Məhkəmə qərarları › İş №2(103)-1108/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1108/2021

16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1108/2021 16.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlu (sədrlik edən və məruzəçi), Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, Maraqlı şəxs “Maraqlı şəxsk” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Firmasına qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1356/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən məhkəmə aktı hüquq və vəzifələrinə toxunan ASC “Maraqlı şəxsk” tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2013-cü il tarixli müqavilə əsasında müqavilədə nəzərdə tutulmuş ödədiyi 342000 manat məbləğində pul vəsaitinin əvəzi kimi ünvan 1 ünvanındakı Cavabdeh firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 76 kv.m olan qeyri-yaşayış sahəsini istifadəsinə və sahibliyinə verilməsi, həmin obyekt üzərində onun mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, “Cavabdeh» firmasının direktoru M.B.Bəşirovun şəxsində xx xxxx 2013-cü il tarixdə ünvan 2 ünvanda inşa etdiyi “Cavabdeh" firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 76 kv.m olan qeyri-yaşayış sahəsinə 342000 (üç yüz qırx iki min) manat ödəməklə alqı-satqı müqaviləsi bağlamışlar. Müqavilədə nəzərdə tutulmuş 342000 manat tərəfindən tam olaraq ödənilmişdir. Bu barədə ona xx xxxx 2013-cu il tarixli kassa mədaxilmaliyyə arayışı da təqdim edilmişdir. Həmin müqavilənin 2.1-bəndində obyektin tikinti işlərini yekunlaşdıraraq, iddiaçının istifadəsinə və mülkiyyətinə veriləcəyi vəd edilsə də bu günə kimi birmənalı səkildə müqavilə öhdəlikləri pozularaq, cavabdeh ona aid obyekti təhvil verməmişdir. Qeyd etdiyi kimi, müqavilədə nəzərdə tutulan tikinti-tamamlama işləri bu günə kimi başa çatdırılmamışdır. Bu bir daha təsdiq edir ki, "Cavabdeh"firması üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək istəmir. Belə olan halda cavabdeh “Cavabdeh" firması müqavilədə göstərilən öhdəliklərini icra etməlidir. Əgər həmin öhdəliklərin icrası obyektiv səbəblərdən mümkün deyilsə, 6 il bundan öncə ödənilmiş 342000 manat məbləğində vəsait və həmin məbləğə hesablanmış bank faiz dərəcələri ilə iddiaçıya qaytarılmalıdır. Həmin maddənin 2-ci bəndi müəyyən edir ki, kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Yuxarıda qeyd etdiyi kimi, Cavabdeh firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 76 kv.m olan qeyri-yaşayış sahəsinə 342000 manat ödəməklə alqı-satqı müqaviləsi bağlamışlar. Müqavilədə nəzərdə tutulmuş 342000 manat tərəfindən tam olaraq ödənilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddianın xahiş edirəm hissəsində mülkiyyət hüququnun tanınması” sözlərini çıxarmış və iddia qeyd olunan əmlaka münasibətdə istifadə və sahiblik hüququ tanınmaqla, istifadə və sahibliyinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1356/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, ünvan 1 ünvanındakı Cavabdeh firmasına məxsus obyektin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 76 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh firması tərəfindən İddiaçı sahiblik və istifadəsinə verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir (sədrlik edən: Solmaz Ədilova). Qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən məhkəmə aktı hüquq və vəzifələrinə toxunan “Maraqlı şəxsk” ASC tərəfindən apelyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi və apelyasiya şikayətinin verilməsinə görə 15 manat məbləğində ödənilmiş dövlət rüsumunun Bankın xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə birbaşa olaraq Maraqlı şəxs (Bank) xx.xx.2015-ci il tarixli **********58815/SİM №-li Sonrakı İpoteka müqaviləsindən irəli gələn hüquqlarına toxunur. Belə ki, Maraqlı şəxs ilə Cavabdeh firması (Borc alan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815 №-li Kredit xətti müqaviləsi üzrə Cavabdeh firmasının öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı Maraqlı şəxs ilə Cavabdeh firması arasında sonuncuya mülkiyyət hüququ əsasında məxsus ünvan 3 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 (beş) mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.m olmaqla ümumi sahəsi 16100.5 kv.m təşkil edən qeyri-yaşayış binasının (bundan sonra - «ipoteka predmeti») ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********58815/SİM №-li Sonrakı İpoteka müqaviləsi (bundan sonra - “İpoteka müqaviləsi”) bağlanmışdır. Bankın ipoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair Maraqlı şəxsna AR OMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Əraz.i İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 09.07,2015-ci il tarixli RX seriyalı ******* №-li Çıxarış verilmişdir. Göründüyü kimi, yuxanda qeyd edilən əmlak üzərində Bankın İpoteka müqaviləsindən irəli gələn ipoteka hüququnun mövcud olmasına və iddiaçının iddia tələblərinin Bankın maraqlarına toxunmasına baxmayaraq Bank qeyd edilən iş üzrə icraata cəlb edilməmiş və nəticədə birbaşa Bankın hüquq və mənafelərinə toxunan qətnamə qəbul edilmişdir. Qeyd edilən qətnamə qəbul edilərkən ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi haqqında artıq məhkəmə qətnaməsi mövcud idi. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2-2(81)-1096/2016 №-li qətnaməsi ilə ilkin iddiaçı Cavabdeh firmasının cavabdeh Maraqlı şəxsna qarşı tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit xətti və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsi barədə iddiası təmin edilməmiş, Bankın qarşılıqlı iddiası isə tam təmin edilərək Cavabdeh firmasından cəmi 19,400,119.08 ABŞ dollarının və xx.xx.2016-cı il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi iizrə çəkilmiş xərcin iddiaçı ASC Maraqlı şəxsknın xeyrinə tutulması, tutmanın xx.xx.2015ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh firmasına məxsus ünvan 4 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 (beş) mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.m olmaqla ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına yönəldilməsi qət edilmişdir. İddiaçı Cavabdeh firması 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2-2(81)- 1096/2016 №-li qətnaməsinin tamamilə ləğv edilməsi, ilkin iddianın tam təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsinə dair apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının vətəndaşları Ağa-X11 və X6 (bundan sonra birlikdə - «3-cü şəxslər») xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin ipoteka predmetirin 2-ci mərtəbəsində yerləşən 56,6 kv.m və 24,6 kv.m-dən ibarət olan sahələrinin ipotekası hissəsində etibarsız hesab edilməsi tələbinə dair iddia ərizələri ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişlər. Məlum olmuşdur ki, qeyd edilən ipoteka müqaviləsi bağlanmazdan əvvəl ipoteka ərcdmcti barəsində Cavabdeh» firması ilə X6 arasında xx.xx.2011-ci il tarixli İlkin müqavilə, Ağa-X11 arasında isə xx.xx.2009-cu il tarixli, MAA/19-09 saylı müqavilə bağlanmışdır. Qeyd edilən müqavilələr daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bu səbəbdən, ipoteka predmeti ipoteka ilə yüklü edildiyi zaman həmin əmlaka üçüncü şəxslərin hüquqları barədə daşınmaz əmlakın dövlət reyestrində heç bir məlumat aşkar edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakim EVəiiyeva) xx xxxxx 2017-ci il tarixli 2-2(103)- 14/2017 №-li qətnaməsi ilə xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin 3-cü şəxslərə məxsus ümumi sahəsi 81,2 kv.m olan qeyri-yaşayış sahəsinin ipotekaya qoyulması hissəsində etibarsız hesab edilməsi qət edilmişdir. Məhkəmə Kollegiyası formal mülahizələrə əsaslanaraq belə qənaətə gəlmişdir ki, qeyd edilən müqavilələr (ilkin müqavilə və alqı-satqı müqaviləsi) mahiyyət etibarı ilə podrat müqaviləsidir və bu səbəbdən xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi 81,2 kv.m olan qeyri-yaşayış sahəsinin ipotekaya qoyulması hissəsində etibarsız hesab edilməlidir. Bununla da Məhkəmə Kollegiyası faktiki olaraq etibarsız olan, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış müqavilələrə əsaslanaraq mülki qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmış ipoteka müqaviləsini etibarsız hesab etmişdir. AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-2(102)- 366/17 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsindən həm Bank, həm də Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmişdir. Bank tərəfindən AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarındanl6.04.2()18-ci il tarixdə AR Konstitusiya Məhkəməsinə şikayət verilmişdir. AR Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, işə konstitusiya məhkəməsinin qərarında əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmas qərara alınmışdır. AR Ali Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarı və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakim Vidadi Məmmədov) xx.xx.2019-cu il tarixli 2-2(103)- 6/2019 №-li qətnaməsinə əsasən Bankın yuxanda qeyd edilmiş iddiasına təkrarən baxılması nəticəsində Bankın iddiasının təmin edilməsi, Cavabdeh firmasının apelyasiya şikayətinin, üçüncü şəxslərin, onlara "məxsus” ticarət sahələri hissəsində ipoteka müqaviləsinin qismən etibarsız hesab edilməsinə dair iddialarının rədd edilməsi barədə xx.xx.2019-cu il tarixli qətnamə qəbul edilmişdir. Həm Cavabdeh firması, həm də qeyd edilən üçüncü şəxslər tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir. AR Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə hər iki tərəfdən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Qətnamənin çıxarılması üçün əsas olmuş İddiaçı ilə Cavabdeh firması arasında xx.xx.2013-cü il tarixdə müqavilə bağlanarkən mübahisə predmeti olan əmlak xx.xx.2011-ci il tarixli İBÖ11-1386/2 №-li ipoteka müqaviləsinə əsasən AR Mərkəzi Bankının xeyrinə ipotekaya qoyulmuşdu. «İpoteka haqqında» AR Qanununun 30.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazdı razılıüı ilə disər şəxsə özsən in kiləsdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). Bizim halda isə banka bununla bağlı heç bir müraciət olunmamış, bank tərəfindən isə belə bir razılıq heç vaxt verilməmişdir. Belə olan halda, qeyd edilən qanunun 30.5-ci maddəsinə əsasən ''Bu Qanunun tələblərini pozmaqla ipoteka predmeti başqa şəxslərə keçdikdə ipoteka qüvvəsini saxlayır və bu Qanunun 31 -ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olur ". Həmin qanunun 31.1.1-ci maddəsinə İpoteka saxlayan ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində nəzərdə tutulmuş nəticələrin tətbiq olunmasını tələb edə bilər. Həmçinin məhkəmənin diqqətinə çatdırırıq ki, sahiblik hüququna dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin bir çox qərarlarındakı mövqeyi Qətnamənin əsassız və qanunsuz olduğunu isbat edir: "Mülkiyyətçi öz əmlakını satmaq, icarəyə vermək. girov qoymaq, bağışlamaq barədə öz mülahizəsinə görə qərar qəbul edə bilər. Əmlak üzərində sərəncam verərkən mülkiyyətçi konkret şəxslə (məsələn. əmlakı alanla, girov götürəni? və s.) hüquqi münasibətə girir. Bununla belə sərəncam hüququnun həyata keçirilməsi mülki münasibətlərin digər subyektlərinin maraqlarına toxuna bilər. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması ilə təsdiqlənir. Daşınmaz əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılması barədə məlumatlar dövlət reyestrində qeydiyyata almır. Daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının ərazisində aparılan vahid qeydiyyat toplumudur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Oanun) 2.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasımn (yüklüliiyiinün) başqasına keçməsinin və bu hüquqlara xilam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Təsadüfi deyildir ki, daşınmaz əmlakla bağlı əqdlərin təsdiqlənməsi səlahiyyətlərini həyata keçirən notariat orqanlarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda notariusların üzərinə belə əmlakı özgəninkiləşdirən şəxslərin sərəncam hüququna malik olmasının yoxlanılması ilə bağlı bir sıra vəzifələr qoyulur. Belə ki, notariuslar daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilələri notariat qaydasında təsdiq edərkən onların özgəninkiləşdirən və ya girov qoyan şəxsə məxsus olmasını yoxlayırlar. Notarius özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında müvafiq reyestrdən çıxarışı tələb edir. Yaşayış evinin, mənzilin, bağın, bağ evinin, qarajın, torpaq sahəsinin, digər daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq olunarkən əmlakın özgəninkiləşdirilməsi nə qadağanın olub-olmaması və ya əmlaka həbs qoyulub-qoyulmaması yoxlanılır. Bunun üçiin notarius özgəninkiləşdirməyə qadağanın və həbsin olmadığı barədə arayış tələb edir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 167 №li qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimatın 46. 47 və 48-ci bəndləri). Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkivyəı hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlə; orqanlarının hı/ istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdır il masının əsassız olaraq məhdudl aşdır Tmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. ” Göründüyü kimi, T.A.Məmmodova ilə Cavabdeh firması arasında müqavilə bağlanarkən “Mars- firmasının həmin əmlak üzərində sərər.cam vermək hüququ məhdudlaşdırılmışdı və özgəninkiləşdirilməyə dair müqavilələr yalnız İpoteka saxlayanın razılığı ilə bağlana bilərdi. Bundan başqa, qeyd edilən müqavilə bağlanərkən notarius həmin əmlakın üzərində yüklülüyün olub olmaması barədə sorğu etməmiş, habelə Cavabdeh firmasının nümayəndələri də öz növbəsində qeyd edilən əmlakın ipoteka ilə yüklü olduğunu bilə-bilə bu barədə notariusa məlumat verməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlar təsdiq eılir ki, Nərimanov Rayon Məhkəməsi qətnaməni tərtib edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir və nəticədə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-1356/2019 №-li qətnaməsi ‘‘İpoteka haqqında'* Azərbaycan Respublikasının Qanununun 30.1-ci, Mülki Məcəlləsinin 284.2-ci maddələrinin tələblərinin pozulması ilə qəbil edilmişdir. Bu isə fikrimizcə, Azərbaycan Respublikasının MPM-in 386 və 387-ci maddələri ilə müəyyənləşdirilən hüquqi nəticənin baş verməsi üçün əsasdır. Tərəflərin izahatları: Kollegiyanın iclasında iştirak edən Bankın nümayəndəsi Y.Məmmədov apelyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçı və cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, “Maraqlı şəxsk” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan xx xxxx 2013-cü il tarixli müqavilədən görünür ki, Müqavilənin predmeti "CavabdehM firmasına məxsus ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 16100,5 kv.mdən ibarət qeyriyaşayış sahəsinin, 76 kv.m-dən ibarət olan qeyri- yaşayış sahəsinin satışıdır. Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2010-cu ildə verilmiş, qeydiyyatı 11 10093638 nömrə ilə aparılmış arayışdan görünür ki, ünvan 6 ünvanında yerləşən , ümumi sah. 16100,5 kv.m-dən ibarət, 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsi "Cavabdeh" firmasının adına rəsmiləşdirilmişdir. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402-ci maddəsinə uyğun bağlanmış ilkin müqavilədir. İlkin müqavilənin predmeti olan qeyriyaşayış sahəsinin 1-ci mərtəbəsində 76 kv.m. 342 000 AZN (üc yüz qırx iki min) manat məbləğində müəyyən olunmuşdur. Cavabdeh” firması öhdəsinə götürür ki, inşaat işləri bitdikdən sonra öz adma qeyd olunan qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən çıxarış aldıqdan sonra “Əlavə 1”-də göstərilmiş tertyoja uyğun mağazanın sahəsi 76 kv.m ibarət olan ticarət sahəsini X1 ilə əsas alqı-satqı müqaviləsini rəsmiləşdirəcək. 2.2 X1 isə öz öhdəsinə götürür ki, müqavilənin 1.4 Bəndində göstərilən məbləği 342 000 AZN (üc yüz qırx iki min) manat müqavilənin imzalandığı gündən 2 (iki) ay ərzində Cavabdeh firmasına depozit şəkilində ödəyəcəkdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2013-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı tələb olunan 342000 manat pul məbləğini firmanın hesabına tam ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışdan görünür ki, Cavabdeh Firması xx.xx.1998-ci ildə (VÖEN **********) qeydiyyata alınmışdır. Hüquqi dəyərləndirmə: Apelyasiya şikayətinə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi Cavabdeh firması ilə “Maraqlı şəxsk” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********58815 nömrəli kredit xətti müqaviləsinin təminatı olaraq Cavabdeh firması ilə “Maraqlı şəxsk” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququnun qeydiyyata alınmasına dair “Maraqlı şəxsk” ASC-yə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən x xxxx 2015-ci il tarixli çıxarış verilmişdir. Göründüyü kimi, iddia predmeti olan qeyri-yaşayış sahəsi “Maraqlı şəxsk” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh firması cavabdeh “Maraqlı şəxsk” ASC-yə qarşı iddia qaldıraraq, aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, **********58815 nömrəli kredit xətti və xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh “Maraqlı şəxsk” ASC də iddiaçı Cavabdeh firmasına qarşı qarşılıqlı iddia qaldıraraq, xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və iddiaçıya məxsus ünvan 7 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m olmaqla ümumi sahəsi 16.100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına tutmanın yönəldilməsini və xx.xx.2015-ci il tarixli, **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə iddiaçının cavabdeh qarşısında 17.000.000 ABŞ dolları məbləğində əsas borc, 2.388.957,46 ABŞ dolları məbləğdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2016-cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğdə cərimə, cəmi 19.400.119,08 ABŞ dolları və xx.xx.2016-cı il tarixdən başlayaraq cavabdehin tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin iddiaçıdan cavabdehin xeyrinə tutulmasını, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri 26.000.000 manat məbləğində təyin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə ilk iddia rədd, qarşılıqlı iddia isə təmin edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qətnamə maraqlarına toxunan Ağa-X11 və X6 xx.xx.2016-cı il tarixli qətnamədən apellyasiya şikayətləri verərək, ləğv edilməsini, “Maraqlı şəxsk” ASC-nin iddiasının rədd edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İİK-nin xx.xx.2016-cı il tarixli qərardadı ilə apellyasiyalar mümkün hesab edilmiş, K.Hacıyeva və A.Ağa-Zadə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. xx.xx.2017-ci tarixdə üçüncü şəxslər K.Hacıyeva və A.Ağa-Zadə hər bir ayrı-ayrılıqda cavabdehlər “Maraqlı şəxsk” ASC-yə və Cavabdeh firmasına qarşı ipoteka müqaviləsinin qismən etibarsız hesab edilməsi tələbinə dair iddia ərizələri ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişlər. Bakı Apelyyasiya Məhkəməsi İİK-nin xx.xx.2017-ci il tarixli qərardadı ilə üçüncü şəxslərin iddia ərizələri Azərbaycan Respublikası MPM-nin 372.5-ci maddəsnə əsasən icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi İİK-nin 2- 2(103)-14/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh firmasının, müstəqil tələb irəli sürən üçüncü şəxslər Ağa-X11 və X3 apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi qismən – qarşılıqlı iddianın xx.xx.2016-cı il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin iddiaçı Maraqlı şəxs xeyrinə tutulması, tutmanın xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və iddiaçıya məxsus ünvan 7 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m olmaqla ümumi sahəsi 16.100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 26.000.000 manat müəyyən edilməsi tələblərinin təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddia həmin hissədə qismən təmin edilmiş, tutma xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və iddiaçıya məxsus ünvan 7 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m olmaqla ümumi sahəsi 16.100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına, üçüncü şəxslər Ağa-X8 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 26,4 kv.m sahəsi olan 1 nömrəli mağaza və həmin mərtəbədə yerləşən 30,2 kv.m qeyri-yaşayış sahəsi, X4 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 24,6 kv.m sahəsi olan 18 saylı qeyri-yaşayış sahəsi istisna olmaqla yönəldilmiş, qeyri-yaşayış binasının (üçüncü şəxslər AğaX8 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 26,4 kv.m sahəsi olan 1 nömrəli mağaza və həmin mərtəbədə yerləşən 30,2 kv.m qeyri-yaşayış sahəsi, X4 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 24,6 kv.m sahəsi olan 18 saylı qeyri-yaşayış sahəsi istisna olmaqla) ilkin satış qiyməti 38.473.040 manat müəyyən edilmiş, “Maraqlı şəxsk” ASC-nin qarşılıqlı iddiası xx.xx.2016-cı il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin iddiaçı “Maraqlı şəxsk” ASC-nin xeyrinə tutulması hissəsində rədd edilmiş, qətnamə qalan hissələrdə - iddiaçı Cavabdeh firmasından xx.xx.2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə 17.000.000 ABŞ dolları məbləğində əsas borcun, 2.388.957,46 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcun, xx.xx.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğdə dəbbə pulunun, cəmi 19.400.119,08 ABŞ dollarının, 30 manat məbləğdə dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manatın və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğidə çəkilmiş xərclərin “Maraqlı şəxsk” ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılmış, müstəqil tələb irəli sürən üçüncü şəxsər Ağa-X7 və X3 cavabdehlər Cavabdeh firmasına və “Maraqlı şəxsk” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 16.100,5 kv.m olan 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin Ağa-X8 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 26,4 kv.m sahəsi olan 1 nömrəli mağaza, həmin mərtəbədə yerləşən 30,2 kv.m qeyri-yaşayış sahəsi, X4 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 24,6 kv.m 18 saylı qeyri-yaşayış sahəsinin ipotekaya qoyulması hissəsində etibarsız hesab edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı və cavabdeh ondan kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nin 2-1(102)- 366/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra cavabdeh “Maraqlı şəxsk” ASC Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nin xx.xx.2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Azərbaycan Respblikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarı ilə Cavabdeh firmasının “Maraqlı şəxsk” ASC-yə qarşı kredit və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsinə dair iddia tələbi və s. barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nin xx.xx.2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası MPM-nin 416,418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 13-2(102)-1(k)/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nin iş üzrə xx.xx.2017-ci il tarixli 2-2(102)-366/17 nömrəli qərarı, onunla bağlı Bakı Apellyasiya Məhkəməsi İİK-nın xx.xx.2017ci il tarixli 2-2(103)-14/2017 nömrəli qətnaməsi ləğv edilmiş və iş mahiyyyəti üzrə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-2(103)- 6/2019 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh firmasının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər Ağa-X11 və X3 apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı Cavabdeh firmasının cavabdeh “Maraqlı şəxsk” ASC-yə qarşı aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, **********58815 nömrəli kredit xətti müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, Cavabdeh firması ilə “Maraqlı şəxsk” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh firmasının xeyrinə tutulması tələblərinə dair ilk iddiasının təmin edilməməsi; qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh firmasından xx.xx.2015-ci il tarixli, **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə 17.000.000 ABŞ dolları məbləğində əsas borc, 2.388.957,46 ABŞ dolları məbləğdə kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx.xx.2016-cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğdə dəbbə pulu, cəmi 19.400.119,08 ABŞ dolları (ödəniş gününə AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üçün çəkilmiş xərcin “Maraqlı şəxsk” ASC-nin xeyrinə tutulması, tutmanın xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh firmasına məxsus ünvan 8 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m olmaqla ümumi sahəsi 16.100,5 kv.m təşkil edən qeyriyaşayış binasına yönəldilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən Cavabdeh firmasından “Maraqlı şəxsk” ASC-nin xeyrinə tutulması, ipoteka predmeti olan Cavabdeh firmasına məxsus ünvan 8 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m olmaqla ümumi sahəsi 16.100,5 kv.m təşkil edən qeyri-yaşayış binasının ilkin satış qiymətinin 38.600.000 manat müəyyən edilməsi, qarşılıqlı iddianın xx.xx.2016-cı il tarixdən başlayaraq tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin Cavabdeh firmasından “Maraqlı şəxsk” ASC-nin xeyrinə tutulması hissəsində təmin edilməməsi, üçüncü şəxs Ağa-X7 Cavabdeh firması ilə “Maraqlı şəxsk” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 16.100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 56,6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, üçüncü şəxs X3 Cavabdeh firması ilə “Maraqlı şəxsk” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 16.100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyriyaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 24,6 kv.m-dən ibarət 18 nömrəli qeyri-yaşayış sahəsi hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respblikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarında aşağıdakılar qeyd olunmuşdur: “… Daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir… Qeyd edilməlidir ki, əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası əşyanın ipoteka qoyulması halı üçün də tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 140 və 271.1-ci maddələrini düzgün şərh etməmiş, ipoteka müqaviləsini hissəvi etibarsız hesab etməklə yüklülük hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ipoteka saxlayanın - iddiaçının məhdud əşya hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası isə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını nəzərə almadan, maddi hüquq normalarının pozulması ilə çıxarılmış apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Bununla da ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində təsbit olunmuş hüququ pozulmuşdur.” Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Eyni müddəa “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 66.1-ci maddəsində öz əksini tapmışdır. Həmin Qanunun 66.2 və 63.4-cü maddələrinə əsasən Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır, bu qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli, 688 - İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2005-ci il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir.» Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi nəticəyə gələrkən “Maraqlı şəxsk” ASCyə münasibətdə daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamamlığı prezumpsiyasını nəzərə almamışdır. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəldiyindən, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsinə görə, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119-cu maddəsinin tələblərinə uyğun olaraq, Kollegiya hesab edir ki, apelyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 15 manat iddiaçı A.Hüseynovdan tutularaq “Maraqlı şəxsk” ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: “Maraqlı şəxsk” ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1356/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh Firmasına qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Apelyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 15 (on beş) manat İddiaçı tutularaq “Maraqlı şəxsk” ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar