Məhkəmə qərarları › İş №2(103)-11499/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11499/2021

07.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11499/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı 1 saylı Şirvan Notariat Kontoru mustəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh QSCyə qarşı “müqaviənin ləğvi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2175/2021 saylı işi üzrə 17 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "Accessbank” QSC-yə qarşı "müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 22.02.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 21.04.2014-cü il tarixli, 37L000001904 saylı kredit müqaviləsi üzrə onunla "Accessbank” QSC-nin Şirvan filialı arasında bağlanmış 21.04.2014-cü il tarixli zaminlik müqaviləsi və 21.04.2014-cü il tarixli, 37M000000097 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.İddia ərizəsinə əlavə verərək "Accessbank” QSC ilə X5 arasında bağlanmış 21.04.2014-cü il tarixli, 37L000001904 saylı kredit xətti müqaviləsi, 22.04.2014-cü il tarixli, 37R00000212 saylı kredit razılaşması, İddiaçı ilə bağlanmış 21.04.2014-cü il tarixli, 37M000000097 saylı ipoteka müqqaviləsi, X4 ilə bağlanmış 21.04.2014-cü il tarixli, 37S000002895 saylı və İddiaçı ilə bağlanmış 21.04.2014-cü il tarixli, 37S000002896 saylı zaminlik müqavilələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2175/2021 saylı işi üzrə 17 may 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.İddiaçı apellyasiya şikayətini verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnaməmə çıxarılmasını xahiş etmişdir. Digər (Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icratına olan 2(106)-/2020 saylı işi üzrə) iddiaçı Cavabdeh QSC-nin cavabdehlər X2, X3 və İddiaçı qarşı “ kredit müqaviləsi üzrə borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbina dair Şirvan şəhər Məhkəməsinin 2(032)-01/2020 saylı işi üzrə 24.02.2020-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh QSC və cavabdeh İddiaçı tərəfindən verilmiş şikayətlər üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-/2020 saylı işi üzrə 02.03.2021-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh QSC-nin cavabdehlər X2, X3 və İddiaçı qarşı “ kredit müqaviləsi üzrə borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbina dair mülki iş üzrə icraatın İddiaçı Cavabdeh QSC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə baxılıb yekun qətnamə qəbul edilənədək dayandırılması qərara alınmışdır. Mülki iş üzrə işlərin birləşdirilməsi məsələsinin müzakirəsi zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə mülki işlərin birləşdirilməsi barədə vəsatət vermişdir.Vəsatətdə qeyd edilmişdir ki, Cavabdeh QSC ilə X5 arasında bağlanmış 21.04.2014-cü il tarixli 37L000001904 saylı kredit xətti müqaviləsi üzrə ona 22.04.2014-cü il tarixli 37R000002112 saylı kredit razılaşması əsasında 88000 ABŞ dollar məbləğində kredit verilmişdir.Borcalan kredit razılaşması üzrə aylıq ödənişləri 28.09.2015-ci il tarixdən banka qaytarmadığından borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ilə Şirvan şəhər Məhkəməsinə müraciət olunmuş, bu zaman kreditin verilməsini təsdiq edən qəbzlərin əsilləri, kredit razılaşması üzrə ödənişlərin silinmə ardıcılığını özündə əks etdirən ödəniş qrafiklərinin əsilləri, maliyyə arayışları, kredit xətti müqaviləsinin, kredit razılaşmasının, zaminlik müqavilələrinin, ipoteka müqavilələrinin əsilləri iddia ərizəsinə əlavə edilmişdir.Şirvan şəhər Məhkəməsinin 27.02.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir.Həmin qətnamə Cavabdeh QSC və İddiaçı tərəfindən apellyasiya şikayətləri verilmişdir.Şirvan Apellyasiya Məhkəməsinin 02.03.2021 -ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh QSC-nə qarşı “kredir xətti müqaviləsinin, kredit razılaşmasının, ipoteka müqavilələrinin və zaminlik müqaviləsinin ləğv edilməsi” tələbinə dair işə baxılıb qurtaranadək Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan “AccessBank» QSC-nin X2 və qeyrilərinə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə icraat dayandırılmışdır.Qeyd edilməlidir ki, hər iki işin birgə baxılması ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün zəruridir.Göründüyü kimi hər iki iş bir-biri ilə əlaqəlidir. Hazıkı iş üzrə mübahisənin düzgün həlli üçün məhkəməndə iş bir icraatda birləşdirilməlidir. İddiaçı Cavabdeh QSC-nə qarşı “kredir xətti müqaviləsinin, kredit razılaşmasının, ipoteka müqavilələrinin və zaminlik müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 17.05.2021 -ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-11499/2021 saylı mülki işin iddiaçı Cavabdeh QSC-nin cavabdehlər X2 və qeyrilərinə qarşı «kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair» tələbinə dair Şirvan şəhər Məhkəməsinin 27.02.2020-ci tarixli qətnaməsindən Cavabdeh QSC və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan 2(106)- 1502/2020 saylı mülki işlə birlədirilməklə baxılması üçün aidiyyatı üzrə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs 1 saylı Şirvan Notariat Kontoru iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası hər iki mülki iş üzrə tələblərin və mübahisənin eyni şəxslər arasında olduğundan, mübahisə predmetləri və mübahisə üzrə dəlillərinin (qarşılıqlı) əlaqəli olduğundan, hazırki işin sonradan daxil olduğunu nəzəzərə alaraq və hüquqlardan suiistifadənin qarşısın alınması üçün, işlərin bir /2(106)-102/2021 saylı/ icraatda birləşdirilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 43, 169.3, 170, 263, 264, 365, 366, 372, 373, 377-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraatında olan 2(103)-11499/2021 saylı, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-102/2021 saylı olan işlə bir icraatda birləşdirilsin və birləşdirilmə ilə bağlı sonrakı prosessual (qeydiyyat) tədbirlərinin müəyyən edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar