Məhkəmə qərarları › İş №2(103)-11114/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11114/2021

05.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11114/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, üçüncü şəxs Nailə İmanovanın vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 06.10.2021-ci il tarixli qərardadından üçüncü şəxs Nailə İmanova tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, üçüncü şəxs Nailə İmanova tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət əsassızdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 155.1-ci maddəsindən görünür ki, qarşılıqlı iddia vermək hüququ cavabdehə məxsus olan hüquqdur. İddianın adındakı “qarşılıqlı” sözü də bunu təsdiq edir, yəni qarşılıqlı iddianı o şəxs verə bilər ki, ona qarşı iddia verilib. Kimə qarşı iddia verilirsə o, cavabdeh hesab olunur. Belə ki, Mülki-Prosessual Məcəllənin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Nailə İmanova üçüncü şəxsdir, iddiaçının iddia tələbi ona qarşı yönəlməyib. Odur ki, o, qarşılıqlı iddia vermək hüququna malik deyil. Beləliklə, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 06.10.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar