Məhkəmə qərarları › İş №2(103)-1142/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1142/2025

02.06.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-1142/2025 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: kompensasiya verilməklə özbaşına tikililərin boşaldılaraq sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Maraqlı şəxs Maraqlı şəxs iştirakı ilə, İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “41000 manat kompensasiya verilməklə cavabdehə məxsus özbaşına tikililərin boşaldılaraq sökülməsi tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının ##.##.2021-ci il tarixli, *** nömrəli Sərəncamına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yer quruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçilər) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə əsasən qarşılıqlı razılıq əsasında İddiaçı ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə İddiaçı ASC-nin icarə əsasında istifadəsinə verilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin ** saylı MKİS-in ** saylı arayışına əsasən, Qanlı gölün Qərb sahili şərti nömrəsi 61 olan evdə Cavabdeh qeydiyyatsız yaşayır. Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin ** saylı MKİS-nin ## ### 2026-cı il tarixli arayışına əsasən, Cavabdeh MKİS-də mövcud olan siyahıda Qanlı gölün Qərb sahili şərti nömrəsi 61 olan evdə adı göstərilmiş, qeydə alınmamışdır. Yasamal rayon ** saylı MKİS-in ##.##.2024-cü il tarixli aktından müəyyən olunur ki, Qanlı Gölün ərazisində yerləşən Cavabdeh Bəhmən oğluna məxsus M-** nömrəli evdə Zahid adlı şəxs kirayədə yaşayır. Maraqlı şəxs həmin ünvanda yaşamır. M-** nömrəli ev onun qardaşı Cavabdeh adına MKİS-də qeydiyyatdadır. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin ** saylı MKİS-in ##.##.2024-cü il tarixli arayışına əsasən, Qanlı gölün Qərb sahili şərti nömrəsi 61 olan evdə Maraqlı şəxs qeydiyyatsız yaşayır. İddiaçının təqdim etdiyi Alternativ Ekspertiza Mərkəzi MMC-in ##.##.2024-cü il tarixli, ** nömrəli qiymətləndirmə rəyinə əsasən, hazırki iddia tələbi üzrə mübahisə predmeti olan tikililərin ümumi dəyəri təxminən 41.000 manat təşkil edir. Maraqlı şəxsin təqdim etdiyi Caspian Valuation MMC-in qiymətləndirmə rəyindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin, qeyri-yaşayış sahələri ev 0,24 ha torpaq sahəsinin ##.##.2024-cü il tarixinə bazar dəyəri 198.500 manat təşkil edir. Maraqlı şəxsin təqdim etdiyi Qiymətləndirmə və Consultig Mərkəzinin qiymətləndirmə rəyindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin, qeyri-yaşayış sahələri ev 0,24 ha torpaq sahəsinin ##.##.2024-cü il tarixinə bazar dəyəri 211.500 manat təşkil edir. O cümlədən evin qiyməti 55.572,4 manat, torpağın qiyməti 183.908,2 manat, kommunikasiya işlərinin dəyəri 8.335,9 manat, sahibkarın mənfəti 27.586,2 manat. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, cavabdehin nümayəndəsinin göstərdiyi faktiki torpaq sahəsi 2820,0 kv.m. təşkil etməklə hər tərəfdən daş hasar və tikilinin çöl divarı ilə sərhədləri göstərilir. Sahəyə dair sənəd təqdim edilməyib. Sahənin üzərində yaşayış evi və köməkçi tikililər mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə «Yaşayış məntəqələrinin torpaqları» kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağıdır. Sahədəki tikililərin qeydiyyatı barədə bazada məlumat aşkar edilməmişdir. Bundan əlavə sahəyə xxxx ASC-in çoxsaylı müraciətləri olmuşdur. Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olan Mərkəzi Ekspertiza Bürosu MMC-in ##.##.2026-cı il tarixli MEB-***-**** saylı qiymətləndirmə hesabatından müəyyən olunur ki, xxxx ASC-in sökülməsini tələb etdiyi cavabdeh Cavabdeh aid olması qeyd olunan Bakı şəhəri Yasamal rayonu Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən tikililərdən faktiki olaraq bir hissəsi (42,50 kv.m.) yaşayış, digər hissəsi (395,0 kv.m.) isə qeyriyaşayış kimi istifadə edilib. xxxx ASC-in sökülməsini tələb etdiyi cavabdeh Cavabdeh aid olması qeyd olunan Bakı şəhəri Yasamal rayonu Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən tikililərin hazırda bazar dəyəri 71.700 manat, tikililərin inşaasına sərf olunan vəsait 43.700 manat təşkil edir. xxxx ASC ilə mülkiyyətçi X2 arasında bağlanmış ##.##.2025-ci il tarixli *** saylı müqavilənin surətindən müəyyən olunur ki, mülkiyyətçinin istifadəsində olan şərti nömrəsi 140, faktiki sahəsi 150 m2 olan tikililərin sökülməsi üçün ASC 50.000 manat pul vəsaitini verməyi öhdəsinə götürmüşdür. xxxx ASC ilə mülkiyyətçi X3 arasında bağlanmış ##.##.2024-cü il tarixli ***/**** saylı müqavilənin surətindən müəyyən olunur ki, mülkiyyətçinin istifadəsində olan şərti nömrəsi 93, faktiki sahəsi 65 m2 olan tikililərin sökülməsi üçün ASC 50.000 manat pul vəsaitini verməyi öhdəsinə götürmüşdür. xxxx ASC ilə mülkiyyətçi X4 arasında bağlanmış ##.##.2025-ci il tarixli *** saylı müqavilənin surətindən müəyyən olunur ki, mülkiyyətçinin istifadəsində olan şərti nömrəsi 46, faktiki sahəsi 58,74 m2 olan tikililərin sökülməsi üçün ASC 38.840 manat pul vəsaitini verməyi öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı “13.000 manat kompensasiya verilməklə cavabdehə məxsus özbaşına tikililərin boşaldılaraq sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı İddiaçı ASC-nin nümayəndəsi ##.##.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini dəqiqləşdirmiş, kompensasiya miqdarını 41.000 manat həddində müəyyən etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) cavabdeh Cavabdeh məxsus özbaşına tikili mövcuddur. Bakı şəhəri İcra Hakimiyyətinin başçısının ##.##.2021-ci il tarixli *** nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yer quruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçilər) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə əsasən qarşılıqlı razılıq əsasında İddiaçı ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə İddiaçı ASC-nin icarə əsasında istifadəsinə verilmişdir. Bununla bağlı, Bakı şəhəri İcra Hakimiyyətinin başçısının ##.##.2021-ci il tarixli *** nömrəli Sərəncamının icrası məqsədilə iddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına və ərazidə yerləşən tikililərin sahiblərinə müraciət edilmiş, nəticədə müəyyən edilmişdir ki, həmin tikililər özbaşına tikili olmaqla tam yararsız və qəzalı vəziyyətdədirlər. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2(007)-2923/2024 nömrəli qətnaməsi iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “41.000 manat kompensasiya verilməklə cavabdehə məxsus özbaşına tikililərin boşaldılaraq sökülməsi” tələbinə dair iddianın təmin edilməsi, iddiaçı İddiaçı ASC tərəfindən cavabdeh Cavabdeh 41.000 (qırx bir min) manat ödənilməklə cavabdeh Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən özbaşına tikililərin boşaldılaraq sökülməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan tikililərin qanunsuz tikili olması mülki işin mübahisəsiz halıdır. Cavabdehin həmin tikilini 24 ilə yaxın müddətdir qanunsuz əsaslarla istifadə etməsi sahibliyin bundan sonrada sahibliyin qanunsuz əsaslarla davam etdirilməsinə əsas ola bilməz. Tikili qanunsuz tikili olduğundan və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə əsasən 30 illik müddətin Mülki Məcəllənin qüvvəyə mindiyi gündən tətbiq edilməsinin hüquqiliyi nəzərə alınmaqla hazırki mübahisəyə MM-in 178-ci maddələrinin dispozitiv şərtləri tətbiq edilə bilməz. Mübahisə predmeti olan tikililərin qanunsuz tikili olmasına baxmayaraq məhkəmə mülkiyyət hüququna “gözlənti hüququ”, “faktiki dəyəri olan əmlak” kontekstindən yanaşaraq ədalətli balansın qorunmasının təmin edilməsi məqsədilə qanunsuz sahibə müvafiq məbləğdə kompensasiyanın ödənilməsini yolverilən və əsaslı hesab edir. Məhkəmə iş materiallarında olan fotoşəkillərə baxaraq hesab etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş müvafiq qiymətləndirmə rəyi şişirdilmişdir və obyektiv durumu ifadə etmir. İddiaçı tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli ** nömrəli qiymətləndirmə rəyini isə məhkəmə ədalətli, ağlabatan, mötəbər və əsaslı hesab edir. Məhkəmə “prosessual qənaət” prinsipinin tələblərini əsas götürərək məhkəmə ekspertizasının təyin edilməsini zəruri hesab etmir, əsassız yerə əlavə məhkəmə xərclərinin yaranacağı, mülki iş üzrə araşdırmanın operativliyinə mane olacağı kimi həmin xüsusata hüquqi qiymət verir. Aydın, anlaşılan hüquq normasının geniş və ya dar çərçivədə təfsir edilməsi yolverilməzdir. Hüquq norması hüquq münasibətləri arasında yaranan münasibətləri ədalətli qaydada tənzimləmək üçün tərtib edilir. Məhkəmə qərar qəbul edərkən şəhər sakinlərinin, subyektlərin ümumi mənafe və maraqlarını əsas götürür. Hüquqdan sui-istifadə yolverilməzdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən “formal həqiqət” prinsipi nəzərə alınmaqla, həmçinin məhkəmənin mülki prosesdə arbitr rolunda iştirak etməsi qedy edilməklə məhkəmənin öz təşəbbüsü ilə tərəflərdən birinin lehinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Bu səbəbdən, məhkəmə mülki işə tərəflərin təqdim etdiyi sübutlar əsasında baxaraq qərar qəbul etməyi qanuni və əsaslı hesab edir. Məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı İddiaçı ASC tərəfindən cavabdeh X1 41.000 (qırx bir min) manat ödənilməklə cavabdeh Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) özbaşına tikililər boşaldılaraq sökülməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 180.1, 180.2, 180.3, 180.4, 560.1, 560.2, 560.3.5.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ##.##.2020ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən maraqlı şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Yasamal Rayon Məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilmədən baxılmaqla qətnamə qəbul edilməsi nəticəsində əsassız olaraq maraqlı şəxsin hüquq və vəzifələrinə toxunularaq Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulmuş məhkəmə müdafiəsi hüququ pozulmuşdur. Məhkəmə qətnamə qəbul edərkən kifayət qədər araşdırma aparmadan işin faktiki və real hallarına qiymət verməyib, maddi və prosessual normaların tələbini pozmuşdur. Maraqlı şəxs tərəfindən verilən vəsatətlər, ərizələr heç biri nərəzə alınmadan “5 dəqiqəlik” məhkəmə ilə əsassız qətnamə qəbul edilmişdir. Şikayətdə qeyd olunanlara görə, iş materillarından görünür ki, iddia ərizəsi Nümayəndə tərəfindən imzalanıb. Lakin, Nümayəndə tərəfindən təqdim edilmiş əmək müqaviləsi bildirişində iş yerinin əsas və ya əlavə iş yeri olması barədə qeyd yoxdur. Bu onu deməyə əsas verir ki, İddiaçı ASCdəki iş yeri Nümayəndə əsas iş yeri olmayıb. Əmək Məcəlləsinə edilən son əsaslı dəyişikliklərdə qeyd olunur ki, işçinin iş yerinin əsas və ya əlavə iş yeri olması barədə qeyd əmək müqaviləsində mütləq qeyd olunmalıdır. Əmək qanunvericiliyinin pozulması ilə bağlanan əmək müqaviləsinin hüquqi qüvvəsi yoxdur. İş yerinin əsas və ya əlavə olması əmək müqaviləsi bildirişində mütləq göstərilməli olan bənddir. Lakin, iddiaçı tərəfindən təqdim edilən əmək müqaviləsi bildirişində bu qeyd yoxdur. Həmçinin, Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsinin tələbinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Göründüyü kimi qanunun tələbinə əsasən, əsas iş yeri həmin hüquqi şəxs olan işçilər təmsil edə bilər. Nümayəndə İddiaçı Açıq Səhmdar Cəmiyyətini təmsil etmək, onun adından məhkəməyə müraciət etmək kimi hüquq olmayıb. Bu səbəbdən iddia rədd edilməli idi. İş materiallarında olan sənədlərdən də görünür ki, ** saylı Yasamal MKİS arayışında qeyd olunub ki, Maraqlı şəxs Bəhmən oğlu M-6 ünvanında qeydiyyatsız yaşayır. Göründüyü kimi mübahisəli ünvan maraqlı şəxsin istifadəsindədir. Birinci instansiya məhkəməsində iş üzrə cavabdeh kimi tanınması, cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə maraqlı şəxs tərəfindən müraciət edilsə də məhkəmə buna münasibət bildirməmişdir. İddiaçının nümayəndəsinə sual ünvanlasa da sonra hər hansı bir cavab verilməmişdir. Şikayətdə qeyd olunur ki, məhkəmə iclasının protokoluna əgər protokolda olmazsa bu zaman məhkəmə iclasının audio və video yazısına baxmaq kifayət edəcəkdir. Həmin evdə maraqlı şəxs yaşayır və istifadə edir. Evin kommunal xidmətləri isə qardaşı Cavabdeh adına olmuşdu. Məhkəmə 14 gün ərzində iki proses keçirməklə, bir hazırlıq və bir baxış iclası ilə yekunlaşıb, ildirim sürəti ilə qətnaməni elektron sistemə yerləşdirmişdir. Bəlkə də, araşdırılsa Azərbaycanın məhkəmə tarixində ilk dəfədir ki, qətnamə elan olunandan bir saat ərzində onun mətnidə sistemə yerləşdirilib. Yəni, bu o deməkdir ki, məhkəmə əslində araşdırma aparmayıb. Sifarişlə qətnamə hazırlayıb formal birinci hazırlıqdan baxışa təyin edərək sifarişi icra edib. Yəni qətnaməni sistemə elan ediləndən qısa müddət sonra yerləşdirib ki, iddiaçı çox vaxt itirməsin. İlk baxışdan demək olar ki, burada pozuntu yoxdur. Lakin çəkişmə prinsipi, ədalətli məhkəmə araşdırması prinsiplərinin gözləri yaşlı qaldı bu dəfə. Qanunda qətnamənin sistemə yerləşdirilməsi ilə bağlı müddəti qeyd olunmayıb. Lakin, burada söhbət məhkəmənin ədalətli araşdırma aparma istəyinə diqqət etmək lazımdır. Belə ki, iş üzrə məhkəmə hazırlıq iclası ##.##.2024-cü il tarixə təyin edilmişdir. Həmin məhkəmənin hazırlıq iclasında işi düzgün həll etmək üçün əhəmiyyəti olan, işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan zəruri sübutların mövcudluğunu, lakin üzürlü səbəbdən həmin sübutları ilkin məhkəmə hazırlıq iclasında təqdim edə bilmədiklərini və bununla bağlı məhkəmə hazırlıq iclasının təxirə salınmasının xahiş edilməsinə baxmayaraq, işin məhkəmə baxışına hazırlanması barədə qərardad qəbul edilmişdir. Bununla bağlı qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 167-ci maddəsinin tələblərinə əsasən, işi məhkəmədə baxılmağa hazırlamaq üzrə hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir. Lakin, birinci instansiya məhkəməsi qanunun bu tələblərinə əməl etməyərək iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutların məhkəmə təqdim olunması üçün şərait yaratmadan (məhkəmə hazırlıq iclasının təxirə salınması barədə xahişləri nəzərə almadan) işin məhkəmədə baxılmağa hazırlanması barədə qərardad qəbul etdi. Hesab edilir ki, işin araşdırılmasına, iş üzrə əhəmiyyətli halların müəyyən edilməsinə yönəldilmiş vəsatətin (vəsatət vəkil Vəkil tərəfindən elektron sistemə yerləşdirilib) təmin edilməməsi, tərəfin istinad etdiyi halları sübut etməsi ilə bağlı hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Elekton məhkəmə sisteminə yerləşdirilən və məhkəmədə verilən şifahi vəsatət və ərizələr təmin edilməmişdir. Məhkəmənin audio və video yazısına baxmaqla qərəzli məhkəmə prosesinin keçirilməsini açıq-aydın görmək olar. Belə ki, artıq birinci və yeganə hazırlıq iclasında məhkəmə öz qərarını demişdir və görünür ki, işi araşdırmaq kimi bir məqsədi olmamışdır. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göründüyünü kimi qanunvericilik sübutların təqdimi mərhələsini işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməsi ilə məhdudlaşdırıb. Birinci instansiya məhkəməsinin sifarişli qətnamə qəbul etməsini göstərən əsas isə iddiaçı tərəfindən gülünc, əslində isə cavabdeh və maraqlı şəxslərə hədə-qorxu gəlmək məqsədi daşıyan məbləğdir. Təəssüf ki, birinci instansiya məhkəməsi də bu oyunda iddiaçıya qoşularaq onun sifarişini yüksək səviyyədə icra edib. Sual yarana bilər ki, niyə sifarişlə və hakimin hərəkəti belə qiymətləndirilir? İş materiallarına və qəbul olunan qətnaməyə baxılsa bunu açıq aydın görmək olar. Çünki, iddiaçı tərəfindən əvvəlcə 13.000 (on üç min) daha sonra guya iddia tələbinin hansısa hisslərə görə artırılaraq 41.000 (qırx bir min) manata qaldırılması və hər iki qiymətlə bağlı qiymətləndirmə təqdim edilməsi və məhkəmənin qiyməti birdənbirə böyük fərqlə dəyişməsinə məhkəmə hüquqi qiymət verməyib. Qiymətləndirmənin əsasını və real bazar qiymətlərinə uyğun olub-olmamasını araşdırmayıb. Guya şəkillərə baxaraq inanıb. Həmin şəkillərlə cavabdeh və maraqlı şəxsin təqdim etdiyi şəkilləri müqayisə etməyib və iddiaçı tərəfindən təqdim edilmiş, bilinməyən şəkillərin qəbul edilməsi, cavabdeh və maraqlı şəxsin isə təqdim etdiyi real şəkilləri sübut kimi görməmişdir. Ümumiyyətlə, cavabdeh və maraqlı şəxs tərəfindən təqdim edilən heç bir ərizə, vəsatət və sübut məhkəmə tərəfindən qəbul edilməyib. Bu qərəz deyil bəs nədir? Belə ki, elektron məhkəmə sistemindən də görmək olar ki, cavabdeh və maraqlı şəxs tərəfindən iki fərqli qiymətləndirmə təqdim edilib, onların istifadəsində olan əmlakın orta bazar qiyməti 200.000 (iki yüz min) manatdan yüksəkdir. Lakin, birinci instansiya məhkəməsi iddiaçının qısa zamanda bir-birindən kəskin fərqlənən qiymətlərini əsaslı adlandırmışdır, cavabdeh və maraqlı şəxs təqdim etdiyi qiymətləndirməni isə şişirdilmişdir. İş materillarına baxanda aydın görünür ki, cavabdeh və maraqlı şəxs təqdim etdiyi qiymətləndirmə tam əsaslandırılmış real bazar qiymətinə uyğundur. Qiymətin hesablanması, 24 sot torpaq sahəsində olan evin və tikililərin dəyəri 200.000 (iki yüz min) manat ətrafındadır. Lakin, məhkəmə hansı əsaslarla cavabdeh və maraqlı şəxsin təqdim etdiyi qiymətləndirməni şişirdilmiş, iddiaçının isə qiymətləndirməsinin əsaslı olduğunu əsaslandırmamışdır. Yalnız, cavabdeh tərəfin təqdim etdiyi qiymətləndirmə şişirdilmiş, iddiaçının təqdim etdiyi qiymətləndirmə isə əsaslı olduğunu bir sözlə yazmaqla keçmişdir. M-** saylı ərazidə fərdi yaşayış evinin dəyəri 13.000 manat məbləğində (daha sonra yəqin özləri də qiymətləndirmədən xəcalət çəkib qiyməti biraz 41.000 manata qədər artırıblar, lakin yenə reallıqdan uzaq) müəyyən edilməsinə dair heç bir məntiqə sığmayan və fakta uyğun olmayan ekspertiza rəyi təqdim etmişdir. Lakin hamıya bəllidir ki, iddiaçı tərəfindən təqdim edilmiş ekspert rəyində göstərilən məbləğə (13.000 manata) Bakı şəhərində 25 ha torpaq sahəsinin üzərində 63 m2-ə yaxın sahəsi olan ev və daha bir neçə tikili almaq mümkün deyildir. Qeyd olunur ki, cavabdeh və maraqlı şəxs tərəfindən mübahisəli ərazidə qeyd olunan mübahisəli torpaq sahəsinin və üzərində tikilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi məqsədi ilə iki müstəqil ekspertiza mərkəzinə müraciət edilmiş və nəticə olaraq mübahisələndirilən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış sahələri 200.000 manatdan artıq dəyərində qiymətləndirilmişdir. İş materillarında olan və iddiaçı tərəfindən təqdim edilən aktdan tikililərin sayı, fərdi yaşayış evinin olması və ərazinin sahəsi açıq aydın görünür. Şikayətdə qeyd olunur ki, təyin olunmuş hazırlıq iclasında iddiaçı tərəf qeyd etmişdir ki, guya həmin ərazidə heç bir yaşayış və mənzil yoxdur. Lakin, cavabdeh tərəfdə bunun əksini sübut edə biləcək, yəni orada fərdi yaşayış evinin olduğunu və hətta həmin evdə şəxslərin yaşadığını sübut edəcək dəlillər mövcuddur. Təəssüflər olsun ki, məhkəmə bu sübutları təqdim etmək üçün cavabdehə və maraqlı şəxsə vaxt vermədən işi məhkəmə baxışına təyin etmişdir və baxışın təxirə salınması barədə vəsatəti də təmin etməyərək həmin gün qətnaməni elan etməklə mətnini elektron sistemə yerləşdirmişdir. Əraziyə bir neçə saat baxış keçirilsə qeyd edilən cəmiyyətin qanunsuz hərətəklərindən əziyyət çəkən yüzlərlə vətəndaşla qarşılaşmaq olar. Qeyd edilən linkdən iddiaçı tərəfindən vətəndaşların başına açılan oyunu izləmək mümkündür. Qeyd edilir ki, həmin ərazidə 1994-cü ildən yaşanılır. 24 sot ərazidə fərdi yaşayış evi və 4 əlavə tikili mövcuddur. Ərazi tamamilə daş hasara alınmışdır. Onun qorunması və yararlılığına nəzarət edilmişdir. 30 ildən artıqdır ki, həmin sahədən istifadə edilir. Bildirilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ərazidə hündür mərtəbəli binanın damına video kamera qoyularaq qanunsuz çəkilişlər aparılır. Maraqlı şəxsin şəxsi və ailə toxunulmazlıq hüquqları kobudcasına pozulur. Bakı Şəhər İcra Hakimiyyəti başçısının ## ###### 2021-ci il tarixli, *** №-li Sərəncamına əsasən, Bakı şəhər, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yer quruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25.31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfində tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. Göstərilir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının ## ###### 2021-ci il tarixli, *** №li Sərəncamı hazırda Bakı İnzibati Məhkəməsində e-*-*(***)-*****/**** saylı işlə hakim Aysev Almazovanın icraatındadır. Sərəncamdan da göründüyü kimi İddiaçı Açıq Səhmdar Cəmiyyətinə istifadəçilərlə qarşılıqlı razılıq əsasında, yəni real bazar qiymətinə uyğunlaşaraq hesablaşmaq qeyd edilsə də ASC hüquqdan sui-istifadə edərək vətəndaşları incidir və bu oyuna birinci instansiya məhkəməsini də cəlb edib. Bildirilir ki, paytaxtda sənədsiz evlərin sayı milyonlarladır. Onda heç kimə heç nə verilməməlidir. Mülkiyyət hüququ olmasa da maraqlı şəxsin istifadə və digər hüquqları pozulur. Tərəflər tərəfindən təqdim edilən qiymətləndirmələr arasında böyük fərq olmasına baxmayaraq məhkəmə ekspertiza təyin etməkdən boyun qaçıraraq hər iclasda bir qiymətləndirmə təqdim edən iddiaçının qiymətləndirməsini qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 167ci maddəsinin tələblərinə əsasən hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini, şahidlərin çağırılması məsələsini, tərəflərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edir, habelə prosesdə iştirak etmək üçün mütəxəssis və tərcüməçi cəlb edilməsi məsələsini həll edir. Hazırki işdə isə məhkəmə bu məsələrə qiymət vermədən işin məhkəmə baxışına hazırlanması barədə qərardad qəbul etmişdir. Və göründüyü kimi nəticədə düzgün qərar verməmişdir. İş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki halların (yuxarıda göstərilən halların) aydınlaşdırılmaması, məhkəmə tərəfindən müəyyən edilməməsi, iş üçün əhəmiyyəti olan halların sübut edilməsinə şərait yaradılmaması, məhkəmənin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı olmayan, mahiyyəti üzrə düzgün olmayan və yalnız formal mülahizələrə əsaslanan qətnamə qəbul edilməsinə gətirib çıxarmışdır. Hesab edilir ki, iddia cavab verməli olmayan şəxsə, əsl olmayan cavabdehə qarşı verildiyinə görə rədd edilməlidir. Ona görə də, Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Maraqlı şəxs apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin məzmununa uyğun izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, təklif olunan sonuncu 71.000 manat kompensasiya məbləği ilə də razı deyil, o, iddiaçıya aşağısı 400.000 manat verilməsini təklif etmişdir. Onu xxxx MMC yox, Kristal Abşeron MTK-nın direktoru çağırmış 2 otaqlı ev və 50.000 manat pul veriləcəyini demişdir. Lakin sonradan bu danışıq alınmamışdır. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh Cavabdeh izahatında göstərmişdir ki, o, ##.##.2024-cü il tarixdən həbsdədir. Ona görə məhkəmə iclaslarında iştirak etməmişdir. Onlar 5 qardaşdırlar. Torpaq sahəsi 1993-cü ilin sonlarında başda qardaşı olmaqla onların ailəsinə verilmişdir. Əvvəldən oranın əziyyətini çəkən qardaşı Bəhlul olmuşdur. Torpağa dair ona sənəd verilsədə, sonradan gedib sənədi çıxarmamışdır. Onların ailəsi 20 Yanvar 1990-il hadisələrinin canlı iştirakçısıdır. Torpaq sahəsi 28 sota yaxındır, 80kv.m. ev, 482 kv.m.digər tikililərdir. Biz də neçə illərdir ki, onlar torpaqdan istifadə edirlər. Həmin sahədə toyuq-cücə, mal-qara saxlamışlar. Son dövrdə xxxx MMC-nin işçiləri onlara maneə yaratmışlar. Külək tavanı sökəndə bərpa etməyə qoymurdular. 80 kv.m sahə yaşayış yeri kimi, qalan tikililər anbar kimi istifadə olunurdu. O, həmin evdə yaşayıb əraziyə nəzarət etmişdir. Ailəsi 3 övladı Sovetskidə olan evlərində yaşayırdılar. Həmin sahə təsərrüfatla məşğul olmaq üçün daimi yaşayış yeridir. *** saylı orta məktəbdə oxuduqlarından, orada avtobus olmadığından uşaqları Sovetskidə olan evlərində yaşayırdılar. Orada aylıq gəlirləri 2.000-2.500 manat olmuşdur. Torpaq sahəsi, tikili qardaşına aiddir. İşıq, qaz, su isə onun adınadır. Onlara iddiaçı tərəfindən 30 sot torpaq sahəsinin kompensasiyası, ya da 30 sot torpaq sahəsi verilməlidir. xxxx MMC bu gün orda inşa etdiyi tikililəri neçədən satırsa onlara da yaşayış sahələrinin də, qeyri-yaşayış sahələrinin də qiymətini ona görə verməlidir. Yaşayış sahəsi 80 kvadratmetr, qeyri-yaşayış sahəsi isə 400 kvadratmetrə yaxın olmalıdır. xxxx MMC mübahisəli ərazini sökülməsini və kompensasiyasının verilməsini onun qardaşı ilə həll etməlidir. O, isə sonradan tələb etməyə başlayacaqdır. Tikililər onun qardaşına aiddir. Onların təklifi ilə bağlı qardaşı onunla məsləhətləşəcəkdir. Əgər görsə ki, konstitusion hüququ pozulmur, qanun tapdanmır, onda o da razılaşacaqdır. Əgər onları razı salmasalar, qardaşını bir kənara qoyub, Avropa Məhkəməsinə qədər gedəcəkdir. Bu gün onların tələbi qanunla onlara düşən pul vəsaitidir. Birinci instansiya məhkəməsinin qətnaməsindən onun heç xəbəri olmayıb. İddiaçının təklif etdiyi 71.000 manat bu gün üçün heç nədir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı ASC-in nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayıb izahatında göstərmişdir ki, özbaşına tikili maraqlı şəxsə deyil, onun qardaşı olan cavabdehə məxsusdur. Ona görə də maraqlı şəxsi cavabdehləri olaraq qəbul etmirlər. Hazırda iddiaçı təklif olunan kompensasiyanın məbləğini artıraraq cavabdehə 71.100 manat təklif edir. (nümayəndə buna dair yazılı ərizəsini məhkəməyə təqdim etmişdir) Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1.2. Əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 560.1 Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 22.2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması 1.Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 2.Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır; 3.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər; Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282). “Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2020-ci il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. X5 Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan Qərarında ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulması zamanı sökülən mənzillərin mülkiyyətçilərinə vurulan zərərin əvəzinin pulla kompensasiya olunmasını tam istisna etməmiş, lakin belə kompensasiyanın vurulan zərərə mütənasib olmalı, üçüncü şəxslərin hüquq və maraqlarının nəzərə alınmalı olmasını göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plunumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3, 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2016- cı il tarixli Qərarı: Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə maraqlı şəxs Maraqlı şəxs tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdirilməlidir. Mülki iş materiallarından göründüyü kimi Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının ##.##.2021-ci il tarixli *** nömrəli Sərəncamına əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yer quruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçilər) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə əsasən qarşılıqlı razılıq əsasında İddiaçı ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə İddiaçı ASC-nin icarə əsasında istifadəsinə verilmişdir, bununla İddiaçı ASC-nin həmin yaşayış sahəsi ilə bağlı subyektiv hüququ müəyyənləşmişdir. Hazırkı iş üzrə tədqiq olunmuş sübutlardan müəyyən olunmuşdur ki, iddiaçının kompensasiya verilməklə sökülməsini tələb etdiyi yaşayış və qeyri-yaşayış sahələri cavabdehin və qətnaməni mübahisələndirən maraqlı şəxsin təsərrüfat məqsədi ilə məşğul olduqları sahədir. Tikililərin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla cavabdehin və maraqlı şəxsin tikililərlə yanaşı torpaq sahəsinə dair də hüquqmüəyyənedici sənədləri yoxdur. Mülki iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, iddiaçı tərəfindən aparılan qiymətləndirmə zamanı tikilələrin 2024-cü il üçün dəyəri müəyyən edilmiş, maraqlı şəxsin təşəbbüsü ilə aparılan qiymətləndirmə zamanı isə torpaq sahəsi də qiymətləndirilmişdir. Kollegiya qeyd edir ki, fərdi yaşayış evinə çəkilən xərclə, yaşamaq üçün hazır olan fərdi yaşayış evinin bazar dəyəri arasında fərq böyük olur. Bir qayda olaraq yaşamaq üçün hazır olan fərdi yaşayış evinin bazar dəyəri onun tikilməsi üçün çəkilən xərcdən yüksək olur. Özbaşına tikili də olsa şəxslərin yaşadıqları fərdi yaşayış evlərinin sökülməsi ilə əlaqədar kompensasiya məbləği hesablanarkən nəzərə alınmalıdır ki, həmin fərdi yaşayış evi orada yaşayan şəxslər (fərdi yaşayış evinin məxsus olduğu şəxslər) üçün “fərdi yaşayış evi” kimi iqtisadi dəyərə malikdir. Həmçinin, belə iqtisadi dəyərə malik, uzun müddət mübahisəsiz yaşadığı evdən məhrum olan şəxslərin yeni yaşayış sahəsi əldə etmək ehtiyacı da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» ## ###### 2005-ci il tarixli * saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarı). Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (Nümayəndəanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2006-cı il tarixli qərarı). Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Hazırda iddiaçı cavabdehə 71.700 manat kompensasiya ödənilməklə sözügedən özbaşına tikililərin boşaldılaraq sökülməsini iddia edir. Maraqlı şəxs isə bu məbləğlə razılaşmır. Cavabdehdə qətnaməni mübahisələndirməsə də, təklif olunan kompensasiya məbləği ilə razı deyildir. İlk növbədə Məhkəmə kollegiyası qeyd edir ki, istənilən hüquq qaydası məntiqə əsaslanmaqla inandırıcılıq xüsusiyyəti daşımalı və bu baxımdan da hər hansı bir hüquq qaydası tətbiq olunduğu şəraitdə mövcud ehtiyacı qarşılaya bilmək keyfiyyətinə malik olmalıdır. Əgər hər hansı bir hüquq qaydası cəmiyyətdə mövcud olan ehtiyacları lazımi şəkildə qarşılamırsa, bu, qaçılmaz olaraq həmin hüquq qaydasının məntiqə uyğunluğunun və hüquqi funksionallığının qüsurlu olmasına və nəticədə aid olduğu məsələ ilə bağlı ədalətli nəticənin əmələ gəlməsinə maneə təşkil etməsinə səbəb olur. Ədalət anlayışının özü də cəmiyyət daxilindəki münasibətlərdən əmələ gələn ehtiyaclarla birbaşa bağlıdır. Belə ki, cəmiyyət həyatında “bir məsələnin nizamlanmasına olan ehtiyacı ən səmərəli şəkildə aradan qaldıran, yəni cəmiyyəti təşkil edən fərdlərin şəxsi ehtiyaclarına mümkün qədər ən yaxşı şəkildə cavab verən qaydaların qoyulması və o məqsəd istiqamətində qaydaların tətbiq olunması həmin cəmiyyətdə ədaləti təmin edir. Hüquq qaydalarının ədaləti təmin etmə funksiyası, həm də birbaşa həmin qaydaların məqsədəuyğun şəkildə düzgün istifadə edilə bilmə əmsalından asılıdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, ədalətlilik və mütənasiblik prinsipləri gözlənilməklə hazırkı mübahisə Azərbaycan Respublikası Konstitusiyanın 29-cu, Mülki Məcəllənin 180-cı, Avropa Konvensiyasının 8-ci (yaşayış sahəsinə müdaxilə), * saylı Protokolun 1ci maddəsinin, habelə Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli qərarının tələblərinə uyğun həll edilməlidir. Bu normaların və Plenum qərarının əlaqəli təhlilindən belə nəticə hasil olur ki, cavabdehin qanuni mülkiyyətçilərlə eyni kompensasiya (yeni mənzil və s.) tələb etmək hüququ yoxdur. Kompensasiyanın forması cavabdehin istəyinə uyğun deyil, tikilinin hüquqi statusu və mütənasiblik əsasında müəyyən edilə bilər. Lakin bu hallar o demək deyildir ki, cavabdehə məxsus uzun müddət fasiləsiz və etirazsız yaşadığı ev və təsərrüfat fəaliyyəti ilə məşğul olduğu tikililər real bazar dəyərinə uyğun olmayan kompensasiya ödənilməklə sökülə bilər. Kompensasiyanın məbləği evin hüquqi vəziyyəti nəzərə alınmaqla müəyyən edilərkən də, hər bir halda işin halları nəzərə alınmalı, söküntüyə məruz qalmış şəxslər arasında ayrı-seçkiliyə yol verilməməli, mübahisə üzrə tərəflərə münasibətdə ədalətlilik və mütənasiblik prinsipləri gözlənilməli və bu nəticədə hüquqdan sui-istifadəyə səbəb olmamalıdır. Buna görə də apellyasiya icraatında tikililərin real bazar dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə aparılmış və Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olan Mərkəzi Ekspertiza Bürosu MMC-in ##.##.2026-cı il tarixli MEB-***-**** saylı qiymətləndirmə hesabatı ilə müəyyən olunmuşdur ki, xxxx ASC-in sökülməsini tələb etdiyi cavabdeh Cavabdeh aid olması qeyd olunan Bakı şəhəri Yasamal rayonu Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən tikililərdən faktiki olaraq bir hissəsi (42,50 kv.m.) yaşayış, digər hissəsi (395,0 kv.m.) isə qeyri-yaşayış kimi istifadə edilib. xxxx ASC-in sökülməsini tələb etdiyi cavabdeh Cavabdeh aid olması qeyd olunan Bakı şəhəri Yasamal rayonu Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən tikililərin hazırda bazar dəyəri 71.700 manat, tikililərin inşaasına sərf olunan vəsait 43.700 manat təşkil edir. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, dövlət mülkiyyətində olan torpaq sahəsində inşa olunmuş qeyd olunan özbaşına tikililər, cavabdehin və maraqlı şəxsin daimi yaşayış yeri deyil, təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün nəzərdə tutulan sahə olduğundan iddiaçı tərəfindən həmin tikililərin əvəzi olaraq təklif olunan 71.700 manat kompensasiya məbləği ağlabatan və mütənasib məbləğdir. Ona görə də maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi kompensasiyanın məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, iddiaçı İddiaçı ASC tərəfindən cavabdeh Cavabdeh ödənilməli olan kompensasiyanın məbləği 71.700 (yetmiş bir min yeddi yüz) manat müəyyən edilməli, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən qüvvəsində saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası, qət etdi: Maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi kompensasiyanın məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. İddiaçı İddiaçı ASC tərəfindən cavabdeh Cavabdeh ödənilməli olan kompensasiyanın məbləği 71.700 (yetmiş bir min yeddi yüz) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar