiyyəti ilə razılaşdırma, tikinti işlərinə başlamazdan oncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınması, Ərazidə layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə. Baş Plana işlənilməzdən əvvəl həmin kommunikasiya xətlərinin köçürülməsi Rayon İcra Hakimiyyəti və əlaqədar təşkilatlarla razılaşdırmaqla öz vəsaiti hesabına həyata keçirilməsi, Bakı şəhəri Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospekti küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqi ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi həvalə edilmişdir. Bu məsələlərlə əlaqədar, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti ilə "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyət arasında 30 oktyabr 2016-cı il tarixli müqavilə imzalanmışdır. Müqavilə öhdəliyinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-ci il tarixli 86 nömrəli qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə ist fadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli /aşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin (mənz Hərin) verilməsi, digər xidmətlərin göstərilməsi Cavabdehnə həvalə edilmişdir. Həmçinin, Azərbaycan Respublkası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyi təfərindən qəbul edilən 18 fevral 2017-ci il tarixli akta əsasən evlər uzun müddət təmirsiz istismar olunduğundan, fiziki aşınmalara məruz qalması göstərilm şdir (binalalarm divarlarında suvaq qatının tökülməsi, aşınması, mövcuddur. Evlərin dam örtüyünün yararsız olması, atmosfer sularini istiqamətləndirən suötürücü xətləri oımaması, olanlarının isə yararsız vəziyyətdə olması hallan müşahidə olundu. Həyətdə sakinlər tərəfindən, müxtəlif illərdə yaşayış sahələrini artırmaq məqsədi ilə əlave tikililer inşa edilmişdir. Bu da həyətin ümumi istifadə olunan sahəsinin azalmasına səbəb olmuşdur. Evlərdə istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) nizamsız şəkildə, inşaat norma və təhlükəsizlik qaydalarına əməl olunmadan çəkilmişdir. Evler fiziki ve mənəvi cəhətdən köhnəlmiş, istismar müddəti başa çatmış, tarixi abidə baxımından heç bir əhəmiyyət kəsb etmir və şəhərin görünüşünə uyğun deyil. Həyətdəki evlərin texniki vəziyyəti məhdud işləkdir). Nəticədə muyyən olunur ki, Cavabdeh MTK Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyi təfərindən qəbul edilən 18 fevral 2017-ci il tarixli akta əsasən uzun müddət təmirsiz istismar olunmuş, fiziki aşınmalara məruz qalmış mülkiyyətçilərə məxsus evləri sökərək qanunlu onlara düşən bir mənzildən ibərət 121.2 kv.m (100.4 kv.m + 20.8 (20%) = 121.2) sahənin əvəzinə onlara 83 kv.m , 2 otaqdan ibərət 3 ayrı - ayrı mənzil (ümumi sahəsi 249 kv.m) təklif etmişdir. Lakin bununla belə iş materiallarında olan ekspertizanın nəticələrindən görünür ki, təklif olunan mənzı lər faktiki olaraq 83 kv.m deyil 79 kv.m təşkil etmişdir. Bu hal binanın ümumi ilkin layihəsi üzrə bağlanmış müqavilələr ilə tkiintidən sonra divar arakəsmələri və digər texniki sahələr səbəbindən yaranmış itkilərlə əlaqədar baş vermişdir. Hesab edir ki, bu halın aradan qaldırılması kompensasiya ödənilməklə həyata keçirilməsi zərurətini yaradır və heç bir halda iddiaçı tərəfindən müqavilə öhdəliklərinin pozulması anlamını ortaya çıxartmır. Nəzərə almaq lazımdır ki, iddiaçılara Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən qanunla müəyyən edilmiş 1 mənzildən barət ümumi sahəsi 120 kv.m sahə əvəzinə 2 otaqdan ibarət, hər mənzilin sahəsi 79 kv.m olmaqla üç ayrı ayrı mənzil (ümumi 237 kv.m) təqdim edilmişdir. Hesab edir ki, bu hal, mütənasiblik prinsiplərinə əsasən mülkiyyətin dəyərinə ağlabatan dərəcədə uyğundur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-276/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, Bakı şəhəri 21 saylı notariat kontorunda X10 ilə Cavabdeh MMC arasında bağlanmış 30.09.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34, mənzil 36 ünvanında yerləşən X3 mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 02 otaqlı tam təmirli mənzil iddiaçı X6 təhvil verilməsi və mənzil iddiaçıya təhvil verilənədək hər ay üçün ödənilməli olan (dekabr 2019-dan avqust ayı 2021-ci il tarixinə 21 ay) 10.500 manat kirayə haqqı Cavabdeh MMC-dən tutulub X6 ödənilməsi, Bakı şəhəri 21 saylı notariat kontorunda X9 ilə Cavabdeh MMC arasında bağlanmış 30.09.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34, mənzil 36 ünvanında yerləşən X2 mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 02 (iki) otaqlı tam təmirli mənzil iddiaçı X4 təhvil verilməsi və mənzil iddiaçıya təhvil verilənədək hər ay üçün ödənilməli olan (dekabr 2019-dan avqust ayı 2021-ci il tarixinə 21 ay) 10.500 manat kirayə haqqı Cavabdeh MMC-dən tutulub X4 ödənilməsi, Bakı şəhəri 21 saylı notariat kontorunda X13 ilə Cavabdeh MMC arasında bağlanmış 03.10.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34, mənzil 36 ünvanında yerləşən X5 mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 02 (iki) otaqlı tam təmirli mənzil iddiaçı X8 təhvil verilməsi və mənzil iddiaçıya təhvil verilənədək hər ay üçün ödənilməli olan (dekabr 2019-dan avqust ayı 2021-ci il tarixinə 21 ay) 10.500 manat kirayə haqqı Cavabdeh MMC-dən tutulub X8 ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumu 30 manatın 10 manatı Cavabdeh MMC-dən tutulub X8, 10 manatı X6 və 10 manatı X4 ödənilməsi, iddiaçı Cavabdehlər X6, X8 və X4 qarşı pul ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 150 manat Cavabdeh MMC-dən tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən cavabdeh tərəf onun ləğv edilməsi və ilkin iddia tələblərinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini qarşlıqlı iddianın dəlillərinə uyğun əsaslandırmışdır. Apellyasiya baxışı zamanı iddiaçıların nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və Nərimanov Rayon Məhkəməsinin 23 sentyabr 2021ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişidir, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, kollegiya cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya qeyd edir ki, hazırkı apellyasiya baxışının hədləri iddia tələbinin təmin edilən hissəsinin və qarşılıqlı iddianın təmin edilməməsi ilə bağlı olan hissənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Bununla yanaşı kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 372.7ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası bu kontekstdə iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh MMC ilə X10, X13 və X9 arasında Bakı şəhəri 21 nömrəli notariat kontorunda ayrı-yarılıqda 30 sentyabr 2017-ci il, 03.10.2017-ci il tarixli müqavilələrdın görünür ki, həmin müqavilələrin şərtləri aşagıdakılardır: “Tərəflər” Azərbaycan Respublikası Nəzirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarının 1.3. maddəsinin tələblərinin və bu Müqavilənin icrası ilə əlaqədar olaraq aşağıda göstərilən məzmunda üzərilərinə öhdəliklər götürürlər: “Əmlak mülkiyyətçisi” bu Müqaviləyə əsasən 11.08.2017 ci il tarixində, ********** qeydiyyat nömrəsi ilə AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış ilə öz paylı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 33.4 kv.m ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərədə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür. “Tikinti şirkəti” Cavabdeh MMC Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34, mənzil 36 ünvanında yerləşən "Əmlak müıkiyyətçisi”-nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyala keçirərək, inşa etdiyi binada 83.00 kv.m, 2 otaqlı təmirli mənzili "Əmlak mülkiyyətçisi"- nin mülkiyyətinə verməyi öhdəsinə götürür. “Tikinti şirkəti" inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və “Əmlak mülkiyyətçisi”-ni təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə “Əmlak mülkiyyətçisi”-nə kompensasiya şəklində aylıq 500 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda 1 dəfə (1500 AZN manat ödəyır. "Əmlak mülkiyyətçisi"-nin kommunal borcları olduğu halda “Tikinti şirkəti” həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir. İşdə olan Bank Respublika ASC tərəfindən X10, X13 və X2 adına verilmiş hesabdan çıxarışdan görünür ki, kirayə haqqı üzrə sonuncu ödəniş noyabr 2019-cu il olmuşdur. İşdə olan Nəromanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 26 avqust 2019cu il tarixli qətnasməsindən görünür ki, iddiaçı Cavabdeh MMC-nin cavabdehlər X10, X13 və X4 qarşı “müqavilənin ləgv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, Nərimanov Rayon İcra Hakimiyyəti başçısı 24 oktyabr 2016-cı il tarixli 350 nömrəli sərəncamına əsasən Bakı şəhəri Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin küçələrinin kəsişməsində 2,99 ha torpaq sahəsi "xxxx" MMC-nin daimi istifadəsinə verilmişdir. "xxxx" MMC-yə Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospect və küçələrinin kəsişməsində qəzalı vəziyyətdə olan və mövcüd şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqlarının daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. İstifadəyə verilən ayrıc aktından görünür ki, Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospekti yaşayış binaslnln tikintisinin layihələşdirilməsi üçün 1.706 ha torpaq sahəsi Cavabdeh daimi istifadəsinə verilmişdir. AR FHN Tikintidə X7 Agentliyi təfərindən qəbul edilən 18 fevral 2017-ci il tarixli akta əsasən evlər uzun müddət təmirsiz istismar olunduğundan, fiziki aşınmalara məruz qalmışdır. Evlərin dam örtüyünün yararsız olması, atmosfer sularini istiqamətləndirən suötürücü xətləri olmaması, olanlarının isə yararsız vəziyyətdə olması hallan müşahidə olundu. Həyətdə sakinlər tərəfindən, müxtəlif illərdə yaşayış sahələrini artırmaq məqsədi ilə əlave tikililər inşa edilmişdir. Bu da həyətin ümumi istifadə olunan sahəsinin azalmasına səbəb olmuşdur. Evlərde istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) nizamsız şəkildə, inşaat norma və təhlükəsizlik qaydalarına əməl olunmadan çəkilmişdir. Evlər fiziki və mənəvi cəhətdən köhnəlmiş, istismar müddəti başa çatmış, tarixi abidə baxımından heç bir əhəmiyyət kəsb etmir və şəhərin görünüşünə uyğun deyil. Həyətdəki evlərin texniki vəziyyəti məhdud işləkdir. İşdə olan 13.12.2019-cu il tarixli mənzilin təhvil-təslim aktından görünür ki, Cavabdeh MMC ilə X10, X13 və X9 baglanmış 30 sentyabr 2017-ci il tarixli müqavilələr üzrə mənzilin təhvil verilməsi üçün çagırılmışlar, lakin mənzili təhvil almaq üçün gəlməmişlər. İşdə olan AR FHN Tikintidə X7 Agentliyi təfərəfindən 08.12.2020-ci il tarixli məktubla "xxxx" MMC tərəfindən inşa edilən ünvan 6 ünvanında yerləşən mənzillərə dair 21 oktyabr 2020-ci il tarixli 2(005)-3005/2020 nömrəli sorğu məktubunuza cavab olaraq 30.10.2017-ci il tarixli 24392/24124 nömrəli ekspertiza rəyi ilə razılaşdırılmış «Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev, Qarabağ, Ə.Ağaoğlu və Xətai prospektinin kəsişməsində yaşayış binaları» üzrə eskiz layihədən görünür ki, Cavabdeh tərəfindən inşa olunan bunada sahəsi 83 kv.m olan 2 otaqlı mənzillər mövcuddur. İşdə olan Məhkəmə ekspertiza Mərkəzinin 10/3209 saylı, 24.12.2020-ci il tarixli rəyindən görünür ki, ünvan 7 ünvanda “Poleks" MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binada X6 verilmiş mənzilin ümumi sahəsi 79.0 m2 təşkil edir. ünvan 7 ünvanda Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binada X4 verilmiş mənzilin ümumi sahəsi 78.81 m2 təşkil edir. ünvan 7 ünvanda Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binada X8 verilmiş mənzilin ümumi sahəsi 78,96 kv.m təşkil edir. İşdə olan AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabag küçəsi, ümumi sahəsi 100.4 kv.m olan ev 34, mənzil 36 iddiaçılar X3 adına 1/3 hissədə, X5 adına 1/3 hissədə və X2 adına 1/3 hissədə 11.08.2017-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin 10/2750 saylı, 12.07.2021-ci il tarixli rəyindən görünür ki, Faktiki vəziyyətdə götürülmüş ölçülər arasında aparılmış hesablamalarla müəyyən olunur ki, baxış zamanı təqdim olunmuş 2-ci blok 14-cü mərtəbədə yerləşən iki otaqlı mənzilin ümumi sahəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən 83,65 kv.m təşkil edir. Həmin mənzilin quruluşu və yerləşmə yeri iş materiallarında olan (iş.m. 1-ci cild, səh 167-190) 30.10.2017-ci il tarixli, 24392/24124 nömrəli ekspertiza rəyi ilə razılaşdırılmış “Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev, Qarabağ, Ə.Ağaoğlu və Xətai prospektinin kəsişməsində yaşayış binaları” üzrə eskiz layihədə 2-ci blok, 3-14 cü mərtəbələrin planında göstərilmiş 83,4 kv.m sahəli, 2 otaqlı mənzilə uyğundur. Mülki Məcəlləyədə qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılara təklif olunan mənzillər öz texniki parametrlərinə görə müqavilələrdə göstərilən şərtlərə uyğun gəlmirlər. Belə ki, 24.12.2020-ci il tarixli 10/3209 nömrəli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, ünvan 7 ünvanda “Poleks" MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binada X6 verilmiş mənzilin ümumi sahəsi 79.0 m2, X4 verilmiş mənzilin ümumi sahəsi 78.81 m2, X8 verilmiş mənzilin ümumi sahəsi 78,96 kv.m təşkil edir. Həmçinin 12.07.2020-ci il tarixli 10/2750 nömrəli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, baxış zamanı təqdim olunmuş 2-ci blok 14-cü mərtəbədə yerləşən iki otaqlı mənzilin ümumi sahəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən 83,65 kv.m təşkil edir. Həmin mənzilin quruluşu və yerləşmə yeri iş materiallarında olan (iş.m. 1-ci cild, səh 167-190) 30.10.2017- ci il tarixli, 24392/24124 nömrəli ekspertiza rəyi ilə razılaşdırılmış “Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev, Qarabağ, Ə.Ağaoğlu və Xətai prospektinin kəsişməsində yaşayış binaları” üzrə eskiz layihədə 2-ci blok, 3-14 cü mərtəbələrin planında göstərilmiş 83,4 kv.m sahəli, 2 otaqlı mənzilə uyğundur. Beləliklə birinci instansiya məhkəməsində araşdırma zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında imzalanmış müqavilə şərtləri məhz Cavabdeh MMC tərəfindən pozulmuş, inşa olunmuş binada 83 kv.m mənzillər olduğu halda iddiaçılara daha az kv. olan 78-79 kv.metlik mənzillər təklif olunmuşdur. Bu da iddiaçılarn haqlı narazılığına səbəb olmaqla, hazırki iddia ilə bağlı məhkəməyə müraciət etmələrinə haqlı səbəb olmuşdur. Mənzillər vaxtında iddiaçılara təhvil verilmədiyindən onlar kirayələrdə yaşamağa məcbur olmuşlar, bunanla bağlı kirayə haqları dekabr 2019-cu ildən kəsilmişdir. Cavabdeh tərəf bildirmişdir ki, kirayə haqlarının verilməməsinə səbəb o olmuşdur ki, dekabr 2019-cu il tarixdə iddiaçılara mənzilləri təhvil almaq təklif olunsa da, onlar imtina etmişlər. İddiaçılar isə mənzillərin sahəsinin məhz müqavilə şətrinə uyğun 83 kv.m deyil 79 -78 olması səbəbinən təhvil almaqdan imtina etmişlər. Yuxarıda şərh edilənləri ümumiləşdirərək kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələblərinə münasibətdə qeyd edir ki, hazırda ilkin iddia tələbi təmin edildiyindən qarşılıqlı iddia tələbi üzrə araşdırılma aparılmasına lüzum yoxdur. Kollegiya özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Belə ki, iddia tələbləri birbiri ilə bağlıdır. İddiaçıların tələbi təmin olunmasa idi bu zaman qarşılıqlı iddia üzrə əlavə araşdırmaya ehtiyac olardı. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-276/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar