Məhkəmə qərarları › İş №2(103)-1109/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1109/2022

12.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1109/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5059/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qətnaməsindən ərizəçinin nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi maraqlı şəxslər Suraxanı rayon Qeydiyyat şöbəsi, Maraqlı şəxs2, 4 saylı Bakı ASAN xidmət mərkəzində fəaliyyət göstərən Notariat ofisi və AR Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 11.02.2010-cu il tarixdə Sabunçu rayon RPİ tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyət vəsiqəsində, Əmlak Məsələləri DÖvlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 22.04.2010-cu il tarixdə verilmiş MA ******* nömrəli çıxarışda və 4 saylı ASAN Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 21.01.2021-ci il tarixdə verilmiş AZ-İİ 148199 nömrəli ölüm haqqında şəhadətnamədə göstərilən “X5” oğluna Sabunçu rayonu, VVADQİ tərfindən 27.05.2002-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin, həmçinin Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 17.07.1996-cı il tarixdə verilmiş ÖM seriyalı, 076043 nömrəli qeydiyyat vəsiqəsinin məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1991-ci ildə X3 ilə ailə qurmuş, nikahlarını 29.05.2002-ci il tarixdə rəsmiləşdirmişlər, nikah haqqında şəhadətnamədə yoldaşının adı X1 göstərildiyindən nikahdan snra ona Məmmədova soyadı verilmişdi. Həyat yoldaşı 01.01.2021-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində vəfat etmişdir. Həyat yoldaşının vəfatından sonra onun adına olan əmlakı vərəsəlik qaydasında qəbul etmək istəmiş, lakin 4 saylı Bakı ASAN xidmət mərkəzində Notariat ofisi ona cavab olaraq bildirmişdir ki, ölüm haqqında şəhadətnamədə qeyd edilən “Mamedov” soyadı ilə həmin şəxsə məxsus olan fərdi yaşayış evinə dair mülkiyəti təsdiq edən qeydiyyat vəsiqəsində “Məmmədov” soyadı uyğunsuzluq təşkil edir, buna görə də göstərilən faktın eyni şəxsə məxsus olması ilə bağlı məhkəməyə müraciət etməkləri tövsiyyə olunur. Hesab edir ki, Mamedov soyadı bəzi sənədlərdə Azərbaycan dilinə Məmmədov kimi tərcümə edildiyinə görö, uyğunsuzluq da onunla bağlıdır Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5059/2021 saylı, 09 iyun 2021 ci il tarixli qətnaməsi ilə ərizənin təmin olunmaması qət edilmişdir. Qətnamədən iddiaçının nümayəndəsi-vəkili tərəfindən apellyasiya şikayəti verilərək onun ləğv edilməsi və ərizənin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuş, şikayət iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi MPM-in 308-ci ci maddəsinə istinad etsə də, qeyd edilan səhvin düzəldilməsinin mümkünsüz olması ən başdan bəlli olmuşdur, belə ki, əriəçinin yoldaşı vəfat etmiş, iddia ərizəsinə əlavə edilmiş mülkiyyət sənədləri isə onun adına olmuşdur. Bununla belə Suraxanı Rayon Qeydiyyat Şöbəsinin 23.11.2021-ci il tarixli imtina məktubu ilə də, qeyd edilən sənədlərin eyni şəxslərə məxsus olmasının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməkləri tövsiyə edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəs-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, onun təmin edilməsini xahiş etmişdir. Lazımi qaydada məlumatlandırılmasına baxmayaraq ərizəçi və maraqlı şəxslərin nümayəndələri hər hansı üzrlü səbəb bildirmədən məhkəməyə gəlmədiyindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi üzrə icraata xitam verilərək qətnamə ləğv olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, ərizəçi, 1991-ci ildə X3 ilə ailə qurmuş, nikahlarını 29.05.2002-ci il tarixdə rəsmiləşdirmişlər, nikah haqqında şəhadətnamədə yoldaşının adı X1 göstərildiyindən nikahdan snra ona Məmmədova soyadı verilmişdi. Həyat yoldaşı 01.01.2021-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində vəfat etmişdir. Həyat yoldaşının vəfatından sonra onun adına olan əmlakı vərəsəlik qaydasında qəbul etmək istəmiş, lakin 4 saylı Bakı ASAN xidmət mərkəzində Notariat ofisi ona cavab olaraq bildirmişdir ki, ölüm haqqında şəhadətnamədə qeyd edilən “Mamedov” soyadı ilə həmin şəxsə məxsus olan fərdi yaşayış evinə dair mülkiyəti təsdiq edən qeydiyyat vəsiqəsində “Məmmədov” soyadı uyğunsuzluq təşkil edir, buna görə də göstərilən faktın eyni şəxsə məxsus olması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6.1.-ci bəndinə görə məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Hətta, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.”. İş materiallarında isə göründüyü kimi, ərizəçi maraqlı şəxslər Suraxanı rayon Qeydiyyat Şöbəsi, Maraqlı şəxs2, 4 saylı Bakı Asan Xidmət Mərkəzində fəaliyyət göstərən Notariat Ofisi və AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla hüquq müəyyənedici sənədlərin eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə həmin sənədləri vermiş orqanlara müraciət etmədən, həmin orqanların bu məsələyə münasibətin öyrənmədən birbaşa olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, həmçinin, Suraxanı Rayon Qeydiyyat Şöbəsinin 23.11.2021-ci il tarixli imtina məktubunu əsaslanaraq hazırki ərizəyə baxılması barədə dəlillərə tənqidi yanaşaraq qeyd edir ki, ərizəçi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsindən sonra Suraxanı Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş və imtina barədə məktub almışdır. Lakin kollegiya bildirir ki, həmin məktub əsasında hazırki iş üzrə ərizənin baxılması mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Həmin Məcəllənin 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 384, 387, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Ərizəçinin nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5059/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Xüsusi icraat qaydasında ərizənin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onu ödəmiş şəxsə aid olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar