Məhkəmə qərarları › İş №2(103)-1107/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1107/2025

30.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1107/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər 2 saylı Bakı Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1107/2025 (Açar sözlər: vərəsəlik hüququ üzrə mübahisələr, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X13 və X9 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər 2 saylı Bakı Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik hüququ üzrə mübahisələr, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 5293/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 30 yanvar 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 2 saylı Bakı Cavabdeh1ndə notariat ofisində açılmış V89/2021 saylı vərəsəlik işi üzrə Cavabdeh2 adına verilmiş 2V-732 saylı, xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edlməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, torpaq islahatı zamanı Ağdaş Rayon İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 12 nömrəli qərarı ilə mərhum anası X10 təsərrüfatında tək ailə üzvü olduğuna görə Ağdaş rayonunun Şıxlı kəndi ərazisindən onun mülkiyyətinə 1.04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mərhum anasının ölümündən sonra ondan miras qalmış əmlaka vərəsəlik hüququ yarandığından vərəsəlik işi açdırmaqla əlaqədar tələb olunan sənədləri əldə edən zaman ona məlum olmuşdur ki, Aqrar İslahat Komissiyasının qərarı ilə anasının Ağdaş rayonunun Şıxlı kəndində qanuni istifadəsində olan 0.15 hektar həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə adına işlənmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə “yoxa çıxmışdır”, DƏDKR PHŞ-n 17 saylı Yevlax Ərazi İdarəsindən əldə etdiyi məlumata görə mərhum anasının mülkiyyətində olan həyətyanı torpaq sahəsini və onun üzərində olan fərdi yaşayış evini əhatə edən təsərrüfatı Ağdaş RİHBA-nın Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2015-ci il tarixli 481 nömrəli arayışına əsasən həmin həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında mərhum bacısı X3 adına iki dəfə qeydiyyata alınmışdır. Halbuki həmin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1986-2006-cı illər üzrə 01 nömrəli təsərrüfatbaşına kitabının 4/2 nömrəli təsərrüfatın X4 adına olmaqla təsərrüfatında yalnız özünün olması qeyd edilmişdir. Yuxarıda qeyd edilən sənədlərdən aydın olur ki, mərhum anasının mülkiyyətində olan həyətyanı torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi qanunvericiliyin tələbləri pozulmaqla, yəni qanunsuz olaraq mərhum bacısı X2 adına qeydə alınmış və bu barədə adına iki dəfə çıxarış işlənmişdir. Ona görə də o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastır və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək həmin çıxarışların ləğv edilməsini xahiş etmişdir, həmin İdarə tərfindən çıxarışların ləğv edilməsindən imtina edilmişdir. Həmin İdarəyə qarşı çıxarışların ləğv edilməsi tələbinə dair iddiası üzrə Şəki İnzibati Məhkəməsinin 2-1(116)-76/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə həmin çıxarışlar ləğv edilmişdir. Həmin qərardan verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin qərarına əsasən hər iki çıxarış İdarə tərəfindən ləğv edilmiş və bu barədə xx.xx.2024-cü il tarixdə İdarə tərəfindən məhkəməyə məlumat verilmişdir. X11 cavabdeh X15 Feyruzovna anasının ölümündən sonra həmin həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə dair adına ********** qeydiyyat tarixli, xx.xx.2021-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qanunvericiliyin tələbinə görə məhkəmə qərarı ilə ləğv edilmiş aktın nəticələri də ləğv edilir. Ona görə də o ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastır və Reyestri PHŞnin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək mərhum anasının mülkiyyətində olan həyətyanı torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinə dair X3 adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və çıxarışlar məhkəmə qaydasında ləğv edildiyinə görə həmin həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə dair qızı X15 Feyruzovnanın adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qanusuz verildiyindən ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastır və Reyestri PHŞ-n 17 saylı Yevlax Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli, 3-21-335/2-0043/02-8/2024 saylı məktubu ilə ona bildirmişdir ki, məhkəmə qərarına uyğun olaraq mərhum X2 adına verilmiş JN-99A, kod 90319018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və **********23-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli, seriya RX, ******* nömrəli və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv edilmiş və bu barədə dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. Bu mənada Cavabdeh2 mülkiyyət hüquqlarının yaranmasının əsasını təşkil edən “notarial əqd, yəni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmədiyindən, eyni zamanda əqdin etibarsız olub-olmaması barədə məhkəmə tərəfindən münasibət bildirilmədiyindən Cavabdeh2 məxsus çıxarışın ləğv edilməsi, eyni zamanda mülkiyyət hüquqlarının pozuntusu ilə nəticələnəcək hər hansı prosesin həyata keçirilməsi qanunvericiliyin tələblərinə zidd olduğundan ərizənin icrasından imtina olunur. Göründüyü kimi Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə əsas olmuş mərhum anasının adına olan daşınmaz əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər əsassız və qanunsuz aparıldığından və ona görə də məhkəmə qərarı ilə ləğv edildiyindən 2 saylı Bakı Cavabdeh1ndə notariat ofisində açılmış vərəsəlik işi üzrə Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə hüquqi qüvvəsini itirdiyinə görə ləğv edilməlidir. Qeyd edilən şəhadətnamələr məhkəmə qaydasında ləğv edildiyindən iddiaçının həmin miras əmlaka vərəsəlik hüququ bərpa olunmuş hesab olunur. Qanunvericiliyin tələbinə görə miras əmlaka vərəsəlik işinin açılması üçün miras əmlak mülkiyyət hüququ əsasında miras qoyanın adına dövlət reyestrində qeydiyyata alınmalıdır. Lakin hazırda vərəsəlik hüququ əsasında (qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən) miras əmlak dövlət reyestrində Cavabdeh2 adına qeydiyyata alındığına və onun həmin əmlak üzərində mülkiyyət hüquqlarının yaranmasının əsasını təşkil edən “notarial əqd, yəni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmədiyindən, eyni zamanda əqdin etibarsız olub-olmaması barədə məhkəmə tərəfindən münasibət bildirilmədiyindən o, qeyd edilən vərəsəlik hüquqlarını həyata keçirə bilmir. Ona görə o, ərizə ilə cavabdeh 2 saylı Bakı Cavabdeh1ndə notariat ofisinə müraciət edərək 2 saylı Bakı Cavabdeh1ndə notariat ofisində açılmış V89/2021 saylı vərəsəlik işi üzrə Cavabdeh2 adına verilmiş 2V-732 saylı, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə hüquqi qüvvəsini itirdiyinə görə ləğv edilməsini, şəhadətnamənin ləğv edilməsi mümkün olmadığı təqdirdə əsasları göstərilməklə ona məlumat verilməsini və aidiyyati üzrə məhkəməyə təqdim etmək üçün həmin vərəsəlik işi üzrə şəhadətnamənin və vərəsəlik işinə əlavə olunmuş sənədlərin təsdiq edilmiş surətlərinin ona göndərilməsini xahiş etmişdir. Lakin cavabdeh 2 saylı Bakı Cavabdeh1ndə notariat ofisi ərizəsini rəsmi qaydada aldığı vaxtdan qanunla müəyyən edilmiş müddətdə və qaydada müraciətin baxılmasının nəticəsi barədə ona heç bir məlumat verməmişdir. Yuxarıda qeyd etdiyi işin hallarına və əsaslara görə cavabdeh 2 saylı Bakı Cavabdeh1ndə notariat ofisinin xüsisi notariusunun V-89/2021 saylı vərəsəlik işi üzrə Cavabdeh2 adına verilmiş 2V-732 saylı, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə həmin şəhadətnamənin verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlər, yəni mərhum anası X2 adına verilmiş JN-99A, kod 90319018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və **********23- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli, seriya RX, ******* nömrəli və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar məhkəmə qaydasında ləğv edildiyindən və qüvvəsini itirdiyinə görə etibarsız hesab edilir. Lakin cavabdeh 2 saylı Bakı Cavabdeh1ndə notariat ofisinin xüsisi notariusu həmin şəhadətnaməni ləğv etmədiyinə görə cavabdehlərə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, V-89/2021 nömrəli Vərəsəlik işi üzrə 2 saylı Bakı Cavabdeh1ndə Notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə “Ağdaş rayonu Şıxlı kəndində yerləşən mülkiyyətində olan 0,1340 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 84,4 kv.m olan fərdi yaşayış evinə dair” hissədə etibarsız hesab edilməsi və Ağdaş rayonu Şıxlı kəndində yerləşən 0,1340 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 84,4 kv.m olan fərdi yaşayış evinə dair Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********2310301 reyestr nömrəli çıxarış ləğv edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 5293/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir,

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1, 1133.2, 1151.1, 1325-ci maddələrinə, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 82.3, 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayətində göstərilmişdir ki, hazırkı halda heç bir faktiki-hüquqi əsas olmadan onun qanunvericiliyin tələblərinə uyğun şəkildə əldə etdiyi dövlət tərəfindən tanınan və qorunan hüququ pozulmuşdur. Göründüyü kimi, məhkəmə tərəfindən qanunsuz olaraq iddia təmin edilmiş, maddi hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə prosesi haqqında heç bir məlumat almadığı üçün etirazını əsaslandıran halları məhkəməyə təqdim etmək imkanından məhrum olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir.

10. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh 2 saylı Bakı Cavabdeh1 tərəfindən məhkəməyə ərizə ünvanlanaraq iclasın onların nümayəndlərinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

13. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər.

14. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

15. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

16. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

17. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

18. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

19. Maddə 1159.1.1. 1-ci növbədə – Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

20. Maddə 1321.3 Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.

21. Maddə 1325. Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin bütövlükdə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tərtib olunmuşdur və qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə hər hansı hüquqi əsas yoxdur.

31. Belə ki, iş materiallarında olan JN-099A kod 90319018 nömrəli şəhadətnamənin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 12 saylı qərarı ilə 0,15 ha həyətyanı torpaq sahəsi X5 verilmişdir.

32. Ağdaş rayon notariat kontoru tərəfindən xx.xx.1995-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamənin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Ağdaş rayon Şıxlı kəndində yaşayan X12 öldüyü günə ona məxsus olmuş bütün əmlakını, o cümlədən Şıxlı kəndində yerləşən evini X7 vəsiyyət etmişdir.

33. Ağdaş RİH başçısının Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2015-ci il tarixli, 481 nömrəli arayışından görünür ki, Nümayəndəliyin 02 saylı qaytanlanmış təsərrüfatbaşına kitabının 58 saylı səhifəsinin 149 nömrəli qeydinə əsasən Ağdaş rayonunun Şıxlı kəndində X3 torpağın mülkiyyətinə verilməsinə dair JN-099A nömrəli şəhadətnaməsinə əsasən mülkiyyətində olan 0,15 ha torpaq sahəsi üzərində yerləşən, 1970-ci ildə tikilmiş bir mərtəbəli, iki otaqlı, ümumi sahəsi 95,0 kv.m olan fərdi yaşayış evi vardır.

34. RX seriyalı, xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Ağdaş rayonu Şıxlı kəndində yerləşən 0,1340 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 84,4 kv.m olan fərdi yaşayış evi X3 xüsusi mülkiyyətində olmuşdur.

35. Hürü Cəmiyeva tərəfindən 17 saylı ərazi idarəsinə ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, JN-099A saylı şəhadətnamədə həyətyanı torpaq sahəsi 0,15 ha göstərilməsinə baxmayaraq faktiki torpaq sahəsinin 0,134 ha olması ona məlum olmuş və Hürü Cəmiyeva 0,134 ha həyətyanı torpaq sahəsinə fərdi yaşayış evi birlikdə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə köməklik göstərilməsini xahiş etmişdir.

36. xx.xx.2021-ci qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Ağdaş rayonu Şıxlı kəndində yerləşən 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 84,4 kv.m olan fərdi yaşayış evi X3 xüsusi mülkiyyətində olmuşdur.

37. 2 saylı Bakı Cavabdeh1ndə Notariat ofisi tərəfindən verilmiş V-89/2021 nömrəli Vərəsəlik işi üzrə xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi qızı Cavabdeh2dır. Miras əmlak ********** qeydiyyat nömrəli, **********23-10301 reyestr nömrəli dövlət reystrindən çxıarışa əsasən Ağdaş rayonu Şıxlı kəndində yerləşən mülkiyyətində olan 0,1340 ha torpaq sahəsindən və onun üzərində yerləşən ümumi sahəsi 84,4 kv.m olan fərdi yaşayış evindən ibarətdir.

38. xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********23-10301 reyestr nömrəli çıxarışdan görünür ki, Ağdaş rayonu Şıxlı kəndində yerləşən 0,1340 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 84,4 kv.m olan fərdi yaşayış evi Cavabdeh2 xüsusi mülkiyyətindədir.

39. İş materiallarından görünür ki, Şəki İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2-1(116)-76/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddia təmin edilmiş, X2 adına verilmiş JN-99A kod 90319018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və **********23-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun 2023-cü il tarixli, 2-1(107)- 289/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2-1(116)-76/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2336/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun 2023-cü il tarixli, 2-1(107)-289/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

40. 17 saylı Yevlax ərazi idarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 Feyruzovanın adına verilmiş **********8 qeydiyyat nömrəli, xx.xx.2021- ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi ilə bağlı müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüqui şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsində baxılmışdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-76/2023 nömrəli məhkəmə qərarı ilə “mərhum X14 ER qızının adına verilmiş JN99A kod 90319018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə və **********23-10301 reyestr nömrəli, ********** qeydiyyat 7 nömrəli, xx.xx.2016-cı il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi” tələbinə dair iddia tələbiniz təmin edilmişdir. 17 saylı Yevlax Ərazi İdarəsi bildirməyi zəruri hesab edir ki, məhkəmə qərarına uyğun olaraq mərhum X2 adına verilmiş (N99A kod 90319018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə və **********2310301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli və” ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışlar ləğv edilmiş, bu barədə dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. Bu mənada Cavabdeh2 Feyruzovanın mülkiyyət hüquqlarının yaranmasının əsasını təşkil edən “notarial əqd”, yəni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmədiyindən, eyni zamanda əqdin etibarsız olub-olmaması barədə məhkəmə tərəfindən münasibət bildirilmədiyindən Cavabdeh2 Feyruzovanya məxsus çıxarışın ləğv edilməsi, “eyni zamanda mülkiyyət hüquqlarının pozuntusu ilə nəticələnək hər-hansı prosesin həyata keçirilməsi” qanunvericiliyin tələblərinə zidd olduğundan ərizənin icrasından imtina olunur.

41. Yuxarıda adları çəkilən iş materiallarından da göründüyü kimi mübahisəli torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi ilkin olaraq iddiaçının anası X8 məxsus olmuş, sonuncu tərəfindən verilən vəsiyyətnamə əsasında mülkiyyət hüquqları X1, onun ölümündən sonra isə həmin əmlak vərəsəlik qaydasında qızı Cavabdeh2 Feyruzovanın mülkiyyətinə keçmiş və bu barədə hüquqlar dövlət qeydiyyatına alınmışdır.

42. Həmçinin iş materiallarına əsasən müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisəli əmlakın X3 mülkiyyətinə keçməsinə əsas olmuş JN-99A kod 90319018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və **********23-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi müəyyən edilmiş, bu barədə dövlət reyestrində müvafiq qeydlər aparılmışdır.

43. İddiaçı hazırda məhkəməyə müraciət edərək Hürü Cəmiyevanın qızı – cavabdeh Miley Sobotoviçin adına verilmiş xx.xx.2021-ci il tarixli vərəsəlik haqqında şəhadətnamənin “Ağdaş rayonu Şıxlı kəndində yerləşən mülkiyyətində olan 0,1340 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 84,4 kv.m olan fərdi yaşayış evinə dair” hissədə etibarsız hesab edilməsini və cavabdehin adına verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********2310301 reyestr nömrəli çıxarış ləğv edilməsini xahiş etmişdir.

44. Kollegiya qeyd edir ki, iş materiallarından da göründüyü kimi iddiaçının hazırda etibarsız hesab edilməsini xahiş etdiyi vərəsəlik haqqında şəhadətnamə və onun əsasında verilmiş çıxarışın verilməsi həmin əmlak üzərində daha öncə X3 mülkiyyət hüququnun və bunu təsdiq edən müvafiq sənədlərin mövcudluğu səbəbindən mümkün olmuş və həmin vaxt mübahisəli əmlakın vərəsəlik qaydasında Cavabdeh2 Feyruzovanın adına qeydə alınmasında hər hansı maneə olmamışdır. Lakin hazırda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisəli əmlakın X3 mülkiyyətinə keçməsinə əsas olmuş vərəsəlik haqqında şəhadətnamə və müvafiq olaraq çıxarış ləğv edilmiş, qətnamə icra olunaraq bu barədə reyestrdə lazımi qeydlər aparılmışdır.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülkihüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir.

46. Nəzərə alsaq ki, iddiaçının hazırki iddia tələbinin həddi də yalnız həmin təsdiqedici sənədlər əsasında sonradan Cavabdeh2 Feyruzovanın mülkiyyət hüquqlarının yaranmasının əsasını təşkil edən müvafiq sənədlərin ləğvi ilə bağlı olduğundan, bu halda kollegiya hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.

47. Belə ki, hazırki iş üzrə cavabdeh Miley Sobotoviç mübahisəli əmlaka anası Hürü Cəmiyevanın vərəsəsi kimi sahib olduğundan və həmin əmlakın Hürü Cəmiyevanın mülkiyyətinə keçməsi əsasları aradan qalxdığından bu halda cavabdehin də anasının mülkiyyətində olmayan əmlak üzərində vərəsəlikdən irəli gələn hüquqlarının təsbiti hazırki halda mümkün deyildir. Bu isə öz növbəsində mübahisəli əmlaklarla bağlı cavabdehin adına verilmiş vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə və müvafiq olaraq çıxarışın ləğv edilməsinə əsas təşkil edir.

48. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, işdən də göründüyü kimi hazırki iddia tələbi sırf cavabdehin mülkiyyət hüquqlarının yaranmasına əsas olmuş sənədlərin etibarlılığı ilə bağlı olduğundan, iddiaçının özünün mübahisəli əmlaklara vərəsəlikdən irəli gələn mülkiyyət hüquqlarının olub-olmaması, həmçinin vəsiyyətnamənin hüquqi qüvvəsi və bunlardan irəli gələrək müvafiq paylarla bağlı mübahisəyə buna zərurət duyulduğu təqdirdə ayrıca iddia tələbi qaydasında baxıla bilər.

49. Beləliklə, kollegiya işin yuxarıda qeyd edilən hallarına və qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvinə də ya dəyişdirilməsinə əsas təşkil etmir.

50. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

51. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

52. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

53. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

54. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

55. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid edilməlidir.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-5293/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar