Məhkəmə qərarları › İş №2(103)-1168/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1168/2020

23.01.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1168/2020 23.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X9 və X2 ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, İddiaçının nümayəndəsi-Vəkil, Cavabdeh nümayəndəsi-vəkil X16 oğlunun, Müstəqil tələb irəli sürən üçüncü şəxslər X6 və Ataşova Vüsalə Sərdar qızının səlahiyyətli nümayəndəsi X5 iştirakları ilə, İddiaçı X7 Cavabdeh və üçüncü şəxs Bakı şəhər ASAN Xidmət” X1rşı verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında aparılmış reyestr qeydiyyatının etibarsız hesab edilməsi, onun vərəsəlik hüququnun tanınması, miras əmlakın üzərində ½ payın müəyyən edilməsi və adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbi və müstəqil tələb irəli sürən üçüncü şəxslər X6 və X4 cavabdehlər Cavabdeh və Bakı şəhər ASAN Xidmət” X1rşı miras paydan imtina ərizələrinin və vərəsəlik şəhadətnamələrinin etibarsızlığı və miras əmlakda vərəsəlik paylarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1291/2019 saylı xx xxxxx 2019cu il tarixli qətnaməsi ilə iddiaçı X7 Cavabdeh və maraqlı şəxs Bakı şəhəri 5 saylı “Asan Xidmət” X1rşı “Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi 4 nömrəli evin 85 saylı mənzilə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətində aparılmış reyestr qeydiyyatının etibarsız hesab edilməsi və sair tələblərə dair iddiası və müstəqil tələb irəli sürən 3-cü şəxslər X10, X4 cavabdelər Cavabdeh və Bakı şəhəri, 5 saylı “Asan Xidmət” X1rşı “Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi 4 nömrəli evin 85 saylı mənzilin Cavabdeh adına rəsimləşdirilməsi üçün Bakı şəhəri, 5 saylı “Asan Xidmət” X3 verdikləri mirasdan imtina barədə ərizələrinin və onun adına verilən xx.xx.2018-ci il tarixli 2V-31 nömrəli reyestrdə qanun üzrə vərəsəlik hüququ haqdında şəhadətnamənin etibarsız sayılması və mənzilə onların hər birinin 1/3 payda vərəsəlik paylarının tanınması və paylarına uyğun vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə iddia tələbi tə təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı X11 və müstəqil tələb irəli sürən 3-cü şəxslər X10, X8 apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələblərinin təmin edilməsini xahiş etmişlər. Kollegiyanın iclasında tərəflər məhkəməyə barışıq sazişini təqdim edərək bildirmişlər ki, aralarında barışıq sazişi bağlamışlar, barışıq sazişindən irəli gələn hüquqi nəticələr onlara aydındır, bu səbəbdən də barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsi məhkəmədəni xahiş etmişlər. Barışıq sazişinin məzmununa görə: tərəflər razılaşırlar ki, atalarından miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi 4 nömrəli evin 85 saylı 2 otaqlı mənzili mülkiyyətçi Cavabdeh bir il ərzində bazar qiymətinə sataraq hər bir vərəsəyə, yəni tərəflərə bərabər payda, yəni ¼ (dörddə bir) hissədə paylarına uyğun satış məbləğini vərəsələrə ödəməyi öhdəsinə götürür. Miras əmlakın satılması üçün iddiaçı tərəf də təşəbbüs göstərə bilər, cavabdeh və 3-cü şəxslər buna etiraz etmirlər. Tərəflər bu sazişlə razılaşaraq imzaları ilə təsdiq edirlər. Kollegiya tərəfindən barışıq sazişinin şərtləri və nəticələri tərəflərə izah edilmiş və tərəflər ayrı-ayrılıqda barışıq sazişinin nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Kollegiya barışıq sazişini müzakirə edərək hesab edir ki, barışıq sazişi tərəflərin hüquqlarını pozmur və qanuna zidd deyildir, ona görə də, barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Pespublikas Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və fjanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Pespublikası MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azarbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Azərbaycan Pespublikas Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Pespublikas Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Pespublikas Mülki Prosessual Məcəlləsinin 191, 261, 262, 263-264, 391, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: İddiaçı X7 Cavabdeh və üçüncü şəxs Bakı şəhər ASAN Xidmət” X1rşı verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında aparılmış reyestr qeydiyyatının etibarsız hesab edilməsi, onun vərəsəlik hüququnun tanınması, miras əmlakın üzərində ½ payın müəyyən edilməsi və adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbi və müstəqil tələb irəli sürən üçüncü şəxslər X6 və X4 cavabdehlər Cavabdeh və Bakı şəhər ASAN Xidmət” X1rşı miras paydan imtina ərizələrinin və vərəsəlik şəhadətnamələrinin etibarsızlığı və miras əmlakda vərəsəlik paylarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə tərəflərin aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin məzmununa görə: Tərəflər razılaşırlar ki, atalarından miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi 4 nömrəli evin 85 saylı 2 otaqlı mənzili mülkiyyətçi Cavabdeh bir il ərzində bazar qiymətinə sataraq hər bir vərəsəyə, yəni tərəflərə bərabər payda, yəni ¼ (dörddə bir) hissədə paylarına uyğun satış məbləğini vərəsələrə ödəməyi öhdəsinə götürür. Miras əmlakın satılması üçün iddiaçı tərəf də təşəbbüs göstərə bilər, cavabdeh və 3-cü şəxslər buna etiraz etmirlər. Bakı şəhəri Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(103)-1291/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar