Məhkəmə qərarları › İş №2(103)-1133/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1133/2021

25.01.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1133/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “aktın etibarsız hesab olunması, akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzıə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1955/2020 saylı işi üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh” İB-yi tərəfindən qanunsuz olaraq tərtib edilmiş aktların etibarsız hesab edilməsi, akta görə hesablanmış 152 manat məbləğində pulun silinməsi, həmçinin kartdan çıxarılmış həmin məbləğin cavabdeh təşkilat tərəfindən ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı xx.xx.2018 və xx.xx.2017-ci il tarixli qazın alqı-satqısı barədə müqavilələr, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli ******* saylı akt, Cavabdeh tərəfindən tərtib olunan abonentin saldosu sübut qismində təqdim edilmişdir (iş.səh.5-7, 9, 12-13). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1955/2020 saylı işi üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh İddiaçı (kod **********00290) qaz sərfiyyatına görə tələb etdiyi 69.90 manat silinməsi, abonentin kartından borca görə tutulmuş məbləğin İddiaçı geri qaytarılması, cavabdeh "Cavabdeh” İstehsalat Birliyindən 20 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın ərizəsinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədə Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli 18 nömrəli qərarının 2.3; Azərbaycan Respublikası Nazirlər Kabinetinin X2 təsdiq edilməsi haqqında xx.xx.2011 -ci il tarixli 80 saylı qərarının 1.3, 4.2, 4.8, 5.2, 5.6,;Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1, 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış sayğacı başqa qaz sayğacı ilə əvəz olunmuşdur. Cavabdeh tərəfindən tərtib olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı tərtib olunan aktlar üzrə qaz sərfiyyatına görə borcu 151.20 manat təşkil edir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıdan 2013-cü ildən əvvəlki dövrə yaranmış borcu tələb edir və həmin borcun hansı səbəbdən yaranması ilə bağlı olaraq heç bir sübut təqdim olunmamışdır. Bundan başqa iddiaçı tərəf aktın etibarsız hesab olunmasını xahiş etsə də, hansı aktın etibarsızlığını tələb etdiyini məhkəmə iclasında əsaslandıra bilməmişdir. Cavabdeh "Cavabdeh" İstehsalat Birliyi apellyasiya şikayəti verərək Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-1955/20 saylı qətnaməsinin təmin olunmuş hissədə ləğv edib İddiaçıt iddia tələbinin tam rədd olunması barədə yem qətnamə qəbul edərək “Cavabdeh” İB-nin apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X6”nin Tədbirlər Planının 4.1.4.-cü bəndi; Qazdan istifadə Qaydalan”nın 4.8; “Normativ hüquqi aktlar haqqında’’ Azərbaycan Respublikasının Konstitusiya Qanunun 2.9, 13.1, 16-cı maddələrinə istinadən qeyd edilmişdir ki, mülki iş üzrə heç bir ekspertiza keçirmədən, təqdim olunmuş aktların iştirakçılarını məhkəməyə dəvət etmədən, qaz sayğacına edilmiş müdaxilə rəyini tədqiq etmədən hesablanmış məbləğin silinməsi qənaətinə gəlmişdir. Borcun silinməsinin əsaslarını isə öz qətnaməsində açıqlamamışdır. Bu isə mülki işə qeyri-obyektiv baxılmasının bariz göstəricisidir. Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan mötəbər hallara qiymət verilməməsi və qeyd etdiyimiz qanunun və qaydaların tələblərinin tətbiq edilməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir . Məhkəmə kolegiyasının iclasında iştirak edən cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, 2014-cü ildə Birliyin əməkdaşları tərəfindən akt tərtib edildiyini, borcun 151.15 manat təşkil etdiyini bildirmiş və qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin X2 təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının saylı qərarı ilə təsdiq edilmiş X2 3-5; Mülki Məcəllənin 385.1, 442, 454, 456, 560, 1128-1131; MPM-in 14.2, 76.1, 77.1, 78.1, 80, 82.1, 106.2, 119, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən və aidiyyəti olmayan dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, kifayət qədər müddət keçməsinə baxmayaraq cavabdeh vaxtında iddiaçıya qarşı hər hansı tələb irəli sürməmiş və ya iddiaçının qanunazidd əməllərinə dair hüquq mühafizə tədbirlərinin həyata keçirilməsi üzrə səylər göstərməmişdir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, "Cavabdeh" İstehsalat Birliyi tərəfindən əsassız apellyasiya şikayəti verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün olan məhkəmə xərci MPM-in 119-cu maddəsinə əsasən cavabdehə aid edilməlidir. Baxılan mülki iş üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddia olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372-376, 378-382, 384, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "Cavabdeh" İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1955/2020 saylı işi üzrə xx xxxxxxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar