Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11282/2021 18.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2421/2021 saylı, 23 avqust 2021-ci il tarixli qərardadından cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2421/2021 saylı, 26 aprel 2021-ci il tarixli qətnaməsi ilə Məzlum Əmirovun adına olan **********B0000 saylı abunə kodlu, **********85 işıq sayğacına qanunsuz olaraq tərtib edilmiş 06.01.2021-ci il tarixli, 021043 saylı akt etibarsız hesab olunmuş, qanunsuz olaraq yazılmış akta əsasən hesablanmış 814,97 (səkkiz yüz on dörd manat doxsan yeddi qəpik) manat cərimə silinmiş və vəkil ilə müqavilə bağlayaraq ödədiyi 150 (yüz əlli) manat pul cavabdeh "xxxx" ASC-dən tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2421/2021 saylı, 23 avqust 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. "xxxx" ASC şikayət verərək qərardadın ləğv edilməsi və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi məhkəmə icraatında olduğu dövr ərzində cavabdehin nümayəndəsi Fuad Qasımzadə "xxxx" ASC-nin etibarnamə əsasında səlahiyyətli nümayəndəsi olmuşdur. Qətnamədən verilmiş apellyasiya şikayəti 14.07.2021ci il tarixdə apellyasiya şikayətini imzalamaq hüququ olan şəxs tərəfindən imzalanmaqla poçt vasitəsilə Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bu halda apellyasiya şikayətinin qaytarılması barədə birinci instansiya məhkəməsinin qərardadında göstərilənlər Mülki Prosessual Məcəllənin 363.1.1-ci maddəsinin təsir dairəsinə düşmədiyi müəyyən edilir. Yəni "xxxx" ASC-nin nümayəndəsi Fuad Qasımzadənin apellyasiya şikayətini imzlamaq səlahiyyəti olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2421/2021 saylı, 08 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytararkən qənaətini belə əsaslandırmışdır ki, apellyasiya şikayətindən görünür ki, şikayət "xxxx" ASC-nin nümayəndəsi Fuad Qasımzadə tərəfindən imzalanıb, lakin onun apellyasiya şikayətinin imzalanmağa hüququnu təsdiq edən sənəd apellyasiya şikayətinə əlavə edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsassdır. Əvvəla, işdən görünür ki, Fuad Qasımzadə "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olmuş və ona verilmiş etibarnamə 1 il müddətinə, yəni 16 iyul 2021-ci ilədək qüvvədə olmuşdur. Mülki Prosessual Məcəllənin 129.3-cü maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab edilir. Qətnamədən verilmiş apellyasiya şikayəti 14.07.2021-ci il tarixdə Fuad Qasımzadə tərəfindən imzalanaraq poçta təqdim edilmişdir. Həmin etibarnamədə məhkəmə aktlarından şikayət vermək və onu imzalamaq səlahiyyəti xüsusi olaraq göstərilmişdir. Bu cür vəziyyətdə məhkəmə nümayəndənin apelyasiya şikayətini imzalamağa hüququnu təsdiq edən daha hansı sənədin apellyasiya şikayətinə əlavə edilməli olduğunu göstərməmişdir. Göründüyü kimi, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayətini poçta təqdim edən zaman işdə onun səlahiyyətlərini təsdiq edən müddəti bitməmiş etibarnamə olmuşdur. Ancaq məhkəmənin bu etibarnaməni görməməsi yaxud görmək istəməmzsi başadüşülən olmamışdır. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh tərəfindən MPM-in 361.2 və 363.1.1-ci maddələrinin tələbləri pozulmadığından, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2421/2021 saylı, 23 avqust 2021-ci il tarixli qərardadı ləğv edilməli, cavabdeh "xxxx" ASC-nin həmin Məhkəmənin 2(006)-2421/2021 saylı, 26 aprel 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti onu imzalamağa hüququ olan nümayəndəsi tərəfindən, müddəti bitməmiş və səlahiyyətini təsdiq edən etibarnamə əsasında imzalandığı müəyyən edilməli və müddət də ötürülməmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 361, 363, 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh "xxxx" ASC-nin şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2421/2021 saylı, 23 avqust 2021-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh "xxxx" ASC-nin həmin Məhkəmənin 2(006)-2421/2021 saylı, 26 aprel 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti onu imzalamağa hüququ olan nümayəndəsi tərəfindən, müddəti bitməmiş və səlahiyyətini təsdiq edən etibarnamə əsasında imzalandığı müəyyən edilsin və müddət də ötürülməmiş hesab edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-11282/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11282/2021
18.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver