Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1135/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X33 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh İKB ASC-nin (sonrakı adı-“xxxx” ASC) nümayəndəsi X19 iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-3183/2019 saylı qətnaməsindən Cavabdeh İKB ASC (sonrakı adı-“xxxx” ASC) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məhərrəmova Nərgiz Məhərrəm qızı cavabdehlər Cavabdeh X21 (sonrakı adı- “xxxx” ASC) (bundan sonra-Bank), X7 (3-cü şəxslər Azərbaycan Respublikası Maliyyə X30, Umbatova Elnarə Eldar qızı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ‘‘Cavabdeh” İKB ASC-nin (sonrakı adı “xxxx” ASC) 5 saylı filialı ilə X17 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, D13/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən həmin filialın 15-83478-101-41220 nömrəli bank hesabında olan 50.000 ABŞ dolları məbləğində pulun girov qoyulmasına dair ‘‘Cavabdeh” İKB ASC (sonrakı adı “xxxx” ASC) ilə X17 arasında bağlanmış əmanətin girov müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh İKB ASC-nin (sonrakı adı “xxxx” ASC) 5 saylı filialı ilə X17 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsinə əsasən həmin filialın 15-83478-110-41220 nömrəli bank hesabında olan 28.500 ABŞ dolları məbləğində pulun girov qoyulmasına dair Cavabdeh İKB ASC (sonrakı adı “xxxx” ASC) ilə X17 arasında bağlanmış əmanətin girov müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh İKB ASC-nin (sonrakı adı “xxxx” ASC) 5 saylı filialı ilə X17 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, D13/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən həmin filialın 15- 83478-101-41220 nömrəli bank hesabında qoyulmuş 50.000 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlərin və Cavabdeh İKB ASC-nin (sonrakı adı “xxxx” ASC) 5 saylı filialı ilə X17 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsinə əsasən həmin filialın 15-83478-110-41220 nömrəli bank hesabında olan 28.500 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlərin Cavabdeh X21 Açıq Səhmdar Cəmiyyəti (sonrakı adı “xxxx” ASC) tərəfindən iddiaçı Məhərrəmova Nərgiz Məhərrəm qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, “xxxx” İKB ASC-nin (sonrakı adı “xxxx” ASC) 5 saylı filialı ilə X17 arasında bağlanmış D13/218 nömrəli müqaviləyə əsasən həmin filialın 15-83478- 101-41220 nömrəli bank hesabında olan əmanət pul və D14/023 nömrəli müqaviləyə əsasən isə həmin filialın 15-83478-100-41220 nömrəli bank hesabında olan əmanət pul iddiaçının mərhum atası X17 tərəfindən iddiaçıya vəsiyyət edilmişdir. Bu barədə xx.xx.2016-cı il tarixdə, saat 13:50də X14 və X20 şahidliyi ilə vəsiyyətnamə tərtib edilmiş və vəsiyyətnamə Bakı şəhəri 16 saylı notariat kontorunun notariusu X28 tərəfindən 2V/1-119 reyestr nömrəsi ilə qeydiyyata alınaraq təsdiq edilmişdir. İddiaçının atası X17 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Bundan sonra isə iddiaçı “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin alınması məqsədi ilə notariusa müraciət etmiş və bu müraciəti əsasında Bakı şəhəri 16 saylı notariat kontorunun notariusu X28 tərəfindən iddiaçıya xx.xx.2017-ci il tarixli, 2V-71 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən Cavabdeh İKB ASC-nin 5 saylı filialının 15-83478-110-41220 nömrəli bank hesabında olan 28.500 ABŞ dollar və onun üzərinə hesablanmış faiz, həmçinin bu filialın 15-83478-101-41220 nömrəli bank hesabında olan 50.000 ABŞ dollar və onun üzərinə hesablanmış faiz puldan ibarət əmanət məbləğləri iddiaçıya miras qalmışdır. Daha sonra isə iddiaçı vəsiyyətnamədə göstərilən həmin pul məbləğlərini bank hesablarından götürmək üçün Cavabdeh İKB ASC-nin (sonrakı adı “xxxx” ASC) 5 saylı filialına müraciət etmişdir. Bu müraciətə isə həmin filial tərəfindən 102 nömrəli, xx.xx.2017-ci il tarixli məktubla cavab verilmiş və məktubda göstərilmişdir ki, “ ... X17 filialdakı bank hesablarına xx.xx.2013-cü il tarixində 50.000 ABŞ dolları və xx.xx.2014-cü il tarixində 28.500 ABŞ dolları məbləğində əmanətlər yerləşdirmişdir. X10 məxsus xx.xx.2014-cü il tarixli, D14/023 nömrəli 28.500 ABŞ dolları məbləğində əmanətin girovu ilə xx.xx.2015-ci il tarixində Umbatova Elnarə Eldar qızı 15-D-2-0-180-15 saylı kredit müqaviləsi üzrə 25.650 ABŞ dolları məbləğində kredit götürmüşdür. xx.xx.2013-cü il tarixli D13/218 nömrəli 50.000 ABŞ dolları məbləğində əmanət üzrə isə xx.xx.2015-ci il tarixində 15-D-1-0-158-15 kredit müqaviləsinə əsasən 45.000 ABŞ dolları məbləğində Umbatova Elnarə Eldar qızına kredit verilmişdir. Qeyd olunan kreditlər rəsmiləşdirildiyi tarixlərdə X17 adından girovqoyan kimi xx.xx.2008-ci il tarixli ƏN- İ, 144623 nömrəli etibarnaməyə əsasən X15 çıxış edirdi. xx.xx.2016-cı il tarixində 45.000 ABŞ dolları məbləğində kreditin vaxtı bitdiyi üçün X11 tərəfindən yazılan xx.xx.2016-cı il tarixli ərizəyə və əmanətin girov müqaviləsinin 5.1.4-cü bəndinə əsasən girov qoyulmuş əmanətdən kredit borcu silinmişdir. xx.xx.2017-ci il tarixində 25.650 ABŞ dolları məbləğində kreditin vaxtı bitdiyi üçün X11 tərəfindən yazılan xx.xx.2017-ci il tarixli ərizəyə və əmanətin girov müqaviləsinin 5.1.4cü bəndinə əsasən girov qoyulmuş əmanətdən kredit borcu silinmişdir. Hal-hazırda X8 15-83478- 100 saylı bank hesabında 1.710,62 ABŞ dolları və 15-83478-102 saylı hesabında 1.596,42 ABŞ dolları vəsait mövcuddur”. Lakin Cavabdeh İKB ASC (sonrakı adı “xxxx” ASC) ilə Umbatova Elnarə Eldar qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 15-0-1 -0-158-15 nömrəli, xx.xx.2015-ci il tarixli, 15-D-2-0-180-15 nömrəli kredit müqavilələrinin, həmçinin həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə X17 ilə “xxxx” İKB ASC (sonrakı adı “xxxx” ASC) arasında bağlanmış girov müqavilələrinin, o cümlədən iddiaçının atası X17 tərəfindən iddiaçının qardaşı X7 verilmiş xx.xx.2008-ci il tarixli ƏN-İ, 144623 nömrəli etibarnamənin surətinin iddiaçıya təqdim edilməsini israrla Cavabdeh İKB ASC-nin (sonrakı adı “xxxx” ASC) 5 saylı filialından tələb etsə də, bu sənəd və məlumatların bank sirri olması əsas göstərilərək onların təqdim olunmasından şifahi şəkildə imtina olunmuşdur. “xxxx” İKB ASC-nin (sonrakı adı “xxxx” ASC) 5 saylı filialında olan və iddiaçının atası X10 məxsus olan əmanət pul məbləğlərinin girov qoyulmasına dair həmin filialla X17 arasında bağlanmış müqavilələr etibarsız müqavilələrdir. Belə ki, iddiaçının atası X2 əmanət məbləğlərinin girovla yüklü edilməsinə dair cavabdeh bankın 5 saylı filialı ilə hər hansı müqavilə bağlamamış, ümumiyyətlə onun bu əmanət pulu nə Umbatova Elnarə Eldar qızının, nə də digər üçüncü şəxsin kredit borcuna görə girov qoymaq niyyəti olmamışdır. Addiaçının atası sağlığında həmin əmanət pulları iddiaçıya vəsiyyət elmək istəmiş, lakin səhhəti ilə əlaqədar olaraq vəsiyyətnamənin verilməsi üçün notariusa gedə bilməmişdir. Hətta səhhəti tamamilə pisləşdiyi üçün ömrünün son günlərində vəsiyyətnamənin tərtib edilməsi üçün notariusu evə dəvət etmək məcburiyyətində qalmışlar. xx.xx.2016-cı il tarixdə tərtib edilmiş vəsiyyətnamədəki qeyddən də görünür ki, bütün əməliyyatlar mərhumun yaşadığı ünvanda, yəni ünvan 1əli mənzildə aparılaraq şahidlərin iştirakı ilə vəsiyyətnamə tərtib olunmuş və bir çox əmlaklarla yanaşı, sözügedən əmanət pul məbləğləri də iddiaçıya vəsiyyət edilmişdir. Odur ki, nə iddiaçının atasının, nə də iddiaçının “xxxx” İKB ASC-nin (sonrakı adı “xxxx” ASC) 5 saylı filialı ilə Umbatova Elnarə Eldar qızı arasında bağlanmış kredit müqavilələrindən, o cümlədən iddiaçının qardaşı X6 iddiaçının atasının adınan çıxış edərək bankla bağladığı girov müqavilələrindən xəbəri olmamışdır. Məhərrəm Məhərrəmov banklara qoyduğu əmanət pullarının üzərinə hesablanmış faizlərin iddiaçının qardaşı tərəfindən həmin banklardan götürülərək iddiaçının atasına verilməsi üçün iddiaçının qardaşı X7 etibarnamə vermişdir. Əgər iddiaçının atasının bu pulu girov qoymaq niyyəti olsa idi, o, ümumiyyətlə həmin əmlaklara dair iddiaçıya vəsiyyətnamə qoymazdı. Görünür ki, 28.500 ABŞ dolları və 50.000 ABŞ dolları məbləğində olan əmanət pulların Umbatova Elnarə Eldar qızının kredit borcuna görə girovla yüklü edilməsi zamanı iddiaçının atasının iradəsi ifadə olunmamışdır. Ona görə də etibarnamə əsasında X9 adından çıxış edən X11 tərəfindən imzalanmış girov müqavilələri etibarsız sənədlərdir. Həmçinin hadisələrin məntiqi ardıcıllığından da görünür ki, “xxxx” İKB ASC-nin (sonrakı adı “xxxx” ASC) 5 saylı filialından Umbatova Elnarə Eldar qızının adına kredit götürülməsini və bunun müqabilində iddiaçının atasına məxsus bank hesablarında olan əmanət pulların atasının razılığı və xəbəri olmadan həmin filialda girovla yüklü edilməsini Umbatova Elnarə Eldar qızı ilə X11 əmlak əldə etmək məqsədi ilə öncədən planlamışdır. Belə ki, Umbatova Elnarə Eldar qızı və X11 ər-arvaddır və onlar 2005-ci ilin sentyabr ayından rəsmi nikahdadırlar. Adları çəkilən şəxslər bankda olan əmanət pulları dolayı yolla ələ keçirmək üçün qanunsuz olaraq iddiaçının atasının İsmayıla verdiyi etibarnamədən istifadə etmiş, bu pulu girov qoyaraq arvadı Umbatova Elnarə Eldar qızı ilə birlikdə bankdan yüksək məbləğlərdə (25.650 ABŞ dolları və 45.000 ABŞ dolları) kredit götürməklə ümumi birgə mülkiyyətlərinə əmlak əldə etməyə nail olmuş, iddiaçının atasının vəfatından qısa müddət sonra isə səlahiyyəti olmadığı halda banka ərizə ilə müraciət edərək, həmin əmanətlərin hesabına kredit borcunun silinməsini filialdan xahiş etmiş və onun bu müraciəti dərhal icra edilərək bütün əmanət pullar bank hesablarından silinmişdir. Bundan başqa, ümumiyyətlə sözügedən girov müqavilələri bağlanarkən Mülki Məcəllənin 359.3-cü maddəsinin tələbləri də pozulmuşdur. Belə ki, qeyd edildiyi kimi, arvadı Umbatova Elnarə Eldar qızı ilə xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixlərdə “xxxx” İKB ASC-nin 5 saylı filialından Umbatova Elnarə Eldar qızının adına kredit götürərək pul vəsaiti əldə etmişdir. Qanunvericiliyə əsasən kimin adına əldə edilməsindən asılı olmayaraq nikah dövründə götürülmüş kredit pul ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilir. xx.xx.2017-ci il tarixli, 102 nömrəli məktubdan da göründüyü kimi, X11 arvadının adına kredit müqaviləsi bağlayaraq kredit götürmək üçün X9 verdiyi etibarnamədən çıxış edərək sonuncuya məxsus əmlak barəsində arvadı Umbatova Elnarə Eldar qızının, dolayısı ilə özü barəsində əqd bağlamışdır. Halbuki, Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqd1ər bağlaya bilməz. Göstərdən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İddia ərizəsinə əlavə edilən sənədlərdən görünür ki, təmsil edilən Məhərrəm Məhərrəmov etibarnaməni verməkdə məqsədi sadəcə banka qoyulmuş əmanətlərin üzərinə hesablanan faizlərin bankdan götürülərək iddiaçının atasına verilməsi olmuşdur. Etibarnamə verilərkən Məhərrəm Məhərrəmov (təmsil olunan) İsmayıl Məhərrəmova (təmsilçi) bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və İsmayıl Məhərrəmovun özünün maraqları daxilində deyil, Məhərrəm Məhərrəmovun maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir. Hazırkı mülki iş üzrə cavabdeh İsmayıl Məhərrəmov isə Məhərrəm Məhərrəmov tərəfindən ona verilmiş etibarnamədən təmsil olunan Məhərrəm Məhərrəmovun iradəsinə uyğun istifadə etməmiş, sözügedən etibarnamədən özünün maraqları üçün istifadə etmişdir. Halbuki, yuxarıda istinad edilən Mülki Məcəllənin 359.3-cü maddəsi qeyd olunan xüsusatlarla bağlı imperativ xarakter daşımaqla belə bır əqdin bağlanmasına birmənah olaraq imkan vermir. Bundan başqa, bankın 5 saylı filialının 102 nömrəli, xx.xx.2017-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2016-cı il tarixdə 45.000 ABŞ dolları məbləğində kreditin vaxtı bitdiyi üçün X11 tərəfindən xx.xx.2016-cı il tarixli ərizəyə və əmanətin girov müqaviləsinin 5.1.4-cü bəndinə əsasən girov qoyulmuş əmanətdən kredit borcu silinmiş, xx.xx.2017-ci il tarixdə 25.650 ABŞ dolları məbləğində kreditin vaxtı bitdiyi üçün X11 tərəfindən yazılan xx.xx.2017-ci il tarixli ərizəyə əmanətin girov müqaviləsinin 5.1.4-cü bəndinə əsasən girov qoyulmuş əmanətdən kredit borcu silinmişdir. Halbuki, xx.xx.2016-cı il tarixdə və xx.xx.2017-ci il tarixdə X11 tərəfindən “girov qoyulmuş əmanətdən kredit borcunun silinməsi tələbinə dair" ərizə ilə Cavabdeh İKB ASC-nin (sonrakı adı “xxxx” ASC) 5 saylı filialına müraciət edilərkən onun həmin ərizələri imzalamağa və pul vəsaitləri üzərində sərəncam verməyə səlahiyyəti olmamışdır. Çünki sözügedən bank hesabında olan əmanətlər iddiaçının atası X10 məxsus olmuş və o, xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İddiaçının atası vəfat etdiyi andan xx.xx.2008-ci il tarixli etibarnamənin qüvvəsinə avtomatik xitam verilmişdir. Ərizə bank tərəfindən qəbul edilib pul silinərkən bank əməkdaşları tərəfindən X7 verilən etibarnamənin qüvvədə olub-olmaması və onun ərizə verməyə səlahiyyətinin olması yoxlanılmamış, əsassız və qanunsuz olaraq silinmə əməliyyatı həyata keçirilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-3183/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh İKB ASC-nin (sonrakı adı “xxxx” ASC) 5 saylı filialı ilə X17 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, D13/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-101-41220 nömrəli bank hesabında olan 50.000 ABŞ dolları məbləğində pulun girov qoyulmasına dair “xxxx” İKB ASC (sonrakı adı “xxxx” ASC) ilə X17 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 15-D-1-0-158-15 saylı əmanətin girov müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh İKB ASC-nin (sonrakı adı “xxxx” ASC) 5 saylı filialı ilə X17 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-110-41220 nömrəli bank hesabında olan 28.500 ABŞ dolları məbləğində pulun girov qoyulmasına dair “xxxx” İKB ASC (sonrakı adı “xxxx” ASC) ilə X17 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 15-D-2-0-180-15 saylı əmanətin girov müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh İKB ASC-nin (sonrakı adı “xxxx” ASC) 5 saylı filialı ilə X17 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, D13/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15- 83478-101-41220 nömrəli bank hesabında qoyulmuş 50.000 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlər və “xxxx” İKB ASC-nin (sonrakı adı “xxxx” ASC) 5 saylı filialı ilə X17 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-110-41220 nömrəli bank hesabında qoyulmuş 28.500 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlərin Cavabdeh X21 Açıq Səhmdar Cəmiyyətindən (sonrakı adı “xxxx” ASC) tutularaq iddiaçı Məhərrəmova Nərgiz Məhərrəm qızına ödənilməsi qət edilmişdir. Cavabdeh X21 Açıq Səhmdar Cəmiyyətindən (sonrakı adı “xxxx” ASC) qətnamədən apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və şikayətə verilmiş əlavə onunla əsaslandırılmışdır ki, Bank ilə Umbatova Elnarə Eldar qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 15-D-1-0-158-15 saylı Kredit müqaviləsinə (bundan sonra - xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi) əsasən ona verilmiş 45000 (qırx beş min) ABŞ dolları məbləğində kreditin təminatı olaraq X12 məxsus 50000 (əlli min) ABŞ dolları məbləğində əmanət xx.xx.2015-ci il tairxli, Əmanətin girov müqaviləsinə əsasən girov qoyulmuşdur. Bank ilə Umbatova Elnarə Eldar qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 15-D-2-0-180-15 saylı Kredit müqaviləsinə (bundan sonra - xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi) əsasən ona verilmiş 25650 (iyirmi beş min altı yüz əlli) ABŞ dolları məbləğində kreditin təminatı olaraq X12 məxsus 28500 (iyirmi səkkiz min beş yüz) ABŞ dolları məbləğində əmanət xx.xx.2015-ci il tarixli Əmanətin girov müqaviləsinə əsasən girov qoyulmuşdur. Qeyd edilən kredit müqavilələri rəsmiləşdirildiyi zaman həmin əmanətin girov müqavilələrini X13 adından girovqoyan qismində xx.xx.2008-ci il tarixli, ƏN-İ seriyalı, 144623 nömrəli etibarnaməyə əsasən X11 çıxış etmişdir. xx.xx.2016-cı il tarixində 45000 (qırx beş min) ABŞ dolları məbləğində kreditin vaxtı bitdiyi üçün X11 tərəfindən yazılan xx.xx.2016-cı il tarixli ərizəyə əsasən girov qoyulmuş əmanətdən kredit borcu silinmişdir. Həmçinin, xx.xx.2017-ci il tarixində 25650 ABŞ dolları məbləğində kreditin vaxtı bitdiyi üçün X11 tərəfindən yazılan xx.xx.2017-ci il tarixli ərizəyə əsasən girov qoyulmuş əmanətdən kredit borcu silinmişdir. Məhkəmə qeyd etmişdir ki, X11 ilə borcalan Umbatova Elnarə Eldar qızı xx.xx.2005-ci il tarixdən birgə nikahdadırlar və onlardan birinin götürdüyü kredit məbləği onların ümumi birgə mülkiyyəti hesab edilir. X6 ona verilmiş etibarnamə əsasında X10 məxsus əmanət məbləğlərini birgə nikahda olduğu şəxsin götürdüyü kredit məbləğinə girov qoyması barədə imzaladığı əmanətin girov müqavilələri şəxsən özü barəsində bağlanmış əqd hesab olunur. Həmçinin, məhkəmə öz nəticəsini həm də onunla əsaslandırmışdır ki, X11 girov qoyulmuş əmanətlərdən kredit borcunun silinməsinə dair ərizələri verdiyi xx.xx.2016 və xx.xx.2017-ci il tarixlərdə etibarnaməni vermiş şəxs - X17 artıq ölmüşdür və onun tərəfindən verilən etibarnamənin qüvvəsinə etibarnaməni vermiş şəxsin ölməsi nəticəsində xitam verilmişdir. Lakin məhkəmə qeyd edilən qərarında yalnız iddiaçının iddia ərizəsində qeyd etdiyi nüansları təkrar etməklə heç bir araşdırma aparmadığını göstərmiş, nə işin faktiki hallarına, nə də ki qanunvericiliyə düzgün əsaslana bilməmiş və yalnış nəticəyə gəlmişdir. Belə ki, məhkəmə tərəfindən Umbatova Elnarə Eldar qızı ilə kredit və əmanətin girov müqavilələrinin rəsmiləşdirilməsi zamanı etibarnamə əsasında çıxış etmiş X6 xx.xx.2005-ci il tarixdən birgə nikahda olmasının müəyyən edilməsinə baxmayaraq, X11 tərəfindən əmanətin girov müqavilələrinin rəsmiləşməsi zamanı şəxsiyyətin eyniləşdirilməsi məqsədilə Banka təqdim edilən və qüvvədə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara əsasən X11 nikahda olmamışdır. X39 Eldar qızı ilə X11 əmanətin girov müqavilələri rəsmiləşdirilən zaman nikah münasibətlərində olmamışdır və qeyd edilən əmanətin girov müqavilələri şəxsin özü barəsində bağladığı əqd hesab edilə bilməz. Digər tərəfdən Umbatova Elnarə Eldar qızı ilə X11 rəsmi nikah münasibətlərində olmuş olsaydılar belə Umbatova Elnarə Eldar qızı tərəfindən götürülmüş kredit vəsaiti onların ümumi birgə mülkiyyəti sayılmayacağından əmanətin girov müqavilələri şəxsin özü barəsində bağladığı əqd hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bundan əlavə "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir. Qeyd edilənlər onu deməyə əsas verir ki, borcalan Umbatova Elnarə Eldar qızı tərəfindən kredit götürülməsi hər hansı əmlakın əldə edilməsi deyil, borc öhdəliyinin götürülməsidir. Eyni zamanda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətində olan əmlakın dairəsi müəyyən edilmişdir. Həmin maddəyə əsasən ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Göründüyü kimi, borcalanın nikah dövründə hər hansı kredit öhdəliyi götürməsi ümumi birgə mülkiyyət hesab edilməmişdir. X11 tərəfindən xx.xx.2008-ci il tarixli, ƏN-İ seriyalı, 144623 saylı etibarnamə əsasında xx.xx.2016-cı il tarixli və xx.xx.2017-ci il tarixli girov qoyulmuş əmanətdən kredit borcunun silinməsinə dair ərizələri imzalaması qanuni və əsaslıdır. Çünki qeyd edilən etibarnamədə X17 tərəfindən qeyd edilən etibarnamə ilə X7 etibar edilənin əmlakına dair sərəncam verilməsi səlahiyyəti etibar edilmişdir. Yəni etibar edənin bu yöndə iradəsi birbaşa ifadə edilmişdir. Digər tərəfdən əmanətdən kredit borcunun silinməsinə dair ərizələrin imzalandığı vaxt Banka münasibətdə etibarnamə qüvvədə olmuşdur. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 366-cı maddəsinə əsasən etibarnaməyə etibarnaməni vermiş fiziki şəxsin ölməsi nəticəsində xitam verilməsi halında etibarnamə vermiş fiziki şəxsin vərəsələri etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi onlara məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludurlar. Bu halda şəxsin ölümü nəticəsində etibarnaməyə xitam verilməsi halının Bank tərəfindən müəyyən edilməsi mümkün deyildir və Bank bu halı bilməyə də borclu deyildir. X17 bank hesabında olan əmanət pulunu qızı Məhərrəmova Nərgiz Məhərrəm qızına xx.xx.2016-cı ildə vəsiyyət ermişdir. X17 xx.xx.2016-cı ildə vəfat etmişdir. İddiaçı Məhərrəmova Nərgiz Məhərrəm qızı atasının bankda əmanətinin olmasından məlumatı olmuş və həmin əmanət üzrə onun adına vəsiyyətnamə olmasına baxmayaraq, bu barədə bankı məlumatlandırmamış, əmanət ilə bağlı banka rəsmi məlumat verməmişdir. Vəsiyyətnamənin verilməsindən və əmanətin kredit borcuna silinməsindən bir neçə ay keçdikdən sonra, yəni xx.xx.2017-ci ildə banka rəsmi müraciət edərək, vəsiyyətnamədə göstərilən pulun verilməsini istəmişdir. Göründüyü kimi, iddiaçı vaxtında banka müraciət etməyərək, qardaşı X6 atasının ölümündən sonra onun adına olan əmanətin kredit borcuna silinməsinə dair banka etibarnaməyə əsasən ərizə ilə müraciət etməsinə şərait yaratmışdır. İddiaçı bütün bunlardan məlumatlı olmuşdur. Bank tərəfindən iddiaçının qardaşına qarşı məhkəməyə iddia tələbi irəli sürüləndən sonra, məhkəmə baxışı dövründə iddiaçı hazırkı iddia tələbi ilə 2019-cu ildə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Mülki Məcəllənin 354-cü maddəsinə əsasən iddiaçı kəsici iddia müddətini keçirmişdir. İddiaçı qardaşı İsmayıl Məhərrəmov və digər şəxslər əmanət qoyan şəxsin X9 ölüm faktını vaxtında bnka bildirmədikləri üçün və bu faktın fankdan gizlədilərək X17 tərəfindən verilmiş etibarnamədən istifadə etməklə bank əməliyyatı apardığına görə məhkəmə tərəfindən cinayət işinin başlanılması üçün xüsusi qərar qəbul edilərək prokurora göndərilməlidir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)- 3156/2020 saylı qətnaməsi ilə Cavabdeh X21 Açıq Səhmdar Cəmiyyətindən (sonrakı adı “xxxx” ASC) tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2(102)-4435/2020 saylı qərarı ilə iddiaçı Məhərrəmova Nərgiz Məhərrəm qızının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-3156/2020 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh X21 Açıq Səhmdar Cəmiyyətinin (sonrakı adı “xxxx” ASC) nümayəndəsi X29 apellyasiya şikayəti və ona əlavəni müdafiə edərək, apellyasiya şikayəti və ona əlavədə göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilərək, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı Məhərrəmova Nərgiz Məhərrəm qızının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhəri 16 saylı notariat kontorunun notariusu iddiaçının atasının yaşadığı evə gələrək, orada şahidlərin iştirakları ilə vəsiyyətnamə tərtib olunmuşdur. Həmin vaxtı iddiaçı da orada olmuş, əmanət müqavilələrindən məlumatlı olmuşdur. İddiaçının atası xx.xx.2016-cı ildə vəfat edəndə iddiaçı bu barədə banka məlumat verməmişdir. İddiaçı gözləmişdir ki, vərəsəlik şəhadətnaməsini alsın. xx.xx.2017-ci ildə vərəsəlik şəhadətnaməsi alandan sonra iddiaçı banka müraciət etmişdir. İddiaçı tərəf xx xxxxx 2018-ci il tarixdə məhkəməyə müraciət etdiyi üçün, kəsici müddət ötürülməmişdir. İş üzrə cavabdeh X11 və 3-cü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-3183/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, sadəcə bir sıra qanunvericilik normalarının sadalanması və mübahisənin mahiyyətinə qiymət vermədən iddianın əsassız olması barədə qənaəti əks etdirən bir cümlədən ibarət olan məhkəmə aktı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarıldığı üçün ləğv edilməli, təkrar apellyasiya baxışı zamanı mübahisə ilə bağlı həm işin faktiki vəziyyətinin əlaqəli və mötəbər sübutlar əsasında mübahisələndirilməsi, həm də müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan maddi hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İş materiallarından xx.xx.2018-ci il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, X1 İsmayıl Məhərrəm oğluna harada yerləşməsindən və nədən ibarət olmasından asıl olmayaraq, onun bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizələrinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etmək, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamaq, bu əqdlər üzrə haqq-hesab aparmaq, mirası qəbul etmək və yaxud ondan imtina etmək və.s hərəkətləri etməyi xx.xx.2018-ci il tarixə kimi etibar etmişdir. İş materiallarından xx.xx.2014-cü ildə verilmiş AZE seriyalı, 13574492 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, ailə vəziyyəti subay olan X11 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, ev 8A, mənzil 26-da qeydiyyatdadır. İş materiallarında olan X3 ilə Cavabdeh İKB ASC-nin (sonrakı adı “xxxx” ASC) 5 saylı filialı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, D13/218 nömrəli müddətli əmanət müqaviləsindən görünür ki, bank əmanətçidən daxil olan əmanəti qəbul edir, müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanətin məbləğini qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür (əmanət hesabı 15-83478-101-41220; əmanətin adı Cavabdeh Prestij, əmanətin məbləği və valyutası 50.000 ABŞ dolları, əmanətin müddəti 36 ay, əmanətin qaytarılma tarixi xx.xx.2016, əmanətin faiz dərəcəsi 13%). İş materiallarında olan Cavabdeh İKB ASC (sonrakı adı “xxxx” ASC) ilə borcalan Umbatova Elnarə Eldar qızı arasında bağlanmış 15-D-1-0-158-15 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, bank borcalana 21 ay müddətinə illik 16 faiz dərəcəsi ilə istehlak məqsədi ilə 45.000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh İKB ASC (sonrakı adı “xxxx” ASC), borcalan Umbatova Elnarə Eldar qızı və girov qoyan X17 adından etibarnaməyə əsasən iştirak edən X11 arasında imzalanmış xx.xx.2015-ci il tarixli 15-D-1-0-158-15 saylı əmanətin girov müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, bankla borcalan arasında imzalanmış 15-D-1-0-158-15 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin təminatı X10 məxsus xx.xx.2013-cü il tarixli əmanət müqaviləsi üzrə 50.000 ABŞ dolları əmanət məbləğidir. İş materiallarında olan X3 ilə Cavabdeh İKB ASC-nin (sonrakı adı “xxxx” ASC) 5 saylı filialı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsindən görünür ki, bank əmanətçidən daxil olan əmanəti qəbul edir, müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanətin məbləğini qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür (əmanət hesabı 15-83478-110-41220; əmanətin adı Cavabdeh Sabit, əmanətin məbləği və valyutası 28.500 ABŞ dolları, əmanətin müddəti 36 ay, əmanətin qaytarılma tarixi xx.xx.2017, əmanətin faiz dərəcəsi 12,5%). İş materiallarında olan Cavabdeh İKB ASC (sonrakı adı “xxxx” ASC) ilə borcalan Umbatova Elnarə Eldar qızı arasında bağlanmış 15-D-2-0-180-15 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, bank borcalana 21 ay müddətinə illik 17,5 faiz dərəcəsi ilə istehlak məqsədi ilə 25.650 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh İKB ASC (sonrakı adı “xxxx” ASC), borcalan Umbatova Elnarə Eldar qızı və girov qoyan X17 adından etibarnaməyə əsasən iştirak edən X11 arasında imzalanmış xx.xx.2015-ci il tarixli 15-D-2-0-180-15 saylı əmanətin girov müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, bankla borcalan arasında imzalanmış 15-D-2-0-180-15 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin təminatı X10 məxsus xx.xx.2014-cü il tarixli əmanət müqaviləsi üzrə 28.500 ABŞ dolları əmanət məbləğidir. İş materiallarında olan xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhəri 16 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş (reyestr 2V/1-119) vəsiyyətnamənin surətindən görünür ki, X17 ölən günədək ona məxsus olan bir neçə əmlakı, o cümlədən Cavabdeh İKB ASC-nin (sonrakı adı “xxxx” ASC) 5 saylı filialı müqavilə №D13/218 hesab nömrəsi 15- 83478-101-41220, Cavabdeh İKB ASC-nin (sonrakı adı “xxxx” ASC) 5 saylı filialı müqavilə №D14/023 hesab nömrəsi 15- 83478-110-41220 olan depozitləri Məhərrəmova Nərgiz Məhərrəm qızına vəsiyyət etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan xx xxxxx 2017-ci il tarixdə Bakı şəhəri 16 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş (reyestr 2V-71) vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2016-cı il tarixdə ölmüş X9 2V-119 reyestr nömrə ilə qeyd olunan vəsiyyətnamədə göstərilən bir neçə əmlakı, o cümlədən Cavabdeh İKB ASC-nin (sonrakı adı “xxxx” ASC) 5 saylı filialında hesab nömrə 15-83478-101-41220 yerləşən 50.000 ABŞ dolları və faizindən, Cavabdeh İKB ASC-nin (sonrakı adı “xxxx” ASC) 5 saylı filialı müqavilə №D14/023 hesab nömrəsi 15-83478-110-41220 yerləşən 28.500 ABŞ dolları və faizindən ibarət olan əmlakın vərəsəsi Məhərrəmova Nərgiz Məhərrəm qızıdır. İş materiallarında olan Cavabdeh İKB ASC-nin (sonrakı adı “xxxx” ASC) xx xxxxx 2017-ci il tarixli 102 nömrəli məktubunda qeyd olunur: “X17 xx.xx.2013-cü il tarixində 50.000 ABŞ dolları və xx.xx.2014-cü il tarixində 28.500 ABŞ dolları məbləğində əmanətlər yerləşdirmişdir. X10 məxsus xx.xx.2014-cü il tarixli, D14/023 nömrəli 28.500 ABŞ dollar məbləğində əmanətin girovu ilə xx.xx.2015-ci il tarixində Umbatova Elnarə Eldar qızı 15-D-2-0-180-15 saylı kredit müqaviləsi üzrə 25.650 ABŞ dollar məbləğində kredit götürmüşdür. xx.xx.2013-cü il tarixli D13/218 nömrəli 50.000 ABŞ dollar məbləğində əmanət üzrə isə xx.xx.2015-ci il tarixində 15-D-1-0-158-15 kredit müqaviləsinə əsasən 45.000 ABŞ dollar məbləğində Umbatova Elnarə Eldar qızına kredit verilmişdir. Qeyd olunan kreditlər rəsmiləşdirildiyi tarixlərdə X17 adından girov qoyan kimi xx.xx.2008-ci il tarixli ƏN-İ, 144623 nömrəli etibarnaməyə əsasən X11 çıxış edirdi. xx.xx.2016-cı il tarixində 45.000 ABŞ dolları məbləğində kreditin vaxtı bitdiyi üçün X11 tərəfindən yazılan xx.xx.2016-cı il tarixli ərizəyə və əmanətin girov müqaviləsinin 5.1.4-cü bəndinə əsasən girov qoyulmuş əmanətdən kredit borcu silinmişdir. xx.xx.2017-ci il tarixində 25.650 ABŞ dolları məbləğində kreditin vaxtı bitdiyi üçün X11 tərəfindən yazılan xx.xx.2017-ci il tarixli ərizəyə və əmanətin girov müqaviləsinin 5.1.4-cü bəndinə əsasən girov qoyulmuş əmanətdən kredit borcu silinmişdir. Hal-hazırda X8 15-83478-100 saylı bank hesabında 1.710,62 ABŞ dolları və 15- 83478-102 saylı hesabında 1.596,42 ABŞ dolları vəsait mövcuddur”. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən xx.xx.1978-ci il təvəllüdlü İ.Məhərrəmov ilə E.Umbatovanın nikahının xx.xx.2005-ci il tarixdə Sabunçu rayon qeydiyyat şöbəsində qeydə alındığı məlum olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, X11 ilə borcalan Umbatova Elnarə Eldar qızının birgə nikahda olduğu nəzərə alınarsa, onlardan birinin götürdüyü kredit məbləği onların ümumi birgə mülkiyyəti (və ya ümumi borcları) hesab edilir. X6 ona verilmiş etibarnamə əsasında X10 məxsus əmanət məbləğlərini birgə nikahda olduğu şəxsin götürdüyü kredit məbləğinə girov qoyması barədə imzaladığı mübahisələndirilən əmanətin girov müqavilələri şəxsən özü barəsində bağlanmış əqd hesab olunur. Belə ki, X7 verdiyi etibarnamə ilə X17 özünün maraqları daxilində deyil, onun - X9 maraqlarından hərəkət etmək səlahiyyəti versə də, X11 ona verilmiş etibarnamədən etibarnamə vermiş şəxsin - X9 maraqları baxımından deyil, öz maraqları üçün istifadə etmişdir. X11 Mülki Məcəllənin 359.3-cı maddəsinin tələbləri baxımından mübahisələndirilən əmanətin girov müqavilələrini bağlaya bilməzdi. Bundan başqa, X17 hələ sağlığında, xx xxxxxx 2016-cı il tarixdə (ölümündən bir neçə gün əvvəl) ona məxsus olan bir neçə əmlakı, o cümlədən Cavabdeh İKB ASC-nin (sonrakı adı “xxxx” ASC) 5 saylı filialı müqavilə №D13/218 hesab nömrəsi 15-83478-101- 41220, Cavabdeh İKB ASC-nin (sonrakı adı “xxxx” ASC) 5 saylı filialı müqavilə №D14/023 hesab nömrəsi 15-83478- 110-41220 olan depozitləri Məhərrəmova Nərgiz Məhərrəm qızına vəsiyyət etmişdir, xx.xx.2016-cı il tarixdə ölmüş X9 bir neçə əmlakı, o cümlədən Cavabdeh İKB ASC-nin 5 saylı filialında hesab nömrə 15- 83478-101-41220 yerləşən 50.000 ABŞ dolları və faizindən, Cavabdeh İKB ASC-nin (sonrakı adı “xxxx” ASC) 5 saylı filialı müqavilə №D14/023 hesab nömrəsi 15-83478-110-41220 yerləşən 28.500 ABŞ dolları və faizindən ibarət olan əmlakın vərəsəsi Məhərrəmova Nərgiz Məhərrəm qızı hesab edilmişdir və bununla bağlı xx xxxxx 2017-ci il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə də verilmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, X6 xx.xx.2016cı il tarixli və xx.xx.2017-ci il tarixli ərizələrinə əsasən X10 məxsus mübahisələndirilən əmanət məbləğlərindən kredit borcunun silinməsinə və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin həm Məhərrəmova Nərgiz Məhərrəm qızına, həm də X7 xx.xx.2017-ci il tarixdə verilməsinə baxmayaraq, X11 bu barədə Məhərrəmova Nərgiz Məhərrəm qızına məlumat belə verməmişdir. Yəni əmanət məbləğləri Məhərrəmova Nərgiz Məhərrəm qızına vərəsəlik üzrə keçərkən həmin əmanət məbləğləri X6 arvadı Umbatova Elnarə Eldar qızının kredit borcunun girovu olaraq artıq silinmişdir və X11 bu barədə məlumatı Məhərrəmova Nərgiz Məhərrəm qızına bildirməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, X17 xx.xx.2016-cı il tarixdə ölmüşdür, X11 isə girov qoyulmuş əmanətdən kredit borcunun silinməsinə dair ərizələrlə xx.xx.2016-cı il tarixli və xx.xx.2017-ci il tarixlərdə müraciət etmişdir. Göründüyü kimi, X11 etibarnamə əsasında ərizə ilə müraciət edərkən etibarnaməni vermiş şəxs - X17 artıq ölmüşdür. X4 etibarnamə əsasında hərəkət edərkən artıq etibarnamənin qüvvəsinə etibarnaməni vermiş şəxsin ölməsi nəticəsində xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, işdə olan və tədqiq olunmuş sübutlar əsasında müəyyən olunur ki, xx.xx.2018-ci il tarixdə verilmiş etibarnaməyə əsasən X1 İsmayıl Məhərrəm oğluna harada yerləşməsindən və nədən ibarət olmasından asıl olmayaraq, onun bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizələrinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etmək, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamaq, bu əqdlər üzrə haqq-hesab aparmaq, mirası qəbul etmək və yaxud ondan imtina etmək və.s hərəkətləri etməyi xx.xx.2018-ci il tarixə kimi etibar etmişdir. X3 ilə Cavabdeh İKB ASC-nin 5 saylı filialı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, D13/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən bank əmanətçidən daxil olan əmanəti qəbul edir, müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanətin məbləğini qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür (əmanət hesabı 15-83478-101- 41220; əmanətin adı Cavabdeh Prestij, əmanətin məbləği və valyutası 50.000 ABŞ dolları, əmanətin müddəti 36 ay, əmanətin qaytarılma tarixi xx.xx.2016, əmanətin faiz dərəcəsi 13%). Cavabdeh İKB ASC (sonrakı adı “xxxx” ASC) ilə borcalan Umbatova Elnarə Eldar qızı arasında bağlanmış 15-D-1-0-158-15 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən isə bank borcalana 21 ay müddətinə illik 16 faiz dərəcəsi ilə istehlak məqsədi ilə 45.000 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh İKB ASC (sonrakı adı “xxxx” ASC), borcalan Umbatova Elnarə Eldar qızı və girov qoyan X17 adından etibarnaməyə əsasən iştirak edən X11 arasında imzalanmış xx.xx.2015-ci il tarixli 15-D-1-0-158-15 saylı əmanətin girov müqaviləsinə əsasən bankla borcalan arasında imzalanmış 15-D-1-0-158-15 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin təminatı X10 məxsus xx.xx.2013-cü il tarixli əmanət müqaviləsi üzrə 50.000 ABŞ dolları əmanət məbləğidir. Bundan başqa, X3 ilə Cavabdeh İKB ASC-nin (sonrakı adı “xxxx” ASC) 5 saylı filialı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsinə əsasən bank əmanətçidən daxil olan əmanəti qəbul edir, müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanətin məbləğini qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür (əmanət hesabı 15-83478-110-41220; əmanətin adı Cavabdeh Sabit, əmanətin məbləği və valyutası 28.500 ABŞ dolları, əmanətin müddəti 36 ay, əmanətin qaytarılma tarixi xx.xx.2017, əmanətin faiz dərəcəsi 12,5%). Cavabdeh İKB ASC (sonrakı adı “xxxx” ASC) ilə borcalan Umbatova Elnarə Eldar qızı arasında bağlanmış 15-D-2-0-180-15 saylı, xx.xx.2015ci il tarixli kredit müqaviləsinə əsasən isə bank borcalana 21 ay müddətinə illik 17,5 faiz dərəcəsi ilə istehlak məqsədi ilə 25.650 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh İKB ASC (sonrakı adı “xxxx” ASC), borcalan Umbatova Elnarə Eldar qızı və girov qoyan X17 adından etibarnaməyə əsasən iştirak edən X11 arasında imzalanmış xx.xx.2015-ci il tarixli 15-D-2-0-180- 15 saylı əmanətin girov müqaviləsinə əsasən bankla borcalan arasında imzalanmış 15-D-2-0- 180-15 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin təminatı X10 məxsus xx.xx.2014-cü il tarixli əmanət müqaviləsi üzrə 28.500 ABŞ dolları əmanət məbləğidir. Qeyd olunan kreditlər rəsmiləşdirildiyi tarixlərdə X17 adından girovqoyan kimi xx.xx.2008-ci il tarixli ƏN-İ seriyalı, 144623 nömrəli etibarnaməyə əsasən X11 çıxış etmişdir. xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhəri 16 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş (reyestr 2V/1-119) vəsiyyətnaməyə əsasən X17 ölən günədək ona məxsus olan bir neçə əmlakı, o cümlədən Cavabdeh İKB ASC-nin (sonrakı adı “xxxx” ASC) 5 saylı filialı müqavilə №D13/218 hesab nömrəsi 15- 83478-101- 41220, Cavabdeh İKB ASC-nin (sonrakı adı “xxxx” ASC) 5 saylı filialı müqavilə №D14/023 hesab nömrəsi 15-83478-110-41220 olan depozitləri Məhərrəmova Nərgiz Məhərrəm qızına vəsiyyət etmişdir. X17 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində ölmüşdür. xx xxxxx 2017-ci il tarixdə Bakı şəhəri 16 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş (reyestr 2V-71) vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2016-cı il tarixdə ölmüş X9 2V-119 reyestr nömrə ilə qeyd olunan vəsiyyətnamədə göstərilən bir neçə əmlakı, o cümlədən Cavabdeh İKB ASC-nin (sonrakı adı “xxxx” ASC) 5 saylı filialında hesab nömrə 15-83478-101-41220 yerləşən 50.000 ABŞ dolları və faizindən, Cavabdeh İKB ASC-nin (sonrakı adı “xxxx” ASC) 5 saylı filialı müqavilə №D14/023 hesab nömrəsi 15-83478-110-41220 yerləşən 28.500 ABŞ dolları və faizindən ibarət olan əmlakın vərəsəsi Məhərrəmova Nərgiz Məhərrəm qızıdır. xx.xx.2016-cı il tarixində 45.000 ABŞ dolları məbləğində kreditin vaxtı bitdiyi üçün X11 tərəfindən yazılan xx.xx.2016-cı il tarixli ərizəyə əsasən girov qoyulmuş əmanətdən kredit borcu silinmişdir. Həmçinin xx.xx.2017-ci il tarixində 25.650 ABŞ dolları məbləğində kreditin vaxtı bitdiyi üçün X11 tərəfindən yazılan xx.xx.2017-ci il tarixli ərizəyə əsasən girov qoyulmuş əmanətdən kredit borcu silinmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; MM-nin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. MM-nin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; MM-nin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. MM-nin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. MM-nin 365.1.7-ci maddəsinə əsasən etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. MM-nin 366.1-ci maddəsinə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. Qeyd olunmalıdır ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MülkiMəcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Mülki qanunvericiliyə əsasən əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Qanunda əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq etibarsız əqdlərin dörd növü fərqləndirilir. Subyekt tərkibi qüsurlu olan, iradəsi qüsurlu olan, forması qüsurlu olan, məzmunu qüsurlu olan əqdlər. Kollegiya qeyd edir ki, X11 ilə borcalan Umbatova Elnarə Eldar qızının xx.xx.2005-ci il tarixdən nikah münasibətlərinə olmaları bankda girov müqavilələri bağlanarkən məlum olmamışdır. Bunun sübutu olaraq, bank tərəfindən təqdim olunmuş X6 şəxsiyyət vəsiqəsinin surətində sonuncunun ailə vəziyyəti subay olaraq qeyd edilmişdir. Kollegiya hesab edir ki, cavabdeh X6 Mülki Məcəllənin 359.3-cü maddəsi ilə yolverilməz hesab edilən özü ilə əqd bağlaması halı da mövcud deyildir. Ona görə ki, qeyd olunan maddəyə əsasən təmsilçinin təmsil etdiyinin adından şəxsən özü barəsində əqdlər bağlaya bilməməsi dedikdə, təmsilçinin əqdi özünə münasibətdə özünün bağlaması başa düşülür. Başqa sözlə eyni bir şəxs əqdin hər iki tərəfində iştirak edir. Digər tərəfdən xx.xx.2018-ci il tarixdə verilmiş etibarnamədə X1 İsmayıl Məhərrəm oğluna harada yerləşməsindən və nədən ibarət olmasından asıl olmayaraq, onun bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizələrinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etmək, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamaq, bu əqdlər üzrə haqqhesab aparmaq, mirası qəbul etmək və yaxud ondan imtina etmək və.s hərəkətləri etməyi xx.xx.2018-ci il tarixə kimi etibar etmişdir. Göründüyü kimi, X17 tərəfindən qeyd edilən etibarnamə ilə X7 etibar edilənin əmlakına dair sərəncam verilməsi səlahiyyəti etibar edilmişdir. Yəni etibar edənin bu yöndə iradəsi birbaşa ifadə edilmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, X17 tərəfindən verilmiş etibarnamə əsasında X11 tərəfindən bağlanmış əmanətin girov müqavilələri X6 özü barəsində bağladığı əqd hesab edilə bilməz. Həmçinin əmanətdən kredit borcunun silinməsinə dair ərizələrin imzalandığı vaxt Banka münasibətdə etibarnamə qüvvədə olmuşdur. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 366.1-cı maddəsinə əsasən etibarnaməyə etibarnaməni vermiş fiziki şəxsin ölməsi nəticəsində xitam verilməsi halında etibarnamə vermiş fiziki şəxsin vərəsələri etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi onlara məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludurlar. Bu halda şəxsin ölümü nəticəsində etibarnaməyə xitam verilməsi halının Bank tərəfindən müəyyən edilməsi mümkün deyildir və Bank bu halı bilməyə də borclu deyildir. Məhkəmə araşdırması zamanı da iddiaçının nümayəndəsi izahatında qeyd etmişdir ki, xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhəri 16 saylı notariat kontorunun notariusu iddiaçının atasının yaşadığı evə gələrək, orada şahidlərin iştirakları ilə vəsiyyətnamə tərtib olunmuşdur. Həmin vaxtı iddiaçı da orada olmuş, əmanət müqavilələrindən məlumatlı olmuşdur. İddiaçının atası xx.xx.2016-cı ildə vəfat edəndə iddiaçı bu barədə banka məlumat verməmişdir. İddiaçı gözləmişdir ki, vərəsəlik şəhadətnaməsini alsın. xx.xx.2017-ci ildə vərəsəlik şəhadətnaməsi alandan sonra iddiaçı banka müraciət etmişdir. Göründüyü kimi, iddiaçı Məhərrəmova Nərgiz Məhərrəm qızı atasının bankda əmanətinin olmasından məlumatı olmuş və həmin əmanət üzrə onun adına vəsiyyətnamə olmasına baxmayaraq, bu barədə bankı məlumatlandırmamış, əmanət ilə bağlı banka rəsmi məlumat verməmişdir. Vəsiyyətnamənin verilməsindən və əmanətin kredit borcuna silinməsindən bir neçə ay keçdikdən sonra, yəni xx.xx.2017-ci ildə banka rəsmi müraciət edərək, vəsiyyətnamədə göstərilən pulun verilməsini istəmişdir. Kollegiya hesab edir ki, əqdlərin etibarsızlığı üçün əsaslar müəyyən olunmadığından, iddia tələbi qeyd olunan hissədə təmin edilə bilməz. Digər tərəfdən Abşeron rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(012)-896/2019-cu il tarixli məktubundan görünür ki, iddiaçı Məhərrəmova Nərgiz Məhərrəm qızının cavabdehlər Cavabdeh İKB ASC-yə (sonrakı adı “xxxx” ASC) və X5 qarşı müqavilənin etibarsız hesab edilməsi və pulun ödənilməsi tələbinə dair iddia ərizəsi xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olmuş, həmin tarixdə hakim tərəfindən təhvil alınmış və həmin tarixdə də icraata götürülmüşdür. Həmin mülki iş Abşeron rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(012)-896/2019 saylı qərardadı ilə baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. MM-nin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. MM-nin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, iddiaçı xx xxxxx 2017-ci il tarixdə məlumatlı olduğu halda, girov müqavilələrinin etibarsızlığı ilə bağlı iddianı xx xxxxxx 2019-cu ildə irəli sürülməsi üçün bir illik kəsici müddət də ötürülmüşdür. Kollegiya hesab edir ki, girov müqavilələrinin etibarsızlığı müəyyən olunmadığından, iddia tələbi Cavabdeh İKB ASC-nin (sonrakı adı “xxxx” ASC) 5 saylı filialı ilə X17 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, D13/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən həmin filialın 15- 83478-101-41220 nömrəli bank hesabında qoyulmuş 50.000 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlərin və '‘Cavabdeh" İKB ASC-nin (sonrakı adı “xxxx” ASC) 5 saylı filialı ilə X17 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsinə əsasən həmin filialın 15-83478-110-41220 nömrəli bank hesabında olan 28.500 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlərin Cavabdeh X21 Açıq Səhmdar Cəmiyyəti (sonrakı adı “xxxx” ASC) tərəfindən iddiaçı Məhərrəmova Nərgiz Məhərrəm qızına ödənilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, kollegiya hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh İKB ASC (sonrakı adı “xxxx” ASC) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 3183/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1135/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1135/2021
07.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver