Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1167/2020 16.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şamayev Elşad Yaquboviçin sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X18 oğlunun katibliyi, X1 və nümayəndəsi, vəkil X10, Üçüncü şəxs “Bank VTB (Azərbaycan)” ASC-nin nümayəndəsi X7 iştirakları ilə, X2nun və İddiaçı2 Cavabdehnə, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Masallı rayon İcra və Probasiya şöbəsinə və x Açıq Səhmdar Cəmiyyətinə qarşı “keçirilmiş hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə qəbul edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(005)-2572/2019 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 və İddiaçı2 cavabdeh “xxxxx” MMC-yə, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Masallı rayon İcra və Probasiya şöbəsinə və x Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsində yerləşən 43 saylı binanın, 15 saylı mənzilinin hərracları haqqında xx xxxxxx 2019-cu il tarixli, 01/03 saylı protokolun etibarsız hesab edilməsi və həmin əmlaka dair verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(050)-2116/2017 saylı qətnaməsi ilə iddiaçı x ASC-nin cavabdehlər X11, X4 və İddiaçı2 qarşı iddia ərizəsi qismən təmin edilmiş, X3 və İddiaçı1 54602,18 ABŞ dolları əsas, 5655,27 ABŞ dolları faiz, 60 ABŞ dolları cərimə olmaqla, cəmi 70317,45 ABŞ dolları məbləğində kredit borcunun, 30 manat dövlət rüsumunun və 30 manat ipotekanın qeydə alınması üçün rüsumun, cəmi 60 manatın cavabdehlərdən iddiaçının xeyrinə tutulması və tutmanın ipoteka və girov qoyulmuş mallara yönəldilməsi qət edilmişdir. Masallı Rayon Məhkəməsinin sözügedən qətnaməsi qanuni qüvvəsini almış və icra olunması üçün Masallı rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Cavabdeh “xxxxx” MMC-nin 01/3880 saylı, xx xxxxxxx 2018-ci il tarixli məktubundan göründüyü kimi Masallı rayon İcra və Probasiya şöbəsinin xx xxxxxxx 2018-ci il tarixli, 355500 saylı sifarişinə əsasən İddiaçı2 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsində yerləşən 43 saylı binanın 15 saylı mənzilinə və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən əşyalarla bağlı hərracın keçirilməsi həmin təşkilata həvalə edilmişdir. “xxxxx” MMC tərəfindən ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsində yerləşən 43 saylı binanın 15 saylı mənzilinin ilkin hərracı xx xxxxxx 2018-ci il tarixdə keçirilmiş, lakin alıcı olmadığı üçün baş tutmamışdır. İlkin hərrac baş tutmadığına görə xx xxxxxx 2018-ci il tarixdə 15% endirimlə təkrar hərrac keçirilmiş, lakin alıcı olmadığına görə yenə də baş tutmamışdır. Bundan sonra həmin əmlak tələbkar təşkilat x ASC-yə təklif olunmuş və nəticədə “xxxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli, 01/03 saylı protokoluna əsasən x ASC-nin balansına qaytarılmış və bank tərəfindən qəbul edilmişdir. Hərracın təşkilatçısı “xxxxx” MMC tərəfindən əmlaka dair hərrac keçirilərkən iddiaçılara lazımi qaydada məlumat verilməmiş və ipoteka predmeti ilə əlaqədar münasibətinin bildiriməsinə şərait yaradılmamışdır. Eyni zamanda, hərrac keçirilən zaman iddiaçıya məxsus əmlakın həqiqi bazar qiyməti, o, cümlədən tərəfindən aparılmış yaxşılaşdırma və yenidənqurma işlərinin həqiqi dəyəri nəzərə alınmamış, nəticədə əmlakı öz həqiqi dəyərindən kifayət qədər aşağı qiymətlə tələbkara təklif edilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(005)- 2572/2019 saylı qətnaməsi ilə X2 və İddiaçı2 iddiası təmin edilməmişdir. X2 və İddiaçı2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişlər. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən eyni dəlillərə istinad edilməklə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Məhkəmə iclasında iddiaçı X15 və etibarnamə əsasında nümayəndəsi, vəkil X16 apellyasiya şikayətinin dəlillərini tam müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs x ASC-nin etibarnamə əsasında nümayəndəsi X13 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı2 məhkəmə iclasına gəlməmiş, Cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Masallı rayon İcra və Probasiya şöbəsi səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla mübahisəsiz olaraq müəyyən edilmişdir ki, Masallı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli icra sənədinə əsasən X3 və X8 cəmi 70317,45 ABŞ olları məbləğində kredit borcunun və 60 manat dövlət rüsumunun tutularaq iddiaçı x ASC-nin xeyrinə tutulması, tutmanın digər ipoteka predmetləri ilə yanaşı İddiaçı2 məxsus olan Bakı şəhəri, Nizami raynu, Mehdi Abbasov küçəsində yerləşən 43 nömrəli binanın, 2 otaqlı, 15 nömrəli mənzilə yönəldilərək, həmin əmlakın açıq hərrac yolu ilə satılması, mənzilin ilkin satış qiymətinin 170000 manat müəyyən edilməsi qət edilmişdir. Məhkəmə aktının icrası qaydasında icra şöbəsi tərəfindən mənzil hərraca çıxarılmış və hərracın keçirilməsi “xxxxx” MMC-yə həvalə olunmuşdur. İş materiallarında olan “xxxxx” MMC tərəfindən x ASC-yə, X4, X11 və İddiaçı2 ünvanlanmış xx xxxxxxx 2018-ci il tarixli “Açıq hərracın keçirilməsinə dair” 01 nömrəli bildirişdən görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2116/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli icra sənədi üzrə ipoteka qoyulan Bakı şəhəri, Nizami raynu, Mehdi Abbasov küçəsində istifadədə olan 0,055 ha torpaq sahəsində yerləşən 43 nömrəli, 4 mərtəbəli binanın ikinci girişində 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, 15 nömrəli mənzilə ... dair açıq hərracın keçirilməsi xx xxxxxx 2018-ci il tarixə saat 11:00 təyin olunmuşdur. Hərraca çıxarılmış mənzilin ilkin satış qiyməti 170000 manatdır. İş materiallarında olan “xxxxx” MMC tərəfindən x ASC-yə, X4, X11 və İddiaçı2 ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli “Açıq hərracın keçirilməsinə dair” 01/2 nömrəli bildirişdən görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2116/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli icra sənədi üzrə ipoteka qoyulan Bakı şəhəri, Nizami raynu, Mehdi Abbasov küçəsində istifadədə olan 0,055 ha torpaq sahəsində yerləşən 43 nömrəli, 4 mərtəbəli binanın ikinci girişində 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, 15 nömrəli mənzilə dair açıq hərracın keçirilməsi xx xxxxxx 2018-ci il tarixə saat 11:00 təyin olunmuşdur. Hərraca çıxarılmış mənzilin ilkin satış qiyməti 170000 manatdır. İş materiallarında olan “xxxxx” MMC tərəfindən x ASC-yə, X4, X11 və İddiaçı2 ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli “Açıq hərracın keçirilməsinə dair” 02 nömrəli bildirişdən görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2116/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli icra sənədi üzrə ipoteka qoyulan Bakı şəhəri, Nizami raynu, Mehdi Abbasov küçəsində istifadədə olan 0,055 ha torpaq sahəsində yerləşən 43 nömrəli, 4 mərtəbəli binanın ikinci girişində 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, 15 nömrəli mənzilə ... dair açıq hərracın keçirilməsi xx xxxxxx 2019-cu il tarixə saat 11:00 təyin olunmuşdur. Hərraca çıxarılmış mənzilin ilkin satış qiyməti (170000-15%) 144500 manatdır. İş materiallarında olan “xxxxx” MMC tərəfindən x ASC-yə, X4, X11 və İddiaçı2 ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli “Açıq hərracın keçirilməsinə dair” 02/2 nömrəli bildirişdən görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2116/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli icra sənədi üzrə ipoteka qoyulan Bakı şəhəri, Nizami raynu, Mehdi Abbasov küçəsində istifadədə olan 0,055 ha torpaq sahəsində yerləşən 43 nömrəli, 4 mərtəbəli binanın ikinci girişində 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, 15 nömrəli mənzilə ... dair açıq hərracın keçirilməsi xx xxxxxx 2019-cu il tarixə saat 11:00 təyin olunmuşdur. Hərraca çıxarılmış mənzilin ilkin satış qiyməti (170000-15%) 144500 manatdır. İş materiallarında olan xəbərnamələrdən görünür ki, hərracın keçirilməsi ilə bağlı bildirişlər X4, X11 və İddiaçı2 göndərilmiş və sonuncular tərəfindən qəbul edilmişdir. İş materiallarında olan “Birja yenilikləri” qəzetinin surətlərindən görünür ki, iddiaçıya məxsus daşınmaz əmlakın açıq hərracdan satılması barədə elanlar verilmişdir. İş materiallarında olan “xxxxx” MMC tərəfindən Masallı rayon İcra və Probasiya şöbəsinə, x ASC-yə, X4, X11 və İddiaçı2 ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, Masallı rayon İcra və Probasiya şöbəsinin 355500/17 saylı, xx xxxxxxx 2018-ci il tarixli sifariş məktubuna əsasən İddiaçı2 məxsus Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsində yerləşən 43 saylı binanın ... ipoteka yüklü satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx xxxxxx 2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir. İş materiallarında olan “xxxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli, 01/03 nömrəli protokoluna əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə, yəni İddiaçı2 məxsus Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsində yerləşən 43 saylı binanın, 15 saylı mənzili 108375 manata ipoteka saxlayan x ASC-yə təklif ediləcəkdir. İş materiallarında olan “xxxxx” MMC-nin Hərracın yekunları barədə xx xxxxxx 2019cu il tarixli, 08/01-1 saylı protokolunun surətinə əsasən Masallı Rayon Məhkəməsinin 2(050)-2116/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli icra vərəqəsinə, Masallı rayon İcra və Probasiya şöbəsinin 355500/17 saylı, xx xxxxxxx 2018-ci il tarixli sifariş məktubuna əsasən İddiaçı2 məxsus Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsində yerləşən 43 saylı binanın, 15 saylı mənzil “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə müvafiq olaraq 25% aşağı olan qiymətlə, 108375 manata tələbkar x ASC-yə təklif olunmuş və ASC tərəfindən 108375 manata alınmışdır. Birinci instansiya məhkəməsi toplanmış sübutalara hüquqi qiymət verərək hesab etmişdir ki, hərracın təşkilatçısı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin tələblərinə əməl edərək, hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmiş, tərəflərə verilməsini təsdiq etmə üsulu ilə hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış birinci elanı vermiş və bildiriş göndərmişdir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış isə ikinci elan vermişdir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumatlar göstərilmişdir. İddiaçıların hərracın keçirilməsindən xəbəri olmuş, onlara bu barədə müvafiq bildirişlər ünvanlanmış, lakin iddiaçılar hərracda iştirak etməmişlər. Məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, hərrac keçirilərkən hərracın keçirilməsi qaydalarını özündə əks etdirən məcburi göstərişlərin, normativ hüquqi aktların, ümumiyyətlə qanuvericiliyin tələbləri pozulmadığından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən hərracın etibarsız sayıla bilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qanunun hərracın keçirildiyi zaman qüvvədə olmuş redaksiyasının 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.5-ci maddəsinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. (42.6-cı maddə). Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. (maddə 43.2). Göstərilən Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəllənin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. (maddə 416.2). İddianın və apellyasiya şikayətinin birinci dəlili ondan ibarət olmuşdur ki, hərracın keçirilməsinə dair bildirişlər iddiaçılara təqdim olunmamış, poçt xəbərnamələrində olan imzalar onlara məxsus deyildir. Məhkəmə apellyasiya şikayətinin həmin dəlilləri ilə razılaşmır və qeyd edir ki, yuxarıda göstərildiyi kimi hərrac təşkilatı tərəfindən “Açıq hərracın keçirilməsinə dair” bildirişlər iddiaçıların qeydiyyatda olduqları və yaşadıqları (o cümlədən hazırki iddia ərizəsində və apellyasiya şikayətində göstərilən) ünvana: Masallı rayonu, Öncəqala kəndinə “FM Ekspress” Məktub və bağlama daşınması Xidməti vasitəsi ilə göndərilmiş və imza edilməklə ünvana təqdim olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, poçt xəbərnaməsində olan imzanın hərrac təşkilatı tərəfindən saxtalaşdırılmasına dair iddiaçıların dəlili əsassızdır və buna dair hər hansı sübut təqdim olunmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, keçirilmiş hərrac barədə qanunvericiliklə müəyyən olunmuş qaydada kütləvi informasiya vasitələrində elanlar dərc olunmuş və iddiaçılar onların əmlaklarının hərraca çıxarılmasını bildikləri üçün həmin elanları izləmək imkanında olmuşlar. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin yuxarıda qeyd olunan dəlillərini qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasının ləngiməsinə, təkrar hərracların keçirilməsinə yönələn cəhd kimi qiymətləndirir və əsassız hesab edir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisiallığını əsas götürərək, iddia tələbinin ikinci dəlilinə - hərraca çıxarılmış əmlakın ilkin satış qiymətinin düzgün müəyyən olunmamasına hüquqi qiymət vermişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi ipoteka predmeti olan Bakı şəhəri, Nizami raynu, Mehdi Abbasov küçəsində yerləşən 43 nömrəli binanın, 2 otaqlı, 15 nömrəli mənzilin ilkin satış qiyməti 170000 manata Masallı Rayon Məhkəməsinin xx xxxxxx 2017ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş və qətnamə həmin hissədə qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X5rşı” iş üzrə xx xxxx 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: X2 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(005)- 2572/2019 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Elşad Şamayev
Məhkəmə qərarları › İş №2(103)-1167/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1167/2020
16.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver