Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11061/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7070/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmış, qərardad belə əsaslandırılmışdır ki, ərizə baş mühəndis Abdulla Məmmədov tərəfindən imzalansa da, onun əsas iş yerinin iddiaçı idarə olması və ona iddia ərizəsini imzalamaq səlahiyyətinin verilməsi barədə sənədlər əlavə edilməmişdir. Həmin qərardaddan iddiaçının nümayəndəsi tərəfindən verdiyi şikayət Binəqədi Rayon Məhkəməsinin 2(001)-7070/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasının mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilərək qərardad ləğv edilməli və iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi şikayətə baxarkən öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qərardadda göstərilən nöqsanı aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək əvəzinə, qeyd olunan qərarddadan şikayət vermişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı şikayətinə iddia ərizəsini imzalamaq səlahiyyətinə malik olan Abdulla Məmmədov səlahiyyətini təsdiq edən sənəd əlavə etmişdir. Əlavə edilmiş əmrin surətindən görünür ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin 05 avqust 2021-ci il tarixli əmri ilə İddiaçı rəisi (qanuni təmsilçi) Vasif Əmirov 13 avqust 2021-ci il tarixindən 27 avqust 2021-ci il tarixinə qədər 15 təqvim günü əmək məzuniyyətinə çıxmışdır. Eyni zamanda SOCAR-ın qeyd edilən əmri ilə "Neft Kəmərləri" İdarəsinin rəisinin vəzifə səlahiyyətləri "Neft Kəmərləri" İdarəsinin baş mühəndisi X1 həvalə edilmişdir. İddia ərizəsi İddiaçı rəisi Vasif Əmirovun məzuniyyətdə olduğu dövrdə hazırlandığı üçün “Neft Kəmərləri" idarəsinin rəisinin vəzifə səlahiyyətlərinin həvalə olunduğu idarənin baş mühəndisi X2 tərəfindən imzalanmışdır. Mülki Prosessual Məcəllənin 269.1-ci maddəsinə əsasən Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Göründüyü kimi iddiaçı tərəfindən 09 sentyabr 2021-ci il tarixli qərardadda qeyd edilən nöqsanlar aradan qaldırılsa da, birinci instansiya məhkəməsi həmin qərardaddan verilən şikayəti əsassız olaraq təmin etməmişdir. Buna görə də kollegiya hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilərək qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməli, məhkəmə iddia ərizəsi üzrə icraatın mümkünlüyü məsələsinə yenidən qiymət verməlidir. Nəzərə alınmalıdır ki, prosessual qanunvericiliyin tələblərinə əsasən iddia ərizəsini icraata qəbul etmək səlahiyyəti birinci instansiya məhkəməsinə aiddir. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti isə bununla bağlı olaraq yalnız iddia ərizəsinin icraata qəbul edilməməsinin əsaslılığını və qanuniliyini yoxlamaqdan ibarətdir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7070/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-11061/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11061/2021
10.11.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver