Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1111/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi Guseinov Gasanın və cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3680/2021 saylı, 15.10.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı "Union lizinq” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02 sentyabr 2014-cü il tarixli AL-1674 №-li X13 müqaviləsinin ləğv edilməsi, Cavabdeh 02 sentyabr 2014-cü il tarixli AL-1674 №-li X13 müqaviləsi üzrə, lizinq obyektinin tam yararsız vəziyyətə düşdüyü 20 yanvar 2016-cı il tarixə 8929,66 manat əsas, 722,56 manat mükafat vəhəmin günə hesablanmış 283,79 manat dəbbə pulu, cəmi 9936,01 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X9 arasında bağlanmış 02 sentyabr 2014-cü il tarixli AL-1674 №-li X8 əsasən X1 ilə “Samand Soren” markalı **-AE- *** dövlət qeydiyyat nişanlı avtomobil 10200 manat məbləğində İddiaçı ASC-nin mülkiyyətinə alınmış və sifarişçisinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 10 iyun 2015-ci ildə X9, Cavabdeh və İddiaçı ASC arasında AL-16741(1) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 02 sentyabr 2014-cü il tarixli AL-1674 №-li X11 üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüş və lizinq obyekti olan avtomobili sahibliyə qəbul etmişdir. Lizinq Şirkəti ilə Cavabdeh arasında imzalanmış yeni ödəniş cədvəlinə əsasən o, illik 17 faiz hesablanmaqla, 39 ay müddətinə hər ay 305,60 manat ödəniş etmək öhdəliyi götürmüşdür. İddiaçı ASC-yə məxsus olan Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Samand Soren” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil 20 yanvar 2016-cı ildə istifadəyə yararsız vəziyyətdə lizinq şirkətinin müvəqqəti duracağına gətirilmiş və servis mərkəzi tərəfindən tətrib olunmuş zərərin qiymətləndirilməsinə dair akta əsasən lizinq obyekti tam yararsız vəziyyətdədri. Cavabdeh lizinq şirkətinə sonuncu ödənişi 13 iyul 2015-ci il tarixdə 306 manat məbləğində etmişdir. Həmin tarixdən sonra Cavabdeh həmin müqavilə ilə götürdüyü öhdəlikləri müvafiq qaydada yerinə yetirməmiş, yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq, ödəniş qrafikinə riayət etməyərək, ödənişləri müqavilə üzrə şərtləşdirilmiş qaydada və vaxtında ödəməmişdir. 24 dekabr 2019-cu il tarixli UNİ-3338 №-li X11 ilə lizinq verən İddiaçı ASC ilə lizinq alan X3 arasında bağlanmış müqaviləyə əsasən “Samand Soren” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 24 ay müddətinə lizinqə verilmişdir.
3. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3680/2021 saylı, 15.10.2021ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 1107,22 (min yüz yeddi manat 22 qəpik) manat əsas borc, 722,56 (yeddi yüz iyirmi iki manat 56 qəpik) manat lizinq mükafatı, 283,79 (iki yüz səksən üç manat 79 qəpik ) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla – cəmi 2143,57 (iki min yüz qırx üç manat 57 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Anar Qasımov).
4. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3680/2021 saylı, 15.10.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri:
5. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Gasan Guseinov iddia tələbini müdafiə edib, iddia ərizəsində ərizədə yazılanlara uyğun izahat verərək bildirdi ki, İddiaçı ASC ilə X9 arasında bağlanmış 02 sentyabr 2014-cü il tarixli AL-1674 №-li X8 əsasən X1 ilə “Samand Soren” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil 10200 manat məbləğində İddiaçı ASCnin mülkiyyətinə alınmış və sifarişçisinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 10 iyun 2015-ci ildə X9, Cavabdeh və İddiaçı ASC arasında AL-16741(1) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 02 sentyabr 2014-cü il tarixli AL-1674 №-li X11 üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüş və lizinq obyekti olan avtomobili sahibliyə qəbul etmişdir. Lizinq Şirkəti ilə Cavabdeh arasında imzalanmış yeni ödəniş cədvəlinə əsasən o, illik 17 faiz hesablanmaqla, 39 ay müddətinə hər ay 305,60 manat ödəniş etmək öhdəliyi götürmüşdür. İddiaçı ASCyə məxsus olan Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Samand Soren” markalı 99-AE802 dövlət qeydiyyat nişanlı avtomobil 20 yanvar 2016-cı ildə istifadəyə yararsız vəziyyətdə lizinq şirkətinin müvəqqəti duracağına gətirilmiş və servis mərkəzi tərəfindən tətrib olunmuş zərərin qiymətləndirilməsinə dair akta əsasən lizinq obyekti tam yararsız vəziyyətdədri. Cavabdeh lizinq şirkətinə sonuncu ödənişi 13 iyul 2015-ci il tarixdə 306 manat məbləğində etmişdir. Həmin tarixdən sonra Cavabdeh həmin müqavilə ilə götürdüyü öhdəlikləri müvafiq qaydada yerinə yetirməmiş, yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq, ödəniş qrafikinə riayət etməyərək, ödənişləri müqavilə üzrə şərtləşdirilmiş qaydada və vaxtında ödəməmişdir. 24 dekabr 2019-cu il tarixlii UNİ-3338 №-li X11 ilə lizinq verən Union Lizinq” ASC ilə lizinq alan X3 arasında bağlanmış müqaviləyə əsasən “Samand Soren” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 24 ay müddətinə lizinqə verilmişdir. Cavabdeh öhdəliyi lazımi qaydada yerinə yetirmədiyindən iddiaçı iddia tələbinin tam olaraq təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbini qismən təmin etmiş, 15.10.2021-ci il tarixli qətnaməsi ilə məndən 1107,22 (min yüz yeddi manat 22 qəpik) manat əsas borc, 722,56 (yeddi yüz iyirmi iki manat 56 qəpik) manat lizinq mükafatı, 283,79 (iki yüz səksən üç manat 79 qəpik ) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla – cəmi 2143,57 (iki min yüz qırx üç manat 57 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Qalan hissədə iddia təmin edilməmişdir. Tərəflərin izahatları:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi G.Guseinov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və qətnamənin ləğv edilməsini xahiş etdilər.
7. Cavabdehin vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etdi.
8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:
9. Belə ki, iş materiallarında olan 02 sentyabr 2014-cü il tarixli AL-1674 №-li X7 müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, lizinq verən İddiaçı ASC ilə lizinq alan X9 arasında bağlanmış müqaviləyə əsasən “Samand Soren” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 39 ay müddətinə lizinqə verilmişdir.
10. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, lizinqverən lizinq alanın sifariş etdiyi və bu Lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi oan 1 saylı Əlavədə göstərilən əmlakı öz mülkiyyətinə əldə edilməsini və muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Həmin Müqavilənin 1.5-ci bəndinə əsasən,bu Lizinq müqaviləsinin məbləği 10.200 manat təşkil edir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, Lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə Lizinq Alan bu Müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir.
11. Həmin Müqavilənin 13.1-ci bəndinə əsasən, Lizinq alanın təqsiri üzündən Lizinq obyektinin vaxtında qəbul edilməsi mümkün olmadıqda, o, Lizinq Verənə hər gecikdirilmiş gün üçün bu Müqavilənin ümumi məbləğini 0,1 % miqdarında dəbbə pulu ödəyir.
12. Həmin Müqavilənin 13.10-cu bəndinə əsasən, gecikdirilən lizinq ödənişi məbləğinə cərimə kimi gündəlik 0,3 % hesablanır və Lizinq alan tərəfindən Lizinq verənə ödənilir.
13. İş materiallarında olan 10 iyun 2015-ci il tarixli AL-1674 (1) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, X9, Cavabdeh və İddiaçı ASC arasında bağlanmış müqaviləyə əsasən 02 sentyabr 2014-cü il tarixli AL-1674 №-li X11 üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür.
14. Həmin Müqavilənin 1.1.-ci bəndinə əsasən, İddiaçı ASC ilə “öhdəlikləri ötürən” arasında bağlanmış 02 sentyabr 2014-cü il tarixli AL-1674 №-li X11 üzrə “öhdəlikləri ötürən” İddiaçı ASC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”ə ötürür, “öhdəlikləri qəbul edən” isə öhdəlikləri “öhdəlikləri ötürən”ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür.
15. İşdə olan 20 yanvar 2016-cı il tarixli təhvil-təslim aktından görünür ki, həmin tarixdə İddiaçı ASC nümayəndələri tərəfindən həmin şirkətin mülkiyyətində olan və 02 sentyabr 2014-cü il tarixli AL-1674 № həmin müqavilənin obyekti - “Samand Soren” markalı **-AE-*** övlət qeydiyyat nişanlı avtomobili təhvil alınmışdır.
16. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 13 mart 2019-cu il tarixli Arayışından görünür ki, Cavabdeh 02 sentyabr 2014-cü il tarixli AL-1674 №-li X11 üzrə Lizinq Şirkətinə 20 yanvar 2016-cı il tarixinə 8929,66 manat lizinq məbləği üzrə əsas borc, 722,56 manat mükafat borcu və 283,79 manat cərimə borcu olmaqla - cəmi 9936,01 manat məbləğində borcu qalmışdır.
17. İş materiallarına əlavə olunmuş 12.10.2021-ci il tarixli Arayışından görünür ki, Cavabdeh 02 sentyabr 2014-cü il tarixli AL-1674 №-li X11 üzrə Lizinq Şirkətinə 20 yanvar 2016-cı il tarixinə 1107,22 manat lizinq məbləği üzrə əsas borc, 722,56 manat mükafat borcu və 283,79 manat cərimə borcu olmaqla - cəmi 2113,57 manat məbləğində borcu mövcüd olmuşdur.
18. İş materiallarından görünür ki, cavabdehə borcun vaxtında ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Hüquqi dəyərləndirmə:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
20. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
21. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
24. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
26. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
27. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
28. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
29. Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən, cavabdeh lizinq alan Cavabdeh 02 sentyabr 2014-cü il il tarixli X13 müqaviləsi üzrə lizinq obyektindən istifadə hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında müəyyən edilmiş lizinq ödənişlərinin ödənilməsi vəzifəsinin daşıyıcısı olmuşdur.
30. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, lizinqverən lizinq alanın sifariş etdiyi və bu Lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi oan 1 saylı Əlavədə göstərilən əmlakı öz mülkiyyətinə əldə edilməsini və muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Həmin Müqavilənin 1.5-ci bəndinə əsasən, bu Lizinq müqaviləsinin məbləği 10.200 manat təşkil edir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, Lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə Lizinq alan bu Müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir.
31. Həmin Müqavilənin 13.1-ci bəndinə əsasən, Lizinq alanın təqsiri üzündən Lizinq obyektinin vaxtında qəbul edilməsi mümkün olmadıqda, o, Lizinq Verənə hər gecikdirilmiş gün üçün bu Müqavilənin ümumi məbləğini 0,1 % miqdarında dəbbə pulu ödəyir.
32. Həmin Müqavilənin 13.10-cu bəndinə əsasən, gecikdirilən lizinq ödənişi məbləğinə cərimə kimi gündəlik 0,3 % hesablanır və Lizinq alan tərəfindən Lizinq verənə ödənilir.
33. İş materiallarından görünür ki, cavabdeh lizinq obyektindən istifadə hüququndan istifadə etmiş, lakin ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu lizinq ödənişlərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bu səbəbdən, cavabdeh göstərilən ödənişləri iddiaçının xeyrinə ödəməyə borcludur. Başqa sözlə, cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Buna görə də, Cavabdeh lazımınca icra edilməmiş, bununla da müqavilənin və mülki qanunvericiliyin tələblərini pozmuşdur.
34. Mülki Məcəllənin 747-1.3 maddəsinə əsasən lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən şəxsdir. Yəni lizinq müqaviləsinin mahiyyəti ondan ibarətdir ki, lizinq alan lizinq haqqını lizinq obyektindən istifadəyə görə ödəməlidir. Qanunvericiliyin müəyyən etdiyi həmin qaydalara uyğun olaraq hazırkı işdə cavabdehin borcu lizinq obyektini qaytardığı müddətə qədər hesablanmalıdır. Lizinq obyekti istifadə olunmursa və lizinq şirkətinə təhvil verilmişdirsə, lizinq alana borc hesablanmaqda davam edə bilməz. Belə olan halda işin mübahisəsiz halı ilə təsdiq edilir ki, lizinq obyekti 2016-cı ilin yanvar ayında geri qaytarılmışdır.
35. Odur ki, kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim olunan maliyyə arayışına əsasən lizinq alanın qeyd olunan tarixə iddiaçıya olan borc məbləğini əsas borc üzrə 1107,22 manat, mükafat borcu üzrə 722,56 manat, cərimə borcu üzrə isə 283,79 manat olmaqla - cəmi 2113,57 manat məbləğində müəyyən etməklə doğru nəticəyə gəlmişdir.
36. Kollegiya hesab edir ki, mübahisəli lizinq obyektinin yararsız halda iddiaçının sahibliyinə qaytarılması ilə bağlı iddia tələbini birinci instansiya məhkəməsi əsassız hesab etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı bu halın mövcüd olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
37. 24.12.2019-cu il tarixli X5 müəyyən olunur ki, Cavabdeh sahibliyindən alınmış lizinq obyekti - “Samand Soren” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil sonradan digər şəxsin istifadəsi və sahibliyinə verilmiş və bu zaman Müqavilədə həmin avtomobilin yararsız halda olması ilə bağlı hər hansı qeyd-şərt əks olunmamışdır. Bu baxımdan tərəflər arasında bağlanmış Müqavilənin 14.1.3 bəndinə istinadən iddia tələbinin əsassız olmasına dair dəlillərə qiymət verərək, kollegiya qeyd edir ki, Müqavilənin həmin bəndi ilə lizinq alanın cavabdehlik daşımadığı halı üçün lizinq obyektinin istifadə üçün yararsız hala düşdüyü zaman Lizinq alanın təşəbbüsü ilə müqavilənin ləğv edilməsi nəzərdə tutulsa da, cavabdeh və onu təmsil edən tərəfindən bu halı təsdiq edən (lizinq obyektinə vurulmuz zərərə görə cavabdeh olmadığını) sübutu məhkəməyə təqdim etməmişdir.
38. Beləliklə də, kollegiya iş üzrə tədqiq edilən sübutlara, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilərək, Cavabdeh 02 sentyabr 2014-cü il tarixli AL-1674 №-li X13 müqaviləsi üzrə, lizinq obyektinin tam yararsız vəziyyətə düşdüyü 20 yanvar 2016-cı il tarixə 1107,22 manat əsas, 722,56 manat mükafat, həmin günə hesablanmış 283,79 manat dəbbə pulu olmaqla, cəmi 2113,57 manat borcun İddiaçı ASC-nin xeyrinə tutulmasından ibarət birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.
39. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
41. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Apellyasiya şikayətində qətnamənin tam deyil, iddianın təmin olunan hissəsinin ləğv olunması xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız mübahisələndirilən hissədə yoxlayır. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
44. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
45. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməs
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3680/2021 saylı, 15.10.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Anar Tanrıverdiyev