Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1182/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlundan (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2584/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2000 manat biletlərə çəkdiyi xərc, 8300 xüsusi borcalma hüququ məbləği, ortalıq 16 manat, toplam 18 min manat maddi ziyan məbləği, 20 min manat mənəvi ziyanın əvəzi kimi tutulub ona ödənilməsi və AZAL-ın Soçi nümayəndəliyinin cinayətkar dələduzluğuna qiymət vermək üçün xüsusi qərardadla Azərbaycan və RF prokurorluqlarına xəbər verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2584/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim R.Qafarova) iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilməmişdir. Həmin qərardaddan iddiaçı şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, Səbail Rayon Məhkəməsinin e-2(009)-2584/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü fəslində birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxmalı olan səlahiyyətli məhkəmənin müəyyən edilməsinə qaydalar təsbit olunmuşdur. Həmin Məcəllənin 35.2-ci maddəsində qeyd edilmişdir ki, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Göründüyü kimi qanunvercilik hüquqi şəxslərə qarşı verilən iddialara ərazi aiddiyəti üzrə birici instansiya məhkməsi qismində baxmalı olan məhkəmənin müəyyənləşdirilməsini hüquq şəxsin ünvanının yerləşdiyi yerə görə tənzimləmişdir. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, cavabdeh "xxxx" QSC-nin hüquqi ünvanı ünvan 1b edir ki, iddiaçı cavabdeh "xxxx" QSC-nin hüquqi ünvanın aid olduğu yer üzrə məhkəməyə iddia verməli olduğu halda, ərazi aidiyyətini düzgün təyin etməyərək Səbail Rayon Məhkəməsinə müraciət etmiş və nəticədə qanunvericiliyin tələbini pozmuzdur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. MPM-in 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-in 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. MPM-nin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür, 152.1.3-cü maddəyə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, şərh olunanlardan kollegiyanın gəldiyi qənaətə görə birinci instansiya məhkəməsi haqlı olaraq işə cavabdeh hüquqi şəxsin qeydiyyatda olduğu yer üzrə Nəsimi Rayon Məhkəməsində baxılmalı olmasını əsas gətirərək iddia ərizəsininin geri qaytarılmasını qərara almışdır. Şikayətin dəlillərinə münasibətdə isə kollegiya bildirir ki, elektron məhkəmə informasiya sistemindən əldə olunan məlumata əsasən iddiaçının yaşayış yeri Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 1967 məhəllə, ev 46, mənzil 26 olmaqla, Bakı şəhəri Nərimanov rayonu inzibati ərazi vahidində yerləşir. Odur ki, iddiaçının şikayəti əsassız olduğundan təmin edilmədən, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2584/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(103)-1182/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1182/2025
13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver