Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-117/2022 22.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı (üçüncü şəxslər ƏMDK yanında DƏDRX və Bakı şəhər 43 saylı notariat kontoru olmaqla) «əqdin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, torpaq sahəsinin naturada təhvil verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-828/2019 saylı, 18.07.2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 3-cü şəxs ƏMDK yanında DƏDRX-nə və Bakı şəhər 43 saylı notariat kontoruna qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 adına verilmiş Bakı şəhər İcrayyə Komitəsinin 01.03.1991-ci il tarixli 3/75 nömrəli qərarı və ona əsasən X2 və İstismarı Birliyinin 8 nömrəli orderi, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 30.12.2014-cü il tarixli A532131 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin və 43 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 11.03.2015 tarixli 4Ə-83 reystr nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın və **********741 reystr nömrəli torpaq sahəsinin planı və ölçüsünün, Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, bağ sahəsinin boşaldılaraq naturada ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-828/2019 saylı, 18.07.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh1 adına verilmiş Bakı şəhər İcraiyyə Komitəsinin 01.03.1991-ci il tarixli 3/75 nömrəli qərarı və ona əsasən X2 və İstismarı Birliyinin 8 nömrəli orderi, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 30.12.2014-cü il tarixli A532131 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi və 43 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 11.03.2015 tarixli 4Ə-83 reystr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarış və **********741 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsü, Cavabdeh2 adına verilmiş, Daşınmaz əmlakın dövlət reyestrində 552 nömrəli reyestr nömrəli kitabında qedə alınmış Seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi, bağ sahəsinin boşaldılaraq İddiaçı naturada təhvil verilməsi və Cavabdeh1 5000 manat tutularaq Cavabdeh2 ödənilməsi qət edilmişdir.
3. Həmin qətnamədən Cavabdeh2 tərəfindən aprellyasiya şikayəti verilmiş və qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12716/2019 saylı, 28.10.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi qət edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2149/2020 saylı, 23.06.2020ci il tarixli Qərarı ilə İddiaçı kasasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2019-cu il tarixli qətnaməsinn ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Apellyasiya şikayəti və dəlilləri:
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadığından Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli qətnaməsi ləğv olunmalı, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. məhkəmə qətnaməsində qeyd edilirki, 03 saylı orderə əsasən İddiaçı Ləhiş bağ sahəsində 216 saylı BTK-nın nəzdində 0.12 ha torpaq sahəsi olan 874 saylı bağ sahəsinin ayrılması bildirilir. X8 verilmiş torpaq sahəsi isə ƏMDKnin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********41 reyestr nömrəli çıxarış ilə Sabunçu rayon Ləhiş bağ sahəsində yerləşən 874a sahəsi ona məxsus olmuşdur. Məhkəmə bu hala qiymət verərək bildirmişdir ki, X6 adına verilmiş olan 8 saylı order düzəlişə məruz qalmış və düzəlişin səbəbləri orderdə təsdiqini tapmamışdır. Bunu əsas götürərək məhkəmə hesab edir ki, bu hal özəlləşmə üçün əsas ola bilməz. Ərazinin dəqiq kordinatlarnın müəyyən edilməsi və Cəlilov Süleyman Əziz oğlunun adma verilmiş olan 8 saylı orderdə düzəlişlərin olması ilə bağlı məhkəmə nə məhkmə tikinti-texniki eksperizası nə də ki, məhkəmə məhkəmənin bu iş üzrə çıxarmış olduğu qətnaməsini əldə etdikdən sonra bu hal cavabdehə məlum olmuşdur. Göründüyü kimi heç bir hüquqi əsasa söykənmədən iddiaçının iddia ərizəsin təmin etmişdir. Qətnamədə o da qeyd olunur ki, DƏDRXnin 31.08.2017-ci il tarixli məktubu ilə iddiaçı künc nöqtələrini verməklə ona aid olan torpaq sahəsinin yeri müəyyən olunmuşdur. Ən azından bu hala görə ekspertiza keçirilməli idi. Göründüyündən ekspertiza keçirilməli olduğu halda keçirilməmişdir. Bununla bağlı məhkəmə yerində də müayinə aparmamışdır. Cavabdeh Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 874a saylı bağ sahəsini X5 Bakı şəhər 43 saylı Notariusda rəsmi qaydada alqı-satqı müqaviləsi bağlamaqla əldə etmişdir. Həmin çıxarışın verilməsi üçün rəsmi reyestrdə qeydiyyatda hansı səhvlərin olubolunmamsından xəbəri olmamışdır. Eyni zamanda məhkəmə digər cavabehdən 5000 manat ödəmiş olduğu pul vəsaitinin alınaraq qaytarılması barədə qətnamə qəbul etmişdir. Həmin torpaq sahəsini tam şəkildə hasara almış, orada tikinti aparmış və ərazini tullantlılardan təmizləyərək abadlaşdırmış, bütün bu hallardan heç birinə məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Bundan əlavə, məhkəmə qətnaməsində göstərilən digər cavabdehlə aralarında yaranmış başqa bir torpaq mübahisəsinin olması xüsusilə qeyd edilir. Onun bu işlə heç bir əlaqəsi yoxdur. Sözügedən məhkəmə qətnaməsi çıxarılmaqla cavabdehin Azərbaycan Respublikasının qanunvericiliyin tələblərinin də kobud surətdə pozulmuşdur. Belə olduğu halda beynəlxalq hüququn hamılıqla qəbul etmiş olduğu normaları ən əsasda Avropa İnsan Hüquqları üzrə Konvensiyanın İ protokolunun İ maddəsində nəzərdə tutulan mülkiyyət hüquqları və İnsan Hüquqları üzrə Ümumi bəyənamənin 18-ci maddəsi (heç kəs öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir) bundan əlavə Azərbaycan Respublikasının Konstitusiyasının 13 maddəsinin İ bəndində nəzərdə tutulan (Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.) hüquqları tam şəkildə pozulmuşdur. Tərəflərin izahatları:
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili R.Məmmədzadə cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
8. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehə və üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
10. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:
11. Belə ki, iş materiallarında olan 03 saylı Orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Ləhiş Bağlar sahəsində 216 saylı BTKnin nəzdində 0,12 ha torpaq sahəsi olan 874 saylı bağ sahəsi ayrılmışdır.
12. İş materiallarında olan BŞİH-nin 20.07.2017-ci il tarixli arxiv arayışı ilə bildirilmişdir ki, Bağlar Təsərrüfat İdarəsi tərəfindən tərtib edilmiş 27.06.2005-ci il tarixli, 195 saylı protokola əsasən, həmin bağ sahəsi İddiaçı verilmiş və həmin sənədin əldə edilməsi üçün İddiaçı DƏDRX-nin arxivinə müraciət etməyi tövsiyyə edilmişdir.
13. İş materiallarında olan DƏDRX-nin 09.12.2014-cü il tarixli və DƏDRX-nin 16.08.2017-ci il tarixli məktubları ilə təsdiq edilmişdir ki, İddiaçı ünvan ayrılmış və 03 saylı order verilmişdir.
14. İş materiallarında olan DƏDRX-nin 31.08.2017-ci il tarixli məktubu ilə İddiaçı həmin torpaq sahəsinin özəlləşdirilməsi məqsədilə künc nöqtələrinin nişanlarının göstərildikdən sonra müraciətinə baxılması bildirilmişdir.
15. İş materiallarında olan ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********41 reystr nömrəli çıxarışı ilə Cavabdeh1 Bakı şəhər, Sabunçu rayon, Ləhiş bağ sahəsi 874a saylı bağ sahəsi məxsus olmuşdur.
16. İş materiallarında olan məhkəmə sorğusuna əsasən, 43 Saylı Notariat ofisi tərəfindən verilmiş 21.12.2018-ci il tarixli məktubla Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanılmış 11.03.2015-ci il tarixli alqı-satqı müqaviləsinin ksero surəti məhkəməyə təqdim edilmişdir.
17. İş materiallarında olan AN – İ № li daşınmaz əmlakın alqı satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Bakı şəhər, Sabunçu rayon, Ləhiş bağ sahəsi 874a saylı, 012 ha torpaq - bağ sahəsini 5000 manata Cavabdeh2 satmışdır. İş materiallarında olan məhkəmə sorğusuna DƏDRX tərəfindən 18.07.2019-cu il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, 27.06.2005-ci il tarixli, 195 saylı protokol və protokola əlavə edilmiş siyahı arxiv qovluğunda aşkar olunmamışdır.
18. İş materiallarında olan məhkəmənin 15.01.2019-cu il tarixli, 2(008)-828/2019 saylı sorğusuna Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 13.02.2019-cu il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhər, XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə 01.03.1991-ci il tarixli 3/75saylı qərarının təsdiq edilmiş ksero surəti məhkəməyə göndərilmiş, əlavə olaraq Bakı şəhər, BTİ və İB-nin arxiv sənədləri Dövlət arxivinin Bakı filialında saxlanılmır. İş materiallarında olan Bakı şəhər İH başçısının aparatı tərəfindən məhkəmə sorğusuna cavab olaraq 28.02.2019-cu il tarixli məktubla bildirmişdir ki, BTİ və İB tərəfindən tərtib edilən daxili protokollar BŞİH-nin arxivinə təhfil verilməmişdir.
19. İş materiallarında olan Bakı şəhər, XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə 01.03.1991-ci il tarixli 3/75saylı qərarına 1 saylı əlavəyə əsasən, 216 nömrəli Ləiş bağtikinti kooperativi üzvlərinin siyahısında X12 və İddiaçı anası X7 adları qeyd edilib.
20. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq ƏMDK yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinin 20.02.2019-cu il tarixli məktubu ilə tərəfindən qızına ünvan ünvanında yerləşən 0,1200 ha torpaq sahəsinə dair 14.01.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olan sənədlərin - 14.01.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış, Cavabdeh1 adına BTİ və İB Ləhic bağlar sahəsindəki 216 nömrəli kooperativ tərəfindən verilmiş 8 nömrəli order, Azərbaycan Respublikası DTXK-si tərəfindən verilmiş 3 nömrəli torpaq sahəsinin planı və ölçüsü təqdim edilmişdir.
21. İş materiallarında olan BŞİH başçısının aparatının 20.07.2017-ci il tarixli arxiv arayışı ilə İddiaçı verilmiş orderin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən tərtib edilmiş 27.06.2005-ci il tarixli 195 saylı protokolla verildiyi, həmin sənədin əldə edilməsi üçün Bakı şəhəri üzrə DƏDRX İdarəsinin arxivinə müraciət etməsi bildirilmişdir.
22. İş materiallarında olan X11 və İstismarı İdarəsinin 22.04.1991- ci il 272 saylı məktubu ilə 216 nömrəli BTK-nin üzvü X9 (İddiaçı anası) Bakı şəhər sovetinin 18/924 15.10.1986-cı il və 6/333 14.06.1988-ci il tarixli qərarına əsasən, X11 və İstismarı Birliyi icarədara ona verilmiş sahədə öz gücü ilə ev tikməyə icazə verilmişdir. Hüquqi dəyərləndirmə:
23. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
25. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.
26. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
27. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.
28. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, Bakı şəhəri, XDS İK-nin 01.03.1991-ci il tarixli qərarına uyğun olaraq X2 və İstismarı Birliyinin möhüru ilə təsdiq edilmiş 216 saylı BTK-nın sədri Cavabdeh1 tərəfindən verilmiş 03 saylı orderə əsasən X9 Ləhiş Bağlar sahəsində 216 saylı BTK-nin nəzdində 0,12 ha torpaq sahəsi olan 874 saylı bağ sahəsi ayrılmışdır. Daha sonra, qeyd edilən order X2 və İstismarı Birliyinin rəhbərliyinin imzası və möhürü ilə Bakı şəhər İcra Hakimiyyətinin 27 iyun 2005-ci il tarixli Pz 195B saylı qərarına əsasən İddiaçı adına verilmişdir. Cavabdeh1 da X2 və İstismarı Birliyinin möhürü ilə özünün imzası ilə Ləhiş Bağlar sahəsində 216 saylı BTK-nin nəzdində 0,12 ha torpaq sahəsi olan 874a saylı bağ sahəsinin ayrılması ilə bağlı 08 saylı Orderə verilmişdir. Bakı şəhəri, XDS İK-nin (indiki Bakı şəhəri İH) arxiv fondu üzrə 01.03.1991-ci il tarixli 3/75saylı qərarına 1 saylı əlavəyə əsasən 216 Ləhiş BTK üzvlərinin siyahısında X12 və İddiaçı anası X7 adları qeyd edilmişdir. Həm İddiaçı anası X13, həm də Cavabdeh1 oğlu 216 saylı BTKnin üzvü olmuş, sonuncu 1991-ci ilə kimi həmin BTK-nın sədri vəzifəsində işləmişdir. Cavabdeh1 Bakı şəhər, Sabunçu rayon, Ləhiş bağ sahəsi 874a saylı bağ sahəsini öz adına özəlləşdirmiş və ona ƏMDK yanında DƏDRX tərəfindən çıxarış verilmişdir. Bundan sonra 11.03.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 Bakı şəhər, Sabunçu rayon, Ləhiş bağ sahəsi 874a saylı, 012 ha torpaq - bağ sahəsini 5000 manata Cavabdeh2 satmışdır.
29. İddiaçının tələbinin əsasını Bakı şəhər, Sabunçu rayon, Ləhiş bağ sahəsi, 874a saylı bağ sahəsi kimi **********41 reystr nömrəsi ilə 14.01,2015-ci il tarixdə Cavabdeh1 adına özəlləşdirilməklə çıxarış verilməsi, sonradan həmin bağ sahəsinin Cavabdeh2 11.03.2015-ci il tarixli alqı-satqı müqaviləsi ilə satılmasının qanuniliyi təşkil edir. Belə ki, ona bu hallar mübahisəli bağ sahəsini özəlləşdirməyə başlayarkən məlum olmuşdur.
30. İş materiallarına əsasən mübahisəli bağ sahəsi elektron baza məlumatlarına görə **********41 reyestr nömrəsi ilə 874a nömrəli bağ sahəsi kimi (0.12 hektar) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən bağ sahəsi Cavabdeh1 adına verilmiş X2 və İstismarı Birliyinin 8 nömrəli orderi (Bakı Şəhər İcraiyyə Komitəsinin 01.03.1991-ci il tarixli 3/75 nömrəli qərarına əsasən) və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 30.12.2014-cü il tarixli A 532131 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 14.01.2015-ci il tarixdə Cavabdeh1 (30.08.1935-ci il təvəllüdlü) adına qeydiyyata alınmışdır.
31. Daha sonra Bakı şəhəri 43 saylı notariat kontorunda 11.03.2015-ci il tarixdə 4Ə- 83 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən Ləhiş bağ sahəsi, 874a nömrəli bağ sahəsi ünvanında yerləşən 0.12 hektar torpaq sahəsi 19.05.2015-ci il tarixdə özgəninkiləşdirilmişdir.
32. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 20.02.2019-cu il tarixli məktubu ilə surətləri lazımi qaydada təsdiq edilərək təqdim edilmiş Cavabdeh1 adına X2 və İstismarı Birliyi tərəfindən verilmiş 08 saylı Orderdə (kserosurət olsa da) Ləhiş Bağlar sahəsində 216 saylı BTK-nin nəzdində 0,12 ha torpaq sahəsi olan bağ sahəsi 874a saylı göstərilsə də, «4» rəqəminin düzəlişlə yazılması «a» hərfinin isə sonradan əlavə edilməsi vizual baxımdan çox aşkar müşahidə olunur.
33. Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, «İddiaçı Cavabdeh1 sənədləri saxtalaşdırmaqla onun bağını özəlləşdirərək başqa şəxsə satmaqla hüquqlarını pozduğunu göstərdiyinə görə iş üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq Cavabdeh1 orderində olan düzəlişlər üzrə hər hansı bir araşdırma aparılmamış, onun adına olan orderdə bağın nömrəsini göstərən rəqəmlərdə sonuncu rəqəmin üzərində düzəliş edilibedilməməsini və həmin rəqəmin düzəliş edilməmişdən əvvəl hansı rəqəm olduğunu müəyyən etmək üçün müvafiq ekspertiza təyin edilməmişdir.»
34. Kollegiya Ali Məhkəmənin göstərişlərini rəhbər tutaraq həmin orderin əslini əldə etməklə sənədlərin texniki ekspertizasının keçirilməsini zəruri hesab etmişdir.
35. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6950/2020 saylı, 02.10.2020-ci il tarixli qərardadı ilə sənədlərin texniki ekspertizasnın keçirilməsi qərara alınmışdır.
36. Məhkəmə Ekspertizası Mərkəzinin 5/175 saylı, 12 mart 2021-ci il tarixli ekspert rəyinə əsasən, Cavabdeh1 adına 8 nömrəli orderin mətnində bağın nömrəsini göstərən “874” rəqəmlərindən sonuncu 4 rəqəminin yerində əvvəlcə 5 rəqəmi olub, sonradan üzərinə əlavə cizgilər atılmaqla indiki rəqəm icra edilmişdir.
37. Kassasiya instansiyası məhkəməsi həmçinin öz qərarında qeyd etmişdir ki, «apelyasiya instansiyası məhkəməsi 216 saylı BTKnın üzvlərinə bağ sahəsi ayrılarkən “874a” saylı bağ sahəsinin də ayrılıb-ayrılmamasını araşdırmamış və 874a saylı bağın naturada mövcud olub-olmamasını aydınlaşdırmamışdır.»
38. Kassasiya instansiyası məhkəməsinin göstərişlərinə müvafiq araşdırma zamanı kollegiya 216 saylı BTKnın üzvlərinə bağ sahəsi ayrılarkən “874a” saylı bağ sahəsinin də ayrılıb-ayrılmamasını və 874a saylı bağın naturada mövcud olub-olmamasının araşdırılması məqsədilə ekspertiza təyin etmişdir. Ekspert qarşısında “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 874a saylı bağ sahəsi naturada mövcuddurmu? Həmin bağ sahəsinin faktiki olaraq ümumi sahəsi nə qədərdir? Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 874a saylı bağ sahəsinin coğrafi koordinatları müəyyən edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 874 saylı bağ sahəsi ilə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 874a saylı bağ sahələrinin ilə üst-üstə düşübdüşməməsi müəyyən edilsin” sualları qoyulmuşdur.
39. Məhkəmə Ekspertizası Mərkəzinin 10/969 saylı, 09 mart 2022-ci il tarixli rəyinə əsasən, 874a saylı bağ sahəsi mişar daşından olan hasar daxilində olmaqla ümumi sahəsinin 1297 m2 təşkil etdiyi müəyyən edilir. Bağ sahəsində tikilinin olmadığı və həmin bağ sahəsinin kadastr planı əsasında Cavabdeh1 adına qeydiyyatdan keçdiyi müəyyən edilir. 874 saylı bağın dəqiq yerləşməsinin aydınlaşdırılması mümkün olmamaışdır. İddiaçının iddia etdiyi sahənin qeydiyyatdan keçmiş 874a saylı bağın ərazisi ilə üst-üstə düşməsi müəyyən edilir.
40. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində verilmiş ekspert rəylərinin mötəbərliyinə şübhə yaradan hər hansı hal aşkar edilmədiyindən, kollegiya hesab edir ki, yekun nəticəyə gələrkən ekspert rəylərinin əsas götürülməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğundur.
41. Belə ki, kollegiya iş materiallarını və ekspert rəyini əsas götürərək qeyd edir ki, 874 və 874a saylı bağ sahələrinin əslində naturada üst-üstə düşməsi və eyni bağ sahələri olması müəyyən edildiyindən əqdin etibarsız hesab edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.
42. Kassasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, «… verilmiş tələblərin tam və hər tərəfli araşdırılması üçün mühüm əhəmiyyətə malik olan digər bir məsələ cavabdeh Cavabdeh2 vicdanlı alıcı statusuna malik olub-olmamasının aydınlaşdırılmasıdır ki, apelyasiya instansiyası məhkəməsi bu məsələni də araşdırmamışdır.».
43. Kollegiya Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmış 2(008)-7152/2015 saylı mülki iş materiallarını Sabunçu Rayon Məhkəməsindən sorğu edərək, işin hallarına nəzər yetirmişdir. Məlum olmuşdur ki, Sabunçu rayon məhkəməsinin 04 noyabr 2015-ci il tarixli qətnaməsinin məzmununa əsasən iddiaçı X10 cavabdehlər Cavabdeh2, Cavabdeh1, 3-cü şəxslər Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, Bakı şəhəri 43 saylı notariat kontoruna qarşı “torpaq sahəsindən çıxarılma, çıxarışların və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 onun istifadəsində olan və Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ sahəsində yerləşən 874 nömrəli bağ sahəsinin sahibliyində və qanuni istifadəsində olan həmin torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş RX seriyalı ******* nömrəli və Cavabdeh2n verilmiş RX seriyalı ******* nömrəli çıxarışların, Bakı şəhəri 43 saylı notariat kontorunda rəsmiləşdirilmiş AN-İ ******* nömrəli 11.03.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və 30.12.2014-cü il tarixli, 41091 nömrə ilə qeydə alınmış kadastrın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
44. Həmin qətnaməyə əsasən iddiaçı X1 iddiası ona görə rədd edilmişdir ki, məhkəmə tədqiqi zamanı Ləhiş bağ sahəsinin 874 saylı bağ sahəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin qanuni əsaslarla X9 ayrılması müəyyən edilmiş, iddiaçı isə sonuncunun həmin torpaq sahəsi ilə bağlı ona hər hansı bir hüquqmüəyyənedici səlahiyyət verməsinə, o cümlədən vərəsəsi olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.
45. Kollegiya həmçinin götürülmüş iş materiallarına əsasən hesab edir ki, Bakı şəhəri 43 saylı notariat kontorunda 11.03.2015-ci il tarixdə 4Ə-83 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən Ləhiş bağ sahəsi, 874a nömrəli bağ sahəsi ünvanında yerləşən 0.12 hektar torpaq sahəsi 19.05.2015-ci il tarixdə özgəninkiləşdirilməsi zamanı mülki məcəllənin tələblərinin pozulması halı olmasa da, faktiki olaraq həmin bağ sahəsinin özəlləşməsi ilə bağlı, daha doğrusu 874 saylı bağ sahəsinin düzəlişi təsdiq edilməmiş order əsasında 874a saylı bağ sahəsi kimi özəlləşdirilməsi qanuna uyğun aparılmadığı üçün sözügedən alqı-satqı müqaviləsi də qanuni əsaslarla bağlanmış müqavilə və cavabdeh Cavabdeh2 da vicdanlı əldə edən kimi qiymətləndirilə bilməz.
46. Çünki, iş materiallarından görünür ki, Cavabdeh2 11 mart 2015-ci il tarixində mübahisəli torpaq sahəsini alarkən ona məxsus orderdə açıq-aşkar gözlə görünən düzəlişin edilməsini nəzərə almamış, torpaq sahəsinin həmin dövr üçün bazar dəyərindən qat-qat aşağı qiymətə - 5000 manata satılması da onda heç bir şübhə yaratmamışdır.
47. Bundan başqa, Cavabdeh2 Kollegiya iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclaslarında iştirak etməmiş və vicdanlı alıcı olmasını sübut edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda vicdanlı alıcı olmasına dair hər hansı izahat verməmişdir.
48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
49. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu məcəllədə ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmaqdında (o cümlədən alınanlar əmlakdan istifadədə, götürülmüş və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
50. “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarında Azərbayçan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir.
51. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. (6.10 bəndi)
52. Kollegiya sadalanan qanun normalarına və Ali Məhkəmənin göstərişlərinə əsasən aparılmış araşdırma nəticəsində Cavabdeh2 vicdanlı alıcı olmaması qənaətinə gəldiyindən hesab edir ki, alqı-satqı müqaviləsinin etibarsız sayılması ilə əlaqədar müqavilə üzrə tərəflərin əvvəlki vəziyyətə gətirilərək, Cavabdeh1 5000 manat tutularaq Cavabdeh2 ödənilməli olması ilə bağlı birinci instansiya məhkəməsiinn gəldiyi nəticə qanunvericiliyin tələblərinə müvafiq olmuşdur.
53. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin əsas vəzifələrindən biri mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2.) prinsiplərindən isə mülki hüquqlrın maneəsiz həyata keçirilməsinə şərait yaradılması (maddə 6.1.7), pozulmuş hüquqların bərpasının təmin edilməsidir (maddə 6.1.8)
54. Azərbaycan Respublikasının MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
55. Həmin Məcəllənin 24.1-ci maddəsinə görə Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir.
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
57. Kollegiya işin hallarına, ekspert rəylərinə, Ali Məhkəmənin göstərişlərinə və sadalanan hüquq normalarının tələblərinə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan cavabdehin apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
58. Kollegiya məhkəmə xərcləri ilə bağlı qeyd edilməsini zəruri hesab edir ki, iddia tələbi təmin edildiyindən məhkəmə xərcləri cavabdehdən tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
60. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
61. Həmin Məcəllənin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Nəticə:
62. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
63. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-828/2019 saylı, 18.07.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri olan 161.52 (bir yüz altmış bir manat əlli iki qəpik) manat məbləğində pul Cavabdeh2 Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin xeyrinə (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X3 kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) tutulsun. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev