Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11274/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul“ tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2740/2021 saylı işi üzrə 02.09.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununu Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayəti (iş səh.59) müəyyən edilmiş formada tərtib (təqdim) edilməmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində təsbit edilmiş “Əlavə 2”-də apellyasiya şikayətinin forması müəyyən edilmişdir.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1 və 363.1.5-ci maddələrinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məcəllənin 10-1.3-cü maddəsinə əsasən: “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 2 4 (İİİ), X3 haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357, 360-366, 395-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2740/2021 saylı işi üzrə 02.09.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya qeyrimümkün hesab edilsin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 364-cü maddələrinin tələblərinə müvafiq qiymət verilməsi üçün mülki iş Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. İş № 2(103)-11274/2021 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 03.11.2021 -ci il Bakı şəhəri hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçı ABC Telecom” MMC-nin Cavabdeh qarşı “pul“ tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2740/2021 saylı işi üzrə 02.09.2021ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa məhkəmə iclasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 373-cü maddəsinə əsasən Sədrlik edən saat 10.30-da məhkəmə iclasını açır, hansı işə baxıldığını bildirir. Sədrlik edən məruzə edərək apellyasiya şikayəti ilə bağlı məlumat verir. Məhkəmə kollegiyası qərardad çıxarmaq üçün müşavirə otağına gedir. Kollegiya müşavirə otağından qayıdır. Sədrlik edən qərardadı elan edir. Sədrlik edən məhkəmə iclasını saat 10:40-da bağlı elan edir. Məhkəmə iclas protokolu 03.11.2021-ci il tarixdə tərtib edilmişdir. Sədrlik edən: Məhkəmə iclas katibi:
Məhkəmə qərarları › İş №2(103)-11274/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11274/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver