Məhkəmə qərarları › İş №2(103)-11722/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11722/2021

06.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11722/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, X2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departementinin X1 Qeydiyyatı İdarəsinə qarşı “qərarın etibarsız hesab edilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli 2(006)-119/2021 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı1, İddiaçı2 və Cavabdeh2 cavabdehlər X2, Cavabdeh2 və Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departementinə qarşı Mayıllı firması təsisiçilərinin 13 fevral 2012-ci il tarixli qərarının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" firmasının təsisçisi Cavabdeh2 təsisçilərin ümumi yığıncağının 29.08.2014-ci il tarixli qərarı ilə təsisçilikdən çıxarıldığına 98.26 manat ilkin pay qoyuluşu 19.06.2013-cü il tarixdə AZ 1118 saylı poçt vasitəsi ilə ona göndərildiyinə, həmin məbləği alıb bu günə kimi mübahisələndirmədiyinə görə onun iddia ərizəsi verməyə subyektiv huququnun olmaması hesab edilməsini, "xxxx" firmasının təsisçisi Cavabdeh2 "xxxx" firmasının nizamnamə kapitalına qoymuş olduğu ilkin və əlavə pay qoyuluşu barədə kassa mədaxil orderlərinin və bank qəbzlərinin məhkəməyə təqdim edilməsinin tələb edilməsini, əgər onun tərəfindən məhkəməyə sübutedici sənədlər təqdim edilməsə belə halda onun iddia ərizəsinin təmin edilməməsini, iddiaçının qarşılıqlı iddia ərizəsinin təmin edilməsini "xxxx" firmasının təsisçisi Cavabdeh2 təsisçilikdən çıxarılmasını, Firmanın nizamnamə kapitalına qoyduğu ilkin pay qoyuluşu 98,26 manat olduğu üçün həmin məbləğ ona Poçt vasitəsilə göndərildiyinə görə onun təsisçiliyinə xitam verilməsini, İqtisadiyyat Nazirlinin yanında Dövlət Vergi Xidmətinə "xxxx" firmasının nizamnaməsində və Dövlət Reyestrində Çıxarışda dəyişiklik edilməsi barədə tapşırıq verilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli 2(006)- 119/2021 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilmiş və ərizə geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh1 şikayət verərək qərardadın ləğv edilməsini, əks təqdirdə şikayətə baxıldıqdan sonra işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hakim işi və onun qarşılıqlı iddia ərizəsini tam araşdırmamışdır. Qarşılıqlı iddia ərizəsi iddia ərizəsinə ziddiyyət təşkil etmir, anlaşılmayan heç nə yoxdur. Onun qarşılıqlı iddia ərizəsi həqiqəti əks etdirir. Məhkəmənin 04.11.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 156-cı maddəsinə əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə hakim qarşılıqlı iddianı qəbul edir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddia işin baxılmasına başlanandan sonra verilmiş, habelə onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlməmişdir. Bundan əlavə iddia tələbinin ödənilməsinə yönəlməmişdir, qarşılıqlı iddianın təmin edilməsi iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmır, əksinə iddiaya zidd olmaqla yanaşı qarşılıqlı iddianın tələbi ziddiyətlidir, anlaşılan deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, Kollegiya qeyd edir, iddia ərizəsi icraata qəbul edilmiş, müvafiq prosessual hərəkətlər edilmiş, Cavabdeh1 isə mülki iş baxılmağa başlanıldıqdan xeyli sonra qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir, qarşılıqlı iddianın verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlməmişdir, həmçinin qarşılıqlı iddia ilk iddianı aradan qaldırmır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin qəbul edilməsindən imtina etməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli 2(006)-119/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar