Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1112/2022 05.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı X2 Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı işə bərpa və işləməkdən qanunsuz məhrum etmə nəticəsində vurulmuş bütün növ ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli 2(010)-3317/2021 saylı qərardadından iddiaçının nümayəndəsi, Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı X4 Cavabdeh-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMCyə qarşı işə bərpa və işləməkdən qanunsuz məhrum etmə nəticəsində vurulmuş bütün növ ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X1 işdən azad olunmasının qanunsuz hesab edilərək cavabdehlə bağlanmış 19.10.2019-cu il tarixli əmək müqaviləsinin müddətinin 6 ay 11 gün müddətinə uzadılaraq onun Cavabdeh-də öncəki əmək haqqı ilə öncəki iş yeri böyük mexanika-istismar texniki vəzifəsinə bərpa olunması, yekun məhkəmə aktı qəbul edilənədək 16 iyun 2020-ci il tarixdən buraxılmış məcburi iş buraxma müddətinin üzrlü hesab edilərək 17 iyun 2020-ci il tarixdən başlayaraq iddiaçının işə bərpa olunduğu günə qədər, iddiaçıya aylar və günlər üçün ödənilməyən əmək müqaviləsində qeyd edilən 6200 AZN əmək haqqının kompensasiya şəklində Cavabdeh-dən tutularaq iddiaçıya ödənilməsi, pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkilmiş məhkəmə xərci kimi vəkilə ödənilən vəsait 509 AZN, etibarnamə alınması və surətinin alınması üçün 16,50 AZN, həmçinin “X7” ilə bilet alınmasına görə 1451 AZN və uçuş ilə bağlı Covid-19 virus daşıyıcısı olub-olmamağa dair tibbi yoxlanışa görə 400 AZN və 2 ay yaşamaq üçün icarə haqqına görə 1700 AZN ödəniş edilməsinə dair, ümumilikdə 4076 AZN maddi ziyanın Cavabdeh-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(103)-2898/2021 saylı qətnaməsi ilə iddiaçının qeyd olunan qətnamədən verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 iyul 2021-ci il tarixli 2(102)-4354/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayəti təmin edilməyərək qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçının nümayəndəsi Vəkil 24 avqust 2021-ci il tarixdə məhkəməyə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə, 30 avqust 2021-ci il tarixdə isə hakimə etiraz barədə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 oktyabr 2021-cı il tarixli 2(010)- 3317/2020 saylı qərardadına əsasən iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə buraxılmış prosessual nüddətin bərpa edilməsi barədə və hakimə etiraz barədə ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı X2 nümayəndəsi, Vəkil şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qərardadı qanunsuz və əsassız olmaqla maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan həmin qərardad ləğv edilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli 2(010)- 3317/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. İş materiallarından göründüyü kimi iddiaçının tələbi üzrə mülki işə mahiyyəti üzrə baxılaraq iş üzrə qətnamə qəbul edilmişdir. Qeyd olunan məhkəmənin yekun aktından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, sonradan isə iddiaçının vəkili tərəfindən Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmiş, şikayətlər təmin edilməmişdir. Belə olan halda iddiaçının vəkili Azəbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi və prosessual müddətin bərpa edilməsi, eləcə də hakimə etiraz edilməsi barədə ərizəsi həm yolverilməz, həm də qanunun tələbinə ziddir. Qeyd olunduğu kimi, iddiaya mahiyyəti üzrə baxılaraq yekun qətnamə qəbul olunmuş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Buna görə də şikayət təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli 2(010)-3317/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı X2 nümayəndəsi, Vəkil şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli 2(010)- 3317/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1112/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1112/2022
05.01.2022 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver