Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1175/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızı və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, e-2(011)-1691/2023 nömrəli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 08 yanvar 2022-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinə əsasən, X4 ƏMDK-nın yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 20 noyabr 2014-cü il tarixdə verilmiş **********25-05101-093077 nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən özünə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 35 42 saylı mənzili İddiaçı bağışlamışdır.
2. 13 yanvar 2022-ci il tarixli Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışına əsasən ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(011)-3860/2022 nömrəli qətnaməsinə ilkin iddia qismən təmin olunaraq Cavabdeh, X2, X5, X6 və X7 ünvan 1 ünvanından istifadə hüquqları müəyyən edilmiş, qarşılıqlı iddia qismən təmin olunaraq İddiaçı ünvan 1 ünvanına köçürülməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və azyaşlı uşaqları - 25 mart 2011-ci il təvəllüdlü X2, 13 may 2014-cü il təvəllüdlü X6 və 10 iyun 2017-ci il təvəllüdlü X7 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilinə olan istifadə hüquqlarına bazar qiyməti ilə kompensasiya verilməsi ilə həmin mənzildən istifadə hüququna xitam verilməsi və onların həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun gəlini, yəni, oğlu Kamalın arvadı olmuşdur. Cavabdeh ilə oğlu X4 arasında nikah 23 avqust 2017-ci il tarixdə bağlanıb, həmin dövrdə də, onlar ona məxsus evdə yaşayırdılar. 2019-cu ilin əvvəllərindən cavabdeh oğlu ilə ailə münasibətlərinə son qoyub evdən getmiş, bir müddət Tovuz rayonunda yaşamağa başlamışdır. Bundan sonra həmin mənzildə kirayəçilər yaşamış, lakin kirayəçilər mənzildən çıxdıqdan sonra cavabdeh mənzilin qıfılını çıxarıb, mənzilə daşınmış, uşaqlarla birlikdə orada yaşamağa başlamışdır. Daha sonra isə cavabdeh ona və oğlu X1 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə istifadə hüququnun tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Gəncə prospekti, ev 35, mənzil 42-də yerləşən mənzilin bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, mənzildə onun və 4 övladı X2, X5, X6 və X7 həmin mənzildə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı da cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilindən azyaşlı uşaqları ilə birlikdə çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(011)- 3860/2022 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, ilkin iddia üzrə iddiaçı Cavabdeh İmamverdi qızının, X2, X5, X6 və X7 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilindən istifadə hüquqlarının müəyyən edilməsi, qarşılıqlı iddia qismən təmin edilərək, iddiaçının Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilə köçürülməyi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış, icra edilməsi üçün Bakı şəhəri Xətai rayon icra şöbəsinə göndərilmişdir. İcra məmuru icra sənədini icra edərək iddiaçını həmin mənzilə köçürsə də, cavabdeh ona həmin mənzildə yaşamağa icazə verməmiş, sonradan qapının açarını dəyişərək iddiaçını mənzilə buraxmamamış, mənzilə getmək istədikdə isə qapıda yalandan səs-küy yaradaraq aralarında mübahisə salmağa çalışmış, polisə zəng edərək iddiaçını onu döyməklə üzərinə böhtan atmış, bir sözlə iddiaçıya öz mülkiyyətində yaşamağa imkan verməmişdir. İddiaçı bu barədə icra məmuruna bildirdikdə icra məmuru artıq icra sənədi üzrə icraata xitam verdiyini əsas gətirərək, bu halın onların şəxsi məsələsi olmasını və aralarında olan münasibətlərə qarışa bilməyəcəyini demişdir. Cavabdehin bu hərəkətlərinə görə iddiaçı öz mülkiyyətindən məhrum olduğuna görə, o Cavabdeh azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilinə olan istifadə hüququna bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə xitam verilməsini istəyir. Cavabdehin oğlu 24 avqust 2012-ci il təvəllüdlü X9 atası Kamal Behbudovun yanında qalır, o iddiaçı ilə yaşamır, iddiaçı ilə birlikdə yalnız azyaşlı uşaqları 10 iyun 2017-ci il təvəllüdlü X13, 13 may 2014-cü il təvəllüdlü X10 və 25 mart 2011-ci il təvəllüdlü X8 yaşayır. Cavabdeh iddiaçı ilə yaşamaq istəmir, onu öz mülkiyyətində olan mənzilə buraxmır, cavabdehin iddiaçının evində yaşaması, iddiaçının öz evində rahatçılığını, mülkiyyət hüquqlarını pozmaqla yanaşı iddiaçı üçün bir sıra maddi və texniki problemlər də yaratmışdır. Bu baxımdan Cavabdeh və azyaşlı uşaqlarının Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilinə olan istifadə hüquqlarına bazar qiyməti ilə kompensasiya verilməsi yolu ilə xitam verilməli və cavabdehlər həmin mənzildən çıxarılmalıdırlar.
6. Cavabdeh iddiaya etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı onların istifadə hüquqlarına xitam verilməsi üçün 2-3 illik kirayə haqqı ödənilməklə xitam verilməsini tələb edir. O, övladlarının hüquqları naminə bunu qəbul etmir. Belə ki, onların mənzildən istifadə hüququ müvəqqəti deyil məhkəmə qətnaməsilə daimi olaraq tanınmışdır. Belə olan halda mənzildən istifadə hüququna xitam verilməsi üçün bazar qiymətilə ümumi kompensasiya məbləği mülkiyyətçinin hesabına o və 3 övladlarının davamlı surətdə Dövlət Statistika Komitəsinin qadınlar üçün müəyyən etdiyi davamlı gözlənilən ömür uzunluğu yaş sayı həddə başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsi həddə təyin edilməsi nəzərdə tutulmuşdur. Hal-hazırda aylıq kirayə haqqı 250-300 manat deyil, 400-500 arasındadır. Bundan əlavə bazar qiyməti mənzilin qiymətilə təyin edilməməlidir. Buna görə də məhkəmənin sorğusu əsasında bazar qiyməti müəyyət edilməklə araşdırılaraq iş baxılmalıdır. Qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır.
7. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2023-cü il tarixli 9/2343 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66,10 m2 və oxşar şəraitli mənzilin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 370 manat müəyyən edilmişdir.
8. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin istifadə hüququna xitam verilməsi üçün 18000 manat kompensasiya ödəməyə razı olduğunu bildirmişdir.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, e-2(011)- 1691/2023 nömrəli qətnaməsinə əsasən iddia təmin olunaraq, İddiaçı tərəfindən 18000 manat məbləğində pul kompensasiyası verilməklə, Cavabdeh, X2, X6 və X7 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 35, 42 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılması, kompensasiya verilməklə mənzildən istifadə hüquqlarına xitam verilmənin eyni vaxtda icra olunması qət edilmişdir.
10. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlərə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Məhkəmə ödəniləcək kompensasiya məbləğinin miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2023-cü il tarixli 9/2343 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66.10 m2 və oxşar şəraitli mənzilin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 370 manat müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli mənzilin yerləşdiyi ərazidə ümumi sahəsi 66,10 m2 mənzillərin orta aylıq kirayə haqqı 370 manat təşkil edir ki, bu halda mənzilin aylıq kirayə haqqı bir il üçün 4440 manat, iki il üçün 8880 manat, üç il üçün 13320 manat təşkil edir. Başqa sözlə, iddiaçının təklif etdiyi kompensasiya ilə cavabdehlər təqribən 3 il müddətinə nəinki müəyyən müddət daxilində başqa yerdə yaşamaq, hətta əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşayış sahəsi ilə təmin oluna bilər, bu isə onun mübahisəli mənzildə ümumən yaşadığı dövr nəzərə alındığında ağlabatan dövr kimi qəbul edilə bilər. Cavabdeh himayəsində azyaşlıların olması, uşaqların maraqları da nəzərə alınmaqla məhkəmə təklif olunan məbləği ağlabatan hesab edir
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2, 152.1, 152.5, 228.1, 228.2, 228.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir.
13. Şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. X15 Komitəsitərəfindən rəsmi olaraq təqdim edilmiş qadınlar üçün ömür uzunluğu 64 yaş barədə məlumatı təqdim etmiş və məhkəmə həmin sənədi araşdırmayaraq hüquqi qiymət verməmişdir. Yəni Aylıq kirayə 370*12=4440*30 yaş çıxıldıqdan sonra 34 il, 4440*34=150960 manat ümumi kompensasiya məbləği qanunla təyin edilməlidi. Ən azından məhkəmə tərəfindən daimi ömür uzunluğunu əsas tutaraq minimum 500* bir il,12 ay=6000*4 nəfər o və 3 övladı=24000* 3 il, 36 ay=72000 min, qaneedici olan məbləğə artırılaraq həmin məbləği nəzərdən keçirməyi iddiaçıya təklif edilməli, müzakirə etməlidi və kompensasiya məbləğin artırılması qəbul edilmədikdə məhkəmə iddianın rədd edilməsi barədə qətnamə qəbul etməlidi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etirazın təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdehin nümayəndəsi Vəkil2 məhkəmə iclasında apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətlərin təmin olunmasını məhkəmədən xahiş etdi.
16. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
17. İddiaçı ərizə ilə müraciət edərək 20000 manati məbləğində kompensasiya ödəməyə razı olduğunu bildirdi. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə 71. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarı: “2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.”
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarı: “Adətən mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Mənzil hüququ beynəlxalq hüquqda faktiki olaraq tanınmasa da, bu Azərbaycan Respublikasının qanunvericiliyində uzun müddətdir ki, tanınmış hüquqdur. Lakin o da qeyd olunmalıdır ki, mənzil hüququnu əks etdirən Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi onu neqativ formada ifadə edir (heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz). Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün.”
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.”
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli Qərarı: “..mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləği ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər.”
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın rədd edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi kompensasiya məbləği hissəsində dəyişdirilməlidir.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli qərarına əsasən mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır.
28. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. X15 Komitəsi tərəfindən rəsmi olaraq təqdim edilmiş qadınlar üçün ömür uzunluğu 64 yaş barədə məlumatı təqdim etmiş və məhkəmə həmin sənədi araşdırmayaraq hüquqi qiymət verməmişdir. Ən azından məhkəmə tərəfindən daimi ömür uzunluğunu əsas tutaraq minimum 500* bir il,12 ay=6000*4 nəfər o və 3 övladı=24000* 3 il, 36 ay=72000 min, qaneedici olan məbləğə artırılaraq həmin məbləği nəzərdən keçirməyi iddiaçıya təklif edilməli, müzakirə etməlidi və kompensasiya məbləğin artırılması qəbul edilmədikdə məhkəmə iddianın rədd edilməsi barədə qətnamə qəbul etməlidi.
29. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən “yaşayış sahəsi üzərində mülkiyyət hüququ” ilə “yaşayış sahəsindən istifadə hüququ” arasında olan fərq nəzərə alınmalıdır. “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında isə Konstitusiya Məhkəməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi ilə əlaqədar bəziməsələlərə aydınlıq gətirmişdir. Konstitusiya Məhkəməsi həmçinin vurğulamışdır ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə bu qərarında mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması qənaətinə gəlmişdir.
30. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, evdən istifadə hüququ olan şəxsin həmin evin dəyəri nəzərə alınmaqla və ya yeni yaşayış sahəsi əldə etməsinə kifayət edən kompensasiyanın verilməsini tələb etməsi əsassızdır.
31. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında müəyyən etdiyi hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsaiti ehtiva edir. Hazırda təklif olunan 20000 manat məbləğində kompensasiya ekspert rəyində müəyyən olunan qyimətlə deyil, hətta cavabdehin əsaslandığı aylıq 400-500 manat məbləğ əsas götürüldüyü təqdirdə belə 4 il, yəni, davamlı yaşamaq üçün zəruri olan vəsaitdir.
32. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə kompensasiyanın ödənilməsi ilə bağl düzgün olsa da, cavabdehlərin apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, kompensasiyanın məbləği hissəsində qətnamənin dəyişdirilməsinə əsas verir. Bununla bağlı olaraq, cavabdehin şikayəti qismən təmin edilməli, qətnamə müzakirə olunan qaydada dəyişdirilməlidir.
33. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, e-2(011)- 1691/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, e-2(011)- 1691/2023 nömrəli qətnaməsi İddiaçı tərəfindən ödənilməli olan kompensasiyanın məbləği hissəsində dəyişdirilsin və kompensasiyanın məbləği 20000 manat müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Aida Hüseyn
Xəyal Sarıyev