Məhkəmə qərarları › İş №2(103)-11064/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11064/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11064/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1305 manat su filtrinin qalıq dəyərinin və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 1335 manat pul məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1489/2021 saylı, 21 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-9376/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumuna dair qəbz Bakı Apellyasiya Məhkəməsinı deyil, Səbail Rayon Məhkəməsinə ödənildiyindən apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş qaytarılması üçün apellyasiya şikayəti mülki işlər birlikdə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1489/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qərardadı ilə həmin apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra cavabdeh tərəfindən verilmiş dövlət rüsumuna dair qəbz işə tikilərək, mülki iş apellyasiya qaydasında baxılması üçün göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. İş materiallarından göründüyü kimi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1489/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti geri qaytarılmış, lakin iddiaçı həmin qərardadda göstərilən nöqsanları aradan qaldıraraq yeni apellyasiya şikayəti verməli olsa da, təkcə dövlət rüsumunun ödənilməsinə dair qəbz işə əlavə edilərək mülki iş apellyasiya qaydasında baxılması üçün göndərilmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 362-ci maddəsinə əsasən apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Həmçinin müəyyən edilmiş formada verilən apellyasiya şikayətinə Mülki Prosessual Məcəllənin 361-ci maddəsində göstərilənlər qeyd edilməlidir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1489/2021 saylı, 21 iyun 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmədiyi mülki iş apellyasiya qaydasında baxılması üçün göndərilmişdir. Göründüyü kimi apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRA RA ALDİ : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1489/2021 saylı, 21 iyun 2021-ci il tarixli qətnaməsi üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar