Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1164/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi İddiaçı nümayəndəsi X8, Cavabdeh4 nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, "xxxx" ASC-yə, Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh4 qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3700/2021 saylı 20 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı X11 cavabdehlər Cavabdeh1, "xxxx" Açıq Səhmdar Cəmiyyəti, AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh4 qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi, dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “D” Y/M, Samir Cəfərov küçəsi,ev 34, 367 mənzilinə dair müqavilə öhdəliklərinin yerinə yetirilməsi, kommunal xətlərin, qaz, işıq sayğaclarının quraşdırılması və iddiaçıya dəymiş maddi ziyana görə 3000 manat, mənəvi ziyana görə 5000 manat pul məbləğinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 12.04.2021-ci il tarixində Samir Cəfərov küçəsi, D massivi ,ev 34, mənzil 367 ünvanda yerləşən sahəsi 39.9 kvm olan Cavabdeh4 məxsus olan mənzili AN-İN ******* nömrəli alqı-satqı müqaviləsi ilə 4 saylı ASAN xidmət mərkəzində almışdır. Mənzili alarkən satıcı və “Çənlibel “ MTK rəhbərliyi tərəfindən heç bir problemin olmadığını, bütün kommunal xəttlərin və sayğacların yerində olmasını bildirdilər. Ev sahibindən elektrik sayğacını göstərməsini dəfələrlə xahiş etdiyində, müxtəlif bəhanələrlə ona həmin sayğacı göstərməmişdir. Bunun üçün hər dəfə yeni bəhanələr uydururdu. Ev alqı-satqısından əvvəl MTK-nın nümayəndəsi Vüqar Abdullayevə zəng edərək evlə bağlı hər hansı problemin olub-olmadığını maraqlanarkən, mənzilin heç bir problemi olmamasını yalnız mənzil sahibinin 800 manat məbləğində borcu olduğunu bildirdi. Bundan əlavə onların Cavabdeh4 ilə aralarında iş birliyi olduğunu söylədi. Aralarında alqı-satqıdan əvvəl ev sahibindən bir daha kommunalları soruşarkən ev sahibi ona mənzilə dair texniki pasportu ona göstərdi və həmin sənəddə sanitar-texniki təchizatı istilik, su, qaz, elektrik olduğu qeyd olunmuşdur. Lakin alqı-satqıdan sonra həmin mənzil yalnız su ilə təchiz olunduğu aşkar oldu. Alqı-satqıdan sonra “Çənlibel “MTK-nın nümayəndəsi V.Abdullayev ev sahibinin borcunu 800 manat pulu məbləğini ondan aldı və həmin borcun sayğaclara görə olduğunu bildirdi. Ona verilmiş bütün sənədlərdə evin texniki pasportunda həmin mənzildə bütün kommunal xəttlərin və sayğacların olduğu qeyd edilmişdir. Lakin o, həmin sayğacları öz adına keçirmək üçün ASAN xidmət mərkəzinə getdi. Oradan ona həmin ünvanda heç bir kommunal sayğacların olmadığı qəti olaraq bildirdilər. Bundan sonra həmin sayğacların olmadığını və onu aldatdıqlarını “Çənlibel“ MTK-nın nümayəndəsinə bildirəndə ona saxta abonent kodu təqdim etdilər. ASAN xidmət mərkəzində isə həmin sayğac kodunun başqa ünvana aid olduğunu bildirdilər. O, onların bu fırıldaqlarından bezərək polisə müraciət etmişdir. Lakin Sabunçu RPİ-nin 13-cü PB-dən bu işin mülki iş olduğu üçün ona məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Cavabdehlərin günahı ucbatından o, xeyli maddi ziyan çəkmişdir. Mənzilin təmiri ilə bağlı çəkəcəyi xərclər artıq bu vaxt ərzində dörd dəfə artmışdır. Əgər həmin mənzildə kommunal xətlər mövcud olsaydı o, öz mənzilini qısa müddətdə təmir etdirib mənzilində yaşayardı. Hal-hazırda cavabdehlərin günahı ucbatından hələ də kirayədə yaşamağa məcbur qalmışdır. Bundan başqa bu müddət ərzində, bu getgəllərdən, onların ona qarşı törətdikləri ucbatından daim stres vəziyyətində olmağı onu tez-tez baş ağrısına, yuxusuzluğa düçar etmişdir. Onların ucbatından əsəb gərginliyindən mənəvi əzab çəkmişdir. Bu da onun sağlamlığına çox pis təsir göstərmişdir. Əgər cavabdehlər müqavilənin şərtlərinə əməl etsəydilər, bütün yuxarıda qeyd etdiyi hallar onun başına gəlməzdi. Lakin cavabdehlər tərəfindən müqavilə öhdəliklərinə əməl etməkdikləri üçün indiyədək mənzil qaz, işıq sayğacları ilə təmin edilməmişdir. Suraxanı Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsi, D massivi, ev 34, 367 saylı mənzilə dair işıq sayğacın quraşdırılmasının təmin edilməsi vəzifəsi Cavabdeh1 üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, birinci instansiya məhkəməsinin çəkişmə prinsipinin tələblərini pozmaqla və işdə olan sübutların düzgün tətqiq olunmaması arqumentini irəli sürmüşdür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və digər cavabdehlərin nümayəndələri səbəbləri barədə məlumat vermədən məhkəməyə gəlməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilməmiş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdehlər ümumiyyətlə mübahisələndirməmiş, iddiaçı isə qətnamənin yalnız qeyd olunan hissəsini mübahisələndirmişdir. Bu o deməkdir ki, iddia tələbinin təmin edilmiş hissəsi hazırkı apellyasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini bu kontekstdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsi tərəfindən İddiaçı verilmiş 22.05.2021-ci il tarixli məktuba əsasən İddiaçı müraciətində göstərilən xüususatlar mülki xarakterli olmaqla hər hansı cinayət hadisəsi qeydə alınmadığından icraatı dayandırılmışdır. Aidiyyəti üzrə məhkəmə orqanına müraciət edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına 15.04.2021-ci il tarixli **********7 saylı qeydiyyata alınmışdır. Suraxanı rayonu Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən X12 verilmiş S/sş-043 saylı 18 iyun 2021-ci il tarixli məktuba əsasən, ünvan 2 ünvanında, bina təhvil veriləndən bu günə kimi 367-ci mənzil üçün abunə kodu açılmamış və sayğac quraşdırılmamışdır. Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən İddiaçı Əhməd qızına verilmiş 18 iyun 2021-ci il tarixli məktuba əsasən, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küşəsi 34 ünvanında yerləşən 367 saylı mənzilə məxsus işıq sayğacının olmama səbəbi sayğacın oğurlanmasıdır. Hal hazırda sayğac "xxxx" MMC tərəfindən yenisi ilə əvəz olunmuşdur. Kod almaq üçün mənzilin çıxarışını və şəxsiyyət vəsiqənizi MTK-ya təqdim edilməsi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən verilmiş 15.09.2021-ci il tarixli 01/4/01-7/6/14032 saylı məktuba əsasən, Suraxanı Rayon Məhkəməsi tərəfindən ’’Azərsu” ASC-yə ünvanlanmış 30.07.2021-ci il tarixli, 2(010)- 3700/2021 nömrəli məktubunuza baxılmışdır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin 4-cü bəndinə əsasən yaşayış binaları, o cümlədən mənzillər yalnız su təchizatı sisteminə tam həcmdə qoşulduqda və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul oluna bilər. Çoxmənzilli yaşayış binasının daxili təchizat sistemi, xarici şəbəkə (su və kanalizasiya) xəttləri texniki şərtin tələblərinə və tikinti norma qaydalarına uyğun inşa olunmalıdır. Fərdi müqavilələrin bağlanması məqsədi ilə müvafiq sənədlər MTK rəhbərliyi tərəfindən Suraxanı rayonu Sukanal idarəsinə təqdim edilir. Mülkiyyətçilərlə fərdi qaydada müqavilənin bağlanması təqdim olunmuş sənədlərə əsasən həyata keçirilir. Müraciətlə bağlı bildirilir ki, Cəmiyyətin elektron abonent bazasında məktubda qeyd edilən ad, soyad və ata adına uyğun ünvan üzrə abonent kodu aşkarlanmışdır. Odur ki, X9 - ünvan 5 ünvanında yerləşən 367 saylı mənzilin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 29.04.2021-ci il tarixində vətəndaşla müqavilə bağlanaraq **********670 saylı abonent kodu açılmışdır. Qeyd olunan tarixdən su xətti üzərinə 14125473 nömrəli, SSS-15 markalı mexaniki tipli su sayğacı quraşdırılmışdır. Hazırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə sözügedən mənzilin hesabında yaranmış borc 5 manat təşkil edir. Qeyd edilən borc sayğacın göstəricisinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissədir. İş materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş 23.08.2021-ci il tarixli məktuba əsasən, Bakı şəhəri, ünvan 2, mənzil 367 .nvanında qaz sayğacının quraşdırılıbquraşdırılmaması, quraşdırılma tarixi və həmin sayğacın quraşdırılmasına dair Mənzil Tikinti Kooperativinin öhdəliyinin olub-olmaması haqqıında məlumat verilməsi barədə Suraxanı Rayon Məhkəməsindən "Azəriqaz” İstehsalat Sirliyinə ünvanlanmış 30.07.2021- ci il tarixli, İş 2(010)-3700/2021 saylı sorğunuza daxilolma: SOCAR **********30590036x01144, 05.08.2021-ci il tarixli) cavab olaraq bildirir ki, qeyd edilən ünvanda **********03670 nömrəli abonent kodu üzrə G-4 markali **********8 nömrəli qaz sayğacı qeydiyyatdadır, sayğac 17.05.2021-ci il tarixində quraşdırılmışdır. Abonent kodu İddiaçı adınadır. MTK binalarının qazlaşması müvafiq texniki-iqtisadi sənədlər əsasında Mənzil Tikinti Kooperativi tərəfindən təmin edilir. Suraxanı RPİ-nin 13-cü Polis Bölməsi tərəfindən ünvan 7 ünvanında yaşayan İddiaçı tərəfindən yazdığı şikayət ərizəsinin nəticəsinə dair 20.05.2021-ci il tarixli arayışa əsasən, 05.05.2021-ci il tarixində icraata X1nın yazdığı ərizə daxil olmuşdur. Ərizədə X2 RPl-nin 13-cü PB-nə müraciət edərək Cavabdeh4 ilə aralarında alqı satqı olması, ondan aldığı 800 manat pulu bu günə kimi sayğacları quraşdırılmamış. müraciət etdikdə ailəsini narahat etməsi barədə bildirmişdir. Azərbaycan Respublikası DİN-nin 015 saylı əmrində qeyd edilirki, mülki xarakterli ərizələr araşdırma aparılmadan işə tikilir. X1 ərizəsində göstərilən xüsasatlar barədə məhkəməyə müraciət etməsi ilə əlaqədar hüquq və vəzifələri izah edildi. Odur ki, Sabunçu RPl-nin 13-cü PB-nə daxil olmuş X9 şikayət ərizəsində göstərilən xüsasatlar mülki xarakterli olduğu və toplanmış materialda heç bir cinayət hadisəsi olmadığı üçün ərizənin işə alınıb, 13-cü PB-nin kargüzarlıq xidmətinə təhvil verilməsinə göstəriş verilmilməsi xahiş edilmişdir. Sabunçu RPİ-nin 13-cü Polis X5 tərəfindən verilmiş izahata əsasən o, bildirmişdir ki, İddiaçı tərəfindən qeyd olunan ittihamlarla razı deyildir. İddiaçı ərizə və izahatlarında yazdığı şərtlər həqiqətə uyğu deyildir. Ərizədə qeyd olunan 800 manatın verildiyi halda sayğacın quraşdırılmaması fikri tamamilə yalandır. 800 manat qaz sayğacına görə ödənilmişdir. Mənzildə qaz sayğacı yerindədir, işıq sayğacı ilə bağlı problem isə MTK-nın mexaniki səhvidir və ən qıısa zamanda öz həllini tapacaqdır. Arzu xanımın ərizəsində qeyd etdiyi təhqir və narahatlıqla bağlı ittihamlarını qəbul etmir. Tərəfindən Arzu xanımın ünvanına təhqir olmamışdır. 05.05.2021-ci il tarixində xanımla danışarkən anası X4 yalan, fırıldaqçılıqda əsassız olaraq ittiham etmiş etmiş, ona “gopologiya” ifadəsini iştətdiyi üçün təhqirə məruz qalmılşdır. Arzu xanımın hədələrindən yorulduğu üçün müvafiq qurumlara müraciət etməsini və məsələnin araşdırılmasını bildirmidir. İş materiallarında olan Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş Ç34 saylı 20.09.2021-ci il tarixli məktuba əsasən, Cavabdeh1 M TK Bakı şəhəri Suraxanı rayonu, massiv D, Samir Cəfərov 34 ünvanında 2005-ci ildə tikinti fəaliyyətinə başlamışdır, həmin tikinti 2010-cu ildə yekunlaşmışdır. Həmin ili Azərsu ASC və Bakelektrikşəbəkə ASC tərəfindən mənzillərərə sayğaclar quraşdırırlıb və vətəndaşların istifadəsinə verilmişdir. Azəriqaz İB tərəfindən isə 2021-ci ildə mənzillərə sayğaclar quraşdırılmış və istifadəyə verilmişdir. Mübahisəli olan 367 saylı mənzildə də həmin vaxtlarda sayğaclar quraşdırılmış və istifadəyə verilmişdir, lakin 367 saylı mənzilə Bakelektrikşəbəkə ASC tərəfindən quraşdırılmış sayğac və kod səhvən 366 saylı qeyri əhali sayılan mənzilə verilmişdir. 366 saylı mənzil qeyri-əhali sayıldığına görə və 367-ci mənzildə 2021-ci ilədək heç bir yaşayış olmadığna görə uzun illər onlara bu barədə heç bir məlumat daxil olmamışdır. Məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq qeyd edir ki, mübahisəli mənzilin yerləşdiyi ünvanda **********03670 nömrəli abonent kodu üzrə G-4 markali **********8 nömrəli qaz sayğacı qeydiyyatdadır, sayğac 17.05.2021-ci il tarixində quraşdırılmışdır. Abonent kodu İddiaçı adınadır. MTK binalarının qazlaşması müvafiq texniki-iqtisadi sənədlər əsasında Mənzil Tikinti Kooperativi tərəfindən təmin edilir. Bundan əlavə İddiaçı ünvan 5 ünvanında yerləşən 367 saylı mənzilin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 29.04.2021-ci il tarixində vətəndaşla müqavilə bağlanaraq **********670 saylı abonent kodu açılmışdır. Qeyd olunan tarixdən su xətti üzərinə 14125473 nömrəli, SSS-15 markalı mexaniki tipli su sayğacı quraşdırılmışdır. Hazırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə sözügedən mənzilin hesabında yaranmış borc 5 manat təşkil edir. Qeyd edilən borc sayğacın göstəricisinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissədir. Maddi və mənəvi ziyan tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha da az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzənin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericilikdə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin və ya əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Birinci instansiya məhkəməsində araşdırılma zamanı həm İddiaçı etibarnamə üzrə nümayəndəsi X8, həmçinin də Cavabdeh1 MTK-nın etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatlarında müəyyən edilmişdir ki, artıq 05 may 2021-ci il tarixdə telefon vasitəsilə Cavabdeh1 MTK tərəfindən İddiaçı tez bir zamanda yeni işıq sayğacın quraşdırılması barədə müraciət edilmiş və işıq sayğacının iddiaçının adına quraşdırılması barədə sənədləri təqdim edilməsi təklif olunsa da, iddiaçı razılaşmamış və artıq həmin məsələnin məhkəmə qaydasında həll ediləcəyini bildirmişdir. İddiaçı məhkəmə iclaslarında mübahisə predmeti olan mənzilin təmirsiz mənzilin olmasına baxmayaraq dərhal köçüb yaşaması imkanı olacağı və işıq saygacının quraşdırılmaması ilə əlaqədar həmin imkandan məhrum olunduğunu və bununla da kirayə yaşamaqla ona maddi ziyan vurulduğunu, hər hansı mənzildə kirayə qalması barədə kirayə müqaviləsinin və müəyyən kirayə haqqının ödənilməsinə, ümumiyyətlə həmin yaşayış sahəsindən sırf cavabdehin qərəzli hərəkətlərinə görə istifadə etməməsinə dair mötəbər sübut təqdim edə bilməmişdir. Nəticədə iddiaçı tərəfindən işıq sayğacı quraşdırılmadığı vaxt ərzində həmin mənzildən istifadə etmədiyi ayları üçün tələb olunan əldən çıxmış faydanın və yaxud maddi zərərin həqiqətən movcud olduğu barədə və yaxud əldən çıxmış faydanın itirilməsi və yaxud maddi zərərin vurulması və cavabdehlər tərəfindən hər hansı qərəzli hərəkətlərinin nəticəsində törədilməsinə dair hər hansı sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı 14.03.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Həm birinci instansiya həm də apellyasiya baxışı zamanı iddiaçı tərəfindən mənəvi zərərə məruz qalmasını, mənəvi sarsıntı və iztirab keçirməsini (yəni cavabdehlərin hərəkət və ya hərəkətsizliyinin iddiaçının maddi zərərə məruz qalması, onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasını, bunun nəticəsində onun maddi ziyana məruz qalmasını, sağlamlığının pozulmasını və fiziki əzab çəkməsini), bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçının istinad etdiyi maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olmasını təsbiq edən heç bir sübut təqdim edilməmişdir Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3700/2021 saylı 20 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1164/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1164/2022
12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver