Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1156/2020 22.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5239/2019 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə” iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal Y/Sahəsi, D.Bunyadzadə küçəsi, ev 175E, mənzil 66 ünvanında olan mənzildən istifadə və yaşayış hüququna kompensasiya vermək yolu xitam verilməsi; Kompensasiya məbləği 15000 manat müəyyən edilməsi və həmin məbləğ Cavabdeh ünvan 1 ünvanda olan mənzilin satışından sonra əldən olunan vəsait hesabına aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və s.” tələbinə dair qarşılıqlı iddia tələbi ilə sürmüşdür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5239/2019 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə hər iki iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apelyasiya şikayəti vermiş, cavabdeh isə qətnamə ilə razılaşaraq onu mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, məhkəmə qətnaməsi qanunsuz və əsasızdır. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal Y/Sahəsi, D.Bunyadzadə küçəsi, ev 175E, mənzil 66 ünvanda yerləşən 3 otaqlı mənzil AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyəti haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2015 tarixli ********** nömrəli Çixarişa əsasən onun mülkiyyətindədir. Mübahisəli mənzildə o, qızı X2, qızının əri X5 və nəvəsi hazırki iş üzrə Cavabdeh qeydiyyatdadılar. Nəvəsi və hazırki iş üzrə Cavabdeh 2017-ci ildə X4 ilə evlənmişdir. Birgə nikahdan onların xx.xx.2018-ci il təvəllüdlü Safiya adlı uşağı var. X4 öz valideynlərinin yanında qeydiyyatdadır. Cavabdeh arvadı ilə birlikdə onun valideynlərinin evində yaşayırlar, onlarla heç bir birgə təsərrüfat aparmır. Cavabdeh arvadı ilə yola getmir, digər ailə üzvləri ilə mübahisə edir, qızı Svetlananı hədələyir. Buna görə də, o, cavabdehə veriləcək kompensasiyanın məbləğini artıraraq 25 min manata qaldırdığını, bu səbəbdən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili S.Mustafayev apelyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, rayon məhkəməsi onların kompensasiya məbləğinin artırılması barədə təklif verməsinə də şərait yaratmamış və əsassız qətnamə qəbul etmişdir. Hazırda kompensasiyanın məbləğini artıraraq 25 min manat təklif edir, həmin məbləğin Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007ci il tarixli qərarında qeyd edilmiş tələblərə əsasən ağlabatan olduğunu və apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh apelyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: ünvan 1 ünvanda olan mənzil İddiaçı xüsusi mülkiyyətindədir. “xxxxxxxxxxxxxxxxx” MTK tərəfindən verilmiş 37 saylı, xx xxxxxxxx 2019-cu il tarixli Arayışdan görünür ki, Cavabdeh mübahisəli mənzildə qeydiyyatda olmaqla, yaşayır. İddiaçı apelyasiya şikayətində Cavabdeh kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi üçün kompensasiya məbləği qismində 25.000 manat təklif etmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə qismən, ilkin iddia tələbinə aid hissədə tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyərək, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnaməsi qismən, ilkin iddia tələbinə münasibətdə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və ilkin iddia tələbi təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, yuxarıda qeyd olunan işin faktiki halları ilə müəyyən olunur ki, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir və cavabdehin mübahisəli mənzildən istifadə hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdəəvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apelyasiya şikayətində kompensasiyanın məbləğini artıraraq 25 min manat təklif etmişdir ki, Kollegiya hesab edir ki, həmin məbləğ ağlabatandır və ilkin iddia tələbi təmin edilməlidir. Nəticə: Göstərilənlərə əsasən hazırkı işin hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, ilkin iddia tələbinə münasibətdə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və ilkin iddia tələbi təmin edilməli, cavabdehə 25 min manat kompensasiya verməklə, onun mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməli və o, (əşyaları ilə birlikdə) həmin mənzildən çıxarılmalı, kompensasiyanın verilməsi ilə cavabdehin mənzildən çıxarılması eyni vaxtda icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə görə məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5239/2019 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, ilkin iddia tələbinə aid hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və ilkin iddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı tərəfindən 25000 (iyirmi beş min) manat kompensasiya verilməklə, onun ünvan 1 ünvana olan istifadə hüququna xitam verilsin və o, (əşyaları ilə birlikdə) həmin mənzildən çıxarılsın. Kompensasiyanın verilməsi ilə cavabdehin mənzildən çıxarılması eyni vaxtda icra edilsin. Qətnamə qalan hissədə onun şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov
Məhkəmə qərarları › İş №2(103)-1156/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1156/2020
22.01.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver