Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1142/2024 15.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-ə qızına qarşı “borcun silinməsi” tələbinə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3224/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(011)-3224/2023 saylı qətnaməsinə əsasən, İddiaçı ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan fərdi yaşayış evindəki **********00000 saylı abonent koduna qanunsuz olaraq hesablanmış 6220,80 manat məbləğində borcun silinməsi barədə iddiası qismən təmin edilmiş, 5443 manat 20 qəpik məbləğində borcun silinməsi, iddia tələbi qalan hissədə rədd edilməsi, Cavabdehndən 74 manat, 43 qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli 2(011)-3224/2023 saylı qətnamənin iddia tələbinin təmin olunmayan, mübahisələndirilən 777,60 manat hissədə ləğv edilməsi, Cavabdeh İB tərəfindən İddiaçı **********00000 saylı abonent koduna hesablanmış ümumi borcdan geriyə qalan, iddia tələbinin təmin olunmayan 777,60 manat borc hissəsi silinməsini xahiş etmişdir. Xətai Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli 2(011)- 3224/2023 saylı qərardadı ilə ( Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 363.1.1-1, 363.1.3-cü maddələrinə istinadən) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçı qərardaddan şikayəti verərək, Xətai Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli 2(011)-3224/2023 saylı qərardadın ləğv edilməsini, iş üzrə qəbul edilmiş qətnamədən tərəfindən verilmiş apellyasiya şikayəti mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 13, 50.1, 68.3, 227.2, 227.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə qətnaməsi poçt ünvanına rəsmi qaydada göndərilmədiyi üçün Xətai Rayon Məhkəməsinə şəxsən özü gedib xx.xx.2023-cü il tarixdə rəsmi qaydada ərizə yazıb yazılı ərizəsini məhkəmənin dəftərxanasına təqdim etmişdir. xx.xx.2023-cü il tarixdə də məhkəmənin hakimi Şəhriyar Əliyevin otaq işçiləri qətnaməni ona əldən təqdim etmişlər və heç bir sənədə (qəbzə) imza etdirmədilər. Qətnamədən şikayətçi olduğunu həmin gün vəkilinə bildirmişdir. Qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş 1 aylıq prosessual müddətin axını barədə qərardadda qeyd olunanlar yəni ki - qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş 1 aylıq prosessual müddətin axımının xx.xx.2023-cü il tarixdən başlaması və xx.xx.2023-cü il tarixdə bitməsi barədə qeydlər, iş üzrə cavabdeh (Azəriqaz İB) üçün aid edilmişdir. İş üzrə o, iddiaçıdır, məhkəmənin bu qeydləri də cavabdeh tərəfə aid edilmiş olduğundan ona aidiyyəti yoxdur. Məhkəmə qətnaməsindən şikayət verib-verməməyi isə nümayəndəsi və vəkili olan şəxs qərara almır. Məhkəmə qətnaməsindən şikayətin verilibverilməsi barədə qərar qəbul edəcək şəxs iddiaçı tərəf qismində odur. Məhkəmənin qətnaməsi tərtib edildikdən sonra iddiaçı tərəf qismində onun poçt ünvanına göndərilməmiş və o həmin məhkəmə qətnaməsini rəsmi qaydada əldə etməmişdir. Məhkəmə qətnaməsi poçt ünvanına rəsmi qaydada göndərilmədiyi üçün Xətai Rayon Məhkəməsinə şəxsən özü gedib xx.xx.2023-cü il tarixdə rəsmi qaydada yazılı ərizə yazıb ərizəni məhkəmənin dəftərxanasına təqdim etmişdir. İddiaçı qismində onun özü həmin qətnamədən şikayətçi olduğu üçün onun tapşırığı əsasında vəkili qətnamədən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermiş, şikayət vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq prosessual müddət tərəfindən ötürülməmişdir. Məhkəmə tərəfindən MPM-in 227.2-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, qətnamə elan edildiyi tarixdən sonra 10 iş günü ərzində tərtib edilməmiş və 10 iş günü ərzində tərtib edilib başa çatdırılmamışdır. Nəzərə alınsa kı, qətnamə vəkilinin e-kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir, bu da o anlama gəlir ki, qətnamə elan edildiyi tarixdən 13 iş günü sonra vəkilinin e-kabinetinə yerləşdirilmişdir Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(011)-3224/2023 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2(011)-3224/2023 saylı qərardadından mülki iş üzrə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128- 133, 395, 397-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, və qərardadın dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Şikayətçinin diqqətinə çatdırılmalıdır ki, iddiaçı müddətin ötürülməsini özü etiraf edir, lakin bunun ondan asılı olmayan, məhkəmənin qüsurlu fəaliyyətindən irəli gələn üzrlü səbəbdən baş verdiyini bildirir. Qeyd edilməlidir ki, qətnamə 11 sentyabr 2023-cü il tarixdə İddiaçı nümayəndəsi Vəkil2 elektron kabinetinə yerləşdirilmiş, iddiaçı isə 21 oktyabr 2023-cü il tarixdə şikayət təqdim etmişdir. Şikayətdə sadalanan ziddiyyətli dəlillər sübuta yetirilmir və onların üzrlü hesab (müzakirə) edilməsi üçün müddətin bərpasına dair ərizə-vəsatət verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Qeyd edilənlərə və sübuta yetirilməyən əsassız dəlillərə görə, xüsusən də müddətin ötürülməsinin üzrlü səbəblərinin olması barədə müzakirələrin aparılması prosessual səlahiyyətlərin hədlərini müəyyən edən qanunvericiliyin tələbləri baxımından yolverilməzdir və ona görə şikayət təmin edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 395-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3224/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-1142/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1142/2024
15.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver