Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1161/2024 29.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçıların nümayəndəsi vəkil Nümayəndə və Cavabdeh2 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Həsənağa oğlunun cavabdehlər Cavabdeh2 və 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı "mirasın qəbulu üçün müəyyən edilmiş müddətin uzadılması, buraxılan müddətin bərpası, notariat hərəkətlərini aparmaqdan imtina edilməsi barədə qərarın ləğvi, miras paylarının müəyyən edilməsi və mirasın bölünməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3549/2023 saylı işi üzrə 27 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar miras qoyan X2 xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1336 (yeni qaydalarla: AZ 1094, ünvan 1 ünvanında yerləşən miras əmlakla bağlı iddiaçılar İsrafilov X7, İddiaçı2 və İddiaçı3 tərəfindən mirasın qəbulu üçün üçün müəyyən edilmiş müddətin uzadılması, buraxılan müddətin üzrlü hesab edilməsi və bərpası, 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən qəbul edilmiş "notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında” 21 iyun 2023-cü il tarixli qərarın ləğv edilməsi, həmin miras əmlaka iddiaçıların paylarının müəyyən edilməsi və mirasın bölünməsi haqqında qətnamə qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdirlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3549/2023 saylı işi üzrə 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Həsənağa oğlu tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1336 (yeni qaydalarla AZ 1094, ünvan 2 ünvanında yerləşən miras əmlakın qəbulu üçün buraxılan müddətin bərpa edilməsi, miras paylarının vərəsələr arasında müəyyən edilməsi, miras əmlakın vərəsələr arasında qanunla müəyyən edilmiş qaydada 3 saylı Bakı "ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən bölünməsi,iddia tələbinin notariat hərəkətlərini aparmaqdan imtina edilməsi barədə qərarın ləğv edilməsi hissəsində təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci tarixli qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1243.2, 1255, 1256-cı maddələrinə istinadən qeyd edilmişdir ki, iddia tələbi "mirasın qəbulu üçün müəyyən edilmiş müddətin uzadılması, buraxılan müddətin bərpası, miras paylarının müəyyən edilməsi və mirasın bölünməsi” hissəsində əsaslıdır və təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1336 (yeni qaydalarla AZ 1094, ünvan 2 ünvanında yerləşən miras əmlakına dair mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmış və iddiaçılar tərəfindən miras əmlakın qəbul edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə yazılı qaydada notariat ofisinə müraciət edilmişdir. Odur ki, mirasın qəbulu üçün buraxılan 6 illik müddət üzrlü hesab edilərək bərpa edilməlidir. Belə ki, müəyyən edilir ki, mirasın qəbulu üçün müəyyən edilmiş 6 aylıq müddətin buraxılmasına səbəb iddiaçıların hüquqi intizamsızlığı deyil, miras predmeti olan daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün prosedurların gözlənilməsi olmuşdur. Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3549/2023 saylı işi üzrə 27 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə istinadən qeyd edilmişdir ki, doğma qardaşları olan iddiaçılara hər bir halda məhkəmənin qərarından asılı olmayaraq qanunla müəyyən olunmuş payları çatacaq. Hazırda əmlakın bölünməsinə razı olmamağına səbəb faktiki bağ sahəsinin 0,25 hektar yox bir qədər artıq 0,3915 hektar olmasıdır. O, iddiaçılara da əvvəllər bildirmişdir ki, sahəni birinin adına keçirək, sonra həmin torpaq sahəsini qanuni yolla rəsmiləşdirək və sonda 0,3915 hektar olan bağ sahəsini bərabər bölək. Düşünür ki, torpaq sahəsi bir nəfərin adına olsa artıq torpaq sahəsini rəsmiləşdirmək və sonradan ədalətli bölmək daha mümkün olardı. Lakin iddiaçılar nədənsə buna razılıq vermirlər. İddiaçılar ərizələrində qeyd edirlər ki, “bütün vərəsələr miras əmlaka eyni səviyyədə, birgə sahiblik etmiş və faktiki olaraq həmin əmlak bizim istifadəmizdə olmuşdur. Valideynlərindən qalan yurd kimi miras əmlakda olan və yaşayış bağ evinə, bağ sahəsinə nəzarət etmişlər.” Bütün bunlar həqiqətə uyğun deyil, çünki həmin bağ evində 1999-cu ildən bir gün də olaraq qalan olmayıb. Həmin vaxt onun iş yeri Lənkəran rayonuna dəyişmiş, iki il sonra Bakıya qayıtmaqlarına baxmayaraq bağ evində qalan olmamış, həmin sahəyə və evə anasının vəfatından qabaq və sonra yalnız o, nəzarət etmiş, üzüm meynələrini hər il kəsdirib, bağı bellətdirmiş, digər lazımi təmir-tikinti işlərini təşkil etmişdir. Həmin bağın açarları da daimi onda olmuş və iddiaçıların əli də həmin açarlara dəyməyib. Bunlar necə bağ sahəsinə və evə nəzarət ediblər? Bağda olan son 20 ildə bağ sahələrinə sahib olmuş qonşular heç iddiaçılar tanımırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Bundan başqa iddiaçıların nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş Bilgəh bələdiyyəsinin 14 iyul 2023-cü il tarixli 217 saylı arayışda qeyd edilmişdir ki, guya həmin bağ sahəsi anası vəfat etdikdən sonra onun və iddiaçıların istifadəsindədir, ölən gündən bu günədək mərhumun adına olan torpaq və əmlak vergisi oğlu İddiaçı1 tərəfindən ödənilmişdir. Bu arayışın surətini məhkəmə zalında alandan sonra ona qəribə gəldi ki qardaşı Vaqif neçə il bağa gəlməsə də guya vaxtlı vaxtında vergi ödəyir. Bunu yoxlamaq məqsədilə o, ərizə ilə Bilgəh bələdiyyəsinə müraciət etmiş və məlum oldu ki, anasının vəfatından sonra bağ sahəsinin onun və iddiaçılar tərəfindən istifadəsində olması qardaşı Vaqif tərəfindən təqdim olunmuş şəxsiyyət vəsiqələrin, çıxarışın, ölüm haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamələrin surətləri təqdim olunduqdan sonra məlum olmuşdur. Yəni bələdiyyə faktiki yerində araşdırmadan təqdim olunmuş sənədlər əsasında arayışında bu qeydi aparmışdır. Bundan başqa müəyyən olunmuşdur ki, qardaşı Vaqif yalnız bir dəfə, 10 iyul 2023-cü il tarixdə, yəni məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi zaman məhkəmədə öz xeyrinə istifadə etmək üçün Bilgəh bələdiyyəsinə gedib yalnız 2023-cü il üçün 23,49 manat vergi ödəmiş və sözügedən arayışı almışdır. Bu barədə Bilgəh bələdiyyəsinin 02 avqust 2023-cü il tarixli arayışını məhkəməyə təqdim etmişdir. İddiaçılar tərəfindən müddətin buraxılması heç də üzürlü səbəbdən baş verməmişdir. Belə ki, üzürlü səbəb o vaxt olar ki, mərhumun vəfatından və yaxud əmlakın mövcud olmasından xəbərləri olmasın. Digər hallar üzrlü səbəb kimi qiymətləndirilə bilməz. İddiaçılar mərhum analarının vəfatından xəbərləri olmuş, bağ sahəsinin mövcud olmasını da bilmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi vəkil Nümayəndə sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı ilə tanışdır, buna baxmayaraq iddia tələblərinə mahiyyəti üzrə baxılması iddiaçı tərəfin mövqeyinə uyğundur. İddia tələbini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsi qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini və işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, ilk olaraq münasibətlərin səciyyəsin nəzərə alaraq, işin məhkəmənin səlahiyyətlərinə aid olmasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən: İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən: İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vİİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən: Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Məcəllənin 24.1-cü maddəsinin tələblərinə əsasən: Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Məcəllənin 261.0.1-ci maddəsinə əsasən: iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icaata xitam verir. Məcəllənin 384-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər (384.0.5.). Notariat haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: Maddə
59. (Qanun üzrə vərəsəlik hüququ haqqinda şəhadətnamənin verilməsi) Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Məhkəmə kollegiyası, sədrlik edənin işin hallarına dair məruzəsini nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, 80; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5, 24.1, 261.0.1 və 262-ci, Notariat haqqında Azərbaycan Respublikası Qanununun 33-43-cü maddələrini; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarını rəhbər tutaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3549/2023 saylı işi üzrə 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. 3 saylı Bakı "ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli "Notariat hərəkətlərini aparmaqdan imtina edilməsi haqqında” qərara əsasən müəyyən olunur ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Həsənağa oğluna Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə (müddətin ötürülməsinə) əsasən notariat hərəkətləri aparmaqdan imtina edilmişdir. Bu halda iddia tələblərinə və ondan irəli gələn qətnaməyə (apellyasiya şikayətinə) baxılması üçün mülki-prosessual əsaslar mövcud olmadığından işə məhkəmədə baxılmalı deyil. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, məhkəmənin vəzifələrinə və mülki mühakimənin məqsədlərinə (məhkəməyə) aid baxılmalı mübahisə olmadığından və ondan irəli gələrək iş məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icaata xitam verilməlidir. Tərəflərə izah edilməlidir ki, Notariat orqanı tərəfindən imtinanın əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən müddətin ötməsi ilə olduğundan və Konstituisiya Məhkəməsi tərəfindən qeyd edilən norma qüvvədən düşmüş hesab edildiyindən, ədalət mühakiməsində müddətlə bağlı məsələ mübahisə predmeti olaraq baxış predmeti ola bilməz, habelə notariat orqanı tərəfindən bu əsasla imtinanın mümkünlüyü istisna edilir. Ona görə, tərəflər müvafiq notariat orqanına müraciət etməli və ümumi razılıq olduğu təqdirdə vərəsəlik hüquqlarının rəsmiləşdirilməsində haqlıdırlar. Notariat orqanının başqa əsasla imtina etdiyi halda tərəflərin məhkəmə müdafiə hüququndan istifadə etmək imkanları itirilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261, 263- 264, 398- 402, 406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3549/2023 saylı işi üzrə 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.