Məhkəmə qərarları › İş №2(103)-11575/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11575/2019

05.09.2019 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11575/2019 05.09.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, Günay Möhübbət qızı Dadaşzadənin katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı3 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh “xxxx” ASC-yə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsindən cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2537/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, iddiaçılara vurulmuş maddi zərərə görə cavabdeh «xxxx» ASC-dən 1.400 manat tutularaq İddiaçı1, 1.500 manat tutularaq İddiaçı2, 1.400 manat tutularaq İddiaçı3 ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, iddiaçılarİddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh «xxxx» ASC-yə qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx» ASC-dən onlara vurulmuş maddi zərərə görə İddiaçı1 xeyrinə 1.400 manat, İddiaçı2 xeyrinə 1.500 manat və İddiaçı3 xeyrinə 1.400 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, onlar Lerik rayonu Cəngəmiran kəndində yaşayırlar. xx.xx.2018-ci il tarixdə səhər saatlarında fərdi təsərrüfatlarında olan iri buynuzlu heyvanları Cəngəmiran kəndinin örüş sahəsinə buraxmışlar. Həmin tarixdə axşam saatlarında inəyi örüş sahəsində axtarsalarda, lakin hava dumanlı olduğu üçün tapa bilməmişlər. xx.xx.2018-ci il tarixdə saat 07.30-da həmin inəklərin cəsədini kəndin yuxarı hissəsində Lerik-Göydərə yolunun 2-ci kilometrliyində aşkar etmişlər. Onlara məxsus üç baş inək işıq dirəyinin aşması zamanı naqillərə toxunaraq tələf olmuşlar. Bu səbəbdən, Lerik rayon Polis şöbəsinə şikayət etmişlər. Lerik RPŞ-də araşdırma zamanı (bax: xx.xx.2018-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar) müəyyən olunmuşdur ki, həmin sahə Lerik-Göydərə yolunun 2-ci km-liyində, yolun sol hissəsində təqribən 700 metraralıda yerləşir. Əkin sahəsinin içərisindən keçən elektrik dirəkləri və onlara birləşdirilmiş üç naqil xətti vardır. Həmin sahə daxilində 3 ədəd inəyin cəsədi aşkar edilmiş və heyvanların üzərində elektrik vurması zamanı yaralar əmələ gəlmişdir. Həmin qaramalların müvafiq olaraq 280, 270 və 240 kq diri çəkisi olmuşdur. Əkin sahəsinin üzəri ot və palçıqla örtülmüşdür. Baxış təbii işıq altında keçirilmiş və digər hər hansı maddi sübut aşkar olunmamışdır. Baxış zamanı əkin sahəsinin və tələf olmuş qaramalların cəsədlərinin foto şəkilləri çəkilmiş və hal şahidlərinin iştirakı ilə imzalanmaqla toplanmış materiala əlavə edilmişdir. xx.xx.2018-ci il tarixli mütəxəssis rəylərindən görünürki, Lerik rayonu Cəngəmiran kənd sakini İddiaçı3 məxsus bir baş, 6 yaşda boğaz olan, qonur rəngli və diri çəkisi 280 kq olan inəyi elektrik xəttinə dəymiş, burun, ağız nayihələri yanmış, bel və düz bağırsaq yaralanaraq heyvan ölmüş və ona 1.400 manat məbləğində maddi ziyandəymişdir. Lerik rayonu Cəngəmiran kənd sakini X1 məxsus bir baş, qonur-qara rəngli, 4 yaşda boğaz inəyi elektrik xəttinə dəymiş, ağız və burunda yanıq yaraları yaranmaqla heyvan ölmüş, nəticədə 1.400 manat məbləğində maddi ziyan dəymişdir. Lerik rayonu Cəngəmiran kənd sakini İddiaçı2 məxsus bir baş, qara rəngli, zebi cinsli hibrid, 6 yaşda olan inəyi elektrik xəttinin baş nahiyəsinə toxunması zamanı tələf olmuşdur. Həmin qaramalın baş, arxa tərəfdən düz bağırsağından yaralanmış və kənara çıxmış qarnında yanıq yaraları mövcud olmuş və heyvanın tələf olması nəticəsində 1.500 manat məbləğində maddi ziyan dəymişdir. Sözü gedən ziyanın ödənilməsi ilə bağlı «xxxx» ASC-nin Lerik rayon filialına müraciət etsələrdə, ziyanın ödənilməsindən imtina edilmişdir. Lerik rayon Baytarlıq İdarəsinin baytar həkimi Şakir Sadıxov tərəfindən tərtib olunmuş mütəxəssis rəylərindən və Lerik rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis leytenantı V.Şahbazbəyli tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı ilə müəyyən olunmuşdur ki, onlara məxsus 3 baş iri buynuzlu qaramal elektrik cərəyanı vurması nəticəsində tələf olmuşdur. Həmçinin ƏİN və kənd sakinləri tərəfindən tərtib olunmuş aktlardan görünür ki, onlara məxsus iri buynuzlu inəklər xx.xx.2018-ci il tarixdə Lerik rayonu Cəngəmiran kəndinin yuxarı hissəsində vaxtı ilə inşa edilmiş süni gölün yaxınlığında yüksək gərginlikli elektrik cərəyanının vurması nəticəsində tələf olmuşlar. Onlara məxsus iri buynuzlu inəklər cavabdehin təqsiri üzündən ona görə tələf olmuşlar ki, elektrik xətti yerdə yox, yer səviyyəsindən 10 metr hündürlükdə olmalıdır. Həmçinin elektrik xətləri yerlə çəkilmiş olsa belə, onda həmin xətlər ətrafdakılara təhlükə yaratmadan çəkilməlidirlər. Bununla da müəyyən olunur ki, cavabdehin təqsiri və səhlənkarlığı nəticəsində onlara ziyan dəymişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları»nın və «Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları»nın təsdiq edilməsi haqqında xx.xx.2005-ci il tarixli 103 saylı qərara və qüvvədə olan Mülki Qanunvericiliyin maddi hüquq normalarına istinad edən iddiaçılar daha sonra qeyd etmişlər ki, hava elektrik ötürücü xətlərinin yerlə olan məsafəsi 50-60 sm. təşkil etmişdir. Belə olan halda, onlara məxsus heyvanların tələf olmasına yaranmış elektrik xəttinin torpaq üzərindən 50-60 sm. hündürlükdə olması ilə sübuta yetirilir. Əgər bu belə deyilsə, onda cavabdeh tərəf sübut etməlidir ki, həmin vaxt elektrik xətti onların iri buynuzlu inəklərini tələf etməyib. Hazırda cavabdehin təqsiri üzündən onlara - İddiaçı1 1.400 manat, İddiaçı2 1.500 manat və İddiaçı3 1.400 manat ziyan dəymişdir.Qeyd olunanları nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. İddiaçı “xxxx” ASC-nin səlahiyyətli nümayəndəsi Nəsimi rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, iddianın təmin olunmamasına dair yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir. Qeyd olunanları və digər əsasları göstərərək nəzərə alınmasını, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçılardan İddiaçı2 və cavabdehin səlahiyyətli nümayəndəsikollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrik edənin məruzəsini, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən iddiaçıların izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan Lerik rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis leytenantı V.Şahbazbəyli tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, həqiqətən, iddiaçılar xx.xx.2018-ci il tarixdə səhər saatlarında fərdi təsərrüfatlarında olan iri buynuzlu heyvanları Lerik rayonu Cəngəmiran kəndinin örüş sahəsinə buraxmışlar. Həmin tarixdə axşam saatlarında inəyi örüş sahəsində axtarsalarda, lakin hava dumanlı olduğu üçün tapa bilməmişlər. xx.xx.2018-ci il tarixdə saat 07.30-da həmin inəklərin cəsədini kəndin yuxarı hissəsində Lerik-Göydərə yolunun 2- ci kilometrliyində aşkar etmişlər. Onlara məxsus üç baş inək işıq dirəyinin aşması zamanı naqillərə toxunaraq tələf olmuşlar. Bu səbəbdən, Lerik rayon Polis şöbəsinə şikayət etmişlər. Lerik RPŞ-də araşdırma zamanı müəyyən olunmuşdur ki, həmin sahə LerikGöydərə yolunun 2-ci km-liyində, yolun sol hissəsində təqribən 700 metr aralıda yerləşir. Əkin sahəsinin içərisindən keçən elektrik dirəkləri və onlara birləşdirilmiş üç naqil xətti vardır. Həmin sahə daxilində 3 ədəd inəyin cəsədi aşkar edilmiş və heyvanların üzərində elektrik vurması zamanı yaralar əmələ gəlmişdir. Həmin qara malların müvafiq olaraq 280, 270 və 240 kq diri çəkisi olmuşdur. Əkin sahəsinin üzəri ot və palçıqla örtülmüşdür. Baxış təbii işıq altında keçirilmiş və digər hər hansı maddi sübut aşkar olunmamışdır. Baxış zamanı əkin sahəsinin və tələf olmuş qaramalların cəsədlərinin foto şəkilləri çəkilmiş və hal şahidlərinin iştirakı ilə imzalanmaqla toplanmış materiala əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli mütəxəssis rəylərindən görünür ki, Lerik rayonu Cəngəmiran kənd sakini İddiaçı3 məxsus bir baş, 6 yaşda boğaz olan, qonur rəngli və diri çəkisi 280 kq olan inəyi elektrik xəttinə dəymiş, burun, ağızna yihələriyanmış, bel və düz bağırsaq yaralanaraq heyvan ölmüş və ona 1.400 manat məbləğində maddi ziyan dəymişdir. Lerik rayonu Cəngəmiran kənd sakini X1 məxsus bir baş, qonur-qara rəngli, 4 yaşda boğaz inəyi elektrik xəttinə dəymiş, ağız və burunda yanıq yaraları yaranmaqla heyvan ölmüş, nəticədə 1.400 manat məbləğində maddi ziyan dəymişdir. Lerik rayonu Cəngəmiran kənd sakini İddiaçı2 məxsus bir baş, qara rəngli, zebi cinsli hibrid, 6 yaşda olan inəyi elektrik xəttinin baş nayihəsinə toxunması zamanı tələf olmuşdur. Həmin qaramalın baş, arxa tərəfdən düz bağırsağından yaralanmış və kənara çıxmış qarnın dayanıq yaraları mövcud olmuş və heyvanın tələf olması nəticəsində 1.500 manat məbləğində maddi ziyan dəymişdir. Göründüyü kimi, iddiaçılar dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqədar cavabdehə müraciət etsələrdə, onlara vurulmuş maddi ziyan ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər Azərbaycan Respublikası Mülki Məcəlləsinin21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, iddiaçılar məxsus üç baş inək işıq dirəyinin aşması zamanı naqillərə toxunaraq tələf olmuşlar. Həmin fakt həm Lerik RPŞ-də araşdırma zamanı, həm də İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli mütəxəssis rəyləri ilə öz təsdiqinini tapmışdır. Eyni zamanda elektrik avadınlıqlarının texniki vəziyyətinin yararsız olduğu barədə cavabdehin məlumatlı olmasına və elektrik qurğuların texniki vəziyyətinə dair məsuliyyət daşımasına baxmayaraq onun tərəfindən vaxtında müvafiq tədbirlərin görülməməsinin iddiaçıların maddi ziyana məruz qalmasına səbəb olması də iş materialları ilə sübuta yetirilmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 10.1-ci bəndinə əsasən enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə (elektrik qəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. Həmin Qaydaların 10.18.2-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə borcludur. Beləliklə zərərin mövcud olması, cavabdehin hərəkətsizliyinin qanunsuz olması və zərərin məhz cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində baş verməsi və zərərlə cavabdehin qanunsuz hərəkətsizliyi arasında səbəbli əlaqənin olması iş materiallarına əsasən öz təsdiqini tapmışdır. Məhkəmə yol verilmiş hərəktsizlikdə cavabdehin təqsirli olub-olmaması ilə əlaqədar qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan maddələrinin tələblərindən göründüyü kimi zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin müvafiq maddəsindən göründüyü kimi ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir və beləliklə də bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki,iddiaçılara dəymiş zərərin əvəzi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə sahiblik edən cavabdeh tərəfindən ödənilməli və beləliklə də iddia əsaslı olduğundan haqlı olaraq təmin edilmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün heç bir hüquqi əsaslar yaratmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə edilən və 2018-ci il yanvarın 1-dən qüvvəyə minən 404-1-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393-cü maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar