Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11198/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı ARDNŞ İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı SOCAR-ın (ARDNŞ) İddiaçı Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(101)-8091/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(001)- 8091/2021 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmış sənədlər geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi iddia ərizəsini qaytararkən ona əsaslanmışdır ki, iddia ərizəsi SOCAR-ın İddiaçı rəisi Vasif Əmirov tərəfindən imzalansa da, həmin şəxsin iddia ərizəsini imzalamağa səlahiyyətli şəxs olmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Bundan əlavə iddiaçıya izah edilmişdir ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Həmin qərardaddan iddiaçı SOCAR-ın İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X1 iddiaçı SOCAR-ın İddiaçı rəisi – qanuni təmsilçisidir. İddia ərizəsində idarənin VÖEN-i qeyd edilmiş və həmin VÖEN əsasında Vasif Əmirovun səlahiyyətli olmasını müəyyən etmək mümkündür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli 2(101)- 8091/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi şikayətin təmin edilməsini xahiş etdi. İş materiallarından görünür ki, iddia ərizəsi SOCAR-ın İddiaçı rəisi Vasif Əmirov tərəfindən imzalansa da, həmin şəxsin səlahiyyətli şəxs olmasını təsdiq edən hər hansı sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. İddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanın aradan qaldırılması həmin qərardadın ləğvi üçün yox, yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün əsasdır. Buna görə də şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(101)-8091/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı SOCAR-ın İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(101)- 8091/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-11198/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11198/2021
23.11.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver