Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11622/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X15 nümayəndəsi-vəkili Vəkil Rəşid qızının və cavabdehin nümayəndəsi X26, nümayəndəsi-vəkili X23 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Cavabdeh2nə qarşı «qanunsuz inşa edilmiş tikilinin sökülməsi, mülkiyyətində olan əmlakından istifadəyə yaradılan maneələrin aradan qaldırılması və vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi və iddiaçı tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs X15 Cavabdeh1 və Bakı şəhəri Cavabdeh2nə qarşı «qanunsuz inşa edilmiş tikilinin sökülməsi və mülkiyyətində olan əmlakından istifadəyə yaradılan maneələrin aradan qaldırılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-17/2020 saylı, 04 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh1 və Bakı şəhəri Cavabdeh2nə qarşı iddia ərizəsi və sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1qarşı qaldırdığı ünvan 1 evin 3-cü və 4-cü mərtəbələrinin inşasının qanunsuz hesab edilməklə sökülməsi, iddiaçıya məxsus Bakı şəhəri, Nizami küçəsi, ev 53, 37 saylı mənzildən cavabdeh tərəfindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması, iddiaçının qanunsuz bağlanmış pəncərəsinin açılması və cavabdehin mənzildən istifadəyə yaratdığı maneələr nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzi olaraq cavabdehdən 5000 manat vəsaitin alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal RİHB-nın 05.06.2017-ci il tarixli, 157 saylı sərəncamın ləğv edilməsi, ünvan 1 evin 3-cü və 4-cü mərtəbələrinin inşasının qanunsuz hesab edilməklə sökülməsi, ona məxsus Bakı şəhəri, Nizami küçəsi,ev 53,37 saylı mənzildən cavabdeh tərəfındən istifadəyə yaradılan maneələrin aradan qaldırılması, qanunsuz bağlanmış pəncərəsinin açılması, cavabdehdən mənzilindən istifadəyə yaratdığı qanunsuz maneələr nəticəsində ona vurduğu 5.000 manat maddi və 50.000 manat mənəvi zərərin əvəzi otaraq vəsait cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, iş üzrə iddiaçı tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs X24 Cavabdeh1 və Cavabdeh2nə qarşı müstəqil iddia ərizəsi və sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh1 ünvan 1 evin 3-cü və 4-cü mərtəbələrinin inşasının qanunsuz hesab edilməklə cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, sonradan iddiaçı tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs X24 iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh2 Başçısının 05.06.2017-ci il tarixli 157 saylı sərəncamının ləğv edilməsi, Cavabdeh1 qarşı qaldırdığı ünvan 1 evin 3-cü və 4-cü mərtəbələrinin inşasının qanunsuz hesab edilməklə sökülməsi, iddiaçıya məxsus Bakı şəhəri, T.Xəlil küçəsi, 7 saylı evdə yerləşən iki otaqlı mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması, mənzildən istifadəyə yaratdığı maneələr nəticəsində iddiaçıya vurulmuş 5.000 manat maddi və 50.000 manat mənəvi zərərin əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun yaşadığı Bakı şəhəri, Nizami küçəsi, ev 53,37 saylı mənzil anası X18 məxsus olmuş, anasının vəfatından sonra həmin mənzil vərəsəlik qaydasında adına rəsmiləşdirilmiş və mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmışdır. Qeyd edilmiş mənzilə dair verilmiş texniki pasportundan məlum olduğu kimi ona məxsus mənzil 2 yaşayış otağından və köməkçi sahələrindən ibarətdir. Eyni zamanda 1992-ci ildə yaşadıqları 53 saylı evdə ona məxsus mənzilə bir işik yaşayış sahəsi 36,5 kv.olan mənzil boşalmış və Bakı şəhəri Yasamal rayon İHB-nin 22.10.1992-ci il tarixli 532/5 saylı sərəncamı ilə həmin mənzil də ailəsinin sərəncamına verilmiş, mərhum anası X25 yaşayış sahəsi 62.4 kv.m olan 4 otaqlı mənzilin kirayəçisi hesab edilmişdir. Anasının vəfatından sonra yaşayış sahəsi 62,4 kv.m olan 4 otaqlı mənzil onun və ailə üzvlərinin mülkiyyətində və sahibliyindədir. 2017-ci ilin aprel ayında mənzilinin yerləşdiyi binanın yanında ünvan 1 ünvanda yerləşən mənzildə yanğın baş vermiş və nəticədə də cavabdehin mənzili yanmış, eyni zamanda həmin yanğın zamanı ona məxsus mənzilin balkonu və bir otağın avadanlıqları yanmış, otağın özü isə istifadəyə yararsız vəziyyətə düşmüşdür. Məhkəmənin diqqətinə çatdırmışdır ki, ona məxsus mənzil 3 mərtəbəli evin 3-cü mərtəbəsində, cavabdehə məxsus mənzil isə 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. Cavabdeh1 yanğından sonra mənzilinə vurduğu ziyanı ödəyəcəyini vəd etsə də, bu günədək ödəməmiş, əksinə bu müddət ərzində binanın 2-ci mərtəbəsində yerləşən mənzilini bərpa etmiş və mənzilinin üstündə qanunsuz olaraq 3-cü və 4-cü mərtəbələri inşa etməyə başlamış və hazırda da evin 4-cü mərtəbəsinin inşasını davam etdirir. Bununda nəticəsində cavabdehin qanunsuz mənzilinin açıq eyvanının və pəncərələrinin 0,5-1,0 metrliyində inşa etdiyi tikili ona məxsus Bakı şəhəri, Nizami küçəsi, ev 53,37 saylı mənzilin açıq eyvanına və otaqlara düşən havanın və gün işığın qarşısını kəsmiş, günün günorta vaxtında ailəsi mənzilində gün işığına və havaya həsrət qalmışlar. Bununla əlaqədar müvafiq İcra Hakimiyyəti və Polis orqanlarına etdiyi müraciətlər nəticəsiz qalmış, mübahisənin yalnız məhkəmə qaydasında həll edilməsinin münkün olduğunu bildirirlər. Eyni zamanda hesab edir ki, cavabdehin mənzilində baş vermiş yanğın nəticəsində mənzilinə dəymiş ziyan da ödənilməlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxs M.Əliyeva tələbində göstərmişdir ki, 2017-ci ilin aprel ayının 10-da Bakı şəhəri, Yasamal rayonu, X20, ev 7 ünvanda yerləşən binanın 2-ci mərtəbəsində yerləşən və cavabdehə məxsus olan mənzildə yanğın baş vermişdir. Yanğından bir müddət sonra cavabdeh “öz mənzilində təmir” işləri aparılması adı altında yenidənqurma işləri aparmağa başlamışdır. Qonşular və onun tərəfindən dəfələrlə tikinitinin dayandırılması ilə bağlı dövlət orqanlarına müraciətlərinə baxmayaraq, cavabdeh tikintisini davam etdirmiş və tikili demək olar ki, artıq yekunlaşmaq üzrədir. Qeyd edilən ünvanda onun iki mənzili var və hər ikisi binanın birinci mərtəbəsində yerləşir, (qeydiyyat vəsiqələri ərizəyə əlavə olunmuşdur.) Cavabdehin tikilisi onun mənzillərinin düz üstündədir. Cavabdeh ikimərtəbəli daş binanın üzərində əlavə 02 mərtəbəli monolit beton bina yüksəltmişdir. Köhnə daş binanın üzərində iki mərtəbə ucaltmaq binanın uçmasına səbəb ola bilər. Bundan başqa yeni tikili onun mənzilini günəş işığında və havadan məhrum edib. O, cümlədən evə giriş hissəsi məhdudlaşdırılmışdr. Hesab edir ki, dövlət orqanlarına müraciətləri heç bir nəticə verməmiş, buna görə də haqq-ədalətin bərqərar olması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehin ona məxsus mənzilinin açıq eyvanının və pəncərələrinin 0,5-1,0 metrliyində özbaşına inşa edilmiş tikili qanunsuz hesab edilməklə sökülməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının qismən təmin edilməsi, Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, X20, 7 saylı evin 2-ci mərbətəsinin üzərindəki (2 mərtəbəli binasının üzərindəki) özbaşına inşa edilmiş 3-cü və 4-cü mərtəbələrinin inşasının qanunsuz hesab edilməsi və sökülməsi, Cavabdeh2 Başçısının 05.06.2017-ci il tarixli 157 saylı Sərəncamının ləğv edilməsi, iddiaların qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin 16.09.2020-ci il tarixli qətnaməsininin qismən, yəni iddia tələblərinin təmin edildiyi hissədə ləğv edilməsi və həmin hissədə iddia tələblərinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəfindən Bakı şəhəri, Yasamal rayonu, T. Xəlil küçəsi, 7 saylı evin 3-cü və 4-cü mərtəbələrində müvafiq tikinti işləri qanunvericiliyin tələblərinə və müəyyən olunmuş qaydalara (yanğın təhlükəsizlik və s) uyğun şəkildə aparılmışdır (əsas Cavabdeh2 05.06.2017-ci il tarixli, 157 saylı sərəncamı, Memarlıq və Şəhərsalma Baş İdarəsinin məktubları, Fövqəladə Hallar Nazirliyininin müvafiq qurumlarının müsbət rəyi və digər sənədlər). Bu səbəbdən həmin tikinti qanunsuz hesab edilə və sökülə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almad, qurğu bə ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Qanunvericiliyin ifadə etdiyi mənaya görə daşınmaz əmlak (yaşayış evi, digər tikili, qurğu və s.) o halda özbaşına tikinti sayılır ki, həmin daşınmaz əmlak tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş olsun. Lakin hazırki iş üzrə Mülki Məcəllənin 180.1-ci maddəsində ifadə olunan əsaslar tam, 532/5 nömrəli “boşalmış mənzil sahəsinin Ə.M.Məmmədovaya verilməsi haqqında” Sərəncamından görünür ki, Bakı şəhəri, Nizami küçəsindəki 53 nömrəli evin yaşayış sahəsi 62, 4 kv.m olan otaqlı mənzilin kirayicisi hesab edilmişdir. Bundan başqa işdə olan Cavabdeh2 Başçısının 08.07.1994-cü il tarixli 121/11 nömrəli “Nizami küçəsi 53 nömrəli evin 36-cı mənzilinin bölünməsi haqqında” Sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Nizami küçəsindəki 53 nömrəli evin 36-cı mənzilindəə yaşayan X25 ərizə ilə müraciət edib, ona məxsus olan 4 otaqlı sahəsi 58,9 kv.m mənzilin bölünməsini xahiş etmişdir. İcra Hakimiyyəti təfindən onun xahişi nəzərə alınaraq, evin 41,9 kv.m sahə, eyni zamanda evin 17,0 kv m sahəsi olan 1 otaqlı ev sahibi X16 adına keçirilmişdir. Bundan sonrakı müddətdə, X25 Bakı şəhəri, Nizami küçəsi 53 saylı evin 36 nömrəli mənzilini öz adına qalan (17, 0 kv.mlik hissəni) digər şəxsə-X1. Qeyd olunan hallardan belə nəticəyə gəlmək olur ki, iddiaçı hazırda ünvan 3 ünvanda yerləşən 3 otaqlı mənzilin mülkiyyətçisidir. İşdə olan həmin mənzilin texniki pasportunun surətindən, o cümlədən Məhkəmə Ekspertiza Mərkəzinin 20905 saylı, 20.02.2020-ci il tarixli rəyindən də görünür ki, iddiaçının mənzili 3 yaşayış otağından, şüşəbəndindən, mətbəx tikilisindən, 20.02.2020-ci il tarixli rəyindən görünür ki, mənzilin texniki pasportu üzrə 3 saylı kimi göstərilən otağın yan divarında qapı boşluğu açıldığı və divarın digər tərəfindəki qonşu sahədə sahəsi 7,7 kv.metr olan otağın 37 saylı mənzillə birləşdirildiyi müəyyən edilmişdir. Beləliklə iddiaçınını cavabdeh tərəfindən maneə yaradıldığını qeyd etdiyi otağın ümumiyyətlə, iddiaçının mənzilinə hər hansı aidiyyətin olmadığını, həmin, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan mənzildən istifadəyə hər hansı maneənin yaradıldığının istisna olmasını bildirmişdir. İddiaçının cavabdehə qarşı Cavabdeh2 Başçısının sərəncamının ləğv edilməsi, tikilinin sökülməsi, mənzildən istifadəyə yaradılan maneənin aradan qaldırılması, qanunsuz bağlanmış pəncərənin açılması, cavabdehdən mənzildən istifadəyə yaradılan maneələr nəticəsində vurulmuş 5000 manat maddi və 50.000 maanat mənəvi zərərin əvəzi olaraq vəsaitin cavabdehdən tutulmasında dair iddia tələbi üzrə iddiaçının hər hansı subyektiv hüquqa malik olmadığını bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1049/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4460/2021 saylı, 04 oktyabr 2021-ci il tarixli qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı iddia tələbinin və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin Bakı şəhər Cavabdeh2 Başçısının 05 iyun 2017-ci il tarixli Sərəncamının ləğv edilməsi hissədə iş üzrə icraata xitam verilməsi, mülki iş qətnamənin mübahisələndirilən qalan hissəsində, yəni iddia tələbinin və üçüncü şəxsin iddia tələbinin təmin edilən Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, X20, 7 saylı evin 2-ci mərbətəsinin üzərindəki (2 mərtəbəli binasının üzərindəki) özbaşına inşa edilmiş 3-cü və 4-cü mərtəbələrinin inşasının qanunsuz hesab edilməsi və sökülməsinin təmin edilən hissəsində yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümyəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İşin halları nəzərə alınaraq və Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, X20, 7 saylı evin 2-ci mərbətəsinin üzərindəki (2 mərtəbəli binasının üzərindəki) özbaşına inşa edilmiş 3-cü və 4-cü mərtəbələrinin inşasının qanunsuz hesab edilməsi və sökülməsinin təmin edilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işə baxmış əvvəlki apellyasiya instansiya məhkəməsinin qətnaməsini Bakı şəhər Cavabdeh2 Başçısının 05 iyun 2017-ci il tarixli Sərəncamının ləğv edilməsi hissədə iş üzrə icraata xitam verilmişdir. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...iş üzrə keçirimiş ekspertiza rəyində məhkəmənin ekspert qarşısında qoyduğu 2-ci sual üzrə cavabında ekspert qeyd etmişdir ki, tikinti norma və qaydalarına əsasən yaşayış otaqları və yardımçı tikililər təbii işıqla təmin olunmalıdır. Baxış zamanı 37 saylı mənzilə sonradan əlavə edilmiş və texniki pasport üzrə nəzərdə tutulmayan otağın həyətə tərəf olan pəncərəsinin qarşı tərəfində, divardan 30 sm aralı məsafədə iş üzrə cavabdeh tərəfindən tikili inşa edildiyi müəyyən olunmuşdur ki, bu həmin otağa düşən təbii işığın qarşısının qismən alınmasına səbəb olmuşdur. Lakin təbii işığın qarşısı nə qədər alınması və normalara uyğun olub-olmaması həmin sahə üzrə mütəxəssis tərəfindən xüsusi ölçmə cihazı vasitəsilə ölçülərək müəyyən oluna bilər. Göründüyü kimi ekspert rəyində işıq düşən hissənin (otağın) texniki pasport üzrə nəzərdə tutulmayan tikinti olması öz əksini tapmış, məhkəmə bu hala əhəmiyyət verməmiş qeyd edilən tikili ilə bağlı iddiaçının iddia tələbi irəli sürməyə subyektiv hüququnun olub-olmamasına qiymet verməmişdir. Digər tərəfdən məhkəmə üçüncü şəxsin iddiası üzrə onun mülkiyytində olan tikililərin üzərində cavabdeh tərəfindən inşa edilmiş mərtəbələrin üçüncü şəxsin tikilisinə hər hansı bir qəza vəziyyəti törətməsi, təhlükə yaratması iş üzrə keçirilmiş ekspert rəyi ilə sübuta yetirilmir. İş üzrə keçirimiş ekspertiza rəyində məhkəmənin ekspert qarşısında qoyduğu 2-ci sual üzrə cavabında ekspert qeyd etmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X17 Agentliyinin mütəxəssisi tərəfindən tərtib edilmiş 10.10.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən ünvan 1 binanın birinci mərtəbəsində yerləşən iki otaqlı, 6 saylı və iki otaqlı, 3 sayli menzillərin divarlarında əmələ gəlmiş çatların yaranma səbəbini yalnız vizual baxışla müəyyən etmək qeyri-mümkündür. Yaşayış evinin yükdaşıyan konstruksiyasının hazırki dayanıqlığının qiymətləndirilməsi və çatların yaranma səbəblərinin araşdırılması üçün elmi tədqiqat institutu tərəfindən müvafiq instrumental müayinə-tədqiqat işləri aparılmalıdır. Məhkəmə ekspert rəyinin qeyd edilən ikinci sual üzrə rəyinə istinad edərək həmçinin üçüncü şəxsin iddiasını da təmin etmiş, lakin üçüncü şəxsin iddia tələbinin faktiki əsası kimi istinad etdiyi halların mövcud olub-olmaması üzrə hər hansı bir araşdırma aparmamışdır... ...həmçinin iddia tələbinin özbaşına inşa edilmiş 3-cü və 4-cü mərtəbələrin inşasının qanunsuz hesab edilməsi və sökülməsi hissəsi üzrə məhkəmənin gələcəyi nəticə Bakı şəhəri Cavabdeh2 Başçısının 157 saylı, 05.06.2017-ci il tarixli Sərəncamının ləğv edilməsi tələbinin nəticəsindən asılı olması nəzərə alınmaqla qətnamə iddia tələbinin və üçüncü şəxsin iddia tələbinin təmin olunan qalan hissəsində ləğv edilməklə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.” Nəzərə alınmalıdır ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin göstərişləri və hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, X20, 7 saylı evin 2-ci mərbətəsinin üzərindəki (2 mərtəbəli binasının üzərindəki) özbaşına inşa edilmiş 3-cü və 4-cü mərtəbələrinin inşasının qanunsuz hesab edilməsi və sökülməsinin təmin edilən hissəsi də ləğv olunmalı, həmin hissədə iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh2 Başçısının 22.10.1992-ci il tarixli, 532/5 saylı boşalmış mənzil sahəsinin Ə.M.Məmmədovaya verilməsi haqqında sərəncama əsasən Ə.M.Məmmədova 04 nəfər ailə təkibi ilə (özü, oğlu, gəlini, nəvəsi) Nizami küçəsindəki 53 saylı evin yaşayış sahəsi 25,9 kv.m. olan 02 otaqlı mənzilində yaşayır. Həmin evin yaşayış sahəsi 36,5 kv.m. olan digər otaqlı mənzili boşalmışdır. Ə.M.Məmmədova boşalan otaqların onun mənzilinə əlavə edilməsini xahiş edir. Qeyd edilənləri nəzərə alaraq, Nizami küçəsindəki 53 saylı evin yaşayış sahəsi 36,5 kv.m. olan boşalmış otaqlı mənzilin X13 mənzilinə əlavə edilməsi və onun yaşayış sahəsi 62,4 kv.m. olan otaqlı mənzilin kirayəçisi hesab edilməsi barədə sərəncam verilmişdir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin qeydiyyat vəsiqəsinə əsasən Nizami küçəsindəki 53 saylı evin 37 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə reyestr kitabında 467-ci səhifədə 67809 qeydəalma № 30/67809, 28 sentyabr 1995-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Yasamal rayon Qeydiyyat Şöbəsinin 03 sentyabr 2011-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X25 25 avqust 2011-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin qeydiyyat vəsiqəsinə əsasən Ə.Bayramov küçəsindəki 07 saylı evin 06 saylı mənzili X5 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 163 saylı reyestr kitabında 24072-ci səhifədə qeydəalma № 30/5822, 01 iyun 1997-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin seriya ÖM, №251260 saylı qeydiyyat vəsiqəsinə əsasən X8 07 saylı evin 31,0 yaşayış sahəsindən ibarət 02 otaqlı mənzil X5 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 572 saylı reyestr kitabında 85559-cu səhifədə qeydəalma № 30/21845, 24 noyabr 2005-ci il tarixdə qeydiyyat aparılmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin seriya ÖM, №212421 saylı qeydiyyat vəsiqəsinə əsasən X8 07 saylı evin 35,0 yaşayış sahəsindən ibarət 02 otaqlı mənzil Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1365 saylı reyestr kitabında 204912-ci səhifədə qeydəalma № 30/204912, 08 yanvar 2005-ci il tarixdə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA, №0253816 saylı çıxarışa əsasən X8 07 saylı evin 22 saylı mənzili X14 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1443 saylı reyestr kitabının 132160 saylı vərəqində 03 avqust 2011-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X17 Agentliyi tərəfindən Mehriban Əliyevaya ünvanlanmış 37/Ə01521 saylı, 04 iyul 2017-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh2nə X20, 07 ünvanda yerləşən mənzilin mülkiyyətçisi, vətəndaş Cavabdeh1 məxsus mənzildə baş vermiş yanğın hadisəsindən sonrakı təmir-bərpa işləri ilə əlaqədar evin üzərində apardığı əlavə tikinti işlərinin mövcud vəziyyətdə tərtib edilmiş layihəyə uyğun sənədləşdirilməsinə razılıq verilməsini xahiş etmişdir. Qeyd edilən ünvanda yerləşən evin üzərində aparılmış əlavə tikinti işlərinin mövcud vəziyyətdə tərtib edilmiş eksiz layihəsi Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 30.05.2017-ci il tarixli, 18/03-8/1358 saylı məktubu ilə razılaşdırılmış və vətəndaş Cavabdeh1 adına sənədləşdirilməsi haqqında Cavabdeh2 tərəfindən 05.06.2017-ci il tarixli, 157 saylı sərəncam verilmişdir. Bakı şəhəri Cavabdeh2 Başçısının 157 saylı, 05.06.2017-ci il tarixli Sərəncamı ilə Yasamal rayonu, X20, 07 ünvanda yerləşən evin üstündə aparılmış əlavə tikinti işlərinin mövcud vəziyyətində vətəndaş Cavabdeh1 adına sənədləşdirilməsi haqqında sərəncama əsasən Cavabdeh2nə X20, 07 ünvanda yerləşən mənzilin mülkiyyətçisi, vətəndaş Cavabdeh1 müraciət edərək həmin mənzildə baş vermiş yanğın hadisəsindən sonrakı təmirbərpa işləri ilə əlaqədar evin üzərində apardığı əlavə tikinti işlərinin mövcud vəziyyətində tərtib edilmiş layihəyə uyğun sənədləşdirilməsinə razılıq verilməsini xahiş etmişdir. BŞİHnin Memarlıq və Şəhərsalma Baş İdarəsi 30.05.2017-ci il tarixli, 18/03- 8/1358 nömrəli məktubla X20, 7 saylı ünvanda yerləşən evin üzərində vət. Cavabdeh1 tərəfindən aparılmış əlavə tikinti işlərinin mövcud vəziyyətinə dair təqdim olunmuş memarlıq-planlaşdırmasının həlli layihəsini, 02.06.2017-ci il tarixli, 18/03-8/1420 nömrəli məktubla işçi layihəsinin memarlıq hissəsini razılaşdırmışdır. Qeyd olunanlara əsaslanaraq Yasamal rayonu, X20, 7 saylı ünvanda yerləşən mənzilin mülkiyyətçisi vət. Cavabdeh1 mənzildə baş vermiş yanğın hadisəsindən sonrakı təmir-bərpa işləri ilə əlaqədar evin üzərində apardığı əlavə tikinti işləri mövcud vəziyyətində razılaşdırılmış layihəyə uyğun ölçülərdə onun adına sənədləşdirilməsi barədə sərəncam verilmişdir. Cavabdeh2 Başçısının İ müavini tərəfindən M.Əliyevaya ünvanlanmış 07 avqust 2017-ci il tarixli cavab məktubundan görünür ki, yanğından sonra vət. Cavabdeh1 mənzili yaşayış üçün yararsız vəziyyətə düşdüyündən o, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəs ilə 30.05.2017-ci il tarixli, 18/03-8/1358 saylı razılaşdırımış layihə əsasında rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 157 saylı, 05.06.2017-ci il tarixli sərəncamı ilə mənzilində təmir-bərpa və yenidənqurma işləri aparır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu (AzİMETİ) tərəfindən məhkəməyə ünvanlanmış 01/182 saylı, 03 iyun 2019-cu il tarixli cavab məktubundan görünür ki, Azərbaycan İnşaat və Memarlıq X2 3.6-cı bəndinə əsasən ödənişli əsaslarla hüquqi və fiziki şəxslər uçün elmi-tədqiqat və layihə işləri aparmaq tikintiyə və layihələndirməyə dair normativ sənədləri hazırlamaq və fəaliyyətinə uyğun qanunvericilikdə qadağan olunmayan digər xidmətlən göstərmək İnstitutun hüququ kimi müəyyən edilmişdir. Bununla əlaqədar bildirmişlər ki, müqavilə bağlanaraq İnstitutun hesabına ödəniş heyata keçirildikdən sonra müvafiq tikililərə texnikibaxış keçirilərək rəy veriləcək. Fövqəladə Hallar Nazirliyi Tikintidə X17 Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış 37/34-02791 saylı, 13 may 2019-cu il tarixli, 37/34-02962 saylı, 15 may 2019-cu il tarixli və 37/36 saylı, 24 may 2019-cu il tarixlicavab məktublarından görünür ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarına əsasən 2019-cu ilin fevral ayında Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş zəlzələlər nəticəsində yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması və eyni zamanda, 2019-cu il yanvarın 1-dək tikintiquraşdırma işləri başa çatmış və istismar edilən çoxmənzilli yaşayış binalarının istismara hazırlığı baxımından müayinələrin aparılması Fövqəladə Hallar Nazirliyinə tapşırılmışdır. Qeyd olunan tapşırıqların çoxhəcmli və onların icra müddətlərinin məhdud olduğundan, halhazırda həmin tədbirlərin həyata keçirilməsinə Agentliyin tabeliyində olan bütün qurumların mütəxəssisləri cəlb olunmuşlar. Bu səbəbdən də məhkəmə ekspertiza tədqiqatının aparılması üçün tərəflərindən yaxın müddət ərzində mütəxəssislərin ayrılması imkan xaricindədir. Eyni zamanda bildirmişlər ki, Respublikada istismara qəbul olunmuş binaların texniki vəziyyətinin müayinəsi aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzdindəki Azərbaycan İnşaat və Memarlıq Elmi- Tədqiqat İnstitutu (AzİMETİ) tərəfindən həyata keçirilir. Bununla bağlı, bu müddət ərzində məhkəmə ekspertizasının keçirilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin AzİMETİ-nin və ya bu sahədə ixtisaslaşmış özəl qurumların mütəxəssislərinin, yaxud da müvafiq yerli icra hakimiyyətinin memarlıq və tikinti şöbələrinin mühəndislərinin cəlb edilməsini məhkəmədən xahiş etmişlər. Fövqəladə Hallar Nazirliyi X32 Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 37/36- 08648 saylı, 07 oktyabr 2019-cu il tarixlicavab məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, T.Xəlil Rza oğlu küçəsi, ev 7-də yerləşən dörd mərtəbəli yaşayış evinin üçüncü və dördüncü mərtəbələrinin yanğın təhlükəsizliyi tələblərinə uyğunluğu barədə YTNƏŞ-0588 saylı, 20.09.2018-ci il tarixli akt, 37/N-00793 saylı, 20.09.2018-ci il tarixli məktubla X32 Xidməti tərəfindən vətəndaş Cavabdeh1 göndərilmişdir. Akta əsasən təqdim olunmuş sənədlərin araşdırılmış və yerində yanğın-texniki müayinədən obyektin qüvvədə olan 2.6- 1 «Şəhər, qəsəbə və kənd yaşayış məskənlənnin planlaşdırılması və tikilib abadlaşdınlması» Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 2.08.02-89 «İctimai bina və qurğular» Tikinti Norma və Qaydalarının, 2.11-1 “Su təchizatı xarici xətlər və qurğular” TN və Q-nın; 2.04-09-84 «Bina və qurğuların yanğın avtomatikası» Tikinti Norma və Qaydalarının. “X4 Qaydalarının, 2 02 01-97 «Bina və qurğuların yanğın təhlükəsizliyi» yanğına qarşı yönəldilmiş tələblərinə əməl edilməklə inşa edilmiş və yanğıntexnıkı ləvazimatlarla təmin edilmişdir. Fövqəladə Hallar Nazirliyi Tikintidə X17 Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış 37/34-06888 saylı, 17 oktyabr 2019-cu il tarixli cavab məktubundan və məktuba əlavə edilmiş 10.10.2019-cu il tarixli Rəydən görünür ki, məhkəmənin 17 sentyabr 2019-cu il tarixli, 2(004)-50 nömrəli məktubu ilə əlaqədar olaraq, Fövqəladə Hallar Nazirliyi Tikintidə X17 Agentliyinin mütəxəssisi ünvan 8 ünvanında müvafiq tədqiqat işləri aparmışdır. Tədqiqat işləri nəticəsində tərtib olunmuş mütəxəssis rəyini məhkəməyə təqdim etmişlər. 10 oktyabr 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı “qanunsuz inşa edilmiş tikilinin sökülməsi, mülkiyyətində olan əmlakından istifadəyə yaradılan maneələrin aradan qaldırılması və vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi və iddiaçı tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs X15 Cavabdeh1 və Cavabdeh2nə qarşı “qanunsuz inşa edilmiş tikilinin sökülməsi və mülkiyyətində olan əmlakından istifadəyə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair mülki ış üzrə mütəxəssis rəyinin verilməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X17 Agentliyinə müraciət edilmişdir. Qeyd edilən ünvana baxış keçirib müvafiq rəyi hazırlamaq üçün “Azərdövlətsənayelayihə" Dövlət Layihə İnstitutunun 2 nömrəli memar-inşaat şöbəsinin, konstruksiya sektorunun mühəndisi X29 ayrılmışdır. Tədqiqat hissəsi: Baxış keçirilən ünvan 9 ünvanda yerləşən yaşayış evi 4 mərtəbəli, 1 girişli olub planda düzbucaqlı şəkillidir. Yaşayış binasının yükadaşıyan divarları əl ilə yonulmuş düzgün formalı əhəngdaşından yerinə yetirilmişdir. Damı mansard tipli olub dalğavari metal vərəqələrlə örtülmüşdür. Mərtəbəarası örtükləri 1ci və 2-ci mərtəbələrdə ağac konstruksiyasından, 3-cü və 4-cü mərtəbələrdə isə monolit dəmir-betondandır. Baxış zamanı evin 3 saylı mənzilində, divarın qalınlığı 0,2 metr olan sanitar qovşağının hörgü birləşmələrində 2-3 mm qalınlığında aralanmalar müşahidə olundu. 3 saylı mənzilin əsas yükdaşıyan divarlarında çat və zədələnmələr müşahidə edilmədi. Baxış zamanı yaşayış evinin 6 saylı mənzilinin giriş qapısının yerinin dəyişdirilməsi müşahidə olundu. Belə ki, evinin tağvari formada olan əsas giriş qapısı əhəng daşı ilə hörülüb, təqribən əsas qapıdan 2,5 - 3,0 metr məsafədə yeni qapı boşluğu açılmışdır. Yeni qapı boşluğu tikinti norma və qaydalarına əməl edilmədən - qapı üzəri atmalardan istifafə edilməməklə açılmışdır. Açılmış qapı boşluğunun üzərində qalınlığı 2-3 mm olan iki tərəfli və birtərəfli çatlar yaranmışdır. 6 saylı mənzilin digər əsas yükdaşıyan divarlarında da müxtəlif ölçülü birtərəfli çatlar müşahidə olundu. Baxış zamanı 7 saylı yaşayış evinin üzərində monolit dəmir-betondan olmaqla 3- cü və 4-cü mərtəbəsinin inşa edilməsi müşahidə olundu. Yeni inşa edilmiş tikiliyə tam şəkildə baxış keçirmək mümkün olmadı. Sonradan inşa edilmiş hissələrdə (fasad və baxış keçirilən hissələrdə ) çat və deformasiyalar müşahidə edilmədi. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli binanın üstündə inşa edilmiş 3-cü və 4-cü mərtəbələrin inşa edilməsi üçün müvafiq icra Hakimiyyəti (İH) orqanın icazəsi, qabaqcadan İH-ti orqanı ilə razılaşdırılmış memarlıq və planlaşdırma bölməsi tərəfindən təsdiq edilmiş tikinti lahiyyəsi olmuşdurmu? Bakı şəhəri, Nizami küçəsi, ev 53,37 saylı mənzilin bir pəncərəsi hörülməklə digər pəncərə və eyvana münasibətdə 0,5-0,1 metr ara məsafə saxlanılmaqla cavabdeh tərəfindən aparılan həmin tikinti işləri tikinti norma və qaydalarına uyğundurmu? Cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Nizami küçəsi, ev 53, 37 saylı mənzilin pəncərəsi və eyvanın tam qarşısında quraşdırılmış binanın 3-cü və 4- cü mərtəbələrinə aid çoxsaylı sanitar, havaçəkən, istilik və kondisioner qurğularının quraşdırılması qanunun tələbinə uyğundurmu? ünvan 1 binanın birinci mərtəbəsində yerləşən iki otaqlı 6 saylı və 2 otaqlı 3 saylı mənzillərin divarlarında əmələ gəlmiş çatlar köhnə 2 mərtəbəli daş binanın üstündə monolit betondan 3-cü və 4-cü mərtəbələrin inşaası nəticəsində əmələ gəlməsi mümkündürmü? ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli binanın üstündə inşa edilmiş 3-cü və 4-cü mərtəbələrin inşası yanğın və təhlükəsizlik qaydalarına uyğun olaraq inşa edilmişdirmi? ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli binanın üstündə inşa edilmiş 3-cü və 4-cü mərtəbələrin inşası AR Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş tikinti norma və qaydalarına, tələblərinə uyğun inşa edilmişdirmi? ünvan 1 ünvanda yerləşən bina 2017-ci ilin aprel ayınadək neçə mərtəbəli olub, hazırda bina neçə bərtəbədən ibarətdir və binanın hansı mərtəbələri və hissələri qanunsuz inşa edilmişdir? ünvan 1 binada Cavabdeh1 məxsus tikili qanuni və qanunsuz (tikinti normalarına uyğun) olub-olmaması müəyyən edilsin? ünvan 1 binada Cavabdeh1 məxsus tikili İddiaçı məxsus ünvan 10 ünvanına və müstəqil tələb irəli sürmüş üçüncü şəxs X19 məxsus ünvan 1 binada yerləşən mənzilinə maneə yaradırmı? İddiaçıya cavabdeh tərəfindən mənzildən istifadəyə görə maneə olduğu halda maddi ziyan vurulmuşdurmu və vurulmuşsa ziyanın məbləği nə qədərdir? Tədqiqatın nəticəsi. 4-cü sual üzrə: ünvan 1 binanın birinci mərtəbəsində yerləşən iki otaqlı, 6 saylı və iki otaqlı, 3 saylı mənzillərin divarlarında əmələ gəlmiş çatların yaranma səbəbini yalnız vizual baxışla müəyyən etmək qeyri mümkündür. Yaşayış evinin yükdaşıyan konstruksiyasının hazırki vəziyyətinin - dayanıqlığının qimətləndirilməsi və çatların yaranma səbəblərinin araşdırılması üçün elmi tədqiqat institutu tərəfindən müvafiq instrumental müayinə tədqiqat işləri aparılmalıdır. 1,2,3,5,6,7,8,9 və 10-cu suallar üzrə: Bu suallar inşaat konstruktorunun səlahiyyətlərinə aid olmadığı üçün tərəfindən cavablandırılmır. Fövqəladə Hallar Nazirliyi Tikintidə X17 Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış 37/34-02756 saylı, 30 aprel 2020-ci il tarixlicavab məktubundan görünür ki, məhkəmənin sübutun tələb edilməsi barədə 11 mart 2020-ci il tarixli, 2(004)-17/2020 nömrəli sorğusuna cavab olaraq, Agentliyin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu tərəfindən tərtib olunmuş Bakı şəhəri, Yasamal rayonu, X3, 7 saylı ünvanda mövcud 2 mərtəbəli yaşayış evinin üzərində inşa edilmiş üçüncü və mansard mərtəbələrinin müayinəsi haqqında Texniki rəyin surətini məhkəməyə təqdim etmişlər. Eyni zamanda bildirmişlər ki, alınması ilə bağlı sifarişçi müraciət etmədiyinə görə tikintinin istismara hazır olması barədə akt tərəflərindən tərtib olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20905 saylı, 20.02.2020-ci il tarixli ekspert rəyinə əsasən: 1-ci sual üzrə: tədqiq olunan binanın üstündə inşa edilmiş 3-cü və 4-cü mərtəbələrin inşa edilməsi üçün müvafiq icra Hakimiyyəti orqanın icazəsi, qabaqcadan İHti orqanı ilə razılaşdırılmış tikinti lahiyyəsi mülki iş materiallarına əlavə edilməmişdir. Lakin Cavabdeh2 05.06.2017-ci il tarixli, 157 saylı sərəncamına əsasən, Yasamal rayonu, X22 7 saylı ünvanda yerləşən mülkiyyətçisi vət. Cavabdeh1 mənzildə baş vermiş yanğın hadisəsindən sonrakı təmir-bərpa işləri ilə əlaqədar evin üzərində apardığı əlavə tikinti işlərinin mövcud vəziyyətində tərtib edilmiş layihəyə uyğun sənədləşdirilməsinə icazə verilmiş, həmçinin Azərbaycan Respublikası Memarlıq və Şəhərsalma Baş idarəsinin 02.06.2017-ci il və 30.05.2017-ci il tarixli, 18/03- 8/1358 saylı məktublarına əsasən, əlavə tikinti işlərinin memarlıqplanlaşdırmasının həlli layihəsi və işçi layihəsinin memarlıq hissəsi razılaşdırılmışdır; 2-ci sual üzrə: tikinti norma və qaydalarına əsasən yaşayış otaqları və yardımçı tikililər təbii işıqla təmin olunmalıdır. Baxış zamanı 37 saylı mənzilə sonradan əlavə edilmiş və texniki pasport üzrə nəzərdə tutulmayan otağa həyətə tərəf olan pəncərəsinin qarşı tərəfində, divardan 30 sm aralı məsafədə iş üzrə cavabdeh tərəfindən tikili inşa edildiyi müəyyən olunmuşdur ki, bu da həmin otağa düşən təbii işığın qarşısının qismən alınmasına səbəb olmuşdur. Lakin təbii işığın qarşısı nə qədər alınması və normalara uyğun olub-olmaması həmin sahə üzrə mütəxəssis tərəfindən xüsusi ölçmə cihazı vasitəsilə ölçülərək müəyyən oluna bilər; 3-cü sual üzrə: sanitar, havaçəkən, istilik və kondisioner qurğularının quraşdırılmasının qanunun tələbinə uyğun olub-olmamasının müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətinə aid olmadığından, bu sual üzrə tədqiqat aparılmadı; 4-cü sual üzrə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X17 Agentliyinin mütəxəssisi tərəfindən tərtib edilmiş 10.10.2019-cu il tarixli mütəxəssis əsasən ünvan 1 binanın birinci mərtəbəsində yerləşən iki otaqlı, 6 saylı və iki otaqlı, 3 saylı mənzillərin divarlarında əmələ gəlmiş çatların yaranma səbəbini yalnız vizual baxışla müəyyən etmək qeyri-mümkündür. Yaşayış evinin yükdaşıyan konstruksiyasının hazırki vəziyyətinin - dayanıqlığının qimətləndirilməsi və çatların yaranma səbəblərinin araşdırılması üçün elmi tədqiqat institutu tərəfindən müvafiq instrumental müayinə tədqiqat işləri aparılmalıdır; 5-ci sual üzrə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanın Nəzarəti Xidmətinin X9 Əsasları şöbəsi tərəfindən tərtib edilmiş 20.09.2018-ci il tarixli, YTNƏŞ-0588 saylı akta əsasən, tədqiq olunan evin üçüncü və dördüncü mərtəbələrinin qüvvədə olan 2.6-1 «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması» Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 2.08.02-89 «İctimai bina və qurğular» Tikinti Norma və Qaydalarının, 2.11-1 “Su təchizatı xarici xətlər və qurğular” TN və Q-nın; 2.04- 09-84 «Bina və qurğuların yanğın avtomatikası» Tikinti Norma va Qaydalarının, “X4 Qayadaları”nın, 2.02.01-97 «Bina və qurğuların yanğın təhlükəsizliyi» yanğına qarşı yönəldilmiş tələblərinə əməl edilməklə inşa olunduğu və yanğın-texniki ləvazimatlarla təmin edildiyi müəyyən olunmuşdur; 6-cı, 7-ci və 8-ci suallar üzrə: mülki iş materiallarındakı məlumatlara əsasən, tədqiq olunan binanın 2017-cı ilin aprel ayınadək 2 mərtəbədən ibarət olduğu, hazırda 2-ci mərtəbənin üstündə 3-cü və mansard mərtəbəsi inşa edildiyi müəyyən olunmuşdur. Eyni zamanda qeyd olunur ki, Cavabdeh2 05.06.2017-ci il tarixli, 157 saylı sərəncamına əsasən, Yasamal rayonu, X20 7 saylı ünvanda yerləşən mülkiyyətçisi vət. Cavabdeh1 mənzildə baş vermiş yanğın hadisəsindən sonrakı təmir-bərpa işləri ilə əlaqədar evin üzərində apardığı əlavə tikinti işlərinin mövcud vəziyyətində tərtib edilmiş layihəyə uyğun sənədləşdirilməsinə icazə verilmiş, eləcə də Azəbaycan Respublikası Memarlıq və Şəhərsalma Baş idarəsinin 02.06.2017-ci il və 30.05.2017-ci il tarixli, 18/03-8/1358 saylı məktublarına əsasən, əlavə tikinti işlərinin memarlıq-planlaşdırmasının həlli layihəsi və işçi layihəsinin memarlıq hissəsi razılaşdırılmış, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X17 Agentliyi “Azərdövlətsənayelayihə” DLİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş həmin tikililər müayinə edilərək müsbət rəy verilmiş, həmçinin Fövqəladə Hallar Nazirliyi X32 Xidmətinin X9 Əsasları şöbəsi tərəfindən tərtib edilmiş 20.09.2018-ci il tarixli, YTNƏŞ-0588 saylı akta əsasən, tədqiq olunan evin üçüncü və dördüncü mərtəbələrinin qüvvədə olan 2.6-1 «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 2.08.02-89 “İctimai bina və qurğular” Tikinti Norma və Qaydalarının, 2.11-1 “Su təchizatı xarici xətlər və qurğular” TN və Q- nın; 2.04-09-84 «Bina və qurğuların yanğın avtomatikası» Tikinti Norma va Qaydalarının, “X7 Qayadaları”nın, 2.02 01-97 «Bina və qurğuların yanğın təhlükəsizliyi» yanğına qarşı yönəldilmiş tələblərinə əməl edilməklə inşa olunduğu və yanğın-texniki ləvazimatlarla təmin edildiyi qeyd olunmuşdur; 9 və 10-cü suallar üzrə: tədqiq olunan tikililərin digər şəxslərə məxsus mənzillərə maneə yaratmasının müəyyən olunması tikinti ekspertinin səlahiyyətinə aid olmadığından, bu suallar üzrə tədqiqat aparılmadı. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən vət. Cavabdeh1 ünvanlanmış 18/03-8/1420 saylı, 02 iyun 2017-ci il tarixli cavab məktubundan görünür ki, onun daxil olmuş 01.06.2017-ci il tarixli ərizəsini nəzərə alaraq, Memarlıq və Şəhərsalma Baş İdarəsinin 30.05.2017-ci il tarixli, 18/03-8/1358 saylı məktubu ilə Yasamal rayonu, X20, 7 saylı ünvanda yerləşən evin üzərində aparılmış əlavə tikinti işlərinin mövcud vəziyyətinə dair razılaşdırılmış memarlıqplanlaşdırmasının həlli layihəsinə əsasən təqdim olunmuş işçi layihəsinin memarlıq hissəsi ("xxxx" MMC-nin işi, memar O.O.Məmmədov) razılaşdırılır. Sənədləşdirmə işləri mövcud qanunvericiliyin tələblərinə uyğun müvafiq qaydada aparılmalıdır. Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20905 saylı, 20.02.2020-ci il tarixli ekspert rəyində ekspert qarşısında qoyulan 2-ci sual üzrə cavabında ekspert qeyd etmişdir ki, tikinti norma və qaydalarına əsasən yaşayış otaqları və yardımçı tikililər təbii işıqla təmin olunmalıdır. Baxış zamanı 37 saylı mənzilə sonradan əlavə edilmiş və texniki pasport üzrə nəzərdə tutulmayan otağa həyətə tərəf olan pəncərəsinin qarşı tərəfində, divardan 30 sm aralı məsafədə iş üzrə cavabdeh tərəfindən tikili inşa edildiyi müəyyən olunmuşdur ki, bu da həmin otağa düşən təbii işığın qarşısının qismən alınmasına səbəb olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, onun tərəfindən mənzilin texniki pasportunda göstərilməyən özbaşına qaydada sonradan əlavə (zəbt və ya inşa) etdiyi, üzərində mülkiyyət hüququ tanımayan otağa münasibətdə cavabdehə qarşı hər hansı bir iddia qaldırmağa subyektiv hüquqa malik deyildir. İddiaçının nümayəndəsi-vəkilinin məhkəməyə Milli arxiv idarəsindən verilmiş Sərəncamlar təqdim edərək bildirmişdir ki, Dövlət Arxivinin Bakı filialın 10.03.2020-ci il tarixli,M-172 saylı məktuba əlavə edilən Bakı şəhəri Yasamal RİHB-nin 20.10.1992-ci il tarixli 532/5 saylı 08.07.1994-cü il tarixli 121/11 saylı sərəncamlardan görünür ki, Bakı şəhəri Nizami küçəsi ev 53,37 saylı manzil iddiaçının anası Əzizə Mammadovanın sərəncamındakı olan 25,6 kv.m sahəli yaşayış sahəsinə qonşuluqda boşalmış 2 otaqlı 36,5 kv.m sahəli manzil birləşdirilərək axırıncı 62,4 kv.m sahəli 4 otaqlı manzilin kirayəçisi hesab edilmiş, daha sonra isə həmin mənzil bölünərək 41,9 kv.m sahəli 3 otaqlı mənzil iddiaçının, sahəsi 17,0 kv.m olan 1 otaqlı mənzil isə iddiaçının anası Əzizə Mammadovanın icarəsində saxlanılmış və Bakı şəhəri Yasamal RİHB-nın 08.07.1994-cü il tarixli 121/11 saylı sarəncama əlavə edilmiş mənzilin bölgüsünün mümkünlüyü ilə bağlı verilmiş rəy və rəyə əlavə edilmiş mənzilin plan-sxemindən malum olur ki, iddiaçının sərəncamında saxlanılmış 41,9 kv.m yaşayış sahəli, 3 otaqlı mənzilin 2 saylı tikilidən 1 saylı 7,7 kv.m sahəli köməkçi tikiliyə keçid qapısı mövcuddur. Mənzilin 2 saylı tikilidən 1 saylı 7,7 kv.m sahəli tikiliyə keçid qapısının 1994-cü ildən mövcud olması həmin tikilin o vaxtdan da qeyd edilmiş sərəncam asasında iddiaçının qanuni istifadəsində və sərəncamında olması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsdasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin işıq düşən hissəsi (otağı) iddiaçının faktiki istifadəsində olsa belə, iddiaçının həmin otaq üzərində hər hansı bir hüququ təsdiqlənməmiş və müvafiq olaraq dövlət qeydiyyatına alınmadığı üçün, sonuncunun həmin otağa düşən təbii işığın qarşısının qismən alınması ilə bağlı tələb irli sürməsi əsassızdır. Məhkəmə kollegiyası üçüncü şəxsin cavabdehə qarşı irəli sürdüyü tələbin əsaslılığı baxımından qeyd edir ki, əvvəla Ali Məhkəmənin hazırki iş üzrə olan qərarında da qeyd olunduğu kimi iddia tələbinin özbaşına inşa edilmiş mərtəbələrin inşasının qanunsuz hesab edilməsi və sökülməsi hissəsi üzrə məhkəmənin gələcəyi nəticə Bakı şəhəri Cavabdeh2 Başçısının 157 saylı, 05.06.2017-ci il tarixli Sərəncamının ləğv edilməsi tələbinin nəticəsindən asılıdır. Digər tərəfdən isə hazırki vəziyyətdə üçüncü şəxsin mülkiyyətində olan tikililərin üzərində cavabdeh tərəfindən inşa edilmiş mərtəbələrin üçüncü şəxsin tikilisinə nisbətdə hər hansı bir qəza vəziyyəti törətməsi, təhlükə yaratması iş üzrə keçirilmiş ekspert rəyi ilə sübuta yetirilmir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20905 saylı, 20.02.2020-ci il tarixli ekspert rəyində ekspert qarşısında qoyulan 4-cü sual üzrə cavabında ekspert qeyd etmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X17 Agentliyinin mütəxəssisi tərəfindən tərtib edilmiş 10.10.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən ünvan 1 binanın birinci mərtəbəsində yerləşən iki otaqlı, 6 saylı və iki otaqlı, 3 sayli menzillərin divarlarında əmələ gəlmiş çatların yaranma səbəbini yalnız vizual baxışla müəyyən etmək qeyri-mümkündür. Yaşayış evinin yükdaşıyan konstruksiyasının hazırki dayanıqlığının qiymətləndirilməsi və çatların yaranma səbəblərinin araşdırılması üçün elmi tədqiqat institutu tərəfindən müvafiq instrumental müayinə-tədqiqat işləri aparılmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəmeəsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlanna uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli Qəranında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həll üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası Məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalidir. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən elmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cahət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlarinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.05.2008-ci il tarixli Qərarında da Konstitusiya Mahkəməsi eyni hüquqi mövqedən çıxış etmişdir. Beləliklə, məhkəmənin qənaətinə görə, iddiaçı və üçüncü şəxsin irəli sürdüyü faktiki hallar, onların iddia tələblərinin mümkün qanuni əsaslarının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır və yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi iddianın Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, X20, 7 saylı evin 2-ci mərbətəsinin üzərindəki (2 mərtəbəli binasının üzərindəki) özbaşına inşa edilmiş 3-cü və 4-cü mərtəbələrinin inşasının qanunsuz hesab edilməsi və sökülməsinin təmin edilən hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-17/2020 saylı, 04 sentyabr 2020ci il tarixli qətnaməsi iddianın Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, X20, 7 saylı evin 2-ci mərtəbəsinin üzərindəki (2 mərtəbəli binasının üzərindəki) özbaşına inşa edilmiş 3-cü və 4-cü mərtəbələrinin inşasının qanunsuz hesab edilməsi və sökülməsinin təmin edilən hissəsində ləğv edilsin. Həmin hissədə iddiaçının və üçüncü şəxsin tələbləri təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-11622/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11622/2021
08.12.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver