Məhkəmə qərarları › İş №2(103)-1131/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1131/2025

08.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1131/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 oğlu, Cavabdeh3, Cavabdeh4 və ünvan 4 DNK-yə qarşı mülki iş üzrə (Açar sözlər: subyektiv hüququn müdafiəsində hüquqi marağın olması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X21 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı, Cavabdeh3 vəkili və nümayəndəsi (eyni zamanda Cavabdeh2 vəkili) Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və ünvan 4 DNK-ya qarşı (Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Baki Ərazi İdarəsi və Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçün şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin, qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin, çıxarışların və ölüm haqqında şəhadətnamənin etibarsız hesab və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2825/2024 saylı 26 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətlərinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində alınmış ölüm akt qeydləri kitabının X7 adına olan səhifəsinin surətindən görünür ki, X15 xx.xx.1991-ci ildə ölmüş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixli 575 nömrə ilə qeydə alınmaqla, xx.xx.2024-cü il tarixli, AZ-İİ seriyalı, 438184 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir.

2. Bakı şəhəri, Xəzər rayon Qeydiyyat şöbəsindən məhkəmənin sorğusu əsasında alınmış 590 nömrəli, xx.xx.2004-cü il tarixli ölüm akt qeydindən müəyyən edilmişdir ki, 590 nömrəli, xx.xx.2004-cü il tarixli ölüm akt qeydi xx.xx.2004-cü ildə vəfat etmiş X17 məxsusdur.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 4 Notariat Ofisindən alınmış xx.xx.2009-cu il tarixdə rəsimləşdirilmiş 2V-102 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair vərəsəlik işindən görünür ki: xx.xx.2009-cu il tarixli, 2V/1-24 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2004cü ildə vəfat etmiş X7 vərəsəsi Bakı şəhəri, Şağan qəs., Hüseynzadə küç., dön.2, ev 3-də yaşayan qardaşı X18 torpaq sahəsi Mərdəkan qəs. 3/17 saylı sahə DƏDRX-nin kit. 131 səh. 12318, qeyd.**********, xx.xx.2009-cu il tarixli arayışına əsasən sənəd üzrə 0.075 ha, faktiki 0.07015 ha.olan torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. MH seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5də yerləşən 0.07015 ha torpaq sahəsi X7 adına daşınmaz əmlakın dövlət reyestrində 131 nömrəli reyestr kitabının 12318 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının Şağan qəsəbəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, X7 vəfat edən zaman qardaşı X18 vərəsəsi qalmışdır. AZ-İ seriyalı, 089559 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2004-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2004-cü ilin 08 ayının 10-cu günündə 590 nömrə ilə qeydə alınmışdır. - AZ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X5, anası X8 olan X15 xx.xx.1966-cı ildə anadan olmuşdur.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 4 Notariat Ofisindən alınmış xx.xx.2009-cu il tarixdə rəsimləşdirilmiş 4Ə-102 reyestr nömrəli alqı-satqı müqaviləsinə dair notariat işindən görünür ki: - MH seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5də yerləşən 0.07015 ha torpaq sahəsi X9 adına daşınmaz əmlakın dövlət reyestrində 131 nömrəli reyestr kitabının 12318 nömrəli vərəqində qeydiyyata alınmışdır. X18 (onun adından etibarnamə əsasında Cavabdeh2 çıxış etmiş və imza etmişdir) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2009-cu il tarixli, 11/5979 saylı arayışına və DƏDR-dən xx.xx.2009-cu il tarixli, kitab 131, səhfə 12318, ********** qed. Nömrəli çıxarışına əsasən ünvan 5də yerləşən 0,07015 ha torpaq sahəsini Cavabdeh3 5000 manata satmışdır.

5. "Daşınmaz Əmlakin Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 sayli Baki Ərazi İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 1 ünvanda yerləşən 0.7015 ha torpaq sahəsi keçmiş Əzizbəyov Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 9 nömrəli xx.xx.1990-cı il tarixli qərarına və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A № 020302 nömrəli xx.xx.2007-ci il tarixli sənədinə əsasən X7 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 7 taylı notariat kontorunun 2V/1-24 reyestr nömreli xx.xx.2009-cu İİ tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə asasən X9 adına qeydiyyata alınmışdır. ünvan 4 notariat kontorunun 40/1-102 reyestr nömrəli xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsinə asasən həmin torpaq sahəsi Cavabdeh3 adına qeydiyyata alınmışdır. Sonradan sözügedən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi keçmiş Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 277 nömrəli, xx.xx.2010-cu il tarixli sərəncamına, MH seriyalı ******* nömrəli xx.xx.2009-cu il tarixli çıxarışa va eskiz layihəyə əsasən yeni poçt ünvanı alaraq ünvan 2ında vahid əmlak olaraq xx.xx.2011-ci il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmışdır. Lakin Bakı şəhəri 50 saylı notariat kontorunun 4Ə-926 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2023cü il tarixdə Cavabdeh4 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. ünvan 3 ünvanında olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.1463 ha torpaq sahəsi ünvan 4 notariat kontorunun 271 nömrəli xx.xx.2017-ci il tarixli məktubuna və Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş 1963-cü il tarixli texniki pasporta əsasən xx.xx.2017-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır. ünvan 4 notariat kontorunun 3M-102 reyestr nömrəli xx.xx.2017-ci il tarixli “Vərəsəlikdə miras payın bağışlanmasıda və ünvan 4 notariat kontorunun 2V-126 reyestr nömrəli xx.xx.2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən sözügedən əmlakın 3/4 hissəsi xx.xx.2017-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. ünvan 4 notariat kontorunun 4Ə-01 reyestr nömrəli xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evinin yerləşdiyi 0.1463 ha torpaq sahəsindən 0.07 ha hissəsi X10 adına özgəninkiləşdirilmişdir. ünvan 4 notariat kontorunun 2V-327 reyestr nömrəli xx.xx.2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən sözügedən fərdi yaşayış evinin 1/4 hissəsi və onun yerləşdiyi torpaq sahəsindən 0.036575 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə X9 adına qeydiyyata alınmışdır. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Hacıyeva Hicran Qismət qızı tərəfindən təsdiq edilmiş 4Ə-14 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə və bölgü sxeminə əsasən X13 məxsus olan 0,036575 ha torpaq sahəsindən 0,0217 ha torpaq sahəsi X6 adına özgəninkiləşdirilmişdir. Sözügedən əmlakın 1/4 hissəsi və 0.014875 ha torpaq sahəsi X9, 3/4 hissəsi və 0.039725 ha torpaq sahəsi isə İddiaçı adlarına qeydiyyata alınmışdır.

6. MH seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 0,070150 ha ölçüdə torpaq sahəsi Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 131 nömrəli reyestr kitabının 12318 nömrəli vərəqində qeydiyyata alınmışdır.

7. MH seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 6 ünvanında 0,070150 ha ölçüdə torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

8. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cu il tarixli, **********06-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən tam mülkiyyət üzrə 286,9 kv/m fərdi yaşayış evi tam mülkiyyət üzrə, 0,07015 ha torpaq sahəsi ilə birlikdə Cavabdeh4 4624,20 manata satmışdır.

9. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 6 ünvanında 0,070150 ha ölçüdə torpaq sahəsində yerləşən fərdi yaşayış evini Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehlər Cavabdeh2 oğlu, Cavabdeh3, Cavabdeh4 və ünvan 4 DNK-ya qarşı (Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 sayli Baki Ərazi İdarəsi və Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçün şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X7 7 saylı DNK-da verilmiş xx.xx.2009-cu il reyestr 2V/1-24 qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinin etibarsız sayılması və Xəzər rayon İcra Hakimiyyəti tərəfindən sözügedən reyestr nömrəsi **********06 qeydiyyat nömrəsi ********** saylı xx.xx.2009-cu ildə verilmiş çıxarışın etibarsız sayılması, 7 saylı DNK-da xx.xx.2009-cu ildə Cavabdeh3 bağladığı alqı-satqı müqaviləsinin etibarsız sayılması, xx.xx.2007-ci ildə ölüm haqqında şəhadətnamənin, yəni X7 adına olmasının etibarsız sayılması və əsl həqiqətdə olan mərhum qardaşı X7 torpaq sahəsinin Xəzər rayon İcra Hakimiyyəti tərəfindən yerləşmə cizgisinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia onunla əsaslandırılmışdır ki, mərhum qardaşı X15 xx.xx.1991-cı il tarixdə avtoqəza şəraitində vəfat etmişdir. Vəfat etdiyi müddətdə 25 yaşı var idi, evli deyildi onun üçün ölüm kağızı almaq ailədə çox təsirverici hal idi. Onun adına 750 kv.m keçmiş Əzizbəyov rayonu İcra Hakimiyyəti tərəfindən pay torpağı paylananda rəsmləşmişdir. Halhazırda həmin torpaq sahəsi onun istifadəsindədir. Bu yaxında özəlləşdirmək məqsədilə məcbur olub ölüm kağızı almaq üçün Xəzər rayon Qeydiyyat şöbəsinə müraciət etmiş. və xx.xx.2024-cü ildə tarixdə AZ-İİ seriyalı, 438184 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Ailə tərkibi 7 nəfərdən ibarət olub, atası və anası vəfat etdiyinə görə 5 övlad (3 qardaş və 2 bacı) olmuşlar. Hal-hazırda doğulduğu ünvanda qeydiyyatdadır. Lakin, 7 saylı DNK-da vərəsəlik işinin açılması üçün yaxınlaşanda mərhum X7 adına vərəsəlik işi üzrə xx.xx.2009-cu ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyini bilmişdir. Ona izah olunmuşdur ki, həmin vərəsəlik şəhadətnaməsi verilən zaman qardaşı güya xx.xx.2004-cü ildə vəfat etmiş, xx.xx.2007-ci ildə ölüm haqqında şəhadətnamə tərtib olunmuş və qardaşı X9 etibarnaməsi əsasında Cavabdeh2 iştirakı ilə bütün sənədləşmə işləri aparılmışdır. Vərəsəlik şəhadətnaməsi Cavabdeh2 əldə etdikdən sonra mərhum qardaşı Elşadın adına verilmiş MH seriyalı, ******* nömrəli çıxarışı X9 adından yenidən çıxarış almış dərhal xx.xx.2009-cu ildə Cavabdeh3 adına alqı-satqı yolu ilə rəsmiləşdirilmişdir. Onda olan məlumat bu qədər olduğu üçün Zakir başqa adamın adına keçirib-keçirtmədiyi məlum deyildir. Hal-hazırda həmin torpaq sahəsi rəsmiləşdirib özəlləşdirmək üçün onların qanuni sənədi olmadığı üçün əziyyət çəkir.

12. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh4 maraqlı şəxs kimi məhkəmə araşdırmasına cəlb edilməsi, xx.xx.2023-cü il tarixdə 50 saylı DNK-da Cavabdeh4 bağladığı AN-İ seriyalı, 146370 nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması və DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Həmin ərizə onunla əsaslandırılmışdır ki, ərizədə 3-cü şəxs kimi qeyd olunmuş Cavabdeh3 xx.xx.2023-cü il tarixdə 50 saylı DNK-da mübahisəli torpaq sahəsini üzərindəki tikili ilə birlikdə Cavabdeh4 AN-İ seriyalı, 146370 saylı alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirmişdir. Həmin müqaviləyə əsasən X14 xx.xx.2023-cü il tarixdə ********* qeydiyyat nömrəli çıxarış almışdır. Qeyd olunan iddia ərizəsinə qoşma ilə əlavə edilərək məhkəməyə təqdim olunan AZ-İ seriyalı, 089559 nömrəli ölüm haqqında şəhadətnamə onlarda olan məlumata əsasən X19 verilmişdir, lakin həmin şəhadətnamənin surətinin üzərində araşdırma aparılmış və həmin sənəd 7 saylı DNK-da istifadə olunmuşdur. Bununla bağlı Xəzər rayon Qeydiyyat şöbəsinə tərəfindən sorğu verilmiş, qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-16-259\2024 saylı cavabında müsbət nəticə əldə olunmadığından qeyd olunan orqana məhkəmə tərəfindən sorğu verilməsi zərurəti vardır. Mərhum qardaşı X7 adına verilmiş 750 kv.m torpaq səhəsinə dair vərəsəlik işinin açılması haqqında ilkin məktub mövcud deyildir və bununla bağlı Xəzər rayon İcra Hakimiyyəti tərəfindən verilmiş yerləşmə cizgisi mümkünsüz hesab olunmalı idi. Bu da Xanlarov Elşadın adına verilmiş çıxarışın saxta yolla əldə edilməsini göstərən faktdır. Belə ki, Milli Arxiv İdarəsinin Bakı filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3- 48-2L\2-1 587/2024 saylı cavab məktubunda görünür ki, 2007-2009-cu illər üzrə X15 barəsində heç bir məlumat aşkar olunmamışdır. Tərəfindən məhkəməyə təqdim olunmuş CD diskdə Cavabdeh3 öz ifadəsində bildirir ki, həmin torpaq sahəsini Kəmalə adlı xanımdan alıb, həmin xanım qeyd olunan ünvanda bu günədək yaşayıb və özünə məxsus həyətyanı torpaq sahəsindən 175 kv.m satdığını etiraf etmişdir. Kəmalə xanımla aparılan telefon danışığı zamanı məlum olmuşdur ki, o, Mərdəkan qəsəbəsi, Arablinski küçəsi ev 4də olan torpaq sahəsini 2007-ci il tarixdə Cavabdeh3 sənədsiz olaraq satmışdır. Bu vəziyyətdə Cavabdeh3 həyat yoldaşı Cavabdeh2 göstəriş verərək 7 saylı DNK-da X18 ilə əlbir olub etibarnamə əldə edərək öz fəaliyyətini davam etmişdir. Mübahisəli torpaq sahəsinə dair qanunsuz olaraq özəlləşmə işini aparmışdır. Özəlləşdirmə zamanı Xəzər rayon İcra Hakimiyyəti tərəfindən verilməli olan torpaq sahəsinin yerləşmə sxemi olmadan DƏDRX 1 saylı Bakı ərazi idarəsi tərəfindən çıxarış almışdır, lakin bu vəziyyətdə yəni qeyd olunan sənədlər olmadan çıxarışın verilməsi qanunsuzdur. Saxta yolla əldə edilmiş çıxarış əsasında 7 saylı DNK-da məktub olmadan birbaşa vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmin vərəsəlik işində olan fevral 2009-cu il tarixli arayışdan görünür ki, X9 ailə tərkibi 1 nəfərdən ibarətdir, lakin xx.xx.2024-cü il tarixli Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, mərhumun öldüyü tarixdə 7 nəfərdən ibarət ailəsi olmuşdur. Vərəsəlik şəhadətnaməsi xx.xx.2009-cu il tarixdə verilməsinə baxmayaraq xx.xx.2009-cu il tarixdə çıxarış verilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Kəmalə xanımın (012 554- 91-59) məhkəməyə dəvət olunub dindirilməsi zərurəti vardır. Eyni zamanda torpaq sahəsinin sonuncu sahibi ünvan 7 ünvanında qeydiyyatda olan Cavabdeh4 məhkəməyə maraqlı şəxs kimi məhkəmə prosesinə eəlb edilməlidir. 1988-2000-ci illər ərzində verilən pay torpaq sahələri qəsəbədən kənarda olan boş torpaq sahələrində paylanmışdı, lakin mərhum Azadın adına verilən toqpaq sahəsi Mərdəkan qəsəbəsi ərazisində qanunsuz olaraq yerləşdirilmişdir.

14. Daha sonra iddiaçı iddianın həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, xx.xx.2007-ci il tarixli ölüm haqqında şəhadətnamənin etibarsızlığı və qardaşı X7 torpaq sahəsinə Xəzər rayon İcra Hakimiyyəti tərəfindən yerləşmə cizgisinin verilməsi hissəsində azaldılmasını, iddia tələbini digər hissələrdə müdafiə etdiyini və iddia tələbinin həmin hissələrdə təmin olunmasını xahiş etmişdir.

15. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2825/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.1991-ci ildə vəfat etmiş X7 vərəsəsi Bakı şəhəri, Şağan qəs., Hüseynzadə küç., dön.2, ev 3-də yaşayan qardaşı X18 torpaq sahəsi Mərdəkan qəs. 3/17 saylı sahə DƏDRX-in kit. 131səh. 12318, qeyd. **********, xx.xx.2009-cu il tarixli arayışına əsasən sənəd üzrə 0.075 ha, faktiki 0.07015 ha olan torpaq sahəsinə dair X13 xx.xx.2009-cu il tarixli, 2V/1-24 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X1 ünvan 5də yerləşən 0.07015 ha torpaq sahəsi adına daşınmaz əmlakın dövlət reyestrində 131 nömrəli reyestr kitabının 12318 nömrəli vərəqində qeydiyyata aldırmışdır. X3 xx.xx.2024-cü ildə ölmüş və tələb onun hüquqi varislərinə qarşı yönəldilməli, mərhumun hüquqi varisləri tələbə cavab verməli şəxs(lər), yəni cavabdeh(lər) ola bilər(lər). Bununla bağlı iddiaçıya Azərbaycan Respublikası MPM-nin 54-cü maddəsinin tələbləri izah edilməklə, ona cavabdehin əsl cavabdehlə əvəz edilməsi təklif edilmişdir. Lakin iddiaçı tərəfindən cavabdehlərin əvəz olunması barədə ərizə verilməmişdir. İş üzrə tələb qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi olduğundan mirasa sahiblənməklə adına vərəsəlik şəhadətnaməsi və çıxarış verilmiş X18 bu tələbə cavab verməli şəxs, yəni cavabdeh ola bilərdi. X3 xx.xx.2024-cü ildə vəfat etdiyindən iş üzrə cavabdeh qismində onun vərəsə(lər)inə qarşı tələb irəli sürülməmişdir. Baxılan iş üzrə iddiaçıya xx.xx.2024-cü ildə vəfat etmiş X9 vərəsələrinin iş üzrə cavabdeh qismində göstərilməmiş və on(lara)a qarşı tələb irəli sürülməmişdir.

17. Məhkəmə eyni zamanda iddianın mübahisəli 7 saylı notariat kontorunda xx.xx.2009-cu ildə Cavabdeh3 adına olmuş alqı-satqının, xx.xx.2023-cü il tarixdə 50 saylı notariat kontorunda bağlanmış AN-İ seriyalı, 146370 nömrəli alqı-satqı müqaviləsinin, DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair hissəsini araşdıraraq hesab emişdir ki, iddianın bu hissəsi də təmin edilə bilməz.

18. Məhkəmə iddianın **********06 qeydiyyat nömrəsi ********** saylı xx.xx.2009-cu ildə verilmiş çıxarışın etibarsız hesab edilməsi hissəsini araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi də təmin edilməməlidir. Belə ki, sözügedən çıxarışın verilməsinə əsas olmuş sənədlər mübahisələndirilməmiş və hazırda qüvvədədir. Buna görə də, çıxarışın verilməsinə əsas olmuş qeydiyyat hazırda qüvvədə olduğundan çıxarışda ləğv edilə bilməz.

19. Məhkəmə iddianın xx.xx.2007-ci ildə ölüm haqqında şəhadətnamənin etibarsız sayılması hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, sözügedən şəhadətnamə saxtalaşdırılma yolu ilə tərtib edilmiş, həmin akt qeydiyyatı müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmamışdır. Məhkəmənin sorğusu əsasında, eləcə də iddiaçının məhkəməyə təqdim etdiyi sübutlarla müəyyən edilmişdir ki, X15 xx.xx.1991-ci ildə ölmüş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixli 575 nömrə ilə qeydə alınmaqla, xx.xx.2024-cü il tarixli, AZ-İİ seriyalı, 438184 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Bundan başqa, Bakı şəhəri, Xəzər rayon Qeydiyyat şöbəsindən məhkəmənin sorğusu əsasında alınmış 590 nömrəli, xx.xx.2004-cü il tarixli ölüm akt qeydindən müəyyən edilmişdir ki, 590 nömrəli, xx.xx.2004-cü il tarixli ölüm akt qeydi xx.xx.2004-cü ildə vəfat etmiş X17 məxsusdur. Göründüyü kimi, X15 xx.xx.1991-ci ildə ölmüş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 575 nömrə ilə qeydə alınmaqla, xx.xx.2024-cü il tarixli, AZ-İİ seriyalı, 438184 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. 590 nömrəli, xx.xx.2024-cü il tarixli ölüm akt qeydi isə xx.xx.2004-cü ildə vəfat etmiş X17 məxsusdur. X7 adına hazırlanmış xx.xx.2004-cü il tarixli, AZ-İ seriyalı, 089559 nömrəli, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 590 nömrə ilə qeydə alınmış ölüm haqqında şəhadətnamənin qeydiyyatı isə qeydiyyat orqanında mövcud deyildir.

20. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respubliksının Mülki Məcəlləsinin 2.2, 5.3, 6.2, 14.1, 152.1, 152.5, 337.1, 337.4, 390.2, 390.5, 421.1, 424.5, 1133.1, 1133.2, 1134.2, 1145, 1146, 1147.1, 1147.2, 1159.2, 1243.1, 1243.2 və 1259-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

21. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2825/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi əsassızdır, maddi və prosessual normalara ziddir. Belə ki, 7 saylı notariat kontorunda mərhum qardaşının adına saxtalaşdırılmış ölüm haqqında şəhadətnamə (AZ-İ N 089559) tərtib olunmuşdur. Xəzər rayon Qeydiyyat şöbəsinin verdiyi akta əsasən hakim bu halı görmüş, lakin, hüquqi qiymət verməmişdir. Sözügedən ölüm haqqında şəhadətnamə 2004-cü ildə başqa vətəndaşa verilmişdir. Xəzər rayon İcra Hakimiyyətinin Şağan qəsəbə nümayəndəliyi tərəfindən vərəsəlik işinin içərisində saxtalaşdırılmış arayış ailə tərkibi haqqında 7 nəfərdən ibarərt olduğu halda 1 nəfər göstərilmişdir. Xəzər rayon İcra Hakimiyyəti tərəfindən mərhum qardaşının adına olan torpaq haqqında qərarın 12 iyun 1990-cı ildə 9 N-li qərarda 3/17 N-li sahədə 750 kv.m torpaq sahəsi ayrılmış, Şağan qəsəbəsində, lakin, torpaq onların istifadədə qalaraq sənədi Mərdəkan qəsəbsində yerləşən Ərəblinski küçəsi 4B-yə otuzdurulmuşdur. Həmin bu hərəkəti etibartnamə ilə X11 və həyat yoldaşı Cavabdeh3 etmiş, sözügedən bu torpağın məhkəmə iclasında Kəmalə xanımdan sənədsiz alaraq torpağı və onun mərhum qardaşının sənədinə isdinad edərək bir qrup şəxslərlə sənədi məhv etmişlər. Bugünki gündə özəlləşmə zamanı sözügedən qərar başqaları tərəfindən istifadə edildiyindən hal-hazırda o sənədsiz qalmışdır. Həmçinin qeyd etmişdir ki, yuxarıda göstərilən mərhum qardaşının adına olan torpaq qərarına aid xx.xx.2006-cı ildə Xəzər rayon İcra Hakimiyyəti tərəfindən yerləşmə sxemi verilmişdir. Həmin sxemdə göstərilir ki, Mərdəkan qəsəbə Nümayndəsinin adından möhür və ştamp var. Eyni halda sənəd üzərində İcra Hakimiyyətinin Təsərrüfat Şöbəsinin müdirinin yerinə də imza edilib, möhür vurulub. Hətta vətəndaşın ölüm kağızını olmadan yerləşmə sxemi verilib. Müraciət edilən şəxs də bu günə kimi məhkəməyə dəvət olunmayıb. Bu araşdırmalar zamanı verdiyi vəsatətlərin təxminən 7-8 vəsatətin heç birini məhkəmə təmin etməyib. Üstəlik üçüncü şəxsləri onun savadsızlığından istifadə edərək işə cəlb etdi - onlar Cavabdeh3 və Cavabdeh4. Məhkəmə iclasları zamanı Cavabdeh3 vəkili çıxışları zamanı özünü Cavabdeh2 tez-tez yerindən onun adına çıxış eləməsinə məhkəmə tərəfindən göz yumulurdu. Belə çıxır ki, məhkəmə iclasında cavabdehlər tərəfindən rəsmi heç kəs iştriak etmir. Cavabdeh3 vəkili 3 nəfərin adından danışsa da orderi 1 nəfər üçün bağlanmışdır. Məkhəmə bu hissədə də göz yumdu. Məhkəmə iclasları ancaq, videogörüntü olmadan aparılırdı, onlara xəbərdarlıq edərək çəkiliş başlayacaq deyirdi. Ona izah olunmadan onu vəkili Çingiz Məmmədov ona izah etmədən 3-cü şəxslər Cavabdeh3 və Lalə Həmzayevanı bu işdə cavabdeh kimi göstərməyə vəsatət təqdim edib, hakim də vəsatəti qəbul edib. Bu da qanuna ziddir. Bu işdə onlar cavabdeh ola bilməzlər. 1 saylı Bakı Ərazi İdarəsinin təqsiri odur ki, verilmiş pay torpağı Mərdəkan qəsəbəsinin daxili ünvanında rəsmi ünvanı olmadığı üçün özəlləşdirmə işini aparmışlar. Bu səbəbdən də bütün hər iki alqı-satqı müqaviləsi üzrə məsuliyyəti 1 saylı Bakı Ərazi İdarəsinin üzərində qalır. Məhkəmə daşınmaz əmlaka göndərdiyi ilkin sorğuda mərhum Elşad Xanlarovun adına ******* N-li xx.xx.2009-cu il tarixli çıxarışın alınmasında kimin müraciət etdiyinə dair sorğu vermiş, lakin, müraciət edən şəxs bu günə kimi məhkəməmədn gizlədilmişdir. İş materilları araşdırılan zaman məhkəməyə zəruri halları araşdırmadığı üçün etriaz verdi, lakin, etirazını qəbul etmədi. Məhkəməyə iş üzrə ekspertiza təyin olunması haqqında vəsatət verdi, lakin, məhkəmə vəsatəti təmin etmədi. Məhkəmə tərəfindən onun Şağan qəsəbəsində əsl torpaq sahəsinə yerli baxış keçirilmədi.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24.Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, həyətinin sənədlərini istəyir, hansı ki qarşı tərəf götürmüşdür. Bununla əlaqədar İnzibati Məhkəməyə müraciət etmişlər, ayın 5-ə iclas təyin olunmuşdur. 25.Məhkəmə iclasında iştirak edən Cavabdeh3 vəkili və nümayəndəsi (eyni zamanda Cavabdeh2 vəkili) Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, qarşı tərəfin torpaq sahəsi özlərindədir. Onların torpaq sahəsi isə özlərindədir. Qarşı tərəf iddia edir ki, öz torpaq sahələrini sənədləşdirən zaman onların torpaq sahəsinin sənədlərindən istifadə etmişlər. Qarşı tərəfin torpaq sahəsi Şağandadır. Onların torpaq sahəsi isə Mərdəkandadır. Qarşı tərəf bildirir ki, cavadeh onların torpaq sahəsinin sənədlərindən istifadə etmişdir. Reyestr Xidməti bütün sənədləri təqdim edir və bütün sənədləşmələrin qanuni olaraq aparıldığını bildirir. Qarşı tərəfin iddiasını prokurorluq araşdırmışdır. Bütün orqanlar bütün sənədlərini məhkəməyə təqdim etmişdir. Bütün Bakı kəndlərində torpağın sənədləşdirməsi bu formada olmuşdur. Cavabdeh torpağa sənəd verən orqan deyildir. Qarşı tərəf nə torpağı, nə də evi istəyir. O, sadəcə köhnə sənədi istəyir.

Apellyasiya baxışının hədləri 26.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 27.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 28.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 29.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

30.60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarınınməhkəmədə müdafiəsinə təminat verilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

31.324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 32.329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə,qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 33.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 34.337.3-cü və 337.4-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 35.337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 36.389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 37.1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 38.1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 39.1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 40.1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.

Tətbiq edilən prosessual hüquq norması

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

41. 9.1, 9.3 və 14.1-ci maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin) 42.14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 43.50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 44.51.3-cü maddələrinin tələblərinə müvafiq olaraq, başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 45.54-cü maddəsinin tələblərinə müvafiq olaraq, İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. 46.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 47.218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

48.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayətlər təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir.

50. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi etibarsız hesab edilməsi xahiş edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, alqısatqı müqavilələrinin predmeti olan Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi 4B ünvanında yerləşən torpaq sahəsi iddiaçıya və ya onun mərhum qardaşı X12 hər hansı əşya hüququ ilə məxsus olmamışdır. O, hazırkı iddia tələblərini irəli sürərək, əsasən mərhum qardaşına Şağan qəsəbəsindəki 3/17 nömrəli sahəsi 750 kv.m olan torpaq sahəsinin ayrılmasına dair Xəzər rayon İcra Hakimiyyətinin 12 iyun 1990-cı il tarixli 9 nömrəli qərarından Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi 4B (əvvəlki Mərdəkan qəsəbəsi 3/17) ünvanında yerləşən torpaq sahəsinin özəlləşdirilməsi zamanı istifadə edildiyindən narazı olduğunu göstərmişdir.

51. Qeyd edilənlərə əsasən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın - Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi 4B ünvanında yerləşən torpaq sahəsinə dair X7 ölməsi ilə əlaqədar tərtib edilmiş xx.xx.2009-cu il tarixli, 2V/1- 24 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, X18 ilə Cavabdeh3 arasında 7 saylı DNK-da xx.xx.2009-cu il tarixdə bağlanmış AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin, habelə Cavabdeh3 ilə Cavabdeh4 arasında 50 saylı DNK-da xx.xx.2023-cü il tarixdə bağlanmış AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin və bu müqavilənin hüquqi nəticəsi olan DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair tələblərinin rədd edilməsi qənaəti ilə razılaşır.

52. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, “ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”.

53. Bununla əlaqədar nəzərə alınmalıdır ki, məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı, iddiaçının iddia tələbi üzrə subyektiv hüquqa malik olmaması öz təsdiqini tapdığı təqdirdə isə hüquqi dəyərləndirməni artıq bitirməlidir, çünki işin həlli üçün bunun heç bir əhəmiyyəti yoxdur.

54. Qeyd edilənlərə əsasən də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2009-cu il tarixli və xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələrinin etibarsızlığına dair iddia tələblərini irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, hüquq münasibətinin strukturuna daxil olan üç elementdən (münasibətin subyekti, obyekti və məzmunu) heç birinin iddiaçıya aidiyyəti yoxdur. İddiaçı müqavilə münasibətlərinin subyekti deyildir, müqavilənin predmeti də iddiaçıya (və ya mərhum qardaşına) hər hansı əşya hüququ ilə məxsus olmayan əmlakın özgəninkiləşdirilməsi ilə əlaqədardır. Bundan başqa müqaviləyə əsasən yaranmış öhdəlik münasibətinin məzmununun da iddiaçıya bağlılığı müəyyən edilməyib, çünki subyektiv hüquq və hüquqi vəzifə (məs. əmlakı təhvil vermək, əvəzində başqa əmlakın verilməsini tələb etmək, müqavilə ləğv edildiyi təqdirdə dəymiş zərəri tələb etmək və s.) müqavilənin tərəflərinə aiddir. Belə olan halda iddiaçının mübahisə predmeti olan müqavilələrin mübahisələndirməyə müvafiq subyektiv hüququnun mövcudluğu müəyyən edilmir.

55. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, məhkəməyə müraciət etmək hüququ ilk növbədə iddianın qaldırılması ilə həyata keçirilir. Hüquq subyektlərinin həll edilməsi üçün məhkəməyə müraciət etdikləri mübahisələrin dairəsi kifayət qədər genişdir. İddialar bir-birindən maraqlı şəxslərin – proses tərəflərinin adları ilə, iddiaçının müdafiəsini xahiş etdiyi subyektiv maddi hüquqlarla, məhkəmə müdafiəsi üçün müraciət etməyin əsası olmuş hallarla fərqlənirlər. Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-in 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarı).

56. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.

57. Yuxarıda qeyd edilənlərdən isə müəyyən edildiyi kimi, iddiaçının məhkəməyə müraciət etməsinin əsas məqsədi mübahisələndirilən alqı-satqı müqavilələrinin predmeti olan Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi 4B (əvvəlki Mərdəkan qəsəbəsi 3/17) ünvanında yerləşən torpaq sahəsinin mülkiyyətinə verilməsi, həmin sahənin üzərində subyektiv hüquququnun mövcudluğununun təsdiq edilməsindən ibarət deyildir. O, müqavilə predmeti olan torpağın özəlləşdirilməsi prosesində mərhum qardaşına aid Şağan qəsəbəsindəki 3/17 nömrəli sahəsi 750 kv.m olan torpaq sahəsinin ayrılmasına dair Xəzər rayon İcra Hakimiyyətinin 12 iyun 1990-cı il tarixli 9 nömrəli qərarından istifadə edildiyindən narazıdır. Belə ki, iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərindən görünür ki, “özəlləşmə zamanı sözügedən qərar başqaları tərəfindən istifadə edildiyindən, o, hal-hazırda sənədsiz qalmışdır.”

58. Göstərilənlərə əsaslanaraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı hüquqi marağına xidmət edən düzgün, səmərəli müdafiə üsulundan istifadə etmədiyi üçün iddianın bu hissədə təmin edilməsi yolverilməzdir. Halbuki iddianın böyük ehtimalla uğurlu olması üçün iddiaçı hansı hüququnun pozulmuş olduğunu müəyyən etməli, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olmasını göstərməli, pozulmuş hüquqlarının bərpasına yönələn səmərəli məhkəmə müdafiəsi üsulunu seçməlidir. Göründüyü kimi iddiaçı sahibliyində olan əmlakın hüquq müqəddəratını həll etmək üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmişdir.

59. Məhkəmə kollegiyası “Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi 4B ünvanında yerləşən torpaq sahəsinə dair X7 ölməsi ilə əlaqədar tərtib edilmiş xx.xx.2009-cu il tarixli, 2V/1-24 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə aid hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq eyni qənaətə gəlmişdir.

60. Məhkəmə kollegiyası X7 adına xx.xx.2007-ci il tarixdə tərtib edilmiş ölüm haqqında şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlı iddia tələbinə münasibətdə isə aşağıdakıları qeyd etməyi zəruri sayır.

61. Belə ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

62. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir.

63. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsində işə baxılan zaman iddiaçı, iddianın həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, iddia tələblərinin “xx.xx.2007-ci il tarixli ölüm haqqında şəhadətnamənin etibarsızlığı və qardaşı X7 torpaq sahəsinə Xəzər rayon İcra Hakimiyyəti tərəfindən yerləşmə cizgisinin verilməsi” hissəsində azaldılmasını, iddianı digər hissələrində müdafiə etdiyini və iddia tələbinin həmin hissələrdə təmin olunmasını xahiş etmişdir.

64. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddia ərizəsində irəli sürülən tələblərdən kənara çıxmaqla Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərinə zidd olaraq, prosessual qanun pozuntusuna yol vermiş, iddia tələblərinin hüdudlarından kənara çıxmışdır. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2825/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia, “xx.xx.2007ci il tarixli ölüm haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” hissəsində (“X7 torpaq sahəsinə Xəzər rayon İcra Hakimiyyəti tərəfindən yerləşmə cizgisinin verilməsi” hissəsindən fərqli olaraq) əsassız hesab edilməklə rədd edilmişdir.

65. Bununla bağlı nəzərə alınmalıdır ki, MPM-in 53-cü maddəsində iddiaçının iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğu əks olunmuşdur. Bu hüquq da Məcəllənin 149.1-ci maddəsi nəzərə alınmaqla tətbiq edilməlidir. Həmin normaya müvafiq olaraq iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilməlidir. İddianın əsasının və ya predmetinin dəyişdirilməsi, iddia tələbinin həcminin artırılması və ya azaldılması öz mahiyyətinə görə iddia ərizəsinə bərabər tutulduğundan, tərəfin həmin məsələləri yalnız yazılı şəkildə təqdim etdiyi hallarda onlar etibarlı hesab edilə, məhkəmə tərəfindən qəbul edilə və nəzərə alına bilər.

66. Mülki işin materiallarında iddiaçının iddia tələbinin dəyişdirilməsi barədə birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizəsi mövcuddur, eyni zamanda bu hal xx.xx.2024-cü il tarixli məhkəmə iclas protokolunda, həmin məhkəmənin hazırda mübahisələndirilən qətnamənin təsviri (işin halları) hissəsində öz əksini tapmışdır. Qeyd olunan bu hal Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməlidir.

67. Beləliklə də, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2825/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qətnaməsi qismən – “xx.xx.2007-ci il tarixli ölüm haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” hissəsində ləğv edilməlidir. Kollegiya, tələbin olmadığını nəzərə alaraq hesab edir ki, sözügedən məsələ üzrə yeni qətnamənin qəbul edilməklə münasibət birdirilməsinə zərurət yoxdur.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2825/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qətnaməsi qismən – “xx.xx.2007-ci il tarixli ölüm haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” hissəsində ləğv edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar