Məhkəmə qərarları › İş №2(103)-11271/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11271/2021

03.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11271/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3030/2021 saylı, 19 avqust 2021ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xəzər Rayon Məhkəməsinin 2(003)-3030/2021 saylı, 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh İB tərəfindən apellyasiya şikayəti verilmiş, şikayətdə qətnamənin ləğv edilərək yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası cavabdehin verdiyi apellyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, prosessual qanunvericiliyə görə qətnamədən apellyasiya şikayəti vermiş şəxsin qətnamənin ləğv edilməsinə dair məhkəməyə ünvanlanmış xahişi özündə əks etdirməlidir: qətnaməni tam və ya qismən ləğv etməklə iddianın təmin edilməsi, iddianın qismən təmin edilməsi, yaxud da iddianın rədd edilməsi barədə yeni qətnamənin çıxarılması. Həmçinin, Mülki Prosessual Məcəllənin 361-ci maddəsində apellyasiya şikayətinin hansı formada verilməsi öz əksini tapmışdır. Belə ki, Məcəllənin 361.1.4, 361.1.5, 361.1.6cı maddələrinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Cavabdeh İB tərəfindən elektron qaydada verilən apellyasiya şikayətindən görünür ki, şikayətin 6, 9, 10 və 11-ci qrafaları boş saxlanılaraq məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, məhkəmə aktının düzgün hesab etmədiyi konkret əsasları, istinad edilən konkret fakt və hallar qeyd edilməmiş, cavabdeh, ümumiyyətlə, konkret tələblə də çıxış etməmiş, sadəcə, yalnız şikayətin nəticə hissəsində “Xəzər Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsi” ni xahiş etməklə kifayətlənmiş və beləliklə də apellyasiya şikayəti üçün qanunda nəzərdə tutulmuş forma və məzmuna əməl olunmamışdır. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də qətnamədən cavabdeh tərəfindən elektron qaydada verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 361, 363, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Xəzər Rayon Məhkəməsinin 2(003)-3030/2021 saylı, 19 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar