Məhkəmə qərarları › İş №2(103)-1151/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1151/2020

14.01.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1151/2020 14.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Vüqar Təvəkgül oğlu Həsənovun sədrliyi və məruzəsilə, Şərafət Asif qızı Məmmədovadan və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Şamxal Mehdi oğlu Ariflinin katibliyi Cavabdeh QSC-in nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" QSC-yə qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5409/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh QSC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh QSC ilə X7 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxx 2015-ci il tarixli 08K000000021S nömrəli sazişin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, kredit müqaviləsi üzrə X5 Cavabdeh QSC ilə bağladığı 17.08 2012-ci il tarixli 08R000010568 saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 105000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Həmin kredit xətti üzrə X4 öhdəliklərinin icrasını təmin etmək üçün məqsədilə onunla Bank arasında xx.xx.2012-ci tarixli 08M000000896 saylı ipoteka müqaviləsi bağlayaraq Lənkəran şəhəri, H.Aslanov xiyabani, 49a ünvanında yerləşən onun mülkiyyətində olan 0.0349 ha torpaq sahəsini iddiaçının xeyrinə yüklü etmişdir. X7 qeyd olunan kredit razılaşması üzrə ödənişləri vaxtı-vaxtında ödəyərək krediti tam olaraq bağlamışdır. Bundan sonra, X5 Cavabdeh QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 08K000000021 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 110000 ABŞ dolları məbləğində kredit verilmişdir. Baxmayaraq ki, o, bank ilə birinci kredit razılaşması üzrə öhdəliklərin icrasını təmin etmək üçün ipoteka müqaviləsi bağlamış, bank yeni bağlanmış kredit razılaşması üzrə də onun ipoteka ilə yüklü etdiyi əmlakını onun xəbəri olmadan ipoteka ilə yüklü etmişdir. Bundan sonra da bank X7 ilə kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxx 2015-ci il tarixli 08K000000021S nömrəli saziş bağlayaraq kredit razılaşmasına və ödəniş planına dəyişiklik etmişdir. Bu sazişdən də onun xəbəri olmamışdır. Heç bir sənədə imza atmadığı halda Lənkəran şəhəri, H.Aslanov xiyabanı, 49a ünvanında yerləşən onun mülkiyyətində olan 0.0349 ha torpaq sahəsi iddiaçının xeyirinə yenidən ipoteka ilə yüklü edilmişdir. Ona görə də o, həmin sazişin şərtləri ilə razı deyil və həmin sazişin etibarsız hesab edilməsini istəyir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5409/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçı iddia ərizəsi ilə eyni məzmuna malik olan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxan zaman işin həqiqi hallarını araşdırmamış, işin müəyyən olunmuş halları ilə bağlı düzgün nəticəyə gəlməməsi ilə bərabər maddi və prosessual hüquq normalarına da riayət etməyərək hüquq pozuntularına yol vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5409/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarıldığından ləğv olunmalı, iddia tələbinin təmin olunması haqqında yeni qətnamə qəbul edilməlidir. “Cavabdeh QSC ilə X6 arasında xx.xx.2012-ci il tarixli, 08L**********9 saylı kredit xətti müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Cavabdeh QSC tərəfindən ona qarşı 500000 ABŞ dolları məbləğində kredit xətti açılmış və bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay-xx xxxxxx 2022-ci il tarixindən gec olmayaraq verilməsi qeyd edilmişdir. Həmçinin, Cavabdeh QSC ilə X6 arasında kredit xətti müqaviləsi bağlanmış, həmin müqavilənin icrasının təminatı kimi onunla zaminlik müqaviləsi bağlanmışdır. Daha sonra Cavabdeh QSC ilə X6 arasında kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında saziş bağlanmışdır. Yuxarıda qeyd edilən sazişdən məlumatı olmamış və bu sazişin bağlanmasına razılıq vermədiyinə görə saziş etibarsız sayılmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5409/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh QSC-in nümayəndəsi X8 məhkəmə kollegiyasının iclasında şikayətə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslı olduğunu, şikayətin əsassız olduğunu bildirərək şikayətin təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını, sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5409/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Cavabdeh QSC ilə X7 arasında xx.xx.2012-ci tarixli, 08L**********9 saylı kredit xətti müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən, Cavabdeh QSC tərəfindən iddiaçı X5 500000 ABŞ dolları məbləğində kredit xətti açılmış və bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay – xx xxxxxx 2022-ci il tarixdən gec olmayaraq verilməsi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh QSC ilə İddiaçı arasında xx.xx.2012-ci tarixli, 08S000010111 saylı zaminlik müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən, borclu X1 xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin - İddiaçı bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan Cavabdeh QSC ilə X7 arasında xx.xx.2015-ci tarixli, 08K000000021S saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişin notarial qaydada təsdiq edilmiş surətinə əsasən, bank ilə kredit alan arasında xx.xx.2012-ci il tarixli, 08L000005207 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə bağlanmış 08K000000021 saylı kredit razılaşmasının ayrılmaz hissəsi olan xx.xx.2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan xx.xx.2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilməsi, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməsi və xarici valyutada verilmiş kredit üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından aslı olmayaraq həmin xarici valyuta ilə banka ödəməsi qeyd edilmişdir. İş materiallarında olan qanuni qüvvəyə minmiş Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-60/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, cavabdehlər X2 və İddiaçı müştərək qaydada 100.910,16 ABŞ dolları məbləğində əsas, 13.605,44 ABŞ dolları məbləğində faiz, 400 ABŞ dolları məbləğində cərimə, cəmi 114.915,60 ABŞ dolları məbləğində borc (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), dövlət rüsumuna görə ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsum və 21 manat xidmət haqqı Cavabdeh QSC-nin xeyrinə tutulması, cavabdehlərdən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi Cavabdeh QSC qarşısında ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Lənkəran şəhəri, X13 49a ünvanında yerləşən 0,0349 ha. torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsi açıq hərrac yolu realizə edilməsi, torpaq sahəsinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait İddiaçı verilməsi və ipoteka predmeti olan Lənkəran şəhəri, X13 49a ünvanında yerləşən 0,0349 ha. torpaq sahəsinin ilkin satış qiyməti 210.000 manat müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Apellyasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, cavabdehlər X2 və İddiaçı müştərək qaydada 100.910,16 ABŞ dolları məbləğində əsas, 13.605,44 ABŞ dolları məbləğində faiz, 400 ABŞ dolları məbləğində cərimə, cəmi 114.915,60 ABŞ dolları məbləğində borc (ödəniş günü AR-nın Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), dövlət rüsumuna görə ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsum və 21 manat xidmət haqqı Cavabdeh QSC-nin xeyrinə tutulması, cavabdehlərdən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi Cavabdeh QSC qarşısında ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Lənkəran şəhəri, X13 49a ünvanında yerləşən 0,0349 ha. torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsi açıq hərrac yolu realizə edilməsi, torpaq sahəsinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait İddiaçı verilməsi və ipoteka predmeti olan Lənkəran şəhəri, X13 49a ünvanında yerləşən 0,0349 ha. torpaq sahəsinin ilkin satış qiyməti 210.000 manat müəyyən edilməsi qət edilməsi barədə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-60/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(103)-6671/2018 saylı qətnaməsi ilə, sonuncu qətnamə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(102)-363/2019 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-60/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsində mübahisələndirilən kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilməsinə dair xx.xx.2015-ci il tarixli sazişə istinad edilmişdir. Həmin qətnamənin 3-cü səhifəsinin 4-cü abzasından məlum olur ki, cavadeh İddiaçı Həmzəağa oğlunun nümayəndəsi X9 iddia tələbini qismən qəbul etmiş, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 244.300 manat müəyyən edilməsini və cərimə məbləğinin azaldılmasını xahiş etmişdir. Sonradan cavabdehlər apellyasiya və kassasiya şikayətləri versələr də, yalnız əsas borc və faizlərin düzgün hesablanmasını tələb etmiş, xx.xx.2015-ci il tarixli müqaviləyə münasibət bildirməmişlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsinə dair mövqeyi ilə razılaşaraq, apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin mənasına görə, kredit xətti müqaviləsinə əsasən kreditor kredit alana pulu təqdim etməyi öhdəsinə götürür. Müqavilənin “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydi məhkəmələr tərəfindən yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5,14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1 -ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 25 iyul tarixli Qərarı ilə əlaqədar xx xxxxxxxx 2019-cu il tarixli qərardadına əsasən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 25 iyul tarixli qərarı həmin Qərarın qüvvəyə minməsindən əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə müəyyən edilmişdir ki, Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu,“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin" icraatında olan mübahisələrə samil olunur. Göründüyü kimi, hazırki iddia ilə bağlı tərəflər arasında məhkəmə mübahisəsi olmuşdur və qanuni qüvvəyə minim məhkəmə aktları ilə borc tutulmuş və tələb ipoteka predmetinə yönəlmişdir. Bu səbəbdən də, yuxarıda göstərilən qərarlar hazırki mübahisəyə şamil oluna bilməz. Nəzərə alınmalıdır ki, iddiaçı məhz məhkəmə çəkişmələri bitəndən, ondan borc tutulandan və ipoteka predmetinə yönəldiləndən sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Bu isə, hüquq və mənafelərin pozulmasından çox məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icrasından yayınılması xarakterini daşıyan bir hal kimi qiymətləndirilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5409/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Hakimlər imzalar: Əsli ilə düzdür Hakim: Vüqar Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar