Məhkəmə qərarları › İş №2(103)-1141/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1141/2022

05.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1141/2022 05.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil2 və Cavabdeh1 nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etbarsız hesab edilməsi, həmin alğı-satqı müqaviləsi əsasında verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və əmlaka payın tanınması” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5238/2021 saylı işi üzrə 21 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş "Lexus LX 570” markalı, 90 HP-999 dövlət qeydiyyat nişanlı avtomobilin alqı- satqısı barədə 18.11.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin alqı-satqısı müqaviləsi əsasında verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və onun həmin avtomobil üzərində 1/2 pay nisbətində mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur: Nəsimi Rayon Məhkəməsinin 18 aprel 2017-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh1 arasında 21 oktyabr 2014-cü il tarixdə Binəqədi rayon qeydiyyat şöbəsində nikah bağlanması haqqında akt qeydləri kitabında 969 № ilə qeydə alınmış nikah pozulması, 17 mart 2016-cı il təvəllüdlü X3 anası X2 yanında saxlanılması, azyaşlı uşağın yetkinlik yaşına çatanadək onun saxlanılması üçün hər ay 136,60 manat sabit məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (səh.29); Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh1 qarşı iddiası təmin edilməmişdir (səh.43); Bakı Apelyasiya Məhkəməsinin 03.06.2021-ci il tarixli qətnaməsinə əsasən, Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddia rədd edilmişdir (səh.47); Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 18.11.2020-ci il tarixli "Nəqliyyat vasitənin alqı-satqı” Müqaviləsinə əsasən, 19.01.2017 tarixdə adına qeydiyyatda keçən Cavabdeh1 "Lexus LX 570” markalı, 99 HP-999 dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 28000 manata satmışdır (səh.84);.İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. (səh.24). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5238/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir. X6 Hüquqları Məhkəməsinin "Miragall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarına; "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373, 375; Ailə Məcəlləsinin 23.1-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, 19.01.2017-ci il tarixdə **-HP-*** dövlət nömrə nişanlı "Lexus 570" markalı avtomobil Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Nəsimi rayon Məhkəməsinin 18.04.2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanılmış nikah pozulmuşdur. Mülki iş üzrə iddianı İddiaçı qaldırmış, Cavabdeh1 iddianı qəbul etmədiyindən tərəflərə barışıq üçün 3 ay vaxt verilmiş, 3 aydan sonra məhz iddiaçının təkidi ilə tərəflər arasındakı nikah pozulmuşdur. Həmin qətnamədə müəyyən olunmuşdur ki, tərəflər ayrı mənzillərdə yaşayırlar, birgə təsərrüfat idarə etmirlər. Belə olan halda mübahisəli avtomobil birgə nikah dövründə əldə olunmuş əmlak kimi hesab edilə bilməz. Bundan başqa, Cavabdeh1 onun adına qeydə alınmış əmlakı nikah pozulduqdan 3 il sonra özgəninkiləşdirmiş və alqı-satqı zamanı heç bir mülki pozuntusu olmamışdır. Eyni zamanda müəyyən edilmişdir ki, nikah pozulduqdan sonra Cavabdeh1 hər ay sabit pul məbləğdə aliment ödəmişdir. Beləliklə, iddiaçı tərəf ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu 2017-ci ilin əvvəllərində bilirdi. Məhkəmədə hazırki iddia isə 2021-ci ilin iyul ayında qaldırılmışdır, bu halda mülki (ailə) qanunvericiliyin tələbləri baxımında müəyyən edilmiş 3 illik iddia müddəti buraxılmışdır. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı, Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və əmlaka payın tanınması” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. İddiaçı apellyasiya şikayətini verərək, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 21.10.2021 -ci il tarixli, 2(006)-5238/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddi tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02.06.2021-ci il tarixli qərarına; Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32, 33-cü maddələrinə; MPM-in 88-ci maddəsinə; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 19.07.2019-cu il tarixli qərarına istinadən qeyd edilmişdir ki, İddiaçı Cavabdeh1 ilə 21 oktyabr 2014- cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 17 mart 2016-ci il tarixdə Cavad adlı övladları doğulmuşdur. 29 may 2019-cu il tarixdə aralarındakı nikah rəsmi qaydada pozulmuşdur. Birgə nikah dövründə “Lexus LX 570" markalı, 90 HP-999 dövlət qeydiyyat nişanlı avtomobil alınmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 noyabr 2020-ci il 2(006)-5792/2020 saylı iş üzrə qərardadı ilə “Lexus LX 570’' markalı, 90 HP-999 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Lakin Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli 2(006)-5792/2020 saylı iş üzrə qərardadı ilə ''Lexus LX 570" markalı, ** HP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına baxmayaraq Cavabdeh1 tərəfindən qanunsuz olaraq həmin avtomobil 18.11.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında avtomobil sonuncunun adından qeydiyyatdan çıxarılaraq Cavabdeh2 adına qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş “Lexus LX 570" markalı, ** HP *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satıqısı barədə 18.11.2020- ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və həmin avtomobil üzərində 1/2 pay nisbətində mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddiaçının iddia tələbi rədd edilmişdir. İlk olaraq cavabdeh tərəfin iddiaçı tərəfindən verilmiş iddia tələbinə qarşı irəli sürdüyü dəlillərə və məhkəmənin həmin dəlillərə münasibətini müəyyən etmək lazımdır. Cavabdeh tərəf verilmiş iddia tələbinə qarşı aşağıdakı dəlilləri irəli sürmüşdür: a)Birinci dəlil iddia müddətinin keçməsi; b) ikinci dəlil mübahisənin predmeti olan avtomobilin birgə nikah dövründə əldə edilmiş əmlakın olmaması. Məhkəmə isə birinci dəlilə hüquqi qiymət verməklə iddia tələbini rədd etmişdir, hesab edir ki, məhkəmə bu nəticəyə gələrkən KM- in 29.07.2019-cu il tarixli qərarını nəzərə almamış və qanunvericiliyin tələblərinə formal yanaşılmışdır. Ümumiyyətlə hesab edir ki, birgə nikah dövründə əldə edilmiş əmlak dair payların müəyyən edilməsi ilə bağlı tələblərə iddia müddəti tətbiq edilə bilməz. Doğrudur Ailə Məcəlləsinin 36.9-cu maddəsində bununla bağlı norma müəyyən edilsə də hesab edirik ki, bu norma AR Konstitusiyanın tələblərinə, həmçinin Mülki Məcəllənin 384.0.4-cü maddəsinə zidd olduğuna görə tətbiq edilə bilməz. Belə ki, Konstitusiyanın 29-cu maddəsinin 1/2 hissəsində mülkiyyətin iki hüquqi rejimi müəyyən edilmişdir. KM-in qeyd edilən qərarında daşınmaz əmlaklara dair olsa da, rəsmi reyestrdə qeydiyyata alınan daşınar əşyalara da aiddir. Belə olan halda əgər iddiaçının mülkiyyət hüququ qanunla müəyyən edilmişdirsə, həmin mülkiyyət yuxarıda qeyd edilənlərə əsasən dövlət tərəfindən təminat alıtına alınır. Bu səbəblə də MM-in 384.0.4-cü maddəsinə əsasən birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələblərinə dair iddia müddəti tətbiq edilə bilməz. Hazırki mübahisə üzrə iddia müddəti tətbiq edilərsə, ilk öncə iddia müddətinin axımının başlanmasının vaxtı müəyyən edilməlidir. Birincisi hazırki mübahisə üzrə iddia müddəti tərəflər arasında nikahın məhkəmə tərəfindən pozulduğu andan deyil, nikahın pozulması haqqına şəhadətnamənin alındığı vaxtdan hesablanmalıdır. Birincisi tərəflərin nikahı məhkəmə tərəfindən 18.04.2017-ci il tarixli, 2(006)-321/2017 saylı qətnamə ilə pozulsa da, iddiaçı tərəfi nikahın pozulması barəsində şəhadətnaməni 29.05.2019-cu il tarixində rəsmi qaydada almışdır. Belə halda iki səbəblə iddia müddəti tətbiq edilə bilməz. Birinci səbəb odur ki, nə məhkəmə qətnaməsində, nə də nikahın pozulması haqqında şəhadətnamədə iddiaçıya birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair 3 illik iddia müddəti izah edilməmişdir. Buna görə da iddia müddətinin axımının başlanması ən yaxşı halda 29.05.2019-cu il tarixindən hesablanmalıdır. İkinci səbəb də ondan ibarətdir ki, əgər iddiaçının nikah pozulduqdan sonra münasibətlərinə daimi xitam vermək istəyi olsaydı, o, qətnamədən dərhal sonra nikahın pozulması ilə bağlı qeydin qeydiyyat alınması üçün VVAQ-a müraciət edərdi. Lakin o, bunu etməmiş, yalnız 29.05.2019-cu il tarixində nikahın pozulması haqqında şəhadətnaməni almışdır. Bu iki səbəbə görə iddia müddətinin axımı 18.04.2017-ci il tarixli, 2(006)021/2017 saylı Qətnaməsindən sonra yox, məhz nikahın pozulması haqqında şəhadətnamənin alındığı tarixdən hesablanmalı idi. Qərarın tətbiq edilməsi üçün iki zaman aşımı müəyyən edilmişdir. Birinci zaman aşımı qərar qəbul edildikdən sonra yaranmış münasbətlərdir. Yəni KM- in sözügedən qərarının qəbul edilməsindən sonra yaranmış münasibətlərə tətbiq edilməlidir. İkinci zaman aşımı isə Qərar qəbul edilərkən məhkəmələrin icraatlarında olan işlərə. Bu cümlə bir qədər çaşqınlıq yaratsa da, hüququn müəyyənlik prinsipi baxımından, təkcə icraatda olan işlərdə deyil, həm də gələcəkdə icraatda olan işlərdə tətbiq edilməlidir. Əks halda hər hansı müəyyənlikdən söhbət gedə bilməz. İddia müddətinin tətbiq edilməsi tamamilə absurddur. Yuxanda qeyd edildiyi kimi cavabdehin iddia tələbinə qarşı etirazında ikinci dəlil də ondan ibarət idi ki, mübahisələndirilən əmlak ümumiyyətlə birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilə bilməz. Bununla da razı deyil, əvvala məhkəmə iddiaçının subyektiv hüququ baxımdan onları haqlı hesab etmişdirsə, demək ki, əmlak birgə nikah dövründə əldə edilmişdir. Bunu iki məhkəmə qətnaməsi sübut edir. Belə ki, birgə nikah dövründə əldə edilmiş Lexus LX 570 markalı, 99 HP-999 dövlət qeydiyyat nişanlı avtomobil üzərində payın müəyyən edilməsinə dair iddia tələbinin rədd edilməsi ilə bağlı həm Nəsimi rayon məhkəməsinin 10.02.2021 -ci il tarixli 2(006)-1111/2021 saylı Qətnaməsi ilə, həm də, Bakı Apelyasiya Məhkəməsinin 03.06.2021 -ci il tarixli. 2(103)- 5344/2021 saylı Qətnaməsi ilə əmlakın birgə nikah dövründə əldə edilməməsi qənaətinə gəlinməmişdir. Hazırki mübahisəyə baxan məhkəmədə bununla bağlı hər hansı əks fikir bildirməmiş və iddianın rədd edilməsi əsası kimi iddia müddətinin keçməsini qeyd etsə də yuxarıda qeyd etdiklərimizi nəzərə almamışdır. Bu səbəblə də cavabdehin irəli sürdüyü bu dəlil məhkəmədə sübut edilməmişdir. AM-in 33.3-cü maddəsinə əsasən “Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.". İşin hallarından da görünür ki iddiaçı həmin əmlakın özgəninkiləşdirilməsinə razı olmamış, hətta bununla bağlı məhkəmədə iddia təmin tədbiri barədə ərizə ilə də çıxış etdiyini Bu səbəblə də iddiaçı öz iddia tələbində tam haqlı olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, iddianın rədd olunmasının əsası kimi iddia müddətinin keçməsinin qeyd edildiyini, qarşı tərəfin təqdim etdiyi etiraz ərizəsində isə iki əsas, iddia müddətinin ötürülməsi və nikah dövründə əldə edilmədiyinin bildirildiyini, Mülki Məcəllənin 384.4.4-cü maddəsinə əsasən mülkiyyət hüququ ilə bağlı iddia müddətinin tətbiq edilmədiyinin qeyd edildiyini, Konstitusiya Məhkəməsinin Plenumunun aiddiyyətlə bağlı qərarında məhkəmələrin əmlak bölgüsünə dair işlərə baxarkın mülkiyyət hüququnu deyil, rejimi müəyyən etdiklərinin əks olunduğunu, birinci instansiya məhkəməsinin müddət axımının nikahın pozulmasına dair qətnamə çıxdığı gündən hesablandığını, iddiaçının nikahın pozulması haqqında qətnamədən xəbərsiz olduğunu, nikahın faktiki olaraq 2017-ci ildə pozulduğunu, iddia müddəti tətbiq edilməməli olduğunu, iddia müddətinin hesablanıldığı halda belə müddətin axımının düzgün hesablanmadığını, müddətin hesablandığı halda müddət axımının nikahın pozulması haqqında şəhadətnamənin alındığı yəni, 2019-cu ildən hesablanmalı olduğunu, iddiaçının əmlak satıldığı vaxtdan və nikahın pozulması barədə şəhadətnamə aldığı vaxtdan hüququnun pozulduğunu bildiyini, avtomobilə arvadın çatımlılığı yoxdursa, bunu rədd edilməli olmadığını bildirmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Vəkil1 Ziyadxan oğlu apellyasiya şikayətini qəbul etməyərək, iddia tələbi ilə apellyasiya şikayəti arasında ziddiyyətlərin mövcud olduğunu, birinci instaniya məhkəməsinin iddia müddətin dair hissədə haqlı olduğunu, iddia müddətinin ötürürldüyünü, iş materialında birinci instaniya məhkəməsinin 2017-ci il tarixli qətnaməsinin mövcud olduğunu, avtomobil alınarkən tərəflərin ayrı yaşadıqlarını, avtomobilin birgə vəsait hesabına alınmadığını,2017-ci il tarixli nikahın pozulmasına dair qətnamədə iddiaçının iddia ərizəsində birgə təsərrüfat idarə etmədiklərini etiraf etdiyini, tərəflərin 2016-ci ilin yaz-yay aylarında ayrı yaşadıqlarını, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh2 iştirakını təmin etmək mümkün olmadığından işə baxılması mümkün hesab edilmişdir. İddiaçının nümayəndəsi Vəkil2 tərəfindən mülahizə təqdim edilərək qeyd edilmişdir ki, hazırki tələblə bağlı iki dəfə iddia ərizəsi məhkəməyə təqdim edilmişdir. Birinci iddia ərizəsi məhkəməyə 02.11.2020-ci il tarixində təqdim edilmiş, həmin iddia ərizəsi üzrə mülki iş Nəsimi rayon məhkəməsinin hakimi cənab Rəşid Səmədovun icraatında olmuşdur. (1-ci qoşmaya iddia ərizəsi əlavə edilir). İlkin olaraq mülki işin nömrəsi Rəşid Səmədovun icraatında 2(006)-5792/2020 olmuşdur. Həmin mülki iş üzrə İddiaçı veridyi iddia təmin tədbiri barədə ərizəsi 10.11.2020-ci il tarixli Qərardadı ilə təmin edilmişdir. Həmin qərardaddan cavabdeh tərəfindən şikayət verilməmişdir. (2-ci qoşmaya 10.11.2020-ci il Qərardad əlavə edilir) Qeyd edilən qərardadın icrası ilə bağlı hakim Rəşid Səmədov tərəfindən verilmiş sorğuya AR DİN BDYPİ 05.12.2020-ci il tarxili,12003-1220 saylı cavab məktubu vermişdir. Həmin cavab məktubu məhkəməyə 10.12.2020-ci il tarxində daxil olmuşdur. Həmin məktubda qeyd edilmişdir ki, “Nəsimi rayon məhkəməsinin 10A 1.2020-ci il tarixli, 2(006)-5792/2020 saylı qərardadın icrası ilə bağlı bildiririk ki, “LEXUS LX570” markalı ** HP *** (qərardadda səhvən ** HP *** göstərilib) dövlət qeydiyyat nişanlı avtomobil 18.1 L2020-ci il tarixində Cavabdeh1 adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Odur ki qərardadın icrası mümkün olmadı. Həmçinin bildiririk ki, Nəsimi rayon məhkəməsinin 10.11.2020-ci il tarixli, 2(006)-5792/2020 saylı qərardadı DİN BDYPİ-yə daxil olmuşdur(qeyd edilən məktub 3-cü qoşmaya əlavə edilir. Daha sonra mülki işə baxılması növbəti ilə keçdiyinə görə mülki işin nömrəsi dəyişmiş və 2(006)-lll 1/2021 olmuşdur. Həmin mülki iş üzrə Nəsimi rayon məhkəməsi 10.02.2021-ci il tarixli, 2(006)-l 111/2021 saylı Qətnamə qəbul edilmişdir. (Nəsimi rayon məhkəməsi 10.02.2021- ci il tarixli, 2(006)-1111/2021 saylı Qətnaməsi 4-cü qoşmaya əlavə edilir.) Nəsimi rayon məhkəməsi 10.02.2021-ci il tarixli, 2(006)-1111/2021 saylı Qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 03.06.2021-ci il tarixli, 5344/2021 saylı Qətnamə qəbul edilmişdir. (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 03.06.2021-ci il tarixli, 5344/2021 saylı Qətnaməsi 5-ci qoşmaya əlavə edilir.) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 03.06.2021-ci il tarixli, 5344/2021 saylı Qətnaməsi rəsmi qaydada əldə edildikdən sonra dərhal (07.07.2021-ci ildə) hal hazırda Sizin icraatınızda olan mülki iş üzrə iddia ərizəsi Nəsimi rayon məhkəməsinə verilmişdir. (İddia ərizəsinin göndərilməsi ilə bağlı qəbz 6-cı qoşmaya əlavə edilir. Qeyd edilən iddia tələbi üzrə Nəsimi rayon məhkəməsi 21.10.2021-ci il tarixli, 2(006)-5238/2021 saylı qətnamə qəbul etmişdir. (Həmin Qətnamə mülki işdə olduğuna görə ərizəyə əlavə edilmir.) Birincisi əmlakla bağlı hüquq yuxarıda da qeyd edildiyi kimi 18.11.2020-ci il tarixində pozulmuşdur. Ona kimi isə əmlakla bağlı hüquq pozulmamışdır. Bu səbəblə də KM-in mövqeyinə əsasən iddia müddətinin axımı ən azından şəxsin subyektiv hüququnun pozulduğu andan başlamalıdır. Belə olan halda isə işin faktiki hallarından görünür ki subyektiv hüququn pozulduğu an 18.11.2020-ci il tarixidir. İndi isə subyektiv hüququn pozulduğunun KM-in mövqeyinə əsasən iddiaçı tərəfindən bildiyi və bilməli olduğu anı müəyyən edək. İşin faktiki hallarının 3-cü bəndində qeyd edildiyi kimi ““LEXUS LX570” markalı ** HP *** (qərardadda səhvən ** HP *** göstərilib) dövlət qeydiyyat nişanlı avtomobil 18.11.2020-ci il tarixində Cavabdeh1 adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir.Bu fakt təsdiq edir ki, iddiaçı hüququnun pozulduğunu 18.11.2020-ci il tarixindən sonra bilməli idi. Lakin ərizəyə əlavə edilmiş sübutdan görünəcək ki, iddiaçının bunu bilməsi mümkün deyildir. Ona görədə iddia müddətinin axımının başlanması hüququn puzulduğunun bilməli olduğu andan hesablana bilməz. Çünki iddiaçının vəkili 18.09.2020-ci il tarixində mübahisələndirilən əmlakla bağlı AR DİN BDYP-yə 18.09.2020-ci il tarixində sorğu göndərmiş, həmin sorğuya da AR DİN BDYPİ tərəfindən 01.01.2020-ci il tarixlə 29610-1220 saylı məktubla cavab verilmişdir ki, mübahisəli əmlak cavabdehin mülkiyyətindədir, (qeyd edilən məktub 7-ci qoşmaya əlavə edilir.). Ona görə də hazırki mübahisə üzrə iddia müddətinin axımının başlanması anı iddiaçının subyektiv hüququnun pozulduğunu bildiyi an müəyyən edilməlidir. Həmin an isə işin faktiki hallarının 3-cü bəndində qeyd edildiyi kimi 10.12.2020-ci il tarixindən sonrakı tarixdir. Ən önəmli məqamlardan biri iddiaçı ilə cavabdehin nikahı rəsmi qaydada pozulduqdan sonra nə vaxtdan icra edilməsi anıdır ki, həmin anla bağlı qeyd edirik ki, Nəsimi rayon İcra Şöbəsinin 03.11.2021-ci il tarixli, 16848-91434/2020-5-6 saylı cavab məktubunda iddiaçıya bildirilmişdir ki, “Nəsimi rayon məhkəməsinin 2(006)-321/2017 saylı, 18.04.2017-ci il tarixli icra sənədinə əsasən 09.07.2020-ci il tarixindən başlayaraq hər ay uşağın yetkinlik yaşma çatana dək saxlanması üçün 136.6 manat məbləğində sabit pul tutularaq Cəbrayı!ov Aygün Rafael qızma ödənilməlidir”. Qeyd edilən məktub da apellyasiya şikayətində qeyd edilənləri bir daha təsdiq edir ki, nikahın pozulması haqqına qətnamə iddiaçı tərəfindən faktiki qəbul edilməmiş və ailə münasibətlərinin düzəlməsinə ümidlər olmuşdur.(qeyd edilən məktub 8-ci qoşmaya əlavə edilir.) Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılarkən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337- 354, 372-384, 385-390, 560; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-37 maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 19.07.2019-cu il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13, 14.2, 76.1, 77.1, 80-82, 119, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmış, apellyasiya şikayətinin ziddiyyətli (biri-digərini istisna edən) və sübutedici əsasları olmayan dəlilləri birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, iddiaçı apellyasiya şikayətində və apellyasiya icraatı zamanı iddia müddətini istisna edən (başlanğıcı, kəsilməsi,dayanması və s.) barədə sübutlar birinci instansiya məhkəməsində icraat zamanı təqdim edilməmişdir. Lakin apellyasiya şikayətinin dəlilləri olaraq kollegiya şikayətin iki dəlilini – iddia müddətinin tətbiq edilmə yolverilməzliyi və onun ötməməsini müzakirə etməlidir. Bununla əlaqədar qeyd edilməlidir ki, mülkiyyət hüquqlarının tanınması barədə tələbin olması özü birinci dəlilin hüquqi əsasının müzakirəsini istisna edir. Digər dəlil isə özüdə ziddiyyətlidir. Belə ki, cavabdeh iddia müddətinin başlanğıcını nigah pozulması barədə şəhadətnamənin alınması, nəqliyyat vasitəsinin satılması zamanı və sair mücərrəd əsaslarla subut etməyə çalışmışdır. Kollegiya hesab edirki, hətta birinci iddia ərizəsinin məhkəməyə 02.11.2020-ci il tarixində təqdim edildiyi nəzərə alınsa belə, iddiaçı tərəf ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu 2017-ci ilin əvvəllərində, yəni münasibətlərin pozulduğu andan bilməli olduğu andır, bu halda mülki (ailə) qanunvericiliyin tələbləri baxımında müəyyən edilmiş 3 illik iddia müddəti buraxılmışdır. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı, Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və əmlaka payın tanınması” tələbinə dair iddia ərizəsinin İddiaçı apellyasiya şikayətinin dəlilləri əsasında belə təmin edilməsi üçün əsaslar mövcud deyil. Müddətinin dəqiq axımının müəyyən edilməsinə yönəlik olmayan apellyasiya şikayətinin dəlilləri əsassızdır, hüquqlardan sui-istifadə yönəlmişdir, ona görə də təmin edilə bilməz. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5238/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar