Məhkəmə qərarları › İş №2(103)-117/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-117/2024

01.05.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-117/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı6, İddiaçı5, İddiaçı7, İddiaçı4, İddiaçı1, İddiaçı3 və İddiaçı2 “X5 B.V” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər : ("əmək haqqlarının və qanunla nəzərdə tutulmuş digər ödəmələrin düzgün hesablanmaması nəticəsində qalıq əmək haqqı borclarının, digər ödənişlərin, son haqqhesabın və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi”) hakimlər X6 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçılar İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı1, İddiaçı2, iddiaçıların nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi X23, cavabdehin nümayəndəsi Vəkil6 iştirakları ilə, iddiaçılar İddiaçı6, İddiaçı5, İddiaçı7, İddiaçı4, İddiaçı1, İddiaçı3 və İddiaçı2 “X5 B.V” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı "əmək haqqlarının və qanunla nəzərdə tutulmuş digər ödəmələrin düzgün hesablanmaması nəticəsində qalıq əmək haqqı borclarının, digər ödənişlərin, son haqq-hesabın və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-767/2022 saylı işi üzrə 31 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçılar İddiaçı6, İddiaçı5, İddiaçı7, İddiaçı4, İddiaçı1, İddiaçı3 və İddiaçı2 mübahisə predmeti barəsində "X5 B.V” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "Respublika Diaqnostika Mərkəzi” ASC-yə qarşı iddia (tələbinin artırılmasına dair ərizə) ilə məhkəməyə müraciət edərək, cavabdeh "Respublika Diaqnostika Mərkəzi” ASC-dən: - İddiaçı6 xeyrinə 402096,45 manat əmək haqqı və digər ödənişlər üzrə qalıq borc, hüquqi yardıma görə ödənilmiş 300 manat, 9816,95 manat maaşların müxtəlif aylarda geçikdirilməsinə görə zərərin əvəzi, 45586,91 manat son haqq-hesabın geçikdirilməsinə görə zərərin əvəzi, 5000 manat ayrıseçkiliyə məruz qoymaya görə kompensasiya, 10000 manat mənəvi zərər olmaqla, cəmi 472800,31 manat vəsaitin; - İddiaçı5 xeyrinə 358138,78 manat əmək haqqı və digər ödənişlər üzrə qalıq borc, hüquqi yardıma görə ödənilmiş 300 manat, 8809,21 manat maaşların müxtəlif aylarda geçikdirilməsinə görə zərərin əvəzi, 36452.46 manat son haqq- hesabın geçikdirilməsinə görə zərərin əvəzi, 10000 manat mənəvi zərər olmaqla, cəmi 413700,45 manat vəsaitin; - İddiaçı7 xeyrinə 362167,26 manat əmək haqqı və digər ödənişlər üzrə qalıq borc, hüquqi yardıma görə ödənilmiş 300 manat, 9544,20 manat maaşların müxtəlif aylarda geçikdirilməsinə görə zərərin əvəzi, 36837,99 manat son haqq- hesabın geçikdirilməsinə görə zərərin əvəzi, 10000 manat mənəvi zərər olmaqla, cəmi 409305,25 manat vəsaitin; - İddiaçı4 xeyrinə 333005,24 manat əmək haqqı və digər ödənişlər üzrə qalıq borc, hüquqi yardıma görə ödənilmiş 300 manat, 9831,51 manat maaşların müxtəlif aylarda geçikdirilməsinə görə zərərin əvəzi, 35048,64 manat son haqq-hesabın geçikdirilməsinə görə zərərin əvəzi, 5000 manat ayrı-seçkiliyə məruz qoymaya görə zərər, 10000 manat mənəvi zərər olmaqla, cəmi 393185,39 manat vəsaitin; - İddiaçı2 xeyrinə - 232656,40 manat əmək haqqı və digər ödənişlər üzrə qalıq borc, hüquqi yardıma görə ödənilmiş 300 manat, 6788,30 manat maaşların müxtəlif aylarda geçikdirilməsinə görə zərərin əvəzi, 26695,52 manat son haqqhesabın geçikdirilməsinə görə zərərin əvəzi, 5000 manat ayrı-seçkiliyə məruz qoymaya görə kompensasiya, 10000 manat mənəvi zərər olmaqla, cəmi 281440,22 manat vəsaitin; - İddiaçı3 xeyrinə 370357,79 manat əmək haqqı və digər ödənişlər üzrə qalıq borc, hüquqi yardıma görə ödənilmiş 300 manat, 9804,74 manat maaşların müxtəlif aylarda geçikdirilməsinə görə zərərin əvəzi, 38238,40 manat son haqq-hesabın geçikdirilməsinə görə zərərin əvəzi, 10000 manat mənəvi zərər olmaqla, cəmi 428700,93 manat manat vəsaitin; - İddiaçı1 xeyrinə 280443,34 manat əmək haqqı və digər ödənişlər üzrə qalıq borc, hüquqi yardıma görə ödənilmiş 300 manat, 7899,44 manat maaşların müxtəlif aylarda geçikdirilməsinə görə zərərin əvəzi, 32222,20 manat son haqq-hesabın geçikdirilməsinə görə zərərin əvəzi, 5000 manat ayrıseçkiliyə məruz qoymaya görə kompensasiya, 10000 manat mənəvi zərər olmaqla, cəmi 335864,98 manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-767/2022 saylı işi üzrə 31 oktyabr 2022ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC-dən: - İddiaçı6 xeyrinə 294363,61 manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 manat; - İddiaçı5 xeyrinə 231468,74 manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 manat; - İddiaçı7 xeyrinə 252048,84 manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 manat; - İddiaçı4 xeyrinə 236318,18 manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 manat; - İddiaçı2 xeyrinə - 171916,83 manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 manat; - İddiaçı3 xeyrinə 261745,53 manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 manat; - İddiaçı1 xeyrinə 186630,88 manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 manat pul vəsaitinin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdeh "Respublika Diaqnostika Mərkəzi” ASC-dən dövlət rüsumuna görə 1294,50 manatın tutulub dövlət büdcəsinin hesabına köçürülməsi, ekspertiza tədqiqatının dəyəri olan 500 manat məbləğində pul cavabdeh "Respublika Diaqnostika Mərkəzi” ASC-dən tutularaq, X2 hesabına köçürülməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsi; Mülki Məcəlləsinin 23; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4, 2, 5, 12, 43, 93, 96, 99.1, 102, 109, 113, 135, 136, 143, 144, 154, 164, 172, 195, 287, 292, 294; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 220.5, 119.1, 121.1; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1, 9.4-cü maddələrinə; Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 avqust 2003cü il tarixli 106 nömrəli Qərarı ilə təsdiq edilmiş "İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı”na; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında 2002-ci il 22 avqust tarixli, 137 nömrəli Qərarına istinadən qeyd edilmişdir ki, cavabdeh "xxxx" ASC tərəfindən iddiaçılar İddiaçı6, İddiaçı5, İddiaçı7, İddiaçı4, İddiaçı1, İddiaçı3 və İddiaçı2 36 saatlıq iş rejiminə əsasən artımların və əlavələrin tam məbləğdə ödənilməməməsi, nəticədə, iddiaçılara maddi ziyan vurulduğu müəyyən edilmiş, iddiaçılar haqlı olaraq, hazırki tələblərlə məhkəməyə müraciət etmişdirlər. Odur ki, iddia tələbləri maddi ziyan hissəsində əsaslı və qanuni olduğundan, qismən təmin edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/1623 saylı ekspert rəyi əsas götürülməklə, cavabdeh "xxxx" ASC-dən iddiaçılar- İddiaçı6 xeyrinə 294363,61 manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 manat, İddiaçı5 xeyrinə 231.468,74 manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 manat, İddiaçı7 xeyrinə 252.048,84 manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 manat, İddiaçı4 xeyrinə 236.318,18 manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 manat, İddiaçı2 xeyrinə 171.916,83 manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 manat, İddiaçı3 xeyrinə 261.745,53 manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 manat və İddiaçı1 xeyrinə 186.630,88 manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 manat pul vəsaiti tutulmalıdır. Məhkəmə hesab etmişdir ki, dəymiş maddi ziyanla bağlı hissəsində iddiaçıların pozulmuş hüquqlarının bərpa edilməsi nəzərə alınaraq, həmçinin, həmin hissələrdə iddia tələbləri kifayət qədər əsaslandırılmadığından, cavabdehdən mənəvi ziyana və ayrı-seçkiliyə məruz qoymaya görə kompensasiya tutulması hissələrində iddia tələbi təmin edilməməlidir.

3. İşin icraatı zamanı müəyyən edilmişdir: - İşəgötürən "xxxx" ASC ilə işçi İddiaçı6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən, işçi xx.xx.2019-cu il tarixdən etibarən ilk 3 ayı sınaq müddəti sayılmaqla, 8 ay 7 gün müddətinə, xx.xx.2019-cu il tarixinədək təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin şərtlərinə əsasən, işçi dənizdə növbəli iş üsulu ilə işləyir (4.2). İşçiyə hər ay 2819 manat əmək haqqı və tarif maaşına sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal) ödənilir. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğində, gecə vaxtı iş rejiminə görə iş vaxtının hər saatına görə saatlıq tarif maaşının 20%-i həddində əlavə haqq verilir (5.1). xx.xx.2017-ci, xx.xx.2019-cu, xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli əlavə sazişlərlə əmək müqaviləsinin müddəti uzadılmış, əmək haqqı 2884 manat müəyyən edilmiş, “sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal)” sözləri “sahillə əlaqə şəraitindən asılı olaraq artım (əmsal)” sözləri ilə əvəz edilmişdir; - "xxxx" ASC-nin baş direktoru vəzifəsini müvəqqəti icra edən R.Vəzirovun xx.xx.2021-ci il tarixli, 476-k nömrəli əmrinin surətinə əsasən, müəssisədən kənar tibbi xidmətlərin təşkili şöbəsi təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimi İddiaçı6 xx.xx.2021- xx.xx.2022-ci il iş dövrü üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək 30 təqvim günü növbəti əmək məzuniyyətinin verilməsi, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilənin müddətinin bitməsi) xitam verilməsi və son haqq-hesabın aparılması əmr olunmuşdur; - "xxxx" ASC ilə işçi İddiaçı5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 001-571/15 saylı əmək müqaviləsinə əsasən işçi xx.xx.2015-ci il tarixdən etibarən ilk 3 ayı sınaq müddəti sayılmaqla, 1 il müddətinə təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin şərtlərinə əsasən, işçi dənizdə növbəli iş üsulu ilə işləyir.(4.2) İşçiyə hər ay 2002 manat əmək haqqı və tarif maaşına sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal) ödənilir. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğində, gecə vaxtı iş rejiminə görə iş vaxtının hər saatına görə saatlıq tarif maaşının 20%-i həddində əlavə haqq verilir (5.1). xx.xx.2017-ci, xx.xx.2017-ci, xx.xx.2018-ci il tarixli və xx.xx.2020-ci il tarixli əlavə sazişlərlə əmək müqaviləsinin müddəti uzadılmış, əmək haqqı 2884 manat müəyyən edilmiş, “sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal)” sözləri “sahillə əlaqə şəraitindən asılı olaraq artım (əmsal)” sözləri ilə əvəz edilmişdir; - "xxxx" ASC-nin baş direktoru vəzifəsini müvəqqəti icra edən R.Vəzirovun xx.xx.2021-ci il tarixli, 544-k nömrəli əmrinin surətinə əsasən müəssisədən kənar tibbi xidmətlərin təşkili şöbəsi təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimi İddiaçı5 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilənin müddətinin bitməsi) xx.xx.2021-ci il tarixindən xitam verilməsi, ƏM-nin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən, istifadə etmədiyi 2 təqvim günü məzuniyyətə görə pulu əvəzinin ödənilməsi və son haqq-hesabın aparılması əmr olunmuşdur; - İşəgötürən "xxxx" ASC ilə işçi İddiaçı7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən, işçi xx.xx.2015-ci il tarixdən etibarən ilk 3 ayı sınaq müddəti sayılmaqla, 1 il müddətinə təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin şərtlərinə əsasən, işçi dənizdə növbəli iş üsulu ilə işləyir (4.2). İşçiyə hər ay 2612 manat əmək haqqı və tarif maaşına sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal) ödənilir. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğində, gecə vaxtı iş rejiminə görə iş vaxtının hər saatına görə saatlıq tarif maaşının 20%-i həddində əlavə haqq verilir (5.1). xx.xx.2020-ci il tarixli əlavə sazişlə əmək müqaviləsinin müddəti uzadılmış, “sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal)” sözləri “sahillə əlaqə şəraitindən asılı olaraq artım (əmsal)” sözləri ilə əvəz edilmişdir; - "xxxx" ASC-nin baş direktoru vəzifəsini müvəqqəti icra edən R.Vəzirovun xx.xx.2021-ci il tarixli, 543-k nömrəli əmrinin surətinə əsasən, müəssisədən kənar tibbi xidmətlərin təşkili şöbəsi təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimi İddiaçı7 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndinə əsasən, (müqavilənin müddətinin bitməsi) xx.xx.2021-ci il tarixindən xitam verilməsi əmr olunmuşdur; - İşəgötürən "xxxx" ASC ilə işçi İddiaçı4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin surətinə əsasən, işçi xx.xx.2018-ci il tarixdən etibarən ilk 3 ayı sınaq müddəti sayılmaqla, 1 il müddətinə təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin şərtlərinə əsasən, işçi dənizdə növbəli iş üsulu ilə işləyir (4.2). İşçiyə hər ay 2819 manat əmək haqqı və tarif maaşına sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal) ödənilir. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğində, gecə vaxtı iş rejiminə görə iş vaxtının hər saatına görə saatlıq tarif maaşının 20%-i həddində əlavə haqq verilir (5.1). xx.xx.2020-ci və xx.xx.2021-ci il tarixli əlavə sazişlərlə əmək müqaviləsinin müddəti uzadılmış, əmək haqqı 2884 manat müəyyən edilmiş, “sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal)” sözləri “sahillə əlaqə şəraitindən asılı olaraq artım (əmsal)” sözləri ilə əvəz edilmişdir; - "xxxx" ASCnin baş direktoru vəzifəsini müvəqqəti icra edən R.Vəzirovun xx.xx.2021-ci il tarixli, 464-k nömrəli əmrinin surətinə əsasən, müəssisədən kənar tibbi xidmətlərin təşkili şöbəsi təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimi İddiaçı4 xx.xx.2021-xx.xx.2022-ci il iş dövrü üçün xx.xx.2021- ci il tarixdən xx.xx.2021-ci il tarixinədək 32 təqvim günü növbəti əmək məzuniyyətinin verilməsi, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilənin müddətinin bitməsi) xitam verilməsi və son haqq-hesabın aparılması əmr olunmuşdur; - İşəgötürən "xxxx" ASC ilə işçi İddiaçı1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən, işçi xx.xx.2018ci il tarixdən etibarən ilk 3 ayı sınaq müddəti sayılmaqla, 8 ay müddətinə təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin şərtlərinə əsasən, işçi dənizdə növbəli iş üsulu ilə işləyir (4.2). İşçiyə hər ay 2100 manat əmək haqqı və tarif maaşına sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal) ödənilir. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğində, gecə vaxtı iş rejiminə görə iş vaxtının hər saatına görə saatlıq tarif maaşının 20%-i həddində əlavə haqq verilir (5.1). xx.xx.2019-cu və xx.xx.2021-ci il tarixli əlavə sazişlərlə əmək müqaviləsinin müddəti uzadılmış, “sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal)” sözləri “sahillə əlaqə şəraitindən asılı olaraq artım (əmsal)” sözləri ilə əvəz edilmişdir; - "xxxx" ASC-nin baş direktoru vəzifəsini müvəqqəti icra edən R.Vəzirovun xx.xx.2021-ci il tarixli, 464-k nömrəli əmrinə əsasən, müəssisədən kənar tibbi xidmətlərin təşkili şöbəsi təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimi İddiaçı1 xx.xx.2021-xx.xx.2022-ci il iş dövrü üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək 30 təqvim günü növbəti əmək məzuniyyətinin verilməsi, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilənin müddətinin bitməsi) xitam verilməsi və son haqq-hesabın aparılması əmr olunmuşdur; - İşəgötürən "xxxx" ASC ilə işçi X18 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 001-570/15 saylı əmək müqaviləsinə əsasən, işçi xx.xx.2015-ci il tarixdən etibarən ilk 3 ayı sınaq müddəti sayılmaqla, 1 il müddətinə təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin şərtlərinə əsasən, işçi dənizdə növbəli iş üsulu ilə işləyir (4.2). İşçiyə hər ay 2002 manat əmək haqqı və tarif maaşına sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal) ödənilir. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğində, gecə vaxtı iş rejiminə görə iş vaxtının hər saatına görə saatlıq tarif maaşının 20%-i həddində əlavə haqq verilir (5.1). AZ-İ seriyalı, 025336 saylı adın dəyişdirilməsi haqqında şəhadətnamənin surətinə əsasən, X9 adı “Günay”dan “Elvin”ə dəyişdirilmiş və bu barədə akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 69 nömrə ilə qeyd edilmişdir; - İşəgötürən "xxxx" ASC ilə işçi İddiaçı3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən, əmək müqaviləsinin müddəti uzadılmış, əmək haqqı 2884 manat müəyyən edilmiş, “sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal)” sözləri “sahillə əlaqə şəraitindən asılı olaraq artım (əmsal)” sözləri ilə əvəz edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin baş direktoru vəzifəsini müvəqqəti icra edən R.Vəzirovun xx.xx.2021-ci il tarixli, 545-k nömrəli əmrinin surətindən görünür ki, müəssisədən kənar tibbi xidmətlərin təşkili şöbəsi təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimi İddiaçı3 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, (müqavilənin müddətinin bitməsi) xx.xx.2021-ci il tarixindən xitam verilməsi, ƏM-nin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən istifadə etmədiyi 2 təqvim günü məzuniyyətə görə pulu əvəzinin ödənilməsi və son haqq-hesabın aparılması əmr olunmuşdur; - İşəgötürən "xxxx" ASC ilə işçi İddiaçı2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən, işçi xx.xx.2018-ci il tarixdən etibarən ilk 3 ayı sınaq müddəti sayılmaqla, xx.xx.2019-cu il tarixinədək təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin şərtlərinə əsasən, işçi dənizdə növbəli iş üzulu ilə işləyir(4.2). İşçiyə hər ay 1918 manat əmək haqqı və tarif maaşına sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal) ödənilir. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğində, gecə vaxtı iş rejiminə görə iş vaxtının hər saatına görə saatlıq tarif maaşının 20%-i həddində əlavə haqq verilir (5.1). xx.xx.2019-cu və xx.xx.2020-ci il tarixli əlavə sazişlərlə əmək müqaviləsinin müddəti uzadılmış, əmək haqqı 1962 manat müəyyən edilmiş, “sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal)” sözləri “sahillə əlaqə şəraitindən asılı olaraq artım (əmsal)” sözləri ilə əvəz edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin baş direktoru vəzifəsini müvəqqəti icra edən R.Vəzirovun xx.xx.2021-ci il tarixli, 455-k nömrəli əmrinin surətinə əsasən, müəssisədən kənar tibbi xidmətlərin təşkili şöbəsi təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimi İddiaçı2 xx.xx.2021-xx.xx.2022-ci il iş dövrü üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək 27 təqvim günü növbəti əmək məzuniyyətinin verilməsi, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilənin müddətinin bitməsi) xitam verilməsi və son haqq-hesabın aparılması əmr olunmuşdur; - İş materiallarına əlavə olunmuş ərizələrin surətinə əsasən, iddiaçılar 2021-ci ilin iyul ayında "xxxx" ASC-nin baş direktoru vəzifəsini müvəqqəti icra edən R.Vəzirova ərizələrlə müraciət edərək, şirkətdən işdən çıxmaları ilə əlaqədar əlavə məzuniyyətin verilməsini və bütün haqq-hesabların yenidən yoxlanılaraq, fərqin onlara ödənilməsini xahiş etmişdirlər. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin baş direktoru vəzifəsini müvəqqəti icra edən R.Vəzirov tərəfindən iddiaçılara ünvanlanmış məktubların surətinə əsasən, ərizələrində qeyd olunan məsələlərlə bağlı ekspert ayrıldığı və yoxlamalar aparıldığı, qısa müddət ərzində cavab veriləcəyi bildirilmişdir; -xx.xx.2021-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışına əsasən, mübahisə üzrə həmin tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdehin nümayəndəsi iştirak etməmişdir; - Cavabdehin nümayəndəsi Vəkil4 tərəfindən iddia müddətinin tətbiqinə dair ərizənin dəqiqləşdiriliməsi barədə ərizə təqdim edilmiş və ərizədə mediasiya prosesinin tətbiqi barədə təklifin tarixinin 15 oktyabr 2021-ci il olduğu nəzərə alınmaqla iddiaçılar tərəfindən yalnız 2020-ci ilin oktyabr ayından başlayaraq işçilərin işdən çıxdığı iyul 2021-ci il tarixiədən ölan dövr üzrə iddia tələbi irəli sürülə biləcəyi qeyd edilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/1623 saylı ekspert rəyinə əsasən: Birinci sual üzrə: RDM ilə iddiaçıların arasında bağlanmış əmək müqaviləsinə əsasən, iş vaxtının cəmlənmiş uçotu tətbiq edilmişdir (Əmək Müqavilələrinin 4.6-cı maddəsi). Lakin ekspertizaya təqdim olunmuş sənədlərdən görünür ki, şirkətdaxili qaydalara əsasən uçot dövrü aylıq, rüblük, yarımillik və yaxud illik deyil, 4 aylıq tətbiq edilmişdir. Bu cür uçot ƏM-nin 96-cı maddəsinə əsasən qanuna uyğun hesab edilir. Bildirilir ki, 4 aylıq faktiki uçot dövrü tətbiq edildikdə faktiki saatların istehsalat təqvimi (həkim olan iddiaçılar üçün 36 saat) düzgün nəzərə alınmayıb. Bununla da 36 saatlıq istehsalat təqvimi nəzərə alınmaqla iddiaçılara istehsalat təqviminə və əmək müqaviləsinin şərtlərinə görə əmək haqqı düzgün hesablanmayıb. Bundan başqa qeyd edilir ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin mütəxəssisi tədqiqata cəlb edilmiş və Əmək Müfəttişliyinin xx.xx.2022-ci tarixli **********6 saylı 2 vərəqli məktubu Ekspertiza Mərkəzinə daxil olmuşdur. Həmin məktubun dördüncü abzasında aşağıdakılar göstərilmişdir: nəzərinizə çatdırırıq ki, iddiaçılar İddiaçı6, İddiaçı5, İddiaçı7, İddiaçı4, X7, İddiaçı3 və İddiaçı2 hər iki müəsissədə həkim vəzifələrində işlədiklərini nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 93-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 12 avqust tarixli J06 nömrəli Qərarının tələblərinə əsasən, həftəlik iş norması 36 saatdan çox olmamaq şərtillə qisaldılmış iş vaxtı müəyyən edilir. Belə ki, əmək haqqının düzgün hesablanması aşağıdakı qaydada olmalıdır: İddiaçılar xüsusi qrupa aid peşə sahibləri olduqlarına görə, bu qrupa aid olan peşə sahiblərinə istehsalat cədvəli həftədə 36 saatlıq norma saxlanılmaqla uyğunlaşdırılmalı və ona müvafiq olaraq hesablanmalı, bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsi və Əmək qanunvericiliyinə əsasən, habelə təqdim olunmuş müqavilələrin şərtlərinə əsasən artımlar, əlavələr tam məbləğdə ödənilməlidir. Təqdim edilmiş iş materiallarında olan sənədlərə və yuxarıda göstərilənlərə əsasən aşağıdakılar müəyyən olunur(bax rəyə əlavə edilmiş qoşmalara). Əmək haqqının ümumi məbləği: İddiaçı6-742225.03 AZN. İddiaçı5 – 696,651.95 AZN. İddiaçı4 – 639,028.49 AZN. İddiaçı7- 681,018.81 AZN. İddiaçı1- 504,889.66 AZN. İddiaçı2- 409,680.24 AZN. İddiaçı3- 758,739.88 AZN. Nəticə etibarı ilə cavabdehin İddiaçılara aşağıdakı məbləğlərdə borcu var. (bax rəyə əlavə edilmiş qoşmalara) İddiaçı6- 284,546.66 AZN; İddiaçı5- 222,659.53 AZN; İddiaçı4- 226,486.68 AZN; İddiaçı7- 242,381.71 AZN; İddiaçı1- 178,731.44 AZN; İddiaçı2- 165,128.53 AZN; İddiaçı3 251,940.79 AZN; İkinci sual üzrə: Hazırkı rəyin tədqiqi hissəsində göstərildiyi kimi, 4 aylıq faktiki uçot dövrünün tətbiq edilməsini və eləcə də faktiki saatların normal istehsalat təqviminin iddiaçılar üçün 36 saat müəyyən olunmasını nəzərə almaqla, əmək müqaviləsi ilə nəzərdə tutulan vəzifə tarif maaşına maksimum 1.75 artım əmsalı artıq saatlara tətbiq edilməmişdir. Qısaldılmış iş rejiminə müvafiq olaraq 36 saatlıq istehsalat təqvimi tətbiq edikdikdə 1 iş saatının qiymətini tapmaq üçün vəzifə taarif maaşını ayın norma istehsalat təqvim saatlarına bölməklə tapılır. Uçot dövrü 4 ay olduğuna görə 1 iş saatının orta qiyməti (orta saatlıq taarif maaşı) aylıq vəzifə taarif maaşının uçot dövrü üçün orta aylıq istehsalat norma saatlarına (həftəlik 36 saat normasına uyğun gələn aylıq norma saatlarına) bölünməklə tapılır. Orta aylıq istehsalat norma saatları dedikdə 4 ayın norma saatlarının cəmlənərək 4-ə bölünməsi başa düşülməlidir. Bu dövr üçün 1 saatlıq vəzifə taarif maaşının orta qiymətini tapmaq üçün aylıq vəzifə taarif maaşını həmin dövr üçün orta aylıq norma istehsalat saatlarının miqdarına bölmək lazımdır. Artıq saatların ödənişi zamanı 1.75 artım əmsalı nəzərə alınarkən hesablama qaydası aşağıdakı kimi olmalıdır: 1. Artıq saatları tapılması=dövr üçün faktiki iş saatlarının cəmi – həmin dövr üçün norma istehsalat saatlarının cəmi; 2. Artiq saatların ödənişi=artıq saatların miqdarı x bu dövr üçün orta saatlıq taarif maaşı x 2; 3. Artıq saatlara 1.75 əmsalının tətbiqi= artiq saatların miqdarı x bu dövr üçün orta saatlıq taarif maaşı x 75%; 4. Artıq saatların ödənişi = 2 və 3 bəndlərində alınan məbləğlərin cəmi. Misal üçün 2019-cu il may-avqust uçot dövründə həkimlər üçün istehsalat norma saatları – May 2019 üçün 149.20 saat, İyun 2019 üçün 112.20 saat, İyul 2019 üçün 165.60 saat, Avqust 2019 üçün 144.00 saatdır. Bu dövr üçün orta aylıq istehsalat norma saatlarını tapaq: (149.2+112.2+165.6+144)/ 4=142.75 saat. Bu uçot dövrü üçün orta saatlıq taarif maaşı = vəzifə taarif maaşı/142.75. İş materiallarında olan sənədlərə və yuxarıda göstərilənlərə əsasən bir iş saatının qiyməti aşağıdakı kimi müəyyən olunur. İddiaçı6 üçün - 2819/142.75=19.75 AZN; İddiaçı5 üçün - 2819/142.75=19.75 AZN; İddiaçı4 üçün -2819/142.75=19.75 AZN; İddiaçı7 üçün - 2553/142.75=17.88 AZN; İddiaçı1 üçün - 2100/142.75=14.71 AZN; İddiaçı2 üçün - 1918/142.75=13.44 AZN; İddiaçı3 üçün - 2819/142.75=19.75 AZN. Üçüncü sual üzrə: İş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçılara artıq işlədikləri saatlar üçün əmək haqqı qanunla müəyyən olunmuş qaydada ödənilib. Lakin iddiaçıların işlədikləri artıq saatları 36 saatlıq iş rejiminə əsasən düzgün hesablanmayıb. Yəni cavabdeh iddiaçıların işlədiyi artıq saatları 40 saatlıq iş rejimi ilə hesabladığından, artıq saatların sayı az hesablanmış və nəticədə düzgün ödənilməmişdir. Beləliklə də, cavabdehin iddiaçılara aşağıda göstərilən məbləğdə borcu yaranmışdır: (bax rəyə əlavə edilmiş qoşmalara) İddiaçı6 - 16.283,36 AZN; İddiaçı5 - 13,365.28 AZN; İddiaçı4 - 16.186,07 AZN; İddiaçı7 - 19.572,61 AZN; İddiaçı1 - 14.811,24 AZN; İddiaçı2 - 12.717,88 AZN; İddiaçı3- 24.456,71 AZN. Dördüncü suallar üzrə: İş materiallarından göründüyü kimi, əmək müqaviləsi ilə nəzərdə tutulmuş 1.75 artım (dəniz əmsalı) 4 aylıq faktiki uçot dövrünün tətbiq edilməsini və eləcə də faktiki saatların normal istehsalat təqvimi iddiaçılar üçün 36 saat müəyyənləşməsini nəzərə alaraq, işçilərin (iddiaçıların) işlədiyi artıq saatlara tətbiq edilməmişdir. Beləliklə də cavabdehin iddiaçılara əmək haqqı üzrə aşağıda göstərilən məbləğdə borcu yaranmışdır: (bax rəyə əlavə edilmiş qoşmalara) İddiaçı6 - 5852,26 AZN; İddiaçı5 - 10.475,74 AZN; İddiaçı4 - 6.527,47 AZN; İddiaçı7 - 9.961,30 AZN; İddiaçı1 - 2.994,42 AZN; İddiaçı2 - 2.515,29 AZN; İddiaçı3 - 10.425,38 AZN. Beşinci sual üzrə: İşçilərə (iddiaçılara) bir aylıq maaşdan əlavə iş aylıq normadan artıq vaxtda görüldüyünə görə maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla maaş ödənilməli idi. İddiaçılara isə istirahət günlərində işləmələrinə baxmayaraq yalnız bir aylıq vəzifə maaşı ödənilmişdir. Beləliklə işəgötürənin işçilərə 30 günlük vaxtdan sonra faktiki olaraq istirahət günlərində işə cəlb olunduqları günlər üçün əmək haqqı üzrə borc yaranmışdır: (bax rəyə əlavə edilmiş qoşmalara) İddiaçı6 - 48656,68 AZN; İddiaçı5 - 40.128,85 AZN; İddiaçı4- 49.182,06 AZN; İddiaçı7 - 58.941,34 AZN; X10- 40.053,70 AZN; İddiaçı2 - 34.758,66 AZN; İddiaçı3 - 50.049,57 AZN. Altıncı sual üzrə: Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, işdən çıxarılmamışdan əvvəl İddiaçılar tərəfindən Nazirlər Kabinetinin 92 saylı qərarı ilə müəyyən 30 günlük əlavə məzuniyyətin verilməsi üçün cavabdehə rəsmi ərizələrlə müraciətlər edilmişdir, iddiaçıların tələbi təmin edilməmiş, işçilərə əlavə məzuniyyət verilməmişdir. Bundan sonra verilməmiş məzuniyyət günləri son haqq hesabda kompensasiya edilməmişdir. Beləliklə də, cavabdehin iddiaçılara aşağıdakı məbləğdə borcu yaranmışdır: (bax rəyə əlavə edilmiş qoşmalara) İddiaçı6 - 88.398,77 AZN; İddiaçı5 - 42495,44 AZN; İddiaçı4 - 45.404,84 AZN; İddiaçı7 - 51.994,95 AZN; X10 - 39.220,53AZN; İddiaçı2 - 31.482,94 AZN; İddiaçı3 - 55.135,67 AZN. Yeddinci sual üzrə: “X5 B.V.” şirkəti tərəfindən təqdim edilmiş iddiaçıların iş yerlərinin attestasiyası haqqında sənədlərin tam olmaması, eləcə də təqdim olunan sənədlərin iddiaçılara aid olan hissələrində fərqli qaydada qiymətləndirilmə aparılması, ümumilikdə iş yerlərinin attestasiyasının düzgün aparılıbaparılmaması, elacə də attestasiyanın nəticələrinin iddiaçılara aid hissələrdə düzgün tərtib olunması haqda suallara cavab verilməsi qeyri mümkündür. Ekspertizaya təqdim olunmuş sənədlərə əsasən bildirilir ki, Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 137 saylı Qərarında nəzərdə tutulmuş əmsalların heç biri iddiaçıların (onların başqa işçilərlə birgə eyni istehsalat sahəsində çalışmalarına baxmayaraq) əmək haqqlarında nəzərə alınmamışdır. Hazırda ekspert hesablamaları Nazirlər Kabinetinin 137 saylı “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Qərarı ilə müəyyənləşdirilmiş əmsallardan minimum əmsal (yəni 1.04) tətbiq edilərək aparılmışdır. Belə ki, Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşdirilmiş əmsallar iş yerlərində (istehsalat sahələrində) zərərliliyin dərəcəsinə uyğun olaraq və Attestasiyanın nəticələrinə əsasən mütləq işçilərin əmək haqqlarına tətbiq olunmalıdır. İddiaçılara heç bir əmsal tətbiq olunmamışdır. İş materiallarından göründüyü kimi, Attestasiya nəticələrində iddiaçıların əmək haqqlarına hansı əmsalın tətbiq olunması göstərilməmişdir. Belə olan halda Nazirlər Kabinetinin yuxarıda göstərilən müvafiq Qərarı ilə müəyyənləşdirilmiş ən aşağı (minimum) əmsal tətbiq olunmalıdır. Daha yüksək əmsalların tətbiq olunub-olmaması yalnız düzgün qəbul edilən attestasiyanın nəticəsində müəyyən oluna bilər. Beləliklə, minimum 1.04 əmsalın tətbiq olunduğu təqdirdə işəgötürənin (cavabdehin) işçilərə (iddiaçılara) aşağıdakı kimi borcu yaranmışdır: İddiaçı6 - 88398,77 AZN; İddiaçı5 - 83.164,40 AZN; İddiaçı4 - 74.802,92 AZN; İddiaçı7 - 76.345,88 AZN; İddiaçı1 - 60.538,60 AZN; İddiaçı2 - 43.794,65 AZN; İddiaçı3 - 88.535,55 AZN. Səkkizinci sual üzrə: İş materiallarında olan bankların kart hesabları üzrə çıxarışlarından görünür ki, iddiaçıların iş fəaliyyəti zamanında iddiaçıların əmək haqlarının ödənişində dəfələrlə gecikmələr olmuşdur. Əmək haqqı ödənişində ümumi olaraq gecikmə: İddiaçı6 - 64 gün; İddiaçı5 - 66 gün; İddiaçı4 - 64 gün; İddiaçı7 - 66 gün; İddiaçı1 - 64 gün; İddiaçı2 - 64 gün; İddiaçı3 - 66 gün. Doqquzuncu və onuncu sual üzrə: İş materiallarına əsasən, iddiaçılara əmək haqqı ödənişləri Azərbaycan Respublikası Əmək Məcəlləsi və əmək qanunvericiliyinə görə tam və düzgün ödənilməmişdir. Həmçinin qeyd edilir ki, əmək qanunvericiliyində və müqavilələrdə nəzərdə tutulmayan artıq ödənilmiş əmək haqqı və əlavələrin mövcudluğu müəyyən olunmamışdır. Bundan başqa qeyd edilir ki, iş mateiallarından göründüyü kimi, iddiaçılara əmək haqqları, son haqq hesabları tam və düzgün hesablanmamış və ödənilməmişdir. Beləliklə, cavabdehin iddiaçılara əmək haqqı (artımlar, əlavələr, son haqq-hesab) üzrə borcları yaranmışdır (bax rəyə əlavə edilmiş qoşmalara), o cümlədən İddiaçı6 - 294363,61 AZN; İddiaçı5- 231468,74 AZN; İddiaçı4- 236.318,18 AZN; İddiaçı7- 252.048,84 AZN; X10- 186.630,88 AZN; İddiaçı2- 171.916,83 AZN; İddiaçı3- 261.745,53 AZN; - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli audit hesabatında qeyd edilir ki, İddiaçı5 75589,41; İddiaçı6 31153,02;İddiaçı4 55503,51; İddiaçı3 75213,12; İddiaçı7 47081,85, İddiaçı2 26556,24, İddiaçı1 45578,85 manat Cəmiyyətin öhdəliklərindən artıq məbləğdə əmək haqqı və digər ödənişlər ödənilmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 767/2022 saylı Qətnaməsini iddianı təmin edən hissədə ləğv edərək iddia tələbinin tam şəkildə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 54.1, 89.1, 96.1, 114.3, 115, 116, 164.1, 172.5, 296; Mülki Məcəllənin 375.1, 375.2; Mülki Prosessual Məcəllənin 88, 101.7, 184.4-cü maddələrinə; “Məhkəmə qətnaməsi haqqında” AR Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli Qərarına; Ali Məhkəməsi Mülki Kollegiyasının İş № 2(102)- 676/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarına; Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlarına; Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarına; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarı Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarına; Konstitusiya Məhkəməsi Plenumunun “X17 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 noyabr 2008-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, məhkəmə qətnaməsini yalnız AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/İ623 saylı ekspert rəyi əsasında qəbul etmiş, iş materiallarında olan digər sənədlərə və sübutlara qiymət verməmişdir. Bununla da, birinci instansiya məhkəməsi MPM-nin 14.1, 103.1 və 217.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi mübahisəli sübutu işin faktiki hallarına uyğun gəlmədiyi halda mötəbər sübut kimi qəbul etmiş və qətnaməsini yalnız həmin sübut üzrə qəbul etmişdir (qeyd olunmalıdır ki, MPM-nin 103,1-ci maddəsinə əsasən Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir). Məhkəmə işin faktiki hallarını, işdəki sübutları düzgün qiymətləndirməmiş, nəticədə tamamilə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. İddiaçılar tələb irəli sürərkən iddialarını bir neçə mövqe üzrə (36 saatlıq iş həftəsi, zərərlilik əmsalı 1.75 və 1.04, normadan artıq iş saatları, əlavə məzuniyyət illik normadan artıq işə görə, istirahət və bayram günlərinə görə əlavələr, əmək haqqının gecikdirilməsi) formalaşdırmışdırlar. Məhkəmə tədqiqatıda həmin mövqelər üzrə ayrı-ayrılıqda aparılmışdır. Həmin mövqelər üzrə məhkəmə tərəfindən ayrıca münasibət bildirilməli və hüquqi qiymət verilməli olduğu halda məhkəmə ekspert rəyinin nəticəsini qətanmayə köçürməklə kifayətlənmişdir. Belə ki: iddiaçılar öz əmək müqavilələrinə uyğun olaraq, 30 gündən artıq olmayan müxtəlif müddətli vaxta rejimi ilə dəniz şəraitində çalışmışdırlar (Əmək müqaviləsi 4cü bəndi) və müqavilədə iş vaxtının illik cəmlənmiş uçotunun (Cəmlənmiş uçot işəgötürənin işçini 12 saat işə cəlb etməsinə imkan yaradır. Bu tərəfər arasında bağlanmış müqavilədə göstərilmişdir) tətbiqi nəzərdə tutulmasına baxmayaraq, onlara taktiki 4 aylıq cəmlənmiş uçot tətbiq edilmişdir. İşçinin maraqlarına və maddi təminatına daha uyğun olduğundan cavabdeh tərəfindən 4 aylıq cəmlənmiş uçot rejimi seçilmişdir (məlumat üçün bildiririk ki, adətən digər şirkətlərdə illik cəmlənmiş uçot seçilir, işçi işlədilir, növbəti 2-3 ay boşa göndərirlər, sonunda işlədiyi artıq saatlarla illik normanı keçmədiyinə görə ödənişdən yayınırlar). Yəni, işçi 4 ay ərzində işləməli olan normativ saatların sayından əlavə işləyərsə, o zaman işçiyə iş vaxtı normasından artıq işlənmiş saatlar (ekstra saatlar) üçün əlavə 2 qat hesablanmalıdır. Ola bilər ki, işçi aylıq normada göstərilən 144 saatdan çox işləsin, ancaq 4 ayın cəmindəki istehsalat təqvimində göstərilən saatda göstərilən vaxtı aşmayıbsa, işçiyə əlavə işlədiyi vaxta görə pul ödənilməməlidir. Bu məqam AR ƏM-nin 96-cı maddəsində göstərilib. Həmçinin bu tərəflər arasında bağlanmış müqavilədə də öz əksini tapmışdır. İddiaçılar iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd edirlər ki, AR Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarı ilə əmək şəraiti ağır və zərərli olduğu üçün nəzərdə tutulmuş 1.04 əmsalı iddiaçıların əmək haqqlarına tətbiq edilməlidir və iddiaçılar bu əmsal üzrə cavabdehdən absurd məbləğdə pul tələb edirlər. Halbuki, sözügedən Qərara əsasən, 1.04 əmsal tarif (vəzifə) maaşına tətbiq edilir və bu əmsal tarif (vəzifə) maaşına 4% artım deməkdir (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 aprel 2022-ci il tarixli, 22O3OO47İ9O saylı izahat məktubu iş materiallarına əlavə olunmuşdur). Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqının tərkibinə (i) aylıq tarif (vəzifə) maaşı, (ii) əlavələr və (iii) mükafatlar daxildir. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir (AR Əmək Məcəlləsinin 157-ci maddəsinin 2-ci, 3-cü və 4-cü bəndləri). İşçilərin tarif maaşı işəgötürən və işçi arasında imzalanan əmək müqavilələrində sabit məbləğ olaraq müəyyən olunmuşdur. Yəni bu hesablamanın formulası aşağıdakı kimi olmalıdır: İ saatlıq tarif (vəzifə) maaşının dəyəri = aylıq tarif (vəzifə) maaşı / həmin ay üzrə iş vaxtın norması (36 saatlıq iş həftəsi üzrə). 1.04 əmsalına görə verilməli olan əlavə məbləğ = 1 saatlıq tarif (vəzifə) maaşının dəyəri x həmin ay üzrə iş vaxtın norması (36 saatlıq iş həftəsi üzrə) ( faktiki iş saatları aylıq iş vaxtının normasından az olduqda isə faktiki işlədiyi saatlar) x 0.04. Məsələn: 2019-cu ilin fevral ayı üzrə iddiaçı Ə.Pərvizin tarif (vəzifə) maaşı 2819 manat , həmin ay üzrə iş vaxtın norması (36 saatlıq iş həftəsi üzrə) 144 saat olmuşdur. 2819 manat / 144 saat = 19.58 manat 19.58 manat x 144 saat x 0.04 = 112.78 manat. Hətta həmin iddiaçının bu ay üzrə 336 saat işləmiş olduğunu nəzərə alaraq hesablama aparsaq belə, 1.04 əmsal üzrə hesablanan məbləğ tələb olunan məbləğdən kəskin şəkildə aşağıdır (19.58 manat x 336 saat x 0.04= 263.15 manat). İddiaçıların həkim kimi çalışdığı iş üzrə üçüncü şəxsin gəmiləri iş yeri kimi attestasiyadan keçirilmiş və onun nəticələrinə görə həmin gəmilərdə işləmək həkimlər üçün ağır və zərərli hesab edilməmişdir (attestasiyanın nəticələri iş materiallarına əlavə edilmişdir). Bu səbəbdən də iddiaçılara AR Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarı ilə əmək şəraiti ağır və zərərli olduğu üçün nəzərdə tutulmuş 1.04 əmsalı üzrə ümumiyyətlə hər hansı əlavə hesablanmamalıdır. İddiaçılar AR Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarı ilə 1.04 əmsalı (əmək şəraiti ağır və zərərli olduğu üçün nəzərdə tutulmuş) və 1,75 əmsalını (Xəzər dənizində yerləşən obyektlərdə işlərin görüməsi üçün) istehsalat normasından artıq işlədikləri saatlar üçün də tələb edirlər. Bu tələb qanuna uyğun deyildir. Belə ki, Əmək Məcəlləsinin 157-ci maddəsinin 3cü hissəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Həmin maddənin 157-ci maddəsinin 4-cü və 5-ci hissələrinə əsasən, tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə isə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Əmək Məcəlləsinin 9-cu maddəsinin “e” bəndinə əsasən, işçinin, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda, əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək hüququ vardır. Əmək Məcəlləsinin 54-cü maddəsinin 1-ci hissəsinin 7ci abzasından görünür ki, qanunverici iş vaxtını (əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini) əmək şəraitinin bir elementi kimi təsbit etmişdir. Beləliklə, qanunvericiliklə müəyyən edilmiş iş vaxtı müddətindən artıq işlənmiş vaxta görə işçiyə hesablanmış ödənc tarif (vəzifə) maaşı deyil, əmək haqqına əlavədir. AR Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarının 1-ci və 4-cü bəndlərinə əsasən qeyd olunan əmsallar (artımlar) işçinin əmək haqqına deyil, tarif (vəzifə) maaşına tətbiq edilir. Əlavələrə 1,75 artım əmsalının hesablanması həmin Qərarda nəzərdə tutulmamışdır. Belə ki, əlavələr tarif (vəzifə) maaşı ilə cəmi işçinin əmək haqqını təşkil edir. Müqayisə üçün qeyd edək ki, adı çəkilən Qərarda susuz torpaq ərazilərində daimi içməli su mənbəyindən 20 km-dən 40 km-dək uzaqda yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərə (Qərarın 3-cü bəndi) və dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərə (Qərarın 5-ci bəndi) artım əmsalı əmək haqqına görə verilir. Odur ki, tarif (vəzifə) maaşı 2819 manat təşkil edən işçi üçün 1,75 artım əmsalı (75% artım deməkdir) istənilən halda 2114,25 manatdan (2189x0,75), 1,04 artım əmsalı (4% artım deməkdir) isə 87,56 manatdan (2189x0,04) artıq ola bilməz və ekstra saatlara görə hesablanmış əlavə əmək haqqına bu artımın tətbiq edilməsi qanunvericiliyə ziddir. İddiaçılar 1,75 əmsalını (Xəzər dənizində yerləşən obyektlərdə işlərin görülməsi üçün) həmçinin, istirahətdə olduğu günlər üçün də tələb edirlər və onlar öz tələblərini əmək müqavilələrinin 5.1-ci maddəsi ilə əsaslandırırlar. Bu tələb və bu cür əsaslandırma AR Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarına və bu əmsalın tətbiqi anlayışa ziddir. Belə ki, sözügedən qərarda Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq müxtəlif əmsallar (artım) nəzərdə tutulmuşdur ki, bu əmsalların da ən böyüyü 1.75 əmsalıdır və cavabdeh iddiaçıların xeyrinə olaraq onlarla əmək müqaviləsi bağlayarkən sahillə əlaqə şəraitindən asılı olmayaraq 1.75 əmsalının verilməsini müqaviləyə daxil etmişdir. Müqavilələrdəki “sahilə əlaqə şəraitindən asılı olmayaraq” ifadəsi sahillə gəminin əlaqəsindən, gəminin sahildən neçə km aralıda olmasından asılı olmayaq iddiaçılara ən yüksək 1.75 əmaslının tətbiq edilməsi anlamı daşıyır. Müqavilələrdəki “sahillə əlaqə şəraitindən asılı olmayaraq” ifadəsi iddiaçının gəmidə olmadığı vaxta görə də 1.75 əmsalının tətbiq edirməli olması mənası vermir və bu ifadə iddiaçıların tələblərinin əsası kimi qəbul edilə bilməz. İddiaçılar iddia ərizəsində göstərirlər ki, cavabdeh AR ƏM-nin 164-cü maddəsini pozmuş və nəticədə hər iddiaçı üzrə müəyyən borc yaranmışdır. Lakin, bu hesablamalar iddiaçılar tərəfindən düzgün aparılmamışdır. Belə ki, Əmək Məcəlləsinin qeyd olunan maddəsinin 4-cü hissəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilməlidir. Əmək Məcəlləsinin 149-cu bəndinin 3-cü hissəsinə əsasən, gündəlik tarif (vəzifə) maaşı aylıq tarif (vəzifə) maaşının aylıq iş günü normasına bölünməsi yolu ilə tapılır. İddiaçılar isə AR ƏM-nin 164-cü maddəsi üzrə apardıqları hesablamalarında əsassız olaraq artıq məbləğ hesablayırlar. Birincisi, onlar hesablamanı AR ƏM-nin 164-cü maddəsində nəzərdə tutulduğu kimi gündəlik tarif (vəzifə) maaşına əsasən deyil, faktiki işlənmiş saatların iki misli kimi hesablayırlar. Burada nə alınır? Əvvəla, iş vaxtı normasına əsasən işciyə tarif (vəzifə) maaşı (hər norma saat üçün tarif (vəzifə) maaşının 1 misli) artıq hesablanmışdır. Təqvim ayı çərçivəsində hesablamalar iş vaxtı normasına əsasən aparıldığı üçün (normadan kənar iş saatları üçün hesablamalar hər 4 aydan bir iş vaxtının cəmlənmiş uçotunda aparılır) AR ƏM-nin yuxanda qeyd olunan normasına əsasən həmin ayın əmək haqqı hesablanarkən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən iş üçün norma üzrə iş saatlarının (7,2 saat) daha bir misli əlavə hesablanmalıdır və nəticədə qeyd olunan günlərə düşən norma iş saatları üzrə 2 qat hesablamaya əməl olunur. İddiaçılar isə təqvim ayında olan istirahət günləri (30 iş günündən artıq günlər üçün) görülən iş üçün hesablamanı faktiki iş saatları əsas götürülməklə aparmışlar. Nəzərə alsaq ki, gündəlik iş vaxtı norması 7,2 saat, faktiki iş vaxtı isə 12 saatdır, yalnız bu əsassız iddia üzrə 66,66% artıq məbləğ hesablanır. İzahat qaydasinda bildiririk ki, faktiki iş vaxtının qalan hissəsi (12-7,2=4,8 saat) 4 ayın yekununda cəmlənmiş uçotda (iş vaxtından artıq işlənmiş iş saatları hesablanarkən) ikiqat hesablanıb ödəniləcəkdir. Bundan başqa,norma saatlar üzrə tarif (vəzifə) maaşı tam hesablanmışdır və beləliklə iddiaçıların hesablamalarında 12 faktiki iş saatının 7,2 norma saatı üzrə təqvim ayında 3 qat hesablama aparılır: 1 misli aylıq tarif (vəzifə) maaşı kimi + 2 misli istirahət gününün iş saatı kimi. Daha sonra, istirahət gününə düşən həmin saatlar cəmlənmiş uçota salınır və həmin saatlara bir daha 2 qat hesablama aparılır. Nəticədə istirahət günündə işlənmiş iş saatlarının 7,2 saatı üçün 5 qat, 4,8 saatı üçün isə 4 qat hesablama aparılır. Bundan əlavə, iddiaçıların hesablamasında işçilərin treyninqdə olduğu günlər də naməlum səbəbdən “iş vaxtından artıq vaxtda görülən iş saatları” kimi nəzərə alınmış və həmin günlərdə görülən işlərə görə ikiqat hesablama aparılmışdır. Əmək Məcəlləsinin 89-cu maddəsinin 1-ci hissəsinə əsasən tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. İşçinin treyninqdə olduğu günlərdə hər hansı əmək funksiyasını icra etmədiyi üçün treyninqdə olmaq işçinin onun işdən sonra qalıb işləməsi demək deyil. İşəgötürən və işçilər arasındakı razılaşmaya əsasən, işçinin treyninqdə olduğu günlərə görə işçilərin həm orta aylıq əmək haqları saxlanmış, həm də onlara hər gün üçün əlavə ödənişlər (yemək və nəqliyyat xərcləri) edilmişdir. Təlimlər zamanı orta əmək haqqı nəzərə alınmalı, ikiqat maaş hesablanmamalı idi. İddiaçılar ilə cavabdeh arasında bağlanmış əmək müqavilələrinin 5.1-ci bəndinə əsasən tərəflər qarşılıqlı razılığıa gəlmişlər ki, zəruri hallarda işçi növbələr arası istirahət dövründə təlimdə iştirak etdiyi vaxta mütənasib olaraq Aylıq tarif (vəzifə) maaşı əsasında hesablanan əmək haqqı ödənilir. Bundan əlavə, Orta əmək haqqının hesablanması qaydası AR Əmək Məcəlləsinin 177-ci maddəsi ilə təsdiq edilmişdir. Eyni zamanda, orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər AR Nazirlər Kabineti tərəfindən müəyyən edilir - Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə. AR Nazirlər Kabinetinin 126. Nömrəli qərarına əsasən orta əmək haqqı hesablanarkən birdəfəlik xarakter daşıyan əlavə mükafatların bütün növləri, iş vaxtından artıq iş saatlarının ödənilməsi; istirahət, səsvermə, iş günü hesab edilməyən bayram və ümumxalq hüzn günlərində işə görə ödəmələr və maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər nəzərə alınmır. İddiaçılar öz iddia ərizəsində “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyul 2004-cü il tarixli 92 saylı Qərarına istinad edərək, qeyd edirlər ki, illər ərzində çaparaq saatlar 500 saatı keçdikdə işçilərə hər iş ili üçün əlavə 30 gün məzuniyyət verilməlidir və cavabdeh bu əlavə məzuniyyəti vermədiyi üçün AR ƏM-nin 144-cü maddəsinə görə əlavə məzuniyyəti kompensasiya etməli idi, lakin etməmişdir. İddia Ərizəsində istinad edilən hissədə göstərilən saatlar tibb işçilərinin hava nəqliyyatında uçuş saatlarını ehtiva edir. Bununla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 17 dekabr 2021-ci il tarixli **********7 saylı məktub iş materiallarına əlavə olunmuşdur. Həmin məktubda da təsdiq olunur ki, sözügedən qərarla təsdiq edilmiş siyahının XXXVİİ “Səhiyyə” bölməsinin 176-cı hissəsində iş ili ərzində çaparaq saatlar tibb işçilərinin (həkim, feldşer və tibb bacılan) hava nəqliyyatında uçuş saatlarını ehtiva edir. Əlavə məzuniyyətlər kompensasiya ilə əvəzləşdirilmir. Əmək Məəcəlləsinin 144.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcəllənin 144.3-cü maddəsinə əsasən isə Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. İddiaçılar iddia ərizəsində AR ƏM-nin 172.5-ci maddəsinə əsaslanaraq, Əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildikdə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı 1 faizi məbləğində ödəncin verilməsini tələb edirlər. Bununla əlaqədar, AR Əmək Məcəlləsinin 96-cı maddəsinə əsasən, “qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz”. İşçilərlə bağlanmış əmək müqavilələrinin 4.6-cı bəndinə əsasən “işlərin dənizdə vaxta üsulu ilə təşkili zamanı iş vaxtının illik cəmlənmiş uçotu tətbiq edilir”. Beləliklə, işçilərə iş vaxtının cəmlənmiş uçotu üzrə hesablanmış məbləğlər hər təqvim ilinin sonunda hesablanıb verilməli idi. Faktiki olaraq bu məbləğlər işçilərə bir neçə ay qabaq, yəni hər 4 aydan bir hesablanıb verilmişdir. Bu baxımdan “əmək haqqının gecikdirilməsi” absurd iddia və səhv hesablamadır. İddiaçıların son haqq-hesabın gecikdirilməsinə görə tələb etdikləri məbləğlərlə razı deyillər və hesab edirlər ki, tələb əsassız və qanunsuzdur. Belə ki, cavabdehin iddiaçılar qarşısında hər hansı borcu olmadığına görə və onlarla əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab vaxtında və düzgün (hətta artıqlaması ilə) aparıldığına görə hər hansı gecikmədən söhbət gedə bilməz. Yasamal Rayon Məhkəməsi öz qətnaməsində texniki və riyazi hesablamalarda kifayət qədər yanlışlıqlara yol verilmiş və kifayət qədər əsaslı olmayan ekspert rəyini mötəbər sübut kimi qəbul etsə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli X8 qətnamədə heç bir münasibət bildirməmişdir. X22 və Ekspert rəyi kəskin fərqləndiyi halda bununla bağlı məhkəmə öz münasibətini bildirməli və nəyə görə ekspert rəyini mötəbər sübut kimi qəbul etdiyini əsaslandırmalı idi. Bundan başqa, Yasamal Rayon Məhkəməsi iş materialları və iddiaçıların özlərinin etirafı ilə də sübut olunan cavabdeh tərəfindən gündəlik müavinət adı altında ödənilmiş qanundan və əmək müqavilələrindən irəli gəlməyən artıq məbləği ümumiyyətlə nəzərə almamış və bu xüsusata münasibət bildirməmişdir. Hansı ki, həmin məbləğlər cavabdeh tərəfindən iddiaçılara əmək haqqı hesablamasının mürəkkəbliyi nəzərə alınaraq mümkün risklərdən sığortlanmaq məqsədi ilə verilmiş, işçilərin sosial rifahına yüksəldilməsinə yönəlmişdir. İddiaçıların leyhinə olan əksik hesablamaların RDM-nin öhdəliyi kimi qəbul edilərək artıq ödənilmiş məbləğlərin nəzərə alınmaması məhkəmə tərəfindən ədalət prinsipinin pozulması deməkdir. Cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə və daha sonra sözügedən ərizənin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilmişdir. Lakin məhkəmə bu ərizələri (hansı ki, iş üçün əhəmiyyətli olduğunu hesab edirik) qətnamədə elan etməmiş və bu ərizələrə ümumiyyətlə münasibət bildirməmişdir. Belə ki, Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir (Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsi və 3-cü maddəsinin 4-1-ci hissəsi). Qeyd edilən maddi hüquq normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarlarını müqayisəli şəkildə işin faktiki hallarına tətbiq edərək qeyd etməyi zəruri hesab edirik ki, öhdəliyin yaranma əsaslarından biri də müqavilədir. Müqavilə tərəflərin iradə ifadəsi ilə müəyyən edilən iki tərəfli əqd olmaqla bir tərəfin digər tərəf qarşıqında qarşılıqlı münasibətlərini əks etdirir. Müqavilənin icra edilməsi qaydası, icra edilməməsinə görə məsuliyyət və həmin məsuliyyətə görə hədlər müəyyən edilir. Buna görə də hüquqdan suiistifadə hallarının aradan qaldırılması üçün cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasının aradan qaldırılması, müqavilə üzrə tərəfi hüquq və qanuni maraqlarının vaxtında tələb edilməsi üçün iddia müddəti institutu mühüm əhəmiyyət daşıyır. İddiaçılar cavabdehin əmək münasibətləri üzrə onların hüquqlarını sui-stifadə etdiyini, ancaq əmək müqavilələrində göstərilən şərtlər üzrə cavabdehin əmək müqaviləsi üzrə öhdəliyini icra etmədiyini bildiyi və ya bilməli olduğu (ehtimal etdikləri) halda, həmin tələb ilə istər işə götürənə, istər aidiyyəti qurumlara, istərsə də məhkəməyə keçən zaman ərzində (dəfələrlə əmək müqavilələrinin yenilənməsi və bağlanmış əmək müqavilələrində münasibət bildirməmiş) müraciət etməmişlər. İddiaçı5 ilə, İddiaçı7 ilə və İddiaçı3 ilə 2015-ci ildə bağlanmış əmək müqavilələrinə xx.xx.2020-ci il də xitam verilmişdir və həmin şəxslərlə xx.xx.2020-ci il tarixində yeni əmək müqavilələri bağlanılmışdır. Əmək müqavilələrinə xitam verilərkən qeyd olunan şəxslərlə son haqq-hesab aparılmışdır və bu fakt qeyd olunan şəxslər tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulan iddia müddətləri ərzində mübahisələndirilməmişdir. Bundan başqa Ali Məhkəmə tərəfindən “vahid məhkəmə təcrübəsinin formalaşdırılması” ilə bağlı “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 29 noyabr 2019-cu ildə fərman imzalamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iş № 2(102)-676/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarında da göstərilmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində birmənalı olaraq işçinin işəgötürənə qarşı pul, əmlak və ziyan tələbləri üzrə 1 illik iddia müddətinin tətbiqi nəzərdə tutulmuşdur. Həmçinin, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022 ci il tarixli, 2(004)-61/2022 saylı Qətnaməsi ilə iddiaçılar X19 və X3 cavabdeh "xxxx" ASC-yə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı cəlb edilməklə “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbi”nə dair mülki iş üzrə iddia ərizəsi təmin olunmamışdır. Həmin məhkəmə qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7211/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. Amma nədənsə Yasamal Rayon Məhkəməsinin digər hakimi eyni məhkəmə tərəfindən qəbul edilmiş (hansı ki, apellyasiya instansiyası tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır) qətnamədən tam fərqli qətnamə qəbul etmiş və qəbul etdiyi qətnaməni demək olar ki, heç bir mötəbər sübutla əsaslandırmamışdır. X22 və ekspert rəyi kəskin fərqlənir, məhkəmə isə bu müqayisədə hansı səbəbdən məhz ekspert rəyini əsas götürməsini açıqlamır. Yasamal Rayon Məhkəməsi özü belə məhkəmə tədqiqatı zamanı eksperti dindirərkən ona bir neçə nöqsan elan etmiş, rəydəki hesablamalardakı ciddi uyğunsuzluqları və səhvləri ekspertin diqqətinə çatdırmış və onların aradan qaldırılması üçün ona vaxt vermişdir. Lakin, ekspert məhkəmənin qeyd etdiyi nöqsanları aradan qaldırmamış və hesablamalardakı ciddi səhvlərə hər hansı açıqlama verməmiş və düzəliş etməmişdir. Amma çox maraqlı məqam ondan ibarətdir ki, məhkəmə tədqiqatında və iclaslarında ekpsertin rəyinin mötəbər olmadığını və səhv olduğunu bilən və bildirən məhkəmə öz qətnaməsində bu rəyi ən mötəbər sübut kimi qiymətləndirmiş və rəyi olduğu kimi qətnamənin əsaslandırması kimi göstərmişdir. Məhkəmə iclasları zamanı və yazılı etirazlarımızda ekspertin işə yanaşmasının tamamilə yanlış və qanun normalarına zidd olması, həmçinin apardığı hesablamalarda rəyin nəticə hissəsində qeyd edilən rəqəmlərin onun təqdiqat hissəsində, əlavə cədvəllər və alt hesablama sənədlərində olan rəqəmlərdən kəskin fərqlənməsi, adi riyazi hesablamaların düzgün olmamasının məhkəmənin diqqətinə dəfələrlə çatdırılmasına və buna dair təkzibedilməz sübutların və s. qeyd edilməsinə baxmayaraq, məhkəmə cavabdehin mövqeyinə hər hansı münasibət bildirməmişdir. Yuxarıda göstərdikləri əsaslara görə, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun deyil və birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan iddianın qismən təmin edilməsi ilə bağlı səhv nəticəyə gəlib.

5. Apellyasiya şikayətinin təmin edilməməsi barədə cavabdehin apellyasiya şikayətinə iddiaçıların nümayəndəsi Vəkil1 etirazında və etiraza əlavədə göstərmişdir: 6.1. apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin pozulduğu iddia edilir. Konkret olaraq ƏM-nin 296-cı maddəsinin 3-cü hissəsinin pozulmasını qeyd edən cavabdeh, bununla bağlı heç bir dəlil və sübut gətirmir, yalnız birinci instansiya məhkəməsi tərəfindən iddianın qismən təmin edilməsini və iddia müddətinin tətbiq edilməməsini göstərir. Halbuki ƏM-nin 296-cı maddəsinin 3-cü hissəsində bir illik iddia müddətinin axımı konkret olaraq göstərmişdir. Həmin maddədə deyilir: “Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər” Birinci instansiya məhkəməsi araşdırma zamanı iddia müddətinin ötürülmədiyi müəyyən etmiş və müddətin tətbiqi ilə bağlı vəsatəti təmin etməmişdir. Belə ki, məhkəmə iclasında yazılı və şifahi sübutlarla təsdiq olunmuşdur ki, iddiaçılar onların hüquqlarının pozulduğunu 2021-ci ilin mart - iyul aylarında aşkar etmişlər. (Əvvəlcə pozuntular haqqında şübhələnən iddiaçılar işəgötürənə şifahi müraciət etmiş, daha sonra mütəxəssislərlə dəqiqləşdirmələr apararaq, bir daha cavabdehin qarşısında hüquqlarının təmin olunması və pozulmuş hüquqularının bərpası (əmək haqqlarının və son haqq-hesabın düzgün hesablanması və ödənilməsinə dair) ilə bağlı məsələ qaldırmışlar. Danışıqlar 2021-ci ilin iyul ayına kimi davam etmiş, bununla kifayətlənməyən iddiaçılar işdən çıxmamışdan əvvəl 2021-ci ilin iyul ayında İşəgötürənə yazılı surətdə müraciət etmiş və cavabdeh bu məsələ ilə bağlı müstəqil auditor cəlb etmişdir. Auditorun qənaətinə görə cavabdehin işçilərə müxtəlif məbləğlərdə borcu olduğu aşkar olunmuş və bu haqda iddiaçılara şifahi olaraq bildirilmişdir (bu fakt məhkəmə prosesində öz təsdiqini tapmışdır). Borcun dərhal ödənilməməsi nəticəsində iddiaçılar iddia müddətini nəzərə alaraq 2021-ci ilin oktyabr ayında mediasiya prosesinə başlamışdırlar. Qanunla müəyyən olunmuş iddia müddətinin ötürülüb-ötürülməməsini müəyyən etmək üçün məhkəməyə təqdim edilmiş aşağıdakı sübutlar tədqiq edilmişdir: Yazılı sübutlar: - 02 iyul 2021-ci il, 05 iyul 2021-ci il və 23 iyul 2021-ci il tarixli ərizələr (bu rəsmi ərizələr iddiaçılar tərəfindən cavabdeh İşəgötürənə ünvanlanan və rəsmi qeydiyyata alınan müraciətlərdir. Həmin ərizələrlə işçilər onların əmək haqqlarının və son haqq-hesablarının düzgün hesablanaraq ödənilməsi, əlavə məzuniyyətlərinin verilməsi və Əmək Qanunvericiliyə ilə pozulmuş hüquqlarının bərpasını xahiş etmişlər). - Məhkəməyə təqdim olunmuş digər yazılı sübutlardan (əmrlər, məktublar, əmək kitabçaları, bildirişlər və s.) görünür ki, İddiaçı6 "xxxx"ASC-dən 07 avqust 2021-ci il tarixdə, İddiaçı5 09 iyul 2021-ci il tarixdə, İddiaçı7 09 iyul 2021-ci il tarixdə, İddiaçı4 07 avqust 2021-ci il tarixdə, İddiaçı1 24 iyul 2021-ci il tarixdə, İddiaçı3 09 iyul 2021-ci il tarixdə, İddiaçı2 isə 23 iyul 2021-ci il tarixdə işdən çıxarılmışdırlar. - Cavabdehin 11 avqust 2021-ci il tarixli cavab məktubu. (Bu məktubla iddiaçılara bildirmişdir ki, ərizələrə qısa bir zamanda baxılacaq və müvafiq araşdırmalar aparıldıqdan sonra cavab veriləcək). - 17 noyabr 2021-ci il tarixli Mediasiya arayışı - 16 dekabr 2021-ci il tarixdə iddiaçıların iddia ərizəsinin məhkəməyə daxil olması. - Cavadehin Saipeme qarşı Kommersiya məhkəməsində qaldırdığı iş üzrə iddia ərizəsi (cavabdeh səhv hesablamalar haqqında özü də bilmirdi və yalnız iddiaçıların müraciətindən sonra auditor cəlb edərək, borclar haqqında məlumatlar almış, bununla bağlı iddiaçılara məlumat vermişlər. Daha sonra həmin auditor rəyinə əsasən məhkəmədə Saipemə qarşı iddia qaldıraraq, həkimlərin maaşların tələb etmişlər.) - Cavabdehin İddiaçı3 məktubu (bu məktubda RDM-in İbrahimova əmək haqqı üzrə nə qədər borcunun olduğu göstərilir. Deməli 2021-ci ilin mart - iyul ayına qədər nə iddiaçılar nə cavabdeh və üçüncü şəxs səhv hesablamalar barədə bilmirdi. İşəgötürən özünün imzaladığı sənədlərdən xəbəri olmadığı halda işçilərin bu sənədlərdən necə xəbəri ola bilərdi? Məsələn, Əməkdaşlıq müqaviləsi və ona Əlavələrdən. Məhz bu sənəddə əlavə gündəlik müavinətlərlə bağlı məlumat var idi. Və eləcə də attestasiya ilə bağlı sənədlər yalnız Saipemin gizli saxladığı sənədlərdən biri idi ki, yalnız məhkəmənin koməyi ilə əldə olunmuşdur.) Şifahi sübutlar: - Şifahi dinləmələrdə iddiaçıların digər sübutlarla təsdiq olunmuş izahatları,cavabdehin nümayəndəsinin suallara cavabları, cavabdeh tərəfindən cəlb olunmuş müstəqil auditorun suallara cavabları. - Məhkəmədə iddiaçıların verdiyi izahatları cavabdehin suallara cavabı ilə təsdiq edilmişdir. Belə ki, iddiaçılar RDM-in 2021-ci ildə hesablamaların aparılması üçün cəlb etdiyi auditorun iddiaçılara müxtəlif məbləqdə borcların olması haqqında məlumat vermiş və iddiaçıların şübhələrin təsdiq etmişdir: İddiaçı6 192 min manat, İddiaçı3 138 min manat, Əfqan Ağagulova 129 min manat, İddiaçı4 142 min manat, İddiaçı1 106 min manat, İddiaçı2 73 min manat, İddiaçı7 isə 155 min manat məbləğində borcun olduğu iddiaçılara bildirilmişdir. ( İddiaçı3 isə görüşdə olmadığı üçün məktub göndərilmişdir və həmin məktub iş materiallarına əlavə edilmişdir). İddiaçılar bu məbləğlərlə razılaşmasa da, istənilən halda Saipemə invoysun göndərilməsini xahiş etmişlər, lakin invoys Saipemə göndərilməmişdir. (Hətta RDM həkimlərdən xahiş etmişdir ki, Saipemə qarşı birlikdə iddia qaldırsınlar. Bununla bağlı vəkil ilə telefon söhbətində də RDM-in nümayəndəsi vəkilə bildirmişdi.) Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlar iddiaçıların pozulmuş hüquqlarını aşkar etdikləri andan (2021-ci ilin mart ayında şübhələndikləri andan) mediasiyaya müraciət edənə qədər 7 ay, məhkəməyə müraciət edənə qədər isə 9 aydan az müddət keçmişdir. Bu da o deməkdir ki, Əmək Məcəlləsinin 296.4-cü maddəsi ilə nəzərdə tutulmuş 1 illik iddia müddəti ötürülməmiş və cavabdehin vəsatətinin təmin olunması və Mülki Məcəllənin 375.2-ci maddəsinin tətbiqi yersiz, əsassız və qanunsuz olacaqdır. (Hazırki iddianın predmeti əmək haqqları və digər ödənişlərlə bağlıdır (pul tələbi). İşə bərpa ilə bağlı tələbin həm hüquqi perspektivini, həm müddətin keçməsini öyrənən iddiaçılar bununla bağlı məhkəməyə müraciət etməmişlər. Cavabdeh birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə vəsatət verərək, müddətin ötürülməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Həmin vəsatət müzakirə edilmiş və proses iştirakçılarının bununla bağlı fikri dinlənilmişdir. Hazırki apellyasiya şikayətində də cavabdeh iddia müddətinin tətbiqinin vacibliyi ilə bağlı müxtəlif qərarları misal gətirir, lakin iddia müddətinin ötürülməsi ilə bağlı konkret hansı sübutun birinci instansiya məhkəməsinə təqdim etdiyini qeyd edə bilmir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Cavabdeh hesab edir ki, iddiaçılar öz hüquqlarının pozulması barədə əvvəldən bilməli idilər, çünki onlarla dəfələrlə əmək müqaviləsi bağlanmışdır. Lakin cavabdeh nəzərə almır ki, iddiaçıların tələbi əmək haqqların düzgün hesablanmaması ilə (pul tələbi ilə) bağlı olduğundan, hər ay normadan artıq işlədikləri səbəbindən əmək haqqılarına hər ay müxtəlif məbləğdə artımlar tətbiq edilməklə bank kartlarına köçürülən əmək haqqılarının məbləği hər zaman fərqli və kifayət qədər yüksək olmuşdur. Məsələn, əmək müqaviləsinə əsasən 2800 manat tarif (vəzifə) maaşı nəzərdə tutulan işçi 6000-7000 AZN əmək haqqı alırdı. Bundan başqa iddiaçıların ağlına da gəməzdi ki, Saipem və RDM kimi böyük və nüfuzlu İşəgötürənlər bu cür strateji baxımdan əhəmiyyətli layihələrdə (işlərdə) əmək haqqların ödənilməsi ilə bağlı səhvlərə yol verər. O ki qaldı işçilərlə bağlanmış əmək müqavilələrinə, heç bir müqavilənin bağlanması işəgötürən tərəfindən əmək haqqlarının səhv hesablanması və bu haqda iddiaçıların bilmələrini sübut etmir. Qeyd olunan auditor rəyinə əsasən 2018-2020-ci illər ərzində Saipem şirkəti RDM-ə 1.295.655,56 manat (bir milyon iki yüz doxsan beş min altı yüz əlli beş manat əlli altı qəp.) məbləğində əksik ödəmə etmişdir.” (iddia ərizəsi iş materiallarına əlavə olunub, bu iş üzrə iddiaçılar kommersiya məhkəməsinin icraatında olan prosesdə üçüncü şəxs qismində çıxış etdiklərinə görə iddia ərizəsinin surəti həkimlərə verilmişdir). Cavabdehin öz səhvlərindən xəbəri olmadığı halda iddiaçıların bu səhvlərdən əvvəldən necə xəbəri ola bilərdi? Cavabdeh, Saipemin “göstərişi” və RDM ilə bağlanmış Əməkdaşlıq Müqaviləsi və ona edilmiş Əlavələrə əsasən, Saipemin nəzarəti altında olan və Saipem tərəfindən cavabdehə təqdim olunan paysliplər və timesheetlər əsasında Saipemə invoys verirdi və ödəniləcək məbləğ Saipem tərəfindən cavabdehə ödənilirdi. İddiaçılar onlara ödənilməli olan artımlardan kifayət qədər xəbərdar deyildilər və bu məlumatı hətta vəkilin sorğusuna əsasən nə cavabdehdən, nə Saipemdən ala bilmirdilər (bu sübutlar məhkəmənin sorğuları və israrlı tələbləri nəticəsində üzə çıxmışdı). Bu şəraitdə işçilərin pozulmuş hüquqları, tam ödənilməmiş əmək haqqları ilə bağlı əvvəldən bilmələri ehtimalı özünü doğrultmur. Bu prosesdə isə məhkəmə müddətin ötürülmədiyini müəyyən etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddianın qismən də olsa təmin edilməsi iddia müddəti ilə bağlı cavabdehin vəsatətinin əsassız olduğunu göstərir. Cavabdehin apellyasiya şikayətində iddia müddəti ilə bağlı istinad etdiyi heç bir normativ aktlar, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum Qərarları, Avropa Məhkəməsinin presedentləri iddia müddətinin tətbiqinin vacibliyini vurğulamaqla yanaşı, qanunun birbaşa göstərişinə fikir vermədən, iddia müddətinin axımını nəzərə almamaq kimi müddəa nəzərdə tutmur və belə bir istiqamətverici yanaşma sərgiləmir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki için qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi qərarlarda da iddia müddətinin düzgün tətbiqinin əhəmiyyəti vurğulanır). Yəni bu o deməkdir ki, məhkəmələr iddia müddətlərini düzgün tətbiq etməlidir, lakin bu, ötürülməmiş iddia müddətlərini heç bir sənəd və sübut olmadan yalnız cavabdehin vəsatəti ilə tətbiq etmək anlamına gəlmir. Bu prosesdə məhkəmə, iddia müddətinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsinin həlledici əhəmiyyət kəsb etdiyini nəzərə alaraq qərar qəbul etmişdir. Belə ki, bu məqamın yanlış müəyyən edilməsinin iddia müddətini suni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola biləcəyindən və eləcə də Konstitusiya Məhkəməsinin qərarlarından təkcə cavabdeh deyil, məhkəmə də xəbərdardır. Beləliklə, hazırki prosesdə iddia müddəti ötürülsəydi məhkəmə cavabdehin vəsatətinə əsasən iddia müddətini tətbiq edərdi. Bundan əlavə, əmək haqqı pul şəklində olaraq işçinin əmlakı sayılır. AR Mülki Məcəlləsinin 135-ci maddəsinə əsasən pul əşya sayılır, əmlak isə istənilər əşyaların və qeyri - maddi nemətlərin toplusudur. Eləcə də işçi öz əmək haqqısının mülkiyyətçisidir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə olunur. İddiaçıların əmək haqqlarının düzgün hesablanmaması və son nəticədə verilməməsi onların əmək haqqlarından məhrum edilməsinə gətirib çıxarıb və deməli onların mülkiyət hüquqları (sahiblik, istifadə və sərəncam hüquqları) birmənalı olaraq pozulmuşdur; İddiaçıların hazırki iddiaları adi pul tələbi deyil, mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılması, İddiaçıların mülkiyyət hüquqlarının bərpa edilməsinə yönəlmiş iddia tələbləridir. Belə olan halda bu tələblərə iddia müddətlərinin tətbiqi ümumiyyətlə düzgün deyil. AR Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddətləri tətbiq edilmir. 6.2. Cavabdeh Əmək Məcəlləsinini 89.1-ci maddəsinin pozulmasını qeyd edərək, şikayətində göstərir ki, işçilərə treninqlərdə (təlimlərdə) olduğu günlərdə əmək haqqı və əlavələr hesablana bilməz. Əvvəlcə onu qeyd etmək lazımdır ki, iddiaçılar treninqlərlə bağlı tələb irəli sürməmiş və bu məsələ iddia predmetinə daxil deyil. Birinci instansiya məhkəməsində cavabdeh bununla bağlı məsələ qaldırmamışdır. (İddia ərizəsinə etiraz ümumiyyətlə verilməmişdir). İddia predmetinə daxil olmayan məsələ məhkəmədə araşdırılmamış, məhkəmə qətnaməsində əks olunmamış və bununla bağlı iddiaçılara hansısa məbləqlərin ödənilməsi nəzərdə tutulmamışdır. Belə olan halda apellyasiya şikayətində bu məsələnin maddi hüquq normasının pozulmasını sübut edən dəlil kimi qeyd olunması prosessual baxımdan yanlışdır. Lakin prosessual məsələləri kənara qoyub, cavabdehin treninqlərlə bağlı şikayətinin mənasına gəldikdə aşağıdakıları məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istərdik. Birincisi, iddia predmetinə daxil olmayan və məhkəmə tərəfindən araşdırılmayan məsələ ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən ƏM-nin 89-cu maddəsinin hansı formada pozulduğu aydın deyil. Cavabdehin apellyasiya şikayətində göstərdiyi “işçilərə treninqlərdə olduğu günlərdə əmək haqqı və əlavələr hesablana bilməz” fikrinə, burada ehtimal etmək olar ki, cavabdeh keçmişdə işçilərinə ödədiyi hansısa ödəmələrdən peşimandır və hazırda bir növ əvvəl ödənilmiş məbləğlərlə özünün və Saipemin səhvləri nəticəsində əmələ gəlmiş borcu əvəzləşdirməyə çalışır. Bu əvəzləşmənin mümkün olmadığını aşkar etmək üçün qanundan savayı Əmək Müqaviləsinin 5.1-ci maddəsinə nəzər salmaq kifayətdir. Belə ki, həmin maddədə konkret olaraq göstərilir ki, tərəflər qarşılıqlı razılığa gəlirlər ki, zəruri hallarda işçi növbələr arası istirahət dövründə təlimdə iştirak etdiyi vaxta mütənasib olaraq aylıq tarif (vəzifə) maaşı əsasında hesablanan əmək haqqı ödənilir. Yəni bu razılaşma təlim günlərinin ödənişini göstərir və bu təlimlərə işçinin növbələr arası istirahət dövründə cəlb olunacağını bildirir (faktiki olaraq tərəflər razılaşır ki, işçi həmin günlər istirahət etmir və təlimlərdə iştirak etdiyinə görə mütənasib olaraq əmək haqqı alır). 6.3. Cavabdeh Məhkəmə qətnaməsi haqqında AR Ali Məhkəməsi Plenumunun 4 nömrəli xx.xx.2005-ci il tarixli Qərarının 6.2, 6.3-cü bəndlərinin maddi hüquq norması kimi pozulduğunu qeyd edir. Faktiki olaraq cavabdeh burada qətnamənin məzmunu ilə bağlı iradını bildirir. 6.3.1. Qeyd olunmalıdır ki, Ali Məhkəmənin Plenum Qərarları maddi hüquq norması sayılmır. Belə ki, hüquq normasının öz ümumi və xüsusi əlamətləri var və Ali Məhkəmənin Plenum Qərarları hüquq norması kateqoriyasına adi edilmir. (Dövlət hüquq nəzəriyyəsinə əsasən, hüquq norması - yalnız dövlət tərəfindən qəbul edilən, rəsmi ifadə olunan sosial normadır, digər sosial normalardan öz formal müəyyənliyi ilə seçilir, yəni o dövlət tərəfindən müəyyən qaydada verilir və sanksiyalaşdırılır. Məsələn, qanun və ya qanun qüvvəli normativ-hüquqi akt şəklində, müqavilə və s. Hüquq norması - dövlətin məcburetmə qüvvəsi ilə mühafizə olunur, onun realizəsi üçün tədbir görülür). Ali Məhkəmənin Qərarları məhkəmə təcrübəsinin formalaşması üçün və qanunvericiliyin düzgün tətbiqi üçün mühüm əhəmiyyət kəsb edən, məhkəmələrə istiqamət verən, məhkəmələr tərəfindən rəhbər tutulması vacib olan Qərarlardır. Apellyasiya şikayətində istinad edilən Ali Məhkəmənin Plenum Qərarında göstərilən məqamlar prosessual qanunuvericiliyə uyğun olduğuna görə (məsələn, MPM-nin 220-ci maddəsinə) birmənalı olaraq məhkəmələr tərəfindən icra olunmalıdır. Burada həm də onu qeyd etməliyik ki, birinci instansiya məhkəməsi təkcə cavabdehin deyil, iddiaçıların da təqdim etdiyi bir çox sənədləri qətnamədə sadalamamışdır. Lakin bu hal məhkəmə tərəfindən maddi hüquq normasının pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, MPM-in 386-cı maddəsinə əsasən “Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin”. Qətnamənin məzmununa nəzər saldıqda görürük ki, qətnamənin məzmunu MPM-nin 220 -ci maddəsində əks olunan əksər tələblərə cavab verir. Yalnız 220.4-cü maddəsinin birinci cümləsinin bir qismi tam təmin olunmamışdır. Həmin maddəyə əsasən “Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir”. Məhkəməyə təqdim olunmuş bütün qanuni yollarla əldə olunmuş sübutlar məhkəmə tərəfindən uzun müddət, diqqətlə və ətraflı araşdırılmış və tədqiq edilmişdir. Bütün sübutların məhkəmə qətnaməsində göstərilməməsi təəsüf hissi doğursa da, məhkəmə Ali Məhkəmənin Plenum Qərarının 6.2, 6.3cü maddəsində göstərilən “...Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslardırdığı sübutlar...., məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir” hissəsini rəhbər tutaraq, məhkəmə prosesinin əldə etdiyi bir neçə sənədi qətnamədə sadalamamışdır. MPM-nin 220.4-cü maddəsinin digər qismini yalnız tərəflərin izahatlarında göstərmişdir. Lakin bu, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının pozulması kimi qiymətləndirilə bilməz. 6.3.2. Məhkəmənin hansı sübutlarla gəldiyi nəticəni əsaslandırması (ekspertiza rəyi yoxsa auditor rəyi ilə, Nazirliyin məktubu yoxsa rəsmi imzalanmış əmrlərlə və s.) işə baxan məhkəmənin səlahiyyətinə daxildir və bunu Mülki Prosessual Məcəllənin tələblərinə zidd hesab etmək olmaz. Belə ki, MPM-nin 217-220-ci maddələri təmin olunmuş, ancaq 220.4-cü maddəsinin birinci cümləsinin kiçik bir qismi qətnamənin məzmununda tam əks olunmamışdır, lakin bu maddi hüquq normasının deyil, prosessual hüquq normasının tam təmin olunmaması hesab edilir və qətnamənin ləğvi üçün əsas ola bilməz (ən azı ona görə ki, bütün sənədlər məhkəmədə ətraflı araşdırılmış və iş materiallarına daxil edilmişdir və yalnız bütün sənədlərin sadalanmamasına görə, kiçik, əhəmiyyətsiz və formal əsaslarla qətnamənin ləğvi qanuna uyğun deyil). MPM-nin 387.3-cü maddəsinə əsasən yalnız MPM-nin 387.2.1.- 387.2.9-cu maddələrində göstərilən prosessual pozuntular kobud pozuntular hesab olunur. MPM-nin 387.1 -ci maddəsində deyilir: “ Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun”. Məhkəmə qətnaməsinin məzmununda yer almış (MPMin 220.4-cü maddəsinin bir cümləsinin bir hissəsi) prosessual natamamlıq kobud pozuntu hesab olunmur və iş üzrə səhv qətnamənin çıxarılmasına səbəb olmamışdır. 6.3.3. Cavabdeh iki məktubun və auditor rəyinin məhkəmə qətnaməsində sadalanmamasını qeyd edir. Cavabdehin bu şikayətinə əsasən məhkəmə qətnaməsində hansısa sənədlərin sadalanmaması məhkəmə tərəfindən maddi hüquq normasının pozulması kimi deyil, ən pis halda prosessual normanın pozulması hesab edilə bilər. Qeyd olunmalıdır ki, sübutların mötəbərliyini təmin etmək üçün onların əldə edilməsi, rəsmiləşdirilməsi və işə əlavə olunması ilə bağlı qanunvericiliyin tələblərinə riayət ediməlidir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi iki məktubuna (17 dekabr 2021-ci il tarixli məktuba -bu etirazın 6.4.2-ci bəndində, 29 aprel 2022-ci il tarixli məktuba - bu etirazın 6.5.3-cü bəndində) münasibət bildirmişik. O ki qaldı cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli Auditor rəyinə, bu rəylə bağlı rəyi tərtib edən auditorun prosesdən bir il əvvəl eyni mövzu üzərində verdiyi rəyi ilə 2022-ci ilin sentyabr ayında məhkəməyə təqdim etmək üçün hazırladığı rəylərin müqayisəvi təhlilin və ümumiyyətlə tarixçəsinin iş üçün əhəmiyyətli olan hissəsini məhkəmənin diqqətinə çatdırmaq istəyirik. 22 sentyabr 2022-ci il tarixli auditor rəyini tərtib edən auditor Səməd İskəndərov 2021ci ilin iyul-sentyabr aylarında da eyni hesablamanı aparmış və bütün iddiaçılara RDM-in onlara (işçilərə) olan borcu haqqında məlumat vermişdi. Bu fakt təkcə iddiaçıların izahatları ilə deyil, eləcə də RDM-in İddiaçı3 yazdığı məktub və göndərdiyi hesablama ilə təsdiq edilmişdir (məktubun surəti iş materiallarında var). Bundan əlavə həm xx.xx.2022, həm xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclaslarında bu faktı RDM-in nümayəndəsi və auditor təsdiq etmişlər. Auditorun 2021-ci ildə apardığı hesablamalara əsasən RDM-in İddiaçı6 192 min manat, İddiaçı3 138 min manat, Əfqan Ağagulova 129 min manat, İddiaçı4 142 min manat, İddiaçı1 106 min manat, İddiaçı2 73 min manat, Rauf İakəndərliyə isə 155 min manat məbləğində borcun olduğu iddiaçılara bildirilmişdir. 23 sentyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında hakim tərəfindən 2021-ci ildə aparılmış hesablamalar nəticəsində tərtib olunmuş rəyin məhkəməyə təqdim olunması tələb olunmuşdur. Buna baxmayaraq, RDM yeni rəy və hesabatları 26 sentyabr tarixində məhkəməyə təqdim etdiyi halda, 1 il bundan əvvəl tərtib olunmuş və hazır olan hesabatı məhkəməyə təqdim etməmişdir. Bundan əlavə eyni fakt RDM-in digər bir məhkəmə prosesinə tərtib etdiyi və Kommersiya Məhkəməsinin icraatında olan mülki iş üzrə iddia ərizəsində də təsdiq edilmişdir (RDM Saipeme qarşı Kommersiya Məhkəməsində qaldırdığı və həkimlərə ödənilməmiş əmək haqqılarının tələb olunmasına dair). RDM-in iddia ərizəsində hazırki prosesdə iştirak edən iddiaçıların tələbləri və həmin tələblərin əsasları öz əksini tapmışdır (həmin kommersiya prosesində bu iş üzrə İddiaçılar 3-cü şəxs qismində çıxış etdiklərinə görə iddia ərizəsinin surətini almağa müvəffəq olmuşlar). İddia ərizəsində yazılır: “Lakin sonradan qeyd olunan tibb işçiləri müraciət edərək onlara əmək haqqı və əlavələrinin düzgün hesablanmadığını və ödənişlərin düzgün həyata keçrilmədiyini bildirmişlər. Bununla əlaqədar müstəqil auditor cəlb olunmuş və qeyd olunan işçilərin əmək haqqları və əlavələrinin AR qanunvericiliyinə uyğun olaraq hesablanmadığı və şirkətə ödənilmədiyi aşkar olmuşdu. Qeyd olunan auditor rəyinə əsasən 2018-2020-ci illər ərzində Saipem şirkəti RDM-ə 1.295.655,56 manat məbləğində əksik ödəmə etmişdir.” (iddia ərizəsi iş materiallarına əlavə olunub). Bütün bunları cavabdeh eyni auditorun eyni rəyinə əsasən məhkəmədə iddia edir və iddiaçıların tələblərini təsdiq edir. Deməli cavabdeh Auditorun eyni əsaslarla əvvəl tərtib etdiyi rəyi ilə iddia qaldırır, bu prosesdə isə həmin rəyi danaraq, eyni zamanda gedən bu məhkəmə prosesində isə eyni əsaslarla və eyni işçilərin əmək haqqları ilə bağlı başqa bir (tamamilə fərqli) rəy təqdim edir və əvvəlki rəyi “Auditor xidməti haqqında” AR qanunun 13-cü maddəsinə zidd olaraq məhkəməyə gətirib çıxarmır. Beləliklə, auditor bir məsələ üzrə eyni sənədlər əsasında müxtəlif rəylər ve müxtəlif hesablamalar verir və bu fakt onun peşəkarlığını şübhə altına salmaqdan başqa, təqdim etdiyi rəyin həqiqətə uyğun olmaması, sübut kimi mötəbərlik kriteriyalarına cavab verməməsi barədə məhkəmədə əsaslı şübhələr yaradır. Məhkəmə qətnaməsinin auditor rəyinə əsaslanmamasının bir səbəbi də ondan ibarətdir ki, auditor rəyində məhkəməni maraqlandıran bir sıra məqamlar əks olunmamışdır. Məhkəmənin təşəbbüsü ilə təyin olunmuş ekspertiza rəyində isə həm məhkəmənin, həm tərəflərin maraqlandığı suallar cəmlənmişdir. Ekspert Rəyində əmək haqqı üzrə borclar İddiaçıların tələblərindən xeyli aşağı məbləğdə göstərilmişdir. Məhkəmə tərəflərin təqdim etdiyi hesablamalara əsasən deyil, bütün sübutları məcmu halında ekspert rəyi ilə yanaşı qiymətləndirdikdən sonra ekspert rəyini əsas götürərək, qərar qəbul etmişdir. 6.4. Cavabdeh birinci instansiya məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 144.3-cü maddəsinin pozulduğunu iddia edir və buna sübut kimi qeyd edir ki, iddiaçılar əlavə məzuniyyətə görə kompensasiyanın alınması ilə bağlı cavabdehə müraciət etməmişdir və buna görə ƏM-nin 144.3-cü maddəsinə əsasən iddiaçılara kompensasiyanın ödənilməməsində cavabdeh haqlıdır. 6.4.1. İlk növbədə onu qeyd etməliyik ki, iddiaçılar kompensasiya ilə bağlı deyil, əlavə məzuniyyətlərinin qanuna uyğun olaraq (ƏM-nin 136-cı maddəsinə əsasən) əsas məzuniyyətlə birlikdə verilməsini cavabdehdən rəsmi surətdə xahiş etmişdir, lakin işəgötürən məzuniyyətin verilməsini təmin etməmişdir. Cavabdeh Əmək Məcəlləsinin 143 və 144-cü maddələrinin tətbiqindən söz açanda həm maddələrin tələblərinə, həm iş üzrə inkaredilməz sübutlara (iddiaçıların cavabdehə rəsmi müraciətlərinə, cavabdehin dərkənarı ilə qeydiyyata alınmış ərizələrinə və s.) diqqət yetirməlidir. Belə ki, Əmək Məcəlləsinin 143-cü maddəsində deyilir: 143.1.Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. 143.2. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Beləliklə, yalnız işçi məzuniyyətdən istifadə etmək istəmədikdə ƏM-nin 144-cü maddənin tətbiqindən danışmaq olar. İddiaçılar işdən çıxmamışdan əvvəl işəgötürənə rəsmi müraciət edərək, məzuniyyətlərinin verilməsini istəmişlər (iş materiallarında iddiaçıların ərizələri var), lakin onlara məzuniyyətlərin verilməsində imtina olunmuşdur. Birinci instansiya məhkəməsi iş materiallarına uyğun olaraq təhlil aparmış və iddiaçılar tərəfindən məhkəməyə təqdim olunmuş sübutlara qiymət verdikdən sonra qərar qəbul etmişdir. Belə ki, Əmək Məcəlləsinin 136-cı maddəsinə əsasən əsas məzuniyyət əlavə məzuniyyətlərlə birlikdə verilməlidir. Mübahisəsiz haldır ki, İddiaçılar cavadehdə əsas məzuniyyətləri ilə birlikdə əlavə məzuniyyətlərinin verilməsini xahiş etmiş və bu istəklərini rəsmi olaraq bildirmişlər, lakin onların xahişi təmin olunmamışdır. Məhkəmə olanlara və rəsmi sənədlərə müvafiq qiymət vermiş və hesab etmişdir ki, ƏM-nin 144-cü maddəsinin tətbiqindən söz gedə bilməz. Əmək Məcəlləsinin 144.3-cü maddəsinə əsasən “Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir”. İşçilər pul əvəzi deyil, qanunla nəzərdə tutulan məzuniyyətlərini istəmişlər. Bundan əlavə olaraq qeyd edilməlidir ki, iş üzrə vacib sübutlardan biri sayılan ekspert rəyində məzuniyyət üçün kompensasiya deyil məzuniyyət pulu hesablanıb. İddia təlləbində də İddiaçılara əlavə məzuniyyət verilmədiyindən onlar öz əmək hüquqlarının pozulduğuna görə zərərin əvəzini tələb etməkdə tam haqlıdırlar, çünki onlar ƏM-nin 144-cü maddəsi ilə nəzərdə tutulan pul əvəzi (kompensasiya) deyil, qanunsuz hərəkətlər nəticəsində itirdikləri vəsaiti tələb edirlər. Beləliklə iddiaçılar əlavə məzuniyyətlərini əsas məzuniyyətlə birlikdə verilməsini istədiklərinə və ərizə verdiklərinə görə birinci instansiya məhkəməsi ƏM-nin 143-cü maddəsini nəzərə alıb, ƏM-nin 144-cü maddəsinin tətbiqinə əsas görməyib, kompensasiya deyil, məzuniyyət pulunun tutulmasını ədalətli hesab edib. Əks halda, əgər işçilər işdən çıxmamışdan əvvəl işəgötürənə müraciət etməsəydilər və yaxud şifahi olaraq istəyərək, məhkəməyə sübut təqdim edə bilməsəydilər, ƏM-nin 144-cü maddəsi tətbiq edilərək, iddiaçılara “məzuniyyətə görə pul əvəzi verilmir” müddəasına əsasən bu vəsaitlərin ödənilməsi barədə qərar qəbul olunmazdı. 6.4.2. Cavabdeh eləcə də illər ərzində çaparaq saatların sayı 500 saatı keçdiyi üçün işçilərə hər iş ili üçün əlavə 30 gün məzuniyyət verilməsi barədə məhkəmənin gəldiyi qənaətini əsassız sayır. Cavabdeh bu fikri onunla əsaslandırır ki, çaparaq saatlar tibb işçilərinin hava nəqliyyatında uçuş saatlarını ehtiva edir. AR Nazirlər Kabinetinin 05 iyul 2004-cü il tarixli 92 saylı Qərarı ilə "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı" təsdiq edilmişdir. Həmin Qərarın XXXVİİ bölməsinin 176-cı bəndinə əsasən illər ərzində çaparaq saatlar 500 saatı keçdikdə işçilərə hər iş ili üçün əlavə 30 gün məzuniyyət verilməlidir. Nazirlər Kabinetinin 5 iyul 2004-cü il tarixli 92 saylı Qərarına əsasən illər ərzində saatlar 500 saatı keçdikdə işçilərə hər iş ili üçün əlavə 30 gün məzuniyyət verilməlidir. Nazirlər Kabinetinin qərarında bu məqam birmənalı və çox aydın qeyd olunub. Belə ki, iddiaçılara 30 gün əlavə məzuniyyət hüququ verən 176-cı bənd həmin Qərarın XXXVİİ bölməsinə aiddir. Bölmənin adı “Səhiyyə”göstərilib. 176-cı bənd isə “Tibb, sosial təminat və maarif müəssisələrinin tibb işçilərinin ümumi peşələri” alt qrupuna aiddir və “İş ili ərzində aşağıdakı çaparaq saatlar zamanı həkim, feldşer və tibb bacısı” adlandırılır. Cavabdehin qeyd etdiyi ƏƏSMN-nin xx.xx.20221-ci il tarixli məktubunda isə göstərilmişdir ki, dəqiqləşdirmələrə əsasən bu hissədə göstərilən saatlar qeyd edilən tibb işçilərinin hava nəqliyyatında uçuş saatlarını ehtiva edir” . Qərarın mətninə baxdıqda görünür ki, burada heç bir yerdə “hava nəqliyyatında uçuş”dan söhbət getmir. Bundan əlavə, ƏƏSMN-nin məktubunda hansı dəqiqləşdirmədən (hansı sənədə əsaslanaraq) bəhs edildiyi aydın deyil. ƏƏSM Nazirliyinin normativ sənədlərdə əks olunan terminə verdiyi özünəməxsus və uydurma “şərh”və “izahları” məhkəmə tərəfindən rəsmi şərh kimi qəbul edilə bilməz. Bundan əlavə onu qeyd etmək istəyirik ki, Nazirlər Kabinetinin həmin rəyi o qədər aydır və birmənalıdır ki, onu başqa cür anlamaq mümkün deyil. Bunu təsdiq edən məqam ondan ibarətdir ki, hava nəqliyyatında uçuş saatlarına yeganə aid olan hissə NK-nin 92 saylı Qərarının XL bölməsinin 187-ci bəndində göstərilib:” Təyyarə bortunda bilavasitə məşğul olan müəssisə və təşkilatların işçiləri iş ili ərzində aşağıdakı uçuş saatları hesabında“. Bu da o deməkdir ki, 176-cı bənd hava nəqliyyatında uçuş saatlarına aid olsaydı həmin bənddə konkret olaraq məhz o cür yazılardı. Beləliklə, cavabdehin “çaparaq saatlar tibb işçilərinin hava nəqliyyatında uçuş saatlarını ehtiva edir” cümləsi hüquqi baxımdan tamamilə yanlış, heç bir notmativ sənədə əsaslanmayan fikri ifadə edir, bu fikrin əsaslandığı məktubda verilən “izah” isə əsassız olduğundan rəsmi şərh kimi qəbul edilə bilməz, və bu səbəbdən mötəbər sübutlar sırasında olması mümkün deyil. İddiaçılar hesab edir ki, məhz bu səbəbdən birinci instansiya məhkəməsi həmin məktuba istinad etməmişdir. 6.5. Cavabdeh ƏM-nin 54.1, 154.1, 157-ci maddələrinin pozulduğunu, Nazirlər Kabinetinin 137 saylı qərarı ilə bağlı nəzərdə tutulmuş 1.04 əmsalın iddiaçıların əmək haqqlarına tətbiqini işin hallarına uyğun olmadığını və əsassız olduğunu hesab edir və eləcə də işçilərin bir saatlıq tarif maaşını müəyyən etmək üçün formula təqdim edir. 6.5.1. Əvvəlcə onu qeyd edək ki, 1.04 artım əmsalının İddiaçılara ümumiyyətlə ödənilməməsi onlara məhkəmə prosesində məlum olduğundan, İddiaçıların iddia tələblərini MPM-nin 53-cü maddəsinə əsasən dəyişdirmiş və 1.04 əmsalının bütün faktiki iş saatlarına (12 saata) tətbiq olunmasını məhkəmədən xahiş etmişlər. İş üzrə keçirilən məhkəmə ekspertizasının nəticəsi kimi məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli ekspert rəyində də 1.04 əmsalın bütün faktiki iş saatlarına tətbiq edilməsi göstərilmiş, lakin 1.04 əmsalın nəzərə alınması ilə, artımın cavabdeh tərəfindən necə ödənilməsi qaydası müqavilələrdə öz əksini tapmadığı üçün, Ekspertiza rəyində Əmək Müqavilələrinin 5.2-ci maddəsi əsas tutulmuşdur. Belə ki, Əmək Müqaviləsinin 5-ci maddəsinin (“Əmək haqqının məbləği və digər ödəmə şərtləri”) 2-ci bəndində deyilir: “İşçi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində nəzərdə tutulan bütün təzminatlarla təmin edilmə hüquqlarına malikdir”. Tarif maaşına artım əmsalının necə təyin və tətbiq olunması “İş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraitinin ağır və zərərliyinin qiymətləndirilməsi Metodikası”na əsasən aparılır. Həmin Metodikanın 8 -ci maddəsinə əsasən Tarif (vəzifə) maaşına artım əmsalı konkret iş yeri üzrə təyin olunur və işçinin bu iş yerində yalnız faktiki iş vaxtı (növbəsi) olduğu müddət üçün tətbiq edilir. İşçilərin növbədəki iş saatları 12 saat olmuşdur və deməli 12 saat tam nəzərə alınmalıdır. Beləliklə, ekspert 1.04 əmsalını nəzərə almaqla artımı hesablayanda işçinin faktiki iş vaxtı, yəni 12 saatlıq bütün növbəsini nəzərə almışdır. Cavabdehin bu məbləğin yüksək olması ilə bağlı fikri ilə razı olmaq üçün iş üzrə bütün halları və sübutları inkar etmək lazımdır. Məhkəmə, konkret olaraq İddiaçıların spesifik iş rejimini, maaşlarını, istehsalat normasından qat-qat artıq işləmələrini, cavabdeh və üçüncü şəxs tərəfindən yol verilmiş bir sıra ciddi qanun pozuntularını nəzərə almayaraq, 7 nəfər həkim mütəxəssisin 3 ildə alacağı məbləği işəgötürənin subyektiv fikri ilə yüksək hesab etməsinə əsaslanaraq, ekspert rəyini görməzdən gəlib iddianı rədd edə bilməzdi. 6.5.2. Digər tərəfdən cavabdeh hesab edir ki, 1.04 əmsalı yalnız əmək müqaviləsində göstərilən sabit maaş məbləğinə tətbiq olunmalıdır. Lakin cavabdeh Əmək Məcəlləsinin 157-ci maddəsini (Maddə 157. Əməyin ödənilməsi sistemi və növləri 1. İşçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. ) və işçilərin əməyinin vaxtamuzd ödənilmə sistemi ilə aparıldığını nəzərə almır və belə hesab edir ki, işçilər bir ayda normal iş günləri və normal iş saatları çalışırlar. Cavabdeh məhz bu səbəbdən İddiaçıların əmək haqqlarına ancaq əmək müqaviləsində göstərilən tarif maaşını daxil edir, əlavələrin daxil olmasını nəzərə almır. İşçilərin İşəgötürən tərəfindən təyin etdiyi iş rejiminə nəzər yetirdikdə çox asan başa düşülür ki, işçi ay ərzində nə normal iş günü, nə də bir gündə normal iş saatları çalışmır. Belə ki, işçi dənizdə növbəli iş üsulu ilə, vaxta müddəti 30 gündən çox olmayan müxtəlif müddətli vaxta və vaxtalararası istirahət günləri müəyyənləşdirilən vaxta rejimi tətbiq edilməklə və gündəlik iş vaxtının müddəti 12 saatdan artıq olmamaqla işləyir (Əmək Müqaviləsinin 4.3 və 4.4-cü maddələri). Deməli, aylıq maaş alan vaxtamuzd işçinin bir günlük tarif (vəzifə) maaşı onun bir saatlıq tarif (vəzifə) maaşının həmin gündəki iş saatlarına hasili yolu ilə tapıla bilər. Bir saatlıq tarif (vəzifə) maaşı isə aylıq tarif (vəzifə) maaşının aylıq norma saatlarına bölünməsi yolu ilə tapılır. Çünki Əmək Məcəlləsinin 157-ci maddəsinin 4-c hissəsinə görə Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Eləcə də Əmək Məcəlləsinin 160-cı maddəsinə əsasən “Vaxtamuzd işçi eyni zamanda müxtəlif işlər, vəzifələr, peşələr və ya ixtisas dərəcələri üzrə əmək vəzifələrini yerinə yetirdikdə, habelə müəyyən edilmiş normalardan artıq dəzgaha, maşına, aparata xidmət etdikdə, onun əməyi daha yüksək haqq verilən ixtisas (peşə) dərəcələri, tarif (vəzifə) maaşları üzrə ödənilir və əmək haqqına əlavə müəyyən edilir”.6.5.3. Daha sonra cavabdeh qeyd edir ki, Saipemin gəmilərində çalışan həkimlərin əmək haqqlarına Nazirlət Kabinetinin 137 sayıı qərarı ilə nəzərdə tutulmuş zərərliyə görə əmsal ümumiyyətlə tətbiq edilməməlidir. AR Nazirlər Kabinetinin 22 avqust 2002-ci il 137 saylı Qərarının 1 -ci bölməsinə və AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 04 dekabr 2002 tarixli 15-4 nörməli qərarı ilə təsdiq edilən “İş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraitinin ağır və zərərliliyinin qiymətləndirilməsi Metodikası”nın 8-ci bölməsinə əsasən, iş yerlərinin zərərliyinin səviyyəsi müəyyən edilmiş və həmin səviyyələrə uyğun əmsallar nəzərdə tutulmuşdur. Məhkəmədə (Saipem attestasiya nəticələrini məhkəmənin sorğusuna əsasən məhkəməyə təqdim etmişdi) müəyyən olunmuşdur ki, attestasiya zamanı həkimlərin iş yerlərinin zərərliyi ilə əmsallar konkret olaraq göstərilməmiş, lakin “həkimlər” qrafasının qarşısında “1” rəqəmi yazılmışdır. Bu da o deməkdir ki, ən aşağı əmsal (1.04) tətbiq olunmalıdır. Cavabdeh bu məsələdə öz mövqeyini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 aprel 2022-ci il tarixli **********0 saylı izahat məktubu ilə əsaslandırır. (Əvvəla onu qeyd etmək lazımdır ki, bu izah məktubu hazırki məhkəmə prosesində statusu məlum olmayan X16 elektron ünvanına göndərilən məktubdur; hansı proses iştirakçısının və ya məhkəmənin hansı sorğusuna əsasən yazılması, cavabdeh tərəfindən hansı prosessual normalara əsasən məhkəməyə təqdim olunduğu bəlli deyil. Bu məktubun maddi hüquq normasının pozulması kimi apellyasiya şikayətində göstərilməsi də yanlışdır). Bununla belə cavabdehin məhkəməyə gec də olsa təqdim etdiyi bu məktub İddiaçıların bu məsələdə tamamilə haqlı olduğunu göstərir. Belə ki, məktubun mətni həm İddiaçıların, həm Ekspertin, həm də qanunun məzmunu və mahiyyəti ilə üst-üstə düşür. Cavabdehin özünün istinad etdiyi və məhkəməyə təqdim etdiyi yuxarıda qeyd olunan məktubda qeyd edilir ki, “tarif (vəzifə) maaşına artım əmsalı konkret iş yeri üzrə təyin olunur və işçinin bu iş yerində yalnız faktiki iş vaxtı(növbəsi) olduğu müddət üçün təyin edilir”. Bu qeyd, həm İddiaçıların iddia tələbində, həm də normativ sənədlərdə eyni cür ifadə edilib. Beləliklə, Cavabdeh də razılaşır ki, 1.04 artım əmsalı faktiki iş saatlarına tətbiq olunur. Bu da o deməkdir ki, vaxtamuzd işləyən işçilərin bir saatlıq tarif maaşı 1.04 əmsalı tətbiq olunmaqla ödənilməlidir. Cavabdeh böyük məbləğlərdən şikayətçidir, lakin nəzərə almır ki, 28 - 30 gün növbəsi olan işçinin faktiki iş saatı aylıq istehsalat normasından 2 dəfədən çox olur, ona görə işçilərin faktiki iş saatları çox olur və bütün faktiki iş saatlarının hamısına əmsal tətbiq olunmalıdır. Digər tərəfdən Cavabdehin göstərdiyi bu məktuba nəzər salsaq görərik ki, həmin izah məktubunda cavabdehin göstərdiyi “4” % artım deməkdir” ifadəsi ümumiyyətlə qeyd olunmayıb. Bu cür ifadə heç bir qanunda, digər normativ sənədlərdə də işlədilməyib. Məktubda göstərilir ki, “vəzifə tarif maaşina 1.04 əmsalı təyin edilmişsə....” və bundan sonra hesablama qaydası izah edilib. 6.5.4. Cavabdeh eləcə də hesab edir ki, Əmək Müqaviləsi ilə nəzərdə tutulan 1.75 dəniz əmsalının İddiaçıların işlədikləri artıq saatlara tətbiq edilməməlidir. Əmək Müqaviləsinin 5.1-ci maddəsinə əsasən İddiaçılara hər ay tarif (vəzifə) maaşından əlavə tarif maaşına sahillə əlaqə şəraitindən asılı olmayaraq artımın (maksimum əmsalın, yəni 1.75 dəniz əmsalının) ödənilməsi nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin 154-cü maddəsinin tələbinə görə tarif maaşına artım əmək haqqına aid olduğundan, həmin əmsal işçilərin işlədiyi artıq saatlara da tətbiq edilməli idi. Mübahisəsiz faktdır ki, İddiaçıların vaxta müddətinin 28 - 30 gün olduğundan iş saatlarının 4 aylıq uçotu zamanı, görülən iş istehsalat təqviminin norma saatlarından hər zaman həddindən artıq çox olmuşdur, çünki işçi gündə 12 saat işləməklə bir ayda normadan iki dəfə artıq işləyib. (Dəniz əmsalı isə (1.75) yalnız bir istehsalat normasına görə ödənilib). Əmək Müqaviləsinin 5.1-ci maddəsinə əsasən İşçilərin əmək haqqıları hesablanarkən tarif (vəzifə) maaşı həmin maaşa artımın (burada 1.75 dəniz əmsalının) tətbiq olunması ilə birlikdə (yəni artmış şəkildə) nəzərə alınmalıdır. Əmək Məcəlləsinin 154-cü maddəsinin tələbinə görə həmin artmış tarif maaşına mütənasib olaraq faktiki iş vaxtı ərzində görülən əməyin ödənişi aparılmalıdır. Faktiki iş vaxtına isə 4 aylıq normadan başqa artıq saatlar da daxil olduğundan tarif maaşına artım artıq saatlara da şamil edilməlidir. Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı ödənilmə qaydası müəyyən edilib. İddiaçılara iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün 4 ayın sonunda əmək haqqı ödənilərkən həmin artıq saatlar üçün dəniz əmsalı cavabdeh tərəfindən nəzərə alınmamışdır və bununla da əmək haqqı üzrə borclar yaranmışdır. (Ödəmələrdə 1.75 dəniz əmsalı yalnız norma saatlar üçün ödənilmişdir. Sanki qalan günlər həkimlər dənizdə (gəmidə) deyil başqa yerlərdə işləmişlər. Məsələn, 30 gündən 14 gününü dənizdə işləyib dəniz əmsalını almışlar, ayın qalan günləri isə başqa yerlərdə, gəmidən kənarda, quruda və s. işləmişlər). 6.5.5. Bundan başqa cavabdeh hesab edir ki, guya birinci instansiya məhkəməsi 1.75 dəniz əmsalının istirahət aylarında iddiaçıların əmək haqqlarına tətbiq edilməsi barədə qətnamə çıxarıb. Bununla bağlı əvvəlcə İddiaçılarla eyni məzmunda bağlanmış əmək müqavilələrinin 5.1-ci maddəsinə nəzər salırıq. Həmin maddədə deyilir: “İşçiyə hər ay manat tarif (vəzifə maaşı və tarif (vəzifə) maaşına artım (maksimal əmsal) ödənilir”. Bununla da İşəgötürən əmsalın hər ay ödənilməsini öhdəlik kimi öz üzərinə götürmuşdür. Cavabdeh isə özünün imzaladığı Əmək Müqaviləsinin 5.1-ci maddəsinin birinci cümləsinin nəzərə almır və Nazirlər Kabinetinin 137 saylı 22 avqust 2002-ci il tarixli qərarını məhkəmənin nəzərinə çatdırır. Cavabdeh nəzərə almır ki, İşəgötürən İşçi ilə müqavilə bağlayanda qanuna zidd olmayan müxtəlif imtiyazları İşçiyə verə bilər (istədiyi müavinəti, əlavə imtiyazı, müxtəlif həvəsləndirici şərtləri daxil etməklə əlavə artımlar və s.) və bununla bağlı üzərinə müxtəlif öhdəliklər götürə bilər. Tərəflər arasında bağlanmış Əmək Müqaviləsi ilə birmənalı olaraq İddiaçıların tarif maaşına 1.75 artım əmsalının hər ay hesablanması və ödənilməsi nəzərdə tutulmuşdur. Burada “hər növbə”, “hər vaxta”, “hər iş ayı”, “hər iş saatları” və digər ifadələr istifadə edilməmişdir. Digər tərəfdən, 4 ayın sonunda İşəgötürənin təyin etdiyi iş rejimində işləmiş İşçinin bütün faktiki iş saatları nəzərə alınmalı və bütün faktiki işlənmiş saatlara 1.75 tətbiq olunmalıdır. Cavabdeh isə yalnız norma saatlara tətbiq edir, sonra işçi 30 günlük istirahətə gedir, növbəti iş ayının sonunda işçiyə yenə də norma saatlara 1.75 əmsal ödənilir, artıq işlədiyi saatlara ödənilmir. Əmək Müqaviləsində isə düzgün olaraq cavabdehə öhdəlik qoyulub ki, 4 ayın sonunda ödənilməmiş saatlar qalmasın, lakin cavabdeh bu öhdəliyi yerinə yetirməyib. Əmək Müqaviləsinin 5.1-ci maddəsinin mənası ondan ibarətdir ki, faktiki olaraq, İşəgötürən yuxarıda qeyd edilən öhdəliyi üzərinə götürməklə bir ayda tam ödəmədiyi saatların ödənişini istirahət günləri düşən aylarda da (yəni uçot dövrü ərzində) ödəniş etməklə, çalışır ki, 4 ayın sonunda ödənilməmiş saatlar ya qalmasın, ya da az olsun. Cavabdeh Əmək Məcəlləsinin 164.1-ci maddəsinin düzgün tətbiq edilməməsindən şikayət edir və qeyd edir ki, məhkəmə ekspert rəyinə əsaslanıb əsassız olaraq artıq məbləğ hesablayıb. 6.6. Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci hissəsinə əsasən “İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı ... əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilməlidir”. İddiaçıların vaxta müddətinin 30 gündən çox olduğu hallarda, istirahət müddəti azaldığından, iş saatlarının 4 aylıq uçotu zamanı, görülən iş istehsalat təqviminin norma saatlarından hər zaman həddindən artıq çox olmuşdur. İddiaçılara iş aylıq (4 aylıq) normadan artıq vaxtda görüldüyünə görə maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla maaş ödənilməli idi. Yəni İşəgötürən uçot dövrünü bir ay yox, 4 ay götürməklə bir aylıq normanı keçsə də 4 aylıq normaya riayət edəcəyini öhdəlik kimi götürmüşdür. Burada normadan artıq və ya əskik işləmək anlayışı yalnız 4 aylıq normaya mütənasib söylənilə bilər. Faktiki 4 aylıq normanın keçilməsi hər uçot dövründə təkrarlanmışdır. İddiaçılara isə istirahət günlərində işləmələrinə baxmayaraq, qanuna zidd olaraq yalnız bir aylıq maaş ödənilmişdir. Cavabdeh nəzərə almır, ki SAİPEM ilə RDM arasındakı bağlanmış X1 (4-cü Əlavənin 4-cü bəndi), eləcə də Əmək Müqaviləsinin 4-cü maddəsini (İş saatları və istirahət günləri) təhlil etdikdə dəqiq başa düşülür ki, İşəgötürən yalnız bayram günlərində işi ikiqat tariflə hesablamağı öhdəlik kimi göstərmişdir, qalan həftənin 2 istirahət günlərini isə öz rejimində iş günü göstərməklə birqat hesablama aparmışdır. İşçilərin istirahət günləri isə həftənin istənilən günlərinə düşə bilər (Əmək müqaviləsinin 4.5 maddəsi). Bu, cəmlənmiş uçotun xüsusiyyətləridir, yanaşma adi iş rejimi ilə bərabər tutula bilməz və müvafiq olaraq əmək haqqı hesablanması zamanı da bu nəzərə alınmalıdır. Apellyasiya şikayətində fərqli hesablamalar misal gətirməklə, səhv fikirlər qeyd edilir. Cəmlənmiş uçotu tətbiq edərkən İşəgötürən illik iş vaxtı normasına (uyğun olaraq 4 aylıq iş vaxtı normasına) riayət etməli idi (Əmək Müqaviləsinin 4.3-cü maddəsi). 30 gündən sonra İşəgötürən nəinki İşçini onun üçün təyin edilmiş istirahət günlərində işlətmiş (buna görə başqa vaxt istirahət belə nəzərdə tutmamışdır), hətta uçot dövründə növbə pozğunluğu yaradaraq faktiki iş saatlarının da miqdarının normadan qat-qat artıq olmasına yol vermişdir. Bu işçilərin tabel cədvəllərində də aydın əks olunmuşdur. İşçilərin istirahət günlərinə düşən əməyin ödənişi Əmək Məcəlləsinin 109-cu maddəsi əsas götürülərək Əmək Məcəlləsinin 164-cü maddəsinə uyğun (“əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla”) aparılmalı idi. 4 ayın sonunda isə İşəgötürənin təyin etdiyi iş rejimində işləmiş İşçinin bütün faktiki iş saatları nəzərə alınmalı, onlardan yalnız İşəgötürənin qeyri iş günü hesab etdiyi günlərdə (istehsalat təqvimində də 0 saat olan) görülən iş saatları həmin ay maaşdan əlavə ikiqat ödədildiyi üçün çıxıla bilər. O günlərdə istehsalat təqvimində də iş nəzərdə tutulmayıb, yəni bu aylıq normanın azalmasına səbəb olmur. Bu günlərdəki iş saatları İşçilərin iş qrafiklərində də “bayram günlərində iş” kimi göstərilmişdi. Amma İşçinin istirahət günləri həftənin istənilən günlərinə düşə bilər, bu günlərdə bayram və digər buna bərabər qeyri iş günləri olmazsa İşəgötürənin öz qərarı ilə iş günü kimi qəbul edildiyi üçün, İşçinin bu günlərdəki faktiki iş saatları heç bir əsasla 4 ayın sonunda azaldıla bilməz və əgər artıq saatlar yaranıbsa Əmək Məcəlləsinin 165-ci maddəsinə görə ikiqat ödənilir. Əgər işçi 30 gün növbədən sonra istirahətə gedib, amma öz razılığı ilə istirahət dövrünü kəsib, hətta bir gündən sonra belə, yeni iş növbəsinə qayıdarsa, artıq bu istirahət günlərində iş kimi sayılmır. Çünki ona istirahət günləri verilmişdi, o özü artıq saatlar işləmək qərarına gəlib. Bu zaman yalnız uçot dövrünün sonunda, faktiki iş saatları 4 ayın normasından çox olduqda Əmək Məcəlləsinin 165-ci maddəsinə görə artıq saatlara ikiqat ödəniş edilir. (İddiaçılar isə bəzi hallarda istirahətə getmədən, arxa-arxaya bir-neçə ay işdə olmuşlar) Bundan əlavə Əmək Məcəlləsinin 164-cü maddəsinin 2-ci hissəsinə əsasən “İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər”. İdiaçılar bu istəklərini yazılı surətdə İşəgötürənə bildirmişdi. (İddiaçıların Cavabdehə yazılı ərizələrinin surəti mülki iş materiallarında var). Lakin Cavabdeh bu qanuni tələbi də təmin etməmişdir. Deməli İddiaçılara nə istirahət verilib, nə əvəzində qanunla nəzərdə tutulan ödəmələr verilmişdir. Bununla cavabdeh (Saipemin səhv istiqmətləndirilməsi ilə) Əmək Məcəlləsinin 164-cü maddəsini kobud surətdə pozmuş, İddiaçıları gəmilərdə vaxtalararası istirahət günlərində işlədərək, onların istirahət hüquqlarını pozmaqla yanaşı, düzgün kompensasiya olunmasını təmin etməmişdir. Bunları cavabdeh inkar etmir, lakin hesablamalarla baqlı iradlarını bildirir. Bu da o deməkdir ki, cavabdeh pozuntunu qəbul edir, lakin onu kompensasiya etmək istəmir, İddiaçılara ziyanı ödəməmək üçün hesablamaların səhv olduğunu qeyd edir. 6.7. Cavabdeh ƏM-nin 96.1, 172.5-ci maddələrinin məhkəmə tərəfindən pozulmasını qeyd edərək, iddianı və məhkəmə qərarını əsassız və məntiqsiz adlandırır. Bununla da cavabdeh aşkar sübutları inkar edir. Cavabdeh məhkəmənin qərarın məntiqsiz hesab etsə də, “Əmək haqqı növbəti ayın 10-da işçinin bankındakı hesabına köçürülür” müddəası Əmək Müqaviləsinin 5-ci maddəsinin 1-ci hissəsi ilə (Bax: həmin müddəanın 4-cü abzasına) nəzərdə tutulmuşdur. Həmin maddədə eləcə də göstərilir: “Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümümxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir”. İddiaçıların bank kartlarının çıxarışlarından görünür ki, İddiaçıların əmək haqqlarının ödənilməsi ayrı-ayrı vaxtlarda gecikdirilmişdir və cavabdeh buna görə məsuliyyət daşıyır. Cavabdeh heç bir arqumentlə Əmək Müqaviləsinin bu şərtini və əmək haqqlarının ödənilməsi ilə bağlı gecikmələri inkar edə bilmədiyindən, əsassız olaraq İddiaçıların tələbini məntiqsiz hesab edir. Belə ki, Əmək Məcəlləsinin 195-ci maddəsinin f bəndinə əsasən əmək müqaviləsi üzrə İşəgötürən digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi ziyan dəydikdə İşəgötürən tam maddi məsuliyyət daşıyır. Cavabdeh Əmək Müqaviləsi üzrə dəfələrlə öhdəliklərini yerinə yetirməmiş, ödənişləri gecikdirmiş, bununla da iddiaçılara maddi ziyan vurmuşdu. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsəsən əmək haqqının verilməsi İşəgötürənin təqsiri üzündən gecikdirildikdə hər gecikdirilmiş gün üçün İşçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. (Burada bütün hallarda əmək haqqının gecikdirilməsi İşəgötürənin təqsiri üzündən olub və Saipem işçilərə bəzən üzr məktubu göndərib, amma gecikmələrin qarşısını alan olmayıb). İddiaçılar hər ay aldıqları əmək haqqlarının gecikdirilməsini bilsələr də, qanunla bu pozuntuya görə nəzərdə tutulan məsuliyyətdən xəbərsiz idilər. Bundan əlavə, əmək haqqı pul şəklində olaraq İşçinin əmlakı sayılır. Eləcə də İşçi öz əmək haqqısının mülkiyyətçisidir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə olunur. İşçinin əmək haqqısını gecikdirməklə cavabdeh həm müqavilə öhdəliklərini dəfələrlə lazımınca icra etməmiş, həm də mülkiyyətçilərin hüquqlarını pozmuşdur. 7. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair apellyasiya şikayətindən göstərilən dəlillərə etiraz. 7.1. Cavabdeh apellyasiya şikayətində MPM-nin 88 və 101.7-ci maddələrinin məhkəmə tərəfindən pozulduğunu qeyd edir. Sübut kimi cavabdeh qeyd edir ki, auditor rəyinin məhkəmədə tədqiq olunmasına baxmayaraq, həmin rəyin məhkəmə tərəfindən gözaltı edilməsi və qətnamədə ümumiyyətlə sadalanmaması prosessual pozuntudur; bundan başqa cavabdeh auditor rəyinin ekspert rəyindən fərqlənməsinə baxmayaraq, nədən ekspert rəyinin əsas kimi götürməsindən şikayətlənir. Eləcə də cavabdeh ekspert rəyinin nöqsanlarından bəhs edərək, MPM-nin 101.7 maddəsinə əsasən ekspert rəyinin digər sübutlarla yanaşı qiymətləndirilməsi haqqında qanunun tələbini qeyd edir. Auditor rəyinin məhkəmə qətnaməsində sadalanmaması, ona qətnamədə ayrıca münasibət bildirilməməsi ilə bağlı iddiaçıların mövqeyi ətraflı olaraq bu etirazın 6.3.1,6.3.2, 8-ci bəndlərində əks olunmuşdur. Əlavə olaraq, burada cavabdehin dediyi kimi MPM-nin 88-ci maddəsinin deyil, ən pis halda MPM-nin 220.4-cü maddəsinin bir cümləsinin bir qisminin pozulmasından danışmaq olar. Belə ki, cavabdeh öz apellyasiya şikayətində qeyd etdiyi kimi, auditor rəyi məhkəmədə tədqiq edilmiş və kifayət qədər ətraflı araşdırılmışdır; auditor məhkəmədə dindirilmiş və müqayisəli təhlil aparılmışdır. Çünki məhkəmə, təqdim olunmuş sübuta obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmışdır, heç bir sübutun, və eləcə də auditor rəyinin digər sübutlarla yanaşı məhkəmə üçün qabaqcadan müəyyən olunmuş qüvvəsinin olmadığını bilərək, müvafiq normalar əsasən qiymət vermişdir. Məhkəmənin qətnamənin mətnində (əsaslandırıcı hissəsində) auditor rəyinin (və eləcə də iddiaçııların təqdim etdiyi bəzi sənədlərin) göstərilməməsi MPM-nin 220.4 maddəsi ilə nəzərdə tutulan qətnamənin məzmunu ilə bağlı prosessual natamamlıqdır. Biz bu natamamlığı pozuntu kimi qələmə vermirik, çünki MPM-nin 217 - 220-ci maddələrinin bütün digər tələbləri və eləcə də 220.4-cü maddənin böyük qismi təmin olunmuşdur, yalnız bir cümlənin bir qismi qətnamənin məzmununda tam göstərilməmişdir. Məhkəmənin Auditor rəyinə nədən əsaslanmadığını bu etirazın 6-cə bəndində qeyd etmişdik. Auditor rəyinə münasibətin qətnamədə əlavə olaraq bildirilməsi əlbəttə ki, qətnaməni iddiaçıların xeyrinə çox gücləndirərdi. Məhkəmənin bu rəyi qətnamədə göstərməməsi qətnamənin məzmunu baxımından prosessual pozuntudu (MPM- nin 220.4-cü maddəsinin biricnci cümləsinin bir hissəsi), lakin kobud pozuntular sırasına daxil deyil, işin nəticəsinə, mahiyyətcə qətnamənin düzgünlüyünə ziyan gətirməmişdir və bu səbəbdən qətnamənin ləğvi üçün əsas ola bilməz. Digər tərəfdən cavabdeh ekspert rəyinin nöqsanlarından və guya məhkəmənin də bu nöqsanları aradan qaldırmaq üçün ekspertə vaxtın verilməsindən bəhs edir, lakin bununla bağlı heç bir sübut gətirmir. Cavabdeh həm də məhkəmə tərəfindən sübutun qeyri-mötəbər olması ilə bağlı açıq fikir bildirdiyini qeyd edir. Halbuki hakim məhkəmə prosesində sübutların qiymətləndirilməsi istiqamətində ifadə işlətməmiş, ekspertiza rəyi ilə bağlı ekspertə suallar verdikdən sonra hesablamaları anlamaq üçün əlavə dəqiqləşdirmələr aparmışdır. Hər iki tərəfə və eləcə də auditora və ekspertə verilən suallar proses iştirakçılarında bu və ya digər sübutların məhkəmə tərəfindən müxtəlif şəkildə qiymətləndirilməsi haqqında ehtimallar yarada bilər, lakin bu o demək deyil ki, məhkəmə (hakim), proses zamanı sübutların qiymətləndirilməsi ilə bağlı özünün qənaətini hamıya bildirmiş və cavabdehdə hansı sübutların mötəbər, hansıların qeyri-mötəbər olması ilə bağlı mütləq fikir formalaşdırmışdır. Ekspertin rəyi ilə bağlı məhkəməyə anlaşılmayan məqamlar qalsaydı məhkəmə təkrar ekspertiza təyin edərdi. Burada bir vacib məqam diqqəti çəkir - əgər cavabdehdə ( guya məhkəmənin “bildirməsi” ilə) elə bir fikir yaranmışdır ki, məhkəmə ekspert rəyini qeyri-dəqiq və ziddiyyətli hesab edir, nədən təkrar ekspertizanın keçirilməsi barədə vəsatət vermirdi? Məhkəmə prosesində iştirak edən cavabdehin üç vəkili və beş nümayəndəsi 25 avqust 2022-ci ildən 26 oktyabr 2022-ci il tarxləri çərçivəsində keçirilən beş məhkəmə iclasında nədən bu məsələni qaldırmadılar? Deməli, prosesdən şikayət edən cavabdeh ekspertiza rəyi ilə bağlı iradları olarkən, nədənsə birinci instansiya məhkəməsində təkrar ekspertizanın keçirilməsi barədə vəsatət qaldırmamış, amma məhkəmə qərar verdikdən sonra məhkəmənin əsas götürdüyü sübutu qeyri-mötəbər adlandırmağı üstün tutmuşdur. (Cavabdeh tərəfindən belə bir vəsatət verilsəydi hətta hakim tərəfindən vəsatət rədd edilsəydi belə, hazırda apellyasiya şikayətində ekspertiza rəyinin ziddiyyətli, səhv və yaxud qeyri-dəqiq olması barəfə cavabdehin fikirləri məntiqli görünər və bu məsələnin apellyasiya instansiyasında qaldırılmasına imkan yaranardı). Cavabdeh, məhkəmə tərəfindən auditor rəyini deyil, ekspert rəyini əsas götürməsini anlamır və bundan şikayət edir. Burada məntiqli bir sual ortaya çıxır ki, nədən məhkəmə ekspert rəyini deyil, auditor rəyini əsas götürməli idi ki? Auditor rəyi və onu tərtib edən auditorun hərəkətləri haqqında bu etirazın 6.3.3.-cü bəndində məlumat verilmişdi. Qısa olaraq onu qeyd edək ki, cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli Auditor rəyini məhkəmə əsas kimi götürə bilməzdi, çünki həmin rəyi tərtib edən auditorun prosesdən bir il əvvəl eyni mövzu üzərində verdiyi rəyi ilə eyni məsələ ilə bağlı məhkəmə üçün hazırladığı rəyin tamamilə birbirinə zidd olması, məhkəməyə təqdim olunmuş sübutun mötəbər sübut kimi qəbul olunmasına imkan verməmişdi Məhkəmə prosesində bütün bunların üzə çıxması üçün iddiaçılar sübut təqdim etdilər. Bu səbəbdən iddiaçıların verdiyi izahatları cavabdehin nümayəndələri və auditor özü inkar edə bilmədi, çünki məhkəməyə İddiaçı3 ünvanlanan məktub təqdim edilmişdir. Həmin məktubda cavabdehin iddiaçı İbrahimova nə qədər borcu olduğu haqda məlumat verilmişdir. (Digər iddiaçılara belə məktublar o səbəbdən göndərilməmişdir ki, digər iddiaçılar cavabdehlə görüşdə şəxsən iştirak etmiş və onlara şifahi məlumat verilmişdir). Məhkəmədə hakimin sualına cavab olaraq, 2021-ci ildə aparılan hesablamalarla cavabdehin iddiaçılara nə qədər borcu olduğunu (bax: bu etirazın 6.1-ci bəndinə) İddiaçılara bildirən auditor, guya ona həmin vaxt başqa sualların verildiyini qeyd etdi, lakin heç bir sübut gətirmədi. Bu səbəbdən 23 sentyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında hakim tərəfindən 2021-ci ildə aparılmış hesablamalar nəticəsində tərtib olunmuş rəyin məhkəməyə təqdim olunmasını tələb etdi (və qeyd etdi ki, hesabatda nələrsə dəyişdirilərsə bu məsuliyyətə səbəb ola bilər). Lakin cavabdeh bu rəyin məhkəməyə təqdim edilməsini təmin etmədi. Əvvəlcə kommersiya sirri deyerək, boyun qaçırmağa çalışdı, daha sonra məhkəmənin tələbi ilə köhnə rəyin məhkəməyə tez bir zamanda çatdırılmasına söz verdi. Maraqlısı odur ki, cavabdeh 2 həftə ərzində hazırladığı yeni rəy və hesabatları 26 sentyabr tarixində məhkəməyə təqdim etdi, lakin 1 il bundan əvvəl tərtib olunmuş və hazır olan hesabatı məhkəməyə təqdim etmədi. Deməli cavabdeh Auditorun eyni əsaslarla əvvəl tərtib etdiyi rəyi ilə iddia qaldırır, bu prosesdə isə həmin rəyi danaraq, eyni zamanda gedən bu məhkəmə prosesində eyni əsaslarla və eyni işçilərin əmək haqqları ilə bağlı başqa bir (tamamilə fərqli) rəy təqdim edir və əvvəlki rəyi “Auditor xidməti haqqında” AR qanunun 13-cü maddəsinə zidd olaraq məhkəməyə gətirib çıxarmır. Beləliklə, auditor bir məsələ üzrə eyni sənədlər əsasında müxtəlif rəylər ve müxtəlif hesablamalar verir və bu fakt onun peşəkarlığını şübhə altına salmaqdan başqa, təqdim etdiyi rəyin həqiqətə uyğun olmaması, sübut kimi mötəbərlik kriteriyalarına cavab verməməsi barədə məhkəmədə əsaslı şübhələr yaradır. İddiaçılar təəsüf hissi ilə qeyd edir ki, bütün bu məqamların məhkəmədə uzun müddət və bu qədər dərin araşdırılaraq, tədqiq edilməsinə baxmayaraq, bütün təqdim olunmuş sənəd və sübutlar qətnamədə gösətrilməmişdir. Əgər bu sübutlar (əksəriyyəti cavabdehin sübutları idi cavabdehin İbrahimova yazdığı məktub, cavabdehin tərtib etdiyi iddia ərizəsi, cavabdehin və auditorun məhkəmədə suallara cavabı və s.) məhkəmə qətnaməsində ətraflı göstərilsəydi, auditor rəyinin nədən əsas kimi götürülməməsi sualı qalmazdı, iddiaçılara dair qətnamə çox güclənərdi və cavabdehə şikayət üçün heç bir əsas qalmazdı). 7.2. Cavabdeh eləcə də məhkəmə tərəfindən MPM-nin 184.4-cü maddəsinin pozulmasından şikayət edir. Birinci instansiya məhkəməsi tərəfindən iddianın qismən də olsa təmin edilməsi iddia müddəti ilə bağlı cavabdehin vəsatətinin əsassız olduğunu göstərir. Bu prosesdə məhkəmə, iddia müddətinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsinin həlledici əhəmiyyət kəsb etdiyini nəzərə alaraq qərar qəbul etmişdir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmədə olanların tam göstərilməməsi prosessual pozuntu hesab olunsa da, kobud prosessual pozuntu hesab edilmir və işin düzgün həll olunmasına ziyan gətirməmişdir. Məhkəmə qətnaməsinin məzmununda yer almış prosessual natamamlıq kobud pozuntu hesab olunmur və iş üzrə səhv qətnamənin çıxarılmasına səbəb olmamışdır, iddia müddəti ilə bağlı vəsatət məhkəmə prosesində müzakirə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmişdir. İş üzrə çox saylı sübutlar (mülki iş materiallarına var) iddia müddətinin tətbiqinə imkan verməmişdir. (Bax: bu etirazın 6.1-ci bəndinə) İddia müddətinin tətbiqinə dair məsələnin mahiyyəti ilə bağlı münasibəti hazırki etirazın 6-cı bəndində ətraflı ifadə etmişik. 8. Cavabdehin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasından etdiyi şikayətə etiraz.Cavabdeh apellyasiya instansiya məhkəməsində hansı yeni sübutların tədqiqindən və bunun nəticəsində işin nəticəsinə təsir edəcək hansı faktiki hallardan bəhs etdiyi aydın deyil. Cavabdehin şikayətində göstərilən bütün hallar birinci instansiya məhkəməsində ətraflı araşdırılmış və apellyasiya instansiyasına birinci instansiya məhkəməsində təqdim edilməsi mümkün olmayan yeni sübut təqdim edilməmişdir. Cavadehin sadaladığı məqamlardan biri məhkəmə qətnaməsində auditor rəyinə münasibətin bildirilməməsidir. Məhkəmənin Auditor rəyinə nədən əsaslanmadığını bu etirazın 6-cə bəndində qeyd etmişdik. Cavadehin ƏM-nin 144-cü maddəsinin tətbiqinə dair apellyasiya şikayətində əks etdiyi mövqeyi ilə bağlı artıq bu etirazın 6-cı bəndində ərtaflı münasibət bildirmişik. (Bax: hazırki etirazın 6.4.1-ci bəndinə). Təlimlərlə bağlı cavabdehin apellyasiya şikayətində göstərdiyi ziddiyyətli fikirlərinə bu etirazın 6.2-ci bəndində münasibət bildirmişik. Əlavə olaraq qeyd edək ki, əmək müqaviləsinin 5.1-ci maddəsi ilə nəzərdə tutulmuş ödənişlər ikiqat deyil, bir qat şəkildə həyata keçirilmiş və bununla bağlı iddiaçıların heç bir tələbi olmamışdır. Bu səbəbdən apellyasiya şikayətində bu məsələnin qeyd olunması da mənasızdır. O ki qaldı işçilərə 20 faiz əlavə bonusların verilməsinə, məhkəmədə bu məsələ dəfələrlə araşdırılmış və məhkəməyə təkzibedilməz sübutlar təqdim edilmişdir. Bunlar RDM-lə Saipemin arasında bağlanmış Əməkdaşlıq müqaviləsi və ona edilmiş Əlavələrdir ki, onları məhkəməyə cavabdeh və Saipem məhkəmənin sorğusu əsasında təqdim etmişlər. Məhkəmədə bu məsələ dərindən araşdırılmış və iş materiallarında müvafiq sənədlər vardır. Ayrıca da onu qeyd etmək lazımdır ki, işəgötürənin öz işçilərinə əlavə müavinətlər, maddi yardımlar verməsi qanunla qadağan deyil. Pandemiya zamanı işçilərə verilən birdəfəlik bonus işəgötürənin öz işçilərinin çəkdiyi əlavə narahatçılığa görə maliyyə dəstəyi idi. Lakin bu cür ödəmələr qanunla işçilərə hesablanmalı olan əmək haqqlarının əksik və səhv hesablanmasına bəraət qazandıra bilməz. Beləliklə, heç bir yeni sübutun olmadığına görə yeni halların müəyən olunmasına da, əsas yoxdur. Bu da o deməkdir ki, məhkəmə qətnaməsinin MPM-nin 385.1.2, 388-ci maddələri ilə ləğvinə də əsas yoxdur. 9. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamasından şikayət edən cavabdehin apellyasiya şikayətində göstərdiklərinə etiraz. Cavabdeh MPM-nin 389-cu maddəsinin pozulduğunu iddia edərək, göstərir ki, qətnamə ziddiyətli, qeyri-mötəbər işin hallarına uyğun gəlməyən sübutlarla təsdiq edilir. Sübut kimi cavabdeh ekspertin məhkəmədə dindirilməsindən bəhs edir və qeyd edir ki, ekspertin riyazi hesablamalarında uyğunsuzluqlar var. Bundan başqa apellyasiya şikayətində göstərilir ki, hakim ekspertdən rəydə olan səhvlərin aradan qaldırılmasını tələb edərək, guya ekspertin rəyinin qeyri-mötəbər olması barədə fikirlər səsləndirmişdir. Halbuki hakim məhkəmə prosesində sübutların qiymətləndirilməsi istiqamətində ifadə işlətməmiş, ekspertiza rəyi ilə bağlı ekspertə suallar verdikdən sonra hesablamaları anlamaq üçün əlavə dəqiqləşdirmələr aparmışdır. Ekspertin rəyi ilə bağlı anlaşılmayan məqamlar qalsaydı məhkəmə təkrar ekspertiza təyin edərdi. Prosesdən şikayət edən cavabdeh ekspertiza rəyinə etiraz verərkən və rəyi tənqid edərkən, nədənsə birinci instansiya məhkəməsində təkrar ekspertizanın keçirilməsi barədə vəsatət qaldırmamışdır. (Cavabdeh tərəfindən belə bir vəsatət verilsəydi hətta hakim tərəfindən vəsatət rədd edilsəydi belə, hazırda apellyasiya şikayətində ekspertiza rəyinin ziddiyyətli, səhv və yaxud qeyri-dəqiq olması barəfə cavabdehin fikirləri məntiqli görünər və bu məsələnin apellyasiya insyansiyasında qaldırılmasına imkan yaranardı). Ekspert rəyinin məhkəmə tərəfindən əvvəlcə qeyri-mötəbər hesab edilməsi, sonradan isə onun məhkəmə qətnaməsində mötəbər sübut kimi əsas gətirilməsi barədə cavabdehin fikirlərinə apellyasiya şikayətində heç bir sübut gətirilməmişdir. Məhkəmə prosesində ekspertə sualların verilməsi və dəqiqləşdirmələrin aparılması ekspert rəyinin qeyri-mötəbər hesab edilməsi üçün əsas ola bilməz. Ekspert rəyində guya riyazi səhvlərin olması fikri əslində cavabdehin həmin hesablamaları tam dərk etməməsindən irəli gəlir, lakin hansısa sübutun proses iştirakçıları tərəfindən dərk edilməməsi həmin sübutun ziddiyyətli və səhv olması anlamına gəlmir. Sübutların mötəbərliyini təmin etmək üçün onların əldə edilməsi, rəsmiləşdirilməsi və işə əlavə olunması ilə bağlı qanunvericiliyin tələblərinə riayət ediməlidir. Məhkəmənin əsaslandığı sübutların mənbəyi bəlli, əldə edilməsi və rəsmiləşdirilməsi qanuna uyğundur. Məhkəməyə də, ekspertizaya da təqdim olunmuş bütün sübutlar cavabdeh və Saipem tərəfindən təqdim olunmuş rəsmi sənədlərdir. Bu sübutların siyahısı böyükdür: cavabdehin rəhbərliyi tərəfindən imzalanmış əmrlər, müqavilələr, maliyyə və insan resursları sənədləri, cavabdeh və Saipem arasında bağlanmış Əməkdaşlıq müqaviləsi və ona əlavələr, rəsmi məktublar, payslipllər, iş cədvəlləri, cavabdehin dərkənarı ilə rəsmi qeydiyyata alınmış məktublar, attestasiya sənədləri, və s.. İş üzrə ekspertiza məhkəmənin təşəbbüsü ilə təyin olunmuş və ekspertiza rəyi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib olunmuşdur. Beləliklə iddiaçıların iddia tələbləri cavadehin və Saipemin təqdim etdiyi sübutlarla və eləcə də məhkəmə tərəfindən təyin olunmuş ekspertizanın nəticələri ilə təsdiq olunmuşdur. İş üzrə cavabdehin təqdim etdiyi iki məktub və auditor rəyinin mötəbərlik kriteriyalarına cavab verməməsi iş üzrə digər sübutların kənar qalmasına əsas vermir. Bundan əlavə, məhkəmə toplanmış sübutların tərəflərin mövqeyini yoxlamaq üçün kifayət etdiyini hesab etmiş və bütün məqamları aid olan və qanunda göstərilən sübutlarla təsdiqləmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən MPM-in 385.1.3 və 389-cü maddələri pozulmamış və məhkəmə qətnaməsinin ləğvinə əsas yoxdur. 10. Cavabdehin birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi barədə gətirdiyi dəlillərə və şikayətə etiraz. Ekspert rəyinin ziddiyyətli və səhv olduğunu düşünən cavabdeh nədənsə birinci instansiya məhkəməsində təkrar ekspertizanın keçirilməsi barədə vəsatət verməmiş və yalnız ekspertiza rəyinə etirazın verilməsi ilə kifayətlənmişdir. Apellyasiya şikayətində gətirilən hansı dəlillər məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyini göstərir ki, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilməsin və MPM-in 385.1.4 və 390-cı maddələrinə əsasən qətnamənin ləğvi üçün əsaslar olduğunu sübut etsin? Cavabdehin gətirdiyi dəlillər (yəni ekspertiza rəyi və məhkəmə tətəfindən iddia müddətinin tətbiq edilməməsi) yalnız cavabdehin ekspert rəyindən narazı olduğunu və iddia müddətinin tətbiqi üçün sübutların olmadığını təsdiq edir. (Sübutlar ehtimallar və fərziyələr əsasında deyil, rəsmi sənədlər və müraciətlər əsasında əldə olunur. Əgər cavabdehin əlində iddiaçılara 2020-ci ilin oktyabr ayına qədər ünvanlanmış, hesablamalarda səhvlərin olması ilə bağlı məktub olmuş olsaydı, iddia müddətinin ötürülməsindən söhbət gedə bilərdi. Ekspertiza rəyinə gəldikdə isə, əgər cavabdeh ekspertiza rəyini mübahisələndirərkən, onun ziddiyyətli olduğunu əsas gətirərək, təkrar ekspertizanın təyin olunması barədə vəsatət qaldırsaydı, həmin vəsatət təmin olunmasaydı belə qətnamənin əsaslandığı ekspert rəyini şübhə altına salmaq olardı). Cavabdehin apellyasiya şikayətində gətirdiyi əsaslar onun sərgilədiyi mövqeyi nəinki sübut və təsdiq etmir, əksinə iş üzrə iddiaçıların mövqelərin möhkəmləndirir. Məhkəmə qətnaməsində cavabdehin vəsatətinə ayrıca münasibət bildirilməməsi məhkəmə tərəfindən qətnamənin məzmunu ilə (əsaslandırıcı hissəsi ilə) bağlı MPM-nin 220.4-cü maddəsinin 1-ci cümləsinin bir hissəsinə tam riayət olunmaması deməkdir, bu da öz növbəsində maddi huquq normasının deyil, qanunla kobud pozuntu hesab olunmayan prosessual çatışmazlıqdır. Qətnamənin məzmunu ilə bağlı bütün digər tələblər təmin olunduğundan bu hissədə kiçik çatışmazlıq məhkəmənin gəldiyi nəticəyə təsir etməmişdir, deməli MPM-in 385.1.4. və 390-cı maddələrinin pozuntusu baş verməmiş və bu səbəbdən məhkəmə qətnaməsinin ləğvinə əsas yoxdur. Etiraza əlavədə göstərilmişdir: 5 1 Cavabdeh işin halları ilə bağlı apellyasiya şikayətinin 5-ci bəndində təhrif olunmuş məlumatlar göstərmiş, işə aidiyyəti olmayan məqamlar, məhkəmədə araşdırılmayan və iddia predmetinə daxil olmayan, və eləcə də məhkəmə tərəfindən təmin olunmayan tələblər qeyd etmişdir. Məsələn cəmlənmiş uçotla bağlı cavabdeh bu işə aidiyyəti olmayan müqaisələri - konkret olaraq digər şirkətlərdə illik üçotun tətbiqi barədə məlumatı - apellyasiya şikayətində göstərir, lakin bu müqaisələr bu iş üzrə tərəflərin arasında olan əmək müqaviləsinin şərtlərini dəyişmir. Cavabdeh tərəfindən işin faktiki hallarının və iş üzrə sübutlarla təsdiq olunmuş məlumatların təhrif olunmasını göstərən başqa bir misal da 2020-ci ilin 02 iyul tarixində iddiaçılar İddiaçı5, R İskəndərli və İddiaçı3la bağlanmış əmək müqavilələrinə xitam verilməsi və onlarla son haqqhesabın aparılmasıdır ki, bu həqiqətə uyğun informasiya deyil. Belə ki, İddiaçı5 2020-ci ilin iyun ayının 05-dən iyul ayının 17-nə kimi dənizdə “Xankəndi” gəmisində işləyirdi və heç-bir son haqq-hesab onunla aparılmamışdır. Digər iki iddiaçı ilə də faktiki olaraq müqavilə pozulmamış, həmin İddiaçılarla da son haqq-hesab aparılmamışdır. Ümumiyyətlə müqavilənin faktiki pozulması baş verməmiş, işçilər həmin vaxt iş fəaliyyətləri ilə məşqul olmuş və onlarla son haqq-hesabın aparılması mümkün olmamışdır ( bu haqda etiraza Əlavənin 5.13-cü bəndində məlumat verilib).Cavabdeh apellyasiya şikayətində iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən başqa bir faktdan da yan keçir: Cavabdehlə Saipemin arasında Əməkdaşlıq Müqaviləsinin bağlanması və həmin müqaviləyə əsasən işçilərə gündəlik əlavə müavinətin verilməsi (ümumiyyətlə həkimlərin fəaliyyətlərinin ödənilməsi) haqqında işin faktiki halı barədə Cavabdeh bəhs etmir, və gündəlik əlavə müavinətin ödənilməsini Saipemin öhdəliyi kimi deyil, işçilərə qanunla nəzərdə tutulmuş ödənişlərin və yaranmış borcların əvəzi kimi qələmə verir.İddiaçıların son-haqq hesabın gecikdirilməsi ilə bağlı tələblərinin rədd olunmasına və bununla bağlı apellyasiya şikayəti verməməsinə baxmayaraq, cavabdeh bu tələbi də apellyasiya şikayətinə salıb. Təmin olunmamış iddia tələbi ilə bağlı şikayətin verilməsi ddiaçılarda təəcub hissi doğurur. 5.2.Cavabdeh apellyasiya şikayətində qəbul edir ki, işçi 4 ay ərzində işləməli olan normativ saatların sayından əlavə işləyərsə, o zaman işçiyə əlavə saatlar üçün ikiqat əmək haqqı hesablanmalıdır. Apellyasiya şikayətinin başqa hissəsində isə (2-ci səh.3 abz.) göstərilir kı, işçiyə əlavə işlədiyi vaxta görə pul ödənilməməlidir və bu əmək müqaviləsi ilə nəzərdə tutulub. Əvvəla əmək müqaviləsində belə bir cümlə (şərt, müddəa) yoxdur. İkincisi isə, işin mübahisəsiz hallarında biri ondan ibarətdir ki, iddiaçıların faktiki iş saatlarının miqdarı hər zaman normadan qat-qat artıq olmuşdur. Bu fakt işçilərin tabel cədvəllərində əks olunmuşdur. 5.3.Cavabdeh apellyasiya şikayətində eləcə də iddiaçıların 1.04 əmsalının tətbiqi ilə bağlı tələb etdikləri məbləğin absurd olduğunu qeyd edir və özünəməxsus hesablamalar təqdim edir. Burada məbləğin nədən absurd hesab edilməsi, ümumiyyətlə hesablamalar üzrə mütəxəssis olmayan şəxsin hansısa məbləği absurd adlandırması məntiqli görünmür. Cavabdeh, öz mövqeyini sübut etmək üçün apellyasiya şikayətində qanundan bəzi anlayışları qeyd edir və daha sonra hesablama formulasını təqdim edir. Və eləcə də qeyd edir ki, iddiaçıların əmək haqlarına AR Nazirlər Kabinetinin 22 avqust 2022-ci il tarixli 137 saylı Qərarı ilə nəzərdə tutulmuş 1.04 əmsalı tətbiq edilməməlidir.Eyni zamanda cavabdeh hesab edir ki, 1.04 əmsalı yalnız əmək müqaviləsində göstərilən sabit maaş məbləğinə tətbiq olunmalıdır. Bunlarla bağlı əvvəlcə onu qeyd etməliyik ki, İddiaçılara yalnız məhkəmə iclasında məlum olmuşdur ki, (bu faktiki hal məhkəmənin sorğusuna əsasən müəyyən olunmuşdur, çünki iddiaçıların və eləcə də onların vəkilinin sorğularına cavab verilmirdi) onların əmək haqqlarına 1.04 əmsalı tətbiq edilməmişdir. Nazirlər Kabinetinin yuxarıda adı çəkilən 137 saylı Qərarının icrası məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 04 dekabr 2002-ci il tarixdə “İş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraitinin ağır və zərərliyinin qiymətləndirilməsi Metodikası” təsdiq edilmişdir. Həmin Metodikaya əsasən iş yerində əmək şəraitinin qiymətləndirilməsi cədvəli olmalı və həmin cədvəldə əməyin ağırlığı, səs-küy, titrəmə, iş yerində (binada və s.) hava temperaturu və s., istehsalat mühitinin amillərinin cəmi, və sonda əmək şəraitinə görə tarif maaşına artım əmsalın miqdarı göstərilir (metodikaya 1 saylı əlavə). Həmin Metodikanın 8-ci bəndinə əsasən tarif maaşına artım əmsalı konkret ış yen uzrə təyin 1 nur və iseinin bu iş yerində yalnız faktiki is vaxtı (növbəsi) olduğu müddət uçun tətbiq edilir. Bu flw is vaxt, hazırkı mülki üzrə iddiaçılar üçün 12 saatlıq növbədir. Məhkəməyə attestasiya sənədlərinin tam olaraq təqdim olunduğundan sonra müəyyən olunmuşdur kı, həkimlərin də ış yerinin zərərli olması əslində həmin qiymətləndirmə cədvəlində əks olunub. Məhkəmədə (Saipem attestasiya nəticələrini məhkəmənin sorğusuna əsasən məhkəməyə təqdim etmişdi) müəyyən olunmuşdur ki, attestasiya zamanı həkimlərin iş yerlərinin zərərliyi ilə əmsallar konkret olaraq göstərilməmiş, lakin “həkimlər” qrafasının qarşısında “1” rəqəmi yazılmışdır. BU da o deməkdir ki, ən aşağı əmsal (1.04) tətbiq olunmalıdır (bununla baglı əvvəl verilmiş etirazın 6.5.3-cü bəndində qeyd olunub). Apellyasiya şikayətində əks olunan hesablamalara gəldikdə onu demək lazımdır ki, cavabdeh işçinin əməyinin işəmüzd yoxsa vaxtamuzd ödənilmə qaydasını nəzərə almamışdır. Belə ki, Əmək Məcəlləsinin 157.1 -ci maddəsinə əsasən Əməyin ödənilməsi sistemi və növləri işçinin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Cavabdeh qanunun bu müddəasını və işçilərin əməyinin vaxtamuzd ödənilmə sistemi ilə aparıldığını nəzərə almır. Cavabdeh nədənsə hesab edir ki, işçilər bir ayda normal iş günləri və normal iş saatları çalışırdılar və məhz bu səbəbdən İddiaçıların əmək haqqlarına ancaq əmək müqaviləsində göstərilən tarif maaşını daxil edir, əlavələrin daxil olmasını qəbul etmir. İşçilərin İşəgötürən tərəfindən təyin etdiyi iş rejiminə nəzər yetirdikdə çox asan müəyyən olu ki işçi ay ərzində normal iş günü və ya bir gündə normal iş saatları çalışmayıb. Belə ki, işçi dənizdə növbəli iş üsulu ilə, vaxta müddəti 30 gündən çox olmayan müxtəlif müddətli vaxta və vaxtalararası istirahət günləri müəyyənləşdirilən vaxta rejimi tətbiq edilməklə və gündə iş vaxtının müddəti 12 saatdan artıq olmamaqla işləyib (Əmək Müqaviləsinin 4.3 və 4.4-cu maddələri). Deməli bizim misalda aylıq maaş alan vaxtamuzd işçinin bir günlük tarif (vəzifə) maaşı onun bir saatlıq tarif (vəzifə) maaşının həmin gündəki iş saatlarına hasili yolu ilə tapıla bilər. Bir saatlıq tərif (vəzifə) maaşı isə avlıq tarif (vəzifə) maaşının aylıq norma saatlarına bölünməsi yolu ilə tapılır. Çünki Əmək Məcəlləsinin 157-ci maddəsinin 4-c hissəsinə görə Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Eləcə də Əmək Məcəlləsinin 160-cı maddəsinə əsasən “Vaxtamuzd işçi eyni zamanda müxtəlif işlər, vəzifələr, peşələr və ya ixtisas dərəcələri üzrə əmək vəzifələrini yerinə yetirdikdə, habelə müəyyən edilmiş normalardan artıq dəzgaha, maşına, aparata xidmət etdikdə, onun əməyi daha yüksək haqq verilən ixtisas (peşə) dərəcələri, tarif (vəzifə) maaşları üzrə ödənilir və əmək haqqına əlavə müəyyən edilir . Məhkəmə, bu iş üzrə qətnaməni subyektiv fikirlərə və görüntülərə deyil, konkret olaraq İddiaçıların spesifik iş rejimini, maaşlarını, istehsalat normasından qat-qat artıq işləmələrini, cavabdeh və üçüncü şəxs tərəfindən yol verilmiş bir sıra ciddi qanun pozuntuları, həkimlərin 3 il ərzində almalı olduqları məbləğləri nəzərə alaraq və ekspertin hesablamalarına əsaslanaraq, qəbul etmişdir. Bundan əlavə, əvvəllər Saipemə məhz bu iddiaçıların (həkimlərin) əmək haqqlarına dair invoyslar təqdim edən Cavabdeh, hazırda həmin məbləğlərin düzgün verilmədiyi (artıq ödənildiyi) iddia edir və tələbləri absurd hesab edir. Deməli belə çıxır ki, cavabdeh öz işçilərinin əməklərinin ödənilmə qaydasını, özünün illərlə imzaladığı maliyyə sənədlərini, hesablama qaydalarını, Saipemlə əməkdaşlıq müqaviləsini, dövlətə keçirilən vergi məbləqlərini və s. yüzlərlə sənədlərini yanlış hesab edir. Bu vəziyyətdə məhkəmədən başqa kim qarantiya verə bilər ki, Cavabdeh daha bir səhvə yol vermir və indi təqdim etdiyi hesablama və formulalarını sabah inkar etməyəcək?! 5.4.Cavabdeh əmək müqaviləsi ilə nəzərdə tutulmuş digər əmsalın da (1.75 dəniz əmsalının) ekstra saatlara tətbiqini düzgün hesab etmir (.İddiaçıların bu mövqeyə münasibəti əvvəl verilən etirazın 6.5.4.-cü bəndində öz əksini tapmışdır). Əvvəlcə onu qeyd edək ki, Nazirlər Kabinetinin 137 saylı Qərarının 4-cü bəndi dəniz əmsalını nəzərdə tutur və bütün dənizə gedən işçilərə həmin əmsallar ayrıca olaraq tətbiq edilir. Dəmz əmsalının İddiaçıların əmək haqqlarına tətbiqi tərəflər arasında bağlanmış əmək müqaviləsi ilə də nəzərdə tutulub. O ki qaldı bu əmsalın ekstra saatlara tətbiq edilməsi ilə bağlı iddiaçıların əsaslı tələblərinə, bu tələb qanundan irəli gəlir. Belə ki, Əmək Məcəlləsinin 154-cü maddəsinin tələbinə görə tarif maaşına artım əmək haqqına aid olduğundan, həmin əmsal işçilərin işlədiyi artıq saatlara da tətbiq edilməli idi. (Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.) Mübahisəsiz faktdır ki, İddiaçıların vaxta müddətinin 28 -30 gün olduğundan iş saatlarının 4 aylıq uçotu zamanı, görülən iş istehsalat təqviminin norma saatlarından hər zaman həddindən artıq çox olmuşdur, çünki işçi gündə 12 saat işləməklə bir ayda normadan iki dəfə artıq işləyib. Dəniz əmsalı isə (1.75) yalnız bir istehsalat normasına görə ödənilib). Əmək Müqaviləsinin 5.1-ci maddəsinə əsasən İşçilərin əmək haqqdan hesablanarkən tarif (vəzifə) maaşı həmin maaşa artımın (burada 1.75 dəniz əmsalının) tətbiq olunması ilə birlikdə (yəni artmış şəkildə) nəzərə alınmalıdır. Əmək Məcəlləsinin 154-cü maddəsinin tələbinə görə həmin artmış tarif maaşına mütənasib olaraq faktiki iş vaxtı ərzində görülən əməyin ödənişi aparılmalıdır. Faktiki iş vaxtına isə 4 aylıq normadan başqa artıq saatlar da daxil olduğundan tarif maaşına artım artıq saatlara da şamil edilməlidir. 5.5.Cavadeh qeyd edir ki, iddiaçılar istirahətdə olduqları vaxt üçün 1.75 dəniz əmsalının tətbiqim tələb edirlər.Məhkəmə Kollegiyasına bildirmək istəyirik ki, İddiaçıların belə bir tələbi heç vaxt olmayıb;bu cür iddia nə işin hallarına, nə də ki İddiaçıların digər mülahizələrinə uyğun deyil.Apellyasiya şikayətində fərqli hesablamalar misal gətirməklə, səhv fikirlər qeyd edilir. Cəmlənmiş uçotu tətbiq edərkən İşəgötürən illik iş vaxtı normasına {uyğun olaraq 4 aylıq iş vaxtı normasına) riayət etməli idi {Əmək Müqaviləsinin 4.3-cü maddəsi). 30 gündən soma İşəgötürən nəinki İşçini onun üçün təyin edilmiş istirahət günlərində işlətmiş {buna görə başqa vaxt istirahət belə nəzərdə tutmamışdır), hətta uçot dövründə növbə pozğunluğu yaradaraq faktiki iş saatlarının da miqdarının normadan qat-qat artıq olmasına yol vermişdir. Bu işçilərin tabel cədvəllərində əks olunmuşdur. İddiaçıların bəzi hallarda arxa arxaya 2 və daha çox aylar istirahətsiz işləməsi halları baş verib ki, bunun da təqsiri işçilərdə olmayıb {kadr çatışmazlığından 2 həkim 4 həkimi əvəzinə işləməli olub və aylarla öz ailələrini görməyiblər). Əmək Müqaviləsinin 5.1-ci maddəsinə əsasən iddiaçılara hər ay tarıf (vəzifə) maaşından əlavə tarif maaşına sahillə əlaqə şəraitindən asılı olmayaraq artımın (maksimum əmsalın, yəni 1.75 dəniz əmsalının) edənilməsi nəzərdə tutulmuşdur (bununla bağlı iddiaçıların mövqeyi əvvəl təqdim edilmiş etirazın 6.5.4-cü bəndində ətraflı əks olunmuşdur). Təkrar olaraq qeyd edirik kı, 1.75 əmsalı əmək müqaviləsi ilə nəzərdə tutulduğu halda, iddiaçıların əmək haqqlarına bəzi hallarda 1.40, bəzi hallarda isə 1.75 əmsalı tətbiq edilib, halbuki əmək müqaviləsi ilə sahillə əlaqə şəraitindən asılı olmayaraq 1.75 dəniz əmsalının tətbiqi nəzərdə tutulmuşdur (yəni hər bir halda şərtsiz halda 1.75 əmsal, tətbiq olunmalı idi). İddiaçılar heç bir zaman istirahət vaxtı uçun 1.75 əmsalının tətbiqini tələb etməmişlər. Cavadeh hesab edir ki, iddiaçılar hesablamaları düzgün aparmayıb. Lakin iddiaçılann hesablamalarının işin nəticəsi üçün heç bir əhəmiyyəti yoxdur. Belə ki, məhkəmə iddiaçıların hesablamalarına deyil, ekspertin hesablamalarına əsaslanaraq qərar çıxarıb.Ekspertin hesablamalarında və rəydə göstərilən məbləğ iddiaçılarına hesablamalarında xeyli aşağıdır. Artıq qeyd edildiyi kimi, İddiaçıların vaxta müddətinin 30 gündən çox olduğu hallarda, istirahət müddəti azaldığından, iş saatlarının 4 aylıq uçotu zamanı, görülən iş istehsalat təqvimin saatlarından hər zaman həddindən artıq çox olmuşdur. Deməli, İddiaçılara ış aylıq ( aylıq) normadan artıq vaxtda görüldüyünə görə maaşdan əlavə gündəlik vəzifə maaşının iki qat məbləğindən aşağı olmamaqla maaş ödənilməli idi. Yəni İşəgötürən uçot dövrünü bır ay yox, 4 ay götürməklə bir aylıq normanı keçsə də 4 aylıq normaya riayət edəcəyini öhdəlik kimi götürmüşdür. (Burada normadan artıq və ya əskik işləmək anlayışı yalnız 4 aylıq normaya mütənasib söylənilə bilər). Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci hissəsinə əsasən “İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı... əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilməlidir”. Faktiki 4 aylıq normanın aşılması hər uçot dövründə təkrarlanmışdır. İddiaçılara isə istirahət günlərində işləmələrinə baxmayaraq, qanuna zidd olaraq yalnız bir aylıq maaş ödənilmişdir. Bu da o deməkdir ki, iddiaçılar istirahət vaxtı üçün deyil, işlədikləri vaxt (saatlar) üçün dəniz əmsalının tam və düzgün tətbiqini tələb edirlər. Bir məqam xüsusi ilə iddiaçıların diqqətini çəkir - nədənsə Cavabdeh apellyasiya şikayətində RDM-lə Saipemin arasında bağlanmış və həkimlərin xidmətlərinin ödəniş əsaslarını təşkil edən Əməkdaşlıq Müqaviləsindən bir dəfə də olsun bəhs etmir. Cavabdeh nəzərə almır, ki SAİPEM ilə RDM arasındakı bağlanmış X1 (4-cü Əlavənin 4-cü bəndi), eləcə də Əmək Müqaviləsinin 4-cü maddəsini (İş saatları və istirahət günləri) təhlil etdikdə dəqiq başa düşülür ki, İşəgötürən yalnız bayram günlərində işi ikiqat tariflə hesablamağı öhdəlik kimi göstərmişdir, qalan həftənin 2 istirahət günlərini isə öz rejimində iş günü göstərməklə birqat hesablama aparmışdır. İşçilərin istirahət günləri isə həftənin istənilən günlərinə düşə bilər (Əmək müqaviləsinin 4.5 maddəsi). Bu, cəmlənmiş uçotun xüsusiyyətləridir, yanaşma adi iş rejimi ilə bərabər tutula bilməz və müvafiq olaraq əmək haqqı hesablanması zamanı nəzərə alınmalıdır. İşçilərin istirahət günlərinə düşən əməyin ödənişi Əmək Məcəlləsinin 109-cu maddəsi əsas götürülərək Əmək Məcəlləsinin 164-cü maddəsinə uyğun (“əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla”) aparılmalı idi. 4 ayın sonunda isə İşəgötürənin təyin etdiyi iş rejimində işləmiş İşçinin bütün faktiki iş saatları nəzərə alınmalı, onlardan yalnız İşəgötürənin qeyri iş günü hesab etdiyi günlərdə (istehsalat təqvimində də 0 saat olan) görülən iş saatları həmin ay maaşdan əlavə ikiqat ödədildiyi üçün çıxıla bilər. O günlərdə istehsalat təqvimində də iş nəzərdə tutulmayıb, yəni bu aylıq normanın azalmasına səbəb olmur. Bu günlərdəki iş saatları İşçilərin iş qrafıklərində də “bayram günlərində iş” kimi göstərilmişdi. Əgər işçi 30 gün növbədən sonra istirahətə gedib, amma öz razılığı ilə istirahət dövrünü kəsib, hətta bir gündən sonra belə, yeni iş növbəsinə qayıdarsa, artıq bu istirahət günlərində iş kimi sayılmır. Çünki ona istirahət günləri verilmişdi, o özü artıq saatlar işləmək qərarına gəlib. Bu zaman yalnız uçot dövrünün sonunda, faktiki is saatları 4 ayın normasından çox olduqda Əmək Məcəlləsinin 165-ci maddəsinə görə artıq saatlara ikiqat ödəniş edilir. (İddiaçılar isə bəzi hallarda istirahətə getmədən, arxa-arxaya bir-neçə ay işdə olmuşlar). Bundan əlavə Əmək Məcəlləsinin 164-cü maddəsinin 2-ci hissəsinə əsasən “İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər”. İşin daha bir mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçılar bu istəklərini yazılı surətdə İşəgötürənə bildirmişdi. (İddiaçıların Cavabdehə yazılı ərizələrinin surəti mülki is materiallarında var). Lakin Cavabdeh bu qanuni tələbi də təmin etməmişdir. Bir məqamı da qeyd etmək lazımdır ki, cavabdeh birinci instansiya məhkəməsində iddia ərizəsinə etiraz etməmiş, bir çox qanun pozuntularını tanımış, hətta iddiaçıları haqlı bilərək Bakı Kommersiya Məhkəməsində Saipeme qarşı iddia qaldıraraq, həkimlərin əmək haqqlarını və Əməkdaşlıq müqaviləsinə əsasən nəzərdə tutulan xidmət haqlarını tələb etmişlər (iş materiallarına həmin iddia ərizəsinin surəti əlavə edilmişdir). 5.6.Təlimlərlə bağlı cavabdehin apellyasiya şikayətində göstərdiyi ziddiyyətli fikirlərinə apellyasiya şikayətinə əvvəl verilən etirazın 6.2-ci bəndində münasibət bildirmişik.Əlavə olaraq qeyd edək ki, İddia predmetinə daxil olmayan məsələ məhkəmədə araşdırılmamış, məhkəmə qətnaməsində əks olunmamış və bununla bağlı iddiaçılara hansısa məbləqlərin ödənilməsi nəzərdə tutulmamışdır. Belə olan halda bu məsələnin hazırki mülki işin halı kimi göstərilməsi düzgün deyil. Cavabdeh faktiki olaraq ödənilmiş məbləğlərlə özünün və Saipemin səhvləri nəticəsində iddiaçılara olan borcu əvəzləşdirməyə çalışır. Bu əvəzləşmənin mümkün olmadığını aşkar etmək üçün qanundan savayı Əmək Müqaviləsinin 5.1-ci maddəsinə nəzər salmaq kifayətdir. Belə ki, həmin maddədə konkret olaraq göstərilir ki, Tərəflər qarşılıqlı razılığa gəlirlər ki, zəruri hallarda işçi növbələr arası istirahət dövründə təlimdə iştirak etdiyi vaxta mütənasib olaraq aylıq tarif (vəzifə) maaşı əsasında hesablanan əmək haqqı ödənilir. Yəni bu razılaşma təlim günlərinin ödənişini göstərir və bu təlimlərə işçinin növbələr arası istirahət dövründə cəlb olunacağını bildirir (faktiki olaraq tərəflər razılaşır ki, işçi həmin günlər istirahət etmir və təlimlərdə iştirak etdiyinə görə mütənasib olaraq əmək haqqı alır).Cavabdehin digər iradına cavab olaraq qeyd edək ki, əmək müqaviləsinin 5.1-ci maddəsi ilə nəzərdə tutulmuş ödənişlər ikiqat deyil, bir qat şəkildə həyata keçirilmişdir və bu, mühasibatlıq sənədlərində öz əksini tapmışdır. 5.7.Cavabdeh eləcə də illər ərzində çaparaq saatların sayı 500 saatı keçdiyi üçün işçilərə hər iş ili üçün əlavə 30 gün məzuniyyət verilməsi barədə məhkəmənin gəldiyi qənaətini əsassız sayır. Cavabdeh bu fikri onunla əsaslandırmağa çalışır ki, guya çaparaq saatlar tibb işçilərinin hava nəqliyyatında uçuş saatlarını ehtiva edir. Bununla bağlı iddiaçıların mövqeyi apellyasiya şikayətinə əvvəl verilən etirazın 6.4.2-ci bəndində və eləcə də iş materiallarına əlavə edilən iddiaçıların çoxsaylı mülahizə və etirazlarında çox ətraflı əksini tapmışdır. Bu məsələ birinci instansiya məhkəməsindən ətraflı araşdırılmışdır. Bir daha qeyd edirik ki, AR Nazirlər Kabinetinin 05 iyul 2004-cü il tarixli 92 saylı Qərarı ilə "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı" təsdiq edilmişdir. Həmin Qərarın XXXVİİ bölməsinin 176-cı bəndinə əsasən illər ərzində çaparaq saatlar 500 saatı keçdikdə işçilərə hər iş ili üçün əlavə 30 gün məzuniyyət verilməlidir. Nazirlər Kabinetinin 5 iyul 2004-cü il tarixli 92 saylı Qərarına əsasən illər ərzində saatlar 500 saatı keçdikdə işçilərə hər iş ili üçün əlavə 30 gün məzuniyyət verilməlidir. Nazirlər Kabinetinin qərarında bu məqam birmənalı və çox aydın qeyd olunub. Belə ki, iddiaçılara 30 gün əlavə məzuniyyət hüququ verən 176-cı bənd həmin Qərarın XXXVİİ bölməsinə aiddir. Bölmənin adı “Səhiyyə”göstərilib. 176-cı bənd isə “Tibb, sosial təminat və maarif müəssisələrinin tibb işçilərinin ümumi peşələri” alt qrupuna aiddir və “İş ili ərzində aşağıdakı çaparaq saatlar zamanı həkim, feldşer və tibb bacısı” adlandırılır. Cavabdehin qeyd etdiyi ƏƏSMN-nin xx.xx.20221-ci il tarixli məktubunda isə göstərilmişdir ki, “bildirilir ki, dəqiqləşdirmələrə əsasən bu hissədə göstərilən saatlar qeyd edilən tibb işçilərinin hava nəqliyyatında uçuş saatlarını ehtiva edir”. Qərarın mətninə baxdıqda görünür ki, burada heç bir yerdə “hava nəqliyyatında uçuş”dan söhbət getmir. 5.8.Cavabdeh iddiaçıların tələblərin təhrif edərək bildirir ki, guya iddiaçılar əlavə məzuniyyətlərinin kompensasiya olunmasını tələb edirlər; bu səbəbdən cavabdeh apellyasiya şikayətində göstərir ki, əlavə məzuniyyətlər kompensasiya edilmir. Halbuki iddiaçılar kompensasiya ilə bağlı deyil, əlavə məzuniyyətlərinin qanuna uyğun olaraq (ƏM-nin 136-cı maddəsinə əsasən) əsas məzuniyyətlə birlikdə verilməsini cavabdehdən rəsmi surətdə xahiş etmişdir, lakin işəgötürən məzuniyyətin verilməsini təmin etməmişdir. Cavabdeh burada Əmək Məcəlləsinin 143 və 144-cü maddələrinin tətbiqindən söz açır, lakin nə həmin maddələrin dispozisiyasına, nə iş üzrə inkaredilməz sübutlara (iddiaçıların cavabdehə rəsmi müraciətlərinə, cavabdehin dərkənarı ilə qeydiyyata alınmış ərizələrinə və s.) diqqət yetirmir. Belə ki, Əmək Məcəlləsinin 143-cü maddəsində deyilir: 143.1.Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin is ili filləri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son sünü hesab edilir. 143.2.İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Beləliklə, yalnız işçi məzuniyyətdən istifadə etmək istəmədikdə ƏM-nin 144cü maddənin tətbiqindən danışmaq olar. İddiaçılar işdən çıxmamışdan əvvəl işəgötürənə rəsmi müraciət edərək, məzuniyyətlərinin verilməsini istəmişlər (iş materiallarında iddiaçıların ərizələri var), lakin onlara məzuniyyətlərin verilməsində imtina olunmuşdur. Birinci instansiya məhkəməsi iş materiallarına uyğun olaraq təhlil aparmış və iddiaçılar tərəfindən məhkəməyə təqdim olunmuş sübutlara qiymət verdikdən sonra qərar qəbul etmişdir. Belə ki, Əmək Məcəlləsinin 136-cı maddəsinə əsasən əsas məzuniyyət əlavə məzuniyyətlərlə birlikdə verilməlidir. Dəfələrlə qeyd olunub və bu da işin mübahisəsiz halıdır ki, İddiaçılar cavadehdən əsas məzuniyyətləri ilə birlikdə əlavə məzuniyyətlərinin verilməsini xahiş etmişlər və bu istəklərini rəsmi olaraq bildirmişlər. Məhkəmə olanlara və rəsmi sənədlərə müvafiq qiymət vermiş və hesab etmişdir ki, ƏM-nin 144-cü maddəsinin tətbiqindən söz gedə bilməz. Məlumdur ki, Əmək Məcəlləsinin 144.3-cü maddəsinə əsasən “Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir . Nə iddiaçlar pul əvəzi istəyib, nə də ekspert pul əvəzi hesablayıb. Ekspert rəyində məzuniyyət üçün kompensasiya deyil, məzuniyyət pulu (yəni məzuniyyət verilsəydi işçinin alacağı məbləq) hesablanıb. İddiaçılara əlavə məzuniyyət verilmədiyindən onlar öz əmək hüquqlarının pozulduğuna görə zərərin əvəzini tələb etməkdə tam haqlıdırlar, lakin iddia tələblərində iddiaçılar ƏM-nin 144-cü maddəsi ilə nəzərdə tutulan pul əvəzi (kompensasiya) deyil, qanunsuz hərəkətlər nəticəsində itirdikləri vəsaiti (məzuniyyət pulunu) tələb edirlər. Beləliklə iddiaçıların əlavə məzuniyyətlərin əsas məzuniyyətlə birlikdə verilməsini istədiklərinə və bununla bağlı işdən çıxmamışdan əvvəl rəsmi ərizə verdiklərinə görə birinci instansiya məhkəməsi ƏM-ninl43-cü maddəsini nəzərə alıb, ƏM-nin 144-cü maddəsinin tətbiqinə əsas görməyib, kompensasiya deyil, məzuniyyət pulunun tutulmasını ədalətli hesab edib. Əks halda, əçər işçilər işdən çıxmamışdan əvvəl işəgötürənə müraciət etməsəydilər və yaxud şifahi olaraq istəyərək, məhkəməyə sübut təqdim edə bilməsəydilər. ƏM-nin 144-cü maddəsi tətbiq edilərək, iddiaçılara “məzuniyyətə görə pul əvəzi verilmir” müddəasına əsasən bu vəsaitlərin ödənilməsi barədə qərar qəbul olunmazdı. Cavabdeh işin halı kimi iddiaçıların rəsmi ərizə və müraciətlərini və verdiyi cavabları nəzərə almır, halbuki məhz bu inkaredilməz faktiki hallar iş üçün və xüsusi ilə bu məsələ üçün mühüm əhəmiyyət kəsb edən hallardır. 5.9.Cavabdeh iddiaçıların daha bir tələbini absurd adlandıraraq qeyd edir ki, onların ƏM-nin 172.5-ci maddəsinə istinad edərək, əmək haqqının verilməsinin gecikdirilməsinə görə işəgötürəndən hər gecikdirilmiş günə görə qanunla nəzərdə tutulmuş ödənişin tələb edilməsi düzgün deyil. ƏM-nin 172.5-ci maddəsinin tətbiqi üçün iki məqam müəyyən olunmalıdır : a) əmək haqqının verilməsində həqiqətən gecikmə mövcuddurmu; b) əmək haqqının verilməsində gecikmə işəgötürənin təqsirindən olub yoxsa işçinin. Məhkəmədə müəyyən olunmuşdur ki, əmək haqqının dəfələrlə gecikməsi baş verib və bunu bank kartlarının çıxarışlarından açıq aydın görmək olur (iş materiallarına bütün kartlardan çıxarışlar əlavə edilib). Bu gecikmələr işəgötürənin təqsiri üzündən olmuşdur, belə ki, İşəgötürən işçilərin irad və suallarına dəfələrlə üzr məktubu yazmışdır (məsələn xx.xx.2020-ci il tarixli elektron məktub, elektron məktubun surəti iş materiallarında var, məktublardan biri əlavə olaraq bu Etiraza Əlavənin qoşmasında da əks olunub). Cavabdeh məhkəmənin qərarın məntiqsiz, iddiaçıların tələblərin isə absurd hesab etsə də, “Əmək haqqı növbəti ayın 10-da işçinin bankındakı hesabına köçürülür” müddəası Əmək Müqaviləsinin 5-ci maddəsinin 1-ci hissəsi ilə {Bax: həmin müddəanın 4-cü abzasına) nəzərdə tutulmuşdur. Həmin maddədə eləcə də göstərilir: “Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümümxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir”. İddiaçıların bank kartlarının çıxarışlarından müəyyən olunan gecikmələrə görə cavabdeh qanunla maddi məsuliyyət daşıyır. Cavabdeh heç bir arqumentlə Əmək Müqaviləsinin bu şərtini və əmək haqqlarının ödənilməsi ilə bağlı gecikmələri inkar edə bilmədiyindən, əsassız olaraq İddiaçıların tələbini “absurd iddia və səhv hesablama kimi qiymətləndirir. Cavabdeh cəmlənmiş uçot qaydalarına istinad edir və bununla da əslində öz əsaslandırmasının absurd olmasını nümayiş etdirir. Belə ki, burada söhbət hər ay işçilərə verilən əmək haqqından və əmək müqaviləsinin şərtlərinin həyata keçiriməsindən gedir. Hansı qaydada uçotun aparılmasından asılı olmayaraq, əmək müqaviləsi ilə hər ayın 10-da əmək haqqının ödənilməsi şərti birmənalı və cavabdehin əsas vəzifələrinə aid öhdəlikdir, bu öhdəliyin lazımınca icra olunmaması və ya gecikdirilməsinə görə də qanunla məsuliyyət nəzərdə tutulub. Əmək Məcəlləsinin 195-ci maddəsinin f bəndinə əsasən əmək müqaviləsi üzrə işəgötürən digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi ziyan dəydikdə işəgötürən tam maddi məsuliyyət daşıyır. Cavabdeh Əmək Müqaviləsi üzrə dəfələrlə öhdəliklərini yerinə yetirməmiş, ödənişləri gecikdirmiş, bununla da iddiaçılara maddi ziyan vurmuşdu. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsəsən əmək haqqının verilməsi İşəgötürənin təqsiri üzündən gecikdirildikdə hər gecikdirilmiş gün üçün İşçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. {Burada bütün hallarda əmək haqqının gecikdirilməsi İşəgötürənin təqsiri üzündən olub və Saipem işçilərə bəzən üzr məktubu göndərib, RDM isə gecikmənin Saipemdən qaynaqlandığını qeyd edib, amma gecikmələrin qarşısını alan olmayıb).Bundan əlavə onu qeyd etməliyik ki, əmək haqqı pul şəklində olaraq İşçinin əmlakı sayılır. Eləcə də İşçi öz əmək haqqısının mülkiyyətçisidir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə olunur. İşçinin əmək haqqısını gecikdirməklə cavabdeh həm müqavilə öhdəliklərini dəfələrlə lazımınca icra etməmiş, həm də mülkiyyətçilərin hüquqlarını pozmuşdur.İddiaçılar hər ay aldıqları əmək haqqlarının gecikdirilməsini bilsələr də, qanunla bu pozuntuya görə nəzərdə tutulan məsuliyyətdən, təəssüf ki, xəbərsiz idilər.5.10.Cavabdeh apellyasiya şikayətində sonhaqq hesabın gecikdirilməsinə dair iddiaçıların tələbi ilə razı deyil, çünki hesab edir ki, iddiaçılara borclu deyil. Məhkəmə iddiaçıların bu tələbini təmin etməmiş, yalnız əmək haqqların düzgün verilməməsi ilə bağlı tələbləri təmin etmişdir. Cavabdehin əsaslandırmasına gəldikdə isə, cavabdehin nümayəndəsi məhkəmə prosesində açıq aşkar bir neçə qanun pozuntusunu tanımış {məsələn, həkimlərin qısaldılmış 36 saatlıq iş rejimi ilə çalışmaları və artıq işlədikləri saatların düzgün ödənilməməsi) və borcunun olduğunu etiraf etmişdir {bunu məhkəmə prosesinin video yazıları, cavabdehin iddia ərizəsinə etirazın verilməməsi, cavabdehin təqdim etdiyi auditor rəyi, Kommersiya Məhkəməsində qaldırdığı iş üzrə tərtib etdiyi iddia ərizəsi təsdiq edir), sadəcə hesablamalarla razı olmadığını qeyd etmişdi. Hazırda cavabdeh hesab edir ki, iddiaçılara borcu yoxdur, çünki başqa əsaslarla (bu əsaslar haqqında iş materiallarında və eləcə də iddiaçıların apellyasiya şikayətinə əvvəl veridiyi etirazında məlumatlar var) nə vaxtsa iddiaçılara başqa məbləğlər ödənilmişdir. Faktiki olaraq cavabdeh həmin ödənilmiş məbləğlərlə (məsələn, gündəlik əlavə müavinətlərlə) yaranmış borclarını əvəzləşdirməyə çalışır. Bu isə yolverilməzdir. Cavabdeh məhkəmə qətnaməsindən həm də ona görə narazıdır ki, məhkəmə bu əvəzləşməni etməyib. Məhkəmə düzgün qənaətə gəlib ki, işəgötürən öz işçilərinə müxtəlif imtiyazlar, əlavə maddi yardımlar etməkdə haqlıdır və bu ödənişlər əmək haqqı ilə bağlı ödənişləri əvəz edə bilməz. Məhkəmə düzgün olaraq müəyyən edib ki, gündəlik əlavə müavinətin verilməsi RDM-lə Saipemın arasında bağlanmış Əməkdaşlıq Müqaviləsinə, qüvvədə olan qanunvericiliyə əsaslanan əmək müqaviləsinin şərtlərinə əsasən həyata keçirilmişdir, lakin bu ödənişlər heç bir halda qanunla nəzərdə tutulan əmsalların tətbiqini əvəz etmir və əmək haqqlarının düzgün hesablanmasından cavabdehi azad etmir. 5.11.Cavabdeh iddia müddətinin tətbiq edilməməsindən şikayət edir. Bununla bağlı iddiaçıların qeydləri əvvəl verilən etirazın 6.1 -ci bəndində əks olunmuşdur. Məhkəmə tərəfindən auditor rəyinin deyil, ekspert rəyinin əsas kimi götürülməsinə iddiaçıların apellyasiya şikayətinə əvvəl verdikləri etirazda münasibət bildirilmişdi (bax: əvvəl verilən etirazın 6.3.2. -ci bəndinə) 5.12.Cavabdeh məhkəmə tərəfindən əlavə gündəlik müavinətin işçilərə verilməsi faktım nəzərə almamasını göstərir və bundan narazılığını bildirir. (Bununla bağlı hazırki etirazın 5.9,-cu bəndində qısa olaraq qeyd var) Əlavə gündəlik müavinət RDM ilə Saipemin arasında bağlanmış Əməkdaşlıq müqaviləsinə əsasən verillib, lakin cavabdeh hesab edir ki, gündəlik müavinət verildiyinə görə işçilər tarif maaşından əlavə vəsait alıb, bu səbəbdən qanun pozuntuları nəticəsində yaranmış borc onlara ödənməməlidir. Bu əsaslandırmaya dəfələrlə cavab verilib, əlavə olaraq bir fikri çatdırmaq istərdik: Cavabdeh iddiaçıların bəzi tələblərini absurd adlandırmaqdansa əvvəlcə yol verdiyi qanunpozuntuları nəticəsində yaranmış boclardan azad olmaq üçün özünün ağılasığmaz əsaslandırmasına qiymət versin. İddiaçılar bir işçilər kimi öz əməkləri qarşılığında qanunlarla və müqavilələrlə nəzərdə tutulmuş əmək haqqlarını tələb edir və hüquqlarının təmin olunmasında haqlıdırlar. 5.13.Cavabdeh eləcə də iddiaçılar İddiaçı5, İddiaçı7 və İddiaçı3 ilə 2020-ci ilin 02 iyul tarixində əmək müqavilələrinə xitam verərək 03 iyul 2020-ci il tarixdə yenidən bağlanmasını əsas gətirərək, iddia müddətinin tətbiq edilmədiyini qeyd edir. Burada cavabdeh növbəti dəfə işin hallarını təhrif edərək, qeyd edir ki, guya həmin iddiaçılarla son haqq-hesab aparılmışdır. Bu, həqiqətə uyğun olmayan informasiyadır və məlumatın yanlış olması bir-neçə sübutlarla təsdiq edilir. Əvvələ iş üzrə mühasibatlıq sənədləri ilə çox rahat sübut edilir ki, işçilərlə son haqq-hesab aparılmayıb. İkincisi, işçilərin həmin günlərdə işdə olması ilə bağlı cədvəllərdən görünür ki, işçilər işdə olmuşlar və onlarla olan müqaviləyə xitam verilməyib. Üçüncüsü isə, bu fakt işçilərin hansı günlərdə fasiləsiz işdə olmaları ilə bağlı arayışla təsdiq olunur (İddiaçı5 arayışı bu sənədə əlavə edilir). Həqiqətdə iddiaçılar İddiaçı5, İddiaçı7 və İddiaçı3 ilə əmək müqavilələri faktiki olaraq pozulmamış, onlarla son haqq-hesab aparılmamış, əmək müqaviləsinə xitam verilən gün, yəni 02 iyul 2020-ci il tarixdə onlar işdə (gəmidə) olmuşlar. İddiaçı5 05 iyun 2020-ci ildən xx.xx.2020-ci ilə kimi fasiləsiz Xankəndi gəmisində işləmiş və bir dəqiqə də ordan kənarda olmamışdır ( Bu faktı bir daha təsdiq edən xx.xx.2023-cü il tarixli arayış bu etiraza əlavə edilir. Həmin arayışa əsasən Agagülov Əfqan xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində Həkim vəzifəsində çalışaraq Xəzər dənizi hövzəsində üzən STG 'Xankəndi" gəmisində olmuşdur). Belə olan halda 02 iyul 2020-ci il tarixdə ışçı ilə necə müqavilənin pozulması baş verə bilərdi? İddiaçı Agagülovla müqaviləyə xitam verilməmiş və son haqqhesab aparılmamışdır (bunu rəsmi mühasibatlıq sənədləri də təsdiq edir). İddiaçı7 xx.xx.2020ci il tarixdən 28. 08. 2020-ci il tarixə kimi işdə olmuş və onunla heç bir haqq-hesab aparılmamışdır. Maraqlısı odur ki, bu müddətin xx.xx.2020-xx.xx.2020-ci il zaman kəsiyində iddiaçı İskəndərli karantində olaraq, işdə sayılmışdır (xx.xx.2020-ci ildə oteldə karantində olan şəxslə heç kim son haqq-hesab apara bilməzdi), və 17 iyul 2020-ci il tarixdə gəmiyə gəlmişdir. Onunla da müqaviləyə xitam verilməsi və son haqq-hesabın aparılması mümkün deyildi. Eyni hal İddiaçı3lə də baş vermişdi - xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi işdə olmuş, xx.xx.2020-ci il tarixdən - xx.xx.2020-ci il tarixə kimi karantində olmuş və onunla müqavilənin pozulması və son haqq-hesabın aparılması mümkün deyildi. Gəmidən qayitdıqdan sonra da heç bir iddiaçı ilə son haqq-hesab aparılmamışdır. Bütün bunlar iş materialları ilə (iş cədvəlləri, ödəniş sənədləri və s.) təsdiq olunur və məhkəmə prosesində də iddiaçılar həmin faktları bir daha məhkəməyə bildirmişlər. Cavabdeh Avropa Məhkəməsinin müxtəlif qərarlarını və eləcə də AR Ali Məhkəmənin Plenum qərarını rəhbər tutaraq, iddia müddətinin tətbiqinin vacibliyini qeyd edir. Lakin heç bir qərarda buraxılmamış iddia müddətinin cavabdehin vəsasəti əsasında buraxılmış kimi qəbul edilməsi, iddia müddətinin axımına fikir vermədən iddia müddətinin mütləq tətbiqi qeyd edilməmişdir. Bundan əlavə heç bir qərar Əmək Məcəlləsinin 296-cı maddəsinin dispozisiyasmı dəyişdirməmişdir. Belə ki ƏM-nin 296.4-cü maddəsinə əsasən "Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər”. İddiaçılar öz hüquqlarının pozulmasından 2021-ci ilin mart ayında şübhələnməyə başlamış və araşdırdıqdan sonra işəgötürənə rəsmi müraciət etmişdir. Nəticə əldə etmədikdə, artıq 2021-ci ilin dekabr ayında mübahisənin həlli üçün məhkəməyə müraciət etmişlər. İddiaçıların öz hüquqlarının pozulması barədə əvvəldən bilməsini cavabdeh sübut edə bilmir, çünki onlar həqiqətən əmək haqqlarına əlavələr və hesablamalar haqqında bixəbər idilər. Bircə onu qeyd etmək kifayətdir ki, iddiaçılar, onların vəkili cavabdehə və Saipemə rəsmi sorğu ilə dəfələrlə müraciət etmiş və ödənişlərin əsasını təşkil edən Əməkdaşlıq müqaviləsi və digər məlumatları almaq istəmişlər. Lakin bu məlumatlar onlara verilməmiş və yalnız məhkəmənin israrlı sorğu və tələbləri ilə lazımi sənədlər məhkəməyə və ekspertə təqdim edilmişdir (bütün bunlar mülki iş materialları ilə təsdiq olunur, cavab verilməyən sorğular, dəfələrlə verilmiş vəsatətlər iş materiallarında mövcuddur). Belə olan halda iddiaçılar pozulmuş hüquqları, düzgün ödənilməmiş əmək haqqları barədə necə xəbərdar ola bilərdilər? {İddia müddətinin tətbiqi ilə bağlı iddiaçıların mövqeyi əvvəl verilən Etirazın 6.1-ci bəndində ətraflı əks olunmuşdur). 5.14. Cavabdeh Yasamal Məhkəməsinin icraatında olan başqa bir işi presedent kimi misal çəkir. Lakin nəzərə almır ki, hər bir iş və onun məhkəməyə təqdimatı, məhkəmə prosesində baş verən çəkişmələr, müdafiə taktikaları və sübutetmə alətləri, AR MPM-nin 9,76,77,78,165 və s. maddələrin tətbiqi ilə prosesin gedişatı fərqli olur. Cavabdehin qeyd etdiyi iş üzrə məhkəməyə hansı sübutların və hansı şəkildə təqdim edilməsindən, orada çəkişmənin hansı şəkildə getməsindən asılı olaraq iddiaçı Azər Rzaguliyevin iddiası rədd olunubsa, bu o demək deyil ki, bütün buna oxşar işlər identik surətdə həll olunmalı və bütün oxşar iddialar rədd olunmalıdır. Əks halda nə məhkəmələrə, nə ayrıca proseslərə nə ayrıca hakimlərə ehtiyac qalmazdı.Digər tərəfdən adı çəkilən mülki işi və qətnaməni presedent kimi qəbul etmək də olmaz, çünki Azər Rzaquliyevin işi üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minməmişdir. 5.15.Son olaraq onu qeyd etməliyik ki, cavabdeh apellyasiya şikayətinin 5-ci bəndində işin halları ilə bağlı məhkəməyə bildirdiyi bəzi məlumatları təhrif olunmuş və yaxud həqiqətə uyğun olmayan şəkildə təqdim edərək, inkar edilməz sübutlarla təsdiq olunmuş iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki halları ümumiyyətlə göstərməmişdir. İddiaçılar hesab edir ki, cavabdeh, məhkəməni səhv istiqamətdə yönləndirmək və birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul etməsi görüntüsünü yaratmaq məqsədi daşıyır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

6. Bakı Apellyasiya Məhkəməsinin Mülk Kollegiyasının xx.xx.2023-cü il tarixili qərardadı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətindən mütəxəssis cəlb edilməklə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi qərara alınmış, ekspertizanın aparılması Azərbaycan Respublikası Auditorlar Palatasının auditorlarına həvalə edilmişdir. Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X30 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli audit hesabatının nəticə hissəsində qeyd edilmişdir: ƏM-nin 96-cı maddəsinə müvafiq olaraq RDMilə iddiaçılar arasında bağlanmış əmək müqavilələrinin 4.6 bəndinə əsasən iş vaxtının cəmlənmiş uçotu tətbiq edilmişdir, - iddiaçıların əmək haqqlarının hesablanması həftəlik iş norması 36 saat olmaqla əsas götürülmüşdür, - həmçinin iş vaxtının cəmlənmiş uçot dövrü tətbiq edilərkən müvafiq illər üzrə 36 saatlıq istehsalat təqvimlərinin göstəriciləri nəzərə alınmışdır, - hesablamalarda, tərəflər arasında bağlanmış əmək müqavilələrinin 5.1 bəndinə və müqavilələrə edilmiş əlavələrdə müəyyən edilmiş tarif (vəzifə) maaşları əsas götürülmüşdür, Normativ hüquqi aktlara, təqdim edilmiş sənədlərə, yuxarıda göstərilənlərə əsasən araşdırma zamanı aşağıdakılar müəyyən olunmuşdur. Yenidən hesablanmış əmək haqqları məbləğləri: İddiaçı4 – 396 199,97 manat, o cümlədən öhdəlikdən kənar ödəmələr üzrə cəmi 85 725,50 manat, aşağıdakı tərkibdə:- gündəlik əlavə müavinət/hər dəniz/vaxta günü üçün (Saipem) - 76 169,64 manat,-pandemiya ilə əlaqədar əlavə ödəniş (Saipem)- 9 555,86 manat; İddiaçı5 – 447 732,83 manat, o cümlədən öhdəlikdən kənar ödəmələr üzrə cəmi 98 066,83 manat olmaqla, aşağıdakı tərkibdə: - gündəlik əlavə müavinət/hər dəniz/vaxta günü üçün (Saipem) - 89 017,12 manat, - pandemiya ilə əlaqədar əlavə ödəniş (Saipem) - 9 049,71 manat; İddiaçı3 – 478 780,39 manat, o cümlədən öhdəlikdən kənar ödəmələr üzrə cəmi 97 518,97 manat olmaqla, aşağıdakı tərkibdə: - gündəlik əlavə müavinət/hər dəniz/vaxta günü üçün (Saipem) - 92 055,96 manat, - pandemiya ilə əlaqədar əlavə ödəniş (Saipem) - 5 463,01 manat; İddiaçı1 – 302 056,96 manat, o cümlədən öhdəlikdən kənar ödəmələr üzrə cəmi 68 381,15 manat olmaqla aşağıdakı tərkibdə: - gündəlik əlavə müavinət/hər dəniz/vaxta günü üçün (Saipem) - 58 250,50 manat, - pandemiya ilə əlaqədar əlavə ödəniş (Saipem) - 10 130,65 manat; İddiaçı6 – 434 731,79 manat, o cümlədən öhdəlikdən kənar ödəmələr üzrə cəmi 94 195,61 olmaqla aşağıdakı tərkibdə: - gündəlik əlavə müavinət/hər dəniz/vaxta günü üçün (Saipem) - 82 559,05 manat, - pandemiya ilə əlaqədar əlavə ödəniş (Saipem) - 11 636,56 manat; X11 – 431 413,74 manat, o cümlədən öhdəlikdən kənar ödəmələr üzrə cəmi 86 919,25 manat olmaqla aşağıdakı tərkibdə: - gündəlik əlavə müavinət/hər dəniz/vaxta günü üçün (Saipem) - 81 966,42 manat, -pandemiya ilə əlaqədar əlavə ödəniş (Saipem) - 4 952,83 manat; İddiaçı2 – 250 518,82 manat, o cümlədən öhdəlikdən kənar ödəmələr üzrə cəmi 49 132,89 manat olmaqla aşağıdakı tərkibdə: - gündəlik əlavə müavinət/hər dəniz/vaxta günü üçün (Saipem)- 43 781,42 manat, - pandemiya ilə əlaqədar əlavə ödəniş (Saipem) - 5 351,47 manat. Nəticə etibarı ilə "xxxx" ASC tərəfindən iddiaçılara əmək haqqları aşağıdakı məbləğlərdə artıq ödənilmişdir: - İddiaçı4 – 16 341,86 manat, - İddiaçı5 – 26 259,46 manat, - İddiaçı3 – 28 018,74 manat, - İddiaçı1 – 17 532,32 manat, - İddiaçı6 – 22 946,58 manat, - X11 – 1 438,39 manat, - İddiaçı2 - 9 069,61 manat az ödənilmişdir. Lakin İddiaçı2 dövr ərzində “gündəlik əlavə müavinat/hər dəniz/vaxta günü üçün (Saipem)” sətiri üzrə 43 781,42 manat və “Pandemiya ilə əlaqədar əlavə ödəniş (SAİPEM)” sətiri üzrə 5 351,47 manat ödənilmişdir. İddiaçı2 qeyd edilən öhdəlikdən kənar ödəmələr üzrə 49132,89 manat vəsaitin ödənilməsini nəzərə alsaq "xxxx" ASC –nin onun qarşısında borc öhdəliyi yoxdur. Hesablamalar aparılan zaman iş vaxtının cəmlənmiş uçotunun (4 aylıq) tətbiq edilməsi nəzərə alınmışdır, müəyyən edilmiş istehsalat nomalarına uyğun olaraq (36 saatlıq həftəlik iş norması) 1 (bir) iş saatının dəyəri tapılmışdır (tarif (vəzifə) maaşlarına görə bir iş saatının dəyəri dəyişir), əmək müqavilələrində və onlara əlavələrdə müəyyən edilmiş tarif (vəzifə) maaşlarına AR Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli Qərarının 4-cü bəndinə əsasən ən yüksək (1.75) artım (əmsal) tətbiq edilmişdir.Hesablamalar aparılan zaman iddiaçılara bayram və istirahət günləri (30 günlük vaxtdan sonra) işlədikləri aylarda, bir iş günü üçün ( 36 saatlıq iş həftəsinə müvafiq olaraq bir iş günü 7,2 saatdan hesablanmaqla) əmək haqqı qanunla müəyyən edilmiş qaydada (Əmək Məcəlləsi 109 və 164-cü maddələri), ikiqat hesablanmışdır. İşçilərin həmin günlərdə işlədikləri artıq saatların ödənişi isə iş vaxtının cəmlənmiş uçotunun (4 aylıq) tətbiq edilməsinə müvafiq olaraq hər dörd ayda hesablanmışdır. Tərəfimdən hesablamalar aparılan zaman əmək müqavilələrində nəzərdə tutulmuş artım (1,75) artıq işlənmiş saatlara tətbiq edilməmişdir. AR Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli Qərarının 4-cü bəndinə əsasən bu artım tarif (vəzifə) maaşlarına tətbiq edilir, işlənmiş artıq saatlar tarif (vəzifə) maaşı deyil, ona əlavədir və onlara artım ödənilməsi nəzərdə tutulmamışdır, çünki işlənmiş artıq saatların iki qatının hesablanması (Əmək Məcəlləsi 165-ci maddə) 4 ayda bir dəfə, iş vaxtının cəmlənmiş uçotunun tətbiq edilməsi zamanı aparılır. Və bu müddəaya da hesablamalar zamanı əməl olunmuşdur. Hesablamalar aparılan zaman iddiaçılara əmək şəraiti və əmək funksiyasının xarakterinə görə 6 günlük əlavə məzuniyyət (30+6+6) nəzərə alınmışdır, 42 günlük məzuniyyət kompensasiyası hesablanmışdır. Çaparaq saatlara görə iddia edilən 75 günlük əlavə məzuniyyətə (dövr üçün) kompensasiya hesablanmamışdır, çünki bu Əmək Məcəlləsinin 144-cü maddəsinin tələblərinə və AR Nazirlər Kabinetinin 30 may 2005-ci il tarixli 95 saylı Qərarının 9-cu bəndinə ziddir. (bax:19 ). “Əlavə (75 günlük) Məzunuyyət kompensasiyası” barədə hesablamalar aparılan zaman iddiaçıların gecə saatlarında işlədiyi vaxtlara tətbiq edilən əlavə ödənişlərin (işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi hesablanması AR Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli, 74 saylı “ Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” Qərarına əsasən aparılmışdır. Tərəfimdən hesablamalar aparılan zaman iddiaçıların tarif (vəzifə) maaşlarına AR Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarı ilə 1,04 (əmək şəraiti ağır və zərərli olduğu üçün artım) əmsalı müəyyənləşdirilmişdir və işçilərin tarif (vəzifə) maaşlarına nisbətdə hesablanmışdır.

7. İddiaçılar audit hesabatına etiraz təqdim etmiş və qeyd etmişdirlər ki, 26 oktyabr 2023-cü il tarixli auditor hesabatı (rəyi) və onun əsaslandığı hesablamalar tərəflərindən nəzərdən keçirilmişdir. Aşağıdakı səbəblərə görə auditor rəyini əsassız, onun əsaslandığı hesablamaları isə qüsurlu hesab edir və etirazlarını bildirirlər: xx.xx.2023-cü il tarixli Auditor rəyini tərtib edən sərbəst auditor X24 auditor yoxlamasını keçirərkən, iddiaçılar kimi onlardan lazımı sənədləri almamış, auditora bildirmək istədikləri iş üçün əhəməyyətli məlumatları dinləməmişdir. Bu cür yanaşmanı gördükdən və 26 oktyabr 2023 cü il tarixli auditor rəyi məhkəmə portalına yükləndikdən sonra, rəylə tanış olan kimi onlar 30 oktyabr 2023-cü il tarixdə Auditor Palatasının başqa bir auditoru - Aftandil Əliyevlə müqavilə bağlamış və iş üzrə hesablamaların aparılmasını və əvvəlki məhkəmə ekspertizasının və digər sənədlərin yoxlanmasını tapşırmışlar. Bundan əlavə Vidadi Talıbovun rəyin də yoxlanmasını xahiş etmişlər. Sərbəst auditor A.Əliyevin verdiyi rəydən sonra auditor Vidadi Talıbovun səhv rəy verməsində heç bir şübhələri qalmamışdır. Əgər auditorun keçirdiyi yoxlama məhkəmə mühasibatlıq ekspertizası idirsə, belə olan halda auditor rəyini məhkəməyə göndərməli və ondan sonra tərəflərdən vəsait tutulmalı idi. Burada auditor tək bir tərəflə (bu halda RDM ilə) müqavilə bağlamışdır, belə olan halda onun birtərəfli rəy tərtib etməsi təəccüb doğurmur. Rəyin məzmununa baxdıqda açıq aydın görünür ki, hazırki rəy RDM-in əvvəl cəlb etdiyi və bu iş üzrə ikisi bir birinə zidd rəy verən auditor Səməd İskəndərovun rəyi ilə eynilik təşkil edir. (Auditor S.İskəndərovun rəyinin birinci məhkəmə instansiyasında araşdırıldıqdan sonra nədən məhkəmə qətnaməsində əks olunmaması məhz bu səbəbdən olunmuşdur ki, məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir ki, eyni iş üzrə iki fərqli rəy verilmişdir. Bunu sübut edən və iş materiallarında olan sənəd: RDM-dən İddiaçı3 göndərilmiş məktub. Həmin məktubdan görünür ki, RDM-in iddiaçıya xeyli borcu var imiş. Bu fakt bütün iddiçıların izahatları ilə də təsdiq olunmuşdu. Digər iddiaçılar yazılı məktub almamışlar, çünki RDM ilə görüşdə İddiaçı3 başqa hər kəs iştirak etmişdi və bizə borclar haqqında şifahi bildirilmişdir. Həmin borcların məbləği bizə auditor Səməd İskəndərovun hesablamasından sonra məlum olmuşdur. Lakin məhkəmə prosesində S.İskəndərov başqa rəy təqdim etmişdir). xx.xx.2023-cü il tarixli auditor V.Talıbovun tərtib etdiyi rəy bir sıra səbəblərdən qüsurlu, birmənalı olaraq əsassız və birtərəflidir. Belə ki, Auditor birçox sənədləri nəzərdən keçirməmiş (misal: iş materiallarında mövcud olan İddiaçıların məzuniyyətlə bağlı ərizələrini) və nəticədə kobud səhvlər buraxmışdır. Bundan əlavə rəyin tərtibi üçün əhəmiyyətli sənədlər onlardan almamış (məsələn, əmsallar ilə bağlı dövlət orqanının - ƏƏSM Nazirliyinin əmsallarla bağlı xx.xx.2023 -cü il tarixli məktubunu) və hansı materiallar əsasında ekspertizanın aparılması və bir sıra digər suallarına cavab verməmişdir. Rəydə auditorun istinad etdiyi sənədlərin siyahısı göstərilmir, bu da öz növbəsində auditorun birtərəfli iş aparması haqqında əsaslı şübhə doğurur. Rəydə auditorun bütün sənədlərin və dəlillərin toplanması, həmin sənədlərin iş üzrə ekspertizası üçün kifayət etməsi barədə arxayın olması qeyd edilmir. Auditor ancaq kafi əminlikdən yazır ki, rəyin məzmunu bunun əksini göstərir. Auditor sözügedən rəyində göstərmişdir ki ( Rəyin 2 ci səh.8-ci abzasında), ”... aparılan mühasibatlıq ekspertizasında X25 Xidmətinin Bakı şəhər İdarəsinin əməkdaşı X20 iştirak etdi, ekspertiza təhqiqatı zamanı ortaya çıxan sualları şifahi olaraq cavablandırdı.” DƏMX əməkdaşının auditorun suallarını şifahi cavablandırması əmək müfəttişliyinin rəyinin nədən ibarət olması və ümumiyyətlə nə dərəcədə bu iş üzrə sənədlərlə tanış olduğu barədə xeyli suallar yaradır. Auditor Rəyin əsasını təşkil edən hər bir hesablamada konkret qanunvericiliyin hansı müddəalarına əsaslandığını tam ətraflı qeyd etmir, sübut kimi heç bir sorğu aparmadığı görünür. Rəyin 2-ci bölməsində auditor, məhkəmə eksperti tərəfindən 1,75 əmsalını düzgün tətbiq etmədiyini göstərir. Auditor qeyd edir ki, “ekspert işçilərin iş yerində olub-olmamağını nəzərə almadan təqvim ayı üçün onların tarif maaşlarına sözü gedən artım (əmsal) tətbiq edərək hesablama aparmışdır, bəzi hallarda işçinin tam təqvim ayı istirahətdə olmağına baxmayaraq onun tarif maaşına tam məbləğdə dəniz əmsalı hesablamışdır”. Əvvəla iddiaçılarla RDM arasında bağlanmış Əmək müqaviləsinin 5.1 maddəsində göstərilir ki, “İşçiyə hər ay 2819 manat tarif (vəzifə) maaşı və tarif (vəzifə) maaşına sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal) ödənilir”- cümlədən də görünür ki, vəzifə tarif maaşı və əmsal hər ay ödənilməlidir. Bununla da İşəgötürən əmsalın hər ay ödənilməsini öhdəlik kimi öz üzərinə götürmüşdür. Bu o deməkdir ki, tərəflər arasında bağlanmış Əmək müqaviləsi ilə birmənalı olaraq İddiaçıların tarif maaşına 1.75 artım əmsalının hər ay hesablanması və ödənilməsi nəzərdə tutulmuşdur. Bundan başqa işçilər vaxtamuzd və gün ərzində 12 saatlıq qrafiklə işləyib, eləcə də cəmlənmiş uçot tətbiq olunmuşdur. Bu faktları nəzərə alaraq, auditor tərəfindən məhkəmə ekpertinin (eləcə də işəgötürənlərin) öz hesabatlarında səhvə yol verdiklərini qeyd etməsi tamamilə əsassızdır. Məsələn, auditor 4-cü cədvəldə işçinin 28 ay işləməsinə baxmayaraq, nədənsə ancaq 18 ayını qeyd edib və işçinin guya həmin aylarda aylıq normadan az işləməsini dəlil kimi götürərək ekspertin 1,75 əmsalı bütöv hesablamasını əsassız sayır. Nədənsə o biri aylarda işçi normadan çox işdə olsa belə, yenə də müqaviləyə əsasən hər ay tarif maaşına uyğun dəniz əmsalı hesablanmasına fikir bildirmir. Bundan əlavə hətta auditor Vidadi Talıbov misal kimi göstərdiyi cədvəldə belə səhvə yol vermişdir. Misal üçün: 2019-cu ilin fevral ayında istehsalat təqviminə görə 20 iş günü, faktiki isə 14 iş günü yazaraq elə nəticəyə gəlib ki, işçi normadan az işdə olub. Halbuki işçi 14 günə 14x12=168 saat işləmiş olub, həmin ayın normativ saatı isə 144 saat olmuşdur. Auditor bunu nəzərə almayıb. Bir sözlə, auditorda cəmlənmiş uçot, vaxtamuzd iş sistemi haqqında lazımi biliklər tam deyildir və o, son nəticədə, qanunvericiliyin belə məqamları izah edən normativ aktları ilə tanış olmadan səhv rəy tərtib etmişdir. Ekspert tərəfindən isə treyninq və xaricə ezamiyyət vaxtı, eləcə də quruda iş zamanı 1,75 əmsalı tətbiq edilməmiş, qalan hallarda isə 4 ay ərzində tətbiq olunan cəmlənmiş uçota, müqavilənin şərtlərinə əsasən hər ay vəzifə tarif maaşı və artım (əmsal) hesablanmış, 4 ayın sonunda isə faktiki iş saatlarından 4 aylıq normadan artıq olanlarının ödənişi əmsal da tətbiq olunmaqla aparılmışdır. Rəydə hüquqi və kobud riyazi səhvlər vardır. Məsələn, auditor rəyinin 3-cü və 4-cü bölməsində ƏM-nin 149.3-cü maddəsini rəhbər tutur. Halbuki bu maddə Əməyin işəmuzd ödənilməsi qiymətlərinin müəyyən edilməsinə aiddir. Onlar isə vaxtamuzd ödənilmə dərəcəsinə aid olmaqla aylıq maaş alırdılar və onlarda aylıq iş günü norması deyil, aylıq iş saatı norması və ya uçot dövrünə uyğun norma saatlar anlayışları işlədilməlidir, eləcə də istər normal iş növbəliyində, istərsə də istirahət və qeyri iş günlərində 12 saatlıq iş qrafiki ilə çalışdıqlarından bütün iş saatları tam ödənişə cəlb olunmalıdır. Nəzərə alsalar ki, onlar tətbiq olunmuş uçot dövrlərində 4 aylıq norma saatlardan artıq işləmişlər, ona görə də ƏM-nin 164 -cü maddənin tələbləri nəzərə alınarkən, hər istirahət günündə işlədikləri 12 saatın ödənişi üçün onlar aylıq vəzifə maaşlarının (eləcə də artım və ya əmsallar nəzərə alınmaqla) aylıq norma saatlarına nisbəti tapılmaqla, alınan bir saatın qiymətinin ikiqatının 12 saata, uyğun olaraq həmin işlədikləri istirahət günlərinin sayına vurulmalıdır. Yəni auditor gah işçilərə işəmuzd işçi kimi yanaşmış, gah həftəlik, gah aylıq uçot tətbiq etmiş, gah da norma saat anlayışının tətbiqində səhvlərə yol verərək, əsassız surətdə ekspertin düzgün hesabatını şübhə altına almağa çalışmışdır. Sadə bir misal: auditor gündəlik faktiki iş saatları qrafiklə 12 saat olsa da, heç bir qanunvericiliyə əsaslanmadan onu 7.2 və 4.8 saatlara ayıraraq öz mülahizəsinə uyğun gündəlik norma saatlar tərtib etmişdir, bununla da günlük uçot qaydalarına müraciət etməyə çalışmışdır. Hətta qanunvericilikdə qeyri-iş günü hesab edilən bayram günlərində belə auditor faktiki 12 saatı norma və normadan artıq saatlar şəklində bölmüşdür. Halbuki hamıya məlumdur ki, istehsalat təqvimində bayram günlərində 0 saat nəzərə alınır. Bütün bunların əsassız və süni olaraq əmək haqqı hesablanmasında az rəqəmlərin əldə olunması üçün edildiyi açıq aşkardır. Auditor rəyin 5-ci bölməsində iş yerinin ağır və zərərli olmasına görə artımı (əmsalı) gah 0,04% göstərərək, gah da real 1,04 əmsalını vurğulayaraq hesablama zamanı məhkəmə ekspertinin riyazi səhv etdiyinə irad tutur. Halbuki, bu əmsalın vəzifə maaşına artım (əmsal) olunduğu və nə cür tətbiq olunması həm adlarını çəkdiyi qanunvericilikdə, həm də məhkəmə materiallarında olan Az. Resp. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 29 aprel 2022-ci il tarixli sorğuya cavab məktubunun axırıncı abzasında çox aydın göstərilir. Elə auditor Vidadi Talıbovun çəkdiyi misala baxaq. İşçi İddiaçı4 2020-ci il may ayında 372 saat faktiki həmin şəraitdə işləmişdir. Həm qanunun tələblərini, həm də sorğuya cavab məktubunu əsas götürərək İşçinin bu əmsala uyğun məhkəmə ekspertinin hansı hesablama metodikasını seçdiyini görərik, işçi İddiaçı4 2020-ci il may ayında 372 saat faktiki həmin şəraitdə işləmişdir, qanunvericilik, eləcə də Sorğunu əsas götürərək İşçinin bu əmsala uyğun ekspertin hansı hesablama metodikasını seçdiyini görərik. (Həmin ayın İşçi üçün istehsalat norması 113,2 saat olduğunu və vəzifə maaşının 2884 azn olduğunu bildiyimizdən, yalnız 113,2 saat üçün 2884/113,2×113,2×1,04=2999,36 azn alınır, bu məbləğin 2884 azn-i vəzifə taarif maaşı kimi (yəni 1,04 dən 1 tam hissəsi), 115,36 azn isə yalnız 113,2 saat üçün (1,04 dən 0,04 hissəsi) kimi alınır. Amma ekspert faktiki iş saatlarının 372 saat olduğunu nəzərə alaraq, yerdə qalan 258,8 saat üçün də 1,04 əmsalını elə həmin ayın əmək haqqı hesablanmasında düzgün olaraq göstərmişdir.Belə ki, 2884/113,2×258,8×1,04 = 6857,19 azn olur. 115,36+6857,19=6972,55 azn edir ki, bu da ekspertin heç bir səhvə yol vermədiyini bir daha sübut edir. Auditor burada da qanunvericiliyin tələblərini, eləcə də iş materiallarını düzgün araşdırmamış və əsassız olaraq iradlar bildirmişdir. Auditor rəyin 6-cı bölməsində təkrarən İşçinin faktiki iş saatlarını əsassız olaraq hissələrə bölür və bir daha cəmlənmiş uçot qaydalarını özünəməxsus interpretasiya edərək, artıq saatların hesablanmasında süni azaltmalar yaradır. Bunu həmin müddətdə İşəgötürən belə etmədiyi halda auditorun hansı maraqla bu cür azaltmaya getməsi aydın deyil. Auditor Əmək Məcəlləsinin 95-ci ( “İş vaxtının rejimi"), 96-cı (“İş vaxtının cəmlənmiş uçotu"), 102-ci (“İş vaxtının uçotu") maddələrini və onların tətbiqi qaydalarını diqqətlə araşdırsaydı iş vaxtının cəmlənmiş uçotu qaydasında çalışan işçinin əmək haqqının ödənilmə qaydasını düzgün müəyyən edərdi. İş vaxtının cəmlənmiş uçotu qaydasında çalışan işçiyə seçilmiş qeydiyyat dövrünün sonunda qeydiyyat dövründəki normadan artıq çalışılmış saatlara görə əməkhaqqı isə Əmək Məcəlləsinin 165-ci maddəsinin birinci bəndində nəzərdə tutulmuş formada ödənilir. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əməkhaqqının ödənilməsi bu qayda çərçivəsində həyata keçirilir: - əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla. Auditor bir daha cəmlənmiş uçotda gah seçilən müddəti pozur, gah da işçinin iş qrafıkini və aylıq istehsalat normasını nəzərə almadan, gündəlik faktiki iş saatlarını əsassız olaraq norma və artıq saatlara bölür. Maraqlısı da odur ki, adi növbə vaxtlarında bu məsələlərə fikir vermir. Yəni 28/28 qrafiklə gündəlik 12 saatla çalışan işçinin həftənin şənbə və və bazar günləri işləməsi zamanı nədən heç bir qeyd vermir ki, artıq saatlar 4,8 saat yox 12 saat olmalıydı. Burada auditorun iradları tamamilə əsassızdır (Məhkəmə eksperti isə əksinə, öz hesablarında qanunvericiliyin tələblərini düzgün nəzərə almışdır). Bundan əlavə auditor uçot dövrünün sonunda artıq saatların, eləcə də istirahət günündə əməyin ödənişi zamanı vəzifə tarif maaşlarına artım əmsalların nəzərə alınmamasını israrlı surətdə bildirir. Halbuki “Məcəllənin 164 və 165-ci maddələrinə əsasən ödənilən haqq qanunvericiliklə əmək haqqına əlavə deyil, tarif (vəzifə) maaşı olduğu üçün Azərbaycan Respublikası Nazirlər kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarının 1-ci və 4-cü bəndi ilə müəyyən edilmiş artım (əmsal) həmin tarif (vəzifə) maaşına tətbiq edilməlidir". Sübut kimi 2023-cü il 07 aprel tarixli Azərbaycan Resp. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin sorğuya cavab məktubu göstərilə bilər (etiraza əlavə olunur). Auditor rəyin 17-ci bölməsində “gündəlik müavinət” və "pandemiya ilə əlaqədar olaraq 2020-ci ilin mart-may ayları üzrə" ödənişləri tam əsassız olaraq öhdəlikdən kənar hesab etmişdir. Belə ki, iş materiallarında olan Saipem və RDM arasındakı Əməkdaşlıq müqaviləsində və Saipemin pandemiya ilə əlaqəli məktubunda bu ödənişlər öhdəlik kimi qəbul edilmiş və həmin dövrdə belə ödənişlər işçilərə hesablanaraq ödənilmişdir. Auditorun bu qeydləri iki səbəbdən ola bilər: a) auditorun iş materialları ilə tam tanış olmamasından; b) sifarişçisi olan RDM-in sonradan əvvəlki ödənişləri öhdəlikdən kənar hesab etdirməklə, qanun pozuntuları fonunda ödəməli olduqları məbləği azaltmağa çalışması mənafeyini müdafiə etməsindən. Auditor rəyin 19-cu bölməsində 75 günlük məzuniyyəti əlavə məzuniyyət kimi təsdiq etsə də, müqavilələrə xitam verilərkən kompensasiya verilməməsini iddia edir. Auditor iş materialları ilə tanış olsaydı bilərdi ki, biz (İddiaçılar) iş müddətlərinin son günlərində onlara qanunla düşən bütün məzuniyyətlərin verilməsini yazılı surətdə tələb etmişdirlər ki, buna da ƏM-nin 143-cü maddəsinə əsasən hüquqları çatırdı. Amma RDM ASC-nin rəhbərliyi onlara əsas məzuniyyəti verərək əlavə məzuniyyəti nəzərə almamış və bununla da qanun pozuntusuna yol vermişdir. Birinci məhkəmə instansiyasında bu faktlar geniş araşdırılmış və təsdiq olunmuşdur. Onlar işçi olaraq İşəgötürəndən kompensasiya deyil, məzuniyyətin verilməsini istəmişdilər. Məzuniyyət hüququnun pozulmasından meydana gələn dəymiş zərər (məzuniyyət haqqı) isə qanunvericiliyə əsasən ödənilməlidir. Məhkəmə eksperti auditordan fərqli olaraq bunları nəzərə almış və ödəniləcək məbləğləri öz hesabatında göstərmişdir. Auditor qeyd etdikləri bütün qanun pozuntularının baş verdiyini rəyində bildirsə də, sonradan “əvəzləşdirmə” aparmış, hansı ki qanunsuz olduğuna görə tamamilə yolverilməzdir. Yəni auditor ödənilmiş məbləğləri səhv hesab edərək, həmin ödənilmiş məbləğlərlə qanun pozuntuları nəticəsində ödənilməmiş məbləğləri əvəzləşdirir, bu da əmək qanunvericiliyinə ziddir. Belə ki, Əmək Məcəlləsinin 175.3 maddəsinə əsasən: “İşəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz “Auditor artıq ödənilmiş hesab etdiyi məbləğləri onlarda tələb edə bilməsə də, hesablamardakı məbləğləri azaltmaqla və səhv ödənilmiş hesab etdiyi məbləğləri qanun pozuntuları nəticəsində ödənilməli olan məbləğlərlə bir növ əvəzləşdirmə aparması kağız üzərində də olsa iddiaçıların İşəgötürənə borcu kimi tanınmasına gətirib çıxarır. Auditorun məhkəmə eksperti tərəfindən 30 gündən sonrakı istirahət günlərindəki işin hesablanmasına, eləcə də ucot dövründə artıq saatların hesablanmasına düzgün yanaşmasına bildirdiyi qeydlər tamamilə əsassızdır. Yuxarıda qeyd etdikləri kimi, auditor V.Talıbovun rəyi auditor S.İskəndərovun rəyi ilə üst üstə düşür. Hər iki rəydə göstərilən məqamlarla bağlı dəfələrlə məhkəməyə yazılı etiraz və mülahizələrini bildirilmişlər. Bunu nəzərə alaraq hesab edirlər ki, ərtaflı etiraz yazmaq təkrarçılıqdan başqa bir yazı olmayacaq. Hazırda bu etiraza əlavə olunan və AR MPM-nin 372.2.-ci maddəsi qaydasında məhkəməyə təqdim etdikləri iki sübutu qəbul etmələrini xahiş edirlər. Belə ki, AR MPM-nin 372.2-ci maddəsinə əsasən “ Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu sübutlardan birincisi - onların Auditor Palatasının başqa bir üzvü ilə bağladıqları müqaviləyə əsasən ərsəyə gəlmiş xx.xx.2023 tarixli auditor hesabatıdır (rəyidir) ki, auditor Talıbovun rəyi ilə eyni səviyyədədir, çünki hər iki auditor eyni Palatanın üzvüdür. Əgər qarşı tərəflə (yəni RDM ilə) auditor Palatasının bir üzvü müqavilə bağlayaraq məhkəməyə rəy verə bilirsə, demək eyni Palatanın digər üzvü ilə əks tərəfin bağladığı müqaviləyə əsasən tərtib olunmuş rəy məhkəmə tərəfindən sübut kimi qəbul oluna bilər. Əks halda Mülki prosesin ən başlıca prinsiplərindən biri - çəkişmə prinsipinin pozulmasına yol açılar. Belə ki, MPM-nin 9.1.-ci maddəsinə əsasən “Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir”. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən “Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli idi. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır”. İkinci sübut isə ƏƏSM Nazirliyinin 7 aprel 2023-cü il tarixli məktubudur. Bu məktub əmsalların tətbiqi ilə bağlı İddiaçı6 sorğusuna cavab olaraq verilmişdir. Birinci instansiya məhkəməsində bu sübutların məhkəməyə təqdim olunması mümkün deyildi və bunlara ehtiyac yaranmamışdır. Birinci əlavə sübutla bağlı bildirmək istərdilər ki, birinci instansiya məhkəməsində araşdırma zamanı məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini Auditorlar Palatasına tapşırmamış və Palata tərəfindən bu iş üçün ayrılmış auditor bir tərəflə müqavilə bağlamamışdır. Bundan əlavə birinci instansiya məhkəməsində əmsalların tətbiqi ilə bağlı əlavə sübuta ehtiyac yox idi, çünki məhkəmə ekspertizası bu suallara cavab vermişdir.

8. İddiaçılar tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X12 tərəfindən verilmiş audit rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, həmin Auditor Rəyi (X14) keçirilmiş Auditin nəticələri üzrə edildi və Rəyin özündə göstərilən və Rəyə əlavə olunmuş sənədlərdə qeyd edilən sübutlara əsasən müəyyən edildi ki, Respublika Diaqnostika Mərkəzi ASC-nin Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifələrində 2018 - 2021-ci illər ərzində fəaliyyət göstərmiş sabiq həkim əməkdaşlarına, ümumilikdə, 1616397,47 (bir milyon altı yüz on altı min üç yüz doxsan yeddi min) manat məbləğində əmək haqqı və ona bərabər tutulan əlavələr üzrə borcu qalmışdır. Həmin məbləğin ayrı-ayrı şəxslər üzrə açılışı və ya analitik uçotu aşağıdakı kimdir: İddiaçı4 219148,38 (iki yüz on doqquz min qırx səkkiz) manat, İddiaçı5 234406,83 (iki yüz otuz dörd min dörd yüz altı) manat, İddiaçı3 271806,32 (iki yetmiş bir min səkkiz yüz altı) manat, İddiaçı1 176473,98 (yüz yetmiş altı min dörd yüz yetmiş üç) manat, İddiaçı6 295749,10 (iki yüz doxsan beş min yeddi yüz qırx doqquz) manat, X11 245904,35 (iki yüz qırx beş min doqquz yüz dörd) manat, İddiaçı2 172908,51 (bir yüz yetmiş iki min doqquz yüz səkkiz) manat.

9. Azərbaycan Respublikasının Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2023-cü il tarixili məktubunda qeyd edilmişdir ki, “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002ci il 22 avqust tarixli 137 nömrəli Qərarının (bundan sonra - Qərar) 1-ci bəndinə əsasən iş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraiti ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyi aşağı səviyyədə müəyyən edildikdə işçilərin tarif (vəzifə) maaşına 1,04 artım əmsalı tətbiq edilir. Qərarın 4-cü bəndinə əsasən Xəzər dənizində yerləşən obyektlərin sahillə quru yol əlaqəsi olmadıqda və sahildən 70 km-dən artıq uzaqlıqda yerləşdikdə tarif (vəzifə) maaşlarına artımın (əmsalın) minimum miqdarı 1,75 məbləğində müəyyən edilmişdir. Qeyd olunan tələblərə əsasən ağır və zərərlik səviyyəsindən və Xəzər dənizində yerləşən obyektlərin sahillə əlaqə şəraitindən asılı olaraq müəyyən edilən artım (əmsal) işçilərin tarif (vəzifə) maaşına tətbiq edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra - Məcəllə) 164-cü maddəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla, əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla, aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilir, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər. Məcəllənin 165-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən, əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində ödənilir. Qeyd olunanları nəzərə alaraq 1-ci və 2-ci suallarınızla bağlı bildiririk ki, Məcəllənin 164- cü və 165-ci maddələrinə əsasən ödənilən haqq qanunvericiliklə əmək haqqına əlavə deyil, tarif (vəzifə) maaşı olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarının 1 -ci və 4-cü bəndi ilə müəyyən edilmiş artım (əmsal) həmin tarif (vəzifə) maaşına tətbiq edilməlidir. 3-cü və 4-cü suallarla bağlı, “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 5 aprel tarixli 74 nömrəli qərarının 1 -ci hissəsinə əsasən gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilir. Gecə vaxtı yerinə yetirilən işə görə ödənilən haqq əmək haqqına əlavə olaraq müəyyənləşdirildiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarının 1-ci və 4-cü bəndi ilə müəyyən edilmiş artım (əmsal) həmin əlavəyə tətbiq edilmir. Eyni zamanda gecə vaxtı yerinə yetirilən işə görə əlavənin Məcəllənin 164-cü maddəsinə əsasən ödənilən ikiqat tarif (vəzifə) maaşına tətbiq edilməsi qanunvericiliyin tələblərinə uyğundur.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülk Kollegiyasının xx.xx.2024-cü il tarixili qərardadı ilə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, birinci və ikinci suallar üzrə: Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən, yuxarıda sadalanan pozuntular dolayı yolla bütün əmək haqqında olan digər kateqoriya ödənişlərə də təsir etdiyindən (gecə saatlarında işə görə ödəniş, istifadə olunmamış məzuniyyətə görə kompensasiya, ezamiyyət pulu, qeyri iş günlərində işə görə ödəniş və s.), cavabdehin iddiaçılara əmək haqqı (artımlar, əlavələr, son haqq-hesab) üzrə aşağıdakı kimi qalıq borcu yaranmışdır. Tam açıqlama rəyə əlavə olunan qoşmalarda əksini tapır. İddiaçı6-300939,23 AZN, İddiaçı4 - 225169,29 AZN, İddiaçı2- 177206,38 AZN, İddiaçı1 - 181557,28 AZN, İddiaçı5 -240157,26 AZN, İddiaçı3 - 281895,75 AZN, X4 - 252405,78 AZN. Əvvəllki rəylərdən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022 - ci il tarixli 9/1623 saylı ekspert rəyi və xx.xx.2023-cü ii tarixli Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X12 tərəfindən verilmiş auditor rəyi yanaşma və təhlil baxımından oxşardır. Hesabatın nəticələrindəki məbləğ fərqinin səbəbi, birinci ekspertiza aparılarkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 29 aprel 2022-ci il, 07 aprel 2023-cü il tarixli məktublarının əlçatan olmaması olmuşdur. Bu məktublarda hesabatın aparılmasında bəzi dəqiqləşdirmələr öz əksini tapmışdır ki, bunlar da əlavə ekspertiza zamanı nəzərə alınmışdır. "COMPAS Audit- Consulting” MMC-nin xx.xx.2022-ci il tarixli audit hesabatı, Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X30 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli müstəqil auditorun hesabatlarının kəskin fərqli olma səbəbləri aşağıdakılardır – hər iki rəyi tərtib edərkən məhkəmə materiallarında olan sənəd və sübutlar, iddiaçıların əmək müqavilələri və onların şərtləri, iş qrafikləri Saipem və RDM arasında olan və birbaşa iddiaçıların əməyi və onun şəraitini, ödənişini, iddiaçılara görə hansı öhdəliklərin birbaşa RDM-ə ötürülməsini özündə əks etdirən əməkdaşlıq müqaviləsinin şərtləri hər iki auditor tərəfindən lazımi qədər araşdırılmamışdır. Hər iki auditor Həkimlərin vaxtamuzd iş rejimi ilə, növbəli üsulla, gündəlik faktiki 12 saat iş qrafiki ilə işlədiklərini tam aydınlaşdırmamış, hesabatlarında gah işəmuzd, gah da vaxtamuzd işçi kimi yanaşma ilə rəy hazırlamışlar. Hər iki auditor faktiki iddiaçıların əksər iddialarını pozuntu kimi qəbul etsələr də, hesablama zamanı qanunvericilikdə əksini tapmayan hesablama metodikalarından istifadə etmişlər. Hər iki auditor təkrar-təkrar işçinin faktiki iş saatlarını əsassız olaraq hissələrə bölür və cəmlənmiş uçot qaydalarını səhv təhlil edərək, artıq saatların hesablanmasında azaltmalar yaratmışlar. Auditor Əmək Məcəlləsinin 95-ci ("İş vaxtının rejimi"), 96-cı ("İş vaxtının cəmlənmiş uçotu"), 102-ci ("İş vaxtının uçotu") maddələrini və onların tətbiqi qaydalarını diqqətlə araşdırmamış, iş vaxtının cəmlənmiş uçotu qaydasında çalışan işçinin əmək haqqının ödənilmə qaydasını düzgün müəyyən etməmişlər . Məhkəmə materiallarında olan SAlPEM və RDM arasındakı əməkdaşlıq müqaviləsində öz əksini tapan gündəlik əlavə müavinəti və Pandemiya dövründə iş yerində qalan işçilər üçün əlavə öhdəlik kimi götürülən əlavə müavinatlar (birgünlük qazancın 20%-i qədər-yazışma sənədlərində əksini tapır) vaxtında RDM tərəfindən iddiaçılara ödənilsə də, hər iki Auditor bu ödənişləri əsassız olaraq öhdəlikdən kənar hesab etmişlər. Kifayət qədər böyük məbləğ olan bu ödənişlərin guya RDM tərəfindən səhv ödənildiyini göstərərək, son nəticədə həkimlərin iddia etdikləri bəzi pozuntulara görə qalıq borca əvəzetmə ilə yanaşmışlar. Yəni auditorlar ödənilmiş məbləğləri səhv hesab edərək, həmin ödənilmiş məbləğlərlə ödənilməli məbləğləri əvəzləşdirmişlər. Əmək haqqı hesablaması zamanı hər iki hesabatda Əmək məcəlləsinin 164 və 165-ci maddələrinə uyğun ödənişləri səhv olaraq əmək haqqına əlavə hesab edilmiş, bu ödəmələr zamanı tarif (vəzifə) maaşlarına artımları (əmsalları) ümumiyyətlə hesablama zamanı nəzərə alınmamışdır. Aparılmış ekspertiza tətqiqatının dəyəri 500 manat məbləğində müəyyən edilmişdir.

11. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası «X15»nin 15 aprel 2024-cü il tarixli mütəxəssis rəyinin nəticə hissəsində qeyd edilmişdir: birinci sual üzrə tərəflər arasında bağlanmış əmək müqavilələrinin şərtlərinə, habelə əmək qanunvericiliyinə ( Əmək Məcəlləsinin 96, 164, 165-ci maddələrinə və Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarı) görə iddia edilən dövrə RDM tərəfindən iddiaçılara əmək haqqı və digər ödənişlər RDM ilə iddiaçıar arasında bağlanmış əmək müqavilələrinə əsasən əmək müqavilələrinə əsasən iş vaxtının cəmlənmiş uçotu 4 aylıq dövrü əhatə etməsi nəzərə alınmaqla “Respublika Diaqnostika Mərkəzi’ ASC tərəfindən iddiaçılara artıq ödənilən əmək haqqı məbləğin 163449,93 (bir yüz altmış üç min dörd yüz qırx doqquz manat 93 qəpik) manat təşkil etməsi müəyyənləşdinlmişdir, ikinci sual üzrə: "xxxx" ASC tərəfindən iddiaçılara Məzuniyyət haqqlarının ödənilməsi üzrə 15193,23 manat məbləğində artıq ödənilmişdir: İddiaçı4 - 4056,89 manat artıq ödənilmişdir; İddiaçı5 - 2391,69 manat artıq ödənilmişdir; İddiaçı3 - 1996,25 manat artıq ödənilmişdir; İddiaçı1 - 3135,38 manat artıq ödənilmişdir; İddiaçı6 - 3995,35 manat artıq ödənilmişdir; X11 - 715,84 manat artıq ödənilmişdir; İddiaçı2 - 1098,17 manat az ödənilmişdir. Lakin İddiaçı2 dövr ərzində “gündəlik əlavə müavinət/hər dəniz/vaxta günü üçün (Saipem)” sətiri üzrə 43 781,42 manat və “Pandemiya ilə əlaqədar əlavə ödəniş (SAİPEM)” sətiri üzrə 5 351,47 manat ödənilmişdir. İddiaçı2 qeyd edilən öhdəlikdən kənar ödəmələr üzrə 49132,89 manat vəsaitin ödənilməsini nəzərə alsaq “Respublika Diaqnostika Mərkəzi" ASC-nin onun qarşısında borc öhdəliyi yoxdur. Üçüncü sual üzrə: İddiaçılar üzrə “Respublika Diaqnostika Mərkəzi" ASC tərəfindən onlara əmək haqqlarının ödənilməsi zamanı yol verilən gecikmələrə üzrə cərimə məbləğinin həcmi 59982,21 manat məbləğində müəyyənləşdirilmişdir: İddiaçı4 üzrə - 68 gecikmə gününə görə 9335,94 manat; İddiaçı5 üzrə - 70 gecikmə gününə görə 8364,82 manat; İddiaçı3 üzrə - 68 gecikmə gününə görə 9249,86 manat;İddiaçı1 üzrə - 59 gecikmə gününə görə 6393,78 manat;İddiaçı6 üzrə - 68 gecikmə gününə görə 9795,22 manat, X11 68 gecikmə gününə görə 9499,14 manat; İddiaçı2 üzrə-59 gecikmə gününə görə 7343,45 manat.

12. Cavabdehin nümayəndəsi Vəkil6 ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçılar X13 və X3 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X5 B.V” Şirkətinin Azərbaycan Respublikasındakı filialı) qarşı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)- 1373/2023 nömrəli qərarını hazırki iş üzrə məhkəmə iclas zalında sizə tədim etmişlər, həmin qərar hazırki işə anoloji olan mülki iş üzrə qəbul edilmiş və eyni cavabdehə qarşı eyni xarakterli olan iddia ilə bağlı olmuşdur. Ali Məhkəmə tərəfindən “vahid məhkəmə təcrübəsinin formalaşdırılması” ilə bağlı “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 29 noyabr 2019-cu ildə fərman imzalamışdır. Həmin fərmana uyğun olaraq Ali Məhkəmənin Mülki kollegiyasının qeyd olunan xx.xx.2023-cü il tarixli 2(102)-1373/2023 nömrəli qərarını hazırki iş üzrə qərar qəbul edilərkən nəzərə alınmasını xahiş edir.

13. İddiaçıların nümayəndəsi Vəkil1 cavabdeh tərəfindən təqdim edilmiş 15 aprel 2024-cü il tarixli mütəxəssis rəyinə etiraz ərizəsi təqdim etmiş və ərizəsində qeyd etmişdir: iddiaçılar aşağıdakı səbəblərə görə həmin mütəxəssis rəyinin tamamilə əsassız olduğunu hesab edir və onun qiymətləndirilməsi zamanı aşağıda qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edirlər. Yuxarıda qeyd olunan mütəxəssis rəyi nisbətən yeni yaranmış “X15” MMC tərəfindən, onun direktoru tikinti-texniki eksperti Hüseynov və mütəxəssis Şirinov tərəfindən tərtib olunmuşdur. Mütəxəssislər haqqında rəydə məlumatın verilməsi (məlumatın həqiqiliyi müzakirə predmeti ola bilər) bu rəyin digər rəylərdən üstün olması üçün heç bir əsas vermir. Mütəxəssislər öz rəyində RDM tərəfindən təqdim olunmuş sənədlərin tam siyahısını göstərmir. Bu isə ekspertizanın hansı sənədlərin əsasında keçirilməsi və iş üzrə vacib sənədlərin nəzərə alınıb-alınmaması barədə fikir bildirməyə imkan vermir, rəyin əsaslı olmasını şübhə altına alır və beləliklə rəyin mötəbər sübut kimi qəbul olunmasını istisna edir. Mütəxəssilərin qarşısında qoyulan suallar Məhkəmə Kollegiyasının məhkəmə ekspertizası qarşısında qoyduğu sualları əks etdirmir. Faktiki olaraq Sifarişçi (RDM-in vəkili) özünə lazım olan məsələləri aydınlaşdırmaq üçün bir MMCyə müraciət edərək, natamam sənədlər əsasında fikir bildirmələrini soruşub, rəyin müəllifləri də bir iş üzrə eyni suala iki fərqli rəy verən RDM- in əvvəl cəlb etdiyi auditor S.lskəndərovun və onun rəyini təkrarlayan auditor V.Talıbovun natamam nəticələrini mütəxəssis rəyində əks etdirib. Maraqlı odur ki, mütəxəssislər sözügedən rəyi 13 gün ərzində hazırlayıblar. Müqayisə üçün demək lazımdır ki, birinci məhkəmə ekspertizasının rəyi 7 ay, auditor yoxlamasının hesabatı 4 ay, əlavə məhkəmə ekspertizasının rəyi isə 3 ay ərzində ərsəyə gəlmişdir, bunun səbəbi də sənədlərin çoxluğu və mürəkkəbliyindən irəli gəlmişdir. 15.04.24-cü il tarixli mütəxəssis rəyini tərtib edən mütəxəssislər isə guya 13 gün ərzində həm araşdırma apararaq böyük həcmli bir işin mühasibatlıq ekspertizasın keçirmiş, həm də 18 səhifəlik rəyi tərtib və təsdiq etmişlər. Bu hal mütəxəssislərə iş üzrə bütün lazımı sənədlərin verilməməsindən xəbər verir. İş üzrə sənədlərin mütəxəssislərə natamam şəkildə verilməsini həm də rəyin məzmunundan açıq-aydın görmək olur. 4.Sifarişçinin mütəxəssis qarşısında qoyduğu birinci sualına mütəxəssis cavabı tamamilə səhv və əsassızdır, çünki ekspertiza iş materiallarında olan sənədlərin hamısının araşdırılması ilə aparılmayıb, natamam təqdim olunmuş sənədlər üzrə çıxarılmış nəticə isə heç bir halda düzgün ola bilməz. Bununla bağlı İddiaçılar aşağıdakıları Məhkəmə Kollegiyasının diqqətinə çatdırır: 4.1. Məhkəmə tərəfindən sübut kimi qəbul edilən və iş materiallarında olan RDM və Saipem arasında bağlanmış əməkdaşlıq müqaviləsi və ona əlavə olunmuş qoşmalar (4-cü əlavə-ödəniş tapşırığının hesablanması adlanır və həmin qoşmada işçilərə gündəlik əlavə müavinətin necə hesablanması, bayram günlərində ikiqat hesablanması və s. məsələlər qeyd olunmuşdur) mütəxəssislərə təqdim olunmamışdır. İddiaçıların əmək müqavilələrinin RDM ilə bağlanmasına baxmayaraq, bu işçilər Saipemin gəmilərində RDM-in göndərişi əsasında işləyirdilər (Əmək müqaviləsinin 3.1-ci maddəsinə əsasən). İddiaçıların əməyinin ödənilməsi də AR Əmək qanunvericiliyə və sözügedən Əməkdaşlıq Müqaviləsinə əsasən aparılırdı. Məhz həmin razılaşmada əlavə müavinətlər və digər ödəniş qaydaları müəyyən olunmuşdur, və məhz bu səbəbdən RDM bu ödənişləri (özlərinin qazancı olaraq ümumi məbləğin 8 % hesablayaraq əlavə olunması ilə) ödəmə tapşırıqlarına salır və ödənişlərin həyata keçirilməsi üçün SAİPEM-ə invoys göndərirdi. Beləliklə, işçilərə əmək haqqı, RDM-ə isə həmin məbləğlərin 8 faizi miqdarında gəlir Saipem tərəfindən ödənilirdi və əməkdaşlıq müqaviləsinə əsasən bu öhdəlik kimi ödənilməli idi. 15.04.24-cü il tarixli mütəxəssis rəyində isə bu ödəmələr yanlış olaraq artıq ödəmələr hesab olunmuşdur. Əlavə olaraq, ödəmələr öz vaxtında həyata keçirilib və iddia predmetinə daxil deyil. Cavabdehin bu məsələni dəfələrlə qaldırması, həmin ödənişləri əlavə və yanlış ödənişlər kimi göstərməklə, iddiaçılara olan borclardan yaxa qurtarmaq məqsədi daşıyır. 4.2. Məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş və iş materiallarında olan pandemiya (karantin) dövründə Saipemin öz işçiləri ilə birlikdə RDM-in həkimlərinə də (İddiaçılara) təyin etdiyi və öhdəlik kimi RDM-in qarşısında qoyduğu əlavə müavinətlər haqqında yazılı bildiriş mütəxəssislərə təqdim olunmamışdır. Nəticədə mütəxəssislər bu ödənişləri yanlış olaraq artıq ödəmə hesab etmişdir. (Bu ödənişlər də iddia predmetinə daxil deyil və cavabdeh tərəfindən ümumiyyətlə bu prosesdə müzakirə obyektinə çevrilməsi düzgün deyil. Əlavə olaraq bax: bu etirazın 4.1.-ci bəndinə). 4.3. Məhkəmə materiallarında olan digər sübutlar, iddiaçıların əmək haqqı hesablanması zamanı vəzifə tarif maaşına artım məqsədilə qanunvericilikdə təyin olunmuş əmsalların həm də artıq saatların ödənişi zamanı da nəzərə alınması, əmsalların hesablama metodikasını əks etdirən müvafiq dövlət qurumlarının məktubları mütəxəssislərə təqdim olunmamış və buna görə hesablama aparılarkən heç bir əmsal düzgün tətbiq olunmamışdır. (Rəyin qeyd hissəsində bunu aşkar etmək olur). 5. Mütəxəssislər öz rəyinin qeyd hissəsinin 2-ci abzasında və Sifarişçinin 2-ci sualına cavab olaraq qeyd edir ki, çaparaq saatlara görə iddia edilən 75 günlük əlavə məzuniyyətə görə kompensasiya hesablanmamışdır və onu hesablanması Əmək Məcəlləsinin 144-cü maddəsinin tələblərinə və AR Nazirlər Kabinetinin 30 may 2005-ci il tarixli 95 saylı Qərarının 9-cu bəndinə ziddir. 5.1. Mütəxəssislərin bu qeydi onu göstərir ki, onların iş materiallarından xəbəri yoxdur. 5.1.1. Belə ki, iddiaçılar əlavə məzuniyyət üçün kompensasiya tələb etməmişlər. İşdən çıxarılmamışdan əvvəl iddiaçılar yazılı surətdə öz əsas məzuniyyətləri ilə birgə əlavə məzuniyyətlərindən də istifadə etmək istədiklərini rəsmi olaraq bildirmişlər. RDM 30 gün əsas məzuniyyətlə birgə 12 gün əlavə mıəzuniyyəti vermiş, qalan 75 gün əlavə məzuniyyəti isə işçilərə verməmişdir. Ona görə də iddiaçılar haqlı olaraq məzuniyyət hüquqlarının pozulmasını iddia edərək, bu pozuntuya görə dəymiş ziyanın ödənilməsini tələb edirlər. Əgər iddiaçılara əlavə məzuniyyət verilsəydi, o məzuniyyətə görə onlara vaxtında məzuniyyət üçün nəzərdə tutulan orta əmək haqqı məbləğində vəsaitlər ödəniləcəkdir. Faktiki olaraq iddiaçılar qanunla nəzərdə tutulan əmək haqqlarını tələb edir. 5.1.2. Mütəxəssislər öz rəyində əlavə məzuniyyətin ödənilməsinin Əmək Məcəlləsinin 144-cü maddəsinə zidd olduğunu qeyd edir. Lakin ƏM-nin 144-cü maddəsinin tətbiqindən söz açanda əvvəlcə işin faktiki halları ilə tanış olmaq, daha sonra Əmək Qanunvericiliyinni bütövlükdə təhlil etmək lazımdır. Belə ki, Əmək Məcəlləsinin 143-cü maddəsində deyilir: 143.1.Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xilam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. 143.2. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Beləliklə, yalnız işçi məzuniyyətdən istifadə etmək istəmədikdə 144-cü maddənin tətbiqindən danışmaq olar. İddiaçılar işdən çıxmamışdan əvvəl işəgötürənə rəsmi müraciət edərək, məzuniyyətlərinin verilməsini istəmişlər (iş materiallarında iddiaçıların ərizələri var), lakin onlara məzuniyyətlərin verilməsində imtina olunmuşdur. Mütəxəssislər is materiallarını araşdırsaydılar (sənədlər onlara tam olaraq təqdim edilsəydi) bu məqamı gözdən qaçırmazdılar. Əmək Məcəlləsinin 136-cı maddəsinə əsasən əsas məzuniyyət əlavə məzuniyyətlərlə birlikdə verilməlidir. İddiaçılar bu səbəbdən cavadehdə əsas məzuniyyətləri ilə birlikdə əlavə məzuniyyətlərinin verilməsini xahiş etmişlər. Bu istəklərini də rəsmi olaraq bildirmiş, dəfələrlə qeyd edildiyi kimi, RDM işçilərin haqlı tələbini təmin etməyərək, qanunu pozmuşdur. Belə olan halda ƏM-nin 144-cü maddəsinin tətbiqindən söz gedə bilməz. (Bu məsələ ilə bağlı İddiaçılar dəfələrlə öz münasibətini bildirmişdir: bax xx.xx.2022-ci il tarixli etirazın 10-cu bəndi; xx.xx.2022-ci il tarixli çıxışın 3.4-cü bəndi; apellyasiya şikayətinə etiraza, auditor rəyinə etiraza, iddiaçıların digər etiraz və mülahizələrinə) 5.1.3. Mütəxəssis Rəyində bu məqamın eləcə də AR Nazirlər Kabinetinin 30 may 2005- ci il tarixli 95 saylı Qərarının 9-cu bəndinə zidd olması vurğulanır. Belə ki, həmin Qərarın 9-cu bəndində göstərilir: “Əlavə məzuniyyətin pul ilə əvəz edilməsi (kompensasiya edilməsi) qadağandır”. İşçi bunu bilməyə bilərdi, lakin iddiaçılar bilirdi və əlavə məzuniyyətlərinin əsas məzuniyyətlə birlikdə verilməsini tələb etmişdi (Bax: iş materialları iddiaçıların RDM ə 2021-ci ilin iyul-avqust aylarında verdikləri ərizələrə). İddiaçılara faktiki işlənmiş vaxta mütənasib olaraq istifadə edilməmiş əlavə məzuniyyətin günləri onların arzusu ilə əmək müqaviləsinə xitam verilərkən verilməli və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilməli idi. Belə olan halda işəgötürənin işçiyə onun əlavə məzuniyyətinin əsas məzuniyyətlə birgə verməməsi qanunun kobud pozuntusudur və işəgötürən bunun üçün məsuliyyət daşımalıdır.5.2. Mütəxəssislər iddiaçıların əmək müqavilələrinin şərtlərini, iş rejiminin növünü, iş qrafikini, faktiki iş saatlarını əks etdirən cədvəlləri və cəmlənmiş uçot prinsiplərini düzgün təhlil etməmişdir. Belə ki, əmək haqqı hesablaması zamanı mütəxəssislərin gah gündəlik, gah həftəlik, gah da 4 aylıq cəmlənmiş uçot hesablamasını tətbiq etdikləri görünür. Qeyd etmək lazımdır ki, mütəxəssislər bu səhv yanaşma nəticəsində vaxtında əmək qanunvericiliyinə uyğun ikiqat hesablanaraq ödənilən məbləğləri də artıq ödəniş kimi göstərmişdir. Mütəxəssislər işçinin 12 saatlıq rejimdə vaxtamuzd işlədiyini bilsə də, istirahət günlərində əlavə işə görə hesablamalar zamanı yalnız norma saatların ikiqatını hesablamışdır. Uçot dövrü ərzində iş qrafikini normal tənzimləməyən RDM-in iddiaçıların vaxta üsuluna uyğun istirahət hüquqlarını pozması, 4 aylıq uçot dövründə istehsalat normasından qanunvericiliyə zidd olaraq artıq işləmələrini mütəxəssislər nəzərdən qaçırmışdır. Bundan əlavə mütəxəssislər nəinki tələb olunan əlavə ziyanın hesablanmasını rəydə göstərmir, hətta vaxtında RDM tərəfindən ödənilən bəzi məbləğləri belə artıq ödəmələr kimi qələmə vermişdir. Bütün bunlar tədqiqat prosesinin yanlış aparıldığını göstərir. 6. Mütəxəssis rəyində Sifarişçinin 3-cü sualına cavab olaraq məbləğlər və müddətlər göstərilsə də, iddiaçılar Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 01 mart 2024-cü il tarixli Rəyində bu məsələyə daha dürüst yanaşıldığını hesab edirlər (məbləğlərin iddia tələblərindən az olmasına baxmayaraq). 7. Mütəxəssis Rəyinin sərbəst auditor Vidadi Talıbovun rəyi ilə (istər yanaşmalar, istər alınan rəqəmlər baxımından) üst-üstə düşməsini, Talıbovun isə öz rəyini iş materialları ilə tanış olmadan tərtib etdiyini nəzərə alaraq, İddiaçılar təqdim olunmuş mütəxəssis rəyinin natamam və əsassız olması barədə mövqelərini bir daha Məhkəmə Kollegiyasına çatdırmaq istəyirlər. Auditor Talıbovun rəyi ilə bağlı iddiaçıların etirazı məhkəməyə təqdim olunduğuna görə mütəxəssis rəyində olan çoxsaylı səhvlərlə bağlı təkrar münasibətin bildirilməsini İddiaçılar mənasız hesab edir. 8. Mütəxəssis rəyinin məhkəməyə məhz 15 aprel 2024-cü il tarixdə (məhkəmə iclasının günündə) təqdim olunması iddiaçılarda məhkəmənin cavabdeh tərəfindən qəsdən uzadılması haqqında fikir yaradır. Belə ki, mütəxəssis rəyi ilə nə məhkəmə, nə iddiaçılar tanış olmadığından işin təxirə salınması qaçılmaz idi. Cavabdeh tərəfindən işin qəsdən uzadılması həm də o məqamda özünü biruzə verir ki, işin iki həftədən artıq müddətə təxirə salınması cavabdehin nümayəndəsi və vəkilinin xahişi ilə baş tutmuşdur. Belə ki, cavabdehin nümayəndəsi İddiaçılarla mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün (bu həm də məhkəmənin təklifi idi) məhkəmədən vaxt istəmişdir və xahişini onunla əsaslandırmışdır ki, təkliflərin müzakirəsinin təşkili vaxt tələb edir. Həmin gündən 2 həftənin keçməsinə baxmayaraq, cavabdeh bir dəfə də olsun iddiaçılarla əlaqə saxlamamışdır. Bu da onu sübut edir ki, məhkəməyə natamam mütəxəssis rəyinin verilməsi məhkəmə iclasının təxirə salınması və beləliklə məhkəmənin qəsdən uzadılması (məhkəmədə əlavə müzakirələr yaratmaqla) məqsədi daşıyır.

14. İddiaçıların nümayəndəsi Vəkil1 mülahizə təqdim edərək qeyd etmişdir ki, cavabdehin vəkili Vəkil6 tərəfindən məhkəməyə elektron sistem vasitəsi il ərizə daxil olmuşdur. Həmin ərizə ilə qarşı tərəfin vəkili AR Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1373/2023 nömrəli Qərarını məhkəmə elektron sisteminə yükləmiş və məhkəmə tərəfindən bu Qərarın nəzərə alınmasını xahiş etmişdir. Cavabdehin vəkili ərizəsini onunla əsaslandırmışdır ki, guya həmin qərar hazırki işə anoloji olan mülki iş üzrə qəbul edilmiş və eyni cavabdehə qarşı eyni xarakterli olan iddia ilə bağlı olmuşdur. Lakin həmin qərara diqqətlə nəzər salsaq görərik ki, adıçəkilən qərarı presedent kimi qəbul etmək mümkün deyil. Belə ki, iddiaçılar X13 və X3 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələblərinə dair mülki işlə hazırda araşdırılan iş arasında yalnız bir oxşarlıq var ki, o da cavabdehin (və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin) eyni hüquqi şəxs olmasıdır. Cavabdehin yuxarıda qeyd edilən ərizəsini və əlavə olunmuş məhkəmə qərarını qiymətləndirərkən, aşağıdakıların nəzərə alınmasını Məhkəmə Kollegiyasından xahiş edirəm: 1. İddia predmetinin fərqli olması: iddiaçılar X13 və X3 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbləri işə bərpa və pul tələbi ilə bağlı idi. Hazırki işdə isə iddiaçıların tələbi bir-sıra əmək hüquqularının pozulması və əmək haqqı tələbidir. 2.Sübutların fərqli olması: Hər iki iş üzrə təqdim olunmuş sübutlar fərqli xarakter daşıyır. 3.Mövqelərin və çəkişmənin fərqli olması: Mülki prosessual qanunvericiliyə uyğun olaraq tərəflər öz mövqelərini məhkəmə qarşısında çəkişmə prinsipinə əsasən sübut etməlidir. İddiaçılar Azər Rzaquliyev və Çingiz Qədiməliyevin öz mövqelərini sübut edə bilməməsi, hazırki icraatda iddiaçı qismində çıxış edən şəxslərin öz mövqelərini sübut edə bilməməsi anlamına gəlmir, və, beləliklə, A.Rzaquliyevin işi üzrə qəbul olunmuş məhkəmə qərarı hazırkı prosesdə rəhbər tutulmamalıdır. AR Ali Məhkəmənin “vahid məhkəmə təcrübəsinin formalaşdırılması” ilə bağlı Azərbaycan Respublikasının “Məhkəmələr və hakimlər haqqında” Qanunun 79-1-ci maddəsi ilə nəzərdə tutulmuş funksiyası da bundan ibarət deyil. Aydındır ki, vahid məhkəmə təcrübəsinin formalaşdırılması eyni predmeti olan iddialara hüququn eyni cür tətbiqini nəzərdə tutur, lakin vahid məhkəmə təcrübəsi çəkişməli məhkəmə prosesini ləğv etmir. 4. Sübutetmənin fərqli olması: Azərbaycan mülki prosessual hüququnda sübutetmə vəzifəsinə dair aydın tələblər var. MPM-nin 77.1-ci maddəsi hər bir tərəfin öz istinad etdiyi halları sübut etmək vəzifəsini ehtiva edir. Ümumi qaydaya görə mülki prosesdə sübutetmə vəzifəsi iddiaçının üzərində olur. Əgər iddaçılar Rzaquliyev və Qədiməliyev öz iddialarını sübut edə bilməyiblərsə və çəkişmə cavabdehin üstünlüyü ilə gedibsə həmin məhkəmə çəkişməsinin nəticəsini birmənalı olaraq rəhbər tutmaq hüquqa və prosessual qanuna ziddir. 5. Prosesin gedişatının və araşdırmaların fərqli olması: Rzaquliyevin və Qədiməliyevin RDM-ə qarşı iddiaları üzrə məhkəmə icraatının gedişatı, mülki prosesin araşdırılması müvəkkilərimin RDM-ə qarşı iddia tələbləri üzrə mülki işin gedişatından tamamilə fərqlidir. Məsələn, hazırki prosesdə cavabdeh əmək qanunvericiliyinin tələblərinin və iddiaçıların hüquqlarının pozulmasını həm birinci instansiya məhkəməsində, həm apellyasiya məhkəməsində etiraf etmişdir (məhkəmə iclaslarının audio-video yazılarında bunlar əks olunub). Cavabdeh hesablamalarla razı olmasa da, hüquq pozuntularının baş verməsi barədə məhkəmədə bildirdikləri iddianın bir qisminin etirafı kimi qəbul olunur və məhkəmə üçün iddianın qismən təmin olunması üçün əsasdır. Qanun pozuntuları təkcə cavabdehin etirafı ilə deyil, eləcə də iş materialları təsdiq olunduqda iddianın təmin olunmaması üçün heç bir əsas qalmır və burada heç bir presedent rol oynaya bilməz. 6. Cavabdehin vəkilinin özünün də qeyd etdiyi kimi, əvvəlki məhkəmə iclaslarının birində cavabdehin nümayəndəsi Ali Məhkəmənin MK-nın sözügedən Qərarı haqqında məlumat vermişdir. Həmin iclasda sədrlik edən hər bir işə individual yanaşmanın vacib olduğunu vurğulayaraq, hər bir işin fərqli xüsusiyyətlərinin (sübutların, mövqelərin, prosesdə müəyyən olunanların və s.) olduğunu qeyd etmişdir. Bu o deməkdir ki, hətta eyni predmetli işlərdə tamamilə fərqli cəhətlər ola bilər ki, onlara konkret işin xüsusiyyətlərindən irəli gələn fərqli yanaşma ola bilər. Cavabdehin vəkilinin xx.xx.2024-cü il tarixli ərizəsində göstərildiyi kimi, cavabdeh, AMMK-nın xx.xx.2023-cü il tarixli Qərarını məhkəməyə təqdim etmişdir və Qərar iş materiallarına əlavə edilmişdir. Bundan sonra eyni qərarı elektron məhkəmə sisteminə yükləməsi iddiaçılarda təəcüb hissi doğurur. 7. Cavabdeh Ali Məhkəmənin Qərarını hazırkı məhkəmə prosesinə təqdim edir və onun nəzərə alınmasını xahiş edir. Lakin sübutetmə ilə bağlı Ali Məhkəmənin başqa qərarlarını nəzərə almır. Ali Məhkəmə ölkə məhkəmə təcrübəsini istiqamətləndirən məhkəmə instansiyası olduğundan onun qərarları aşağı instansiya məhkəmələri tərəfindən nəzərə alınır. Bu mənada Ali Məhkəmənin qərarlarını təhlil etdikdə müəyyən etmək olur ki, son dövrdə bu qərarlarda sübutetmə standartı barədə qeydlərə rast gəlinir. Bu qabaqcıl yanaşma AİHM-in təcrübəsinin müsbət təsiri nəticəsində əmələ gəlir. AR mülki prosessual hüququnda formal sübutetmə standartı olmasa da, son dövrdə məhkəmələrin təcrübəsində müəyyən obyektiv sübutetmə meyarının təyin edilməsi hər bir iş üzrə sübutetmə prosesinə individual yanaşmanı tələb edir. Hazırkı prosesdə cavabdehin nümayəndəsinin iddiaların hüquqi aspektləri ilə razı olduğunu birinci instansiya məhkəməsində bildirmişdir. Cavabdehin nümayəndəsi hətta iddia ərizəsinə yazılı etiraz belə verməmişdir. Bunu da onunla əsaslandırmışdır ki, iddiaçılarla fikir ayrılığı yalnız məbləğlərlə bağlıdır. (Məsələn,cavabdeh tərəfindən cəlb olunan auditor Səməd İskəndərov İddiaçı6 150 000 AZN borcun olduğunu bildirmiş və İddiaçı6 tələb etdiyi 280 000 AZN məbləğlə razılaşmırdı). Apellyasiya məhkəməsi icraatında xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi hakimin sualına cavab verərkən eyni mövqeyi sərgiləmişdir - hüquqların pozulduğunu etiraf edib, məbləğlərlə razı olmadığını açıq aydın qeyd etmişdir. (Bundan sonra məhkəmə işi yenidən ekspertizaya göndərilmişdir). Bundan əlavə cavabdehin iddiaçılara borcu olmasını özünün cəlb etdiyi auditor Səməd İskəndərov İddiaçı3 göndərdiyi məktubda bildirmişdi (iş materiallarına əlavə olunub). Borcun olması təkcə cavabdehin etirafı ilə deyil, başqa sübutlarla da təsdiq olunur. 8. Cavabdeh Ali Məhkəmənin MK-nm Qərarının bu icraatda nəzərə alınmasını məhkəmədən xahiş edərkən, əslində iddianın rədd olunması üçün əsas gətirməyə çalışır. Lakin dünyada elə bir məhkəmə mövcud deyil ki, cavabdeh tərəfindən qismən qəbul edilmiş və iş materialları ilə sübut olunmuş iddia tələblərini tamamilə rədd etsin. Hətta fərqli sübutetmə standartlarından istifadə edilsə belə, iddianın rədd olunması bu halda mümkün deyil. Göstərilənləri nəzərə alaraq sual yaranır ki, Ali Məhkəmənin MK-nın sözügedən Qərarı bu icraatda necə nəzərə alına bilər?! Yalnız cavabdeh tərəfin hər iki mülki işdə eyni olması həmin qərarın presedent kimi istifadə olunması üçün kifayət etmir. AİHK-ın 6-cı maddəsinin 1-ci məzmunu hər kəsin onun işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasını vurğulayır. Müvəkkilərim də bu hüquqa malik olaraq, RDMə qarşı başqa şəxslər tərəfindən qaldırılan başqa iddia tələblərinin rədd olunmasının qurbanı olmamalıdır. Bu hüququn məzmunu çox genişdir və bir hissəsi ondan ibarətdir ki, tərəflər mülki məhkəmə prosesində çəkişərək öz şərhlərini, qeydlərini, iş üçün əhəmiyyətli məqamları məhkəməyə təqdim etmək və sübut etmək imkanlarına malik olmalıdır. Əgər RDM-ə qarşı digər bir prosesdə başqa iddiaçılar öz mövqelərini müdafiə edə bilməyiblərsə, bu prosesdə başqa iddiaçıların fərqli tələbləri analoji iş kimi qələmə verilərək rədd oluna bilməz. Bu mənada Ali Məhkəmənin MK-nın hazırkı məhkəməyə təqdim edilmiş Qərarı nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1373/2023 nömrəli Qərarını və cavabdehin vəkilinin xx.xx.2024cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizəni qiymətləndirərkən, yuxarıda göstərilənləri nəzərə alınmasını xahiş edir.

15. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında (xx.xx.2023,xx.xx.2024, xx.xx.2023) iştirak edən tərəflərin (onların nümayəndələrin) mübahisənin barışıq yolu ilə həll edilməsi müzakirəsi zamanı qarşılıqlı olaraq tələb və təkliflə razılaşmadıqları bəyan edilmiş, tərəflərin maraqlarına uyğun gəlməyən müvafiq audit və ekspertiza hesabatlarında səhv hesablamaların aparıldığı bildirilmişdir. Sərbəst auditor X30 isə ona təqdim edilmiş "xxxx" MMC-nin audit hesabatı, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi və Bakı Apellyasiya Məhkəməsinin qərardadında hər şeyin açıq-aydın qeyd edildiyini və onların əsasında rəy verdiyini bildirmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil6 xx.xx.2024-cu il tarixli ekspert rəyinin əsaslı olmadığını, rəydə hesablamaların düzgün aparılmadığını, əmsalların düzgün hesablanmadığını, vəzifə maaşı ilə, tarif maaşını bir birindən ayırd etmədən hesablanma aparıldığını və şişirdilmiş məbləğlərin qeyd edildiyini, bundan əlavə ekspert rəyində istinad edilən sənədlərin tam olmadığını və konkret medot göstərmədiyini, ümumi fikir bildirdiyini, bundan əlavə hüquqi məsələlərə ekspert tərəfindən səlahiyyəti olmadığı halda münasibət bildirildiyini, bu səbəbdən rəyin mötəbər sübut kimi qəbul edilməməsini xahiş etmişdir. Tərəflərindən birinci instansiya məhkəməsinə təqdim edilmiş iddia müddətinin tətbiqi barədə dəqiqləşmə ilə bağlı ərizələrinə münasibətdə qeyd etmişdir ki, iddia müddətinin tətbiqi barədə ərizə iddia tələbinin etirafı deyil, sadəcə olaraq məhkəmənin iddia tələbini əsaslı hesab etdiyi halda belə, iddia tələbinin həmin müddət üçün hesablanmalı olduğuna dair fikirdir, mülki prosessual qanunvericiliyin tələbinə görə iddianın etirafı yazılı formada və aydın şəkildə ifadə edilməlidir və cavabdeh tərəfindən verilmiş belə bir etiraf ərizəsi mövcud deyil, audit hesablamasına, müstəqil audit rəyinə və öz hesablamalarına əsasən cavabdeh tərəfin mövqeyi ondan ibarətdir ki, iddia tələbi əsaslı deyil, cavabdehin iddiaçılara hər hansı bir borcu yoxdur.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi Vəkil1 Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hər iki rəylə oxşar nəticənin əldə edildiyini, müəyyən yanlışlıqların sonuncu rəydə düzəldildiyini bildirməklə, ekspert rəyinin mötəbər sübut kimi qiymətləndirilməməsi üçün hər hansı səbəbin olmadığını qeyd etmişdir. Qarşı tərəfin ekspert rəyində hesablamaların düzgün aparılmamasına dair fikrilərinə münasibətdə isə bunun qarşı tərəfin bütün iş materialları ilə tam tanış olmadığından qaynaqlandığını bildirmişdir.

18. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməasi nəticə vermədiyindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X5 B.V” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə (maddələrinə) əsasən: 93. Yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində (həkimlərə, müəllimlərə, elektrotexniki qurğularda, cihazlarda və qanunvericilikdə nəzərdə tutulan digər iş yerlərində işləyənlərə) həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin iş yerləri üzrə peşələrin, vəzifələrin siyahısı iş vaxtının konkret müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 96.1. Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. 2. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir. 3. Hər il dekabr ayının sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının normasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 99.1. İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. 102. İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir. 109. Bu Məcəllənin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi 164-cü maddədə nəzərdə tutulan qaydada ödənilir. 113. Əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. 136. Bu Məcəllənin 114-cü maddəsində nəzərdə tutulmuş əsas məzuniyyət, yalnız 115 və 116-cı maddələri ilə müəyyən edilmiş əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir. İşçinin eyni vaxtda bu Məcəllənin 143-cü maddəsinə, 115 və 116-cı maddələrində nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir. 143. Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. 144. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. 164. 1. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli, 137 nömrəli Qərarına əsasən: 64. Azərbaycan Respublikasının müəssisə, idarə və təşkilatlarında iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına əmək şəraitinin ağır və zərərlik səviyyəsindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilməsi qərara alınmışdır: əmək şəraiti ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin: aşağı səviyyəsində 1,04; orta səviyyəsində 1,08; yuxarı səviyyəsində 1,12.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 avqust 2003-cü il tarixli 106 nömrəli Qərarına əsasən: 65. İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı”na əsasən iş yerindən asılı olmayaraq digər həkimlər üçün qısaldılmış iş vaxtının həftəlik müddəti (saatla) 36 saat müəyyən edilmişdir.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. 375.1 Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 379.1. iddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.1. iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda; 379.1.2. iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda; 379.1.3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə; 379.1.4. fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda; 379.1.5. müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda; 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə.

24. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki: 1. Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.

25. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki: Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Qanunverici həmçinin işəgötürənin məhkəməyə müraciət etməsi ilə bağlı müddətləri tənzimləmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

26. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində qeyd edilmişdir: şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır.

27. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən: 3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. 6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. 7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Qeyd: Bu maddənin altıncı hissəsində iddiaçının «yaxın qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər.

28. Qanunvericiliyin tələblərindən göründüyü kimi, müddətin dayandırılması və bərpası üzrə dəyərləndirmə iddia müddətinin ötürülməsi səbəblərinin iddia müddətinin son altı ayında təsadüf etdiyini ehtiva edir. Lakin qeyd edilən bu son altı aya təsadüf etməsi səbəbi müəyyən (sübutlar və dəlillər birinci instansiya məhkəməsinə təqdim) edilmədiyindən müddətin dayandırılmasına və ya bərpasına qiymət verilməsi mümkün deyil, habelə iddia müddətinin axımını və ya kəsilməsini sübuta yetirən əsaslar da məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir.

29. İddia tərəfləri ilə cavabdehin identik əmək müqaviləsinin aidiyyəti şərtlərinə diqqət yetirmək lazımdır: - 3.1 İşçinin əsas iş yeri "xxxx" ASC olacaqdır. Buna baxmayaraq, İşçidən işlə bağlı, Respublika Diaqnostika Mərkəzinin göndərişinə əsasən, başqa yerdə işləmək tələb oluna bilər. - 4.1. Daxili intizam qaydalarına, iş və istirahət rejiminə riayət etmək, işə gecikməmək, iş vaxtında iş yerini icazəsiz tərk etməmək, iş günü qurtarmazdan əvvəl işdən getməmək, habelə İşçinin xəstələnməsi, yaxın qohumlarının vəfat etməsi kimi üzrlü səbəb olmadan işə çıxmamaqa yol verməmək; 4.2 İşçi dənizdə növbəli iş üsulu ilə işləyir və bu halda: 4.3. İşəgötürənin iradəsindən asılı olmayan səbəblərdən (hava şəraiti, maddi texniki təchizat və sair) dəniz şəraitində işdə boşdayanma hallarına yol verilməməsi məqsədilə illik iş vaxtı normasına riayət edilməklə vaxta müddəti 30 günündən çox olmayan (zəruri hallar istisna olmaqla) müxtəlif müddətli vaxta və vaxtlararası istirahət günləri müəyyənləşdirilən vaxta rejimi tətbiq edilə bilər; 4.4. Otuz dəqiqəlik nahar fasiləsi nəzərə alınmaqla gündəlik iş vaxtının müddəti 12 saatdan (müstəsna hallar istisna olmaqla) artıq ola bilməz; 4.5. İstirahət günləri həftənin istənilən gününə düşə bilər; 4.6. İşlərin dənizdə vaxta üsulu ilə təşkili zamanı iş vaxtının illik cəmlənmiş uçotu tətbiq edilir. - 5.1 İşçiyə hər ay 2884 (iki min səkkiz yüz səksən dörd) manat tarif (vəzifə) maaşı və tarif (vəzifə) maaşına sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal) ödənilir. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğində və iş gününün hissələrə bölünməsini nəzərə alaraq gecə vaxtı iş rejiminə görə iş vaxtının hər saatına görə saatlıq tarif (vəzifə) maaşının 20% faizi həddində əlavə haqq verilir. Tərəflər qarşılıqlı razılığa gəlirlər ki, zəruri hallarda işçi növbələr arası istirahət dövründə təlimdə iştirak etdiyi vaxta mütənasib olaraq Aylıq tarif (vəzifə) maaşı əsasında hesablanan əmək haqqı ödənilir. Əmək haqqı növbəti ayın 10-da işçinin bankdakı hesabına köçürülür. Əmək haqqının verilməsi günü istirahət səsvermə ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir. Əmək haqqından yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada tutulmalara yol verilir. 5.2. işçi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində nəzərdə tutulan bütün tə/minatlarla təmin edilmə hüququna malikdir. - 6.1. işçinin Azərbaycan Respublikasının qanun və nizamnamələri ilə müəyyən olunmuş məzuniyyətdən istifadə etmək haqqı var. Ödənişli əmək məzuniyyəti müvafiq iş ili əsasında veriləcək və təqvim günlərində hesablanacaq. Hər bir iş ili üçün işçi 30 təqvim günündən ibarət əsas məzuniyyətdən istifadə etmək haqqı var. Əlavə məzuniyyətin müddəti İşəgötürən tərəfindən Azərbaycan Respublikasının qanun və nizamnamlərinə əsasən müəyyən edilir. Ödənişsiz məzuniyyət tərəflərin qarşılıqlı razılığı əsasında Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda verilə bilər. - 9.1 Bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və habelə mənəvi məsuliyyət daşıyır. 9.2 Tərəflər istehsal və icra riski istisna olmaqla, biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq, qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir.

30. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti Bakı şəhər idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir: iddiaçılar İddiaçı6, İddiaçı5,İddiaçı7, İddiaçı4, X7, İddiaçı3 və İddiaçı2 hər iki müəsissədə həkim vəzifələrində işlədiklərini nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 93-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 12 avqust tarixli 106 nömrəli Qərarının tələblərinə əsasən həftəlik iş norması 36 saatdan çox olmamaq şərti ilə qısadılmış iş vaxtı müəyyən edilir. Eyni zamanda bu kateqoriyalı işçilərə (həkim) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 115-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyyət hüququ verən, zərərli və ağır istesalatların, peşə və vəzifələrin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyul 2004-cü il tarixli 92 nömrəli Qərarına əsasən əsas əmək məzuniyyət gününə 6 təqvim günü əlavə məzuniyyət nəzərdə tutulub. İddiaçıların “X5 B.V” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə bağlanılmış əmək müqaviləsinə əsasən işlədikləri iş yeri Xəzər dənizində fəaliyyət göstərən gəmi olduğundan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Qərarının 4-cü hissəsinə əsasən Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilir. Sahillə quru yol əlaqəsi olduqda 1.4, quru yol əlaqəsi olmadıqda və sahildən 0,5 km-ə qədər uzaqlıqda yerləşdikdə 1.5 misli, 0.5 km-dən 70 km-ə qədər uzaqlıqda yerləşdikdə 1.65 misli, 70-km artıq uzaqlıqda yerləşdikdə 1.75 misli müəyyən edilir. “X5 B.V” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında iş yerlərinin attestasiyasının keçirilməsi barədə sənədlər təhqiqat materialarında tam təqdim ediləmişdir. Mövcud olan sənədlərdən əmək şəraiti üzrə iş yerlərinin attestasiya xəritələrinə əsasən yalnız “Xankəndi” gəmisində həkim peşəsində işləyənləri əməyin ağırlığı sinifi 3.1-3.3, əməyin gərginliyi 3.1-3.3 müəyyənləşdirilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli, 38 nömrəli qərarına Əlavəsinin 3.4.6-cı maddəsində iş yerində təhlükəli və zərərli istehsalat amillərinin faktiki göstəriciləri zədə təhlükəsizliyi və işçilərin fərdi mühafizə vasitələri ilə təminatı üzrə tələblərdən və yaxud qüvvədə olan normalardan yüksək olduğu halda, bu cür iş yerlərində əmək şəraiti təhlükəli və zərərli sayılır. Əmək şəraitinin 3-cü sinfə (zərərli) aid olunduğu zaman iş yeri müvafiq sinfin və zərərliyin dərəcəsinin (3.1, 3.2, 3.3, 3.4, eyni zamanda 3-zədə təhlükəsizliyi üzrə) göstərilməsi ilə və onun əməyin mühafizəsi üzrə normativ hüquqi aktların uyğunluğuna çatdırılması haqqında təkliflərin müəssisədə əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması haqqında tədbirlər planına daxil edilməsi ilə şərtli attestasiya sayılır. Əmək şəraitinin 4-cü sinfə (təhlükəli) aid olunduğu halda, iş yeri attestasiya olunmamış sayılır və təcili olaraq yenidən təchiz edilməli və yaxud ləğv edilməlidir (iş 11-cild səhifə 2).

31. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubundan qeyd edilmişdir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” 2002-ci ii 22 avqust tarixli 137 nömrəli qərarının 1-ci hissəsi ilə müəyyən edilmiş müəssisə, idarə və təşkilatlarında iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına əmək şəraitinin ağır və zərərlik səviyyəsindən asılı olaraq artımın (əmsalın) tətbiqi qaydası barədə məktubunuza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baxılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 04 dekabr 2002-ci il tarixli 15-4 № il qərarı ilə təsdiq edilmiş və normativ hüquqi akt olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 19 dekabr 2002- ci il tarixdə 2948 nömrə ilə qeydiyyata alınmış “İş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraitinin ağır və zərərliyinin qiymətləndirilməsi metodikası”nın 8-ci bəndinə əsasən tarif (vəzifə) maaşına artım əmsalı konkret iş yeri üzrə təyin olunur və işçinin bu iş yerində yalnız faktiki iş vaxtı (növbəsi) olduğu müddət üçün tətbiq edilir. Yuxarıda qeyd edilənlərə əsasən məktubunuzdakı misalla əlaqədar bildiririk ki, iş yerlərinin attestasiyası əsasında əmək şəraitinin ağır və zərərlik səviyyəsinə görə içinin tarif (vəzifə) maaşına 1,04 əmsalı müəyyən edilmişsə, aylıq vəzifə maaşı 1000 manat olan, 2022-ci ilin aprel ayının iş vaxtı normasını (168 saat) tam işləmiş və bu normanın yalnız 120 saatını 1,04 əmsal tətbiq edilən əmək şəraitində işləmiş işçinin aylıq əmək haqqı 1028,57 manat (1000/168x(168-120)+ 1000/168x120x1,04 = 1028,57 manat) təşkil edəcəkdir( iş 12 cild səhifə 23).

32. Azərbaycan Respublikasının Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir: “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli Qərarının (bundan sonra - Qərar) 1-ci bəndinə əsasən iş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraiti ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyi aşağı səviyyədə müəyyən edildikdə işçilərin tarif (vəzifə) maaşına 1,04 artım əmsalı tətbiq edilir. Qərarın 4-cü bəndinə əsasən Xəzər dənizində yerləşən obyektlərin sahillə quru yol əlaqəsi olmadıqda və sahildən 70 km-dən artıq uzaqlıqda yerləşdikdə tarif (vəzifə) maaşlarına artımın (əmsalın) minimum miqdarı 1,75 məbləğində müəyyən edilmişdir. Qeyd olunan tələblərə əsasən ağır və zərərlik səviyyəsindən və Xəzər dənizində yerləşən obyektlərin sahillə əlaqə şəraitindən asılı olaraq müəyyən edilən artım (əmsal) işçilərin tarif (vəzifə) maaşına tətbiq edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra - Məcəllə) 164-cü maddəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla, əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla, aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilir, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əmək haqqı əvəzinə başqa istirahət günü verilə bilər. Məcəllənin 165-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən, əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində ödənilir. Qeyd olunanları nəzərə alaraq, Məcəllənin 164-cü və 165-ci maddələrinə əsasən ödənilən haqq qanunvericiliklə əmək haqqına əlavə deyil, tarif (vəzifə) maaşı olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarının 1 -ci və 4-cü bəndi ilə müəyyən edilmiş artım (əmsal) həmin tarif (vəzifə) maaşına tətbiq edilməlidir. “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 5 aprel tarixli 74 nömrəli qərarının 1-ci hissəsinə əsasən gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilir. Gecə vaxtı yerinə yetirilən işə görə ödənilən haqq əmək haqqına əlavə olaraq müəyyənləşdirildiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarının 1-ci və 4-cü bəndi ilə müəyyən edilmiş artım (əmsal) həmin əlavəyə tətbiq edilmir. Eyni zamanda gecə vaxtı yerinə yetirilən işə görə əlavənin Məcəllənin 164-cü maddəsinə əsasən ödənilən ikiqat tarif (vəzifə) maaşına tətbiq edilməsi qanunvericiliyin tələblərinə uyğundur (iş 17-ci cild 137-ci səhifə).

33. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən və baxılan hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 2-5, 43, 54, 93, 95, 96, 101-109, 113-116 135, 136, 143, 144, 154, 164, 172, 195, 287, 292, 294,296; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 76.1, 77.1, 80- 82, 88, 106.2, 217, 220.5, 385-390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən yoxlanılan hissədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına tam uyğun gəlməmiş, qanun və müqavilə üzrə vəzifələrə, habelə təqdim edilmiş təkzibedilməz sübutlara, iddia müddətinin tətbiqinə lazımi qiymət verilməmiş və bununla da yanlış nəticə hasil olunmuşdur. Ona görə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni əsaslarla, o cümlədən iddia müddəti tətbiq edilməklə - tələbin qismən edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

34. Qeyd edilməlidir ki, əmək haqqının və ona əlavələrin yenidən hesablanması barədə iddiaçıların cavabdehə rəsmi müraciəti cavabsız qalmış, əmək müfəttişliyinə sənədlər tam təqdim edilmədiyindən qəti münasibət bildirilməmiş, cavabdeh (nümayəndəsi) birinci instansiya məhkəməsində təqdim etdiyi etirazında hesablamalarda səhvlərin olduğunu etiraf etmiş (işin Xİİİ cildi, 7 səhifə, 14-cü bənd) və apellyasiya icraatında barışığın müzakirəsi zamanı cavabdeh (nümayəndəsi) mübahisənin barışıq yolu ilə həll etmək istədiklərini və müəyyən məbləğlər vermək istədiklərini, lakin iddiaçıların tələbləri yüksək olduğundan razılığa gələ bilmədiklərini izahatında bildirmişdir. Kolegiya hesab edir ki, digər ekspert rəylərinin ümumiləşdirməsinin aparılmasını təmin edən və qismən mötəbər sübut kimi qəbul edilməli olan (apellysiya icraatı zamanı tərtib edilən) Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyi üzrə (əlavələrdə əks edilən) həftəlik norma 36 saat olmaqla aylar üzrə hesablama üzrə yaranmış fərq 2020 ilin oktyabr ayından əmək münasibətlərinə xitam verildiyi günə (bir illik iddia müddəti ərzində) hesablanmalı və İddiaçı6: 633,90 + 898,61 + 17341,95 + 13820,90 - 107,43 + 3250,36 + 11218,28 + 7185,59 + 4573,00 + 13721,66 = 72536,82 manat; İddiaçı5: 1656,41 + 3583,37 + 7760,72 + 2303,46 - 187,83+ 657,68 + 10553,85 + 13539,30 + 12497,89 + 5457,15 = 57822 manat; İddiaçı7: 10022,16 + 12287,14+ 14739,75 + 1675,08 + 140,33 + 2781,91 + 9088,82 + 2640,91 + 21143,83 + 2964,88 = 77484,81 manat; İddiaçı4: 2546,08 - 1619,85 + 14441,22 + 6566,73 + 344,57 + 623,21 + 8704,49 + 15135,44 + 4450,91 + 6040,21 = 57233,01 manat; İddiaçı2: 12317,20 - 768,48 + 18632,85 + 1878,16 + 1086,82 + 2268,93 + 3800,59 + 708,99 + 6 703,94 = 46629 manat; İddiaçı3: 4811,69 + 843,33 + 16999,93 + 1852,73-150,27 + 3014,16 + 16209,81 + 17040,97 + 13584,20 + 10391,46 = 84598,01 manat; İddiaçı1: 1749,36 - 1084,57 + 5614,55 + 9743,20 + 84,00+ 2205,93 + 4290,91+ 1746,44 + 20907,70 = 45257, 52 manat ödənilməyən əmək haqqı (əlavələr) tutulmalı, ekspert rəyində əks edilən digər göstəricilərin təkrar nəzəzə alınması şübhəsi ilə, habelə qanunvericik normalarının və işçinin faktiki (gündəlik) fəaliyyətinin təsbit edilməsi ilə bağlı olduğundan mötəbər hesab edilməməli və iddiaçıların bu hissələrdə səhv ekspert rəyi əsasında birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirmədiyi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, mübahisə üzrə barışığın müzakirəsi zamanı cavabdehin (nümayəndəsinin) iddia tərəfi ilə məbləğlərdə razılaşmaması və təklif etmiş olduqlarının sübuta yetirilməməsi (mötəbər sübutlar təqdim etməməsi) məhkəmənin mövcud sübutlar əsasında qənaətə gəlməyə maneə kimi və ya iddianın tam rədd edilməsi üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, auditorların, o cümlədən cavabdeh tərəfindən müstəqil ekspert rəylərinin ziddiyyətli və məhkəmə işi ilə tanış olmadan tərtib etdikləri rəylərinin mötəbər sübut kimi qəbul edilməsi yolverilməzdir. Qeyd edilən müstəvidə cavabdehin şikayətinə münasibətdə məxsusi olaraq qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin (nümayəndəsinin) iddia müddətinin tətbiqi barədə ərizə verməsi artıq iddianın qismən qəbul edilməsini birbaşa ifadə etməsə də, məntiqi cəhətdən onun rədd edilməsini istisna edir. Şikayətdə qeyd edilən cavabdeh tərəfindən gündəlik müavinət adı altında ödənilmiş qanundan və əmək müqavilələrindən irəli gəlməyən artıq məbləğin əmək haqqına (qanunla nəzərdə tutulmuş əlavələrə) nəzərə alınmaması dəlilinə dair isə qeyd edilməlidir ki, cavabdeh özü bunun hesablanması mümkünlüyünü istisna edərək həmin məbləğlərin cavabdeh tərəfindən iddiaçılara əmək haqqı hesablamasının mürəkkəbliyi nəzərə alınaraq mümkün risklərdən sığortlanmaq məqsədi ilə verildiyini və işçilərin sosial rifahının yüksəldilməsinə yönəldiyini bildirmişdir. Məlum olduğu kimi, işçinin sosial təminatı onun hüquqlarını əhatə etsə də, qanunla müəyyən edilmiş əmək haqqı və ona əlavələrə aidiyyəti yoxdur. Cavabdeh tərəfindən onun cavabdeh olduğu digər iş üzrə məhkəmə qərarları hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb etmir və başqa iddiaçılara münasibətdə iddianın sübuta yetirilməməsi hazırki işə aid sübutların mötəbərliyini müəyyən edən meyar kimi qiymətləndirilə bilməz.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

36. Qeyd edilənlərə əsasən və iddia tələbi qismən təmin edildilməli olduğundan məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatlarının xərcləri cavabdehdən tutulmalı, dövlət rüsumu üzrə ödənilən məhkəmə xərcləri onları ödəyən şəxslərə aid olmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: Cavabdeh "xxxx" ASC –nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-767/2022 saylı işi üzrə 31 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən: - İddiaçı6 xeyrinə 72536,82 (yetmiş iki min beş yüz otuz altı manat səksən dörd qəpik) manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 (üç yüz) manat; - İddiaçı5 xeyrinə 57822 (əlli yeddi min səkkiz yüz iyirmi iki) manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 (üç yüz) manat; - İddiaçı7 xeyrinə 77484,81(yetmiş yeddi min dörd yüz səksən dörd manat səksən bir qəpik ) manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 (üç yüz) manat; - İddiaçı4 xeyrinə 57233,01 (əlli yeddi min iki yüz otuz üç manat bir qəpik ) manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 (üç yüz) manat; - İddiaçı2 xeyrinə - 46629( qırx altı min altı yüz iyirmi doqquz) manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 (üç yüz) manat; - İddiaçı3 xeyrinə 84598,01(səksən dörd min beç yüz doxsan səkkiz manat bir qəpik ) manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 (üç yüz) manat; - İddiaçı1 xeyrinə 45257, 52 (qırx beş min iki yüz əlli yeddi manat əlli iki qəpik ) manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 (üç yüz) manat pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 1000 (bir min) manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar