Məhkəmə qərarları › İş №2(103)-1114/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1114/2024

18.12.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1114/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 qarşı “qanunsuz inşa edilmiş tikililərin və hasarın mülkiyyətində olan torpaq sahəsinə qanunla müəyyən girişçıxış yolunun bərpa edilməsi hissəsində sökülməsi, giriş-çıxış yolunun bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (qanunsuz inşa edilmiş tikililərin sökülməsi, giriş-çıxış yolunun bərpa edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X20 və X3 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X4, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil4, Cavabdeh4, onun vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(008)-710/2019 nömrəli qətnaməsindən İddiaçı və cavabdehlər Cavabdeh2 və X8 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.ünvan 1 ünvanda sahəsi 1200 kv.m. olan torpaq sahəsi Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 05 aprel 1993-cü il tarixli, 682 saylı sərəncamı ilə X14 şəxsi yaşayış evi tikmək üçün ayrılmış, onun torpaq sahəsi üzrə mülkiyyət hüququ 24 yanvar 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və 25 iyul 2018-ci il tarixli müqavilə ilə İddiaçı satılmaqla, hazırda sonuncunun mülkiyyətindədir. 2.Qeyd olunan torpaq sahəsinin cənub tərəfində giriş-çıxış piyada yolunun sağ tərəfində olan torpaq sahələri Cavabdeh2, Cavabdeh1, sol tərəfində isə Cavabdeh4 və Cavabdeh3 faktiki istifadələrində olmaqla, üzərində tikililər və hasar inşa olunmuşdur. Həmin tikililər üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin giriş-çıxış yolunda qanunsuz inşa edilmiş hasar və tikililərin yolunu məhdudlaşdırması hissəsində (sağ tərəfdən 1 metr, sol tərəfdən 1 metr, yolun eni 5 metr müəyyən edilməklə) sökülməsi, Cavabdeh2 evinə və həyətyanı sahəsinə əks tərəfdən darvazanın və giriş qapısının mövcüd olması səbəbi ilə giriş qapının və darvazanın bağlanmaqla torpaq sahəsinə qanunla müəyyən edilmiş norması hüdudlarında giriş-çıxış yolunun bərpa edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılır ki, iddiaçıya məxsus torpaq sahəsi yaşayış sahəsinin inşa edilməsi üçün nəzərdə tutulmuş torpaq sahəsidir. Lakin, cavabdehlər ona məxsus torpaq sahəsinin giriş-çıxış yolunu məhdudlaşdırmaqla qanunla qorunan mülkiyyət hüquqlarını pozmuşdur. Peykdən çəkilmiş həmin yerin görüntüsündən məlum olduğu kimi, iddiaçıya məxsus həmin torpaq sahəsinə giriş-çıxış yolu cavabdehlərin qanunsuz inşa etdikləri tikililər və hasarlarla məhdudlaşdırılmış, girişçıxış yolu bir cığır kimi daraldılmışdır. Hazırda iş üzrə cavabdehlər mülkiyyətində olan torpaq sahəsinə müəyyən edilmiş giriş-çıxış yolunu zəbt edərək qanunsuz özbaşına evlər və hasarlar inşa etmiş, nəticədə də torpaq sahəsinə giriş-çıxış yolunun eni bir metrəyədək daraldılaraq ümumiyyətlə avtomaşınların torpaq sahəsinə giriş-çıxışını mümkünsüz vəziyyətə salmışlar. Mövcud vəziyyətdə iddiaçıya məxsus torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmək üçün tikinti və digər materialların gətirilməsi və ya gələcəkdə buna zərurət yarandığı halda yanğınsöndürən və ya təcili yardım avtomaşınların həmin torpaq sahəsinə daxil olmasını təmin etmək qeyri-mümkündür. Cavabdehlərin heç bir hüquqi əsası olmadan qanunla müəyyən edilmiş iddiaçıya məxsus torpaq sahəsinə giriş-çıxış yolunda qanunsuz tikililər və hasarlar inşa etməklə məhdudlaşdırılması kimi hərəkətləri qanunsuz və əsassız hesab edilməklə həmin tikililərin yolunun məhdudlaşdırılması hissəsində sökülməlidir. 5.Birinci instansiya məhkəməsində Cavabdeh4 və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək bildirmişlər ki, iddiaçının sökülməsini tələb etdiyi evi həmin şəkildə almış, iddiaçı torpaq sahəsini alarkən Cavabdeh4 məxsus evi və hasarı görmüşdür. Lakin cavabdehin qeyd olunan ünvana dair hüquq müəyyənedici sənədi yoxdur. O, həmin evdə ailəsi ilə birlikdə yaşayır. İddiaçının qeyd olunan ərazidə başqa torpaq sahələri də olmuş, həmin sahələri fərqli şəxslərə satmışdır. Qeyd olunan torpaq sahəsinin də digər tərəfdən küçəyə çıxışı olmuşdur. 6.Birinci instansiya məhkəməsində Cavabdeh2 iddia tələbinə etiraz edərək göstərmişdir ki, o uzun müddət əvvəl yaşadığı evi almış, lakin ev daşınmaz əmlakın dövlət reyestrindən rəsmi qeydiyyatdan keçməmişdir. İddiaçı qeyd oluna ərazidə böyük torpaq sahəsi əldə edərək, onu hissə-hissə satmağa başlamışdır. Həmin vaxt torpaq sahəsinin digər avtomobil yoluna çıxışı olmuşdur. Cavabdehin yaşadığı ev və həmin evin hasarı əvvəlcədən də hazırkı vəziyyətdə olmuş, evin hasarı evə tam bitişik inşa edilmişdir. Evə zərər vurulmadan hasarın sökülməsi mümkün deyildir. 7.Birinci instansiya məhkəməsinə təqdim edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 23 aprel 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, mübahisələndirilən ərazinin koordinatları müəyyən edilməklə yerində ölçülmüşdür. Ölçmə işlərinin nəticəsi kameral şəraitdə elektron kadastr bazasında araşdırılaraq rəyə əlavə edilmiş sxemlər hazırlanmışdır. Sxemlərdən göründüyü kimi İddiaçı reyestr nömrəsi **********58 olan çıxarışa əsasən mülkiyyətində olan 0,1200 hektar torpaq sahəsinə yolun eni 2,6 metr olmaqla, bir girişçıxış qapısı mövcuddur. Elektron kadastr baza məlumatlarında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 torpaq sahəsinin ayrılması barədə heç bir məlumat aşkar edilmədi. İddiaçı reyestr nömrəsi **********58 olan çıxarışa əsasən mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən torpaq sahəsinə giriş-çıxış yolun sağ və sol hissəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 tərəfindən fərdi evlərin tikilməsi və torpaq sahələrinin daş hasara alınması nəticəsində məhdudlaşdırılmışdır. Cavabdehlərin istifadələrindəki həmin fərdi yaşayış evlərin inşa edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi, qabaqcadan icra hakimiyyəti orqanı ilə razılaşdırılmış memarlıq və planlaşdırma bölməsi tərəfindən təsdiq edilmiş tikinti layihələri olması barədə məlumat aşkar edilmədi. İddiaçı məxsus ünvan 4 ünvanda yerləşən torpaq sahəsinə girişçıxış yolunun eni 2,6 metr olmaqla geniş dalana qədər 25 metrdir. İddiaçı adına olan Bakı şəhəri, Zabrat qəsəbəsində yerləşən 5F saylı, 0,12 ha torpaq sahəsinin naturada yeri müəyyən edildi, hasara alınmış həyətyanı sahədir və yerləşmə mövqeyi elektron kadastr baza məlumatlarında onun adına verilmiş reyestr nömrəsi **********58 olan çıxarışın yerləşmə mövqeyi ilə (eynidir) üst-üstə düşür, onun qonşuluğunda hər hansı fiziki və ya hüquqi şəxsə torpaq sahəsinin ayrılması barədə məlumat yoxdur. İddiaçı faktiki istifadəsində olan ümumi torpaq sahəsi 0,1199 hektardır. İddiaçı istifadəsində və mülkiyyətində olantorpaq sahəsindən ümumi istifadədə olan gediş-gəliş yollarına çıxışı mübahisələndirilən eni 2,6 metr olan dalana çıxan bir yoldur, başqa çıxış yoxdur. Ətraflar həyətyanı sahələr və evlərdir. Cavabdehlərin yaşadığı fərdi yaşayış evlərinə xidmət edən hasarın və tikililərin İddiaçı mülkiyyətində olan torpaq sahəsinə nəqliyyat vasitələrinin giriş-çıxışını məhdudlaşdırır. 8.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(008)-710/2019 nömrəli qətnaməsi ilə (hakim-Anar Rzayev) iddia tələbi qismən təmin edilərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən sahəsi 0,12 ha olan torpaq sahəsinin giriş-çıxış yolunda cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 məxsus qanunsuz inşa edilmiş hasar və tikililərin yolun (nəqliyyat vasitələrinin hərəkətinin) məhdudlaşdırıldığı hissədə sökülməsi və həmin torpaq sahəsinə giriş-çıxış yolu bərpa edilməsi qət edilmişdir. 9.Birinci instansiya məhkəməsi təqdim edilmiş mütəxəssis rəyinə istinadən qeyd etmişdir ki, iddiaçılar tərəfindən torpaq sahəsinə giriş-çıxış yolu həmin yolun sağ və sol hissəsində cavabdehlər tərəfindən fərdi evlərin tikilməsi və torpaq sahələrinin daş hasara alınması nəticəsində məhdudlaşdırılmışdır, cavabdehlərin istifadələrindəki həmin fərdi yaşayış evlərin inşa edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi, qabaqcadan icra hakimiyyəti orqanı ilə razılaşdırılmış memarlıq və planlaşdırma bölməsi tərəfindən təsdiq edilmiş tikinti layihələri olması barədə məlumat aşkar edilməmişdir. Eləcə də, elektron kadastr baza məlumatlarında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X11 torpaq sahəsinin ayrılması barədə heç bir məlumat aşkar edilməmişdir. Cavabdehlərin yaşadığı fərdi yaşayış evlərinə xidmət edən hasarın və tikililərin İddiaçı mülkiyyətində olan torpaq sahəsinə nəqliyyat vasitələrinin giriş-çıxışını məhdudlaşdırır. 10.Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 152, 157.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat 11.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(008)-710/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı qaldırdığı ünvan 4 torpaq sahəsinin giriş-çıxış yolunda qanunsuz inşa edilmiş hasar və tikililərin yolunun məhdudlaşdırılması hissəsində sökülməsi və ona məxsus torpaq sahəsinə qanunla müəyyən edilmiş norması hüdudlarında girişçıxış yolunun bərpa edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 12.İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qeyd edilmiş qətnaməsinin iddianın təmin edilməmiş hissəsi ilə razı deyil, hesab edir ki,cavabdehlərə qarşı iddia təmin edilməmiş hissəsində də təmin edilməlidir.Məhkəmə məlum nəticəyə gələrkən məhkəmə araşdırmaları zamanı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən sahəsi 0,12 ha olan torpaq sahəsinin giriş-çıxış yolunun sağ və sol tərəfdən ferdi yaşayış evlərin tikilməsi və hazarlların çəkilməsi nəticəsində məhdudlaşdırılması, həmin tikililərin inşa edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi, qabaqcadan müəyyən edilmiş razılaşdırılması aşkar edilmədiyini, cavabdehlərə qeyd edilmiş tikililərin inşa edilməsi üçün torpaq sahəsinin ayrılması müəyyən ediilmədiyini, həmin tikililərin inşa edilməsi mülkiyyətimdə olan torpaq sahəsinə nəqliyyat vasitələrinin giriş-çıxışını məhdudlaşdırdığını əsas olaraq götürmüşdür.Məhkəmənin istinad edilmiiş nəticəsi işin həqiiqii halları və qüvvədə olan maddi hüquq normaları ilə tam təkzib olunur. İlk növbədə hesab edir ki,məhkəmənin AR MM-nin 157.2-ci maddənin tələblərini əsas götürərək iddiamın qismən təmin edilməsi cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş tikililərin sökülməsi və mülkiyyətimdə olan torpaq sahəsinə giriş-çıxış yolunun məhdudlaşdırılması və yolun bərpa edilməsinə dair qətnamə çıxarmış olsa da, iddia tam təmin edilmədiyindən, ona məxsus 0,12 ha torpaq sahəsinin giriş-çıxış yolunun sağ və sol tərəfdən cavabdehlər tərəfindən hansı hissədə və məsafədə qanunsuz ferdi yaşayış evlər inşa etməklə və hasarlar çəkmələri nəticəsində məhdudlaşdırılması qət edilməməsi müəyyən edilmədiyindən gələcəkdə həmin qətnamənin icrası münkün deyildir. Belə ki, uzun sürən məhkəmə araşdırmaları zamanı müəyyən edilmiş işin həqiqi halları ondan ibarətdir ki, ünvan 1 ünvanda yerləşən sahəsi 0,12 ha olan torpaq sahəsi şəxsi mülkiyyətimdədir, cavabdehlər ona məxsus torpaq sahəsinin giriş-çıxış yolunun sağında və solunda qanunsuz fərdi evlər və daş hasarlar inşa etməklə torpaq sahəmə giriş-çıxış yolunu eni 2,6 metr qalmaqla daraltmış, nəticədə də iddiaçıya məxsus torpaq sahəsinə avtomaşınların girişçıxışını tam məhdudlaşdırmışlar. Bu hal iş üzrə verilmiş torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İ.Şərifovun xx.xx.2019-cu il tarixli mütəxəssis rəyi və iş materiiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak X12 Daşınmaz Əmlakın "xxxx" MMC Bakı lahiyyə Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli torpaq sahəsinin faktiki yerləşmə sxemi ilə öz təsdiq olunur.Həmin sənədlərdən məlum olur ki, mülkiyyətində olan torpaq sahəsi istiqamətində geniş yol olmuş, lakin cavabdehlər tərəfindən qanunsuz inşa etdikləri ferdi evlər və hasarlar nəticəsində həmin yol eni 2.6 metr olmaqla 25 metr uzunluğunda məhdudlaşdırılmışdır. Məhkəmənin ekspertin qarşısına qoyduğu 4- cü”'cavabdehlər tərəfindən inşa etdikləri ferdi yaşayış evləri inşa etmələri və həyətyanı torpaq sahələrini hasara alınması nəticəsində mənə məxsus torpaq sahəsinə giriş-çıxış yolu hansı hissədə zəbt edilmişdir və məhdudlaşdırılmışdır? ” və 5-ci ‘‘hazırda mövcud olan mənə məxsus ünvan 1 ünvanda yerləşən sahəsi 0,12 ha olan torpaq sahəsinə giriş-çıxış yolu normal istifadə, yanğın və təhlükəsizlik qaydalarına uyğundurmu? ” sualaarına iş üzrə verilmiş torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İ.Şərifovun xx.xx.2019-cu il tarixli mütəxəssis rəyində “4-cü və 5-ci sualların cavablandırılması tikinti-texniki ekspertizasının səlahiyyətinə aiddir”göstərilmiş olsa da, məhkəmə işin hallarının tam araşdırılması və düzgün hüquqi nəticə verilməsi üçün vacib olmasına əhəmiyyət vermədən həmin sualların cavablandırılması üçün işi məhkəmə-tikinti ekspertizasına göndərməmiş, nəticədə də gələcəkdə icrası münkün olmayan qətnamə qəbul etmişdir. Bu əsasla da hesab edir ki, yuxarıda istinad edilmiş halların müəyyən edilməsi üçün iş üzrə məhkəmə-tikinti ekspertizasına göndərilməsi zəruridir. AR MM-nin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır.Həmin Məcəllənin 180.2-ci maddəyə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir və 180.3-cü maddəsinə görə də özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o halda tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafələrini pozursa göstərilən şəxsin özbaşına tikiliyə mülkiyyət hüququ tanına bilməz.Nəhayət AR MM-nin 180.4-ci maddəsinə görə isə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Birinci instansiya məhkəməsində aparılmış məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdehlər heç bir hüquqi əsası olmadan qanunla müəyyən edilmiş ona məxsus torpaq sahəsinə giriş-çıxış yolunu zəbt etməklə qanunsuz ferdi yaşayış evləri inşa etmiş, həyətyanı torpaq sahələrini daş hasara almışlar. AR Konstitusiyasının 13-cü, 29-cu maddələrinə və AR MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona məxsus əmlaka öz istədiyi kimi sahib olmaq,ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Məhkəmə isə hazırki qətnaməni qəbul edərkən qanunla qorunan bu hüquqlarının müdafiəsinin tam təminatını pozaraq iş üzrə cavabdehlər tərəfindən ona məxsus torpaq sahəsinə giriş-çıxış yolunun məhdudlaşdırmasını təstiq edən qətnamə qəbul etmiş, məhdudlaşdırma cavbdehlərin hansıları və hansı hissədə aparıldığını müəyyən edilməmiş və gələcəkdə icrası mümkün olmayan qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyasından ünvan 4 torpaq sahəsinin giriş-çıxış yolunda qanunsuz inşa edilmiş hasar və tikililərin iddiaçının yolunun məhdudlaşdırılması hissəsində sökülməsi və ona məxsus torpaq sahəsinə qanunla müəyyən edilmiş norması hüdudlarında giriş-çıxış yolunun bərpa edilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. 13.Həmçinin cavabdehlər Cavabdeh2 və Cavabdeh4 birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(008)-710/2019 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. 14.Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, bu iddia ilə əlaqədar məhkəmə baxışı zamanı biz İddiaçı mülkiyyətində olan 5 “F” saylı torpaq sahəsinə dair çıxarışın verilməsinə əsas olmuş sənədlərin alınması barədə məhkəmədə vəsatət vermişlər. Vəsatətləri əsasında AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin sənədlər alınmış və sənədlərə baxış zamanı məlum olmuşdur ki, həmin torpaq sahəsinə dair Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1993-cü il tarixli, 682 saylı sərəncam verilsə də, həmin torpaq sahəsinə dair cizgi xx.xx.2017-ci il tarixində əldə edilmişdir. Təbii ki, torpaq sahəsinin yerləşdiyi ərazinin müəyyən edilməsi barədə Sabunçu Rayon İcra Hakimiyyətinin Memarı tərəfindən bu torpaq sahəsinə dair cizgi hələ 1993-cü ildə tərtib edilməli olduğu halda qanunsuz olaraq 2017-ci ildə həmin İcra Hakimiyyətinin bu cizgini verməyə heç bir səlahiyyəti olmayan Rayon İcra Hakimiyyətinin X7 tərəfindən təsdiq edilmişdir. Bu sənədlərin özü İddiaçı tərəfindən həmin çıxarışın qanuni tələblərinin pozulması ilə əldə etdiyini sübut edirdi.Bu məsələlərə aydınlıq gətirmək üçün əlavə olaraq bəzi sənədlərin əldə edilməsi barədə vəsatət vermişlər. Amma əfsuslar olsun ki, məhkəmə tərəfindən əsassız olaraq vəsatətləri təmin edilməmişdir.Bu da məhkəmə tərəfindən AR MPM-nin 14, 76, 184-cü maddələrinin tələblərinin pozulması deməkdir. Həmçinin, mülki işin sənədlərindən də görünür ki, İddiaçı mübahisə predmeti olan torpaq sahəsini 2018-ci ilin iyul ayından əldə etmişdir. Əgər həqiqətən həmin torpaq sahəsi 2018-ci ildə əldə edilmişdirsə, onda İddiaçı hər bir normal insan kimi bu torpaq sahəsini almamışdan əvvəl həmin torpaq sahəsinə baxış keçirilməli, həmin torpaq sahəsinə gediş-gəlişin bağlı olub-olmadığını, həmçinin torpaq sahəsi ilə əlaqədar hər hansı mübahisənin olub-olamamasım aydınlaşdırmalı idi. Lakin işin hallarından da görünür ki, İddiaçı əvvəl bu torpaq sahəsinin mülkiyyətçisi olmuş X13 adından istifadə etmiş, Eldar bu iddiadan imtina etdikdən sonra isə öz adından iddia vermişdir. Əfsuslar olsun ki, məhkəmə işin hallarını ətraflı araşdırmamış və yalnız iddiaçının həmin toraq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışa əsaslanaraq onun iddiasını təmin etmişdir. Ona görə də hesab edirlər ki, bu mülki iş daha ətraflı araşdırılmalı və ədalətli qətnamə qəbul edilməlidir. 15.Apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 10/2041 saylı, 29 dekabr 2020-ci il tarixli Rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 15 sentyabr 2020-ci il tarixli **********70 saylı mütəxəssis rəyinə əsasən, elektron kadastr baza məlumatlarında cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və Cavabdeh3 mübahisələndirilən ərazidə torpaq sahəsinin ayrılması, eləcə də hüquqi və ya texniki sənədin verilməsi barədə heç bir məlumatın aşkar edilməməsi, cavabdehlərin istifadələrindəki həmin fərdi yaşayış evlərinin inşa edilməsi üçün müvafiq İcra Hakimiyyəti orqanının icazəsi, qabaqcadan İcra Hakimiyyəti orqanı ilə razılaşdırılmış memarlıq və planlaşdırma bölməsi tərəfindən təsdiq edilmiş tikinti lahiyyələrinin təqdim edilməməsi (olmaması) səbəbindən, iddiaçıya məxsus ünvan 4 ünvanda yerləşən torpaq sahəsinə gedən uzunluğu 25 metr olan yolun eninin ilkin olaraq nə qədər olmasını müəyyən etmək mümkün olmamışdır.Mütəxəssis rəyinə əsasən cavabdehlərə dair yuxarıda qeyd edilən sənədlərin təqdim edilməməsi (olmaması) səbəbindən onlar tərəfindən fərdi yaşayış evləri inşa etmələri və həyətyanı torpaq sahələri hasara alınması nəticəsində həmin torpaq sahəsinə giriş-çıxış yolunun hansı hissədə və hansı məsafədə zəbt edilməsi və məhdudlaşdırılmasını müəyyən etmək mümkün olmamışdır.Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 5 ünvanda yerləşən torpaq sahəsinə keçid yolunun Dövlət Şəhərsalma Norma Qaydaları Şəhər, Qəsəbə və X2 və Tikilib Abadlaşdırılması AzDTN 2.6-1-in 8.18. bəndinin (cədvəl 9), 8.19. bəndinin və “Yanğın əleyhinə tələblər” bölməsinin tələblərinə uyğun olmadığı müəyyən edilir. 16.Apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 10/1625 saylı, 16 iyul 2021-ci il tarixli Rəyindən müəyyən olunur ki, tədqiqatın təsviri hissəsinə əsasən tədqiqat ünvan 6 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi üzrə aparılır. Tədqiqatın aparılması üçün həmin torpaq sahəsinə gedən yola baxış keçirilərək ölçü işləri aparılmış və mülki iş materiallarından istifadə olunmuşdur.Baxış zamanı müəyyən olunmuşdur ki, tədqiq olunan torpaq sahəsi trapesiya formalı olub, dörd tərəfdənqonşu torpaq sahələri və fərdi yaşayış evləri ilə əhatə olunmuşdur. Torpaq sahəsinə giriş məhəllə daxili yol ilə həmin sahəni birləşdirən dalan vasitəsilədir. Dalanın uzunluğu 25,0 metr, eni isə başlanğıc hissədə 2,6 metr, torpaq sahəsinə giriş hissədə 2,5 metr təşkil edir.İddiaçıya məxsus ünvan 7 ünvanda yerləşən torpaq sahəsinə gedən yolun soldan 1 metr və sağdan 1 metr olmaqla enlənməsi üçün sağ tərəfdən hasar və fərdi yaşayış evi, sol tərəfdən isə daş hasar maneçilik törədir.Həmin tikililərin sökülərək yolun genişləndirilməsi mümkündür. Beləliklə, tədqiqatın nəticə hissəsinə əsasən iddiaçıya məxsus ünvan 8 ünvanda yerləşən torpaq sahəsinə gedən yolun soldan 1 metr və sağdan 1 metr olmaqla enlənməsi üçün sağ tərəfdən hasar və fərdi yaşayış evləri, sol tərəfdən isə daş hasar maneçilik törədir.Həmin tikililərin 1 metr məsafədə sökülərək yolun genişləndirilməsi mümkündür. 17.Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Seriya RX ******* saylın çıxarışın surətindən görünür ki, ünvan 9 ünvanda yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi xx.xx.2018-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmışdır. Lakin həmin torpaq sahəsinə giriş-çıxış yolu həmin yolun sağ və sol hissəsində cavabdehlər tərəfindən fərdi evlərin tikilməsi və torpaq sahələrinin daş hasara alınması nəticəsində məhdudlaşdırılmışdır, cavabdehlərin istifadələrindəki həmin fərdi yaşayış evlərin inşa edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi, qabaqcadan icra hakimiyyəti orqanı ilə razılaşdırılmış memarlıq və planlaşdırma bölməsi tərəfindən təsdiq edilmiş tikinti lahiyələri olması barədə məlumat aşkar edilməmişdir.Eləcə də, elektron kadastr baza məlumatlarında cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 və X11 torpaq sahəsinin ayrılması barədə heç bir məlumat aşkar edilməmişdir.Cavabdehlərin yaşadığı fərdi yaşayış evlərinə xidmət edən hasarın və tikililərin (fərdi yaşayış evlərinin) İddiaçı mülkiyyətində olan torpaq sahəsinə nəqliyyat vasitələrinin giriş-çıxışını məhdudlaşdırır. İş materiallarında olan apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 10/2041 saylı, 29 dekabr 2020-ci il tarixli Rəyindən və 10/1625 saylı, 16 iyul 2021-ci il tarixli Rəyindən müəyyən olunur ki, ünvan 5 ünvanda yerləşən torpaq sahəsinə keçid yolunun Dövlət Şəhərsalma Norma Qaydaları Şəhər Qəsəbə və X2 və Tikilib Abadlaşdırılması AzDTN 2.6-1-in 8.18. bəndinin (cədvəl 9), 8.19. bəndinin və “Yanğın əleyhinə tələblər” bölməsinin tələblərinə uyğun olmadığı müəyyən edilir. Tədqiqatın aparılması üçün həmin torpaq sahəsinə gedən yola baxış keçirilərək ölçü işləri aparılmış və mülki iş materiallarından istifadə olunmuşdur.Baxış zamanı müəyyən olunmuşdur ki, tədqiq olunan torpaq sahəsi trapesiya formalı olub, dörd tərəfdən qonşu torpaq sahələri və fərdi yaşayış evləri ilə əhatə olunmuşdur. Torpaq sahəsinə giriş məhəllə daxili yol ilə həmin sahəni birləşdirən dalan vasitəsilədir. Dalanın uzunluğu 25,0 metr, eni isə başlanğıc hissədə 2,6 metr, torpaq sahəsinə giriş hissədə 2,5 metr təşkil edir.İddiaçıya məxsus ünvan 7 ünvanda yerləşən torpaq sahəsinə gedən yolun soldan 1 metr və sağdan 1 metr olmaqla enlənməsi üçün sağ tərəfdən hasar və fərdi yaşayış evi, sol tərəfdən isə daş hasar maneçilik törədir.Həmin tikililərin sökülərək yolun genişləndirilməsi mümkündür. Beləliklə, tədqiqatın nəticə hissəsinə əsasən iddiaçıya məxsus ünvan 8 ünvanda yerləşən torpaq sahəsinə gedən yolun soldan 1 metr və sağdan 1 metr olmaqla enlənməsi üçün sağ tərəfdən hasar və fərdi yaşayış evləri, sol tərəfdən isə daş hasar maneçilik törədir.Həmin tikililərin 1 metr məsafədə sökülərək yolun genişləndirilməsi mümkündür. 18.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2(103)- 216/2021 nömrəli qətnaməsi ilə (hakim Ş.A.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər R.Ə.Eyvazovdan və F.Ş.Talışinskidən ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti tam, cavabdehlərin apellyasiya şikayətləri qismən təmin olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(008)-710/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə - iddiaçının mülkiyyətinə gedən yolun məhdudlaşdırılması hissədə ləğv olunmuş, həmin hissədə yeni qətnamə qəbul olunaraq, iddianın həmin hissədə təmin olunması, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən sahəsi 0,12 ha olan torpaq sahəsinin giriş-çıxış yolu soldan 1 metr və sağdan 1 metr olmaqla enləndirilməsi məqsədi ilə sağ tərəfdən hasar və tikililər (fərdi yaşayış evi (evləri)), sol tərəfdən isə daş hasarların sökülərək yolun genişləndirilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. 19.Apellyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş ekspertiza rəylərinə istinad etməklə, mövqeyini Konstitusiyanın 29-cu maddəsi, Mülki Məcəllənin 152-ci maddəsi, Dövlət Şəhərsalma Norma və Qaydaları Şəhər, Qəsəbə və X2 və Tikilib Abadlaşdırılması AzDTN 2.6-1-in 8.18. bəndinin (cədvəl 9), 8.19. bəndinin və “Yanğın əleyhinə tələblər” bölməsinin tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat 20.Cavabdeh4 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 noyabr 2021-ci il i tarixli, 2(103)-216/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 21.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3743/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2(103)- 216/2021 nömrəli qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. 22.Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, İddiaçı ünvan 10 ünvanında yerləşən 0,12 ha torpaq sahəsini 25 iyul 2018-ci il tarixdə X9 almışdır. Həmin torpaq sahəsi satıcıya Sabunçu rayon İcra Hakimiyyətinin 05 aprel 1993-cü il tarixli sərəncamı ilə ayrılmış, mülkiyyət hüququ isə 24 yanvar 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 23.Həmçinin müəyyən olunur ki, birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh4 iddiaya etiraz edərək izahatında göstərmişdir ki, iddiaçının torpaq sahəsini alarkən cavabdehlərə məxsus evin və hasarın mövcudluğunu görmüşdür. 24.Eyni dəlili cavabdeh apellyasiya şikayətində və apellyasiya məhkəməsinin sonuncu iclasında verdiyi izahatında da irəli sürmüş, əlavə olaraq göstərmişdir ki, əvvəlki mülkiyyətçi ilə eyni məsələ ilə bağlı məhkəmə mübahisəsi olmuş və X16 iddiasından imtina etmişdir. 25.İş materiallarına əsasən iddiaçı hazırki iddia ilə 18 sentyabr 2018-ci il tarixdə, yəni torpağa mülkiyyət hüququnu aldığı təxminən 2 ay sonra məhkəməyə müraciət etmişdir. 26.Cavabdehlər mübahisəli yolun ətrafında tikililər inşa edərək, uzun müddət ərzində həmin tikililərdən hər hansı etiraz olmadan istifadə etmələrini bildirmişlər. İddiaçı isə torpaq sahəsini 2018ci ilin iyul ayında almışdır. Belə olduğu halda, apellyasiya məhkəməsi iddiaçının torpaq sahəsini alarkən ətrafda tikililərin olmasını, yolunun isə dar olmasını bilməli olduğu nəzərə almaqla, iddiaya Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri baxımdan hüquqi qiymət verməli idi ki, bununla bağlı qiymətləndirmə qətnamədə aparılmamışdır. 27.Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, cavabdehlərin tikililərinin hüquq müəyyənedici sənədlərinin olmaması Mülki Məcəllənin qeyd olunan normasının tətbiqini istisna etmir. 28.Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, Konvensiyanın 8-ci maddəsinə əsasən “mənzil” anlayışı qanuni şəkildə zəbt olunmuş və ya qanuni əsaslarla yaradılmış binalarla məhdudlaşmır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan müstəqil anlayışdır. Ayrı-ayrı anlayışların Konvensiyanın 8-ci maddəsi ilə müdafiə olunan “mənzil” anlayışına uyğun olub-olmaması, faktiki şəraitə əsasən, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olaraq qiymətləndiriləcəkdir (bax: Prokopoviç Rusiyaya qarşı, № 58255/00, § 36, AİHM 2004). 29.Misal üçün, Məmmədova Azərbaycana qarşı 06 iyun 2023-cü il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçi sözügedən binada 1996-cı ildən ailəsi ilə birlikdə yaşayırdı və bu fakt hökumət tərəfindən mübahisələndirilməmişdir. Buna görə də, Konvensiyanın 8-ci maddəsinin müddəalarına əsasən, bina ərizəçinin mənzili idi. Ərizəçinin şikayətinə Konvensiyanın 8-ci maddəsi tətbiq edilə bilər. 30.Bundan başqa, yuxarıda qeyd olunduğu kimi, cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarət olmuşdur ki, torpaq sahəsinin əvvəlki mülkiyyətçisi X16 əvvəllər də cavabdehlərə qarşı eyni tələblə məhkəməyə müraciət etmiş, sonradan isə iddiasından imtina etmişdir. 31.Apellyasiya instansiyası məhkəməsi tərəfindən isə apellyasiya şikayətinin həmin dəlili üzrə ümumiyyətlə araşdırma aparılmamış, tərəflərə suallar verilməmiş, sübutların təqdim edilməsi təklif olunmamışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, bu məqsədlə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməli, zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif etməlidir. 32.Nəhayət, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin hazırki qətnaməsinin nəticə hissəsi Mülki Prosessual Məcəllənin 223.1-ci maddəsinin tələbləri pozulmaqla, qeyri-dəqiq tərtib edilmişdir. 33.Belə ki, qətnamə ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin giriş-çıxış yolunun soldan 1 metr, sağdan 1 metr olmaqla hasar və tikililərin sökülməsi qət edilsə də, həmin hasar və tikililərin cavabdehlərdən hər birinə aid hissəsi müəyyən olunmamış və qətnamədə qeyd edilməmişdir. 34.Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, iddianın əsaslılığını müəyyən etmək məqsədi ilə sökülməsi tələb olunan tikililərin cavabdehlərin istifadəsində nə vaxtdan olması, həmin tikililərin hansı məqsədlər üçün istifadə edilməsi, cavabdehlərin hüquqları daşınmaz əmlakın dövlət reyestrinə qeydə alınmasa da, faktiki istifadə və sahibliklərinə səlahiyyətli dövlət orqanları və maraqlarına toxunan digər şəxslər tərəfindən etiraz edilib-edilməməsi, belə etirazlar olduğu halda bunun nəticəsi, o cümlədən əvvəlki mülkiyyətçinin hazırki tələblə cavabdehlərə qarşı iddia veribverməməsi, həmin mülki mübahisənin nəticəsi barədə iddiaçının xəbəri olub-olmaması və s. məsələlər araşdırılmaqla, verilən iddia ilə iddiaçının hüquqdan sui-istifadəyə yol verməsinin mümkünlüyünə hüquqi qiymət verilməli idi ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu istiqamətdə ümumiyyətlə qiymətləndirmə aparılmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 35.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat Məhkəmə icraatı iştirakçılarının izahatları 36.Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X10 apellyasiya şikayətini müdafiə etdilər, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. 37.Məhkəmə kollegiyasının iclasında Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil4 öz apellyasiya şikayətlərini müdafiə etdilər, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. 38.Məhkəmə kollegiyasının iclasındaCavabdeh4 və onun vəkili Vəkil2 öz apellyasiya şikayətlərini müdafiə etdilər, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının:

39. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

40. 29-cu maddəsinin 1-ci bəndi. Hər kəsin mülkiyyət hüququ vardır.

41. 29-cu maddəsinin 2-ci bəndi. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 42.Maddə 6.1.4-cü maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 43.Maddə 140.Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 44.Maddə 152.1.Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 45.Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 46.Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 47.Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 48.157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:

49. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

50. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

51. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 52.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 53.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 54.Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 55.Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 56.Maddə 107.Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 57.Maadə 115.0.1. Şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 58.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 59.Maddə 223.1.Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. 60.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 61.Maddələr 385.1.1, 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.

Apellyasiya baxışının hədləri

62.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 63.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

64.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, qeyd olunan hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. 65.Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar əsasında işin mübahisəsiz halı olaraq müəyyən olunmuşdur ki, ünvan 9 ünvanda yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi 24 yanvar 2018-ci il tarixdə X13 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. X16 anoloji iddia ilə hazırkı iş üzrə cavabdehlərə qarşı 10 may 2018-ci ildə məhkəməyə müraciət etmişdir. X16 tərəfindən hazırkı iş üzrə iddiaçıya 21 iyun 2018-ci ildə etibarnamə verilmişdir. X16 mülkiyyətində olan ünvan 9 ünvanda yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini 25 iyul 2018-ci ildə notariat qaydda təsdiq edilmiş alğı-satqı müqaviləsi əsasında hazırkı iş üzrə iddiaçıya satmışdır. X16 hazırkı iş üzrə cavabdehlərə qarşı verdiyi iddiadan 14 avqust 2018-ci ildə imtina etmiş, məhkəmənin həmin tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Hazırki iş üzrə iddiaçının mülkiyyət hüquqları 17 avqust 2018-ci il tarixdə qeydə alınmışdır. 66.Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar əsasında həmçinin müəyyən olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 23 aprel 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı məxsus ünvan 7 ünvanda yerləşən torpaq sahəsinə giriş-çıxış yolunun eni 2,6 metr olmaqla geniş dalana qədər 25 metrdir. İddiaçı adına olan Bakı şəhəri Zabrat qəsəbəsində yerləşən 5 F saylı, 0,12 ha torpaq sahəsinin naturada yeri müəyyən edildi, hasara alınmış həyətyanı sahədir və yerləşmə mövqeyi elektron kadastr baza məlumatlarında onun adına verilmiş reyestr nömrəsi **********58 olan çıxarışın yerləşmə mövqeyi ilə (eynidir) üst-üstə düşür, onun qonşuluğunda hər hansı fiziki və ya hüquqi şəxsə torpaq sahəsinin ayrılması barədə məlumat yoxdur. İddiaçı faktiki istifadəsində olan ümumi torpaq sahəsi 0,1199 hektardır. İddiaçı istifadəsində və mülkiyyətində olan torpaq sahəsindən ümumi istifadədə olan gediş-gəliş yollarına çıxışı mübahisələndirilən eni 2,65 mert olan dalana çıxan bir yoldur başqa çıxış yoxdur. İddiaçının mülkiyyətində olan həmin torpaq sahəsinə giriş-çıxış yolu həmin yolun sağ və sol hissəsində cavabdehlər tərəfindən fərdi evlərin tikilməsi və torpaq sahələrinin daş hasara alınması nəticəsində məhdudlaşdırılmışdır, cavabdehlərin istifadələrindəki həmin fərdi yaşayış evlərin inşa edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi, qabaqcadan icra hakimiyyəti orqanı ilə razılaşdırılmış memarlıq və planlaşdırma bölməsi tərəfindən təsdiq edilmiş tikinti lahiyələri olması barədə məlumat aşkar edilməmişdir. Eləcə də, elektron kadastr baza məlumatlarında cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 və X11 torpaq sahəsinin ayrılması barədə heç bir məlumat aşkar edilməmişdir. Cavabdehlərin yaşadığı fərdi yaşayış evlərinə xidmət edən hasarın və tikililərin (fərdi yaşayış evlərinin) İddiaçı mülkiyyətində olan torpaq sahəsinə nəqliyyat vasitələrinin giriş-çıxışını məhdudlaşdırır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 10/2041 saylı, 29 dekabr 2020-ci il tarixli və 10/1625 saylı, 16 iyul 2021-ci il tarixli Rəylərindən müəyyən olunur ki, ünvan 5 ünvanda yerləşən torpaq sahəsinə keçid yolunun Dövlət Şəhərsalma Norma Qaydaları Şəhər Qəsəbə və X2 və Tikilib Abadlaşdırılması AzDTN 2.6-1-in 8.18. bəndinin (cədvəl 9), 8.19. bəndinin və “Yanğın əleyhinə tələblər” bölməsinin tələblərinə uyğun olmadığı müəyyən edilir. Tədqiqatın aparılması üçün həmin torpaq sahəsinə gedən yola baxış keçirilərək ölçü işləri aparılmış və mülki iş materiallarından istifadə olunmuşdur. Baxış zamanı müəyyən olunmuşdur ki, tədqiq olunan torpaq sahəsi trapesiya formalı olub, dörd tərəfdən qonşu torpaq sahələri və fərdi yaşayış evləri ilə əhatə olunmuşdur. Torpaq sahəsinə giriş məhəllə daxili yol ilə həmin sahəni birləşdirən dalan vasitəsilədir. Dalanın uzunluğu 25,0 metr, eni isə başlanğıc hissədə 2,6 metr, torpaq sahəsinə giriş hissədə 2,5 metr təşkil edir.İddiaçıya məxsus ünvan 7 ünvanda yerləşən torpaq sahəsinə gedən yolun soldan 1 metr və sağdan 1 metr olmaqla enlənməsi üçün sağ tərəfdən hasar və fərdi yaşayış evi, sol tərəfdən isə daş hasar maneçilik törədir. Həmin tikililərin sökülərək yolun genişləndirilməsi mümkündür. 67.Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki qətnaməsinin nəticə hissəsi Mülki Prosessual Məcəllənin 223.1-ci maddəsinin tələbləri pozulmaqla, qeyri-dəqiq tərtib edilmişdir. Belə ki, qətnamə ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin giriş-çıxış yolunun soldan 1 metr, sağdan 1 metr olmaqla hasar və tikililərin sökülməsi qət edilsə də, həmin hasar və tikililərin cavabdehlərdən hər birinə aid hissəsi müəyyən olunmamış və qətnamədə qeyd edilməmişdir. 68.Qeyd olunan məsələ ilə bağlı hazırki apellyasiya mərhələsində məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respukası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 avqust 2024-cü il tarixli, 10/2757 nörməli ekspert rəyinə əsasən: -İddiaçı adına olan ünvan 7 ünvanda yerləşən uzunluğu 25 metr olan torpaq sahəsinə gedişgəliş yolunun soldan 50 sm və sağdan 40 sm olmaqla genişləndirilməsi halında hazırkı iş üzrə cavabdehlərin hər birinin yaşadıqları hissənin 50 və 40 sm-ə qədər olan hissədə yerləşən tikililəri söküntüyə məruz qalır. -İddiaçı adına olan ünvan 7 ünvanda yerləşən uzunluğu 25 metr olan torpaq sahəsinə gedişgəliş yolunun soldan 40 sm və sağdan 40 sm olmaqla genişləndirilməsi halında hazırkı iş üzrə cavabdehlərin hər birinin yaşadıqları hissənin 40 sm-ə qədər olan hissədə yerləşən tikililəri söküntüyə məruz qalır. -İddiaçı adına olan ünvan 7 ünvanda yerləşən uzunluğu 25 metr olan torpaq sahəsinə gedişgəliş yolunun soldan 1 metr və sağdan 1 metr olmaqla genişləndirilməsi halında hazırkı iş üzrə cavabdehlərin hər birinin yaşadıqları hissənin 1 metrə qədər olan hissədə yerləşən tikililəri söküntüyə məruz qalır. 69.Ekspert qarşısında müxtəlif ölçülərdə yolun genişləndirilməsi halında hazırki iş üzrə cavabdehlərin hər birinin yaşadıqları hissənin hansı ölçüdə ev və daş hasar tikililəri (dəqiq ölçülər göstərilməklə) söküntüyə məruz qalması ilə bağlı suallar qoyulsa da, ekspert suallara bəsit cavablar verməklə, yolun genişləndirilməsi halında cavabdehlərə məxsus hansı ölçüdə ev və daş hasar tikililərinin (dəqiq ölçülər göstərilməklə) söküntüyə məruz qalmasına dəqiq ölçülərlə aydınlıq gətirməmiş, bununla bağlı müvafiq cizgi tərtib etməmiş, qərardadda qeyd olunan suallara tam olaraq cavab verməmişdir. 70.Buna görə də, iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respukası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 oktyabr 2024-cü il tarixli, 10/7013 nörməli ekspert rəyinə əsasən: -İddiaçı adına olan ünvan 7 ünvanda yerləşən uzunluğu 25 metr olan torpaq sahəsinə gedişgəliş yolunun soldan 1 metr və sağdan 50 sm olmaqla genişləndirilməsi halında hazırkı iş üzrə cavabdehlərin hər birinin yaşadıqları fərdi yaşayış evinlərinə toxunmadan həmin hissədə olan daş hasar tikililəri söküntüyə məruz qalır. 71.Həmçinin məhkəmə kollegiyası tərəfindən mübahisələndirilən əraziyə yerli baxış keçirilmiş, müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evinə yalnız bir giriş-çıxış yolu mövcuddur, iddiaçının mülkiyyətində olan torpaq sazəsinə həmin yolla gedərkən cavabdehlərə məxsus tikililər səbəbindən avtomobilin girişini qeyri-mümkün edəcək şəkildə daralmağa başlayır. Avtomobillə yalnız bir neçə metr hərəkət etdikdən sonra hərəkət tam olaraq məhdudlaşır. Cavabdehlərin iddiaçıya məxsus evə qarşı tərəfdən də girişinin mövcud olduğunu bildirdikləri yer iddiaçının mülkiyyətində olmayan, onun qohumlarına aid evə giriş yeridir. İddiaçıya və onun qohumuna məxsus torpaq sahələri bitişik, qonşu sahələr olmaqla kiçik hündürlüklü hasarla bir-birindən ayrılır. 72.Göründüyü kimi, iddiaçıya məxsus ünvan 9 ünvanda yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinə giriş-çıxış yolu həmin yolun sağ və sol hissəsində cavabdehlər tərəfindən aparılmış tikililər nəticəsində məhdudlaşdırılmışdır. Cavabdehlərin apardıqları tikililərin yerləşdiyi torpaq sahəsinə hər hansı rəsmi sənədləri, tikililərin aparılması üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi, qabaqcadan icra hakimiyyəti orqanı ilə razılaşdırılmış memarlıq və planlaşdırma bölməsi tərəfindən təsdiq edilmiş tikinti lahiyələri olması barədə məlumat aşkar edilməmişdir. 73.Dövlət Şəhərsalma Norma və Qaydaları Şəhər, Qəsəbə və X2 və Tikilib Abadlaşdırılması AzDTN 2.6-1-in 8.18. bəndinin (cədvəl 9), 8.19. bəndinin və "Yanğın əleyhinə tələblər” bölməsinin tələblərinə əsasən, məhəllə daxilində yerləşən yaşayış evlərini küçə ilə əlaqələndirən hərəkət yolunun eni 2,7-3,0 metr, həyətyanı sahələrə yük maşınlarının keçidi 4,5 metr, yanğınsöndürən maşınların keçidi 6,0 metr qəbul edilməlidir. 74.Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 75.Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 76.Göründüyü kimi, iddiaçının mübahisələndirilən hissədə tələbi üzrə işin faktiki halları MM-nin 157.4-cü maddəsinin dispozisiya şərtləri ilə uzlaşmaqla, iddiaçının mülkiyyətində olan ünvan 9 ünvanda yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinə giriş-çıxış yolu həmin yolun sağ və sol hissəsində cavabdehlər tərəfindən aparılmış tikililər nəticəsində məhdudlaşdırılmışdır. Cavabdehlər tərəfindən inşa edilmiş tikililər (daş hasar) iddiaçının mülkiyyətindən təyinatı üzrə sərbəst şəkildə istifadə etməsinə, ünvana təcili tibbi yardım və yanğınsöndürmə maşınlarının daxil olmasına maneə yaratmaqla, iddiaçının mülkiyyətindən istifadəsi ilə bağlı qanunla qorunan mülkiyyət hüququnun pozuntusu kimi qəbul edilməlidir. 77.Azərbaycan Respublikasının qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. 78.Yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. 79.Kollegiya yuxarıda qeyd olunanlara əsasən cavabdeh Əlimusa Musayevin təqdim etdiyi “evin satılması elan”ı ilə bağlı qeyd edir ki, bu hal iddiaçının torpaq sahəsinin iki giriş-çıxışının olmasının sübutu kimi qəbul oluna bilməz. 80.Cavabdeh Əlimusa Əliyev məhkəmə kollegiyasına kommunal xidmətlərlə bağlı sənədlər təqdim edərək, inşa etdiyi özbaşına tikilidə iddiaçının torpaq sahəsinə mülkiyyət hüquqlarının yarandığı vaxtdan əvvəl orada yaşadığını qeyd etmişdir. Kollegiya cavabdeh tərəfin bu dəlilini əsassız hesab edərək qeyd edir ki, cavabdehlərin apardıqları tikililərin yerləşdiyi torpaq sahəsinə hər hansı rəsmi sənədləri, tikililərin aparılması üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi, qabaqcadan icra hakimiyyəti orqanı ilə razılaşdırılmış memarlıq və planlaşdırma bölməsi tərəfindən təsdiq edilmiş tikinti lahiyələri olmadığından, həmin tikililər özbaşına tikili olduğundan, bu iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırılmasına yönəlməməlidir. 81.X1 anoloji iddia ilə hazırkı iş üzrə cavabdehlərə qarşı 10 may 2018-ci ildə məhkəməyə müraciət etməsi və onun iddiadan imtinası nəticəsində məhkəmənin 14 avqust 2018-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilməsi ilə bağlı qeyd edir ki, bu hal hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etməməklə, iddiaçının hazırkı tələbinə baxılması üçün maneə yaratmır. 82.Belə ki, MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. 83.Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, cavabdehlər mübahisəli yolun ətrafında tikililər inşa edərək, uzun müddət ərzində həmin tikililərdən hər hansı etiraz olmadan istifadə etmələrini bildirmişlər. İddiaçı isə torpaq sahəsini 2018-ci ilin iyul ayında almışdır. Belə olduğu halda, apellyasiya məhkəməsi iddiaçının torpaq sahəsini alarkən ətrafda tikililərin olmasını, yolunun isə dar olmasını bilməli olduğu nəzərə almaqla, iddiaya Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri baxımdan hüquqi qiymət verməli idi ki, bununla bağlı qiymətləndirmə qətnamədə aparılmamışdır. 84.Kollegiya işin araşdırılmış hallarına əsasən qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət olunarkən, MM-nin 560-cı maddəsinə əsasən hüquqdan sui-istifadə hallıranı yol verilməmişdir. 85.Belə ki, İddiaçı mülkiyyət hüququnun qeydə alındığı rəsmi reyestr sənədlərinə əsasən onun istifadəsində və mülkiyyətində olan torpaq sahəsindən ümumi istifadədə olan gediş-gəliş yollarına çıxışı mübahisələndirilən eni 2,65 mert olan cavabdehlər tərəfindən tikinti işləri aparılmış dalana çıxan bir yoldur və başqa çıxışı yoxdur. 86.Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbinin əsaslılığını xarakterizə edən işin fakitki halları və qanunvericiliyin qeyd olunan müddəaları onun tərəfindən hüquqdan-sui istifadə edilməsini istisna edir. 87.Kollegiya qeyd edir ki, cavabdehlər tərəfindən tikilmiş fərdi yaşayış evlərinin özbaşına tikinti olmasına baxmayaraq, onlar üzün müddət həmin mənzillərdə yaşamış, onların mənzillərinin sökülməsinə dair hər hansı icra orqanı tərəfindən tələb irəli sürülməmişdir. Həmin evlər onların daimi yaşayış yeri kimi istifadə olunur. 88.Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, Konvensiyanın 8-ci maddəsinə əsasən “mənzil” anlayışı qanuni şəkildə zəbt olunmuş və ya qanuni əsaslarla yaradılmış binalarla məhdudlaşmır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan müstəqil anlayışdır. Ayrı-ayrı anlayışların Konvensiyanın 8-ci maddəsi ilə müdafiə olunan “mənzil” anlayışına uyğun olub-olmaması, faktiki şəraitə əsasən, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olaraq qiymətləndiriləcəkdir (bax: Prokopoviç Rusiyaya qarşı, № 58255/00, § 36, AİHM 2004). 89.Məmmədova Azərbaycana qarşı 06 iyun 2023-cü il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçi sözügedən binada 1996-cı ildən ailəsi ilə birlikdə yaşayırdı və bu fakt hökumət tərəfindən mübahisələndirilməmişdir. Buna görə də, Konvensiyanın 8-ci maddəsinin müddəalarına əsasən, bina ərizəçinin mənzili idi. Ərizəçinin şikayətinə Konvensiyanın 8-ci maddəsi tətbiq edilə bilər. 90.AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 oktyabr 2024-cü il tarixli, 10/7013 nörməli ekspert rəyindən göründüyü kimi İddiaçı adına olan ünvan 7 ünvanda yerləşən uzunluğu 25 metr olan torpaq sahəsinə gediş-gəliş yolunun soldan 1 metr və sağdan 50 sm olmaqla genişləndirilməsi halında hazırkı iş üzrə cavabdehlərin hər birinin yaşadıqları fərdi yaşayış evinlərinə toxunmadan həmin hissədə olan daş hasar tikililəri söküntüyə məruz qalır. 91.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir. 92.Kollegiya həmçinin qeyd edir ki, Cavabdeh3 xx.xx.2024-cü il tarixdə məhkəməyə notariat qaydada təsdiq olunmuş ərizə göndərərək qeyd etmişdir ki, o, qonşuluqla yerləşən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 5F ünvanında yerləşən sahəsi 0,12 ha olan toopaq sahəsinə küçədən giriş-çıxış yolunun faktiki istifadəsində olan ona məxsus Zabrat qəsəbəsi Şirvan küçəsinin cənub hissəsində yerləşən evin həyətyanı torpaq sahəsinin hesabına, daş hasar sökülməklə 1 metr genişləndirilməsinə etiraz etmir. 93.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia tələbi ekspert rəyi nəzərə alınmaqla cavabdehlərə məxsus fərdi yaşayış evlərinə toxunulmayacaq həddə təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən sahəsi 0,12 ha olan torpaq sahəsinin giriş-çıxış yolu soldan 1 metr, sağdan 50 sm olmaqla, Cavabdeh2 evinə qədər (əgər evin sağ tərəfi yola düşərsə) genişləndirilməsi məqsədi ilə sağ (cavabdehlər Cavabdeh1 və Cavabdeh2) və sol (cavabdehlər Cavabdeh4 və Cavabdeh3) tərəfdən hasar sökülərək yol genişləndirilməlidir. 94.Kollegiya həmçinin qeyd edir ki, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 250 manat pulun 100 manatı İddiaçı, 150 manatı isə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X8 və Cavabdeh3 tutularaq ekspertiza mərkəzinin hesabına köçürülməlidir. 95.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

Qət etdi: İddiaçı və cavabdehlər Cavabdeh2 və X8 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(008)-710/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən sahəsi 0,12 ha olan torpaq sahəsinin girişçıxış yolu soldan 1 metr, sağdan 50 sm olmaqla, Cavabdeh2 evinə qədər (əgər evin sağ tərəfi yola düşərsə) genişləndirilməsi məqsədi ilə sağ (cavabdehlər Cavabdeh1 və Cavabdeh2) və sol (cavabdehlər Cavabdeh4 və Cavabdeh3) tərəfdən hasar sökülərək yol genişləndirilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul İddiaçı, 150 (bir yüz əlli) manatı isə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X8 və Cavabdeh3tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Günay Axundova

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar