Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11170/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili X3 iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(005)-4622/2021 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdehlər Cavabdeh1-ya, Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi 955-ci məhəllədə yerləşən 14 saylı mənzilə dair (Cavabdeh1 tərəfindən inşa edilmiş binanın 1A blokunun, 6-cı mərtəbəsində, 4 otaq, 170 kv.m-dən ibarət olan) Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X4 iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh1 ilə Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, 955-ci məhəllədə yerləşən 14 saylı mənzilə dair (Cavabdeh1 tərəfindən inşa edilmiş binanın 1A blokunun 6-cı mərtəbəsində, 4 otaq, 170 kv.m-dən ibarət olan) 08 may 2009-cu il tarixdə 74 №-li alğı-satqı müqaviləsi bağlanmış, həmin tarixdə mənzilin dəyərini tam ödəniş etmiş və borcun olmaması barədə ona 09/53 savlı 08 may 2009-cu il tarixli maliyyə arayışı verilmişdir. İddiaçı həmin mənzilə dair hüquqlarını qeydiyyata aldırmaq məqsədi ilə DƏDRX-nə mürəciət edərkən məlum olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, 955-ci məhəllədə yerləşən 14 saylı mənzil Cavabdeh2 adına (maliyyə arayışı və protokoldan çıxarış əsasında) qeydiyyata alınaraq müvafiq çıxarış verilmişdir. Lakin bu barədə bizə hər-hansı sənəd təqdin edilmədi. Bu barədə Əmlak Məsələləri Məkanına tərəflərindən sorğu verildi və cavabı 29 sentyabr 2021-ci il tarixdə hazır olacaq. Aşağıda qeyd olunan əsaslara görə hesab edirik ki, mübahisəli mənzilə dair ilkin müqavilə Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış və üstünlük hüququ ona verilməlidir, ondan sonra bağlanmış hər-hansı əqd etibarsız hesab edilməli və verilmiş müvafiq çıxarış ləğv edilməlidir. Mübahisəli mənzilin dəyərini tam ödəməklə İddiaçı həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Lakin həmin bina 2009-cu ildə ümumilikdə istismara qəbul olunmadığından iddiaçı müqavilə ilə əldə etdiyi mənzilə dair hüquqlarını həmin tarixlərdə Dövlət qeydiyyatına aldırılmasına nail ola bilməmişdir. Belə olan halda, Cavabdeh1 başqasına məxsus əşya (mənzil) barədə sərəncam verməsi (həmin mənzilin Cavabdeh2 satılması) mülki qanunvericiliyin normalarına uyğun olmamışdır. İddiaçı X2 nümayəndəsi və vəkili Vüqar Hüseynzadə məhkəməyə iddianın təmin etmə tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mülki iş üzrə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianın təmin edilməsi tədbiri qismində Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, 955-ci məhəllədə yerləşən 14 saylı mənzilin (Cavabdeh1-MTK tərəfindən inşa edilmiş binanın 1A blokunun 6-cı mərtəbəsində, 4 otaq, 170 kv.m-dən ibarət olan) üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(005)-4622/2021 saylı qərardadı ilə ərizə qismən təmin edilərək, hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, 955-ci məhəllədə yerləşən 14 saylı mənzilinin (Cavabdeh1 tərəfindən inşa edilmiş binanın 1A blokunun 6-cı mərtəbəsində, 4 otaq, 170 kv.m-dən ibarət olan) özgəninkiləşdirilməsi qadağan edilməsi qərara alınmışdır. İş üzrə Cavabdeh2 Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(005)-4622/2021 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi, ərizənin təmin edilməməsini xahiş etmişdir. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(005)-1398/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov rayon Məhkəməsi tərəfindən mülki iş üzrə ilkin sübutlar, o cümlədən qeyd edilən əmlak ilə əlaqədar Cavabdeh2 adına olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında verildiyi araşdırılmamışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-3353/2013 saylı, 21 iyun 2013-cü il tarixli qətnaməsinə əsasən X5 Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı “mənzildən istifadə ilə bağlı maneələrin aradan qaldırılması” tələbinə dair iddiasının təmin edilməsi, “MTK-REAL" Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Nərimanov rayonu, X.Şuşinski küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 1A blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 170 kv.m olan 4 otaqlı 14 nömrəli, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 170 kv.m olan 4 otaqlı, 23 nömrəli və 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 170 kv.m olan 4 otaqlı, 32 nömrəli mənzilin Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən X5 hüquqi varisi X12ma təhvil verilməsi və həmin mənzillərdən istifadə ilə bağlı "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən törədilən maneələrin aradan qaldırılması ,“MTK- REAL" Mənzil Tikinti X1 qarşı “Bakı şəhəri Nərimanov гауоn X.Şuşinski küçəsindəki 20 mərtəbəli yaşayış evinin 1A blokunun, 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 170 kv.m olan 4 otaqlı, 14 saylı mənzil üzrə Cavabdeh1 ilə X10 arasında bağlanmış 16.11.2007-ci il tarixli, 86 nömrəli müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4798/2013 saylı, 17 dekabr 2013-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 3353/2013 saylı, 21 iyun 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4798/2013 saylı, 17 dekabr 2013-cü il tarixli qətnaməsindən tərəflər kassasiya şikayəti vermədikləri üçün Binəqədi rayon Məhkəməsinin 2(001)-3353/2013 saylı, 21 iyun 2013-cü il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və icra olunmuşdur. Binəqədi rayon Məhkəməsinin 2(001)-3353/2013 saylı, 21 iyun 2013-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən “Bakı şəhəri Nərimanov rayonu, X.Şuşinski küçəsindəki 2 mərtəbəli yaşayış evinin 1A blokunun, 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 170 kv.m olan 4 otaqlı, 14 saylı mənzil üzrə Cavabdeh1 ilə X10 arasında bağlanmış 16.11.2007-ci il tarixli, 86 nömrəli müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia təmin olunmamışdır. Hazırki mülki iş üzrə iddia tələbinin “Bakı şəhəri Nərimanov rayonu, X.Şuşinski küçəsi 955-ci məhəllədə yerləşən 14 saylı mənzilə dair (Cavabdeh1 tərəfindən inşa edilmiş binanın 1A blokunun, 6-cı mərtəbəsində, 4 otaq, 170 kv.m-dən ibarət olan) Cavabdeh1 ilə X11 arasında bağlanmış 16.11.2007-ci il tarixli, 86 nömrəli müqavilənin etibarsız hesab edilməsi” hissəsi Binəqədi rayon Məhkəməsinin 2(001)-3353/2013 saylı, 21 iyun 2013-cü il tarixli qətnaməsi ilə təmin olunmamış qeyd olunan iddia tələbi ilə eynilik təşkil edir. Odur ki, Binəqədi rayon Məhkəməsinin 2(001)-3353/2013 saylı, 21 iyun 2013-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin qeyd olunan hissəsi hazırki mübahisə ilə eynilik təşkil edən hissədə işə baxan Nərimanov rayon Məhkəməsi üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Binəqədi rayon Məhkəməsinin 2(001)- 3353/2013 saylı, 21 iyun 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 ilə X10 arasında bağlanmış 16.11.2007-ci il tarixli, 86 nömrəli müqavilə bağlayaraq müqavilə ilə nəzərdə tutulmuş tam pay haqqı olan 170 ABŞ dollarını Cavabdeh1-nın xəzinəsinə ödəməklə Bakı şəhəri Nərimanov rayonu. X.Şuşinski küçəsindəki 20 mərtəbəli yaşayış evinin 1A blokunun, 6-cı mərtəbəsində ümumi sahəsi 170 kvm olan 4 otaqlı, 14 saylı mənzili alması və MTK tərəfindən həmin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etməyərək mənzili təhvil verməməsi və hazırda mənzildən istifadəyə maneələr yaratması təsdiq olunmuşdur. Binəqədi rayon Məhkəməsinin 2(001)-3353/2013 saylı, 21 iyun 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 həmin MTK ilə X10 arasında bağlanmış 16.11.2007-ci il tarixli, 86 nömrəli müqavilənin görünüş üçün bağlanmış əqd olmasına dair göstərdiyi halları sübuta yetirə bilməmişdir. Beləliklə, qanuni qüvvəyə minmiş Binəqədi rayon Məhkəməsinin 2(001)-3353/2013 saylı, 21 iyun 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş yuxarıda sadalanan faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən hazırki məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X7 şikayəti müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İş üzrə iddiaçı X4, cavabdehlər Cavabdeh1-ya və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməli, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(005)-4622/2021 saylı qərardadı ləğv edilməli, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra-MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.1). Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nın 157-ci və 158-ci maddələrinin məzmununa görə, iddianı təmin etmə tədbirlərinin görülməsində məqsəd mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından, həmçinin məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş müvəqqəti xarakter daşıyan prosessual tədbirdir. Qanunun mənasına görə iddianın təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılana qədər qaldırılmasına yönələn prosessual tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi mahiyyəti üzrə qabaqcadan həll etmir. Özünün mahiyyəti etibarı ilə iddianı təmin etmə tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün, həmin tədbiri tətbiq edərkən, məhkəmə belə mövqedən çıxış edir ki, tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyrimümkün edə bilər. Buna görə də, iddianı təmin tədbirinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. İddianın təmin tədbiri ilə gələcəkdə qəbul ediləcək qətnamənin icrası arasında əlaqə olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018-ci il tarixli qərarında qeyd edilir ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-3353/2013 saylı, 21 iyun 2013-cü il tarixli qətnaməsinə əsasən X5 Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı “mənzildən istifadə ilə bağlı maneələrin aradan qaldırılması” tələbinə dair iddiasının təmin edilməsi, “MTK-REAL" Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Nərimanov rayonu, X.Şuşinski küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 1A blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 170 kv.m olan 4 otaqlı, 14 nömrəli, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 170 kv.m olan 4 otaqlı, 23 nömrəli və 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 170 kv.m olan 4 otaqlı, 32 nömrəli mənzilin Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən X5 hüquqi varisi X8 təhvil verilməsi və həmin mənzillərdən istifadə ilə bağlı Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən törədilən maneələrin aradan qaldırılması,Cavabdeh1 Mənzil Tikinti X1 qarşı “Bakı şəhəri Nərimanov гауоnu, X.Şuşinski küçəsindəki 20 mərtəbəli yaşayış evinin 1A blokunun, 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 170 kv.m olan 4 otaqlı 14 saylı mənzil üzrə Cavabdeh1 ilə X10 arasında bağlanmış 16.1 1.2007-ci il tarixli 86 nömrəli müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4798/2013 saylı, 17 dekabr 2013-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-3353/2013 saylı, 21 iyun 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarından Cavabdeh2 adına 21.07.2021-ci il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, ev 21, mənzil 14, yeni qaydalarla: AZ 1007, Bakı şəhəri, Nərimanov rayonu, Möhsüm Sənani küçəsi, 106, M7, m2 onun adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Kollegiya qeyd edir ki, qeyd olunan yaşayış sahəsi qüvvədə olan məhkəmə qətnaməsi ilə Cavabdeh2 təhvil verilməklə, sonuncu 27.01.2021-ci il tarixdə verilmiş çıxarış əsasında həmin yaşayış sahəsinin mülkiyyətçidir. Kollegiya Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, iddianın uğurluluğu baxımından iddianın təmin tədbiri barədə ərizəyə qiymət verərək, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddianın təmin tədbiri ilə cavabdehin mülkiyyət hüququ arasında mülkiyyət hüquqlarının müdafiəsi baxımından ədalətli tarazlığın qorunması halında ərizənin təmin edilməsinə əsas yaranmır. Buna görə də, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(005)-4622/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı X2 iddianın təmin tədbiri barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-11170/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11170/2021
15.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver